Aleykum salam. Dəstəmaz aldıqdan sonra gözlərin üstünə karandaş və ya makiyaj çəkib namaz qılmaq. Daha ətraflı:
Gözlərə karandaş çəkmək olar?
Aleykum salam. Qurban ətini bölüşdürməkdə sərbəstsiniz. Ondan istədiyiniz qədər özünüz və istədiyiniz qədər insanlar üçün pay ayıra bilərsiniz. Bu haqda Peyğəmbərimizdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) xüsusi bir göstəriş yoxdur.
Aleykum salam. Namazı düzgün qılmamaq dedikdə nəyi nəzərdə tutursunuz?
Aleykum salam. Ümumiyyətlə şəriətə görə dırnaqlarda lak ola-ola namaz qılmaq namazı batil etmir. Lakin dəstəmaz və ya qüsl aldıqda dırnaqdakı boyaları mütləq silmək lazımdır. Qüsl və ya dəstəmazdan sonra yenə lak vura bilərsiniz.
Aleykum salam. Vətəni düşməndən qorumaq Uca Allahın əmridir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Allah Onun yolunda cihada çıxan kimsənin mükafatını tez verər. Allah buyurur: "Onu evindən çıxaran yalnız Mənə olan inamı və elçilərimi təsdiq etməsidir.
Aleykum salam. Qadınların ayaqyalın gəzmələri doğru deyildir. Çünki Quran ayəsinə əsasən görünə bilən yerlər yalnız üz və əllərdir.
Aleykum salam. Dinimizə görə bilmədən xəta etmək üzürlü haldır. Uca Allah buyurur: "Səhvən (bilmədən) etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var).
Aleykum salam. Dediyiniz kimi namazları vaxtı girən kimi qılmağın savabı daha çoxdur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bu haqda belə buyurub: "Əməllərin ən xeyirlisi vaxtında qılınan namazlardır". (əl-Buxari "Məvaqit", 162).
Aleykum salam. Bu məsələnin heç bir məzhəblə əlaqəsi yoxdur. Sadəcə ayayə əsasən 1 dəfə yumaq vacib, 1-dən çox (2-3 dəfə) yumaq isə sünnədir, yəni bəyəniləndir. Daha ətraflı:
Aleykum salam. Salavat yalnız Peyğəmbərə (salləllahu aleyhi və səlləm), həmçinin onunla yanaşı Əhli-Beytinə də göndərilir. Lakin, ayrıca Əhli-Beytə salavat göndərilmir. Daha ətraflı:
Aleykum salam. Bəzi namaz təqvimlərində qeyd olunan vaxtlar ehtiyat məqsədi ilə uzadılır. Buna görə də təqvimlərin vaxtlarında fərqlilik meydana gəlir. Odur ki, əlinizdə olan hər hansı bir təqvimdən istifadə etməyinizdə heç bir problem yoxdur.
Aleykum salam.
1) Spirtli içkilərdən təmizləyici vasitə kimi istifadə etmək olar. Bununla bağlı heç bir qadağa bildirilməmişdir.
Aleykum salam. Əgər həqiqətən niyyətiniz, məqsədiniz qeyd etdiyiniz məsələ üçündürsə, inşallah bunda bir problem yoxdur. Allah yardım eləsin.
Aleykum salam. Siz yatmamışdan öncə Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) oxuduğu bu duaları oxuyun və səbr edin:
Aleykum salam. Musiqiyə qulaq asmaq günahdır. Daha ətraflı: Sevgi mahnılarına qulaq asmaq olarmı?
Aleykum salam. İstifadə etdiyiniz kosmetik maddə dəridə təbəqə yaradaraq suyun dəriyə dəyməsinə mane olursa, dəstəmazdan əvvəl silinməlidir. Məsələn, dırnaq lakı təbəqə yaratdığı üçün silinməlidir. Təbii sürmə isə təbəqə yaratmır və silməmək olar. Daha ətraflı:
Aleykum salam. Əgər qadın uşağı dünyaya gətirə bilməzsə və onun sağlamlığı üçün təhlükə yaranarsa, abort etməyə icazə verilir. Digər vaxtlarda isə heç bir halda abort etməyə icazə verilmir.
Aleykum salam. Söylədiyiniz kimi namazları vaxtı girən kimi qılmağın savabı daha çoxdur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bu haqda belə buyurub: "Əməllərin ən xeyirlisi vaxtında qılınan namazlardır".
Yataq otağında namaz qılmaq olar. Çünki, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) zövcəsinin yataq otağında namaz qılardı.
Aleykum salam. Dinimizə görə çox yatmaq bəyənilmir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Ümmətim üçün ən çox qorxduğum şeylər: "qarın böyüklüyü (qarın bağlamaq), çox yatmaq, tənbəllik və yəqinliyin azlığıdır".
Aleykum salam. Bacardığınız qədər təmizlənin sonra isə dəstəmaz alıb namazınızı qılın.
Aleykum salam. Əgər kəsilən kəbin şəriətə müvafiq şəkildə həyata keçirilibsə, bəli olar. Kəbinin mahiyyəti isə valideynlərin razılığı və şahidlərin olmasından ibarətdir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) "vəlisiz və iki şahidsiz nigah yoxdur" deyə buyurmuşdur.
Aleykum salam. Əlbəttə qıla bilər. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) şəriətlə qadağan olunmayan hər bir məsələ üçün səhabələrə istixarə namazı qılmağı tövsiyə etmişdir. Həmçinin oxuyun:
"Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz". (əl-Bəqrə, 154).
Aleykum salam. Ümumiyyətlə bilmək lazımdır ki, islama görə yuxular üç növdür: Uca Allahdan olan sevindirici yuxu, insanın fikirlərindən meydana gələn yuxu və şeytandan olan yuxu. Uca Allahdan olan yuxu aydın, insana ruh yüksəkliyi gətirən, müjdə verən yuxudur.
Aleykum salam. Qeyd etdiyiniz şəxs barədə məlumatımız yoxdur.
Aleykum salam. Cinsi əlaqədən sonra çimərək qüsl almaq lazımdır. Su tapılana qədər və ya mövcud zəruri problem aradan qalxana qədər çimməmək olar. Bunun üçün müəyyən saylı gün məhdudiyyəti yoxdur. Sadəcə bu ərəfələrdə torpaqla təyəmmüm etmək lazım gələcək. Daha ətarflı:
Aleykum salam. Əgər qısaltdığınız adlar məna baxımından küfr və ya pis ifadələr daşımayırsa, çağırmaq olar. Uca Allah buyurur: "Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın.
Salam aleykum. Bu cavabı oxuyun: Pis qohumla əlaqələni kəsmək olarmı?
Aleykum salam. Bunun bir neçə növü var və ən önəmlisi budur:
Aleykum salam. Bu haqda heç bir məlumatımız yoxdur. Uca Allah belə buyurur: "(Ya Rəsulum!) Səndən ruh (ruhun mahiyyəti və keyfiyyəti) haqqında soruşarlar. De: “Ruh Rəbbimin əmrindədir. (Allahın əmri ilə yaradılmışdır).
Aleykum salam. Oğlan adları bunlardır:
Aleykum salam. Ümumiyyətlə islama görə yuxular üç növdür: Allah Təaladan olan sevindirici yuxu, insanın fikirlərindən meydana gələn yuxu və şeytandan olan yuxu. Uca Allahdan olan yuxu aydın, insana ruh yüksəkliyi gətirən, müjdə verən yuxudur.
Aleykum salam və rahmətullai və bərakətuhu. Ağlamaq dəstəmazı və namazı pozmur.
Aleykum salam. Belə hallarda, su tapmadıqda və ya imkan olmadıqda torpaq ilə təyəmmüm edə bilərsiniz. Su tapılana, imkan olana və ya mövcud problem aradan qalxana qədər təyəmmüm etmək qüslu əvəz edir. Daha ətarflı:
Salam aleykum. Əgər həddən artıq eybəcər görünürsə, bir az ala bilərsiniz.
Salam aleykum. Şirk və küfrdən aşağı dərəcədə olan günahlar xeyirxah əməlləri bütövlükdə puç etmir.
Aleykum salam. Əgər heyzdən azad olmağınıza əmin deyilsinizsə, əmin olduqdan sonra təmizlənin sonra da namazlarınızı qılmağa davam edin. Əmin olmadığınız günlər də heyzli günlərə nisbət olunur, yəni qəzası qılınmır.
Aleykum salam. Belə olan təqdirdə sübhün həm sünnət, həm də fərz namazını qıla bilərsiniz. Həmçinin, bilmək lazımdır ki, günəş üfüqdən çıxmağa yaxınlaşdıqda hava işıqlı görünür. Lakin bu hələ sübh namazının vaxtının bitməsi demək deyildir.
Aleykum salam. Ölmüş insanı unutmağın günah olması barədə dinimizdə heç bir dəlil yoxdur. Həmçinin, ölüləri tez-tez xatırlamağın buyurulması barədə də heç bir dəlil yoxdur. Buna görə narahat olmaq lazım deyildir.
Aleykum salam. Bu cür xoşagəlməz yuxular gördükdə yuxunun və şeytanın şərindən Allaha sığınmaq lazımdır. Həmçinin, bu cür yuxular gördükdə onlara əhəmiyyət vermək lazım deyildir. Daha ətraflı: Yuxu haqqında
Aleykum salam. Doğulan uşaqlara yaxşı ad qoymaq övladın valideyn üzərində olan haqqıdır. Sözsüz ki, ən yaxşı adlar Uca Allahın adları və Onun peyğəmbərlərinin, həmçinin səhabələrin və keçmiş əməlisalehlərin adlarıdır.
Aleykum salam. Azan səsi gözəl bir səs olsa da, hər bir halda bunun öz-özünə baş verməsi normal bir hal deyildir. Sizə Quran surələrinin audio yazılarını dinləməyi və bu hala əhəmiyyət verməməyi məsləhət görürük.
Salam aleykum. Uca Allah dində parçalanmağı və ona aparan amilləri pisləmişdir. Quran və səhih hədislərdə bunun şər bir əməl olması, bunu edənin aqibətinin pis olacağı, sahibinin dünyada rüsvay olacağı, axirətdə isə alçalacağı və üzü qara olacağı barədə bir çox dəlillər vardır.
Aleykum salam. İslamda Ramazan və Qurban bayramlarında camaat şəkilində bayram namazı qılınır. Daha ətraflı: Bayram namazı necə qılınır?