Və aleykum Salam. Saytımızın ana səhifəsində namazın vaxtları verilib. Azərbaycanın hansı şəhərindəsinizsə, o şəhəri seçin. Sahur vaxtı (yeməyi bitirmə vaxtı) Sübh namazının giridiyi vaxt, iftar vaxtı isə Məğrib namazının girdiyi vaxtdır.
Salam aleykum. Bu cavabı oxuyun: Oruc tutmaq üçün gecədən yeyib yatmaq və səhər yeməmək olarmı?
Və aleykum Salam. Bu cavabı oxuyun: Ramazan ayı üçün qüsl necə alınmalıdır?
Qadın heyz halında nələri edə bilməz?
Va aleykum Salam. Bəli, ümumiyyətlə bütün sünnət namazları qeyd etdiyiniz kimi iki-iki qılınır. Ona görə Duha namazını da bu şəkildə qılmaq lazımdır.
Salam aleykum. Əgər adi çimməyi nəzərdə tutursunuzsa, həftənin hər bir günündə və istədiyiniz vaxtda çimə bilərsiniz. Əgər Cümə qüslunu nəzərdə tutursunuzsa, Cümə günü qüsl almağa imkan yoxdursa, cümə axşamı Məğrib namazından sonra cümə qüslunu almaq olar.
Va aleykum Salam. Əgər həmin zinət əşyaları mehr kimi verilibsə, boşanma zamanı kişinin onları qadından geri almağa haqqı yoxdur, çünki mehr qadının haqqıdır. Bizim el-adətimizdə adətən zinət əşyaları evlənərkən qadına mehr qismində verilir.
1. Kəbənin içi də digər məscidlər kimidir, orada da namaz qılınır. Kəbədə avam insanların düşündüyü kimi qəbir yoxdur. Daha ətraflı:
Və aleykum Salam. Ramazan ayının ilk gecəsində ümumən bir ay oruc tutmağa və ya hər gün yatmamışdan qabaq sabah oruc tutacağınıza niyyət edə bilərsiniz. Lakin, bu zaman niyyəti dilə gətirməyə ehtiyac yoxdur. Sadəcə, qəlbinizdə sabah oruc tutmaq məqsədinin olması kifayətdir. Daha ətraflı:
Naməhrəm kişinin qadını görməsi qadının dəstəmazını pozmur. Daha ətraflı: Dəstəmazı pozan amillər
Qüsl necə alınır və onu pozan amillər hansılardır?
Salam aleykum. Təyəmmüm almaq üçün evdə torpaq saxlamaq icazəlidir. Həmçinin, oxuyun: Təyəmmüm etməyin qaydası
Və aleykum Salam.
Salam aleykum. İstər dul, istərsə də bakirə qadın kəbin kəsdirəndə vəlisinin (ata, qardaş, əmi və s.) və iki ədalətli şahidin iştirakı vacibdir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) "vəlisiz nikah yoxdur" deyə buyurmuşdur.
Və aleykum Salam. "Bağışla" deyərək üzrxahlıq etmək icazəlidir, çünki bağışlamaq insanlara da aiddir. Hər bir insan onun haqqına girən kimsəni bağışlaya, haqqını ona halal edə bilər. Amma günahları isə yalnız Allah bağışlaya bilər.
Və aleykum Salam. Alimlər aşağıdakı ayənin ümumi mənasına görə boş evə girən insanın salam verməsinin müstəhəb (bəyənilən) əməl olduğunu demişlər - Uca Allah buyurur: "Evlərə daxil olduğunuz zaman özünüzü Allah tərəfindən mübarək və çox xoş bir salamla salamlayın.
Salam aleykum. Bu cavabı oxuyun: Oruc zamanı dərman qəbul etmək olarmı?
Və aleykum Salam. Bu cavabı oxuyun: Xəstə insan necə dəstəmaz alıb namaz qılmalıdır?
Süd verən qadın orucu qəza etməlidirmi?
Hamilə qadın oruc tuta bilərmi?
Səfər namazı necə qılınır?
Və aleykum Salam. Qadının övladına süd verməsi dəstəmazı pozmur. Həmçinin oxuyun: Dəstəmazı pozan amillər
Və aleykumus-Sələmu va rahmətullah. Bu artıq sizdə vəsvəsəyə çevrilib, vəsvəsəyə fikir verdikdə o daha da çoxalır.
Və aleykum Salam. "Hansı namazı qılırsan?" sualına "Peyğəmbərin qıldığı kimi namaz qılıram!" deyə cavab verilməlidir. Həmçinin oxuyun:
Sünni namazı, yoxsa şiə namazı dinimizə daha uyğundur?
Və aleykum Salam. Əgər boşanmış qadın başqa kişiyə ərə getmirsə, uşaq anada qalmalıdır və ananın buna daha çox haqqı vardır. Rəvayət edilir ki, bir qadın Rәsulullaha (salləllahu aleyhi vә sәllәm) müraciәt edib dedi: "Mənim uşağım var, amma atası onu mənim əlimdәn almaq istəyir".
Salam aleykum. Həddi-büluğa çatmayan uşaqlara oruc tutmaq vacib deyil. İbadətlərə həvəsləndirmək baxımından, oruc tutmaq uşağa ağır deyilsə, günün yarısına qədər və ya tam oruc tuta bilər.
Və aleykum Salam. Əlbəttə, siz ruzinizin artması, ərinizin daha çox maaş alacağı işdə işləməsi üçün dua edə bilərsiniz. Həmçinin oxuyun:
Dualarım qəbul olmur, nə edim?
1. Kredit verilən yerdə işləməkdən çəkinmək lazımdır. Allaha çoxlu dua edərək, haramlar olmayan yerdə iş axtarmağa çalşın. Daha ətraflı: Bankda işləmək olarmı?