08-07-2014 aylin
salam men namaz qilmiram ancaq oruc tuturam bu sayilirmi gunah deyilki?
Cavab:
ardını oxu
08-07-2014 QOSQAR
oruc tutarken cimmek olar?
Cavab:

Oruclu ikən çimmək olar. Daha ətraflı bu sualın cavabını oxuyun: Necə yəni başı suya salmaq orucu pozmur? Axı qulağa, buruna və ağıza su gedə bilər?

ardını oxu
08-07-2014 Baxış
İnsan Anasını Atasından daha cox isterse günahsayılır yoxsa herikisinide bide insan Öz anasını dehşet derecede cox isdyersen ve cox isadediyinden herşey ede biler ve deye biler pis menada yox yaxşı gözel menada onda hemin insan günah qazanır yoxsa Ana demeliyik
Cavab:

Aleykum salam. Xeyr, valideynin birini digərindən çox sevmək günah sayılmır.

ardını oxu
08-07-2014 nurlana
Salam aleykum men sorusmaq isteyirem ki qeza namazı nece qılınır.Mən namaz qılanda adeten qıldıgım namazın qezasını da qılıram.Bu olar?
Cavab:

Aleykum salam. Qıldığınız namazın qəzasını qılmaq lazım deyil. Vaxtında unudaraq və ya digər üzrlü səbəbdən qılmadığınız namazların qəzasını qılmaq lazımdır. Ümumiyyətlə, namaz qılan müsəlman çalışmalıdır ki, namazları vaxtlı-vaxtında qılsın.

ardını oxu
07-07-2014 Baxış
Salam bulmek isterdim süre ilee aye birdi yoxsa eynidi bid sürelerin mensaı olur olursa nece oxuya bilerem
Cavab:

Aleykum salam. Surə və ayə fərqli şeylərdir. Qurani-Kərim 114 surədən ibarətdir, hər surə isə öz növbəsində ayələrdən ibarətdir. Surələrin daxilində ayələr nömrələnir. Ümumilikdə Quranda 6236 ayə var. Ən böyük Bəqərə surəsində 286, ən kiçik Kövsər surəsində isə 3 ayə var.

ardını oxu
07-07-2014
Salam Aleykum..qadin kisiyle kebinle nisanlidi..aralarinda defelerle mubahise dusub,kisi ona bosamaq niyyetile deyil sadece kinayeli sozder deyib,sora qadin sorusanda and icib ki bosamaq niyyetinde soz dememisem..lakin sms.le yazanda deyib ki fso qerarimi verdim zeng ele seni bosayim,yeni zeng edenn
Cavab:

Aleykum salam. Talaqın (boşanma) deyiliş baxımından müxtəlif növləri var:

ardını oxu
07-07-2014
Salam.Evde azan oxumaq olar?ve qadinlar azan oxuya bilermi
Cavab:

Aleykum salam. Evdə azan vermək olar. Hədislərdə bildirildiyi kimi azan və iqamə ancaq kişilərə aiddir, qadınlar azan və iqamə oxumur.

ardını oxu
07-07-2014 aysel
men namaz qiliram amma lotoreya oyunlarinda bextimi sinayiram deyilene gore bu gunahdir bilmek isterdim niye?
Cavab:

Aleykum salam. Lotareya oyunları haramdır. Bu oyunlar qumardan sayıldığı üçün onlardan uzaq durmaq lazımdır. Əgər hər hansı bir oyuna az da olsa vəsait qoyulursa və bundan çoxlu uduş əldə edilirsə, bu, qumar hesab olunur. Uca Allah qumarı haram etmişdir: "Ey iman gətirənlər!

ardını oxu
07-07-2014 Baxış
Süreleri hergün bir ayesini Facebookda paylaşmaq günah sayılır
Cavab:

Aleykum salam. Əksinə, başqalarını xeyirə çağırmaq və qadağan olunan işlərdən çəkindirmək hər bir müsəlmana vacibdir və ona savab gətirir. Uca Allah buyurur: "Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın.

ardını oxu
07-07-2014
assalamu eleykum .ramazan ayinda qebul olunmus qurbanliq qoyunu kesmek olar ya yox? Allah sizden razi olsun.
Cavab:

Aleykum salam. Cavabı buradan oxuyun: Ramazan ayında qurban kəsmək günahdır, yoxsa savab?

ardını oxu
07-07-2014 Baxış
Mömin kimlere deyilir herkese mömin demek olarmı Müselam neceolur ve kimlere deyilir
Cavab:

Cavabı buradan oxuyun: Mömin insan necə olmalıdır?

ardını oxu
07-07-2014 Baxış
Salam men yaxşılıq etmeyi sevirem ve hemiş yaxşılıq etmeyide bacarmışam indi bilmek isdeyirem ki menim axlıma hemişe pis pis fikirler gelir herşeye qarşı pis fikirler gelir sanki icimden kimse mene deyir ki get pis işler gör günahlı işler gör amma men buna fikir vermirem nece dim ki bufikirler axlım
Cavab:

Aleykum salam. Bilin ki, insanın beyninə gələn və ya onu əhatə edən pis fikirlər, hisslər əmələ keçmədikcə insana günah yazılmır. Dində bu fikirlərə şeytanın vəsvəsələri deyilir.

ardını oxu
07-07-2014
Komputer qrafikasi ile 3d canli heyvan fiqurlari duzeltmek gunAhdirmi? Canli resmi cekerken onun bir beden uzvunu cekmezsen (meselen gozunun birini cekib o birini cekmemek) gunah yazilmaz. Duzgundurmu?
Cavab:

Aleykum salam. Ümumiyyətlə islam dininə görə istər əllə canlı istərsə də digər vasitələrlə (ruhu olan) şəkili çəkmək və ya çəkdirmək olmaz.

ardını oxu
05-07-2014 konul umid
Salam. Oruclu iken USM vaginal muayineden kecmek olar? Vaginal usm zamani aparata gel tokub daha sonra muayine edirler.o gelin daxile getmesi sonra axinti kimi geriye geımesi orucu batil edermi??
Cavab:

Aleykum salam. Bu kimi hallar orucu pozmur. Orucu pozan amillərlə bağlı daha ətraflı Ramazan orucu məqaləsini oxuya bilərsiniz.

ardını oxu
05-07-2014 Kəmalə
Səhər yeməyi nə vaxt dayandırılır, namaza qədər yoxsa azana qədər.
Cavab:

Aleykum salam. Sahurun (oruc tutmaq üçün səhər yeməyi) vaxtı sübh namazının girməsi vaxtına qədərdir. Bəzi yerlərdə azanın bu vaxtdan gec verilməsinə baxmayaraq, namazın girmə vaxtına qədər sahur yeməyini bitirmək lazımdır.

ardını oxu
05-07-2014 m
salam.etdiyin tovbeni pozmaq gunahdi?
Cavab:

Aleykum salam. Tövbəni pozmaq günahdır və bundan çəkinmək lazımdır. Əgər tövbəni pozsanız, yenidən tövbə edin. Daha ətraflı: Tövbə etsəm, Allah məni bağışlayarmı?

ardını oxu
05-07-2014
salam yuxuda olmekde olan piwiyin senen daniwmasi ne demekdi
Cavab:

Aleykum salam. Cavabı buradan oxuyun: Yuxuda pişiyin insanı dişləməsi pis məna verirmi?

ardını oxu
05-07-2014
Salam aleykum.men size sualim odu ki men cox riyakar insanam bu hissden nece xilas ola bilerem men bele bir insan olmaq istemirem ureyime riyakarliq hiss gelir cox pis oluram
Cavab:

Aleykum salam. Cavabı buradan oxuyun: Riyakarlıq hissindən necə xilas ola bilərəm?

ardını oxu
05-07-2014 Niko
Salam eleykum.Menim medemde qizarti var.Ac olanda yangi vermeye baslayir.Ona gore gun erzinde gerek nese yeyim. Amma indi muqeddes aydir, ehd elemisem bir nece gun de olsa oruc tutacağam inşallah.Medem problem yaratmasa sona kimi tutmaq niyyetim var Allahın köməkliyi ilə. Sualim beledir, medemde g
Cavab:

Aleykum salam. Oruc zamanı boğazdan içəri heç nə qəbul etmək olmaz, çünki belə etmək orucu pozur.

ardını oxu
05-07-2014
Salam aleykum. Men zinaya tovbe etmiwem ve etmiremde hec bir wey sadece gece yuxumda gordumki zina etdiyimi her kes bilib. Bu neye yozulur? Ve birde arada menim fikrimde ALLAH meni bagiwlamaz suali olur bu tovbemi pozmaz? Ne etsem tovbem pozular?
Cavab:

Aleykum salam. Allahın tövbə qapıları hər kəsin üzünə açıqdır.

ardını oxu
05-07-2014 allahin qulu
salam..... Namaz qilan , quran oxuyan kes denizde cime bilermi ?
Cavab:

Aleykum salam. Kişilər dənizdə çimərkən qadınlar olan yerdə çimməməli, həmçinin bədənin göbəkdən dizə qədər hissəsini örtən geyimdə olmalıdır. Qadınlar da  başqalarının görmədiyi bir yerdə, əri ilə birlikdə çimə bilər.

ardını oxu
05-07-2014 Rauf
salam aleykum.sübh namazını qılandan sonra başqa qəza namazlari(məsələn, zöhr namazı) qılmaq olar
Cavab:

Aleykum salam. Huşu itirmək, yuxuya getmək, unutmaq və s. buna bənzər üzrlü səbəblərdən dolayı vaxtında qılınmayan namazlar, səbəb aradan qalxdıqda vaxt keçirmədən dərhal qılınmalıdır. Həmçinin sübhə duranda və ya sübhdən sonra günəş çıxdıqdan sonra qıla bilərsiniz.

ardını oxu
05-07-2014
As Salamu Aleykum. Menim size bir nece sualim var. 1-Quran ayetlerinden birinde "Bize yaxinlasmaq ucun vasite axtarin (Maide 35)" Diger bir ayetde ise "Biz size şahdamarinizdan da yaxiniq" buyurulur.
Cavab:

Aleykum salam.

1) Dediyiniz ayədə "vasitə axtarın" deyildikdə Allahın razılığını qazanmaq üçün xeyirli əməllər etmək nəzərdə tutulur. Daha ətraflı:

ardını oxu
05-07-2014
Dualari azeri yaxud ereb dilinde etmekde bir ferq var?
Cavab:

Cavabı buradan oxuyun: Duanı hansı dildə oxumaq yaxşıdır?

 

ardını oxu
05-07-2014
Kelmeyi Şehadetde "Emirel momininen var?" Varsa ve yaxud yoxsa neye esasen bunu subut etmek olar? Imam Eli(r.a) Allah teresfinnen teyin olunmus imamdir? Allah Razi Olsun.
ardını oxu
05-07-2014
As Salamu Aleykum. Necesiz? Men henbeli mezhebinin namazini qiliram. Qonaqlarimiz ise henefi. Onlar bize qonaq gelibler. Biz bir yerde camaat namaz qila bilerik? Allah Razi Olsun.
Cavab:

Aleykum salam. Bəli, qıla bilərlər. Bir yerdə namaz qılmağın məzhəbə aidiyyatı yoxdur.

ardını oxu
05-07-2014
Namazı təzə başlayanın əgər surələr yadından çıxarsa bu günahmıdır və surələr yadından çıxanda nə etməlidirdm
Cavab:
ardını oxu
05-07-2014
Çereke kitabi oxumaq olar? Ramazan ayinin her gununun oz duasi var?
Cavab:
Aleykum salam. Quran və səhih hədislərə (məsələn, əl-Buxari, Muslim, ət-Tirmizi, Əbu Dəvud, ən-Nəsəi, Əhməd, İbn Məcəh, Malik və s.) əsaslanan kitabları oxumaq olar, zəif və uydurma mənbələrə əsaslanan kitabları isə oxumaqdan çəkinmək lazımdır.
ardını oxu
05-07-2014
SALAM aleykum. Bir insan namaz qilib saxlayib son bir muddetden sonra yene qilib saxlayib.Yeni namazi 2 defe qilib saxlayib. Bu halda olubse muselman kimi olur yoxsa kafir kimi? 2) Bir insan namazi qilib saxlayibsa ona murted demek olarmi? ALLAH razi olsun.
Cavab:

Aleykum salam. Qiyamət günü sizdən kimin kafir, kimin mömin olmasını soruşmayacaqlar. Yaxşı olar ki, vaxtımızı özümüzə aid olan məsələlərə sərf edib, ölüm bizi haqlamamış çoxlu xeyirli əməllər edək.

ardını oxu
05-07-2014
31 dekabr ad günü keçirmək olarmı
Cavab:

Salam aleykum. Cavabı buradan oxuyun: Ad günü qeyd etmək olarmı?

ardını oxu
05-07-2014
Vitr namazi nece qilinir?
Cavab:

Cavabı buradan oxuyun: "Vitr namazı necə qılınır?"

ardını oxu
05-07-2014
Salam aleykum.1.QMI-nin teqvimine gore ehya geceleri Ramazan ayinin 18-den 19-na,20-den 21-ne,22-den 23-ne kechen gecelere tesaduf edir.Bu doqruurmu?Axi axir on gunun tek gecelerinden biri olmali idi.2.Dunen qonshumuz bizde olarken onunla mubahisem dushdu.Deyir ki,''Qiyamet gunu qopur da o
Cavab:

Aleykum salam.

1) Əhya gecələri haqqında daha ətraflı buradan oxuyun: "Qədr gecəsi hansı günə düşür və bu gecənin fəziləti nədir?" 

ardını oxu
05-07-2014
Salam Aleykum, dukanda iken terleme ucun olan andispranti koftanin qoluna biraz vurub baxdim,yeni yoxlamaq niyyetiyle cox da deyildi..bele olan halda qadinin quslu pozulmus olurmu?yeni inanmiram namehrem o iyi hissedecek derecede cox idi ama ele hedis var ki qadin etir vurduqda cenabet guslu almis k
Cavab:

Aleykum salam. Ətir vurmaq qüslu pozmur. Daha ətraflı: Qüsl necə alınır və onu pozan amillər hansılardır?

ardını oxu
05-07-2014 gunel
salam indi oruc tutmuwam.men awilama eletdrecem ondan sonra qusl edib cimib oruc tutmaliyam?yoxsa qusla ehtiyac yoxdu orucumu davam etdrmeliyem?
Cavab:

Aleykum salam. Aşılma dedikdə süni mayalanmanın bir növünü nəzərdə tutursunuzsa, bu, orucu pozmur. Amma qüslu pozmasını bilmirik.

ardını oxu
05-07-2014
salam.mirmovsum agani ziyaret etmek olarmi.yeni bizde qohumlar gedib ziyaret edir.deyirler biz ondan nese istemirik ki.sadece Allahin sevimli,momin bendesidi deye ziyaret edirik.onu ziyaret etmek savabdirmi?
Cavab:

Aleykum salam. Cavabı buradan oxuyun: Ətağa müqəddəsdirmi?

ardını oxu
05-07-2014 Kamran
oruc tutan insanda oz-ozune bosalma olduqda oruc pozulur?
Cavab:

Aleykum salam. Bəli, qeyd etdiyiniz hal orucu pozur və həmin əməldən səmimi şəkildə tövbə edilərək orucun qəzası tutulur.

ardını oxu
05-07-2014
salam.Men bilmek isteyirem ki,oruclu ola ola disleri firca ile temizlemek olarmi?onceden tesekkur edirem.Allah sizden razi olsun
Cavab:

Aleykum salam. Diş fırçalamaq orucu pozmaz. Diş pastasının və ya suyun qəsdən boğaza getməsi halında oruc pozular. Orucun pozulma ehtimalı diqqətə alınaraq, dişlərin günəş doğmazdan əvvəl və iftardan sonra fırçalanması daha uyğun olardı.

ardını oxu
05-07-2014
Salam Aleykum..1)imsaka baslayanda da niyyet edilir?
Cavab:

Aleykum salam.

ardını oxu
05-07-2014
Allahin salami olsun size.men oz valideynlerime Quran tapsirmaq isteyirem Quran oxuyan molla mene deyirki ''men bir nece dene ehtiyat Quran oxuyub qoymusam birin senin valideynlerine xetm ederem.bu ne derecede duzgundur?
Cavab:

Aleykum salam. Ümumiyyətlə ölülər üçün Quran oxumaq və ya Quran tapşırmaq olmaz. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) bunu etməmiş və bu haqda ondan səhih məlumat gəlməmişdir.

ardını oxu
05-07-2014 momine xanim
assalamu aleykum.bilmek isteyirem Ramazan ayinda kosmetika cekmek,qas aldirmaq olarmi ? cavaba gore onceden tesekkurler allah razi olsun/
Cavab:

Aleykum salam.

1) İstər Ramazanda istərsə də digər aylarda qadın kosmetikadan istifadə edə bilər. İslama görə qadın yalnız məhrəmlərinin yanında bəzənə bilər.

ardını oxu
05-07-2014 Azer
Salam Aleykum. Sualim odur ki, oruc tutarken saqqin ceynemek olar mi? Onceden tesekkur edirem qardaslar.
Cavab:

Aleykum salam. Xeyr, oruclu olarkən saqqız çeynəmək olmaz.

ardını oxu
05-07-2014 Eldeniz
ifdarin vaxdini deqiq bilmek olmur azanin sesini evde esidirem hansinan hereket edim
Cavab:

Salam aleykum. Oruc tutarkən sahuru (oruc üçün səhər yeməyi) sübh namazının girmə vaxtına qədər yeyib qurtarmaq lazımdır. Orucu açmaq (iftar) isə məğrib namazının vaxtı girdikdə və ya azanın səsini eşitdikdə olur.

ardını oxu
05-07-2014
wukur secdesinde iqame deyilirmi ???
Cavab:

Aleykum salam. Xeyir, iqamə deyilmir. Şükür səcdəsi istənilən vaxt bir səcdə edərək səcdədə Allaha şükür, həmd-səna etməklə yerinə yetirilir. Həmçinin oxuyun:

Şükür səcdəsi necə yerinə yetirilir?

ardını oxu
05-07-2014
Hz.Hemze kimdir?
Cavab:

Salam aleykum. Həmzə ibn Abdulmuttalib (Allah ondan razı olsun) fəzilətli səhabə və peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) əmisi olub. Seyyidu-ş-Şuhədə (şəhidlərin ağası) ləqəbi yalnız ona verilmişdi.

ardını oxu
05-07-2014
Salam aleykum. sizə sualım budurki qışqıra qışqıra danışmaq əsəbləşmək orucu pozurmu?
Cavab:

Aleykum salam. Əsəbiləşib qışqırmaq orucu pozmur. Orucu pozan amillərlə bağlı daha ətraflı Ramazan orucu məqaləsini oxuya bilərsiniz.

ardını oxu
05-07-2014
salam eleykum sizin saytda namaz vaxtlari ferqlidir.niye?
Cavab:

Aleykum salam. Bizim saytdakı namaz vaxtları hal-hazırda dünyada məşhur olan, əksər mobil proqramlarda və saytlarda istifadə olunan standart alqoritm əsasında hesablanır: http://praytimes.org/calculation

ardını oxu
05-07-2014 tural
Salam men hec vaxt namaz qilmamisam amma bir nece ildir oruc tuturam bu ne derecede dogrudur
Cavab:

Və aleykum Salam. Namaz qılmayan adam oruc tuta bilər. Uca Allah buyurur: "Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır. Zərrə qədər pislik edən də əvəzini alacaqdır". (əz-Zəlzələ, 7-8).

ardını oxu
05-07-2014
4 (Henefi,Henbeli,Safii,Meliki) mezhebe tabe olmayan ehli-sunnetden sayilirmi? Bundan evvelki yazilari oxudum ama alimler Qurani bele ferqli-ferqli yorumladigi halda nece olar ki biz bir mezhebe mensub olaq?
Cavab:

Aleykum salam. Dörd məzhəbə tabe olmasa belə, tabe olduğu yol, Quran ayələrinə və səhih hədislərə əsaslanan bir məzhəb olsa və bu dörd məzhəbi də inkar etməsə doğru yolda sayılır. İslamda hansısa məzhəbə və ya alimə tabe olub kor-koranə təqlid etmək yoxdur.

ardını oxu
05-07-2014 Ehli sunnet
Es Salamu Aleykum ve rehmetullahi ve bereketuh heyz halinda internetden quran oxumaqve oyrenmek olarmi?Cezekallahu xayran
Cavab:

Aleykum salam. Bəli, qadın heyz vaxtı internetdən Quran oxuyub öyrənə bilər.

ardını oxu

Pages