18-08-2014
Salam Aleykum.size bir nece sualim var xahiw.edirem cavablandirarsiz..Menim ilk hamileliyimdi istirem ki birinci ovladim qiz olsun bunun ucun dua edirem.Bele dua etmekle Allahin qezebine gelmeremki??
Cavab:

Aleykum salam. 

1) Allahdan qız uşağı istəməyiniz günah deyil və buna görə də insan Uca Allahın qəzəbinə gəlmir.

ardını oxu
18-08-2014
bu suallarin cavabini kimler verir
Cavab:

Salam aleykum. Cavabı buradan oxuyun: Bu sualları cavablandıranlar kimlərdir? 

ardını oxu
15-08-2014
Salam Aleykum. Mən bir videoda qulaq asmışdım ki, şənbə və bazar günləri oruc tutmaq olmaz. Bu doğrudurmu?
Cavab:

Aleykum salam. Cümə günü ayrıca tutmaq bəyənilmir. Amma cümə axşamı ilə cümə gününü birləşdirərək oruc tutmaq olar. Həmçinin, tutmaq üçün müəyyən səbəb olduqda şənbə günündən başqa istənilən gündə oruc tutmaq olar. Şənbə günü isə yalnız Ramazan ayından qalan qəza oruclarını tutmaq oalar.

ardını oxu
14-08-2014
Assalamualeykum.gozler insanda fitnəli üzvdürmü? eger eledirse niye niqab taxan qadinlarin da gozleri aciq olur?
Cavab:

Aleykum salam. Gözlər öz sahibi üçün fitnə, yəni imtahan ola bilər. Gözlər insanda fitnəli üzv olduğu ona görə deyilir ki, insanın başqa üzvləri yorulsa da, gözlər baxmaqdan yorulmur. İnsanı ən çox günaha sövq edən də məhz gözlərdir.

ardını oxu
14-08-2014
qurbanliqda keci kesmek olar
Cavab:

Salam aleykum. Keçi qoyun sinfinə aid edildiyinə görə qurban kəsilir. 

ardını oxu
14-08-2014
Salam Aleykum. Mən oruclu halda nə qədər bu şəhvətə qapanma halından qaçsam və "əuzi billəhi minəş şeytanir racim" desəm də qısa müddətli şəhvətə qapanmalar halı yaşadım və paltarım biraz islandı. Bunun qəzasını yenidən tutmalıyam? Və kəffarəsi var?
Cavab:

Aleykum salam. Şəhvət nəticəsində cinsiyyət üzvündən özündən asılı olmayaraq çıxan sperma və ya məzi (şəffaf maye) orucu pozmur. Əgər sperma qəsdən çıxarılarsa, oruc pozulur.

ardını oxu
14-08-2014
Salamun Aleykum. Peygembere salavat getirmeyin fezileti ile bagli hec olmasa birce dene de olsa hedis yaza bilersinizmi?
Cavab:

Aleykum salam. Əbu Talha (Allah ondan razı olsun) rəvayət edir ki, peyğəmbərin (salləllahu aleyhi və səlləm) hüzuruna girdim.

ardını oxu
14-08-2014
Salam aleykum. Menim 2 ilidi ovladim olmurdu. Allah bexs etdi sukurler olsun indi hamileyem. Ve men hamile olmadan,qabaq nezir demisdim ki bes olsun nezir vererem. Indi men kime versem qebula kecer. Allah razi olsun.
Cavab:

Aleykum salam. Nəzir deyərkən kimə verməyi nəzərdə tutmamısınızsa, istənilən adama verə bilərsiniz. 

ardını oxu
14-08-2014
namaz qilanda sac yas ola biler
Cavab:

Salam aleykum. Namaz qılarkən saçın və üst-başın yaş olması namaza heç xələl gətirmir. 

ardını oxu
14-08-2014
Salam. Unun tozu orucu poza bilər?
Cavab:

Aleykum salam. Ümumən toz udmaq orucu pozmur. Daha ətraflı: Orucu pozan amillərlə bağlı dəqiq və ətraflı məlumat verə bilərsinizmi?

ardını oxu
14-08-2014
Salam. Peygemberimizin etdiyi en xeyirli dua hansidir?
Cavab:

Aleykum salam. Peyğəmbərimizin etdiyi bütün dualar xeyirlidir. Rəvayət edilir ki, Aişə demişdir: “Mən namaz qılarkən Peyğəmbər - salləllahu aleyhi və səlləm - bir işdən ötrü yanıma gəldi. Mən ləng tərpəndim. O dedi: “Ey Aişə!

ardını oxu
14-08-2014
salam.evde pisik saxlamaq olar?dinde buna gore qadaga var?
Cavab:

Aleykum salam. Bu haqda cavabı buradan oxuyun: Evdə pişik saxlamaq olarmı?

ardını oxu
14-08-2014 Dağlar oğlu moşu
Salam aleykum. Namazi vaxtinda qilmaga aid hedisi yaza bilersinizmi?
Cavab:

Aleykum salam. Abdullah ibn Məsud (radıyəllahu anhu) rəvayət edir ki, mən Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) soruşdum: "Allahın ən çox sevdiyi (əməl) hansı əməldir?" O buyurdu: "Namazı vaxtlı-vaxtında qılmaq".

ardını oxu
14-08-2014
namaz qilinan otaqa icki icen adam girmesi gumadir
Cavab:

Salam aleykum. İçki içən adamın namaz qılınan otağa daxil olması günah deyildir. 

ardını oxu
14-08-2014
qab ve basqa seyler yuyanada ne ki pak olsun
Cavab:

Salam aleykum. İslam dininə görə bir əşyanın pak olması onun murdar şeylərdən təmiz olması deməkdir.

ardını oxu
14-08-2014
menim atam anama soyus soyur onlarin kebini pozulup
Cavab:

Salam aleykum. Söyüş söymək kəbini pozmur. Həmçinin bunları oxuyun:

Nigahı pozan amillər hansılardır?

Söyüş söymək və dava salmaq günahdırmı? 

ardını oxu
13-08-2014
Salam. Mən bu gün bir cümlə işlətdim. Anama dedim ki, hicab hamıdan çox mənə vacibdir. Amma sonra tövbə əstağfurullah dedim. Amma yenə də ürəyimin narahatlığı keçmədi. Görəsən bu cümləm Allaha ağır getdi və orucum batil oldu?
Cavab:

Aleykum salam. Bu ifadəni söyləməyiniz orucu pozmur və Allaha da ağır getmir. Daha ətraflı: Orucu pozan amillərlə bağlı dəqiq və ətraflı məlumat verə bilərsinizmi?

ardını oxu
13-08-2014
dini mahnilarada qulaq asmaq haradir
Cavab:

Salam aleykum. İslama görə dini mahnı anlayışı mövcud deyildir. İslama görə hər növ mahnı və musiqi haram hesab olunur. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) və onun yolunu gedənlər dini musiqi yolu ilə təbliğ etməyiblər, əksinə bundan şiddətlə çəkindiriblər.

ardını oxu
13-08-2014
yuxuda bir kimsenin mene cadu etdiyini gormek ne anlamindadi
ardını oxu
13-08-2014
Salam.Mən sizi vaşa düşə bilmirəm.Siz deyirsiz siğə haramdır amma alimləriniz bunu halal olmasını təsdiqləyir. Siğə'' İslam aləmində müvəqqəti evlənmək deməkdir. İnsanlar öz tələbatlarını siğə etməklə ödəyə bilərlər.
Cavab:

Va aleykum Salam. Rəvayət edilir ki: "Qureyşli bir gənc Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib dedi: "Ey Allahın elçisi izn ver zina edim". Səhabələr (Allah onlardan razı olsun) ona yaxınlaşıb sus-sus deyib kənara çəkdilər.

ardını oxu
13-08-2014 SenAn
Salam men bir qizi uzun zamandi sevirem o ise meni sevmir amma icimde bir umid var ki oda meni ne vaxtsa sevecek Allaha dua edirem ki sevsin meni umid edirem ki o da sevecek men tez tez yuxum da sevdiyim qiza sevdiyimi deyirem o da meni sevdiyni deyir bu yuxu gelecekle bagli gorulen bir yuxu du ?
Cavab:

Aleykum salam. Bizə yuxu və yozumu ilə bağlı çoxlu suallar verilir. Bununla əlaqədar olaraq demək istəyirik ki, ümumiyyətlə yuxulara çox əhəmiyyət vermək və hər görülən yuxudan nəticə çıxartmaq, onda məna axtarmaq olmaz.

ardını oxu
12-08-2014
Salam. Mən sübh əzanından sonra gündüz vaxtı şəhvani yuxu gördüm, oyananda quru idim. Amma sonra ayaqyoluna gedəndə çox az miqdarda rəngsiz və sürüşkən bir şey ifraz olundu. Görəsən bu hal qüslu gərəkdirir? Qeyd edim ki, namaz qılmıram amma orucluyam.
Cavab:

Aleykum salam. Qeyd etdiyiniz maye şəriət elmində "məzi" adlanır və o, qüsulu yox, yalnız dəstəmazı pozur. Bu maye murdar sayılır və Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) cinsiyyət orqanlarının bu mayedən yuyulub təmizlənməsini əmr etmişdir.

ardını oxu
12-08-2014 Nicat
Salam,mən namaza təzə başlamışdım ama məndə xəstəlik səbəbindən(qan azlığından) namazda səcdəyə əyilən vaxt huşumu itirdiyim üçün namazı tez yarıda buraxıram.Və namazı hələlik ümumiyyətlə buraxıb müalicə alıram .Bunun günahı varmı?
Cavab:

Aleykum salam. Heç bir halda namazı buraxmaq olmaz. Uca Allah xəstə üçün namazı asanlaşdırmışdır. Xəstəlik və ya soyuq hava şəraiti olduqda dəstəmazın əvəzinə təyəmmüm almaq olar. Xəstəlik səbəbi ilə ayaq üstə qıla bilmədikdə oturaraq, otura bilmədikdə isə uzanaraq namaz qılın.

ardını oxu
12-08-2014
Salam aleykum, elhemdulillah bilirik ki, Rebbimizin her isinde bir hikmet vardir. Mene cox maraglidir ki, Allahin Quranda da bildirdiyi kimi bir ayenin hokmunu silib onun yerine diger bir aye getirmeyinin sebebi ne idi?
Cavab:

Aleykum salam. Qeyd etdiyiniz bu qaydaya İslam elmində nəsx və mənsux deyirlər. Uca Allah buyurur: "​Biz (hər hansı) bir ayəni ləğv edir (nəsx etmək) və ya onu unutdururuqsa, ondan daha yaxşısını, və ya ona bənzərini gətiririk.

ardını oxu
12-08-2014
Salam aleykum, surme dedikde siz indiki laynerleri nezerde tutursuz? Bir de surme sunnetir ama onu ceken zaman gozler gozel gorunur bu gunah deyil?
Cavab:

Aleykum salam. Sürmə gözə çəkilən yağlı və ya toz halında olan qara məhluldur. Qadın yalnız öz həyat yoldaşı üçün bəzənməlidir. Allah Təala buyurur: "Evlərinizdə qərar tutun. İlkin Cahiliyyat dövründəki kimi açıq-saçıq olmayın.

ardını oxu
12-08-2014
Salam aleykum. Suiti yagi icmek halal sayilirmi?
Cavab:

Aleykum salam. Suiti heyvanın halal olub-olmaması barədə mötəbər alimlər arasında fikir ayrılığı vardır. Ona görə də yaxşı olar ki, suitinin ətindən və yağından istifadə olunmasın.

ardını oxu
12-08-2014
as salanu aleykum. size bir nece sualim var. 1- muselman kisi qeyri muselman bir qadinla evlene biler? kafir olsa bele? 2- bir erkek bawqa milletden olan biri ile evlene biler? meselen bir turk çinli ile? agderili qaraaderili ile? indiden tewekkurler
Cavab:

Aleykum salam. İslama görə millətlər və irqlər arasında fərq qoyulmur. İnsanların Allah tərəfindən millətlərə və irqlərə bölünərək fərqli yaradılması bir-birilərini tanımaları üçündür. Uca Allah buyurur: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq.

ardını oxu
12-08-2014
Salam aleykum.Sualim beledir eger namazi tek qiliriamsa hansi sozlerini sesle deyirem meselen semi ALLAHI limen hemiden ve sayir bulari adin azardizda zehmet olmasa ancaq sessiz namazlari deyirem hansi sozler sesle deyilir namaz tek qilinirsaa ALLAH razi olsun
Cavab:

Aleykum salam. Əgər tək qılırsınızsa, bütün sözlər səssiz oxunur. Yəni dodaqlar tərpənərək yavaşca oxunur.

ardını oxu
12-08-2014
Salam aleykum namazi qilmazdan evvel azan ve iqame oxumaq lazimdir?
Cavab:

Aleykum salam. Cavabı buradan oxuyun: Namazdan əvvəl azan və iqamə vermək vacibdirmi?

ardını oxu
12-08-2014
ASSALAMUALEYKUM.SUALIM BELƏDİRKİ BƏZƏN BİR DUANI EDƏNDƏ SONDA BƏZƏN İN ŞƏ ALLAH VƏ AMİN KƏLİMƏLƏRİ BİR YERDƏ İŞLƏNİR.BİLDİYİMƏ GÖRƏ BUNLAR FƏRQLİ ANLAMDA SÖZLƏRDİR.BUNA BAĞLI AYƏ VƏ HƏDİS VARMI?AMİN NƏ ZAMAN İN ŞƏALLAH NƏ ZAMAN İŞLƏNİR.CƏZƏKALLAHU XAYR
Cavab:

Aleykum salam. "Əmin" sözü duaların sonunda işlənir. Əmin sözü "Allahım qəbul et!" deməkdir. əl-Fatihə surəsi duadan ibarət olduğu üçün namazda əl-Fatihədən sonra "əmin" deyilir. "İn şəə Allah" sözü isə "Allah istəsə" deməkdir.

ardını oxu
12-08-2014
As Salamu Aleykum. Bu suali boyuk uzrxahliqla soyleyirem. Sualim budur: Sevdiyim qizin resimlerine baxa bilerem? qeyd edim ki onunla nisanli deilik.
Cavab:

Aleykum salam. Evlənmək niyyəti ilə qadına, həmçinin onun şəklinə baxmaq olar. Digər hallarda isə bu əməl qadağan olunur. 

ardını oxu
12-08-2014
salam qadin corabsiz namaz qila bilermi
Cavab:

Aleykum salam. Əgər paltarı uzun olub ayaqlarını örtsə, bu zaman corabsız namaz qıla bilər. Lakin paltar qısa olarsa, corab geyinməsi zəruridir. Ümumən islama görə qadının üzü və əllərindən (biləklərə qədər) başqa bütün bədəni övrət yeri sayılır.

ardını oxu
12-08-2014
Salam aleykum. Teeccud namazi saat necede qilinsa daha yaxsidi ve onu hec yatmadan qilmag olar? Men 2 ruket qiliram duzdu?
Cavab:
Aleykum salam. Təhəccüd namazı gecə namazıdır. Gecə namazını işa namazından sonra sübh namazının vaxtına qədər qılmaq olar. Lakin onun ən fəzilətli vaxtı gecənin son üçdə birində qılmaqdır.
ardını oxu
11-08-2014
Salam Aleykum, Subh namazının qezası nece qilinir? və sesi qilinir yoxsa sesiz? bu haqda cavab yazın, Allah razı olsun.
Cavab:

Aleykum salam. Sübh namazına oyanmamaq səbəbi ilə namazı buraxan yuxudan oyandıqda dərhal namazı qılmalıdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Kim namaza yatıb qalarsa və ya (namaz qılmağı) unudarsa, yadına düşən kimi qılsın!

ardını oxu
11-08-2014
Salam Aleykum.Men Hamileyem amma isteyiremki birinci ovladim qiz olsun dua edirem .Allahin qezebi tutarmi mene?
Cavab:

Aleykum salam. İslam dininə görə oğlanla qız arasında fərq qoyulmur. Əsas odur ki, Allah sağlam və xeyirli övlad bəxş etsin. Ona görə də Allahdan özünüzə sağlam və xeyirli övlad diləyin. Hər bir halda qız istəməyiniz günah sayılmır. 

 

ardını oxu
11-08-2014 nuray
qusullu olaken dini kitablar oxumaq olarmi
Cavab:

Salam aleykum. Boynunuzda qüsul varsa, ərəbcə Qurani-Kərimdən başqa istədiyiniz dini kitabları oxuya bilərsiniz.

ardını oxu
11-08-2014
Xalq islamdan evvel hansi dine inanirdi
Cavab:

Xalq dedikdə nəyi nəzərdə tutursunuz? 

ardını oxu
11-08-2014 m
salam.destemazda buruna su almaq vacibdirmi?
Cavab:

Aleykum salam. Dəstəmaz alarkən ağıza və buruna su almaq vacibdir. Uca Allah dəstəmazın alınma qaydası haqqında buyurur: "Ey iman gətirənlər!

ardını oxu
11-08-2014
salam.4ruketli namazlarda o duzduki 3cu ve 4cu ruketde ixlas suresi deyilmir?
Cavab:

Və aleykum Salam. 3-cü və 4-cü rükətlərdə Fatihədən başqa surə oxunmur. Daha ətraflı: Namazın 3 və 4-cü rükətlərində Fatihədən sonra əlavə surə oxumaq olarmı?

ardını oxu
10-08-2014
salam.kerbelaya insanlar ne meqsedle gedir bunun ne xeyri var?
Cavab:

Aleykum salam. Bu cahillikdən (dini savadsızlıqdan) irəli gəlir. İslamda Məkkə (Kəbə, Allahın evi), Mədinə (Peyğəmbər məscidi) və Yerüsəlim (Məscid əl-Əqsa) kimi üç mübarək məkan vardır ki, yalnız o yerləri ziyarət etməyə icazə verilir.

ardını oxu
10-08-2014
Salamun Aleykum eger nisanlilar kebin kesdirerse onlarin el ele tutmasi yaxud elaqede olmasi halalmi....
Cavab:

Aleykum salam. Kəbin kəsdirən nişanlılara tövsiyyə olunur ki, toyları olana qədər bu məsələlərdə özlərini günahlardan qorusunlar. 

ardını oxu
09-08-2014 muslim
Salam Aleykum men esitmisem ki teze evlenmis aile 40 gun muddetinde namaz qilmaya biler bu haqda delil ve hedisler var?
Cavab:
Aleykum salam. Fərz namazlarını heç bir halda bir gün belə buraxmaq olmaz. Çünki Peyğəmbər (salləllahu aleyhi və səlləm) xəstə olarkən belə heç vaxt namazları buraxmamışdır. 
ardını oxu
09-08-2014
Salam. Siyasi və irqçi söhbətlər orucu batil edir?
Cavab:
Aleykum salam. Qeyd etdiyiniz mövzular çox vaxt mübahisələrə və günahlara səbəb olur. Belə olan təqdirdə bundan çəkinmək lazımdır. Çünki, oruc tutan bütün əzalarını, xüsusən də, dilini və qulağını günahlardan qorumalıdır. 
ardını oxu
09-08-2014 nuray
salameleykum reks etmek harammidir
ardını oxu
09-08-2014 nuray
salam eleykum rengareng carsablar baglamaq olarmi
Cavab:

Aleykum salam. Hicabı istənilən rəngdə geyinmək olar. Sadəcə olaraq yaxşı olar ki, dar, şəffaf, cazibədar, düm ağ, qırmızı, sarı, zərli, bər-bəzəkli, diqqət çəkəcək görkəmdə olmasın. 

ardını oxu
09-08-2014 Şehla
Salam. Namazı günde 1 defe qılmaq, yeni Allah yolunda her gün 1 defe olarmı. 4 roket. Evvel qıldım, indi 2 uşağım var. Balacadılar. İndi başlamak istiyirem
Cavab:

Aleykum salam. Fərz namazları gündə beş dəfə qılınmalıdır. Bir dəfə qılmağa icazə verilmir. Uca Allah namazı gündə beş dəfə qılmağı vacib buyurur. Ailəli olmağınıza baxmayaraq hər gün, hər namaza 5-10 dəqiqə vaxt ayırmaq mümkündür.

ardını oxu
09-08-2014
Salam əleykum.Mən bəzən arzularımın bir qismini yuxuda görürəm. Bu yuxularımın mənası nə ola bilər? İndidən Allah razı olsun!
Cavab:

Aleykum salam. İslama görə yuxular üç növdür: Allah Təaladan olan sevindirici yuxu, insanın fikirlərindən meydana gələn yuxu və şeytandan olan yuxu. Uca Allahdan olan yuxu aydın, insana ruh yüksəkliyi gətirən, müjdə verən yuxudur. Bu cür yuxular gördükdə Allaha həmd etmək və ümid etmək lazımdır.

ardını oxu
09-08-2014
Salam. Ağız boşluğuna düşmüş bəlğəmi udmaq orucu pozur?
Cavab:

Aleykum salam. Bəlğəmi udmaq orucu pozmur. Daha ətraflı: Bəlğəmi udmaq orucu pozurmu?

ardını oxu
09-08-2014
Salam aleykum. Yatarken ve ya dincelerken musiqiye qulag asmag olar?
Cavab:

Aleykum salam. İslama görə musiqiyə qulaq asmaq haramdır və heç bir halda musiqini dinləməyə icazə verilmir. Həmçinin oxuyun: 

Musiqi xoş təsir bağışladığı halda ona qulaq asmaq niyə haramdır?

ardını oxu
09-08-2014
Assalamu aleyka quran oxuyanda orda ancaq ozuna dars goturmak olar na etmak olar na etmak olmaz oluya oxuyub tapsirmaqin na xeyri var.Xais ediram atrafli yazasiniz avvalcadan tasakkur ediram.
Cavab:

Aleykum salam. Qurani-Kərim Uca Allahın bütün insanlara göndərdiyi öyüd-nəsihətdir, hər kəs onu oxuyaraq ibrət almalıdır. Uca Allah Quranı ölülər üçün yox, diri insanlara göndərmişdir ki, insanlar doğru yola yönəlsinlər.

ardını oxu

Pages