Cadudan necə qorunmaq olar?
Dualarım qəbul olmur, nə edim?
Hamilə qadın namazı necə qılmalıdır?
Və aleykum Salam. Bəli, əgər ayaq üstə namaz qılmaq sizə ağrı verirsə, oturaraq namaz qıla bilərsiniz. Daha ətraflı: Xəstə insan necə dəstəmaz alıb namaz qılmalıdır?
Salam aleykum. Bəli, dəstəmaz aldıqdan sonra bədənizin istənilən hissəsinə krem sürtə bilərsiniz və bu hal dəstəmazı batil etmir. Həmçinin oxuyun: Dəstəmazı pozan amillər
Va aleykum Salam. Uca Allah buyurur: "Bizi doğru yola yönəlt – nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların yoluna yox!" (əl-Fətihə, 6-7).
Və aleykum Salam. Düzdür, dua etdikdə Uca Allahdan xeyirlisini istəmək lazımdır.
Dualarım qəbul olmur, nə edim?
Və aleykum Salam. Bunlar bir-birinə bağlı olmasa da, kommunal xidmət haqlarını ödəməmək haqqa girmək olduğu üçün günah sayılır. Çünki, bu pul dövlət büdcəsinə yığılır, oradan da əhalinin əmək haqları, pensiya və digər ehtiyacları ödənilir.
Dəstəmazı və namazı batil edən hallar
Salam aleykum. Gün ərzində qılınan qəza namazlarının sayına məhdudiyyət yoxdur. Ancaq, siz keçmiş illərdə qılmadığınız namazları nəzərdə tutursunuzsa, bu namazları qılmağa ehtiyac yoxdur.
1. Yağış yağarkən duaların qəbul olması haqda hədislər buna dəlildir. Daha ətraflı: Yağış yağarkən dua edin!
Və aleykum Salam. İmkan daxilində bütün orucları tutmaq lazımdır. Daha ətraflı: Ramazan ayından qalan kəffarə orucunu ardıcıl tutmaq lazımdır?
Və aleykum Salam. Bəli, qeyd etdiyniz şəkildə hədis mövcuddur. Belə ki, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Sizdən biriniz dəstəmaz aldığı zaman burnuna su alıb çıxarsın. Qoy daşla təmizlənən kəs tək sayda (daşla silinsin).
Salam aleykum. Bəli, vəfat etmiş insanın adını uşağa qoymaq olar. Daha ətraflı: Yeni doğulmuş körpəyə ondan əvvəl ölmüş uşağın adını qoymaq olarmı?
Və aleykum Salam. Nişanlı olduğunuz dönəmdə aranızda kəbin varsa, ümumən görüşmək, söhbətləşmək olar. Lakin, nişanlı olmaq hələ evli olmaq demək deyil. Toyu olmağa az qalmış nişanları qayıdan bir çox oğlan və qız var.
Halal qeybət olurmu?
Nikah bağlamağın qaydaları
Və aleykum Salam. Qeyd etdiyiniz bu zikr namazda rükuda olduqda deyilir. Namaz qılarkən səcdədə "subhanə rabbiyəl-a'lə" duasının deyilməsi namazın vaciblərindəndir. Qeyd etdiyiniz hal səhvən baş veribsə, namaz düzgün sayılır.
Salam aleykum. Belə bir namaz forması haqqında məlumatmız yoxdur. Lakin şəriətdə hər rükətində 2 rukusu olan "Kusuf" - günəşin və "Xusuf" - ayın tam və ya qismən tutulması" adlı namaz buyurulmuşdur. Bu vaxt qılınan namaz 2 rükətli namazdır, hər rükətdə 2 dəfə rüku edilir.