Və aleykum Salam. Günahkarlıq hisslər ilə deyil, əməllər ilə olur. Günahkar böyük günahlar edib tövbə etməyənlərə deyilir. Heç bir günah etmədən sadəcə qəlbdə sıxıntı hiss etmək şeytanın vəvəsəsidir və buna əhəmiyyət vermək lazım deyil.
Və aleykum Salam. Kişilərə qızıl olmayan hər bir metaldan üzük taxmağa icazə var. Amma daha yaxşı olar ki, gümüş üzüyə üstünlük verəsiniz, çünki Peyğəmbər (salləllahu aleyhi və səlləm) gümüş üzük taxmış və bu üzüklə göndərdiyi məktublara möhür vurarmış.
1. Əli ağıza vurmaq orucu pozmur. Daha ətraflı: Orucu pozan amillər hansılardır?
Və aleykum Salam. Üzrlü səbəbə görə oruc olmayanın Ramazan ayının gündüzlərində zövcəsi ilə yaxınlıq etməsi icazəlidir və heç bir kəffarəyə ehtiyac yoxdur. Həmçinin oxuyun: Orucu pozan amillər hansılardır?
Və aleykum Salam. Hər ay üçün xüsusi dua etmək dinimizdə yoxdur. Amma sünnədə yeni doğmuş ayı (hilalı) görərkən edilən dua mövcuddur. Daha ətraflı:
Hilal görünərkən edilən dua
Və aleykum Salam. Namaza başlamaq istəyən gecikdirmədən, günün istənilən vaxtı üçün olan namazı qılaraq başlaya bilər. Allaha dua edirik ki, sizə bu əməldə davamlı olmağı və Cənnətə daxil olmağı nəsib etsin.
Və aleykum Salam. Pirlərə getmək haramdır, bu cür yerlərdən uzaq olmaq lazımdır. Daha ətraflı: Pirləri ziyarət etmək və onlardan yardım diləmək düzgündürmü?
Və aleykum Salam.
Va aleykum Salam. Ramazan ayını əvvəldən axıra qədər oruc tutmaq hər kəsə vacibdir. Yalnız xəstəlik və ya səfər kimi üzrlü səbəblərə görə oruc tuta bilməyənlər buraxdığı günlərin sayı qədər başqa günlərdə oruc tutmalıdırlar. Xroniki xəstəlik, taqətsizlik və s.
Va aleykum Salam. Bəli, qeyd etdiyiniz hal, aybaşının ilk mərhələsində olan əlamətlərindəndir. Ona görə belə olduqda artıq heyzdən təmizlənənə qədər qadına namaz qılıb oruc tutmaq olmaz.
Və aleykum Salam. Dinimiz günün hansısa vaxtında yatmağa qadağa qoymayıb. Yalnız Məğrib və İşa namazları arası yatmaq bəyənilmir, amma hətta bu da haram deyil.
Və aleykum Salam. Tanımadığınız adam haqqında danışığı eşitmək qeybət olmasa da, bu əməldən çəkinməyiniz daha yaxşıdır.
Və aleykum Salam.
1. Qurandan istənilən surəni və ya ayəni oxuyarkən dəstəmazlı olmaq şərt deyil. Amma dəstəmazlı olmaq daha yaxşıdır. Daha ətraflı:
Salam aleykum. Zərurət halında naməhrəmə iynə vurdurmaq olar. Daha ətraflı: Zərurət halında kişi naməhrəm qadına toxuna bilər?
Salam aleykum. Saqqız çeynəməklə bağlı heç bir qadağa yoxdur.
Və aleykum Salam. Namazın vaxtı girməmiş dəstəmaz alıb namaza hazır olmaq yaxşı haldır. Lakin, bunu bir vacib kimi qəbul etməyin. Siz namazın vaxtı girdikdən sonra da dəstəmaz ala bilərsiniz.
Və aleykum Salam. Qüsl olmadan əzbərdən Kürsü ayəsini (Ayətul-Kursi) oxumaq olar. Daha ətraflı: Quran kitabını oxuyarkən dəstəmaz almalıyıqmı?
Salam aleykum. Namazdan sonra təsbeh çəkmək yox, sağ əlin barmaqları ilə zikr etmək lazımdır. Namazdan sonra zikrlərlə bərabər İxlas, Fələq, Nəs surələrini və Bəqərə surəsinin 255-ci ayəsini oxumaq sünnədir. Daha ətraflı:
Və aleykum Salam. Müsəlmana yalnız beş vaxt namaz qılmaq vacibdir. Gecə namazını qılmayan buna görə günah qazanmasa da, çoxlu savab qazanmaq fürsətini əldən verir.
Qadın heyz halında nələri edə bilməz?
Və aleykum Salam. Bəli, saytımızın facebook və instaqram səhifələri var.
Hicab - azadlıqdır!
Sehr nədir?
Və aleykum Salam. Naməhrəm üçün Allaha dua etməyə qadağa yoxdur. Həmçinin oxuyun: Dualarım qəbul olmur, nə edim?
Və aleykum Salam. Pirlərdə Allahdan başqasına dua edildiyi, qurban kəsildiyi və s. şirk əməllər edildiyi üçün ora getmək haramdır. Pirlər müqəddəs deyil, oranın torpağında da heç bir bərəkət yoxdur. Torpağı suya qatıb içmək özünə zülm etməkdir və bədənə ziyandır.