Aleykum salam. Allaha dua edirik ki, sizə onun əvəzində daha xeyirli övlad versin. Bəli, yeni doğulan körpəyə ondan əvvəl ölmüş uşağın adını vermək olar. Həmçinin oxuyun: Ölmüş körpə üçün ağlamaq
Aleykum salam. Pis qoxunun hopması paltarı natəmiz etmir. Daha ətraflı: Dəstəmazı və namazı batil edən hallar
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Nəyi bacarırsınızsa, onu da oxuyun. Daha ətraflı: "Kim cümə günü əl-Kəhf surəsini oxuyarsa, növbəti cümə gününə qədər ona nur saçar" hədisi səhihdirmi?
Aleykum salam. İslam dinində iki məqbul bayram var: Ramazan və Qurban bayramları. Bunlardan başqa bayramları qeyd etmək olmaz. Novruz bayramı isə digər dinlərdən qalmışdır.
Aleykum salam. Bu cavabı oxuyun: Əlacsız qalıb ruhdan düşəndə hansı duaları oxumaq lazımdır?
Aleykum salam. Xeyr, ayaqlara hər iki əllə məsh çəkə bilərsiniz. Uca Allah buyurur: "...Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz".
Aleykum salam. Suda ölmüş balığı yemək olar, çünki peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Dənizin suyu təmiz, ölüsü də halaldır".
Aleykum salam. Bəli, qüsl almamış dua etmək olar. Qüsl olarkən dua etmək isə daha yaxşıdır. Daha ətraflı: Duanın ədəbləri
Aleykum salam. Cavabı buradan oxuyun:
Sübh namazından sonra yatmaq olarmı?
Ruzinin artması üçün nələr etməliyik?
Aleykum salam. Sübh namazından sonra yatmaq olar, çünki bunu qadağan edən ayə və ya hədis yoxdur. Lakin Peyğəmbər (salləllahu aleyhi və səlləm) və onun səhabələri (Allah onlardan razı olsun) sübh namazından sonra yatmamışlar, çünki bu, bərəkətli vaxtdır.
Aleykum salam. Əvvəlcə bilməlisiniz ki, şübhəyə düşməmək üçün bu cür insanlardan uzaq olaraq özünüzə xeyirli olan və axirətdə sorğu-sual olunacağınız məsələlərlə məşğul olmaq lazımdır.
Aleykum salam. Tibb elmində buna müxtəlif adlar verilsə də, bu hal şeytanın vəsvəsəsi ilə bağlıdır. Gün ərzində çoxlu Quran dinləmək, bildiyiniz surələri bərkdən oxumaq, namaz qılmaq, Allahı çoxlu zikr etmək və digər şeylər vasitəsilə Allahın izni ilə keçib gedə bilər.
Aleykum salam. Müalicə üçün həkimə getmək şirk deyil. Həkim vasitədir, şəfa verən isə Allahdır. İnsanlardan nəsə istədikdə onların vasitə, verənin isə Allah olduğunu bilmək lazımdır.
Aleykum salam. Bəli, bu duanın ədəblərindəndir. Daha ətraflı: Duanın ədəbləri
Aleykum salam. Bu dua "xutbətu-l-hacəh" adlanır. Dua tam olaraq aşağıdakı kimidir:
Aleykum salam. Mədinəyə getməyinizdə günah yoxdur. Amma namazı mütləq qılmaq lazımdır. Bunun üçün isə harasa getməyi gözləmək lazım deyil. Daha ətraflı:
Namaz qılmayan Cənnətə girə bilərmi?
Salam aleykum. Qarında yelin yaranması dəstəmazı pozmur, xaricə yel çıxması isə pozur. Yel həddindən artıq çoxdursa, zorla saxlayaraq namaz qılmaq bəyənilmir. Daha ətraflı:
Dəstəmazı pozan amillər
Salam aleykum. Qiyam - ərəb mənşəli söz olub mənası insanın ayaqüstə olduğu hala deyilir. Quranda bildirilən qiyam halı da bu mənanı ifadə edir. Qiyam halı və namazın digər ayinləri isə daha təfsilatlı Quranda yox, hədislərdə bilidirilib.
Aleykum salam. Bu cavabı oxuyun: Yetkinlik çağına çatmadan ölən uşaqların aqibəti necə olacaq?
Aleykum salam. Zərərverici heyvanları öldürməyə icazə verilir. İlan, əqrəb, sıçovul, milçək, ağcaqanad və s. kimi heyvanları öldürməkdə günah yoxdur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "(Zərərli) ilanları və köpəkləri öldürün.
Aleykum salam.
Salam aleykum. Xeyr, namazda lazım olandan çox rükət qılmaq namazı batil etmir. Sadəcə sonda səhv səcdəsi etmək lazımdır. Daha ətraflı:
Səhv səcdəsi necə edilir?
Aleykum salam. Zikr etdikdən sonra dua etmək lazım deyil. İstəsəniz özünüz istədiyiniz duanı edə bilərsiniz. Daha ətraflı: Zikr nədir?
Salam aleykum. Qeybi yalnız Allah bilir. Övladınıza şəfa verməsi üçün Allaha çoxlu dua edin, namaz qılın və dualarınızın qəbul olması üçün səy göstərin.
Aleykum salam. Cavabı buradan oxuyun: Salam verib namazı bitirdikdən sonra edilən zikrlər
Aleykum salam. Bu cavabı oxuyun: Namazda fikrin yayınmaması üçün nə etmək lazımdır?
Aleykum salam. Bu cavabı oxuyun: Qiyamət günü bəndələrdən soruşulacaq ilk suallar hansılar olacaq?
Aleykum salam. İstər namazda, istərsə də adi vaxt Quran oxuyarkən səcdə ayəsinə çatdıqda səcdə etmək vacib yox, təkid olunmuş sünnə əməllərdəndir -- edən savab qazanır, etməyənə isə günah yoxdur. Səcdəni həm Quran oxuyan, həm də onu dinləyənlər edirlər.
Aleykum salam.
Aleykum salam. Uca Allah Quranda ölümün əvvəlcədən təyin edilmiş bir yazı olduğunu xəbər vermişdir. Uca Allah buyurur:
"Hər bir kəs ancaq Allahın izni ilə, əzəldən müəyyən edilmiş bir vaxtda ölür". (Ali-İmran, 145).
Aleykum salam. Cənnətdə heç bir kin, qəzəb və digər pis hisslər olmayacaq, yalnız xoşbəxtlik və sevinc olacaq. Uca Allah buyurur: "Biz onların kökslərindəki kin-küdurəti çıxaracağıq. Onların ayaqları altından çaylar axacaq. Onlar deyəcəklər: "Bizi buna qovuşduran Allaha həmd olsun!
Aleykum salam. Yalan danışmaq böyük günahdır, yalnız bu üç haldan başqa: Küsülüləri barışdırmaq üçün yalan danışmaq, müharibədə düşmənə yalan danışmaq və kişinin öz xanımını tərifləməsi. Sizin məqsədiniz xeyirli olsa da, bu halda yalan danışmaq icazəli deyil.
Aleykum salam. Uca Allah kafirlərlə dost olmağı qadağan etmişdir. Amma onlardan nəsə öyrənmənizə, ticarət etmənizə və s. heç bir qadağa yoxdur. Həmçinin onu İslama dəvət etməlisiniz. Daha ətraflı:
Aleykum salam. Uca Allah buyurur: "Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız?
Aleykum salam. Əksər hallarda Quran və hədislərdə elm deyildikdə şəri elm və onunla əlaqəli elmlər nəzərdə tutulur. Amma ümumən müsəlmanlara fayda verən hər bir elmlə məşğul olmaq xeyirli əməllərdəndir.
Aleykum salam. Dinə, Allahın əmrlərinə zidd şeylər olmamaq şərtilə bədii ədəbiyyat və şeir oxumağa və yazmağa heç bir qadağa yoxdur. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) səhabələri içərisində şairlər də olmuş, O da onlardan şeir dinləmişdir. Daha ətraflı:
Aleykum salam. Bu cavabı oxuyun: Peyğəmbərə məxsus olduğu iddia edilən əşyalar həqiqətən ona aiddirmi?
Aleykum salam. Uca Allah buyurur: "Kişilərin qadınlar üzərində şəriətə görə hüquqları olduğu kimi, qadınların da onlar (kişilər) üzərində hüquqları vardır. Ancaq kişilər onlardan bir dərəcə üstündürlər". (əl-Bəqərə, 228).
Aleykum salam. Bu hallar şeytanın vəsvəsəsi nəticəsində ola bilər. Yatarkən baş verirsə, yatmazdan qabaq zikrləri etmək lazımdır. Daha ətraflı:
Pis yuxulardan necə qorunmaq olar
Aleykum salam.
Aleykum salam. Müsəlman həm başqalarının, həm də özünün günahlarını gizlətməlidir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Allahın qadağan etdiyi iyrənc şeylərdən uzaq durun. Kim bu qəbildən olan bir (günah) işlərsə, qoy bunu Allahın örtməsi ilə örtsün".
Aleykum salam. Qeyd etdiyiniz halların heç biri namaz batil etmir. Amma hər ehtimala qarşı namaz qılarkən qarşınıza sutra qoyun. Daha ətraflı:
Namazı batil edən hallar
Aleykum salam. Bəli, həqiqətən Əli (radıyəllahu anhu) Fatimədən (radıyəllahu anhə) olan qızı Ummu Gülsümü xəlifə Ömərə (radıyəllahu anhu) ərə verib. Bu, müxtəlif tarixi mənbələrdə dəlillərlə qeyd olunub. Ömərin (radıyəllahu anhu) Ümmü Gülsümdən övladları da olmuşdur.
Aleykum salam.
Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim Sübh namazını qılarsa Allahın himayəsi altında olar. Odur ki, Allahın haqlarını yerinə yetirməkdə sizdən gözlənilənləri yerinə yetirin. Çünki kim bu cür etməzsə, Allah onu yaxalayıb üzü üstə Cəhənnəm atəşinə atar".
Aleykum salam. Uca Allah buyurur: "Rəbbinin istədiyi istisna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. Həqiqətən, Rəbbin istədiyini edəndir". (Hud, 107).
Aleykum salam. Başımıza gələn müsibətlər ziyarətgaha görə yox, Allahın qədəri ilə bağlıdır. Bunun ziyarətgahdan olmasına iman gətirmək insanı dindən çıxara bilər.
Aleykum salam. İnsanın adında heç bir düşər-düşməzlik olmur. Bu, xurafat fikirlərdir.