17-07-2014 Elman
Salam. Ramazan ayınız mübarək. Sual: 1) Mənim hal-hazırda 38 yaşım var, bir ildirki namaza başlamışam. Mən əvvəllər qılmadığım namazların yerinə qəza namazı qılıram. Məsələn, Allahım sənin rızan üçün zöhr namazının 4 rükət fərzinin qəzasını qılıram deyib namaz qılıram.
Cavab:

Aleykum salam. İslamda əvvələr qılmadığım illərin qəza namazları anlayışı yoxdur. Səhabələr islama yeni girdikdə Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) onlara keçmiş illərin qəzasını qılmağı əmr etməmişdi.

ardını oxu
16-07-2014
salam.bu yaxinlarda namaza baslamaq istirem.qibleni nece teyin edim?kompasmda yoxdu
Cavab:

Aleykum salam. Cavabı buradan oxuyun: Qibləni düzgün şəkildə necə təyin etmək olar?

ardını oxu
16-07-2014
Salam aleykum axi .Allah xətrinə bağışlayın sualıma görə.hamiləliyin ilk aylarında oruc tutmaq olarmı? Djazaq Allahu hayran
Cavab:

Aleykum salam. Cavabı buradan oxuyun: "Mən 2 aylıq hamiləyəm, oruc tuta bilərəm?"

ardını oxu
16-07-2014
salam.menim 16 yasim var.bilmek isterdimki etdiyn gunahdan nece temizlenim?tovbe ede bileremmi
Cavab:

Aleykum salam. Tövbə etmək və ardınca savab və xeyirxah əməllər görməklə günahlardan təmizlənmək olar. Uca Allah buyurur: "Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər.

ardını oxu
16-07-2014
Assalamu aleykum.Sualim beledir size eger boqazda belqemi udusam oruc pozulur? birden tesdamaz zamani bilmeden boqaza az su getse pozulur oruc? birde cox uzur isteyirem sualima gore oral sex haqinda bilmey isteyiremki bu barede weriet ne deyir yeni haramdi?
Cavab:

Aleykum salam. Bəlğəmi udmaq orucu pozmur. Dəstəmaz zamanı və ya dişləri fırçalıyan vaxt bilmədən boğaza su gedərsə, orucu pozmur. Daha ətraflı:

Orucu pozan amillərlə bağlı dəqiq və ətraflı məlumat verə bilərsinizmi?

ardını oxu
16-07-2014
Salam men oruc tutumuwam ama bowalmiwam bu nece olur?oruc pozulur?qezasi var?
Cavab:

Aleykum salam. Əgər qəsdən öz-özünə boşalma baş veribsə, onda həmin günün əvəzinə bir gün qəzasını tutmaq və o əməldən tövbə etmək lazımdır. Yuxuda ikən, bilmədən baş veribsə oruc pozulmur.

ardını oxu
16-07-2014 ayten
salam menim yaxinim menim adima bankdan pul goturub kredite. pul lazim idi ona gore.men namaz qilanam buna mecbur razilasmisham cunki sora inciklik ola bilerdi ozume qalsa goturmek istemirdim. bu halda men de gunaha batmis oluram?
Cavab:

Aleykum salam. Kredit götürən adam sizin yaxınınız olsa belə, gərək vasitəçilik etməyəsiniz. Uca Allah buyurur: "​Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun.

ardını oxu
16-07-2014 Mirzoyeva Elnure
Ramazan ayinin orucunu niyyet etmis adam,qrip olarsa ne etmelidir. Burnum axir,oskururem,halsizam
Cavab:

Aleykum salam. Xəstəlik səbəbindən oruc tuta bilmədikdə, həmin günün əvəzində başqa günlərdə oruc tutmaq lazımdır: "Sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar". (əl-Bəqərə, 184).

ardını oxu
16-07-2014
salam men bilmək isteyirem ki qeza namazı qılanda nece niyyet dilir.yeni eyer subh namazının qezasını qılırıqsa onda niyyetimizi nece etmeliyik.qeza namazları da esl namazlarının ruket saylarıilə eynidir.Birdeki ferz ve sunne namazları ne demekdir ki
ardını oxu
16-07-2014
salam menim iki sualim olacaqdi.1-oruclu insan 4saatliq evinden uzaga getse,axsam namazi vaxtlarina yaxin qayitsa,ve orda selale suyula basi biraz islansa bunlar orucu poza biler?bide orucluiken nece kilometr uzaga getmek olar?
Cavab:

Aleykum salam. Ümumiyyətlə başı islatmaq, başı suya salmaq və ya çimmək orucu pozmur.

Oruclu ikən nə qədər ehtiyac varsa, o qədər məsafəni gedə bilərsiniz. Bunun üçün şəriətdə bir hədd və ya ölçü təyin olunmayıb.

ardını oxu
16-07-2014
Men atamin pensiyasini almaq ucun bankomata yaxinlawanda orda pul gordum etrafda kimse yox ifi men bu pulu goturdum bu pul haramdir yoxsa halal?
Cavab:

Aleykum salam. Cavabı buradan oxuyun: Yerdən qəpik tapanda nə etməliyik?

ardını oxu
16-07-2014 Baxış
SAlam men Qurani Kerim kitabında olan bütün sözleri oxumaq isdeyirem yeni neqeder qurani kerim kitabı var hamısını internet vasitesile oxumaq isdeyrem ele bir sayıt var varsa deye bilerseiz
Cavab:

Aleykum salam. Azərbaycanca mənaca tərcüməni buradan oxuya bilərsiniz: Qurani-Kərimin Azərbaycan dilinə mənaca tərcüməsi

ardını oxu
16-07-2014
Salam aleykum.Azani korpenin saq ,iqameni sol qulaqina oxuyurlar?yoxsa eksine?
Cavab:

Aleykum salam. Körpənin qulağına azan və iqamə oxumaqla bağlı rəvayətlər səhih deyil. Amma alimlərin rəyinə əsasən, istəsəniz, oxuya bilərsiniz.

ardını oxu
16-07-2014
Salam aleykum.Necesiniz?Men namaz qilanam,dayim qizi bizde qalir.O,men namaz qilanda menimle o da qilir,daha doqrusu o bilmir mene baxir,men de ona oyredirem namaz qilmaqi,amma onun 11 yashi var.Yeni o ortusuz namaz qila bilermi?axi heddi-buluqa chatmayib.Birde men ozum de azyashliyam,oruc tuturam,i
Cavab:

Aleykum salam. Əlhəmdulilləh, Allah razı olsun, yaxşıyıq. Kiçik yaşlı qız uşağı örtüksüz namaz qıla bilər. Amma uşaqları bu yaşdan baş örtüyünə alışdırmaq, həvəsləndirmək bəyənilən və gözəl əməllərdəndir.

ardını oxu
16-07-2014
salam men oyrenmek isteyirem ki oruclu ikən burundan qan gəlməsi orucu pozar.yaxud da heyat yoldasın seni oruc tutmaga qoymursa onda hər ikimizə də gunah sayılır
Cavab:

Aleykum salam. Burundan qan gələrsə, oruc pozulmur. Orucu pozan amillərlə bağlı daha ətraflı  "Ramazan orucu"  məqaləsini oxuya bilərsiniz.

ardını oxu
15-07-2014 Tofiq
İnsada bağırsaq pozğunluğu varsa insan həmən günü oruc tutmaya bilermi?
Cavab:

Aleykum salam. Xəstəlik səbəbindən oruc tuta bilmədikdə, həmin günün əvəzində başqa günlərdə oruc tutmaq lazımdır: "Sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar" (əl-Bəqərə, 184)

ardını oxu
15-07-2014
Salam aleykum.1.Peyqemberlerin hamisini muselman adlandirmaq olarmi?2.Hz.Isa evli olubmu?bu mene chox maraqlidir.3.Sizin cavabiniz niye QMI ile ziddiyet teshkil edir?QMI bildirib qedr geceleri Ramazan ayinin 19,21,23-cu gecelerinden birindedir,amma siz dediniz axir on gunun tek gecelerindedir.Indi m
Cavab:

Aleykum salam. Bəli, bütün peyğəmbərlər müsəlman olublar. Daha ətraflı bu məqaləni oxuyun: İslam - tək haqq dindir!

İsanın (aleyhis-sələm) evli olub-olmaması ilə bağlı səhih məlumat yoxdur.

ardını oxu
15-07-2014
Salam hicablı bbirisinin emisi yaxud emoglusunun yanında hicabını cıxara bilərmi.Onlar məhrəm sasayılır?
Cavab:

Aleykum salam. Əmisi oğlunun yox, amma əmisinin yanında çıxara bilər. Daha ətraflı:

Kimlərin yanında hicabsız gəzmək olar?

Əmi və dayı qadın üçün məhrəm sayılırmı?

ardını oxu
15-07-2014
salam aleykum.qadinlarda qusl nece alinir?
Cavab:

Aleykum salam. Qadınlar qüsulu adi qaydada alırlar. Sadəcə heyz (aybaşı) və nifas (doğuşdan sonra 40 gün ərzində axan qan) qüsulunda hörüklər açılıb yuyulmalıdır.

ardını oxu
15-07-2014 Aygun
Salam! ramazan ayımız Mubarek. bağışdıyın narahat edirem HEYKƏL duası nədir. onun xeyri nədir. Əvvəlcədən təsəkkurumu bildirirəm.
Cavab:

Aleykum salam. Belə bir duaya rast gəlməmişik

ardını oxu
15-07-2014
salameleykim.men oruc tutmuwam ama cimib cixmiwam yadimdan cixib qusul almaq sora yadima duwdu teyemmum etdim orucum batildirmi?
Cavab:

Aleykum salam. Qüsulun olmaması orucu batil etmir. Orucu pozan amillərlə bağlı daha ətrafl bunu oxuyun: Orucu pozan amillərlə bağlı dəqiq və ətraflı məlumat verə bilərsinizmi?

ardını oxu
15-07-2014
gunah ve haramin ferqi varmi ve nelerdir?
Cavab:

Salam aleykum.

Uca Allahın və Onun Elçisinin qadağan etdikləri, çəkindirdikləri və günah olduğunu bildirdikləri bütün əməllər haramdır. Alimlər haram əməllərə belə tərif vermişlər: "Allah üçün tərk etdikdə savab olan, əməl edildikdə isə günah olan bütün əməllər haram sayılır".

ardını oxu
15-07-2014
salam.Muselman oz vesiyyeti ile oz heyetinde defn oluna bilermi?
Cavab:

Aleykum salam. Yaxşı olar ki, qəbirstanlıqda dəfn olunsun.

ardını oxu
15-07-2014 ....
Mescid ucun ayrilan yeri satmaq olarmi?
Cavab:

Salam aleykum. Əgər torpaq kiminsə şəxsi mülkidirsə, əvvəllər orada məscid tikmək fikri olub, daha sonra fikrini dəyişərək torpağı satmaq qərarına gəlibsə, sata bilər. Əgər həmin torpaq dövlət tərəfindən məscid üçün ayrılıbsa, satmaq olmaz.

ardını oxu
15-07-2014 Ayten
salam Aleykum. 3 ruketli vitr namazinin qilinmasi ile axsam namazinin qilinmasi arasinda hansi ferq var? Yeni onlarin qilinma seklindeki ferq nedir?
Cavab:

Aleykum salam. Əgər axşam namazı dedikdə məğrib namazını nəzərdə tutursunuzsa, bəli, fərq var. Məğrib namazı üç rükət qılınır, vitr isə bir rükət qılınır. Bəzi rəvayətlərə görə vitri birbaşa üç rükətdə qılmaq olur.

ardını oxu
15-07-2014 aysel
salam namazdan evvel azan ve iqame demek vacibdir yoxsa bunsuz da olar namaz qilmaq?
Cavab:

Və aleykum Salam. Azan və iqamə oxumaq camaat üçün istənilən halda (sə­fər­də, evdə, namazın qəzasını qıldıqda) bir nəfərin etməsi kifayətdir. Tək namaz qılan şəxs üçün isə vacib olmasa da, müstəhəb, yəni bəyənilən əməldir. Qadınlar üçün isə nə azan nə də iqamə vermək vacib deyildir.

ardını oxu
15-07-2014
salam men onu bilmek isteyirem ki kiminse haqqina girmek gunahdirmi ya kisib etmek.demek men gelinem menim o qeder ohdeliklerim var hamisini yaxsi pis etmeye calisiram.ama baldizim bar ki hele kisib edir bize men korluq cetinlikn cekirem dile getire bilmirem ama onun istediklerini nisye alib menim u
Cavab:

Aleykum salam. Kiminsə haqqına girmək günahdır. Daha ətraflı: 

Qul haqqı barədə

ardını oxu
13-07-2014 MEHRIBAN
esalamu eleykum men namaz qiliram amma yoldawim icki icir menim qildixim namaz gunah omurki???
Cavab:

Aleykum salam. Yoldaşınız içki içirsə, sizin namaz qılmanız günah deyil. Uca Allah buyurur: "Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar.

ardını oxu
13-07-2014
İmsaqsız oruc tutmaq olar mı?
ardını oxu
13-07-2014 Elnur
merhaballar bir bayini kotu yoldan donderib allah yoluna getrmeg
Cavab:

Salam aleykum. Sualınız nədən ibarətdir?

ardını oxu
13-07-2014
Esselamun aleykum.bu yaxinlarda ailevi olaraq istirahetde olduq.Otelin haqqini qabaqcadan odemishdik ve her gun bizim otqa yeni shampun,sac kremi vesair getirilirdi.qayidarken hemin sac kremlerinden 1-2ni ozumle goturdum.bu yanlishdirmi?onlar haram sayila bilermi?Teshekkur edirem.
Cavab:

Aleykum salam. Əgər dediyiniz şeylər ödədiyiniz pula daxildirsə, bu halda haram sayılmır.

ardını oxu
13-07-2014 m
salam aleykum.o duzduki axsam qab cirkli yuyulmamis qaldiqda seytanlar ora yigilir?
Cavab:

Aleykum salam. Bununla bağlı məlumatımız yoxdur.

ardını oxu
13-07-2014 Rashad
Salamaleykum .Mən evlenerken dini biliklerim az idi.Atam mescidde mollaya biz olmadan kebini baglayib.Daha sonra menim islami oyrenmeye bashlamisham,Bu ne derecede duzdur? Men yeniden kebin etmeliyemmi? Ve eyer bele olarsa menim munasibetlerim zina sayilirmi? Cox sagolun
Cavab:

Aleykum salam. İnşallah bu işdə sizə günah yazılmaz, çünki bu, bilməyərəkdən olub. Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə demişdir: "Uca Allah ümmətim üçün səhvən, (cahillikdən dolayı) unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır".

ardını oxu
13-07-2014 anonim
ödunnən operasiya olunan adam oruc tuta bilermi?
Cavab:

Aleykum salam. Bunu həkimlə məsləhətləşmək lazımdır, əgər icazə versə tutsun, əgər başqa vaxt tuta bilərsə, başqa vaxtlarda qəzasını tutsun.

ardını oxu
13-07-2014 Sabina
Salam.Namaz ve oruclariniz qebul olsun Inwaallah.Qadinlar hayz zamaninda tutmadiqlari oruclarin qezasini bawqa gunlerde tutmalidirlarmi?
Cavab:

Aleykum salam. Bəli, qadınlar heyz (aybaşı) olduqları müddətdə tutmadıqları günlərin sayı qədər Ramazandan sonra oruc tutmalıdırlar: "(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir.

ardını oxu
13-07-2014 m
salam aleykum.Qadinla kiwinin qildigi namaz arasinda ferq varmi?ve zohr,megrib,isa,sam namazlarnda hansi sureler oxunur?
Cavab:

Aleykum salam. Qadınla kişinin qıldığı namaz formasında elə də ciddi fərq yoxdur, çünki Peyğəmbərimiz (salləllahu aleyhi va səlləm) ümumi olaraq hamı üçün buyurub ki, "Məni necə namaz qılan gördünüzsə, siz də elə namaz qılın". (əl-Buxari, 631).

ardını oxu
13-07-2014
salamun eleykum.size sual verdim ki pirleri ziyaret etmek savabdirmi?yeni deyirler ki,meselen etaga Allahin momin bendesi olub.ona gore onu ziyaret etmek savabdi.buna cavabiniz nedi?deyirsiz pirler muqeddes deyil.beli deyirler bilirik muqeddes deyil,biz pirden hec ne istemeye getmirik.sadece ziyaret
Cavab:

Aleykum salam. Belə yerləri ziyarət etmək savab yox, günahdır. Hətta siz şərik qoşmasanız da, Allaha şərik qoşulan yerlərdən uzaq olmaq lazımdır. Mömin insanların qəbrini qəbristanlıqda ziyarət etmək olar.

ardını oxu
12-07-2014
Ramazan ayında deyim qurbanı kəsmək olarmı
Cavab:

Aleykum salam. Ümumən Ramazan ayında qurban kəsmək olar. Həmçinin oxuyun: Ramazan ayında qurban kəsmək günahdır, yoxsa savab?

ardını oxu
12-07-2014 Baxış
Salam men bilmeden kececn bazar pive icdim bir anlıq orucluq ayı axlımdan cımışdı vallah herşey biranlıq oldu indi bilımek isdeyirem men günaha batmış oldum yoxsa yox
Cavab:

Aleykum salam. Bilmədən içdim deyəndə nəyi nəzərdə tutursunuz? Əgər başqa içki ilə səhv salıb içmisinizsə, günah qazanmırsınız. Əgər ancaq Ramazan ayında içmirsinizsə, başqa aylarda içirsinizsə, bu günahdır, çünki içki həmişə haramdır.

ardını oxu
12-07-2014 zinet
salam menim anam hardasa 3-4 il bundan qabaq bir ziyaretgahdan 2 eded das getirib ve helede evdedi ureyinde niyet tutub amma hele gerceklesmiyib.. o daslari evde saxlamaq yaxsidi yoxsa atsaq yaxsidi? evvelceden tesekkurkler.
Cavab:

Aleykum salam. O daşları atın. Allahı qoyub, sizə nə fayda, nə də zərər verən daşlardan niyyətinizin həyata keçməsini gözləyirsiniz? Bu, şirkdir və buna görə tövbə etmək lazımdır.

ardını oxu
12-07-2014 menden
oruc tutdum amma sonra xestelendim
Cavab:

Allah şəfa versin. Sualınız nədən ibarətdir? Həmçinin oxuyun: Xəstəlik səbəbi ilə oruc tutmamaq günahdır?

ardını oxu
12-07-2014
salam sizin saytda namaz vaxtlari basqa saytlardan ferqlidir
ardını oxu
12-07-2014
salam.secde vaxti ayaqlar bitisik olur yoxsa arali?
Cavab:

Aleykum salam. Daha yaxşıdır ki, ayaqlar bir-birinə dəysin.

ardını oxu
12-07-2014 Elnur
Heyetimizde bir pisik var bize yiyan vurur.Toyuqlarimizi qyslarimizi yeyir.o pisiki oldurmek olarmi?eyer olmazsa neynemek lazimdi.onceden tesekkur edirem.
Cavab:

Aleykum salam. Ümumən zərər verici heyvanları öldürməyə icazə verilir. Qarşısını almaq üçün əvvəlcə başqa vasitələri yoxlamaq yaxşı olardı.

ardını oxu
12-07-2014 Elcin
Salam,eger bir shex namaz qilirsa ve bu shexsin cinsi elaqede olmaq kimi bir ehtiyac hissi duyursa bu ehtiyacini nece berpa etmelidir?.
Cavab:

Aleykum salam. Cavabı buradan oxuyun: Şəhvət hissini necə cilovlamaq olar?



 
ardını oxu
12-07-2014 cemile
Essalamu alekum . Men vbugun imsaka dura bilmedim .oyandiqimda hecne yemeden oruc tutdum . Lakin seher hecne yemediyim ucun biraz halsizam . Bu halsizdasma artsa orucu pozsam oruca keffare yoxsa qeza dusur
Cavab:

Aleykum salam. Əvvəla tövsiyə olunur ki, sahura (oruc tutmaq üçün səhər yeməyi) durasınız. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: "Sahura durun, həqiqətən sahurda sizin üçün bərəkət vardır". (Səhih əl-Buxari).

ardını oxu
12-07-2014 Elnur
Salam..ish heyatimla baqli yuxu problemlerim olduqu ucun seher sahura dura bilmirem ona gore axshamdan yeyrem cox zaman bu da medemde cetinliylere sebeb olur bezen..medemde yanma..boqazimda yanma..urey bulantisi qaytaa hissleri olur ve doze bilmedim orucu pozdum...bilmey isteyirem ki men mecbur oldu
Cavab:

Aleykum salam. Bir gün qəza tutursunuz və bununla yanaşı Uca Allahdan bağışlanma diləyib tövbə etməyiniz də lazımdır. Altımış gün qəza yalnız cinsi əlaqə ilə pozulan oruca düşür.

ardını oxu
12-07-2014
yatsi namazi vaxti necey kimi qilinmalidi
Cavab:

Aleykum salam. Yatsı (İşa) namazının vaxtı bəzi alimlərə görə gecə yarısına qədər, bəzilərinə görə isə sübh namazına qədərdir. Ona görə də gecə yarısına qədər qılmaq daha yaxşıdır. Gecə yarısı isə məğrib namazından sübh namazına qədər olan vaxtın ortasıdır.

ardını oxu
12-07-2014
As Salamu Aleykum. Hansi hallarda namazi yarimciq saxlamaq olar? Allah razi olsun.
Cavab:

Aleykum salam. Namazı ölüm təhlükəsi, təbii qorxu və ya buna bənzər zəruri hallarda yarımçıq saxlamaq olar. Daha sonra təhlükə və ya mövcud zəruri səbəb aradan qalxdıqdan sonra yenidən namaz qılınmalıdır.

 

ardını oxu
12-07-2014 gul
salam .mene maraqlidi suni sie sohbetin menbeyi haradan ve kim terefinden yaradilib.birde anamla tez tez mubahisemiz olur ona cox eseblesirem ondan cox inciyirem .is gormediyim ucun menim cox qelbime deyib ne qeder is etsemde onun ucun bosdur.bacardigim qeder sebr edib qaciram ancaq herden ele hedde
Cavab:
ardını oxu

Pages