Aleykum salam. Bu ilki fətvaya əsasən Ramazan bayramı 29.07.2014 tarixinə düşür.
Saçın bir hissəsini və ya hamısını yumaq orucu pozmur. Orucu pozan amillərlə bağlı daha ətraflı "Ramazan orucu" məqaləsini oxuya bilərsiniz.
Salam aleykum. Həmin şəxsin könlünü alıb ondan halallıq istəmək lazımdır.
Salam aleykum. Sualınız nədən ibarətdir?
Aleykum salam. Dinimizə görə oğurluğun istənilən növü haramdır.
Va aleykum salam. Namazda zəruri olan, əvvəlcə Fatihə surəsini oxumaqdır. Daha sonra digər surələri istədiyiniz ardıcıllıqla oxuya bilərsiniz. Buna dəlil aşağıdakı hədisdir: Rəvayət edilir ki, Huzeyfə demişdir: “Mən Allah Elçisi ilə birlikdə gecə namazını qılırdım.
Salam aleykum. Əgər əmin olsanız ki, adət üzrə baş verən halın müddəti tam bitib, onda həmin ləkəyə fikirmədən oruc tutub namaz qılmanız düzgündür.
Aleykum salam. Bu cavabı oxuyun: Allah insanın bəxtini bağlayırmı?
Salam aleykum. Sualınız aydın olmadı, əgər sahura (səhər yeməyi) yatıb qalarsa, heç nə yeməmiş oruc tuta bilər.
Aleykum salam. Əgər bu hal namazın vaxtı çıxmadan yada düşübsə, onda təmizlənib namazını yenidən qılması daha yaxşıdır. Əgər növbəti namazın vaxtı girəndən sonra xatırlayıbsa, Allahın izni ilə namazı səhihdir, çünki o bunu bilmədən edib.
Aleykum salam. İlk öncə orucu açmaq lazımdır. Daha sonra namazı qılmaq və sonra da dünyasını dəyişən şəxsi kəfənləmək olar.
Aleykum salam. Ziyarətgaha gedib oradan nəsə istəmək sahibini Cəhənnəmə aparan böyük günah - şirkdir. Hətta ora gedib Allahın üçün hər hansı əməl etməyi də Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) qadağan etmişdir. Bu məqalələri oxuyun:
Aleykum salam. Əsla, İsa Allahın oğlu deyil. Bunu iddia edən xaçpərəstlər bu sözlərinə görə kafir oldular. Uca Allah buyurur: "(Ya Peyğəmbər!) De: “O Allah Təkdir! Allah Möhtac deyildir. O, nə doğub, nə doğulub, Onun bənzəri də yoxdur". (əl-İxlas, 1-4).
Aleykum salam. Bəli, namazı qəsdən buraxmaq böyük günahdır. Namazı heç bir halda saxlamaq və ya tərk etmək olmaz. Həmçinin oxuyun:
Namaz qılmasam, Cənnətə girə bilərəm?
Aleykum salam. Əgər halı pisləşərsə və bu zaman səhhətə ciddi zərəri olarsa, açmaq olar. Həmçinin oxuyun: Xəstəlik səbəbi ilə oruc tutmamaq günahdır?
Aleykum salam. Niqab vacib olmadığı üçün bu məsələdə valideynlərinizin dediyini edin. Namazı isə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) qıldığı kimi qılmaq lazımdır. O, demişdir: "Məni necə namaz qılan gördünüzsə, sizdə elə namaz qılın". (əl-Buxari, 631).
Aleykum salam. Əgər bu əməl bilmədən baş veribsə, inşallah sizə günah yazılmaz. Amma bundan sonra çalışın ki, bir daha baş verməsin.
Salam aleykum. Allahın əmrlərini yerinə yetirərkən ürəkdən edib etməməyimizə fikir vermək lazım deyil. İnşallah, tezliklə yenidən hicab bağlayın. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Görmədiyim iki sinif insan vardır ki, onlar cəhənnəmin əhlidirlər.
Salam aleykum. Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) xanımı Aişəni (radıyəllahu anhə) heç kim öldürməyib, öz əcəli ilə dünyasını dəyişib.
Aleykum salam. Bəli, hətta cinsi əlaqə olmasa belə şəhvət hissindən dolayı sperma gələrsə, qüsl pozulur.
Aleykum salam. Bu geniş mövzudur, ümumən Uca Allahın əmr və qadağalarını Quran və Peyğəmbərin (salləllahu aleyhi və səlləm) sünnəsindən öyrənmək lazımdır. Başlanğıc üçün oxuyun: Mənə İslam haqqında xəbər ver!
Aleykum salam. Əvvəla biz hansısa məzhəbin batil olduğunu deməmişik və ümumiyyətlə məzhəb məsələlərindən uzaq durmağa çalışırıq: Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Onları böyük bir əzab gözləyir.
Aleykum salam. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) səhabələri dəvətə göndərərkən əvvəlcə insanları tövhidə çağırmağı, qəbul edərlərsə gündə 5 vaxt namaz qılmağı, daha sonra digər məsələləri təbliğ etməyi buyurmuşdu.
Salam aleykum. Allahın insanın yaratmasında məqsəd onu Cəhənnəmə salmaq yox, insanın Ona ibadət etməsidir. Allah əvvəlcədən insanın Cəhənnəmə düşəcəyini bilsə də, insan Cəhənnəmi öz əməlləri ilə, öz günahlarına görə qazanır.
Aleykum salam. Bu məqaləni oxuyun: Tövhid nədir?
Aleykum salam. Burundan qan gələrsə, oruc pozulmur. Orucu pozan amillərlə bağlı daha ətraflı: Orucu pozan amillərlə bağlı dəqiq və ətraflı məlumat verə bilərsinizmi?
Salam aleykum. Valideynlərdən icazəsiz qaçıb getmək və evlənmək günahdır. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bunu qadağan edib). Dinimizdə nigahın şərtləri vardır. İlk növbədə hər iki tərəfin razılığı vacibdir. Sonra qızın vəlisi (atası) və iki şahid olmalıdır.
Aleykum salam. Gözü haramdan çəkindirir? Bəs baxdığınız özü nədir? Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bunu gözün zinası adlandırıb. Çoxlu zikr, dua və ibadət edin, möminlərlə oturub-durun, məscidlərə gedin və digər xeyirli əməlləri çoxaldın.
Salam aleykum. Bunun üçün xüsusi bir dua yoxdur. Öz sözlərinizlə istədiyiniz kimi dua edə bilərsiniz. Daha ətraflı:
Dua ibadətdir
Mənə dua edin, Mən də sizə cavab verim
Aleykum salam. Namaz qılarkən dodaqlar tərpənməlidir.
Aleykum salam. Qadınla kişinin qıldığı namaz formasında elə də ciddi bir fərq yoxdur. Çünki Peyğəmbərimiz (sallallahu aleyhi va səlləm) ümumi olaraq hamı üçün buyurub ki, "Məni necə namaz qılan gördünüzsə, siz də elə namaz qılın". (əl-Buxari, 631).
Aleykum salam. İçki içilən evdə namaz qılmaq olar.
Aleykum salam. Cavabı buradan oxuyun: Mən sahura dura bilməmişəm, oruc tuta bilərəmmi?
Aleykum salam. Bu cavabları oxuyun:
Nə edim ki, imanım əvvəlki kimi güclü olsun?
İman zəiflədikdə onu artırmaq üçün nə etmək lazımdır?
Aleykum salam. Çox diqqət cəlb etməyən istənilən rəngdə geyinmək olar. Həmçinin geyim dar və ya şəffaf olmamalıdır.
Aleykum salam. Səhih hədislərə görə qüslda əsas məqsəd bütün bədənin islanmasıdır. Hətta bir insan qüsl almaq niyyəti ilə dənizə, gölə, çaya və.s təmiz su olan yerlərdə bütün bədənini və başını salıb çıxarsa, qüsul almış sayılır.
Aleykum salam. Qeyd etdiyiniz hal şeytanın vəsvəsə üsullarından biridir. Vəsvəsə ilə mübarizə aparmaq yox, ona əhəmiyyət verməmək lazımdır. Sizə belə fikirlər gəldikdə fikir verməyərək orucunuza davam edin.
Aleykum salam. Cavabı buradan oxuyun: Oruclu ikən bilməyərək nəsə yemək və ya içmək orucu pozurmu?
Aleykum salam. Hami ərəb sözüdür. Mənası himayədar, himayə edən deməkdir.
Aleykum salam. Sualınızın cavabını buradan oxuyun: Adəmin uşaqlarından, yəni bacı-qardaşdan yaranmışıqsa, deməli günahdan yaranmışıq?
Aleykum salam. Musiqi olan yerdə oturmaq orucu pozmur. Həmçinin oxuyun: Orucu pozan amillərlə bağlı dəqiq və ətraflı məlumat verə bilərsinizmi?
Aleykum salam. Qadınlar üçün üzüyü hansı barmağa taxmağın fərqi yoxdur.
Aleykum salam. Dəriyə qidalandırıcı krem və ya tərkibində spirt olan maddələr vurmaq orucu pozmur. Daha ətraflı:
Orucu pozan amillərlə bağlı dəqiq və ətraflı məlumat verə bilərsinizmi?
Aleykum salam. Ramazan ərəb mənşəli sözdür. Bu sözdəki ض hərfinin səslənməsin ana dilimizdə birbaşa qarşılığı yoxdur, "z" və "d" səsləri arasında olan bir səsdir. Ona görə də, bu sözü hər millət öz dilinə uyuşan şəkildə tələffüz edir.
Aleykum salam. Oruclu ikən saça boya qoydurmaq olar. Bilməyərəkdən boğazdan gələn qanı udmaq orucu pozmur.
Aleykum salam. Təsbehlə zikr etmək olmaz. Daha ətraflı: Namazdan sonra təsbeh çəkmək olar?
Aleykum salam. Ayəyə əsasən görünə bilən yerlər yalnız üz və əllərdir. Boğaz da tam bağlı olmalıdır.
İstixarə namazı haqqında
Aleykum salam. Sizin bu hadisədən sonra peşman olaraq halallaşıb barışmanız dinimizə görə təqdirə layiq haldır. Əgər barışmısınızsa və bir-birinizə haqqınızı halal etmisinizsə, digər şeylərə fikir vermədən unudun.
Aleykum salam. Əvvala onu qeyd edək ki, dinimizə görə bilmədən xəta etmək üzürlü haldır: "Səhvən etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir". (əl-Əhzab, 5).