15-04-2026
Salam. Mən namaz qılıram ama atam yox. Məni onun üçün siqaret və araq almağı məcbur eləyir, etiraz etsəm də qulaqasmır mənə. Mən nə dərəcə günah qazanıram?
Cavab:

Və aleykum Salam. Valideynə itaət İslamda böyük əhəmiyyət daşıyır, lakin Allahın haram buyurduğu işlərdə heç kəsə itaət etmək olmaz. Siqaret və xüsusilə içki (haram olan şey) almaq günahdır və buna vasitə olmaq da icazəli deyil. Bu səbəbdən atanız sizi məcbur etsə belə, bu işi etməməyə çalışmalı

ardını oxu
15-04-2026
Salam.Allaha xatir cavablandirin.Men bir adami cox sevirem,amma o meni sevmir,basqasini sevir Bu mende fiziki agriya cevrilib artiq,doze bilmirem,hec neden xosbext olmuram Dayanmadan agliyiram Allahdan onu isdiyirem,nolar mene yol gosterin men ne edim ?
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
15-04-2026
Salam mən özüm tələbəyəm mən həftənin 2 günü hazırlıqlara görə zöhr və əsr namazını qıla bilmirem axşam gelib qəzasını qılıram. amma ki dinimizdə həmçinin vaxtında qılınmayan da onu sonra qılmağa ehtiyac olmadığını bilirem. bu düzgündürmü ? men hemin gün vaxt edende o namazları qılmalıyam?
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
15-04-2026 Namelum
Salam Aleykum.36 yasim var xala qizinin oglu korpelikden elimde boyuyub.13 yasi var men onunla gorusende el ile goruse bilerem? (Baci usaqi kimi)gunah olar?
Cavab:

Və aleykum Salam. Xalaqızının oğlu sizə məhrəm deyil. Oğlan uşaqları adətən 13 yaşında həddi-büluğa çatmış olurlar, ona görə də onunla əl ilə görüşməyiniz doğru deyil. Naməhrəmlə əl ilə görüşmək (toxunmaq) icazəli deyil, hətta qohumluq və böyütmə səbəbi də bunu dəyişmir. Həmçinin oxuyun:

ardını oxu
15-04-2026 eliş
salam pişymn tükü hədən çox töklrdü qaşnandada dəşət hər yer tük olurdu evin içində havada uçuşrdu yeməyimizə qəər düşürdü məndə binan padvalı isti oldqndan qalın paltar aparıb qoydum balasnda özündə sora qonşu narazlq elədiki bəs ora qoymaq olmaz biz heçnə demədik bir neçə dəfə baxdm gördm orda ya
Cavab:
ardını oxu
14-04-2026 Allah bəndəsi,
İnsanın qəfil ağlına gələn istəmədiyi bir şeyi özüdə bilmədən tövbə edərsə ağlına gələrsə günah yazlırmı
ardını oxu
14-04-2026 Ayxan
Salam Mən Həmd Sürə Və Bütövlükdə Namazı Ayə Kimi Səsləndirib Qılsam Olarmı
Cavab:

Və aleykum Salam. Ən doğru olan namazı Peyğəmbərin ﷺ namazına uyğun şəkildə qılmaqdır. Peyğəmbər ﷺ yalnız əl-Fatihə surəsini və ondan sonra oxunan Quran ayələrini tərtil ilə, yəni avazla oxumuşdur. Namazın yerdə qalan sözlərini isə adi qaydada oxumuşdur. Həmçinin oxuyun:

ardını oxu
14-04-2026 Elshan
Salam Aleykum vereceyim sual meni cox marahat edir,bilmirem vesvesedir yoxsa nece?Istibranin duzgun qaydasi nece olmalidir?Men her defe ayaq yolunda temizlenerken 3,5 hetda 8,10deqiqelere kimi orada gozlemeli oluram,sonra bunu biraz aradan qaldirdim indi daha tez temizlenib cixiram lakin indide tam
Cavab:

Və aleykum Salam. İstibra, sadə şəkildə edilir: sidikdən sonra adi təmizlənmək kifayətdir, uzun müddət gözləmək və həddindən artıq yoxlamaq tələb olunmur. Bu cür uzun-uzadı gözləmək və daim şübhəyə düşmək vəsvəsə sayılır və şeytanın insana çətinlik yaratmaq istəməsidir. Əsas qayda budur ki, yəqin

ardını oxu
14-04-2026 ƏLİ
Salam əleykum və rəhmətullahi və bərəkətini göz rəngləmək olar?
Cavab:

Və aleykum Salam və Rahmətullahi və Bərakətuhu. Bu cavabı oxuyun:

ardını oxu
14-04-2026
Salam aleykum Hal hazırda ağaclar gül açır. İnsanlar gül açan ağaclara qırmızı iplər bağlayırlar. Parkda ağaca yaxınlaşanda gördüm ki, üzərində çoxlu qırmızı iplər var. Bildim ki, şirk əməlidir. İpləri qopartdım və kəsdim. Sonra bir kişi yaxınlaşıb mənə dedi ki, sən düz iş görmürsən.
Cavab:

Və aleykum Salam. Ağaclara və ya başqa şeylərə arzu üçün ip bağlamaq İslam dininə zidd olan batil bir əməldir.

ardını oxu
11-04-2026
Salam. Hicabdayam 3 ildir. Amma səhhətimdə problem var, hicabimi açmaq istəyirəm amma Allahin da qezebinden qorxuram. Hicabi taxanda boğuluram havam çatmır. Nefesim daralir. Zobumla bağlıdır deyəsən. Saçım cox pis tökülür. Amma hicabi da çıxarmağa qorxuram Allahdan qorxuram.
Cavab:

Və aleykum Salam. Uca Allah bəndəsinə gücünün çatmadığını yükləməz.

ardını oxu
11-04-2026
Salam aleykum, mən ayağ yoluna gedəndə cinsi orqanı silirəm təmizlərirəm sora yenə görürəmki ucunda damcı çıxır sidik bu tez tez olur demək olar bezmişəm alt paltarı dəyişməkdən elə olur 1 defeye siləndə gəlmir elə olur gəlir.
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
11-04-2026 Famil
Əssəlamu əleykum. Allah yardımçınız olsun. Cümə günləri hicri aylarının cümələri deyil, miladi aylarının cümələri götürülməsi səbəbini bilmək olarmı?
Cavab:

Və aleykum Salam. Həftənin günləri həm hicri, həm də miladi təqvimlə eynidir. Həftənin yeddi günü (şənbədən cüməyə qədər) Peyğəmbərin ﷺ dövründə də eyni qaydada məlum idi və bu günə qədər dəyişmədən davam etmişdir. Lakin onların adları hər xalqa görə müxtəlif adlarla adlandırılmışdır.

ardını oxu
10-04-2026 reyhanə
Salam Aleykum. çox üzrlü sayın. bildiyiniz kimi qadınlarda bəzi hallarda axıntılar olur. cinsi əlaqə zamanı, şəhvət vaxtı və adi halda olan. bildiyim qədəri ilə bəzi hallarda həmin axıntılar qüslün pozulmağına, bəzən isə sadəcə dəstəmazın pozulmağına səbəb olur.
Cavab:

Və aleykum Salam. Cinsi əlaqə qüslü pozur. İstər axıntı olsun, istər olmasın. Adi hallarda şəhvət səbəbindən gələn axıntıya məzi deyilir. Bu axıntı dəstəmazı pozur. Adi hallarda gələn şəffaf axıntılar da, həmçinin, dəstəmazı pozur. Həmçinin oxuyun:

ardını oxu
10-04-2026
Salam aleykum bilmey isterdim qadinin ölmüş əriylə olan nikahı necə pozulur? və ər prinsiplə ayrılmış qadinina talaq vermir nə derecəde düzgündür?
ardını oxu
10-04-2026 .
Əs Sələmu Aleykum. Bir qardaşın evli olduğu halda basqa qadinla yazisdiginin sahidi oluram ve buna gore cox pis olur ve qezeblenirem. Kenardan gorduyum ucun 1-2 mesaji ona nesihetde ede bilmirem. Men ne ede bilerem? Desem qizla daniwirsan sen deyecek hardan bilirsen?
Cavab:

Və aleykum Salam. Bir insanı zinada, xəyanətdə ittiham etmək çox ağır bir məsələdir. Bu cür ittihamlar şəkk-şübhə ilə sübut olunmur. Xüsusilə də, ciddi əsaslar olmadan bir insanı xəyanətdə ittiham etmək böyük günahdır.

ardını oxu
10-04-2026 Allah bəndəsi
Əssalamualeykum. Sualım ondan ibarət idi ki, əgər əlimdə eyni ayə həm ərəbcə, həm də onun tərcuməsi (Azərbaycanca) olan bir kitab varsa, və mən də bu kitabdan ƏRƏBCƏ oxusam, mushaf oxumuş sayılıram? Yəni hər hərfə 10 savab düşürmü belə halda?
Cavab:

Və aleykum Salam. Qurani-Kərimi ərəbcə oxumaq, fərq etməz, istər təkcə ərəbcə mushafdan, istərsə də yanında mənaca tərcüməsi olan kitabdan olsun, yenə də Quran oxunuşu sayılır və hər hərfinə görə on savab yazılır. Əsas olan oxunanın Allahın Kəlamı olmasıdır. Tərcümənin yanında olması bu savabı ar

ardını oxu
10-04-2026 Huseyn
Salam bir damci sperm pasyelə düşər quruyar və orda yatmağ qüsulu pozarmi ?
Cavab:

Əssələmu aleykum. Xeyr, sperma dəyən yataqda yatmaq qüslü vacib etmir. Qüsl yalnız spermanın şəhvətlə çıxması və ya cinsi əlaqə halında vacib olur. Ətraflı oxuyun:

ardını oxu
09-04-2026 Günay
Ailəliyəm yoldaşımın ailəsi ilə bir yerdə yaşayıram. 10 ildi qaynatadan haqsız sözlər eşidirəm.ayrı evə qoymurlar burda da dözə bilmirəm yetiməm nə edim? Hansı duanı necə edim ki mən gün üzü görüm.
Cavab:

Əssələmu aleykum. Həyat yoldaşı öz zövcəsini münasib və təhlükəsiz şəraitlə təmin etməyə məsuldur.

ardını oxu
09-04-2026
Əssalamu Aleykum və Rəhmətullahi və Bərakatu əlhəmdulillah. Birinə məsləhət vermək dini tərəfdən gözəl bir şeydir?Amma gözəl məsləhət vermək. Birdə quran oxuyarkən şeytan vəsvəsə verir hətta dua edərkən də vəsvəsə verir. Bunun üçün nə etməli.
Cavab:

Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Bəli, dinimizdə gözəl və hikmətli şəkildə məsləhət vermək savab və bəyənilən bir əməldir. Bir insanı islah etmək, səhvlərini düzəltmək məqsədilə, təklikdə, insanların içində eyiblərini açmadan ona nəsihət etmək və məsləhət etmək icazəlidir.

ardını oxu
09-04-2026
Salam. Supermarketler sebekesinin loteraya ile emekdasligi varsa, ona aid (poz qazan kimi) seyler de satırsa, menim burada islemeyim haram ola bilermi? Bezi menbeler deyirki eger bir sirketin esas gelir menbeyi halaldirsa problem olmaz.
Cavab:

Və aleykum Salam.


1) Bu cavabı oxuyun:

ardını oxu
09-04-2026
Salam.Men orucu gece seherecen telefonda nerd oynayib,imsakdan sonra axsam 19:00qədər yatan adamla oruc tutmaq istəmirəm.belə əsəb dolu orucu istəmirəm.bu səbəbdən aciqimdan orucu buraxsam gunahdirmi?
Cavab:

Və aleykum Salam. Ramazan orucu İslamda vacib ibadətlərdəndir və əsəb, narahatlıq və ya başqasının davranışı səbəbilə onu bilərəkdən pozmaq günahdır. Başqasının gecə oyun oynayıb gündüz yatması sizi narahat etsə də, bu onun əməlidir və siz öz əməllərinizə görə məsuliyyət daşıyırsınız. Əsəb və sıx

ardını oxu
09-04-2026
Bilirəmki duada səbəb tutmaq lazımdır . Məsələn insan Allahdan ruzi istəyirsə gedib işləmədir. Deyirlər ki Səbəb tutmadan Allaha təvəkkül edən allahın hikmətinə tənə vurmuş olur bu düzdürmü ? Mən işləmirəm tələbəyəm pulumu qənaətlə xərcləyirəm.
Cavab:

Əssələmu aleykum. İslamda təvəkkül səbəbləri tərk etmək deyil, səbəblərlə birlikdə qəlbin Allaha bağlanmasıdır. Alimlər bildirmişlər ki, kim səbəbləri tam tərk edib yalnız "təvəkkül edirəm" deyərsə, bu naqis təvəkkül sayılır. Çünki Allah bu dünyanı səbəblər üzərində qurmuş və bizə də onlardan ist

ardını oxu
08-04-2026 Aydınan
Salam göz zinasınan sonra qüsul vacibdi? Yetim biri ilə mutə nigahı qıla bilərəm?
Cavab:

Və aleykum Salam. Göz zinası qüslü vacib etmir. Ətraflı bu cavabları oxuyun:


Mutə nikahı nədir?

ardını oxu
08-04-2026 Necibe
Salam Aleykum men namaz qılıram bir ildi de hicab bağlayıram amma ne qeder özümü heveslendirmeye çalışıram hşcaba qarşı arada heveslenirem daha sonra yene imanımı zeifledir sanki isteksizlik yaratdığı üçün namazı bele gücle qılıram evvel bele deyildim amma eslinde isteksiz olduğum hicabdır taxmaq id
Cavab:

Və aleykum Salam. Bildiyimiz kimi iman bəzən artır, bəzən də azalır, zəifləyir. Bu, müsəlman üçün təbii olan bir haldır. İmanın artıb azalmasına bir çox amillər təsir edir. Bu amillərdən biri də ətraf mühitdir. Bu barədə ətraflı oxuyun:

ardını oxu
08-04-2026 Anonim
Salam aleykum.Bezen insanlar terefinden cox teklenirem. En kicik bir bidet olmasin deye yasadigim ucun, sunneye sarildigim ucun. Meselen Novruz bayrami ve s. Kecirirler deye ovladimi o şenliklere gondermirem buna gore insanlardan cox tezyiq aliram. Herkesin qınaq obyektine cevrilirem.
Cavab:

Və aleykum Salam. Müsəlman Sünnəyə sarılmalı və bidətlərdən uzaq durmaqda səbirli olmalıdır, insanların qınağı isə onu bu yoldan döndərməməlidir. Uca Allah buyurur: “Elə isə in­sanlardan qorx­mayın, Məndən qor­xun!” (əl-Maidə, 44). Həmçinin buyurur: “Mə­gər onlardan qor­xur­su­nuz?

ardını oxu
08-04-2026 Toğrul
Allah və şeytan rəqibdir?
Cavab:

Əssələmu aleykum. Uca Allaha heç kim və heç nə rəqib ola bilməz. Çünki Allahdan başqa nə varsa, hamısı Onun yaratdığı və quludur. Şeytan da Allahın yaratdığı bir məxluq və Allahın quludur. Odur ki Allah ilə şeytan heç vaxt rəqib ola bilməz.

ardını oxu
08-04-2026 .
Salam halal sevgiye dua edib qovuşmağ istemeyim Allahla danışıb demişdim hemişe senen istiyecem əyər xeyirsizde olsa senin gücün yetir onu xeyirli edib bizi qovuşdurmağa çox qərarslz qalmışam ayırılmışığ onu gözlemeyden yorulmuşam sebrim çatmır dözə bilərəm ama əvvəl ki kimi istek yoxdu Allaha xatir
Cavab:

Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, Uca Allah hər şeyə qadirdir və Onun gücü çatmayan heç bir iş yoxdur.

ardını oxu
06-04-2026
Salam Axıntı gələn zaman dəstəmazın pozulduğunu bildim cavablardan baxıb amma başqa birşey maraqlı qaldı elə olduğu halda həm dəstəmaz alıb həmdə yuyunmaq lazımdır? Yəni övrət yeri yuyulmalıdır?
Cavab:

Və aleykum Salam. Bəli, axıntı gəldikdə övrət yerini yumaq və sonra dəstəmaz almaq lazımdır, qüsl isə vacib deyil. Həmçinin oxuyun:

ardını oxu
06-04-2026
Aybaşından bir neçə gün sonra yeniden qan gelerse ve bu 2 3 gün davam ederse bu aybaşı sayılır yoxsa istihaze ? Bunun üçün aybaşı yoxsa istihaze qüslü vacibdir?
ardını oxu
06-04-2026
Əssəlamu əleykum mən namazlarımı hər zaman dayımın yataq otağında namaz qılıram dayım deyir bu günahdır bilmek istərdim bu heqiqetenmi günahdır?
Cavab:

Və aleykum Salam. Yataq otağında namaz qılmaq olar, çünki Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bəzən zövcəsinin yataq otağında namaz qılardı. Ətraflı bu cavabı oxuyun:

ardını oxu
06-04-2026 Fuad
Salam,mən fevralın 19u oruca başlamışam.deyirlər martın 20si bayram namazıdır və 20si oruc tutulmur.hesablıyıram 29 gün edir ay tamamlanmır.
Cavab:

Va aleykum Salam. Azərbaycanda Ramazan ayı fevral ayının 19-cu başladı. Mart ayının 20-si Ramazan bayramı elan olundu. Hicri təqviminə əsasən ay 29 və ya 30 gün ola bilər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Ay iyirmi doq­quz gecədir.

ardını oxu
06-04-2026
Oruclu halda başqa rayona getmək olarmı?
Cavab:

Əssələmu aleykum. Bu cavabı oxuyun:


Oruclu ikən uzaq yol getmək olarmı?
ardını oxu
05-04-2026
Salam Aleykum Debet kartda qalıq pula hesablanan faizi meselen avtomobil üçün yazılan cerimeye ödemek olar? Bilmeden yığılıb kartda çox mebleğ deyil.
Cavab:

Və aleykum Salam. Debet kartda qalıq pula hesablanan faizi insan özünə xərcləyə bilməz. Bu puldan xilas olmaq məqsədilə onu bir kasıba və ya İslam üçün faydalı olan bir işə xərcləmək lazımdır. Ətraflı oxuyun:

ardını oxu
05-04-2026
Salam aleykum. Mən neçə vaxtdır dua edəndə bədənim əsir, dəhşət tərləyirəm, güclü stress keçirirəm. Bu namazda da arada olur. Namazlarımı rahat qıla bilmirəm. Bu nədən olar?
Cavab:

Və aleykum Salam. Bu hal adətən şeytanın verdiyi vəsvəsələrdən qaynaqlana bilər. Belə olduqda Allaha sığının, sakit şəkildə davam edin və bu hisslərə çox əhəmiyyət verməyin. Əgər bu hal davam edərsə və artarsa, psixoloji və ya tibbi səbəbləri yoxlamaq üçün mütəxəssisə müraciət etmək lazımdır.

ardını oxu
05-04-2026 Kimse
kişi ve qadın faktiki resmi olaraq dövlet zaksda boşanıb amma kebin geri oxunmayıb.bele halda şeriyytin hökmü nedir?
Cavab:
ardını oxu
05-04-2026 Əli
Əssəlamun Aliykum bildirimki 15 Yaşlı gəncəm 1) 2 dəfə orucu pozmuşam və kəffarə verməyə imkanım yoxdur bu mənim boynumda qalır böyüyəndə verə bilərəm? 2) kaffarə verərkən 2 kəffarəm olduğu üçün 120 ya oruc yada 120 fəqiri yedirtmək mən 1 fəqirə 120 fəqrin yeməyini yedirdə bilərəmmi?
Cavab:

Və aleykum Salam. 

ardını oxu
05-04-2026 Əli
Əssələmu aləykum mənim hal hazırda 20 yaşın var və əvvəllər 4 5 il əvvəl mən tez tez masturbasiya edirdim və artıq yadımda deyil ki mən o zamanlar qüsl alırdım namaz qalanda ya yox ya da sadəcə dəstəmaz mı alırdım. Və niyə belə etdiyimi də xatırlamıram.
Cavab:

Və aleykum Salam. Va aleykum salam, bu cür keçmişdə dəqiq xatırlamadığın və şübhə etdiyin hallar üçün qəza namazı qılınmır, səmimi tövbə edib Allahdan bağışlanma diləməyin kifayətdir. Ətraflı oxuyun:

ardını oxu
02-04-2026 Umm Omar
AssalamuAlaikum. Saçlarımda giriglar var ve bunu goturtmek isteyirem. Ama yoldaşım izin vermir. İzin vermemeye haggi var mi? Ve ya izin vermediyi halda kestire bilerem?
Cavab:

Və aleykum Salam. Ailə həyatında kişi yalnız ailənin əsas məsuliyyətləri ilə bağlı məsələlərdə söz sahibidir. Qadının şəxsi işlərinə — necə geyinməsi, nə yeməsi və ya saçına necə qulluq etməsi kimi məsələlərə qarışmaq haqqı yoxdur.

ardını oxu
02-04-2026 Gulzar
Aleykum salam menim 3 ayliq qizim var bed nezere cox inanir deye qetiyyen hevbir sekilin paylasmiram ve sosial sebeke istifade etmirem ama qayinatam tiktokda paylasmisdi mende paylasmamasiini ve sebeblerini izah eledim ( usaqlari suni intelektle basqa cur duzeeldirler son vaxtlar usaq ogurlugu ve s
Cavab:

Və aleykum Salam. Uşağın şəklini paylaşmamaq sizin haqqınızdır və ana olaraq övladınızı qorumaq məsuliyyəti daşıyırsınız. Bəd nəzər (göz dəyməsi) haqdır və bundan qorunmaq üçün səbəblərdən istifadə etmək (məsələn, şəkil paylaşmamaq) vacibdir. Eyni zamanda, təhlükəsizlik səbəbi ilə sosial şəbəkədə

ardını oxu
02-04-2026
Salam aleyküm.İlk olaraq bəzi vaxtlarda duaların xüsusilə qəbul olunduğu qeyd olunur.Bu zaman əgər gecənin 3/1i məsələn 02:10a gəlirsə sadəcə həmin saat üçün keçərlidir yoxsa sübhə qədər olan vaxt.Tez tez zikrlər edərkən və ya gündəlik işləri görəndə vəsvəsəyə düşürəm.Bu səbəbdən ağıldan imanla,sağl
Cavab:

Və aleykum Salam. 

ardını oxu
02-04-2026 42
Salam Aleykum, mənim psixoloji içimdə bəzi narahatçılıqlar var hansı ki psixologiyada buna anksiyete və ruminasiya deyilir.
Cavab:

Və aleykum Salam. İslam dinində bu cür davamlı, qeyri-ixtiyari gələn düşüncələr "vəsvəsələr" adlanır. Vəsvəsələrin mənbəyi isə şeytandır. Şeytan insanı narahat etmək, onu kədərləndirmək üçün müxtəlif yollara əl atır.

ardını oxu
02-04-2026 Salafy
1) İT sahəsində UX/UI dizayner kimi çalışmaq, insanların işini asanlaşdıran rəqəmsal layihələr hazırlamaq İslami baxımdan halal və faydalı bir peşə sayılırmı?" 2) Saqqal çıxarmaq üçün dermarollerdən və tərkibində spirt olan minoksidil məhlulundan istifadə etməyin şəriət baxımından bir qadağası
Cavab:

Əssələmu aleykum.

ardını oxu
01-04-2026
Namaz qılmaq üçün 1-ci salavat yoxsa qüsl?
Cavab:

Əssələmu aleykum. Bu cavabları oxuyun:

ardını oxu
01-04-2026
Nişanlı nişanlı başqasını sevmək günahıdır?
Cavab:

Əssələmu aleykum. Bəli, nişanlı ikən başqasını sevmək günahdır, çünki bu, əhdə xilaf çıxmaq və nişanlı olduğunuz oğlana xəyanət etmək sayılır. Uca Allah əhdə sadiq olmağı əmr edərək buyurur: "...Əhdə vəfa qılın.

ardını oxu
01-04-2026 ibrahim
Salam eseb sakitleşdirici dualar bilirsiz
Cavab:

Əssələmu aleykum. Bu cavabları oxuyun:


Qəlbim çox sıxılır və rahatlıq tapa bilmirəm, nə edim?

ardını oxu
01-04-2026
Salam aleykum mən orucumu açıram deyə söz fikirləşmişdim oruclu halda orucumu pozdum? Zəhmət olmasa cavab verə bilərsiz? Mən buna görə narahatam
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun:

ardını oxu
01-04-2026
Nəfslə cihad etmək istəyirəm lakin, bir yandan da çəkinirəm (içimdə qəribə bir hiss var) sanki qorxuram davam etdirə bilməyəcəm. Ya aldanmağa qarşı nə etməliyəm? Ya nəfsim məni, onu tərbiyə etmək üstündən aldatsa? Necə bilə bilərəm?
Cavab:

Əssələmu aleykum. Bu cavabı oxuyun:


Nəfslə mübarizə etmək
ardını oxu
31-03-2026 Sebine
Men orucam.amma ozumu yaxsi hiss etmirem.orucumu açsam sonra qeza tutmaliyam?
Cavab:

Əssələmu aleykum. Xəstəlik və ya narahatçılıq səbəbindən Ramazan ayında orucunu açan şəxs Ramazan ayından sonra orucu açdığı günlərin sayı qədər qəza orucu tutmalıdır. Ətraflı oxuyun:

ardını oxu
31-03-2026
Salam aleykum. Uşaqlara ixlas, fələq və nas surələrini necə oxumaq lazımdır? Qorunmaları üçün. Bir də ayət əl kursi və fatihəni. Əlini bədəninə qoyub oxumaq lazımdır? Yoxsa oxuyub üzünə üfürmək? Cəzəkəallahu xeyrən
Cavab:

Və aleykum Salam. Əllərini cütləşdirib onların içinə əl-İxlas, əl-Fələq və ən-Nəs surələrini ovucun içinə bir dəfə oxuyub daha sonra isə əlləri baş və üz nahiyəsindən başlayaraq uşağın bədəninin hər yerinə sürtmək lazımdır. Bunu üç dəfə təkrar etmək lazımdır. Ətraflı oxuyun:

ardını oxu

Pages