26-06-2014 Revan
ALLAHA tevekkul etmek ne demekdir?
Cavab:

Aleykum salam. Təvəkkül ərəb mənşəli söz olub lüğəti mənasına görə, "güvənmək, bir iş üçün bir şəxsi vəkil tutmaq, bir işi etibarlı adama həvalə etmək" deməkdir.

ardını oxu
26-06-2014
Salam aleykum kimsesiz kalib ve ya kimse yardim etmediyi takdirde yardinsiz kalib pula ehtiyaci olub zina yaparsa namaz kilmagi duzgunmudu? Ve Allahuteala gunahini bagislayarmi bu kaderle barismazsa kendisi.
Cavab:

Aleykum salam. Ehtiyac üzündən zina etmək fikri kökündən səhvdir və dində üzr kimi qəbul edilmir. Uca Allah buyurur: "Şeytan sizi yoxsulluqla qorxudur və yaramaz işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və mərhəmət olunacağını vəd edir.

ardını oxu
26-06-2014 Cavid
İŞİD (İraq Şam İslam Dövləti) haqınnda fikirləriniz nədir? Iraqda cihad varmi?
Cavab:

Salam aleykum. Onlar müasir aləmdə ümumən radikal qruplaşmalar kimi tanınırlar. Lakin, ideologiyaları xavaric ideologiyasıdır. Peyğəmbərin dönəmində də olmuşlar, indi də mövcuddurlar.

ardını oxu
26-06-2014 Baxış
Salam insan onaqarşı edilen qarxış nece bilebiler yeni kimse ona qarğış edirir amma onun xeberi yoxdur yeni bilmir
Cavab:

Aleykum salam. Bu qeybi məsələdir, yəni bir insan başqalarının nə etdiyini öyrənə bilməz. Həmçinin bunu bilməyiniz də heç nəyi dəyişdirmir. Sizin edə biləcəyiniz şey, namaz qılmaq və Allahı çoxlu zikr etməklə həmin insanların şərindən Allaha sığınmaqdır.

ardını oxu
26-06-2014 Baxış
Salam bizim bir qonşu var o hemişe müqqedes bayramlarda icir qonşularla isdediyi vaxt dalaşır söyür indi biz ne edek hergünde qarqış edirik lenetleyirik amma hec bir şey olmur o ele bir insandır ki berkemde ermini ondan yaxşıdır o ele veziyyete ne xesdelıenir nede birşey olur hecne amma biz isdi yer
Cavab:

Aleykum salam. Sizin üzərinizə düşən səbir və gözəl əxlaqdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kimə mülayimlikdən bir pay verilmişsə, ona xeyirdən bir pay verilmişdir. Kim də mülayimlikdən olan payından məhrum olmuşsa, xeyirdən olan payından məhrum olmuşdur.

ardını oxu
26-06-2014 Baxış
bezen öümü cox bedbext kimi hiss edirem sanki hecne düzelmeyecekmişkimi oluram ve etrafımdakı insanları incidirem bu nederecede düzdür bunların olmaması ücün men ne edim.......
ardını oxu
26-06-2014 Cavid
Quranda "alimler rehberdir, onlara tabe olun" sozlerinin menasi ne demekdir? Ve 4 Haqq mezhebini kim teyin edib?
Cavab:

Aleykum salam. Quranda qeyd etdiyiniz şəkildə ayə mövcud deyil. Sadəcə məna baxımından yaxın ayələr vardır. Məsələn: "Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə şəriətə uyğun şəkildə itaət edin.

ardını oxu
24-06-2014
Salam aleykum. Azanin sesini eshidenin mescide namaza getmesi zeruridirmi?
Cavab:

Aleykum salam. İbn Abbas (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: "Kim azanı eşidib, üzrlü olmadan camaat namazına gəlməzsə onun namazı naqis olar!" (İbn Məcə)

ardını oxu
24-06-2014
salam yuxuda vanpir olmaq ne demekdir
Cavab:

Aleykum salam. Cavabı buradan oxuyun: Pis yuxular şeytan işidirmi?

 

ardını oxu
24-06-2014
Salam əleykum. Sualım budur ki, heyvanların ruhları varmı ? Onlar o dünyaya gedirmi?
Cavab:

Aleykum salam. Bəli, heyvanların ruhları vardır: "Vəhşi heyvanlar bir yerə toplanacağı zaman". (ət-Təkvir, 5) ayəsi heyvanların da məhşər meydanına çıxarılacağanı xəbər verir.

ardını oxu
24-06-2014
salameleyki.size 3 sualim var:musiqi dinlemek gunahdir.sevdiyim qiz meni sevmir men se onu unuda bilmirem ne edim ki gunah etmeyim.qeza ve cume namazlari nece qilinir.bir de onanizmden nece qurtula bilerem.?sagolun
ardını oxu
24-06-2014 lale
salam men eger namaz qilsam hicab baglamasam Allah meni bagisdiyar ama geyimlerim qapali olsa birdeki yuxuda ezrayil gormek neye isaredi men yuxumda gordumki azrayil meni tutmaq isteyir mende qorxudan qaciram sonra meni tutur mene baxir deyirki hele olum vaxtin deyil buraxir yanimda bir qiz variydi
Cavab:

Aleykum salam.

ardını oxu
24-06-2014 EBRU
quran acdirmaq gunahmidir ve dogrulugu varmidir?men ALLAHIMA inaniram ondan isteyirem ama meni zorla talehimi oyrenmekcun quran acdiranin yanina apardilar bezileri dogru dedi burda dogruluq ola bilermi?mene gunah yazildimi?xahiw cvb yazin tewekkurler
Cavab:

Salam aleykum. İslamda bu kimi əməllər fal, sehr, tilsim və cadu kimi çirkin işlərdən sayılır və böyük günahlardandır.

ardını oxu
24-06-2014
Sualım belədir.Cümə namazına gedə bilmədim.Nə etməliyəm
Cavab:

Aleykum salam. Cümə namazına gedə bilməyəndə 4 rükət zöhr namazını qılmaq lazımdır. Uca Allaha dua edin, Allahdan bağışlanma istəyin və növbəti cümə namazlarına getməyi sizə nəsib etməsini diləyin.

ardını oxu
24-06-2014
yanlis tovbe edenleri Allah bagislayar?
Cavab:

Aleykum salam. "Yalnış tövbə" dedikdə nəyi nəzərdə tutduğunuz aydın olmadı. Tövbə və onu necə etmək haqqında buradan oxuyun: Tövbə etsəm, Allah məni bağışlayarmı?

ardını oxu
24-06-2014 hicabli qiz
Salam eleykum.size sualim budurki yoldasima ister istemez cavab qaytariram eslinde o meni mecbur edirki ona cavab qaytarim amma onuda biliremki dinimizde qadin erine cavab qaytarmasi gunah sayilir .bunu nece tergize bilerem xais edirem cavablandirasiz
Cavab:

Aleykum salam.

ardını oxu
24-06-2014
ilk defe qurani kim kitab shekline salib?
Cavab:

Salam aleykum. Quranın bütün səhifələrini cəm edərək ilk kitab halına salan üçüncü rəşidi xəlifə Osman ibn Affandır (Allah ondan razı olsun). Ondan qabaq isə digər səhabələr artıq bu işə başlamışdılar.

ardını oxu
24-06-2014
Salam aleykum. Maidə suresinin 54 -55 ci ayelerini yaza bilersiz? ALLAH razı olsun
Cavab:

Aleykum salam. Uca Allah buyurur: "Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah (onun əvəzinə) Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər.

ardını oxu
23-06-2014
Yuxuda alça yemek nece yozulur
ardını oxu
23-06-2014
Salam aleykum. Bir insan bawqasina ruqiye ede bilermi? 2)Bir nefer deyirki, Allah tekdir. Quranda bezi ayelerde Allah teala biz deye xitab eleyir. O deyir ki, Allah tekdirse ne ucun biz deye xitab eleyir? Mumkundurse bu suallar barede etrafli melumat veresiniz.Allah razi olsun.
Cavab:

Və aleykum Salam. Bəli, bir insan özünü və ya digər birini ruqyə (şəriət yolu ilə müalicə) edə bilər. Bu haqda daha ətraflı bu məqaləni oxuyun: Allahın kəlamı ilə müalicə 

ardını oxu
23-06-2014
salam aleykum.sac kesdirmek gunahdi?etrafli melumat verin.indiden tesekkur edirem
Cavab:

Aleykum salam. Əgər sualda qadının saçını kəsdirməsi nəzərdə tutulursa, bu, günah sayılmır. Amma qadının saçını həddindən artıq çox kəsdirərək kişilərə bənzəməsi günah sayılır.

ardını oxu
23-06-2014
Nece dua hansi dua edim ki Allah meni bagislasin
Cavab:

Salam aleykum. Bu məqaləni oxuyun: Tövbə etsəm, Allah məni bağışlayarmı?

Allaha istədiyiniz kimi dua edib bağışlanma diləyə bilərsiniz. Həmçinin, hədislərə görə istiğfar duasının ən geniş yayılmış forması belədir:

ardını oxu
23-06-2014 l
oğlum sağalsın deyə niyət etdim 3 gün oruc tutum indidə gün uzun olduğundan tuta bilmirəm.3gün oruc tutmağın yerinə namaz qıla bilərəm və necə rükət
Cavab:

Salam aleykum.

ardını oxu
23-06-2014 Baxış
Bezen birine esbleşdikde Allah belanı versin sözünü deyirik bu neqeder düzdür yeni bele bir böyük qarqış etikde hemin insanı heqiqetendemi böyük bendua etmış oluruq ALLAh hemin adamın belasınmı veri ve bunece nezaman baş verir
Cavab:

Salam aleykum. Ümumiyyətlə dinimizə görə lənəti, bədduanı, qarğışı və s. dərəcələrə ayırmaq kimi bir anlayış yoxdur. Peyğəmbər (salləllahu aleyhi va səlləm) demişdir: "Mömin nə tənə vuran, nə lənət oxuyan, nə ədəbsiz, nə də təhqir edən deyildir".

ardını oxu
23-06-2014 Baxış
bir insanın şer böhtanınıdan qarğışında qorunmaq ücün ne etmelidir......
Cavab:
ardını oxu
23-06-2014
Allahdan nece shefa,can sagligi istemek olar?Etrafli
Cavab:

Salamaleykum. Bunun üçün xüsusi bir dua yoxdur. Öz sözlərinizlə istədiyiniz kimi dua edə bilərsiniz. Daha ətraflı:

Dua ibadətdir

Mənə dua edin, Mən də sizə cavab verim

ardını oxu
23-06-2014
Salam. Necesiz? Deye bilersinizmi Peyğəmbərimizin (s.a.s) eshabelerine münasibətimiz necə olmalıdır?
Cavab:

Aleykum salam. Biz, onları sevməli, onlar üçün Uca Allahdan razılıq diləməli, onlara qarşı qəlbimizi və dilimizi salamat tutmalı, onların xeyirli işlərini yaymalı, etdikləri mənfi işlərə və aralarında baş verən söz-söhbətə qarışmamalıyıq: "Onlar bir ümmət idi ki, gəlib getdilər.

ardını oxu
22-06-2014 ayse
snavda hangi duayi okuyalim ki cok iyi olsun basarili olum nolur en iyi duayi yazin indiden tessekkur ederim
Cavab:

Salam aleykum. İmtahanda uğurlu nəticə almaq üçün ilk növbədə imtahana yaxşı hazırlaşmaq lazımdır. Ümumən, çətinlik anında oxunan dualardan bəziləri bunlardır:

Sıxıntı anında oxunan dua

ardını oxu
22-06-2014 l
olarmı,yəni dəstamaz alarkən lakı silməməklə.subay vaxtı zina edib sonra tobə edib ailə quran allah yolunda hər gün namaz qılan qadın bağışlanar
ardını oxu
22-06-2014 Allahin qulu
Medine islam universteti telebelerinden elm almaq ucun kimleri meslehet gorerdiniz.
Cavab:

Salam aleykum. Bu məlumatı məscidlərdən almanız daha məqsədəuyğundur. Allah köməyiniz olsun!

ardını oxu
22-06-2014 Baxış
Salam her hansısa bir insana ferqi yoxdur böyük balaca pul veyaxutaher hansısısa bir yaxşılıq etikde onun qarşılıxını Allah verirmi ve nec
Cavab:

Aleykum salam.

ardını oxu
22-06-2014 Cavid
Bele bir hedis varmiki kişi topuqdan yuxarı geyinmelidir.
Cavab:

Aleykum salam. Bu barədə bir çox səhih hədislər var:

ardını oxu
22-06-2014 Cavid
Destemaz alarken ayaglari yumaq yoxsa mrsh cekmek lazimdir?
Cavab:
ardını oxu
22-06-2014
Es salamu aleykum. Ebu Bekr ve Omer (Allah onlardan razı olsun) haqqında hədis var. Hədis tam olaraq deyə bilməyəcəm. Umumi məzmunun deyəcəm. Rasulullah sallallahu aleyhi va sellem subh namazından sonra soruşur ki kim bu gün oruc tutub?
Cavab:

Aleykum salam. Bu hədisin səhih olmasına inşallah heç bir şübhə yoxdur. Ancaq Əbu Bəkrin bu əməlləri sübh namazından qabaq necə yerinə yetirməsi barəsində geniş təfsilatlı məlumat verilməyib.

ardını oxu
22-06-2014 Ramin
Salam men 12 yasli bir usagam ve 12 yasli bir qizi sevirem bilmek isteyirem ki, 12 yasinda qiz sevmek gunahdirmi?
Cavab:

Aleykum salam. Sevmək yalnız evlənmək niyyəti ilə olarsa halaldır. Digər niyyətlərlə olan sevgi isə insanı şeytanın vəsvəsə etdiyi boş xülyalara, zinaya, dünya rüsvayçılığına və axirət əzabına aparır. Müasir dövrdə "azad sevgi" adı altında təbliğ edilən sevgi budur.

ardını oxu
22-06-2014
salam aleykum. Allah sizden razi olsun suallarimizi cavablandirdiginiz ucun. sizden bir sufi qardasin mene verdiyi suali cavablandirmaginizi xahis edirem. qardasin dediyine gore dua ederken ve ya nese isdiyerken allahdan peygemberi (s.a.s) mi vasite tutmaq olar.
Cavab:

Aleykum salam. Əvvəlcə onu qeyd edək ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) dünyasını dəyişdikdən sonra dua edərək onu vasitə tutmağın hökmü alimlər arasında fikir ayrılığına gətirib çıxarıb. Bəziləri deyib ki, bu bidətdir. Yəni dinə sonradan gətirilən yenilikdir.

ardını oxu
22-06-2014
Salam Aleykum. Boyuk ve kichik shirkin ferqi hansilardir?
Cavab:

Aleykum salam. Böyük şirk insanı İslamdan çıxardır, onun axirətdəki aqibəti isə Cəhənnəmə düşməkdir. Kiçik şirk isə İslamdan çıxarmır. Böyük şirk bütün əməlləri puç edir, kiçik şirk isə yalnız hansı əməldə varsa, onu puç edir.

ardını oxu
22-06-2014 Adil
Salam men bilmek isteyirem ki, Edalet dini varmi? bizim ailenin bezi uzvleri Edalet dinindendir men ie Islam dinindenem Edalet dini deye bir din varmi?
Cavab:

Aleykum salam. Uca Allah buyurur: "Həqiqətən, Allah yanında qəbul olunan din, İslamdır!" (Ali İmran, 19).

ardını oxu
22-06-2014
As salamun aleykum ve rehmetullahi ve bereketuhu.Lenet etmek duzgun deyilse,onda Resullallahin(sallallahu aleyhi ve sellem)qash alanlara lenet etmesi hedisi sehvdir,ele deyilmi?Axi O(sallallahu aleyhi ve sellem)lenet deyil,rehmet peyqemberidir.Hem nece olur ki,bedenin tuklerini temizlemek olur,amma
Cavab:

Aleykum salam. Peyğəmbərimiz (salallahu aleyhi və səlləm) insanları günahlardan çəkindirərək ümumi şəkildə hansısa pis işi görənləri lənətləmiş, konkret şəxsləri isə lənətləməmişdir.

ardını oxu
22-06-2014 əzimə
yuxuda kiminsə yaxı adanının qucağında körpə görmək məkrtəbə getmək uzaqda gələn yanınadamla görüşurəm tanımadığım bir binaya məktəbə gedirəm
Cavab:

Aleykum salam. Yuxu gördükdə onu mütləq yozmaq şərt deyildir. Ümumiyyətlə yuxulara çox əhəmiyyət vermək və onlara əsasən hərəkət etmək lazım deyil. Dinimiz bizə bunu buyurmayıb.

ardını oxu
22-06-2014
Salam Aleykum.sizden uzr isdeyirem sualima gore.men 2 ildi evliyem ovladim yoxdu.MEN ne duasi edim ovlad ucun?NAMAZ QILIRAM herden namazi dayandirmaq isdeyirem,ama dayandirmiram.Mene deyirler senin seytanin gucludu bu ne demekdir?evvelceden tesekkurlerimi bildirirem.ALLAH RAZI OLSUN.
Cavab:

Aleykum salam. Övladın olması üçün namazı dayandırmaq yox, çoxaltmaq lazımdır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Səbr etməklə və namaz qılmaqla Allahdan kömək diləyin. Həqiqətən, Allah səbr edənlərlədir". (əl-Bəqərə, 153).

ardını oxu
20-06-2014
Salam aleykum.Sehih muslim,2-ci cild,seh62 de Peyqemberimizin(sallallahu aleyhi ve sellem)dasha secde etmesi yazilib.Bu mohurle namaz qilmaqa delil deyilmi?
Cavab:

Və aleykum Salam. Qeyd etdiyiniz hədis möhürlə namaz qılmağa aid dəlil deyil, çünki Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) daşa səcdə etməyi əmr etməmişdir. O, sadəcə, harda olur-olsun - istər evdə və ya məsciddə, istərsə də çöldə namazın vaxtı girən kimi qılmağı sevərdi.

ardını oxu
20-06-2014
Salam. Kilsede ve sinaqoqda namaz qilmaq duzgundurmu?
Cavab:

Aleykum salam. Bu məsələ ilə bağlı böyük İslam alimi İbn Teymiyyənin (rahiməhullahu) müxtəsər cavabı var. Ondan soruşdular: "Şəkil olan sinaqoq və kilsələrdə namaz qılmaq icazəlidirmi və bunları Allahın evləri adlandırmaq olarmı?" O cavabında belə deyir: Bunlar Allahın evləri deyil.

ardını oxu
20-06-2014 Təhminə
səlam .pirləri ziyarət etmək olarmı? və orda namaz qılmaq düzgündürmü?yəni biz imam övladlarını ziyarət edirik istəyimiziAllahdan onlara xatir verməsini diləyirik sizin bu barədə fikrinizi bilmək istərdim çox saq olun
Cavab:

Aleykum salam. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) qəbirlər üzərində məscid  tikməyi bizə qadağan etmişdir.

ardını oxu
20-06-2014
Övliya (dost) kimdir?
Cavab:

Salam aleykum. Övliya, əməlisaleh və təqva (Allahdan qorxu) sahibi olan mömin bəndədir. Uca Allah buyurur: "Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər". (Yunus, 62–63).

ardını oxu
20-06-2014
Salam aleykum. Yaradılmışların həqiqi qüdrəti, istəyi və iradəsi varmı?
Cavab:

Aleykum salam. Bəli, insanın istəyi, iradəsi və seçimi vardır. Lakin bununla belə, Uca Allahın istəyindən kənara çıxmır. Uca Allah buyurur: "Allah istəmədikcə, siz istəyə bilməzsiniz!" (ət-Təkvir, 29).

ardını oxu
20-06-2014 nuh
weytan nedir
Cavab:

Salam aleykum. "Şeytan" sözü lüğətdə, fitnəkar, aldadan, yoldan çıxaran və haqdan boyun qaçıran mənasını bildirir. Qurani Kərim və başqa ədəbiyyatlarda "şeytan" sözü xüsusi bir varlıqdan xəbər vermir. Əksinə, insana və digər yaranmışlara da şeytan demək olur.

ardını oxu
20-06-2014 faik aliev
salam aleykum yuxuda Fatiha Suresi ve Ixlas suresini gormek ve savalat demek va Kelmeyi Shehadet demek ne mena dashiyir
Cavab:

Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) yuxu haqqında belə demişdir: "Sizdən biriniz xoşagələn bir yuxu görsə, (bilsin ki,) bu ancaq Allahdandır. Belə olduğu təqdirdə Allaha həmd-səna etsin və onu istədiyi adamlara danışsın.

ardını oxu
20-06-2014 Baxış
bir insan ana behdinde sünet olunmuş halda doğulursa bu ne menası verir
Cavab:

Salam aleykum. Uşağın qeyd etdiyiniz şəkildə dünyaya gəlməsi dini cəhətdən heç bir xüsusi məna kəsb etmir. Adi bir hal kimi qarşılanır. 

ardını oxu
20-06-2014 Baxış
bir vaxtlar bextim varıydı meselen bir gün kalan pul tamışdım bir cox işlerde bextim getirirdi son zamanlar hec bextim getirmir bu neile elaqedardı ALLAH insnaın bextini baxlaya biler ve hansı halarda ve niye
Cavab:

Salam aleykum. Sizin nə vaxtsa işlərinizin yaxşı getməsi və ya yerdən külli miqdarda pul tapmanız sonradan isə bunların heç birinin olmaması o demək deyildir ki, sizin bəxtiniz gətirmir. Ümumiyyətlə İslamda bəxtim gətirir və ya gətimir anlamı qəbulolunmazdır.

ardını oxu

Pages