29-06-2014 METANET
Salam men oruc tutmaq isdeyirem sizden xais edirem oruc haqqinda etrafli melumat vererdiniz
Cavab:

Aleykum salam. Orucla bağlı "Ramazan orucu" məqaləsini oxuyun.

ardını oxu
29-06-2014 Azer
Salam qardashlar. Men seherler durub idman edir, bir xeyli mesafeni qaciram. Elbet ki qacish zamani su icirem. Hem de eve qayidib cimirem. Sualim budur ki, bu seher idmanim zamani su icmek problemimi nece cozmeyimi meslehet bilersiniz?
Cavab:

Aleykum salam. Birinci sualda oruclu olarkən idman etməyi nəzərdə tutursunuzsa, günün uzun və havanın isti olmasını nəzərə alın. Dözə biləcəksinizsə, idman edin, əks halda Ramazan ayı müddətində fasilə verin. Oruclu ikən çimmək və ya başı suya tam olaraq salmaq orucu batil etmir.

ardını oxu
29-06-2014 menden)
Hamile qadin oruc tuta bilermi?
Cavab:

Salam aleykum. Əgər hamilə qadının özünün və ya bətnindəki uşağının səhhəti ona oruc tutmağa maneçilik yaratmırsa, bu halda o, oruc tutmalıdır. Əgər hamilə qadın oruc tutduğu təqdirdə ona və ya uşağına zərər gəlməsindən qorxarsa, bu halda hamilə qadın oruc tutmaya bilər.

ardını oxu
29-06-2014
Salam aleykum.1.Men Siyezende yashayiram,qebul imtahanimi ise melum meseledir ki,Sumqayit,Baki-bir sozle yashadiqim yerden bashqa yerde vereceyem.Bu halda orucumu sefere chixarken pozmaliyammi?Qorxuram acliqdan hushsuzluq yaranar,imtahanda muveffeqiyyet qazana bilmerem.2.Ramazan ayi iyulun 29-u bash
Cavab:

Aleykum salam. Səfərə çıxarkən oruc tutmaya bilərsiniz. Daha ətraflı: Oruclu halda səfərə çıxmaq orucu pozurmu?

ardını oxu
29-06-2014
yuxuda menim namaz qildigimi gorubler bu ne demekdir
Cavab:

Salam aleykum. Yuxuda namaz qılmaq və ya hər hansı bir ibadətlə məşğul olmaq xeyirə yozulur və bu cür yuxular Allahdan olan yuxulardan sayılır. Ona görə də, namaz qılmırsınızsa, inşallah tezliklə namaza başlayın.

ardını oxu
29-06-2014 Qul
As Salamu Aleykum. Abdulaziz bun Baz ehli-sunne alimidirmi? O dunya kure formasindadir deyen kafirdir demisdirmi?
Cavab:

Aleykum salam. Abdulaziz ibn Bəz  Səudiyyə Ərəbistanında Böyük Alimlər Heyətinin sədri və baş mufti olmuşdur. O, dünya kürə formasındadır deyənlərə kafir deməmişdir.

ardını oxu
29-06-2014 Zeyd
Eger bir qadın etir surerek başqa bir kişinin yanindan kecerse onunla zina etmis olur. Bele bir hedis varmi? Varsada sehihdirmi?
Cavab:

Bu hədis səhihdir. Hədisdə söhbət göz zinasından gedir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurub: "Hər göz yad bir qadına baxıb göz zinası etmişdir. Bir qadın da gözəl ətirlər vurub (yad) kişilərin yanından keçsə, o da eynilə baxan kişilər kimi zina etmişdir".

ardını oxu
29-06-2014 Cavid
As Salamu Aleykum. Milliyet deyisdirmek olar?
Cavab:
Aleykum salam. Əvvəla bu mümkün olmayan bir şeydir. Çünki milliyyət insanın anadangəlmə qazandığı bir xüsusiyyətdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Kim bi­lərəkdən doğma atasının deyil, başqa birisinin oğlu olduğunu iddia edər­sə, küfr etmiş olar.
ardını oxu
29-06-2014
salam yuxuda qoyub getmek nedi?
Cavab:

Aleykum salam. Sualınızı anlamadıq.

ardını oxu
29-06-2014
Salam aleykum. size sualım budurki şie ne demekdir? insanların çoxusu nie şie olur? şie sonradan dine gelmiş bidetdir? bu haqda yazardız ve şieler nie en çox Elini imam Hüseyni Fatime zehranı sevirler Eli imam Huseyn şie olub bu haqda yazardız.
Cavab:

Aleykum salam. Peyğəmbərin və səhabələrin dövründə heç bir məzhəb olmayıb. Əli, Hüseyn, Fatimə (Allah onlardan razı olsun) -- heç biri şiə olmayıb.

ardını oxu
29-06-2014
Salam men özümü yuxuda ölü görmüşem. Öz tabutumu arxamca insanlar getirirdi mende tabutumun qabağiyca gedirdim kime seslenirdim meni eşitmirdi. Quran da oxunurdu sesini eşidirdim.
Cavab:

Aleykum salam. Bu cür yuxular ölümü və axirəti xatırlatmaq mənasında ola bilər: Daha ətraflı: Yuxuda ölüm mələyini görmək

ardını oxu
29-06-2014 TERANE
Salam.bildiyime gore dinde bele bir qayda varki gohumlarla munasibeti kesmek olmaz.bes eger bir gohum senee ancak ziyan verirse zererden baska isi yoxdusa fitne -fesad toredirse onda nece? lap yaxin gardas bele olsa nece hell edilmelidi?
Cavab:

Aleykum salam. İlk öncə onu qeyd edək ki, təbii ki, islamda qohumluq əlaqələrini birləşdirmək mühüm əməllərdən biri sayılır.

ardını oxu
29-06-2014 Baxış
salam men bezen nese birşeyfikirleşen zaman beynime Allah qarşı pis fikirler tehqirli sözler gelir bilmek isdeyirem bu Şeytan işidir yoxsa nece neyniyimki axlıma bele şeyler gelmesin xaiş edirem kömek edin istemirem bele sözler gelsin her ele bir sözler geldikde tez başımı birşeyle qatiram ki ele s
Cavab:

Aleykum salam. İnsanın beyninə gələn pis fikirlər günah sayılmır. Dində bu fikirlərə şeytanın vəsvəsələri deyilir.

ardını oxu
29-06-2014 Ceferova Zema
Salam! Mene sizin meslehetiniz lazimdir eger bir insanla sadece duani ozun oxuyub kebini ozun yeni iki nefer kesibse bu dogrudanda kebin sayilirmi?
Cavab:

Aleykum salam. Qeyd etdiyiniz şəkildə kəbin kəsməyiniz düzgün sayılmır.

ardını oxu
29-06-2014
Salam mən bilmək istiyirəm ki Müsəlmanla Xristian fərqi nədədir onlar arasında fərq varmı? və birdəki bizdə məsələn üçün bizdə içki haramdırsa xristian və başqa dinlərdədə belədir. Müsəlman dini bütün dinlərdən üstün dinmidir. müsəlmanın xristian olması günahdırmı?
Cavab:

Aleykum salam. Müsəlmanlarla xristianlar arasında əsas fərqlər:

ardını oxu
29-06-2014 NUR-VUSAL
Salam aleykum.Menim atam dialez xestesidi evveler bilmirdik sadece ureyi agriyirdi boyreyinden problem oldugunu bilmirdik bacim dedi sagalsin qurban niyyet etdi onsuzda bu sagalan xestelik deyilki omur boyu onunladi dimeyin odur ki qurban kestirmeseq qurbaninin pulunu dermanlara verseq gunah sayilar
Cavab:

Aleykum salam. Şəriətdə isə hər hansı bir şərtin müqabilində Allah üçün bir əməl edəcəyinə nəzir demək bəyənilmir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bunu "paxılın nəziri" adlandırmışdır.

ardını oxu
28-06-2014 Cavid
As Salamu Aleykum. Ozune sehabelerin adlarini leqeb kimi goturmek olarmi?
Cavab:

Aleykum salam. Mənası yaxşı olan hər bir ləqəbi götürmək olar. Yalnız peyğəmbərin özünə götürdüyü kunyədən (ləqəb) başqa (Əbul Qasim). Peyğəmbərimiz (sallallahu aleyhi və sələm) buyurmuşdur ki, "Özünüzə kunyə götürün, yalnız mənim kunyəmdən başqa..."

ardını oxu
28-06-2014 allahin qulu
salam haci sahin dediki ele bir dua var onu gece yatanda oxuyursan istediyin olunu yuxuda gorursen.. hansi duadi
Cavab:

Aleykum salam. Bu xurafatdır, dinimizdə belə bir dua yoxdur.

ardını oxu
28-06-2014 F7
Salamaleykum rehmetullahi ve berekatuh.size bir sualim var bodibuldiqle mesgul olmaq gunahdir?
Cavab:

Və aleykumus-Sələm va rahmətulahi va bərakətuhu. Bəli, bodibuldinqlə məşğul olmaq olar, amma özünü nümayiş etdirmək üçün səhnələrə və ya yarış meydançalarına çıxmaq olmaz. Həmçinin bu idman növü ilə məşğul olarkən həddi aşmaq lazım deyil.

ardını oxu
28-06-2014 Cavid
cariyə nedir?
Cavab:

"Cariyə" -- cihad zamanı qarşı tərəfdən əsir götürülən qadınlara deyilir. Daha ətraflı: Cariyə kimlərdir?

ardını oxu
28-06-2014
Assalamu aleykum necesiz? size bir iki sualim olacaq.1.Oruclu halda denize getmey olar ya yox bas suya girmemey serti ile girmey olar?
Cavab:

Aleykum salam. Əlhəmdulilləh, Yaxşıyıq. 

ardını oxu
28-06-2014 cavid quliyev
salam aleykum qetil ne vaxt girir biz toy etmek isteyrik ona gore qetilin girmeyini bilmek isteyrem komek etseniz sevinerem evvelceden cox sagolun
Cavab:

Aleykum salam. Qətl günü dedikdə Hüseynin (Allah ondan razı olsun) və onun silahdaşlarının qətlə yetirildiyi günü nəzərdə tutursunuzsa, həmin gün hər il hicri təqvimi ilə Məhərrəm ayının 10-na təsadüf edir.

ardını oxu
28-06-2014
Salam aleykum.Ramazan ayi 28 bashlanir?yoxsa 29-u? QMI 29-u bashlayacaqini deyir.Bunu deqiq nece bilmek olar? ehya gecesi iyulun 17,19 ve 21-iolacaq?yoxsa Ramazan ayinin axir 10 gecesinden biri?
Cavab:

Aleykum salam. Bu ilki fətvaya əsasən inşallah Ramazan ayı miladi təqvimlə İyun ayının 29-u başlayır. Həmçinin oxuyun:

Qədr gecəsi hansı günə düşür və bu gecənin fəziləti nədir?

ardını oxu
28-06-2014
Salam Aleykum. Guslde agiza buruna su almaq sunnetdi ya ferz? Axsam zikrleri var olarin hamsini demek lazimdi yixsa bir ikisi kifayet eder? Nisanli kebini olan qadin evden cixarken evli qafinlar kimi yene nisablisina demelidi yoxsa evde ataya dese kifayet eder, yeni melekler lenet etmezler ki?
Cavab:

Aleykum salam. 1) Qüsulda ağıza və buruna su almaq vacibdir.

2) Əgər bacarırsınızsa, yaxşı olar ki, hamısını deyəsiz. Yox əgər bacarmırsınızsa, onda gücünüz çatanı oxuyun.

ardını oxu
28-06-2014
Salam men namaz qilir ALLAHA ibadet edirem. Qabağda orucluq ayı gelir men oruc tuta bilmirem tuturamsada üreim gedir. Men eger oruc tuta bilmiremse bu günahdır? İndiden TEŞEKKÜRLER.
Cavab:

Aleykum salam. Cavabı buradan oxuyun: Xəstəlik səbəbi ilə oruc tutmamaq günahdır?

ardını oxu
28-06-2014 Yusif_AGstafa
Salam Etaga muqeddesdi?
Cavab:
Aleykum salam. İslama görə heç bir şəxs müqəddəs sayılmır. Müqəddəslik sifəti yalnız Uca Allaha məxsusdur. Qurani Kərimdə Uca Allahın "əl-Quddus" adı çəkilir. Bu adın mənası "Pak və Müqəddəs" deməkdir.
ardını oxu
28-06-2014
salam aleykum.men esitmisem ki ocaqlara,pirlere getmek gunahdir.bu ne derecede duzgun hesab edilir??Allah sizden razi olsun!!
Cavab:

Aleykum salam. Pirlər və ocaqlar insanlar tərəfindən uydurulan, Allah Təaladan qeyrisi üçün edilən ibadət yerləridir. Pənah aparmaq, dua etmək, nəzir demək, qurban kəsmək kimi hər hansı ibadət növünü Allahdan qeyrisi üçün etmək Uca Allaha şərik qoşmaqdır. Bu isə günahların ən böyüyüdür.

ardını oxu
28-06-2014 Maya
As salam aleykum ve rahmetullah ve bereketuhu.bir defe dini kebin kesdirmisem sevdiyim insanla sonra ayrildiq mescidde yeni dini yol ile.Cinsi elaqede olmamisiq.artiq 1ildi ayrilmisiq.hal hazirda men basqasi ile aile qururam mescidlerin birinde kebin kesdirmek olar?yoxsa dinde qadinin ikinci kebini
Cavab:

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. İkinci dəfə şəriətə uyğun qaydada kəbin kəsdirə bilərsiniz. Daha ətraflı: Nikah bağlamağın qaydaları

ardını oxu
28-06-2014 Baxış
Salam online vasitesile süreleri nece oxumaq olar ve bide internetle oxumaq savab yazilir yoxsa
Cavab:

Aleykum salam. Qurani Kərimi internet saytlarından oxumaq olar. Bu şəkildə oxumağa savab yazılır və elə kitabın özündən oxumanın savaba bərabərdir.

ardını oxu
28-06-2014
salam aleykum. bilmek isteyirem usaqliqda edilen sefler gunah sayilir
Cavab:

Aleykum salam. Həddi-büluğa çatmamış uşağa etdiyi xətalara görə günah yazılmır.

ardını oxu
28-06-2014 ZARA
salam menim 16 yasim var birini delicesine svirem ve isteyirem ki onun sevgisi de azalmasin biz evlenek ne ede bilerem .sag olun
Cavab:

Aleykum salam. Dəlicəsinə sevmək olmaz. Susuz insanın suyu, acmış insanın yeməyi, insanın öz övladlarını, yoldaşını, ata və anasını sevməsi və s. normaldır.

ardını oxu
28-06-2014 AYSE
salam cox sag olun Allah razi olsun sualimi cavabsiz qoymadiz bir sey daha sorusmaq isteyirem bu duani sadece tercume ile demek olar yeni azeri dilinde? sag olun cavabi gozleyecem
Cavab:

Aleykum salam. Duaları Azərbaycan dilində oxuya bilərsiniz. Amma Ərəb dilində oxumaq daha yaxşıdır.

ardını oxu
28-06-2014
Salam Aleykum. Hansısa bir vərdişi etməyəcəm deye qurana əl basıb sora iradənə guc gələ bilməyəcəyni biləndə artıq əl basandan sora mumkundurmu andı bagslanmaqla pozmaq?
Cavab:

Aleykum salam. Qurana əl basaraq and içmək olmaz. Daha ətraflı: Qurana əl basaraq and içmək olarmı?

ardını oxu
28-06-2014 sefer
oruclux nevaxt baslayir
Cavab:

Bu ilki fətvaya əsasən Ramazan ayı Miladi təqvimlə İyun ayının 29-u başlayır

ardını oxu
28-06-2014 Mikayıl
Salam Aleykum Va Rahmatullah. Rabbine alimler ne demekdir?
Cavab:
Aleykum-s-sələm va rahmatullahi va bərakətuhu. Rəbbani alimlər o kəslərdir ki, elmləri çox və Allaha itaətləri başqaları ilə müqayisədə daha artıqdır.
ardını oxu
28-06-2014 Mikayil
Salam aleykum va rahmatullah. Allah rizasi uchun sizden artiq derecede xahiw edirem ki, mene xususi olaraq bu dord mezhebin (Abu Hanifa, Wafii, Maliki, Ahmad ibni Hanbali) ve umumi olaraq diger mezheblerin nece yaranmasi, meydana gelmesi baresinde izahli bir wekilde melumat versesiz.
Cavab:

Aleykum-s-sələm va rahmatullahi va bərakətuhu. Məhəmməd peyğəmbərin (salləllahu aleyhi və səlləm) dövründə müsəlmanlar arasında birlik və həmrəylik hökm sürürdü.

ardını oxu
28-06-2014 Cavid
1-Seferde olarken qibleni nece teyin etmek olar? Qibleni tapa bilmesem hansi istiqamere uz tutaraq namaz qılım? 2-Daş, mermer, ot, qum uzerinde namaz qilmaq olar? 3-Evde xalca varsa onun uzerine cennamaz serib namaz qilmaliyam yoxsa xalça üzerinde? Çox sağolun, Allah ķömeyimiz olsun!
Cavab:

Aleykum salam. Qiblə Ərəbistan yarımadasında yerləşən Məkkə şəhərinin istiqamətidir. Qibləni düzgün təyin etmək üçün kompasdan istifadə etmək daha yaxşıdır. Əgər Azərbaycanda olsanız, sol çiyniniz gün çıxan tərəfə (şərqə), sağ çiyniniz isə gün batan tərəfə (qərbə) doğru durun.

ardını oxu
28-06-2014
Salam aleykum. qulaqlara nece defe mesh edilmelidir? bunu birce yazın sağolun.
Cavab:

Aleykum salam. Qulağa bir dəfə məsh çəkilir. Daha ətraflı: Namaz 

ardını oxu
28-06-2014
Salam aleykum. Dinimizde ovlad terbiyesi haqda bir az geniü ve tefsilatli melumat verə bilersinizmi?
Cavab:
Aleykum salam. Uşaqlarımıza qarşı davranışlarımız Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) bizə tövsiyə etdiyi kimi olmalıdır.
ardını oxu
28-06-2014 Baxış
Ata haqqı neqeder böyükdür yeni ata öz övladına isdediyi kimi davrana biler meselen töye söye vur öldüre biler amma övladlardan biri bunu ede bilmes bu nece olanşeydi yeni övladla ata arasında nekimi mühdudiyetler var niye övlad onlar ede bilmez ve eyer ata bunları edirse günah qazanır yoxsa yox at
Cavab:

Və aleykum Salam.

ardını oxu
26-06-2014
Salam aleykum. Menim ureyim temizdir deyenlere cavabiniz ne olardi. Bu haqda zehmet olmasa link zad vermeden bir az etrafli yazin...
Cavab:

Aleykum salam. Bu suala artıq cavab verilib: Ürəyin təmiz olması kifayətdirmi?

 

ardını oxu
26-06-2014 eldeniz
Oruclu iken sefere cixmaq orucu pozarmi
Cavab:

Aleykum salam. Səfərə çıxmaq orucu pozmur. Orucu pozan amillərlə bağlı daha ətraflı Ramazan orucu məqaləsini oxuya bilərsiniz. Sadəcə səfərdə olan kəs istərsə oruc tutar, istərsə də orucunu aça bilər.

ardını oxu
26-06-2014
salam aleykum.vahhabilik teriqeti nedir?onlar hansi dine inanir?bizimle onlar arasinda niye ferqler var?niye insanlar onlara pis baxir?Peygemberimizin vaxtinda bele sey olubmu ?Xais edirem etrafli cavab veresiniz
Cavab:

Aleykum salam. Cavabı buradan oxuyun: Vəhhabi kimlərdir?

ardını oxu
26-06-2014
salam aleykum.Eger bizden bir kafir sorussa ki Allah her seyi insanlari ,canlilari Yaradandir.BEs Allahi kim yardib ?Allah oz-ozunemi yaranib ?biz kafire ne cavab verek onu nece basa salaq eger dediklerimde gunah isletmisemse Allah meni bagislasin
Cavab:

Aleykum salam. Kafirlərin verdiyi bu sual məntiqsiz və özü-özünə zidd olan bir sualdır. Yaradan odur ki, Onu heç kim yaratmayıb, həmişə mövcud olub, hər kəsi o yaradıb. Verilən sual isə məntiqi cəhətdən "Yaradan" kəliməsinə ziddir.

ardını oxu
26-06-2014 Meryem
Salam aleykum. Qunut duasın yaza bilersinizmi? Allah razı olsun.
Cavab:

Aleykum salam. Cavabı buradan oxuyun: Vitr namazında edilən qunut duası

ardını oxu
26-06-2014 muslim
Elsad Miriye qulaq asmaq olar ?
Cavab:

Salam aleykum. İslamdan danışarkən Quran ayələrinə və Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) səhih hədislərinə istinad edən, həmçinin həmin ayə və hədisləri səhabələr və onların ardıcılları kimi başa düşüb izah edən hər kəsə qulaq asmaq olar.

ardını oxu
26-06-2014 Mömin bende
Salam aleykum. Sallallahu aleyhi ve Selleme her cümə günü 80 defe salavat getirenin gunahinda azalir? bu haqda cavab
Cavab:

Aleykum salam. Avs ibn Avs (Allah ondan razı olsun) peyğəmbərin (salləllahu aleyhi və alə əlihi səlləm) belə buyurduğunu rəvayət edib: "Günlərinizin ən fəzilətlisi Cümə günüdür. Adəm o gün yaradıldı, o gün vəfat etdi, Sura da o gün üfürüləcək, məxluqat o gün öləcək.

ardını oxu
26-06-2014 Ehli sunnet
Es Salamu Aleykum ve Rehmetullahi ve Bereketuh youtubede rukye bedenden cin cixartma sifa ayetleri var demek isteyiremki normal adam ona qulaq asa biler?
Cavab:
Aleykumus-Sələm və rahmətullahi və bərakətuhu. Bəli, bundan istənilən insan istifadə edib qulaq asa bilər. Quran ümumilikdə bütün möminlər üçün bir şəfadır. Uca Allah buyurur: "Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik.
ardını oxu
26-06-2014
As salamun aleykum ve rehmetullahi ve bereketuhu.Men yuxuda Ramazan ayinin girdiyini ve sehur etmeden oruc tutduqumu gormushem.Bunun gozel mena verdiyini dushunurem.Ramazan ayi 28-i girecek?yoxsa 29-u?Bu ayda heyz muddetinde tutmadiqim orucu,bashqa gunlerede tutmaliyammi?Allah sizden razi olsun.
Cavab:

Aleykum salam. Bu ilki fətvaya əsasən Ramazan ayı miladi təqvimlə İyun ayının 29-u başlayır. Səhur yeməyinə durmanız daha yaxşıdır, çünki Allah Rəsulu (salallahu aleyhi və səlləm) buyurmuşdur: "Səhur edin, həqiqətən səhur etməkdə bərəkət vardır" (Buxari, Muslim)

ardını oxu
26-06-2014
Bir insanin taleyini Allah yazir ve alin yazidi dogrumududu? Ve kismeti iyiliye dogru deyismek olurmu?
Cavab:

Aleykum salam. Ümumiyyətlə qədər mövzusu islamda ən ağır mövzulardan biri hesab olunur. Siz sadəcə qəbul etməlisiniz ki, Uca Allah sizi yaradıb və o Özü belə istəyib.

ardını oxu

Pages