Aleykum salam. Çalışın öz aranızda razılığa gəlib boşanıb-boşanmamağınız haqda yekun bir qərar verəsiniz. Həm də sualnız tam olaraq da aydın deyil ki, sizə konkret izahlı bir cavab verək. Həmçinin oxuyun:
Aleykum salam. Uca Allah içki içməyi bütün hallarda haram buyurmuşdur, ona görə də, sizin etdiyiniz günahdır və tövbə etməlisiniz. Uca Allah buyurur: "Ey iman gətirənlər!
Aleykum salam. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bizə dırnaqları vaxtında tutmağı buyurub. Daha ətraflı: Dırnaqları uzatmaq günahdırmı?
Aleykum salam. Uca Allah namazı hər kəsə bütün şəraitlərdə vacib buyurmuş, başlamaq üçün nəyisə gözləməyi isə qadağan etmişdir. Hər kəs ölüm onu haqlamamış Rəbbinin razılığını qazanmağa çalışmalı, Allahın ona buyurduğu ibadətləri yerinə yetirməlidir.
Və aleykum Salam. İntihar etmək böyük günahdır və Uca Allah bunu edənlərin Cəhənnəmə düşəcəyini bildirib: "Ey iman gətirənlər! Qarşılıqlı razılıqla aparılan ticarət istisna olmaqla mallarınızı öz aranızda haqsız yerə yeməyin və özünüzü öldürməyin.
Aleykum salam. Niyyət etmək qəlbində bir işə məqsədi olmaq deməkdir. Məsələn, səhər sübh namazı qılmaq məqsədilə yerinizdən durub dəstəmaz alırsınızsa, deməli, sübh namazı qılmağa artıq niyyət etmisiniz.
Salam aleykum. Cinsi əlaqə anus yolu ilə (anal yolla) olmamaq şərti ilə, cinsiyyət üzvündən istənilən vəziyyətdə (pozada) ola bilər. Uca Allah buyurur: "Qadınlarınız sizin tarlanızdır. Tarlanıza necə istəyirsinizsə, yaxınlaşın". (əl-Bəqərə, 223).
Aleykum salam. Özünü boşaltmaq və ya masturbasiya haramdır. Haram şeylərdə isə şəfa yoxdur. İbn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurmuşdur: "Allah ümmətimin şəfasını onlara haram qıldığı şeylərdə etməmişdir".
Salam aleykum. Bu saytdan istifadə edin:
http://namazvakti.com/Main.php?cityID=13266
Həmçinin oxuyun: Namazın vaxtları nəyə əsasən təyin olunub?
Aleykum salam. Allah razı olsun. Suallar çox olduğu üçün hər birinə ətraflı cavab yazmağa vaxt olmur, amma vaxtaşırı olaraq tez-tez verilən suallara aid məqalələr hazırlayıb sayta yerləşdiririk.
Aleykum salam. Allah sizdən də razı olsun! Valideynləriniz icazə versə də, siz naməhrəm sayılırsınız. Suallarınızı bura yaza bilərsiniz.
Aleykum salam. Dəstəmazda əllər (dirsəklərə qədər) yuyulur, məsh çəkilmir. Əlləri necə yumaq mühüm şərt deyil. Amma dəstəmazla bağlı ayəyə diqqətlə fikir versək, orada əlləri aşağıdan yuxarıya doğru yumağa işarə edildiyini görərik.
Salam aleykum. Sualınız tam aydın olmadı, əgər evli insanın başqasını sevməyini nəzərdə tutursunuzsa, bu haramdır və böyük günahlardan olan zinaya aparır. Şəriətə görə zina edən evli adamın cəzası dünyada daşqalaq olunaraq öldürülmək, axirətdə isə Cəhənnəm əzabıdır.
Aleykum salam. Namazdan sonra təsbeh istifadə etmək olmaz, çünki Peyğəmbərin (salallahu aleyhi və səlləm) dövründə təsbeh olmamış, O bizə barmaqlarla zikr etməyi buyurmuşdur. Daha ətraflı: Namazdan sonra təsbeh çəkmək olar?
Aleykum salam. Evli insanı sevmək haramdır və bu böyük günahlardan biri olan zinaya aparır. Daha ətraflı:
Zina, ona aparan yollar və ondan necə qorunmaq haqqında
Salam aleykum. Cavabı buradan oxuyun: Quranı qəbirstanlıqda pulla oxutmaq günahdırmı?
Aleykum salam. Hicabın mütləq qara rəngdə olması fikri yalnışdır. Amma hicab dar, şəffaf, zərli və s. kimi kənardan diqqət çəkən və kişiləri cəzb edən görkəmdə olmamalıdır.
Salam aleykum. Cavabı buradan oxuyun: Hicablı qadın makiyajdan istifadə edə bilərmi?
Aleykum salam. Əgər kitablar mötəbər mənbələrə, Quran ayələrinə, səhih hədislərə və rəvayətlərə söykənirsə, bu zaman o kitablardan istifadə etmək olar. Amma unutmayaq ki, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) mütləq yuxuları yozmağı və yuxu yozumuna görə hərəkət etməyi bizə buyurmayıb.
Salam aleykum. Bu cavabı oxuyun: Ailə quracağımız şəxs taleyimizə yazılıbmı?
Aleykum salam. Siz belə insanlara fikir verməyin, elm öyrənmək savabı ən çox olan əməllərdəndir. Uca Allah buyurur: "De: "Ey Rəbbim! Mənim elmimi artır!" (Ta Hə, 114).
Aleykum salam. Bunun belə olmasını Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) özü belə edib və ümmətinə də belə etməyi buyurub. O, bəzi məsələlərin hikmətini və mənasını bizə açıqlamış, bəzilərini isə bildirməmişdir.
Salam aleykum. Uca Allah buyurur: "Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun!
Aleykum salam. Quranda Munir sözü var və bunu insana ad kimi də qoymaq olar. Uca Allah buyurur: "Əgər onlar səni yalançı hesab etsələr, (bil ki,) səndən əvvəl açıq-aydın dəlillər, müqəddəs yazılar və "nur saçan" (Munir) Kitabla gəlmiş elçiləri də yalançı hesab etmişdilər".
Aleykum salam. Dəstəmaz aldıqda suyun dəstəmaz yerlərinə, həmçinin, dırnaqlara da çatması vacibdir. Lakin lak dırnaqların üzərində müəyyən bir təbəqə yaradan və suyun dırnaqlara keçməsinin qarşısını alan bir maddə olduğuna görə dəstəmazdan və ya qüsldan əvvəl silinməlidir.
Və aleykum salam. Bu cavabı oxuyun: Çöpçüyə getmək olarmı?
Aleykum salam. "Caiz" sözü ərəb mənşəli kəlmə olub, mənası icazəli, keçərli, mümkün, buraxılan və s. deməkdir.
Aleykum salam. Əvvəlcə bu ayəni xatırladaq: "...Allah heç kəsi gücündən artıq yükləməz...". (əl-Bəqərə, 286).
Salam aleykum. Əvvəlcə həkimlərə getmək, bunun digər xəstəlik yox, məhz cadu olduğuna əmin olmaq lazımdır. Əgər əminsinizsə və uzun müddətdir ki, qurtula bilmirsinizsə, sizə bacarıqlı mütəxəssis tərəfindən islami ruqyə (Quranla müalicə) olunmalıdır.
Va aleykum Salam.
Aleykum salam. Sosial şəbəkələrdə naməhrəmlərlə söhbət etmək haramdır. Daha ətraflı: Sosial şəbəkələrdə naməhrəmlərlə danışmaq haqqında
Aleykum salam. Bəli, qeyd etdiyiniz şəxslər birlikdə namaz qıla bilərlər. Bu zaman kişi öndə imam dayanır, qadınlar isə onun arxasında dayanaraq imama tabe olurlar.
Aleykum salam. İstənilən halda hər bir günahdan sonra tövbə etmək zəruridir: "Yaramaz işlər görüb sonra bunun ardından tövbə edib iman gətirənlərə gəlincə, şübhəsiz ki, Rəbbin bundan sonra Bağışlayandır, Rəhmlidir". (əl-Əraf, 153). Daha ətraflı:
Aleykum salam. Uca Allah bizə bütün ibadətlərimizdə Peyğəmbərimizi (salləllahu aleyhi və səlləm) özümüzə nümunə götürməyi buyurmuşdur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) isə namazı möhürsüz qılıb.
Aleykum salam. Ola bilər ki, Uca Allah yaxşılıqların əvəzini bu dünyada versin, ola da bilər ki, axirətə saxlasın, yaxud da ola bilər ki, hər iki dünyada da versin.
Həmçinin oxuyun:
Yaxşılıq etdikdə Allah onun əvəzini verirmi?
Aleykum salam. Cinsi əlaqədən sonra həm kişi, həm də qadın qüsl almalıdır. Qüsl etmədən namaz qılmaq batildir. Özünü qoruyarsa, hər gün çimmək insanı xəstələndirmir.
Aleykum salam. Namaz qılmayanla evlənmək olar, amma Peyğəmbər (salləllahu aleyhi və səlləm) həm kişiləri, həm də qadınları dini və əxlaqı gözəl olanlarla evlənməyə təşviq etmişdir. Həmçinin, bu, imanın zəifləməsinə gətirə bilər, bu isə çox təhlükəlidir.
Aleykum salam. Bununla bağlı xüsusi bir dua yoxdur. İstədiyiniz kimi öz sözlərinizlə Allaha dua edə bilərsiniz. Bu məqalələri oxuyun:
Dua ibadətdir
Və aleykum Salam. Əqiq qurbanını kəsmək vacib yox, təkid olunmuş sünnələrdəndir. Oğlan uşağı üçün iki, qız uşağı üçün isə bir baş qoyun əqiq adı ilə qurban kəsilir. İmkan yoxdursa, kəsməmək olar və günah deyil. Sonradan imkan olan kimi bu qurbanları kəsmək lazımdır.
Salam aleykum. Dırnaqlarınızı kəsdikdən sonra hara istəniz ora ata bilərsiniz. Bu məqaləni oxuyun: Bəd əlamətlərə inanma!
Aleykum salam. Şəriətin icazə verdiyi sevgi olubsa bəli, günahdır. Daha ətraflı: Qul haqqı barədə
Aleykum salam. "Munir" sözünün mənası ərəb dilindən tərcümədə işıqlı, parlaq, nur saçan, asan, başadüşülən və s. bildirir. Bu söz Quranda bir neçə yerdə işlənib. Bu adı uşaqlara qoymaq olar. "Talhə" sözünün mənası isə "akasiya ağacı" deməkdir.
Aleykum salam. Namazdan sonra təsbeh çəkmək yox, zikr etmək daha yaxşıdır. Daha ətraflı:
Salam verib namazı bitirdikdən sonra edilən zikrlər
Namazdan sonra təsbeh çəkmək olarmı?
Aleykum salam. Bu cavabı oxuyun: Pis yuxular şeytan işidirmi?
Aleykum salam. Bizi xatirinə sevdiyiniz Allah sizi də sevsin! Əgər borc sahibi borcunu tələb etmirsə və ya borcunun qaytarma vaxtına hələ varsa, o zaman qurban kəsməyə maddi cəhətdən imkanı olan qurban kəsə bilər.
Aleykum salam. Namazda üzünü qibləyə tutmaq vacibdir, çünki Uca Allah bunu əmr edib: "(Ya Rəsulum!) Haradan (səfərə) çıxsan, (namaz vaxtı) üzünü Məscidülhərama tərəf çevir!