03-01-2023
Salam. Quranda yazılıb ki «Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa [günahları] isə dilədiyi kimsəyə bağışlayar.» 1. Burda tövbə edilməyən haldan söhbət gedir yoxsa ümumiyyətlə deyilir? Yəni əgər adam şərik qoşsa və sonra tövbə eləsə bağışlana bilərmi?
Cavab:

Va aleykum Salam.

ardını oxu
03-01-2023 Xanim
Sehhetde olan ciddi narahatciliga gore namazi bir muddetliy buraxmaq olarmi? Saglamliga qovusduqdan sora yeniden qilmaq olarmi?
Cavab:

Əssələmu aleykum. Bu cavabları oxuyun:

ardını oxu
03-01-2023 .
Hz İbrahim'in və Hz İsa'nın Kərbəladan keçərkən başının qanaması düzdürmü?.
Cavab:

Va aleykum Salam. Nə İbrahim, nə də İsa peyğəmbər Kərbəlada olmayıblar və bu, xurafatdır. Bu batil hekayə insanları batil ziyarətlərə cəlb etmək üçün uydurulub.

ardını oxu
03-01-2023 Nazlı
Salam aleykum eger qadin yoldasina demeden pul gotururse bu gunahdimi?
Cavab:
ardını oxu
03-01-2023 Çadrali
As Salam Namazdan sonra Salam vermek isteyirem bunu nece edim? Meselen As Salam Aleykum Ya Sarikel Guran deyirler Ehli beyt Salam gonderirler ayag uste sag sol çonurler mescitde adeten camaat Namazindan sonra edirler mrn bacarmiram ama xanimlara goşuluram zehmet olmasa yaza bilersiz ezberleyim?
Cavab:

Va aleykum Salam. Namazdan sonra Əhli-Beytə və ya başqalarına salam göndərmək dinimizə sonradan əlavə edilən əməllərdir. Bunu nə Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun), nə onun Əhli-Beyti, nə də onlardan sonra gələn alimlər etməmişlər.

ardını oxu
03-01-2023 ÜLVİYE
Salam mene xestelendirme cadusu olunub paltarima onu nece temizlemek olar?
Cavab:

Va aleykum Salam. Bu cavabları oxuyun:


Evdən cadu tapıldıqda nə etmək lazımdır?

ardını oxu
03-01-2023
Salam aleykum. Sualımi tez cavablandirsaniz çox sevinerem çünki vacibdir. Menim isdedyim biri var . Onunla kebin kesmek isdrk amma hemen qızın qohumlarndan biri elçi gelmek isdirler qıza. Qız ne qeder etiraz etsede hemen qohumlara yenede el cekmirler. Bu halda men qızla dini kebine girsem olar?
Cavab:

Va aleykum Salam.

ardını oxu
03-01-2023 Zuzu
Salam, bir defe cehennem qorxusu kecirib namaza basladim, amma ureksiz qilirdim deye ,çoxlu qezaladim olurdu deye İndi ise namazi qilmiram çünki makyaj geyim uyğun gelmir, derse gedirem. Nece edim ki istek gelsin urekle namaz qilim?
ardını oxu
03-01-2023
Salam Aleykum,Yoqa ve meditasiya etmek haramdır?
Cavab:

Va aleykum Salam. Şəkk yoxdur ki, Yoqa və meditasiya hinduizm və buddizm inancından qaynaqlanır. Aşağıda göstərilən səbəblərə görə İslamda Yoqa ilə məşğul olmaq icazəli deyil:

ardını oxu
03-01-2023
Bəzi Sünnilər deyirlərki Şiələrin sinə vurmaları səhvdir sicə düzmü deyirlər səhvmi
Cavab:

Əssələmu aleykum. Məhərrəm ayında sinə döymək və əzadarlıq etmək dinimizə müxalif əməllərdir. Əvvəla bunu qeyd edək ki, Məhərrəm ayı Uca Allahın haram etdiyi aylardandır və bu ayda cana əziyyət verməklə özünə zülm etmək haramdır.

ardını oxu
03-01-2023
Salam, 1.bizim evdə yeni ildə anam şam ağacı, şaxta baba oyuncaqları qoyur, novruzda xonça qurulur bu dekorlarla bəzədilmiş süfrələrdə içdən bunları bayram saymayaraq oturan kafir olar mı? 2.
Cavab:

Va aleykum Salam.

ardını oxu
03-01-2023
Salam, inşəAllah yaxşısınız. Mən bir neçə dəfə məcburiyyətdən zöhrü əsr girəndən sonra, şamı da işa girəndən sonra qılmışam. Amma mən elə bilirdim ki, əsrin vaxtı çıxanadək zöhrü, işanın vaxtı çıxanadək şamı qılmaq olar, yəni səhv etdiyimi bilmirdim.
Cavab:

Va aleykum Salam. Uca Allah hər bir namazı öz vaxtında qılmağı əmr edərək buyurur: "Namazları və (günortadan sonrakı) orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun". (əl-Bəqərə, 238). "...

ardını oxu
03-01-2023
Esselemu aleykum ve rahmetullah. Menim camaat namazları ile elaqeli 3 sualım olacaq inşeAllah: 1) Camaatla qılınan SESSİZ namazlarda İMAMIN ARXASINDA DURANLAR üçün Fatihe suresini oxumaq rükndur yoxsa sünnedir? 2) Eger rükndursa bes neye göre namaza rükuda qoşulmuş şexs o rükete çatmış sayılır?
Cavab:

Va aleykumussələm və Rahmətullahi və Bərakətuhu.


1) Bu cavabı oxuyun:

ardını oxu
03-01-2023 Yaşar
Salam Aleykum.Size 1.ci sualım tanıdığım yaxın biri var ki "Mihr imam iskender" adlı birine inanır.onun Mehdi olduğunu qebul edirler.Onun derslerinde de Allaha ulaşmaq heyatda iken Allahi dilemek, ruhunu heyatda iken ona qaytarmaq kimi dərsləri var.Zikrləri de ancaq Allah başqa zikrləri y
Cavab:

Va aleykum Salam.

ardını oxu
03-01-2023
Salam.Men evde huzur tapa bilmirem.Cox qapaniram.cox eseb kechirdirem.ele bir dua varmi oxuyum?Namaz qilmiram.Bashlaya bilmirem bilirem weytan emelidir.
Cavab:

Va aleykum Salam. Uca Allah Qurani Kərimdə qəlb rahatlığının yalnız iman gətirmək və yaxşı işlər görməkdə olduğunu bildirmişdir: "Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə (xatırlamaqla) rahatlıq tapır" (ər-Ra'd, 28). Odur ki, sizə tez bir zamanda namaza başla

ardını oxu
03-01-2023
Ayaqyolunda tebii ehtiyyaclari oduyerken telefonla oynamaq olarmı?
Cavab:

Salam aleykum. Ayaqyolunda çox vaxt keçirmək bəyənilmir və bu, vəsvəsələrə səbəb ola bilir. Odur ki, ayaqyolunda telefonla oynamaq bəyənilməyən bir əməldir.

ardını oxu
03-01-2023 Rusif
Salam. 3 və 4 cü rükətlərdə niyə yalnız Fatihə deyilir? Və birdə kişi necə geyinməlidir Namazda?
ardını oxu
03-01-2023 Sara
Salam,atam neçe illerdi yuxuda qışqırır ayağa qalxan kimi üreyi dayanmış kimi hiss edir bu neden ola biler boynunda nezir qala biler?
Cavab:

Va aleykum Salam. Yuxuda narahat olmağın və oyanarkən təngənəfəs olması nəzirlə heç bir əlaqəsi yoxdur. Bu hal insanın sağlamlığı ilə əlaqəli ola bilər. Həmçinin şeytanın vəsvəsəsi olması da mümkündür. Ətraflı bu cavabları oxuyun:

ardını oxu
03-01-2023 Vətən
Salam aleykum.Mən Ramazan ayı girəndən bu günə qədər sübh namazı daxil olanda namazı qılırdım sonra yemək yeyirdim.
Cavab:

Va aleykum Salam. Oruc tutan insan Sübh namazının azanına qədər yeyib-içə bilər. Sübh namazının azanı dan yeri söküləndə daxil olur. Dan yeri söküləndən sonra yeyib-içmək qadağandır. Lakin əgər qeyd etdiyiniz hal səhvən və unutqanlıqdan baş vermişsə, bu halda oruc səhihdir.

ardını oxu
03-01-2023
Salam Aleykum Nigablı xanımın nişanlısı qarşısında uzunun gorunmesi dogrudurmu? Qeyd edimki nişandan sonra Hicabdan Nigaba kecirilib Tesekkur edirem
Cavab:

Va aleykum Salam. Hicablı qadının öz nişanlısının yanında üzünü açması haram deyil. Çünki niqab geyinmək vacib deyil və qadının naməhrəm kişilərin yanında niqab geyinməsi müstəhəb əməldir.

ardını oxu
03-01-2023
Salam aleykum qarşılıqsız birini sevmek gözlemek Allahdan xeyirlisin istemek ümid etmek duallarinda ister istemez onu dilemek günahdir? Ve darxdiginiz adam deyirler bunu hiss eder yuxusuna girersiz bu düzdü?
Cavab:

Va aleykum Salam. Bu cavabları oxuyun:


Sevib, sevilmək barədə

ardını oxu
13-11-2022
Allahumməxfirli sözünün mənası nədi?Hansı namazda istifada edirik?
Cavab:

Əssələmu aleykum. "Allahummə-ğfirli" duasının mənası "Allahım məni bağışla!" deməkdir. Bu duanı istənilən namazda səcdədə və rükuda demək icazəlidir. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) rükuda və səcdədə: "Allahım!

ardını oxu
13-11-2022
Salam aleykum. Öz ailesini söymeyin hökmü nedir?
Cavab:

Va aleykum Salam. Söyüş söymək, dava-dalaş salmaq günahdır. Xüsusən də insanın öz ailəsini söyməsi daha böyük günah sayılır.  Ətraflı bu cavabları oxuyun:

ardını oxu
13-11-2022
Salam. Men 6 ildi ki evliyem. Ovladim yoxdu. Ama ilk sevdiyim adami unuda bilmirem. Hele de onu sevirem. Allaha cox yalvariram meni bagislasin, cekindirsin. Ama bacarmiram beynimnen cixmir o insan. Uzr isteyirem, yoldasimla artiq 2 ildi ki, qardas baci kimiyik mueyyem problemleri var.
Cavab:

Va aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
13-11-2022 Nüşabə
Salam Aleykum. Men aile qurmusam. Ailemle ayri yasayiram. Ailem namaz qilan ailedir atam xaric. Bacim cox fitnekar, böhtanci, dilde yalanci, söyüşken, rüsvayci, yolunu azmaga meyilli insandir. Ana ve atadina zulum edir, hami ile arasini vurub. Mende onunla elaqemi bir nece gün olar kesmisem.
Cavab:

Va aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
13-11-2022
Kişi yoldaşına söyüş söyerse qadın ne etmeli?
Cavab:

Əssələmu aleykum. Bu cavabları oxuyun:

ardını oxu
13-11-2022 Sadiq
salam aleykum, peyğəmbərin (s.a.s) qəbirini yuxuda görüb, ona salavat gətirmək barədə səhih hədislərdə gələn məlumat varmı?
Cavab:

Va aleykum Salam. Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) qəbrini yuxuda görmək və ona salavat gətirmək barədə hədis yoxdur. Həmçinin oxuyun:

ardını oxu
13-11-2022 Anonim
Salam. Xahiş edirem imkan daxilinde mene cavab yazın. Boşanmışam. Uşaqlarım var. Evli 2 uşaq atası ile munasibet yaşayıram. Günahdır? Evli kişinin boşanmış qadın ile münasibeti gunahdir?
Cavab:

Va aleykum Salam. Qadın ərindən boşanmış olsa belə yeni kəbin kəsdirmədən başqa bir kişi ilə münasibətdə olması haramdır və bu əməl zina sayılır. Bu əməldən tövbə edin. Qadın yalnız kəbin kəsdirməklə başqa bir kişi ilə münasibət qura bilər.

ardını oxu
13-11-2022
salam aleykum .laqeyd əri olan bir xanım subay bir oğlanla yaxınlığ etmişdir.bir müddət sonra əri ilə boşanmış və tövbə etmişdir.sonra həmin subay oğlan ilə müvəqqəti nigahla siğə etmişlər ailə kimi yaşayırlar.xanımın əvəllki ərindən 3uşağı da var hazırda onlarla birlikdə yaşayırlar.bu ailənin hökmü
Cavab:

Va aleykum Salam. Cavab olaraq bildiririk ki, bu nikah doğru deyil və bu cütlüyün bir yerdə yaşaması zina sayılır. Çünki dinimizdə müvəqqəti nikah haramdır.

ardını oxu
13-11-2022 Əsgər
Salam mən dövlət işçisiyəm 1000 manat misal üçün maaş alıram, başqa heç nəyim (ev, avto kirayə verməmişəm, əkinim-biçinim yoxdur) yoxdur, mən nə qədər və nə vaxt zəkat, sədəqə, fidyə və xumus verməliyəm. Sizdən çox xahiş edirəm konkret mənim işim və maaşım üçün cavab yazın.
Cavab:

Va aleykum Salam. Zəkat aylıq maaşdan deyil, yığılan pul vəsaitindən (əgər nisab miqdarına çatarsa və üzərindən bir il keçərsə) verilir. Sədəqə könüllü verdiyinz pul və ya maldır. Xums isə kafirlərlə döyüşdən əldə edilən qənimətin beşdəbiridir. Sualınız əsasən deyə bilərik ki, sizə zəkat düşmür.

ardını oxu
13-11-2022 Cavidan
Allahin Salami olsun Necesiz Zehmet olmasa bu Saulima Cavab vere bilersiniz bir İnsana Kafir Nelet ve İmam Huseyin Qatilisen diye bilermi??
Cavab:

Va aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
12-11-2022 Sadiq
Əs sələmu aleykum və rahmətullahi və bərakətuhu. İki nəfər birlikdə namaz qılarkən, sonradan gələn biri namaz əsnasında namaza qoşularsa imamın sağındakı şəxs sonradan gələnin yanına keçməlidir?
Cavab:

Və aleykum Salam və Rahmətullahi və Bərakətuhu. İki nəfər camaat namazı qılarkən üçüncü bir şəxs gəlib onlara qoşulmaq istəsə, əgər arxada yer varsa imamın yanında (sağında) dayananı arxaya çəkməklə ona qoşulur.

ardını oxu
12-11-2022 Gül
Salam deməli uzaq yola çıxanda yanında gərək ər, qardaş, ata, oğul kimi kişilərdən biri olsun deyə bir şey var. Bir qadının əri, qardaşı, oğlu yoxdursa atasıda qoca yaxud yaşamırsa bu qadın nə etsin?
Cavab:

Va aleykum Salam. Qadının məhrəmsiz səfərə çıxması haramdır, hətta bu səfər Həcc ziyarəti olsa belə. Lakin əgər həqiqətən, qadının məhrəmi yoxdursa və ya məhrəmi səfər etməyə qadir deyilsə, qadının da səfərə çıxması zəruridirsə (müalicə və s.

ardını oxu
12-11-2022 Rəsad
As salam aleykum sualim zikirlerden olacaq 70000 le illehe illallah zikri varmi iki elle zikr etmek olarmi ve yuz defe rabbi ğfirli tub alleye inneke entet tavabur rahim istigfar etmek olarmi
Cavab:

Va aleykum Salam. "Lə iləhə İlləllah" zikrini gün ərzində istənilən qədər demək icazəlidir. Lakin müəyyən bir say həddi qoymaq düzgün deyil. Həmçinin İstğfar (Allahdan bağışlanma deləmək) zikri də belədir. Ətraflı oxuyun:

ardını oxu
12-11-2022 Vüsal.B.(26.4.22)
Fitr sedeqesi haqqında etraflı melumat vere bilersiniz? Şafii mezhebine göre fitr sedeqesi nece qiymetlendirilir?
Cavab:

Salamaleykum. Bu cavabları oxuyun:
Fitrə zəkatı

ardını oxu
12-11-2022
Salam xususi gel ile dirnagin ucunu uzadıb ( formagel) namaz qılmaq olarmı hemin dırnaqlarla?
Cavab:

Va aleykum Salam. Əgər siz qeyd etdiyiniz gel dəstəmaz alanda suyun dırnağa dəyməsinə mane olursa, belə gel dırnağa vurulan lak kimi sayılır və onu dəstəmazdan qabaq təmizləmək lazımdır. Çünki dırnaqda lak ola-ola dəstəmaz sayılmır.

ardını oxu
12-11-2022
Salam aleykum bir dostuma söz vermişem ki,işimde böyük mebleğ pul qazandıqda 5% ona hediyye kimi verecem.Indi vermek istemirem. Vermesem günah qazanıram?
Cavab:

Va aleykum Salam. Söz verib əməl etməmək münafiqlərə xas olan bir sifətdir və bu sifətdən çəkinmək lazımdır. Uca Allah buyurur: "Əhdə vəfa edin.

ardını oxu
12-11-2022
Salam men kicik bayıra gedende bezen ele olurki cinsiyyet orqanimi yumuram o menim qusulumu destemazimi pozur? Bunun haqqinda etrafli melumat verin zehmet olmasa
Cavab:

Va aleykum Salam. Namaz qılan insan həm kiçik, həm də böyük ayaqyoluna getdikdən sonra yuyunmalıdır. Təbii ehtiyacı ödədikdən sonra yuyunmamaq nəcasətin paltara dəyməsinə səbəb olur və bu halda namaz qılmaq düzgün deyil.

ardını oxu
12-11-2022
Salam hud sururesi aye 15 -16 tesfirin izahın vere bilersinizmi?
Cavab:

Va aleykum Salam. Uca Allah Hud surəsində buyurur:




"15. Kim dünya həyatını və onun bərbəzəyini istəyirsə, onlara əməllərinin əvəzini orada tam verərik və onlar orada zərər çəkməzlər.

ardını oxu
12-11-2022 Aytən
Salam.Bu yaxınlarda bir şey eşitmişəm Quranlar iftixare gətirmək sef etmirəmsə bele olmalıdır adı. Evlenmek isdediyin adam senin qismətindirmi ya yox bunu deyir bu ne derecede düzgündür və buna inanmaq olarmı?
Cavab:

Va aleykum Salam. Quran Uca Allahın oxuyub əməl olunsun deyə, bizlərə nazil etdiyi Kəlamıdır və onunla istixarə (bir şeyin xeyirli olub-olmamasını müəyyən etmək) olunmur.

ardını oxu
12-11-2022 Fatime
Salam.Sualımı cavablandırsanız sevinerem yalnız üreyim o zaman rahatlıq tapar 5 ay önce qardaşımı qeza da itirdim her zaman dua etdim de deyirem ki ne zaman ölsem qardaşıma qovuşdur meni Allahim. Bu da düzgünmüdür? Ve esas sualım o dünya da bacı qardas ana ata bir birini tanıyacaq görecek mi?
Cavab:
Va aleykum Salam. Əvvəla qardaşınıza Uca Allahdan rəhmət və günahlarının bağışlanmasını diləyirik! Sizə və ailənizə bu müsibətə görə səbir və əcir verməsini diləyirik!
ardını oxu
12-11-2022 Medine
Xaiş edirem sualima cavab veresiz hamileyem bu aralar evde gozume gorunurki evde kimse var men hemin terefe baxan kimi qacir,qab yuyanda ele bil kimse mene dediki stekana bax stekana baxanda gordum oz ozune terpenir duz yerde.Birde gece yuxuda anamnan ozumu gordum ustumuze nese gelirdi anam heyecanl
Cavab:

Əssələmu aleykum. Qeyd etdiyiniz hal şeytanın vəsvəsəsidir. Şeytandan qorunmağın yeganə yolu Allaha sığınmaq və Allahı çox zikr etməkdir. Uca Allah buyurur: "Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir". (Fussilət, 36).

ardını oxu
11-11-2022 Musa
Xahiş edirik tez cavab yazardınız.bezi məşhur proqramların aylıq ödənişləri var ,məsələn Photoshopun istifadəsi üçün aylıq rəsmi ödənişi 20 dollardır.amma mənim kompüterime bu proqramın köhnə versiyasını cəmi 10 manata yukleyibler.yeni orijinal proqram aylıq 20 dollar amma 2020 versiyali Photoshop
Cavab:

Əssələmu aleykum. Əgər proqramın müəllifi (şirkət) köhnə versiyanın pulsuz işlədilməsinə etiraz etmirsə və bu versiyanı internetdən pulsuz yüklənməsinə icazə verirsə, bu halda ondan istifadə etmək olar. Əgər proqramın müəllifi icazə vermədiyi halda qanunsuz olaraq yüklənirsə, bu halda haramdır.

ardını oxu
10-11-2022 Nergiz
Salam mən uşaq vaxrından namaz qılıram amma hicab bağlamıram.Axır vaxtlar ürəyimdən keçirdim ki ,hicaba keçim.Qaynanama desim o,razı olmadı.Bu səhər sübh namazından sonra yuxuda görürəm ki,hicabdayam amma ayağımın bir hossəsi açıqda qalıb .Bunun menasını deye bilersiz?
Cavab:

Va aleykum Salam. Əvvəla bunu qeyd edək ki, həddi-büluğa çatmış qadının hicab bağlaması vacibdir və bunu hansısa bir insanın sözünə görə tərk etmək olmaz. Ətraflı oxuyun:

ardını oxu
10-11-2022
Salam bir işin duzelmesicun gurban deyib sora kesmege imkan tapmayan qurbanı basga neynense evez etmek olar
Cavab:

Va aleykum Salam. Əgər qurban kəsməyi nəzir etmisinizsə, etdiyiniz nəziri verməlisiniz. Nəyi nəzir etmisinizsə onu da verməlisiniz. Əgər hal-hazırda buna imkan yoxdursa, o zaman imkan tapan kimi nəzir etdiyiniz qurbanı kəsin.

ardını oxu
10-11-2022
Salam qedr namazini tek-tek qilmaq olar? Her defe desdemaz almaq lazmdir?
Cavab:

Va aleykum Salam. Qədr gecəsi ehtimal olunan gecələrdə qılınan namaz "Qiyamul-Leyl" (Gecə namazı) adlanır. Bu namazı həm tək halda, həm də camaat şəklində qılmaq olar. Hər namaz üçün ayrıca dəstəmaz almağa ehtiyac yoxdur. Gecə namazı barədə ətraflı oxuyun:

ardını oxu
10-11-2022
Qadın xəstələnibsə qədr gecəsində oyaq qalıb dua edə bilər?
Cavab:

Əssələmu aleykum. Xəstələnmək dedikdə heyz (aybaşı) olmağı nəzərdə tutursunuzsa, bəli, qədr gecəsində dua edə bilər. Bu cavabı oxuyun:

ardını oxu
10-11-2022 Ələkbər
Salam.Necəsiniz?Mənim suallarima həmişə cavab verirsiniz.Allah razi olsun.Televizorda baxib gördüm ki qari yerdə oturaraq quran oxuyr.Amma quran oxuduqca başini tez tez qabağa əyir sonra geri.Birdə dindar adamlarin məsciddə qəribə rəks etməyi.hecnə başa düşə bilmədim.Xahiş edirəm bunu izah edin.Cox
Cavab:

Va aleykum Salam. Bəzi insanlar Quran oxuyarkən qeyri-ixtiyari başlarını önə və arxaya hərəkət etdirirlər. Əgər bu hərəkət ibadət məqsədi ilə deyil, insanın özündən asılı olmayaraq baş verirsə, bunda bir qəbahət yoxdur.

ardını oxu
10-11-2022 Naz..
Salam Mən qusl alan zaman deyirəm, məsələn heyz qusulu alıram qurbətən illahlah amma mənim aglimdan cənabet keçir. Cənabət qusulu alan zamanda heyz. mən hansina niyət etsəm su tökən zaman ağlimdan əksi keçir bu qusulu pozur?
Cavab:

Va aleykum Salam. Qüsl aldıqda niyyəti dil ilə deməyə ehtiyac yoxdur, çünki niyyətin yeri qəlbdir. Bu cavabları oxuyun:

ardını oxu
10-11-2022 ......
Salam nişanlı vaxtı öpmek gunahdirmi ?kebin kesdirmeliyikmi ??
Cavab:

Va aleykum Salam. Kəbin kəsdirmədən nişanlıların görüşməsi, əl-ələ tutmları və öpüşmələri günahdır. Ətraflı oxuyun:


Nişanlılar qucaqlaşa və öpüşə bilərlərmi?
ardını oxu

Pages