04-09-2014
salam aleykum.bizim evde kebe sekli var ustunde de erebce yazilar var.bele bir sey asmaq olar evin divarindan?
Cavab:

Aleykum salam. İslam dininə görə evdə divardan bu və buna bənzər şəkillər asmaq bəyənilmir. Çünki çox vaxt əksər insanlar bu cür şəkilləri və ərəbcə yazılan Quran ayələrini asmaqla onlardan xeyir-bərəkət umurlar. Lakin bilmək lazımdır ki, bu cür şeylər ilə bərəkət əldə olunmur.

ardını oxu
04-09-2014 melek
Salam,zohr namazini saxlayib esr namazin vaxti girdikden sora qila bileremmi işimle bagli serait olmadigi ucun bu bir yol sayila bilermi?
Cavab:

Aleykum salam. Namazları vaxtı girən kimi qılmağın savabı daha çoxdur.

ardını oxu
04-09-2014
Salam aleykum..oglan uwagina Allahin adlarini qoymaq olarmi??? Meselen Fettah adini....? Birde ki niye Quran ayelerin adini qoymaq beyenilmir islamda?? Meselen Yasin adi Fatih adi???
Cavab:

Aleykum salam. Ümumiyyətlə Uca Allahın adları ilə dua etmək və bu adların əvvəlinə "Abd" sözünü əlavə edib, insana ad qoymaq icazəlidir. Amma sifətlər ilə bunu etmək olmaz.

ardını oxu
04-09-2014 i
salamu aleykum.televizorda Muhammed peygemberin saci saqqali,qilinci,sandigi,paltari ve diger esyalari gosterilir.bunlar heqiqeten de onami aiddir?
Cavab:

Aleykum salam. Dünyanın müxtəlif yerlərində muzeylərdə Peyğəmbərimizə (salləllahu aleyhi və səlləm) aid olduğu iddia edilən əşyalar saxlanılır. Bu əşyaların həqiqətən də Ona (salləllahu aleyhi və səlləm) aid olmasına dair səhih dəlil yoxdur və mötəbər alimlər də bunu təsdiqləməyiblər.

ardını oxu
04-09-2014
Salam. "Peyğəmbərə 40 sual" kitabında belə bir cümlə oxumuşdum, deyilir ki, yer üzündə hər namaz vaxtı insanlar namaz qılanda cənnətdə hurilər bir yerə yığışıb deyirlər ki, bizim gələcək ərlərimiz namaz qılırlar. Sualım budur ki, cənnətə yalnız kişilər daxil olacaq?
Cavab:

Aleykum salam. Cənnətə həm kişilər, həm də qadınlar girəcək. İnsan dünyada hansı cinsə mənsub idisə, Cənnətdə də həmin cinsdə olacaq.

ardını oxu
02-09-2014
Salam aleykum mene Peygemberimizin heyatina aid yaxsi kitab lazimdi , tovsiye ede bilersiz? Bi de hardan elde ede bilerem? Cox sag olun Allah sizlerden razi olsun.
Cavab:

Aleykum salam. Məhəmməd peyğəmbərin (salləllahu aleyhi və səlləm) həyatını öyrənmək üçün ən yaxşı kitablardan biri əl-Mubarək Furi'nin "ər-Rahiq əl-Məxtum" kitabıdır. Azərbaycancaya tərcümə olunub. Sarı üzlü, adı "Həzrət Peyğəmbərin Həyatı" olan kitabdır.

ardını oxu
02-09-2014
salam eleykum siz deyirsiniz ki kebinsiz zina sayilir menim aileli olduqumnan haminin xeberi var idi men qosulub qacmisdim yoldasima zakisi kebiniyse defeletle teleb etmisdim ama elemedi cavabindasa mene sozu bu olmusdu men heckimle ne zakis nede kebin kesdirmirem indi men heyatimi basdan ayaqa nece
Cavab:
Aleykum salam. Bütün bunlar keçmişdə qaldı. Siz artıq Allaha tövbə edib namaz qılın, və sizə daha xeyirlisini nəsib etməsini dua edin.
ardını oxu
02-09-2014
salam mən yuxuda bir necə dəfə hicab bagladıgımı görürem amma NAMAZ qılmıram yozumunu deyərdiz zəhmət deyilsə....??
Cavab:

Aleykum salam. Hicab da namaz kimi Uca Allahın qadınlara vacib buyurduğu bir əmridir.

ardını oxu
02-09-2014 i
salamu aleykum.islam dinine gore dayi qizi ile evlenmek olarmi?
Cavab:

Aleykum salam. Dayı qızı ilə evlənmək olar, çünki o naməhrəmlərdən sayılır. Kimlərlə evlənməyin qadağan olduğunu buradan oxuyun: Məhrəm və naməhrəm kimlərdir?

ardını oxu
02-09-2014
Salam. Bir nəfər qız 20 yaşlarında anasının təkidi ilə ailə qurmaq məqsədilə görüşə gedib və görüşdə oğlan bunu öpüb. Həm də bu hal 3 dəfə baş verib. Qız hal-hazırda peşmandır.
Cavab:

Aleykum salam. Həmin şəxs Uca Allaha ürəkdən tövbə edib, bunu gizlədib ailə qura bilər. Həmçinin bunu bilənlər də gizlətməlidirlər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim bir müsəlmanın eybini örtərsə Allah taala qiyamət günü onun eyiblərini örtər".

ardını oxu
02-09-2014
salam.men bezen yemekden qabaq 'Bismillah' demeyi unuduram.lakin sonra,yeni yemeyin ortasinda yadima duwur ve kitabdan oyrendiyim bu sozleri deyirem 'BISMILLAH VE EVVELIHI MA AXIRIHI' bu haqda ne deye bilersiz?
Cavab:

Aleykum salam. Bəli, yeməyə başlayarkən "bismilləh" deməyi unutmusunuzsa, "Bismilləhi fi əvvalihi va axirihi - Əvvəlində də, axırında da Allahın adı ilə!" demək lazımdır. Daha ətraflı: Yeməyə başlayarkən edilən dua

ardını oxu
02-09-2014
salam.her insan gunah iwledir.mende gunahlarima gore tovbe etdim.ama elebil ruhum deyisdi.ne vaxt Allahi ansam gozlerim yasarir.bu ne demekdir?
Cavab:

Aleykum salam. Allahı anarkən gözləriniz yaşarması mömin üçün gözəl əlamətdir. Neçə-neçə insanlar bu nemətdən məhrumdur. Allaha çoxlu həmd-sənalar edin ki, sizə rəhm edib və bu səadətdən məhrum sizi etməyib.

ardını oxu
02-09-2014
salam.refiqem 1 middet namaz qildi.indi ise hec qilmir. namazi qilib bir muddetden sonra qilmamaq tebiki gunahdir.namazi atmaq islamda nece qarsilanir?
Cavab:
Və aleykum Salam. Namazı tərk etmək böyük günahlardandır və insanın Axirətdə əzab çəkməsinə səbəbdir. Uca Allah buyurur: "Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğayy dərəsinə atılacaqlar". (Məryəm, 59).
ardını oxu
02-09-2014
Salam aleykum.1.Faiz verenin toyunda ishtirak etmek olarmi?eger chaqiribsa.2.Hicab baqlamayan cehenneme dushermi?eger tovbe edib baqlayibsa,baqlamadiqi illere gore hesaba chekilermi?
Cavab:

Aleykum salam. Əgər dəvət olunmusunuzsa və həmin toy islam qayda-qanunlarına uyğun keçirilərsə, getmək olar. Daha ətraflı: İslamda nikah və toyun qaydaları necədir? 

ardını oxu
02-09-2014 Yashar
Komeye ehtiyaci olana imkan daxilinde komek etmemek.
Cavab:

Salam aleykum. Xahiş olunur sualınızın nədən ibarət olduğunu aydın yazın.

ardını oxu
02-09-2014
Assalamualeykum ve rehmetullahi ve bereketuhu.
Cavab:
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Siz əvvəlcə bu barədə bir daha oturub dərindən düşünün, sizə yaxın olan insanlarla məsləhətləşin, qəti qərara gəldikdən və nə etmək istədiyinizə əmin olduqdan sonra bilin ki, dinimizdə nigahın şərtləri vardır.
ardını oxu
31-08-2014
Zikiri necə tutullar
Cavab:

Salam aleykum. "Zikr tutmaq" demək doğru deyil, "zikr etmək" demək lazımdır. Daha ətraflı:

Zikr nədir?

ardını oxu
31-08-2014
MEN NAMAZ QILAN BENDEYEM SAC USDASI OLMAQ ISTEYIREM COXLARI DEYIRKI SENIN SECDIYIN SEN HARAMDIR XAIS EDIREM YAZASIZ KI MENIM SECDIYIM ISLAMA ZIDDIR
Cavab:

Aleykum salam. Saç ustası olması islama zidd deyil. Amma üz qırxmaq olmaz, çünki Peyğəmbər (salləllahu aleyhi və səlləm) kişilərə saqqal saxlamağı əmr edib.

ardını oxu
31-08-2014
salam eleykum destemaz aldiqda qulaga ve boyuna mehs edilir?? tovbe nece edilir??
Cavab:

Aleykum salam. Başa və qulaqlara məsh çəkilir, amma boyuna məsh çəkilmir. Həmçinin oxuyun: 

Peyğəmbər (salləllahu aleyhi va səlləm) necə dəstəmaz alardı? 

ardını oxu
31-08-2014
esselamun aleykum men size bele bir sual vermek isdeyirem bu meni cox maraqlandirir siz deyirsiniz ki ALLAH TEALA butun gunahlari bagislayir tovbe etdikden sonra yani o gunaha qayitmamaq sertile eyer qayitsa o gunaha yene tovbe etdikde bagislanir bu beledirse qiyamet gunu ve yaxudda olduyde insan to
Cavab:
Aleykum salam. Rəvayət edilir ki, bir kişi Allahın Rəslunun (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: "Sən heç bir günah buraxmadan bütün günahları edən kişi görmüsənmi? O, nəfsinin istədiyi elə bir günah qalmayıb ki, onu etməmiş olsun.
ardını oxu
31-08-2014 inci
şie namazi qilinma qaydasini bilmek isderdim . namazlarin qilinma qaydasi ferqlimidir.
Cavab:

Aşağıdakı linkləri oxuyun:

Hansı məzhəb düzgündür?

ardını oxu
30-08-2014
salam xahis edirem suallarimi tez cavablandirasiniz menim anam cox zehmetkes qadindi 5 usaq anasidi atamsa yoxdu tek basina saxlayib ovladlarin boya basa catdirib ona sual verendeki namaz qil o diyirki vaxli vaxtinda qila bilmiyecem gunah qazanacam onuncun dua etsem namaz ustunde ALLAH bagislayarmi
Cavab:

Aleykum salam. Namaz qılmamaq üçün heç bir bəhanələr və üzrlər qiyamət günü Uca Allahın hüzürunda qəbul olunmayacaq. Qiyamət günü bəndədən ilk soruşulan əməl, məhz namaz olacaq və namazı əvəz edə biləcək bir əməl də yoxdur.

ardını oxu
30-08-2014
Selamualeykum axi wekil cekmek haqda hedisler alimlerin sozleri yazinda,Allah elmini artirsin
Cavab:

Aleykum salam. Bu cavabı oxuyun: Şəkil çəkdirmək olarmı?

ardını oxu
30-08-2014
Salam.men namaza tezelikle 2ay olar ki baslamisam ve en boyuk arzumu yerine yetirmisem bununlada.amma universitetde oxuyuram ve ders saatlarimla bagli narahatligim var,beledir ki oglanlar namazini ve destemazini almagi daha rahat olur amma bizde cetinlik olur.qisaca zohr ve esr namazlarini axsam nam
Cavab:

Aleykum salam. Universitetde namaz qılmağa yer yoxdursa, zöhrlə əsr namazlarını birləşdirib zöhrün və ya əsrin vaxtında, məğriblə işa namazlarını da birləşdirib məğribin və ya işanın vaxtında qılmağa icazə verilir. 

ardını oxu
30-08-2014
Selamualeykum va rahmatullah,qadin dayi ogluna elnen salamlawa biler? Bunun hokmu nedi,bu haqda hedis varsa yizinda,namehreme elle salam vermesi haqda,jezakalahu xayran
Cavab:

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Ümumiyyətlə, naməhrəmlər ilə əl ilə görüşmək olmaz. Daha ətraflı: 

Dayıoğlu və əmioğlu qadın üçün naməhrəm sayılır? 

ardını oxu
30-08-2014
Assalamu aleykum qardaw..mene kebnin duasi lazimdi...Allah rizasi ucun tez bir zamanda cvblandirardiniz.vacib lazimdi..
Cavab:

Aleykum salam.  Kəbin duası deyilən xüsusi bir dua yoxdur. Amma evlənən cütlük üçün Allah Rəsulu belə dua edərdi: 

Evlənən üçün edilən dua 

Evlənən şəxsin özü üçün etdiyi dua

ardını oxu
30-08-2014
salam aleykum.Mekkeye nece insan gede biler?yaniki emmeleri nece olmalidi? kimlerle halalasmalidi?
Cavab:

Aleykum salam. Məkkə şəhərində yerləşən, Allahın evi olan Kəbəni ziyarət etmək, imkanı olan hər bir müsəlmana zəruridir. Bunun üçün müsəlmanlar əməl baxımından heç bir kateqoriqaya bölünmür. Sadəcə imkanı olanlar üçün vacibdir.

ardını oxu
30-08-2014
salam oruclu adam uzr isdeyirem sidiye gederse ve yuyunmazsa orucu batil olurmu?
Cavab:

Aleykum salam. Qeyd etdiyiniz hal orucu pozmur. Amma paltarı nəcisə bulaşmış halda gəzmək bəyənilmir. Xüsusən də, bu şəkildə namaz qılmaq olmaz. Müsəlman imkan daxilində hər bir məsələdə təmizliyə riayət etməlidir.

ardını oxu
29-08-2014
esselamun aleykum men size bele bir sual vermek isdeyirem indiki zemanede insan lar arasinda insan cildinde melek yasayirmi? ve qarsima bele bir insan cixarsa nece bilmek olar? xahis edirem sualimi tez cavablandirasiniz ve melekle aile qurmaq bu mumkundurmu?
Cavab:

Aleykum salam. Hal-hazırda belə şey olması haqqında şəriətdə heç bir məlumat yoxdur. Keçmişdə olması haqqında isə Quranda bəzi hekayələr var, məsələn:

ardını oxu
29-08-2014
Salam aleykum.Men bir ildir ki, hicab baqlamaq arzusundayam,yalniz Allaha bunun uchun dua edirem,dualarin tez qebul olunacaqi vaxtlarda,meselen yaqish yaqarken,azan oxunarken ve s. amma duam qebul olmur.Anam hicab baqlamaqima icaze vermir,nenemde ehd edib.Axi niye Allah onlarin qelbini yumshaltmir?
Cavab:

Aleykum salam. Hicab bağlamaq Uca Allahın qadınlara Qurani kərimdə buyurduğu əmridir. Hicab bağlamayan qadın günahkardır və buna görə Allah qatında cavab verəcək. Allahın vacib buyurduğu əmrləri (hicab, namaz, oruc və s.) yerinə yetirmək üçün isə heç kimdən icazə almaq lazım deyil.

ardını oxu
29-08-2014
Salam aleykum, men hicabdayam. Ailemde de her kes namaz qilir ama Atam meni gorende hicabima soz atir deyir ele bil saqqalilari gorurem sene baxanda . Bu mene pis tesir edir ve get gede nifret yaranir aile uzvlerime qarsi mende. Cox incidirler meni. Nifret etmek gunahdir? Ama ozumden asili olmur.
Cavab:

Aleykum salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Səbr etməli olduğunuz vaxtlar gələcək, bu zaman (İslama) bağlı qalanlar sizin (səhabələrin) aranızdan 50 şəhidin savabını qazanacaq". (ət-Tabərani).

ardını oxu
28-08-2014
men nece emin ola bilerem ki heqiqeten yuxuda peygember efendimizi gormusem yeni bu seytan isi deyil
Cavab:

Salam aleykum. Peyğəmbəri (salləllahu aleyhi və səlləm) yuxuda görmək çox gözəl bir haldır və bu, hər kəsə nəsib olmur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə demişdir: "Kim yuxuda məni görsə, həqiqətən də, məni görmüş olar. Çünki şeytan mənim simamda görünə bilmir".

ardını oxu
28-08-2014
Salam. Bilərəkdən yalan danışmaq orucu batil edir? Amma adi bir yalan, yəni heç kimə zərəri olmayan.
Cavab:

Aleykum salam. Ümumən yalan danışmaq böyük günahlardan hesab olunur. Ancaq bu hal orucu pozmur. Sadəcə savabını azalda bilər. Odur ki, hər bir halda yalan danışmaqdan çəkinmək lazımdır.

ardını oxu
28-08-2014 su
men evliyem ve qayinanam yoldasimla menim islerime mudaxile edir ve bu mudaxile davaya cevrilir is o yere gelir ki, ogul cavab qaytariar nasina yeni eslinde duzgun olsani edir cunki haqqin terefdari olur amma bu gunah olarmi ona ya mene ? biz ayri evde yasamaq isteyirk onada icaze vermir anasi?
Cavab:

Hər bir halda siz və əriniz onun anası ilə gözəl davranmalısınız. Uca Allah buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi buyurmuşdur.

ardını oxu
27-08-2014
Salam aleykum, goz deymesinin sebebi nedir? Bi de insanin imanina da goz deye biler? Goze qarwi ne oxumag olar? Allah razi olsun sizden..
Cavab:
Və aleykum Salam. Gözdəymə adətən paxıllıqdan və ya bədnəzərdən meydana gəlir. Uca Allah öz Peyğəmbərinə (salləllahu aleyhi və səlləm) həsəd aparanın şərindən Ona pənah aparmasını əmr edir.
ardını oxu
27-08-2014 NURAY
MEN NAMAZ QILAN SEXSEM GECE YATIB YUXUDA OLMUS NENEMI GORDUM GOYDEN MELEK SEKLINDE ENDI QORXDUGUM UCUN ONA YAXIN GETMEDIM MENE OLDUKDEN SONRA EZAB CEKIREM DEDI ONA KOMEK ETMEYIMI YALVARARAQ SOYLEDI ONA FELEQ VE NAS SURELERINI OYRETMEYIMI ISTEDI VE MEN YUXUDAN AYILDIM 3 ILDIKI BU YUXU GOZUMUN QABAQIN
Cavab:

Aleykum salam. Ümumiyyətlə yuxulara görə dünyadan köçmüş heç bir kəsin nə qəbirdə nemət görməsinə, nə də əzab çəkməsinə qəti şəkildə hökm vermək olmaz. Çünki bu qeybi məsələdir. Qeybə aid olanları isə Allahdan başqa heç kəs bilmir.

ardını oxu
27-08-2014
Salam Aleykum...Bu hedisleri mene izah ederdiz etrafli zehmet olmasa...Peygamber (s.a.v) buyurdu.Isti vaxti namazi serin vaxta qeder buraxin..Cunki havanin berk isti olmasi Cehennemin nefes almasindan otrudur....
Cavab:

Aleykum salam.

ardını oxu
27-08-2014
Salam aleykum. Sunnede qebirin ustunde agac ekmek ve uzerine su tokmek gelibmi?
Cavab:

Aleykum salam. İslam dininə görə qəbirlərin üzərində ağac əkmək, yerimək, oturmaq, oranı toplantılar üçün yer təyin etmək, qəbiri öpmək, üzərinə gül qoymaq və ya su tökmək olmaz. 

 

ardını oxu
27-08-2014 su
Salam ! Men bezen usagimin olmasuycun dua edende qorxuram deyirem belke Allahu tealanin xosuna gelmeyen bir hereket etmis olaram 6 aydir evliyem ele bir boyuk illerde deyil belkede onnan ireli gelir?
Cavab:

Aleykum salam. Uca Allaha yaxşı övladın olması üçün dualar edin. Çünki Quranda xəbər verildiyinə görə peyğəmbərlər Uca Allahdan özləri üçün xeyirli zürriyət diləyirdilər. Həmçinin, övladın və ruzinin artması üçün çoxlu istiğfar edin (Allahdan bağışlanma diləyin).

ardını oxu
27-08-2014
Salam aleykum..dinimizə görə toy gecəsi yenğə apatmağ günahdımı?
Cavab:

Aleykum salam. Şəriətə görə toy gecəsi yengə aparmaq adəti yoxdur. Bu adət dinə müxalifdir və onu həyata keçirmək qadağandır, çünki səhih hədislərdən bəlli olur ki, ərlə-arvad arasındakı münasibəti heç kim bilməməli, hətta səslərini belə eşitməməlidirlər.

ardını oxu
27-08-2014
Salam..Hamile qadinin duasi tez qebul olunur deyirler bu duzdu???Birdeki men biliremki Yasin suresini oluye oxumaq olmazz.AMa anam.deyir ki men halalliq vermiyecem men rehmete gedende Yasin oxutmasaz..Men neyniye bilerem bawqa bawa saliram anam yenede oz bildiyinde qalir deyirki o vaxti hami oxuyubd
Cavab:

Aleykum salam. Ümumiyyətlə Uca Allah günah olmayan bütün duaları istənilən şəxsdən qəbul edir.

ardını oxu
27-08-2014
Salamun aleykum heyz halindayken cenabet quslu almag olar ve cunub halindayken dini kitablar ve sureler oxumag, dua etmek olar?
Cavab:

Aleykum salam. Əgər ehtiyac varsa, almaq olar. Həmçinin şəriət qayda-qanunlarına görə hər ikisinə görə də bir qüsl almaq kifayətdir. Hər iki hal üçün qüslun alınma qaydası da eynidir. Boynunuzda qüsul varsa, ərəbcə Qurani Kərimdən başqa istədiyiniz dini kitabları oxuya bilərsiniz.

ardını oxu
27-08-2014 zuleyxa
Salam eleykum.bildiyimiz kimi bakida ekser yerlerde namaz vaxti qulagimiz azan esitmir.buna gore namaza baslamazdan qabaq azan deyilmelidimi.bildiyime gore qadinlara vacib deyil.bes olarmi ki telefonda azan dinleyib namazi qilaq??evvelceden cox sag olun
Cavab:
Aleykum salam. Namaza başlamadan öncə azan vermək vacib deyil, lakin bəyənilən əməllərdəndir. Telefonla və ya başqa cihaz vasitələri ilə azanı dinləyib sonra da namaz qılmaq düzgün deyildir.
ardını oxu
27-08-2014
Assalamu aleykum necesiz?sualim beledir bele bir hedis varmiki destamaz alarken suyu cox acdiqda seytan kenardan sene gulur? 2) Namaz vaxti fikrin basqa yerde olmasina gore gunah qazanirmi insan yeni xusuda olamamaqa gore. ALLAH razi olsun
Cavab:

Aleykum salam.

1) Belə bir hədisin olması haqqında məlumatımız yoxdur. Amma ümumən suya qənaət etmək haqqında hədislər vardır.  

2) Namazda fikrin yayınmasına görə günah yazılmasa da, bu hal namazın savabını azalda bilər.

ardını oxu
27-08-2014
Salam aleykum. Men seferde olarken zohr ve esr namazlarini birlesdirib zohr namazinin vaxti girenden sonra qilmisam. Megrib ve isa namazlarini da ele qilmisam. Megrib namazinin vaxti girenden sonra megrib isa ve vitir namazlarini da qilmisam. Bu vaxtlarda qildigim namazlari duzgun qilmisammi?
Cavab:

Aleykum salam. Bəli, siz düzgün qılmısınız. Daha ətraflı: Səfər namazı necə qılınır?

ardını oxu
27-08-2014 NURAY
SUKUR SECDESINI NECE EDIRLER
Cavab:

Salam aleykum. Şükür səcdəsi haqqında rəvayət edilir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) onu se­vindirən yaxud sevindirici bir hadisə baş ve­rəndə xeyirxah və uca Allaha şükür əlaməti olaraq səcdə edərdi. (ən-Nəsai istisna olmaqla "Sünən" əsərlərinin müəllifləri rəvayət etmişlər.

ardını oxu
26-08-2014
Qiybət və kiminsə görünüşünə lağ etmək orucu pozurmu?
Cavab:

Salam aleykum. Ümumən qeybət etmək və ya kiminsə görünüşünü ələ salmaq böyük günahlardandır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları (lağa qoymasınlar).

ardını oxu
25-08-2014
Merceşmek, pul ve yaxud başqa maldan merce girmek caizdir?
Cavab:

Salam aleykum. İslama görə mərcləşmək və ya qumar məqsədi ilə oynanılan hər bir oyun qadağandır.

ardını oxu

Pages