21-01-2015
Salam aleykum. Mənim sualim budur ki, namazın qilinma qaydasi kişilər və qadınlar üçün eynidi? Əgər belədirsə alimlərin bəziləri kitabda niyə fərqləndirmişlər? Birdə zəhmət olmasa namazda gozləri hara dikmək lazim oldugunu deyərdiz. Allah razi olsu
Cavab:

Aleykum salam. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:  "Məni necə namaz qılan gördünüzsə, siz də elə namaz qılın". (Buxari)

Bu söz həm kişilərə, həm də qadınlara aiddir. Quran və səhih hədislərdə qadınlar üçün xüsusi namaz qaydaları bildirilməmişdir.

ardını oxu
21-01-2015 Niray
Salam, 4 yasli qizim yuxuda 1-ci defedir ki cox berk qorxub ve qisqirdi. Neden qorxdugunu izah ede bilir.Yuxuda onu kiminse oyatmaq istediyini deyir. Bu adi haldir?
ardını oxu
21-01-2015 ramil
Salam.Tövbesiz bağışlanan günah var? Varsa hansı günahlardır?
Cavab:

Aleykum salam. Ümumiyyətlə unutmayın ki, hər bir böyük günahdan sonra tövbə etmək zəruridir. Uca Allah buyurur: "Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər. Allah onların tövbələrini qəbul edər.

ardını oxu
21-01-2015 Ebu Talib
As Salamun Aleykum elleri harada baglamaq lazimdir? ve o haqda hedis varmi
ardını oxu
21-01-2015 Tamerlan
Əssəlam aleykum . zəhmət olmasa Fatimə adının mənasını açıqlayardız. Allah elmivizə bərəkət versin.
Cavab:

Aleykum salam. Fatimə ərəb mənşəli söz olub, mənası "süddən kəsən" deməkdir.

ardını oxu
21-01-2015 RUSLAN
salam aleykum men 6 ay olarki namaz qiliram ve qibleni sef muyyeyen etmisem ve 6 ay belece namaz qilmisam indi menim namazlarimin hamisi batildi bunlarin?
Cavab:

Aleykum salam. Uca Allah buyurur: "Səhvən etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir". (əl-Əhzab, 5).

ardını oxu
21-01-2015
salam namazi ilk defe mehemmed peyganber getirmeyib axi siz deyirsizki butun peygan berler namaz qilib bes isa peyganberde qilibsa o muselmandi yoxsa xiristian men hecne basa dusmurem axi
Cavab:

Aleykum salam. Müsəlman Allaha təslim olub, heç bir şərik qoşmadan yalnız ona ibadət edən kimsəyə deyilir. Bu mənada bütün peyğəmbərlər müsəlman olub. Xristianlıq isə İsanın (Allahın ona salamı olsun) gətirdiyi tək Allaha ibadət dininin insanlar tərəfindən dəyişdirilməsi nəticəsində yaranıb.

ardını oxu
21-01-2015
salam menim bir sualim var men muselmanam xiristiyanlardan zehlem gedir sizce bu gunahdir
Cavab:
Aleykum salam. Uca Allah ümumiyyətlə qeyri-müsəlmanları sevməyi qadağan etmişdir: "Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri özünüzə dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizlərdən kim onları (özünə) dost tutarsa, o da onlardandır.
ardını oxu
21-01-2015
Salam Aleykum. Həmişə namazdan sonra özümü yoxlayıram. Bu dəfə namazdan dərhal sonra yenə yoxladım və çox az miqdarda nəmlik vardı (şəhvətsiz). Görəsən namazım batildirmi? Yenidən qılmalıyammı? Qeyd edim ki, mən qızam.
Cavab:
Aleykum salam. Adətən belə hallar şeytanın vəsvəsələrindən irəli gəlir. Vəsvəsələrlə isə mübarizə aparmaq yox, onlara fikir verməmək lazımdır. İslamda "şəkk-şübhə ilə yəqin aradan getməz" deyilən prinsip var.
ardını oxu
21-01-2015
Salam aleykum. Sualim budur ki, Peygemberimiz ve onun ehli beytinin gunahi olubmu? Bi de zehmet olmasa Ebu Talib barede melumat verersiz. Allah razi olsun
Cavab:

Aleykum salam. Əbu Talib ibn Abdulmuttalib peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) əmisi olub.

ardını oxu
21-01-2015 yegane
Selamu aleykum.Qiyamete inanmayanlar ne derecede gunah qazanir?bagislanarlarmi?
Cavab:

Aleykum salam. Qiyamətə inanmaq Allaha iman gətirməyin, müsəlmanlığın şərtlərindən biridir. Bunu, barəsində kifayət qədər məlumat aldıqdan sonra bilərəkdən inkar etmək böyük günahdır və Cəhənnəm əzabına aparır, bilməyərəkdən inkar edənlərin bağışlanması isə Allahın istəyinə bağlıdır.

ardını oxu
21-01-2015 yegane
Selamu aleykum.men ocaga mescidde nezir verenlere yaxsi baxmiram.gunah oldugunu dusunurem.sizce bu men dusunduyum kimi gunahdir?
Cavab:

Aleykum salam. Cavabı buradan oxuyun: Ziyarətgahlara nəzir qoymaq olarmı?

ardını oxu
21-01-2015
Salam aleykum. Cavan, gənc bir oğlan gələrək bacıma evlənmək təklifi etmişdir. Mən onun haqqında məlumat topladıqdan sonra melum, belli oldu ki, hemin camaat namazı qılmır. Ona görə də onun haqqında ailəmiz aramızda fərqli, muxtelif fikirlər səsləndirdi. Qardaşım dedi ki, onu evləndir.
Cavab:

Aleykum salam. Şəriətdə camaat namazı qılmayanla evlənməmək qadağası yoxdur, amma Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Sizə dinindən və əxlaqından razı qaldığınız birisi (elçi olaraq) gəldiyi zaman qızınızı onunla evləndirin.

ardını oxu
21-01-2015 yegane
Selamu.aleykum.ALLAH sizden razi olsun.es-sekur ALLAH in adidir,menasi sukr eden .demekdir.meger rebbim kimese sukr etmelidir? REBBİME biz qullari sukr etmeliyik.zehmet olmasa bu sualima aydinliq getirsiz.
Cavab:

Aleykum salam. Allah Təalanın "əş-Şəkur" adının mənası sizin qeyd etdiyiniz kimi "şükr edən" yox, əksinə "şükrün əvəzini verən, qədirbilən" deməkdir. Bəndələrinə Ona etdikləri şükür müqabilində bol nemət əta edəndir. Uca Allah buyurur:

ardını oxu
21-01-2015 Gugudino
Salam. Meni nece vaxtdi bir sual cox maraqlandirir. Xahis edirem etrafli sekilde mene yazin.men dua edirem her hansi bir isim alinsin deye. Sonra fikirlesirem ki eger qismetimde yoxdusa olmayacaq. Onda men dua etmeyim arzularim ucun? Insan dua ile qismetini deyisdire bilermi?
Cavab:

Aleykum salam. Qədərin əvvəlcədən təyin olunmasına inanmaq imanın şərtlərindəndir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Allah məxluqatın qədərini, göyləri və yeri yaratmasından əlli min il öncə yazmışdır". (Muslim).

ardını oxu
16-01-2015 memmedova pervane
Esselamu aleykum. Men namaz qilmaq isteyirem xahis ediremki namazin 5 vaxtini ve namazi butun sozlerini,sertlerini yazasiniz lutfen tez cavablandirin artiq derecede xahis edirem onceden tesekkurler
Cavab:

Aleykum salam. Allahın böyük lütfü sayəsində namaza başlamağınıza görə sizi təbrik edirik, Uca Allahdan diləyirik ki, sizi Qiyamət günü qəbul olunacaq tək din olan İslam üzərində sabit etsin və imanınızı daha da artırsın. Daha ətraflı:

ardını oxu
16-01-2015
Salamun aleykum.men bir gunah iş gormusdum ve tovbe etdim.amma tovbemi defelerle pozdum ve çox pesmanam.allah meni bagislayarmi?
Cavab:

Aleykum salam. Rəbbimiz bəndələrinə qarşı çox mehriban və bağışlayandır. Tövbəni pozduqdan sonra yenə tövbə etmək lazımdır. Daha ətraflı:

Tövbə etsəm, Allah məni bağışlayarmı?

ardını oxu
16-01-2015 murad
salamun eleykum.destamaz alanada ayagi mest etmek olarmi? ayagda agri olarsa qis aylarinda ayagi mest etmek ve yaxud teyyemmum almaq olarmi?
Cavab:

Va aleykum Salam. Səhər dəstəmaz alarkən bir dəfə ayaqlarınızı yuyub corab geyinsəniz, gün ərzində ayaqları yumadan corabların üzərinə məsh edə bilərsiniz. Lakin, corablar nazik olmamalıdır.

ardını oxu
16-01-2015 Ayan
Salam namazin son otruslarinda ettehiyyatu allahumme salli allahumme barik yalniz bunlari demek olar .Destemaz alanda her 2ayaga meshi sag elnen cekmek bilmeden qildigim namazlar kecersizdirmi.Namazda 1ci ruketde fələq nas suresi demek olar
Cavab:

Aleykum salam.

ardını oxu
16-01-2015 Maryam
Salam aleykum.Biz whatsapda bir qrupda variydiq orda men sual vermiwdimki meselen menim anam namaz qilmir ama oruc tutur bu qebuldurmu?.onlarda bele cavab vermiwdilerki namaz qilmiyanin orucu bawina cirpilacag.sizin bu cavabinizi oxudum.sadece aldigim cavabi size demek isdiyremki bu ne derecede dog
Cavab:

Aleykum salam. Namaz qılmayan oruc tuta bilər. Daha ətraflı: Namaz qılmayıb oruc tutmağım nə dərəcədə düzgündür?


 

ardını oxu
15-01-2015
Salam aleykum. Yalnız Quranla danışan qadının hekayəsini yaza bilərsinizmi?
Cavab:

Aleykum salam. Əvvəlcə nəzərinizə çatdıraq ki, bu rəvayətin həm sənədi, həm də mətni olduqca zəifdir. Rəvayətə gəlincə "Təbəi-t-Təbiin" (səhabələrin ardıcıllarının ardıcılları) nəslindən olan Abdullah ibn Mubərak (rahiməhullahu) belə nəql edir: "Həccə gedirdim.

ardını oxu
15-01-2015
Salam Aleykum .Cox sagolun suallarimi cavablandirirsiz.Allah razi olsun.sualim odur ki gece uwaq yatanda doweyin altina bicaq qpyanda uwaq seksenmir qorxmur.Bu ne derecede duzgundur?
Cavab:

Aleykum salam. Uşağın yastığının altına bıçaq qoymağın onun qorxması ilə əlaqəsi yoxdur. Dediyiniz bitkini yandırıb iyləməkdə də günah yoxdur. Həmçinin oxuyun: Körpə uşaq yuxuda qorxub ağlayırsa, nə etmək lazımdır?

ardını oxu
15-01-2015
as salamu aləykum qardaşlar. bir baci var musəlmandi.əri cahil. bularin heç kəbini yoxdu.. o vaxtdan etmiyiblər.. İndi baci kəbinsiz yaşiyir yoldaşiyla. baci zina edir axi. ama elm əhlİ kəbinin kəsmir. allah qorusun. baci belə halda ölsə necə. ..
Cavab:

Aleykum salam. İnşallah bu işdə onlara günah yazılmaz, çünki bu, bilməyərəkdən olub. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Uca Allah ümmətim üçün səhvən, (cahillikdən dolayı) unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Məcəh, 2043).

ardını oxu
15-01-2015
Selam aleykum ,menim erim mene heyanet edir .uz vurmuram...hele bir dua var kocami elimnen hansisa axmax almasin...bir allahima qore dozurem.. ushaximizda var,teshekur!, ohuduza qore
Cavab:

Aleykum salam. Zina (ailədən kənar cinsi əlaqə) ən böyük günahlardandır. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) və ondan sonrakı dövrlərdə zina etdiyi sübut olunmuş adama ağır cəza verilirdi. Bu günahın axirətdəki cəzası isə qat-qat şiddətlidir.

ardını oxu
15-01-2015
Əs sələmu aleykum. Islama dəvət etdiyim bir çox oğlan və qızlardan daim bunu eşidirəm. Mən ibadətə başlamaq istəyirəm, fəqət mənim bir sevdiyim oğlan və ya qız var. Bu necə olacaq? Onunla əlaqəmi kəsməliyəmmi? Bəziləri sevgilisi olduğu üçün namaza başlamaq istəmir.
Cavab:

Aleykum salam. Bəzi gənclər müxtəlif bəhanələr gətirərək Uca Yaradana ibadət etməkdən boyun qaçırırlar, halbuki yer üzündə qısa bir müddət qaldıqdan sonra Onun hüzuruna gətiriləcəklər.

ardını oxu
13-01-2015
Salam,namaza tezelikle baslamisam,ve sizin kimi bir nece saytdan oyrenmisem,deqiq oldugu ile bagli subhelerim var ve buna gore qildigim namazin dogru olmadigini dusunurem nese,bu da inancimi azaldir.
Cavab:

Aleykum salam. Namaza başlamanız bizi çox sevindirdi, Allaha dua edirik ki, bu namaz sayəsində sizin günahlarınızı bağışlasın və Cənnətə daxil etsin! Şeytan namaza başlayan insanlara müxtəlif üsullarla vəsvəsə verərək bundan çəkindirməyə çalışır, siz ona əhəmiyyət verməyin.

ardını oxu
13-01-2015
Salam aleykum. Sağ əl ilə yemək, ümumiyyətlə sağ əldən istifadə etmək haqda hədislər yaza bilərsinizmi?
Cavab:

Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Sizdən heç biriniz sol əli ilə yeməsin, sol əl ilə içməsin. Çünki şeytanlar sol əli ilə yeyər, sol əli ilə içərlər". (Buxari).

ardını oxu
13-01-2015 Amil
Salamun aleykum,musiqi ne üçün günahdır? Sebebin deye bilersiz?
ardını oxu
13-01-2015 Seid
Salam., Masonlar kimlerdir? Onların inancı var? Tanrıları kimdir?
Cavab:

Aleykum salam. Cavabı bu linkdən oxuyun: Masonlar kimlərdir?

ardını oxu
13-01-2015 Cavid
Salam aleykum.Menim 2 sualım var.Men masturbasiya ile meşğul oluram.Bu emelden bezmişem.Bunu nece dayandırmaq olar? Hem de tez-tez qüsl almaqdan da bezmişem.2ci sualım ise budur ki,Cenabet qüslü aldıqda şertdirki,evvel bedenin sağ,sonra ise sol hissesin yuyaq?
Cavab:

Aleykum salam. Qüslda bədəni sağ tərəfdən yumağa başlamaq vacib şərt yox, sadəcə daha yaxşıdır. Aişə (Allah ondan razı olsun) belə rəvayət edir: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) geyindikdə, darandıqda, yuyunduqda və hər bir işində sağdan başlamağı xoşlayardı".

ardını oxu
13-01-2015
Selamu aleykum.Bu il 2015-ci il ramazan ayi ne vaxt baslayir?
Cavab:

Aleykum salam. Bu il Ramazan ayı inşallah, təxminən İyun ayının ortalarında başlayacaq. Hicri təqviminə əsasən ay 29 və ya 30 gün olduğundan Ramazan ayı göydə hilalın (yeni ayın əlamətinin) görünməsi ilə başlayır və Şəvval ayının hilalının görünməsi ilə sona yetir.

ardını oxu
13-01-2015 orxan
Assalamu aleykum,kafir olan,nefsi günaha öyreşmiş(şeytanın hökm oxuduğu) bir şexs nece imana gele biler? Her qatı kafir imana gele biler?
Cavab:

Aleykum salam. Allahın izni ilə ən qatı günahkar da tövbə edib islama gələ bilər, bununla da onun keçmiş günahları silinir.

ardını oxu
13-01-2015
Salam aleykum dayimoglunun 8 yaşı var onun yanında başı açıq gəzə bilərəm? Bir də ümumiyyətlə neçə yaşına kimi uşagların yanında başımı aça bilərəm?
Cavab:

Aleykum salam. Oğlan uşaqlarının həddi-büluğ çağına kimi müsəlman qadın onların yanında hicabsız gəzə bilər. Daha ətraflı: Uşaqlar neçə yaşdan namaz qılmalıdırlar?

 

ardını oxu
13-01-2015 Cəlal
Salam.Bir şəxsi Allahdan çox sevmək günahdır? İslam dini buna necə baxır?
Cavab:

Aleykum salam. Xeyir, hər hansı bir şəxsi Uca Allahdan çox sevmək olmaz və bu cür sevgi insanı küfrə, şirkə apa bilər. Uca Allah buyurur: "İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini (Ona) tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər.

ardını oxu
13-01-2015
Salam aleykum. Allah (subhanahu və təala) haqqı söyləməkdən utanmaz. 1 Kişi zövcəsinin və ya zövcəsi ərinin övrətinə əl vurarsa, (cinsi əlaqə olmadan) qüsl almaq vacibdirmi? 2 Əgər kişinin övrəti qadının övrətinə paltarın (tumanın) üstündən dəyərsə qüsl almalıdırlarmı?
Cavab:

Aleykum salam. Qeyd etdiyiniz halların heç biri qüslu pozmur. Qüslu pozan amillər haqda daha ətraflı: Qüsl necə alınır və onu pozan amillər hansılardır?

ardını oxu
13-01-2015 MaryAm
Salam aleykum.Qadinin universitetde oxumasi barede melumat almag isderdim.Men ozum universitete hazirlawiram.ancaq dini kitablar oxuyannan namaz qilannan yeni ancag ozumu dinime baglamaga caliwiram Islami yawamag isdiyirem.buna gore hec hevesim qalmiyibki acim bir ders oxuyum.Anam ne qeder xerc qoyu
Cavab:

Aleykum salam. Sözsüz ki, sizin Allah dini ilə maraqlanmanız, dünya və axirət həyatında sizə fayda verəcək elm öyrənməniz çox gözəldir. Amma nəzərə alın ki, İslamda ancaq dini öyrənərək dünyəvi şeyləri tərk etmək yoxdur.

ardını oxu
13-01-2015
Selamu aleykum.sizin suallara cavablariniz ureyimcedir.qisaca sizi taniya bilerem
Cavab:

Aleykum salam. Cavabı buradan oxuyun: Sualları kim cavablandırır?

ardını oxu
13-01-2015
Salam. Bildiyimə görə iftira ən böyük günahlardandır. Bəs üzərinə namus iftirası atılan qadın bundan necə xilas olsun? Nə qədər Allaha dua etsəm də bu bəladan xilas ola bilmirəm. Artıq atdıqları iftiranı hamı eşidib və inanıb. Men bu qədər biabır olacaq heç bir hərəkət etmədiyimə əminəm.
Cavab:
Aleykum salam.

Namuslu qadınlara iftira atanın cəzası
ardını oxu
13-01-2015
Salam Aleykum.Qadindan gundelik gelen axinti necisdir?destemazi pozar?bu halda her defesinde alt paltari deyiwmek vacibdir?
Cavab:

Aleykum salam. Bu axıntı nəcis sayılmasa da dəstəmazı pozur. Belə olduqda hər namaz vaxtı dəstəmaz alıb namaz qılmaq olar. Lakin, həmin axıntı murdar olmadığına görə paltarı dəyişməyə ehtiyac yoxdur. Daha ətraflı:

ardını oxu
13-01-2015 ..
Assalamu aleykum . Bilmek isterdim ki namazda bismilləhir rahmenir rahim sozu neye görə aciq deyilmir.
Cavab:

Və aeykum Salam. Səsli namazlarda "Bismilləhir-Rahmənir-Rahim" səssiz deyilməlidir, amma səsli deyilə də bilər və bu, günah deyil.

ardını oxu
13-01-2015
salam.Men namaza 12 yasimda baslamisam.Artiq 13 yasim var.1 ildi namaz qiliram.Deyilene gore qizlar 9 yasindan namaz qilmalidir.Onda bele cixir ki 3 il qezam var.Ancaq boyuklerim men e dediler ki insan ozunu ne vaxt namaz qilmaga hazir edirse o vaxt qilmalidir.Sualim budur men qeza elemisem yoxsa yo
Cavab:

Aleykum salam. Namaza başladıqda keçmiş illərin qəzasını qılmağa ehtiyac yoxdur. Daha ətraflı:

Keçmiş illərin qəza namazları qılınmalıdırmı?

ardını oxu
13-01-2015 Meryem
Assalamueleykum evvela men bir sual verecekdim sizlere sizce aybasi dovrunde namaz qilinmir cunku batil sayilir bes aybasi dovrunde namaz saxlamaq ve gedib ogurluq etmek ne derecede duzgudur? gunah deyilmi sizce bu hereket bacilarim?
Cavab:

Aleykum salam. Bütün hallarda oğurluq etmək böyük günahlardan sayılır və cəzası da ağırdır. Daha ətraflı: Oğurluğun halalı olurmu?

ardını oxu
13-01-2015
Salam aleykum. Bezileri meshi ayaq yalin ayaga cekirler. Amma eslinde corabin ustunden cekilmelidir. Men bunu hemin ayaq yalin cekenlere deyende, mene deyirler ki, menbe getir. Zehmet olmasa, corabin ustunden cekmeye aid hedislerden menbe getire bilersinizmj?
Cavab:

Aleykum salam. Ərəb dilinin qaydalarına əsasən dəstəmazla bağlı Quran ayəsində ümumən ayaqları yumaq əmr edilir: "Ey iman gətirənlər!

ardını oxu
10-01-2015 Aynur
Salamaleykum . size bir nece sualim var . 1) Men subay qizam namaza baslamaq isteyirem bilmek isteyirem ki heyz quslunden elave hansi quslu vermeliyem?
Cavab:

Aleykum salam. Allahın sizi bu gözəl əmələ müvəffəq etdiyi üçün sizi təbrik edirik və Rəbbimizə dua edirik ki, Onunla görüşənə qədər sizə və bizə öz dini üzərində sabit qalmağı nəsib etsin! 

ardını oxu
10-01-2015 Günel
Salam...Orta ve ya Ali mektebde imtahan olan vaxt bir şexsin başqasından sualın cavabını köçürtmesi haramdır?
Cavab:

Və aleykum Salam. İmtahanda köçürmək aldatmanın bir növüdür. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) buyurub: "Bizi aldadan bizdən (mənim ümmətimdən) deyil". (Səhih Muslim "İman", 164, 1/99; əd-Darimi, 2/323; "Musnəd", 2/50; İbn Məcəh, 2/749).

ardını oxu
10-01-2015 yegane
Salamu aleykum.xahis edirem ALLAH xetirine sualimi tezlikle cavablandirasiniz. Oldukden sonra orqanlarimi ehtiyaci olanlara vermek isteyirem.sizce bu duzgundurmu?
Cavab:

Va Aleykum salam.

ardını oxu
10-01-2015 ramazan
Salam eleykum.Şehvet hissin nece cilovlamaq olar? Şehvet hissi geldikde hansı dualar oxuya bilerem?
Cavab:
ardını oxu
10-01-2015
Salamun Aleykum Namaz qılanda burnumuzdan su gəlirsə ve damci seccadeye paltarimiza dusurse namaz pozulurmu
Cavab:

Aleykum salam. Qeyd etdiyiniz hal namazı batil etmir. Daha ətraflı: Dəstəmazı və namazı batil edən hallar hansılardır?

 

ardını oxu
10-01-2015 elnare
dunyada olmayanlara ne oxunmali
ardını oxu
10-01-2015
Yuxuda gorduklerimizin manasi varmi? Varsa yuxu yozmalara inanmaq ne derecede duzgundur?
Cavab:

Salam aleykum. Bu məqaləni oxuyun: Yuxu haqqında

ardını oxu

Pages