09-06-2017 Kamal
Salam aleukim. Allah sizlerden razi olsun, Allah sizleri qorusun, cox faydali bir sayt acib muselmanlara xidemt gosterirsiniz. İnwallah bunun mukafatini mutleq ve mutleq cennetde alacaqsiniz. Allah sizi cennet sakinlerinden ve heqiqi ixlasli bendelerinden etsin!Amin!
Cavab:
Və aleykum Salam. Təəssüf ki, bu mümkün deyil, çünki Azərbaycan dili ilə ərəb dilində olan hərflər arasında böyük fərq var. Siz çalışın ki, ərəb əlifbasını öyrənəsiniz.
ardını oxu
09-06-2017 Ləman
Salam men hamilə ikən bir şeyi icazesi alıb yemişəm.deyirlerki icazesi alınıb yeyilende ana betnindeki uşaq oglan olsa ogru qız olarsa yolunu azmış olar?bu düzdürmü?ve halallıq ala bilmesem bunu hansısa dua ve ya emelle ede bilerem?
Cavab:
Və aleykum Salam. Dinimizə görə istəlinən bir əşyanı haqq sahibindən onun icazəsi olmadan mənimsəmək günah sayılır və buna görə tövbə etmək lazımdır. Amma bunun səbəbi ilə gələcəkdə doğulacaq uşaqların pis yola düşəcəyini düşünmək batil və xurafatdır. İnsanın kim olacağını yalnız Allah bilir.
ardını oxu
09-06-2017 Ruhane
Salam Aleykum. Mənim bir sualım var. Mən ailəli olmuşam və anlaşılmamazlıqdan yollarımızı ayırmışıq. Amma kəbin kağızımız yoxa çıxıb. Belə bir məlumatım var ki, kəbin kağızı geri oxunmadıqca ər və arvad ayrılmış sayılmır. Bu vəziyyətdə biz ayrılmış sayılmırıq? Və necə bu kəbini poza bilərik?
Cavab:

Və aleykum Salam. "Kəbini geri oxutdurmaq" deyilən bir qayda yoxdur. Siz qarşılıqlı şəkildə razılaşaraq boşanmısınızsa, kəbin kağızının heç bir əhəmiyyəti qalmır və siz boşanmış sayılırsınız.

ardını oxu
09-06-2017
Salam Aleykum. Bu saytı çoxdan izləyirəm, gözəl saytdır. Bir dəfə sual da vermişdim, amma cavab verdinizmi vermədinizmi bilmirəm. Sualım belədir - Mən hər gün dua edirəm.
Cavab:
Və aleykum Salam. İstəsəniz duanın ədəblərinə riayət edə bilərsiniz. Daha ətraflı: 

Duanın ədəbləri barədə ətraflı yaza bilərsinizmi? 
ardını oxu
09-06-2017 nezrin
Cennetde de dunyadaki kimi her hansi bir bendenin usaqlari olacaqmi?
Cavab:

Salam aleykum. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurmuşdur: "Mömin cənnətdə övlad istədiyi zaman hamiləlik və doğuş bir saatda baş verəcək". (İbn Məcəh, 4338).

ardını oxu
04-06-2017
Salam. Men namaz qiliram amma bezen namazimi tez-tez yeni celd qiliram. Goresen tez qilmaq gunahdir.?? Mene cavab verediniz??
Cavab:
Və aleykum Salam. Namazı orta sürətdə qılmaq lazımdır. Tez-tez namaz qılmaq namazda olan mütiliyin olmamasına səbəb olur. Bu cür namaz qılmağı Peyğəmbər (salləllahu aleyhi və səlləm) qadağan etmişdir.
ardını oxu
04-06-2017 Mehemmed ibn Zaur
Salam aleykum. Zovcenle elaqede olduqda spermani bowalanda qiraga bowalmaq olar?
Cavab:

Və aleykum Salam. Belə etmək icazəlidir. Daha ətraflı: Hamilə qalmamaq üçün qorunmaq olarmı?

ardını oxu
04-06-2017
salam!
Cavab:

Və aleykum Salam. Şəriətdə kirvə adlı qohumluq əlaqəsi yoxdur. Oğlan uşağını xitan elətdirmək (bu, el içində "sünnət olunmaq" adı ilə tanınıb, çünki mənbəsi Peyğəmbərin sünnəsidir - yoludur) üçün uşağı kiminsə qucağında tutmasına qadağa yoxdur, lakin uşağı tutan adam qohuma çevrilmir.

ardını oxu
04-06-2017
Es salamu aleykum va rahmetullahi va berekatuhu. Sualım. 1.Kişi qadını boşandı,İdde muddeti bitmeden baraşdılar yaxınlığ oldu (cinsi elaqe) din qaydaları bilmeden oldu. İn şa Allah nece olmalıdı?Tövbe etmek olar yoxsa boşanmaq? 2.Kişi boşandığı qadınla hansı sebeblere göre vatsapda yazışa biler? 3.
Cavab:
Və aleykumus-Sələm və rahmətullahi va bərakətuhu.
ardını oxu
04-06-2017 Nəzrin
Mən Quranı azərbaycanca tərcüməsini oxumuşam.ərbcə bilmirəm.Mən Quranı oxumuş hesab olunuram? Bilmək isdərdim.namaz qılıram
Cavab:

Salam aleykum. Quranın azərbaycan dilinə mənaca tərcüməsini oxuyan Quranı oxumuş və savab qazanmış sayılır, lakin hər hərfinə gözə 10 savaba nail olmur.

ardını oxu
04-06-2017
Salam.mualicevi shamlardan istifade edilmesi qusulu pozur yoxsa destamazi?yoxsa hec birini pizmur?
Cavab:

Va aleykum Salam. Müalicəvi şamlardan istifadə etmək nə qüslu, nə də dəstəmazı pozmur. Daha ətraflı:

Qüsl necə alınır və onu pozan amillər hansılardır? 

ardını oxu
04-06-2017 Kamil
As-Saıamu aleykum va rahmatullahu va barakathu.Sıxıntı zamanı hansı duanı edim?
Cavab:
Va aleykumus-Sələm va rahmətullahi va bərakətuhu. Bu cavabları oxuyun:
Çətinliyə düşərkən edilən dua
ardını oxu
04-06-2017 Tunay
Salam.mən nişanlıyam ama nişanlımı sevmirəm istəmədən məcburi veriblər 5-aydır ki nişanlıyam hələdə sevmirəm ALLAHA dua edirəm ki bu nişan qaytarılsın sizcə nişanlandiqdan sonra elə bir şey ola bilər ALLAH səsimi eşidər həmişədə yalvariram qismetimi gonulumde olana yaz birde icimde ele hiss var ki d
Cavab:
ardını oxu
04-06-2017 Gozəlov Xanim
Salam.mən 3 dəfə abort etdirmişəm bilirəm ki mən böyük günah işlətmişəm özüdə namaz qıla qıla.neyniyim ki Allah məni bağışlasın,?Mən məcbur idim çünki imkanım yoxdu saxlamaqa.iki evladim var yoldaşım çox avaradi ailəmi anam yedizdirir.urəyimdə çox peşmanam istəməzdim evladiniz öldürüm.mənə kömək edi
Cavab:
Və aleykum Salam. 
ardını oxu
02-06-2017
Ramazan bayraminda qusul almaq vacibdirmi? Yeni oruc tutan insan qusul almalidirmi?
Cavab:

Salam aleykum. Ramazan ayı daxil olanda xüsusi bir qüsl alınmır. Ramazan ayı sona çatanda isə bayramdan qabaq qüsl almaq bəyənilən əməllərdəndir. Bir nəfər Əlidən (Allah ondan razı olsun) qüsl almaq barədə soruşdu. Əli (Allah ondan razı olsun) dedi: "İstəyirsən hər gün qüsl et".

ardını oxu
02-06-2017
Salam.Sualıma göre üzir isdiyirem menim sevdiyim oğlan var onnan danismaq tutduğum oruvu pozur?
Cavab:

Və aleykum Salam. Naməhrəmlə danışmaq orucu pozmasa da günahdır. Daha ətraflı: Sevgililər bir-biriləri ilə görüşüb, əl-ələ tuta bilərlərmi? 

ardını oxu
02-06-2017
Salam men rayonda qalıram bakıya gelmisem yorqun olduqum ucun imsaqa dura bilmemisem men orucumu davam edire bilerem?
Cavab:
Və aleykum Salam. Əgər siz sahur (imsak) etmədən oruc tutmusunuzsa, orucunuza davam edə bilərsiniz. Amma sahur yeməyərək oruc tutmaq insan orqanizminə zərərdir. Daha ətraflı: 
ardını oxu
02-06-2017 Terane
Salam ilk once Allah tutdugunuz oruclari qebul etsin . Sualm budurki imsaqa qeder oyaq qalmaq olarmi? Yeni imsaqa qeder oyaq qalb orucu tutub sonra yatasan.
Cavab:

Və aleykum Salam. Sahura (imsaka) qədər oyaq qalmaq icazəlidir. Həmçinin oxuyun: Orucu pozan amillər hansılardır? 

ardını oxu
02-06-2017
Salam. Men bilmey isteyirdim oruc olduqun zaman seher sefere gedeceyini bilirsen orucu sefere cixmazdan evvel pozmaq duzdurmu? Her halda yeni yemey yemeyle veya cinsi elaqeyle pozmaqin keffaresi varmi?
Cavab:
Və aleykum Salam. Səfərə çıxarkən oruc tutmaya bilərsiniz. Oruc olan zaman səfərə gedəcəyiniz məlum olubsa, orucu su içmək və ya yemək yeməklə poza bilərsiniz və ya həmin gün oruca davam edə bilərsiniz. Amma orucu cinsi əlaqə ilə pozmaq olmaz. Həmçinin oxuyun: 
ardını oxu
02-06-2017
Oruc tutan qadina masturbasiya olarmi?
Cavab:

Salam aleykum. İstimna (masturbasiya) haramdır. Oruc vaxtı istimna etdikdə isə oruc pozulur. Ona görə bu əməldən çəkinmək lazımdır. Daha ətraflı:

Masturbasiya etməyə icazə verilirmi? 

ardını oxu
02-06-2017 Turane
Salam bağışlayın gunorta yatmaq olar?
Cavab:
Və aleykum Salam. Oruc olan adamın günorta vaxtı yatması icazəlidir və orucu pozmur. Daha ətraflı: 
Ramazan ayının orucu
ardını oxu
02-06-2017
oruclu olan zaman qidalandirici əl və uz kremlərindən istifadə etmək olarmi?
Cavab:
Salam aleykum. Qidlandırıcı əl və üz kremlərindən istifadə etmək orucu pozmur. Həmçinin oxuyun: Orucu pozan amillər hansılardır? 
ardını oxu
02-06-2017
Salam.Ramazan ayınız bərəkətli olsun.Anamın mədəsində problem olduğu üçün oruc tuta bilmir.Mən Ramazan ayından sonra anamın yerinə oruc tuta bilərəm? Lakin anamın bundan xəbəri olmayacaq..Yəni anam elə biləcək ki,özüm üçün tuturam.. Belə bir şey olar?
Cavab:

Və aleykum Salam. Sağalmaz xəstəliyə görə Ramazan ayında oruc tuta bilməyən insanlar tutmadığı hər bir günün əvəzində bir nəfər kasıbı yedirtməlidir. Həyatda olan insanın əvəzinə oruc tutmaq olmaz, çünki hər kəs özü oruc tutmağa mükəlləfdir.

ardını oxu
02-06-2017 Allahın qulu
Salam aleykum. Bir tanış adamın yuxuda vergi verildiyi deyilir . O adam o yuxudan sonra gələcək haqqında bəzi düzgün xəbərlər verməyə başlayır. Ona həqiqətən vergi verilibmi? əgər bu şeytandandırsa onu necə başa salmaq olar? Allah razı olsun.
Cavab:
ardını oxu
02-06-2017
Salam.
Cavab:
Və aleykum Salam. Səbirli olun, ailənizi dağıltmayın və səmimi qəlbdən Allaha dua edin. Həqiqətən duanın açmadığı heç bir bağlı qapı yoxdur. Həmçinin oxuyun: 
ardını oxu
02-06-2017 Ruslan
Salam spirtli içki içmək qüsulu pozur?
Cavab:
Və aleykum Salam. Spirtli içki içmək qüslu pozmasa da böyük günah sayılır. Daha ətraflı:
Qüsl necə alınır və onu pozan amillər hansılardır?
ardını oxu
02-06-2017 Yusif
salam ifatr ve ya imsak vaxti halal yazilmis kolabasa ve sosisden isdifade etmek olarmi
Cavab:

Və aleykum Salam. Halal kolbasaları həm iftar və imsak yeməyində, həm də Ramazandan kənar istənilən digər vaxtlarda yemək icazəlidir.

Həmçinin oxuyun: Hansı kolbasalar halal sayılır?

ardını oxu
02-06-2017
Salam men orucam amma dodagma tupurcey vurmuram olarmi dodaga tupurcey vurmaq
Cavab:
Və aleykum Salam. Oruc vaxtı dodaqları dillə islatmaq, həmçinin udmamaq şərtilə ağzı su ilə yaxalamaq icazəlidir. Həmçinin, oxuyun: Oruc vaxtı qoxu gəlməsin deyə ağız yaxalayan vasitələrdən istifadə etmək olar?
ardını oxu
02-06-2017 Revane
Salam. Bir sual verim orucluq baslayanda 1 ay tutmaq vacibdir, yoxsa gucun catdigi qeder tutmaq olar?
Cavab:
Və aleykum Salam. Ramazan ayı boyunca orucu tam tutmaq hər bir müsəlmana vacibdir. Vacibi yerinə yetirməmək isə böyük günahdır. Sağlamlığınız imkan vermirsə, tuta bilmədiyiniz orucların qəzasını Ramazan ayından sonra tutmaq lazımdır. Daha ətraflı: 
ardını oxu
02-06-2017
Salam. Oruclu halda 50 km artiq yol qet edib ocaga getsem gunah sayilir?
Cavab:
Və aleykum Salam. Ocaqlar və ya pirlərdə Allaha şərik qoşulduğu, Allahdan başqasına dua edildiyi, qurban kəsildiyi və nəzir edildiyi üçün ora getmək böyük günahdır. Uca Allah sizin duanızı hər yerdə eşitməyə qadirdir, bunun üçün uzaq məsafə qət etməyə ehtiyac yoxdur.
ardını oxu
02-06-2017 Gunay
Kecen ilden qalan qeza oruclarımı bu ilki ramazan orucundan sonra tuta bilerem?
Cavab:
Salam aleykum. Bəli, keçən ildən qalan orucların qəzasını Ramazan ayından sonra tuta bilərsiniz. Daha ətraflı: Ramazan ayından qalan kəffarə orucunu ardıcıl tutmaq lazımdır?
ardını oxu
31-05-2017 Aygun
Salam Aleykum.Yoldasim oz hereketleri ile ozunu gozden salib hec kim ona inanmir o qeder sefe yol veribki erlik borcunuda yerine yetirmiyib ailem hami isteyirki biz bosanaq onu kureken kimi ailem gormur hele soz sohbetimiz olub aramizda indi ayridi eve ailem buraxmir onu isi olmadigi ucun kiraye cix
Cavab:
Va aleykum Salam. Kişiyə vacibdir ki, imkanı daxilində ailəsinin ehtiyaclarını ödəsin və bunun üçün əlindən gələni etsin. Allah Rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Hər biriniz çobansınız və öz rəiyyəti altında olanlara görə məsuliyyət daşıyırsınız.
ardını oxu
31-05-2017
Salam orucluyeken dodaq boyasi vurmaq olarmi?
Cavab:
Və aleykum Salam. Oruc tutan qadın məhrəmlərin yanında dodaq boyası vura bilər. Daha ətraflı:

Ramazan ayının orucu
ardını oxu
31-05-2017 Nərgiz
Oruc tutmaq üçün qüsl vacibdirmi.Yəni gecə cinsi əlaqədədn sonra qüsl alıb oruc tutmaq vacibdirmi.
Cavab:
Salam aleykum. Qüsl almaq oruc tutmaq üçün yox, namaz qılmaq üçün vacibdir.
ardını oxu
31-05-2017
Salam men mohurle namaz qiliram ve defe bu duzgundurmu....
Cavab:

Va aleykum Salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm), onun səhabələri və əhli-beyti (Allah onlardan razı olsun) namazı möhürsüz və gün ərzində beş dəfə qılıblar. Daha ətraflı:

ardını oxu
31-05-2017
Uzur yerinen cixarken hansi dua oxunmali
Cavab:

Salam aleykum. Yas yerindən çıxarkən xüsusi bir dua yoxdur. İnsanlar arasında yayılan "Fatihə vermək" bidətdir və dində heç bir əsli yoxdur.

ardını oxu
31-05-2017
Salam aleykum. Islamda el yazisina inanmaq kimi bir sey var? Bezi insanlar deyir ki insanin ovcundaki xetler onun heyatinin merhelelerini gosterir ve s.
Cavab:

Və aleykum Salam.

ardını oxu
31-05-2017 qul
her vaxtiniz xeyir islamda sevgi barede nesihetler varmi yaza bilersizmi cox cox xais men birini cox sevirdim demey olarki Allaha her gun dua edirdimki bizi qovusdursun amma olmadi o meni basqasina deyisdi indi ureyim cox qiriqdi oz ozume deyirem birde hec kesi sevmeyecem gah da deyirem gedib birde
Cavab:
Salam aleykum. Həddi aşmamaq və şəriət çərçivəsindən kənara çıxmamaq şərti ilə (yəni, evlənmək niyyəti ilə) islamda sevib-sevilmək qəbahət deyil. Evlənmək niyyəti ilə olmayan sevgi isə haramdır və böyük günah olan zinaya aparır. Bu cür sevgi insanın qəlbini məşğul edir və ona əziyyət verir.
ardını oxu
31-05-2017 Fatime
salam aleykum.Exi qaynatam saĝlıĝında qızına cehiz versin deye coxlu sélém götürüb.Ödemeden dünyadan ķöçdü.Ìndi bizden teleb edirler.Mende günahdı,haramdı deye vermek isdemirem.Isderdim bilim ödeyek yoxsa.?Allah razı olsun
Cavab:

Va aleykum Salam. Siz bu işi yaxşı bilən mütəxəssislə məsləhətləşin, sizdən bu borcu tələb etmək hüquqları varmı?

ardını oxu
31-05-2017
Namazi terk edenin hokmu nedir?
Cavab:
Salam aleykum. Alimlərin əksəriyyətinin rəyinə görə, namazı tərk edən böyük günah sahibi olan müsəlmandır. Bu cavabları oxuyun:  
ardını oxu
31-05-2017
As salamu aleykum.Qeza olan orucunu bilerek pozmaq gunahdi keffaret lazimdi yoxsa basqa gun qeza tutmaq lazimdir? Men islama teze gelmisem Kecen il Ramazan ayini bilmemisem oruc tutmamisam indi o oruclarin qezasini tuta bilerem?
Cavab:
Və aleykum Salam.
1. Qəza orucunu qəsdən pozanda yalnız həmin günün əvəzinə bir gün yenidən oruc tutmaq lazımdır.
ardını oxu
29-05-2017 gülnise
salam men oruc tutanda seherler yemek yemirem bunun bir gunah olduğunu söyləyirler bu günahdı ya yox əvvəlcədən teşekür edirem allah hamımızın orcunu qəbul etsin .amin
ardını oxu
29-05-2017 Amil
salam oruc megrib azani vaxti acilmalidirmi bunu deqiq yazardiz zehmet olmasa sagolun Allah Razi Olsun.
Cavab:
Və aleykum Salam. İftar vaxtı gün batan vaxt,  yəni məğrib namazının girdiyi vaxtda açılır. Bəzi məscidlərdə azan gec verildiyi üçün iftarı açanda azanı gözləməyə ehtiyac yoxdur. Həmçinin oxuyun:
ardını oxu
29-05-2017 Bedelov azad
Axsaminiz xeyir xeyirli ramazanlar size bir sualim var xahis edirem cavablandiradiniz bu sual bir coxlarini dusundurur bedenden xaric olan qaz orucu pozurmu ,??
Cavab:
Salam aleykum. Nə gəyirmək, nə də yel çıxması orucu pozmur. Daha ətraflı:
Ramazan ayının orucu
Orucu pozan amillər hansılardır?
ardını oxu
29-05-2017 Aynur
Mənim atam evdə spirtli içki içir.Bəs mən oruc tuta bilərəm?
Cavab:
Salam aleykum. İçki içən özü üçün böyük günah qazanır. Bunun sizin orucunuza zərəri yoxdur. Atanıza Ramazan ayının rəhmət və bağışlanma ayı olduğunu, günahlardan tövbə edərək oruc tutmağın vacibliyini gözəl əxlaq və səbrlə izah edin. Daha ətraflı:
ardını oxu
29-05-2017
Salam orucluyken dodaqlari yasdaq olarmi?
Cavab:
Və aleykum Salam. Oruclu ikən dodaqları yaşlamaq icazəlidir. Həmçinin, udmamaq şərti ilə ağızı yaxalamaq da olar. Daha ətraflı:
Ramazan ayının orucu
ardını oxu
29-05-2017
Salam.Sualima gore uzr isteyirem. Oruc tutdugum zaman qadin hekimine gede bileremmi? Bu orucumu pozar, ya yox?
Cavab:
Və aleykum Salam. Oruc olarkən qadın həkiminə getmək orucu pozmur. Daha ətraflı: 
Ramazan ayının orucu
Orucu pozan amillər hansılardır? 
ardını oxu
29-05-2017 gunel
salam men oruc tutmaq isteyirem oruc tutaraq usagima sud vere bilerem yoxsa orucu actiqdan sora verim?
Cavab:
Və aleykum Salam. Oruc olan qadının uşağını əmizdirməsi orucu pozmur. Daha ətraflı:
Ramazan ayının orucu
Orucu pozan amillər hansılardır? 
ardını oxu
29-05-2017 Vefadan
Oruc tutduqdan sonra cinsi elaqe olarml?
Cavab:
Salam aleykum. İftar etdikdən, yəni gün batdıqdan sonra ərlə arvad yaxınlıq edə bilərlər. Oruc olarkən isə cinsi əlaqə haramdır, bunun kəffarəsi 60 gün dalbadal oruc tutmaq və ya 60 kasıbı yedirtməkdir. Daha ətraflı:
ardını oxu
29-05-2017 leyla
Salam Aleykum hamile qadin oruc tuta bilermi
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun: Hamilə qadın oruc tuta bilərmi?

ardını oxu

Pages