22-07-2014
yuhuda olu adami gormek ne demektii, bezileri deyiler sene gore naraahati , bezisii deyir _guran ohutmasini istiyir senen! haish edirem cavaabima ses verin, eziyiet olmasa eger menen gurann ohumasini istiyrse hansi sureni ohuyum?teshekur eedirem, ohuduza gore...
Cavab:

Aleykum salam. Əvvəlcə bu məqaləni oxuyun: Yuxu haqqında

ardını oxu
22-07-2014 i
salamu aleykum.men bu saytda suallarin kim terefinden cavablandirildigini bilmek isterdim.bunu bilmek mence bizim haqqimizdir.xahiw edirem kim oldugunuzu ve harada tehsil aldiginizi deyesiz.
Cavab:

Aleykum salam. Sualları Azərbaycanda ilahiyyat elmləri üzrə ali təhsil almış müxtəlif şəxslər cavablandırır. Adlarının çəkilməsini istəmədikləri üçün biz də yazmırıq.

ardını oxu
22-07-2014 Abu Ibrahim
Essalamu aleykum.Bir gürcü sirketinin ölkemizde eyni adla hem limonadi hem de pivesi satilir.Hemin limonaddan alib icmek olar,yeni hem de pive istehsal eden bir sirkete xeyir vermis oluruqmu?
Cavab:

Aleykum salam. Pivə istehsal edən zavodun limonadını alıb içmək olar. Necə ki, içki satılan marketdən çörək almaq olar. Söhbət pivə istehsal edən şirkətə xeyir verməkdən gedirsə, istəyən çəkinə bilər. Hədisdə deyilir ki, "haramlar da bəllidir, halallar da.

ardını oxu
20-07-2014 aysel
əsl konkret qedr gecəsi nə vaxt olur?
Cavab:

Salam aleykum. Qədr gecəsinin dəqiq vaxtı məlum deyil. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) qədr gecəsini Ramazanın son 10 gününün tək gecələrində axtarmağı buyurmuşdur. Daha ətraflı: "Qədr gecəsi" surəsinin izahı

ardını oxu
20-07-2014
Salam aleykum.Qedr gecesinde bashiachiq oturmaq olarmi?
Cavab:

Aleykum salam. Bəli, yanınızda naməhrəmlər yoxdursa, başı açıq otura bilərsiniz.

ardını oxu
20-07-2014
Salam aleykum.Ehya gecesi gunesh chixana qeder oyaq qalmaq lazimdir? bu gece Qurani azerbaycanca oxumaq olar?
Cavab:

Aleykum salam. Qədr gecəsi səhərə qədər yatmayıb oyaq qalmaq vacib deyil. İstəsəniz, gecənin bir hissəsini ibadət edib, digər hissəsini yata bilərsiniz. Həmçinin, Quranın Azərbaycanca mənaca tərcüməsini də oxuya bilərsiniz.

ardını oxu
20-07-2014 Gunaydan
men evli olub ayrilmiüam ayrildiqdan soram yoldaüim evlendi mende subay oglanla taniüdim men namaz qildigimdan onunla bir yerde olanmirdim amma kebinimiz isteyirdik hec kim bilmesin soram ikimiz arasinda kebin etdik sozlerin oxuya oxuya men onan soram o insana hedsiz bağlandim ve inaniramki da ALLAH
Cavab:

Bu kəbin batildir. Kəbinin qəbul olması üçün valideynlərin razılığı və iki şahidin olması vacibdir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) "vəlisiz nikah yoxdur" deyə buyurmuşdur. (Əbu Davud "Nikah", 20; ət-Tirmizi "Nikah", 14; İbn Məcəh "Nikah", 15; İmam Əhməd "Musnəd", 6/66).

ardını oxu
20-07-2014
Siz sayita namaz qilmaq haqqinda video yerlesdirmisiz ve o videonu izledim, sadece men namaz qilmiram ama etrafli melumat almaq isteyirem ki, bu qilinan namaz kisileremi aiddi? Videoda gosterilmisdir ki, ayagi nece qoymaq lazimdir ve avazla oxunurdu.
Cavab:

Salam aleykum. Videodakı namaz qaydası həm kişilərə, həm qadınlara aiddir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) hamı üçün bir namaz qılmaq qaydası göstərmişdir. Videoda təlim məqsədi ilə bütün hissələr səsli deyilib. Əslində bəzi hissələr səsli, bəziləri isə səssiz oxunmalıdır.

ardını oxu
20-07-2014
salam alekum necesiniz menim sualim beledir men namazi uc defe qiliram bu duzgundurmu evelceden tesekur edirem
Cavab:

Aleykum salam. Namaz gündə 5 dəfə qılınmalıdır. Daha ətraflı: Namaz gündə üç dəfə, yoxsa beş dəfə qılınmalıdır?

ardını oxu
20-07-2014
salam men 2 ildir namaz qiliram. namaza teze baslayanda hec bir namazimi qezaya buraxmirdim amma indi tez tez qeza edirem bos yere qezaya buraxiram gunah oldugun bile bile yenede vaxtinda qilmiram.
Cavab:

Aleykum salam. Bu cavabı oxuyun: Nə edim ki, imanım əvvəlki kimi güclü olsun?

ardını oxu
20-07-2014 Sadir Əliyev
Salam. Ehtiyacı ödəmək, mənzil şəraitinin yaxşılaşmasını ödəmək üçün kredit götürmək günahdırmı?! Əgər günahdırsa, hansı hallarda günah deyil?! Təşəkkür edirəm!
Cavab:

Aleykum salam. Kredit götürmək bütün hallarda haramdır. Səbr və dua ilə Uca Allahdan kömək və xeyirli ruzi istəmək lazımdır.

ardını oxu
20-07-2014
Salam. 1)Qusul alarken, su bedenin her yerine deymelidi, yeni bu sertdi? 2)Ev seraitinde dusdan gelen su, gur olmadigina gore neynemek lazimdir?
Cavab:

Aleykum salam. Qüsul alarkən bədənin hər yerinə su dəyməlidir. Bu zaman suyu qənaətlə işlətmək və az su ilə kifayətlənmək lazımdır.

ardını oxu
20-07-2014
Salam aleykum. Allah sizlerden razı opsun, Vitir Namazının qilinma qaydasını yazında. Allah sizlere yar olsun.
Cavab:

Aleykum salam. Cavabı buradan oxuyun: Vitr namazı necə qılınır?

ardını oxu
20-07-2014 asci
yorğun insan qədr gecəsində oyaq qalmasa olarmı?
Cavab:

Aleykum salam. Qədr gecəsini səhərə kimi oyaq qalmaq məcburi deyil. Bir hissəsini oyaq qalıb, digər hissəsini yata bilərsiniz.

ardını oxu
20-07-2014
salam necəsiniz men öyrənmək istyirdim ki, bəzi həsəratları o cumlədən milcəyi oldurmək gunaha yazılırmı?
Cavab:

Aleykum salam. Zərərverici həşəratları öldürmək olar və bu, günah deyil.

ardını oxu
20-07-2014 Adı yox
Salam qədir gecəsinin quruluşunu almalısan?
Cavab:

Aleykum salam. Sualı başa düşmədik.

ardını oxu
20-07-2014 .lamiyye
salam menim size birnece sualim var.1bilmek isteyiremki cinsi elaqeden sonra qusl ala bilmesem seher oruc tuta bilerem sonra seher qusl ala bilerem.2men qapali yerde qalanda agzimda tupurcek cox gelir esasen hamamda ve yaxud tuvaletde NEFES ALA BILMIREM TUPURCEYI YERE TUPURUREM.bilek isteyirem gun
Cavab:

Aleykum salam.

1) Cinsi əlaqədən sonra qüsl ala bilməsəniz sahura durub oruc tuta bilərsiniz. Qüsul olmadan oruc tutmaq olar, amma namaz qılmaq üçün qüsul vacibdir.

ardını oxu
19-07-2014
Salam aleykum.Qedr gecelerinde kitab oxumaq olar?fenn kitablarindan?
Cavab:

Aleykum salam. Qədr gecələrində namaz qılmaq, Allahı zikr etmək, dua etmək, Quran oxumaq və digər əməllər etmək lazımdır. Həmçinin oxuyun: "Qədr gecəsi" surəsinin izahı

ardını oxu
19-07-2014 Famil
Salam men namaza teze başlamışam olur bezen namaz vaxtı etrafdan gelen sese qulaq asıram bir terefden namazımı qılıram amma yeni ürekden demirem eger namazım qebul deyilse onu yeniden qılmaq olarmı,olarsa ne vaxt qılmalıyam?
Cavab:

Aleykum salam. İmkan varsa sakit yerə çəkilib namaz qılın, əgər bu mümkün deyilsə, onda həmin səslərə fikir vermədən namazınızı qılmağa davam edin. Namazı yenidən qılmağa ehtiyac yoxdur. Fikrinizi namazın sözlərinə yönəldin.

ardını oxu
19-07-2014
Salam aleykum, Qadin sunnetinin islamla ne elaqesi var, ve bu haqda deyilen hedisler sehihdirmi?
Cavab:

Aleykum salam. Qadın sünnəti islamdan əvvəl də olub, islam isə bunu qadağan etməyib. 

ardını oxu
19-07-2014
Salam.bilmek istiyerdimki namazin qezasini mutleq qilmag lazimdimi,??birneceleri deyirki qilmag olmaz qezalari gunaha yazilir.bes dede babalarmizdan biliremki namazi qezasi qilinib.ne derecede duzdu yada sehf di??
Cavab:

Aleykum salam. Hər bir müsəlman çalışmalıdır ki, namazları vaxtlı-vaxtında qılsın. Peyğəmbərimizdən (salləllahu aleyhi və səlləm) ən xeyirli əməlin hansı olduğunu soruşduqda, bunun vaxtında qılınan namaz olduğunu söyləmişdir.

ardını oxu
19-07-2014 ceko
bit kisi qadinla cinsi elaqede olan zaman oxunan dua
ardını oxu
19-07-2014 Arzu
Salam. Mən çox ehtiyat edirəm orucu pozan amillərə. Amma nədənsə səhər duranda boğazımı təmizlədim, tüpürdüm, amma sonra ağız boşluğumdakı, daha doğrusu dilimin arxasında idi (yəni dilimin kökündə idi, ağzımın tam ortasında deyildi) bilə-bilə uddum.
Cavab:

Aleykum salam. Bəlğəmi udmaq orucu pozmur. Həmininin dəstəmaz zamanı və ya dişləri fırçalıyan vaxt bilmədən boğaza su gedərsə də orucu pozmur.

ardını oxu
19-07-2014 günel
Salam aleykum qardaş sualım var.1.
Cavab:

Aleykum salam. Qan gəlməsi kəslibsə, demək heyz bitmişdir və inşallah, orucu səhihdir. Əgər növbəti gün durub kiçik qan ləkəsi görübsə və həmin gün daha sonra qan gəlməyibsə, bu adi bir haldır və orucunu tutmaqda davam etməlidir.

ardını oxu
19-07-2014 dərya
Əgər bir qız nəyəsə sürtələnib özünü boşaldırsa günahdı əvvəlcədən təşəküür
Cavab:

Cavabı buradan oxuyun: Masturbasiya etməyə icazə verilir?

ardını oxu
19-07-2014 menden
Orucu bilerekden pozmaq gunahdirmi?
Cavab:

Salam aleykum. Orucu qəsdən pozmaq günahdır. Əgər oruc qəsdən pozularsa, həmin günün əvəzinə bir günün qəzasını tutmaq və o əməldən tövbə etmək lazımdır.

ardını oxu
19-07-2014 memmed
erotik seye baxarken oruc pozulur
Cavab:

Aleykum salam. Əvvala, bunlara baxmaq günahdır. Daha ətraflı: Əxlaqsız fotolara və ya videolara baxmaq olar?

ardını oxu
19-07-2014 Mehdi
Salam Aleykum Sualim orucun pozulmasi barededir. Suala gore qabaqcadan uzr isteyirem. 1.Oruc saatlarinda yuxuda olarken yuxu gorme neticesinde qeyri ixtiyari meni (sperm) ifraz olunarsa oruc pozularmi?
Cavab:

Aleykum salam. Yuxuda cünub olmaq orucu yox, qüslu pozulur. Əgər məni çıxması oyaq vaxtı, qəsdən olsa idi, bu zaman oruc da pozulardı. Həmçinin yaranan bu vəziyyətə görə çimmək və ya qüsl almaq orucu pozmur.

ardını oxu
19-07-2014 Arzu
Salam. Mən qardaşıma yemək bişirəndə buxarı qoxladım, bunu qəsdən etdim. Amma niyətim fərqli idi, zeytun yağından heç vaxt yemək bişirməmişdim və sadəcə maraqlı gəldi ki, onun qoxusu necə olur. Amma sonra ağlıma gəldi ki, axı bu da tüstü sayılır, həm də lap təhlükəli, çünki yemək tüstüsüdür.
Cavab:

Aleykum salam. Yeməyi nəinki qoxulamaq, hətta dilin ucu ilə udmamaq şərti ilə azacıq dadına baxmaq da orucu pozmur. Daha ətraflı:

Orucu pozan amillərlə bağlı dəqiq və ətraflı məlumat verə bilərsinizmi?

ardını oxu
19-07-2014 ayten
salam deyirler bicaq tesadufen dik dayananda ya da dusub ele dayananda o demekdi ki kesilmemish qurban var kiminse adina deyilmis, onu kesmek lazimdi mutleq..men namaza teze bashlamisham amma evveller usaqlarcun kesdirmisem qurban pirde. bu gunahdi?
Cavab:
Aleykum salam. Belə sözlər xurafatdır və bunlara inanmaq lazım deyil. Pirləri ziyarət etmək, orda qurban kəsmək və ya nəzir vermək olmaz. Daha ətraflı:

Pirləri ziyarət etmək doğrudurmu?
ardını oxu
19-07-2014
salam Allahin salami her birimizin uzerine olsun. menim sualim beledir:bilmek isteyirem ki oruc tutmus adam eger hekime gederse ve ona teyin olunmus her hansi sistem ve ya ampuladaki derman ezele daxiline vurularsa oruc pozulurmu ?Onceden minnetdaram
Cavab:

Aleykum salam. Qidalandırıcı iynələri vurdurmaq orucu pozur, digər iynələr isə pozmur. Daha ətraflı: Orucu pozan amillərlə bağlı dəqiq və ətraflı məlumat verə bilərsinizmi?

ardını oxu
19-07-2014
Salam aleykum. Peyqemberimize(sallallahu aleyhi ve sellem)ne vaxt peyqemberlik verilib?ve onun neche zovcesi var?Onun heyati haqqinda meqale yaza bilersinizmi?
Cavab:

Aleykum salam. Məhəmməd peyğəmbərə peyğəmbərlik 40 yaşında verilib və 11 həyat yoldaşı olub.

ardını oxu
18-07-2014
Salam.sualim beledi meselcun bir evli qadincun dosd yana bir uzag uzag qohumu ile mesjlaşmag gunah sayilir??pis meqsedle yazişmag yoxda sadece hal ehval tutmagcun.gunah sayilir???onceden cvb çun tşk edirem.
Cavab:

Aleykum salam. İlk öncə onu deyək ki, islamda qadınla kişinin dostluğuna icazə verilmir, çünki bu çox vaxt günahlara aparıb çıxarır.

ardını oxu
18-07-2014
2014 RAMAZAN ayinin qedr geceleri ne vaxtdi? oruclu iken seytanin yaratdigi vesvese yeni ozu ozune inamsizliq,yimediyi halda nese yeyibmis kimi hiss etmek orucu batil edir ya suabin azaldir? ve bu ne ile elaqederdir??? mumkunse cvblandirasiniz..
Cavab:

Salam aleykum. Qədr gecəsi Ramazan ayının axır on gecəsindən biridir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qədr gecəsini rama­zanın son on gecəsinin tək gecələrində – ayın axırına doqquz, yaxud yeddi, ya­xud da beş gecə qalmış axtarın". (əl-Buxari, 2021).

ardını oxu
18-07-2014
men bir nece gunduku namaza baslamisam.lakin ehatemde hec bir namaz qilan olmadigi ucun namazi aldigim her hansi kitabdan ve internetden oyrenmisem.onuda qeyd edimki men islami quruplara bolenlerden deyilem.yeni sie sunni sohbetine qualaq asmiram sadece olaraq her birimiz allahin emirine tabe olan m
Cavab:

Ümumiyyətlə namaz Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) və onun səhabələrinin qıldığı şəkildə qılınmalıdır, çünki ibadətin qəbul olunmasının şərtlərindən biri onu Peyğəmbərin  (Allahın ona və ailəsinə salamı və salavatı olsun) etdiyi kimi etməkdir.

ardını oxu
18-07-2014 sadiq
gusl abdesti alinarken niyyeti ne vaxt etmek lazimdir?hamama giren zaman,yoxsa uze su vuran zaman?bir de hamamda cimen zaman ovret yeri ortulu olmalidirmi?
Cavab:

Ümumiyyətlə niyyət məqsəd deməkdir. Bir əmələ niyyət etmək o əməli yerinə yetirmək məqsədi olmaq deməkdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Bütün əməllər yalnız niyyətlərə görədir. Hər bir insan niyyət etdiyini əldə edir...". (əl-Buxari, 1).

ardını oxu
18-07-2014
Suallara cavablarinizdan gormek olurki siz ehlibeyite inanmirsiz.bu beledirmi?
Cavab:

Salam aleykum. Biz Uca Allahın göndərdiyi kitaba inanır, onun elçisi Muhammədin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yolu ilə getməyə çalışır və sonradan dində çıxmış  yeniliklərdən uzaq durmağa çalışırıq.

ardını oxu
17-07-2014
salam eleykum 1.Kebenin icerisnde ne yerlesir? 2.namehrem qadin mene el ile salam verse ne etmeliyem? 3.qusulsuz namazqilmaq olar? 4.ayagi yumaq evezine mehz cekmek olar?
Cavab:

Aleykum salam. 

Aşağıdakı videoda Kəbənin içərisinə baxa bilərsiniz:

http://www.youtube.com/watch?v=I-MimunZijM#t=240

ardını oxu
17-07-2014
Salam aleykum.Qebrleri ziyaret etmek gunahdirsa,o zaman niye Hz.Yaqub peyqember babasi Ibrahim peyqemberi,atasi Ishaq peyqemberi ve zovcesi Rahilenin qebrini ziyaret edib?yalniz men qebrleri nezerde tuturam,pirleri yox
Cavab:

Aleykum salam. Qəbirləri ziyarət etmək günah deyil. Əksinə, qəbirləri ziyarət etmək ölümü və axirəti xatırladır. Sadəcə ziyarət zamanı bəzi əməl olunası məsələlər var ki, onlara riayət olunmasa, bu zaman insan orada şirk və bidət (dində yenilik) kimi böyük günahlara yol aça bilər.

ardını oxu
17-07-2014
Namazda hansi zikirler edilir
Cavab:

"NAMAZ" səhifəsindəki videoya baxıb öyrənə bilərsiniz və ya bu linklərdən oxuya bilərsiniz:

Namaza başlayarkən birinci təkbirdən sonra edilən açılış duası

ardını oxu
17-07-2014
Namazda ucuncu ruketi yaza bilersiz
Cavab:

"NAMAZ" səhifəsindəki videoya baxıb öyrənə bilərsiniz.

ardını oxu
17-07-2014
salam aleykum.selefi ve exi ne demekdir?
Cavab:

Aleykum salam. Bu cavabı oxuyun: Sələfilik nədir və sələfilər kimə deyirlər?

"Əxi" - ərəb sözü olub, mənası qardaşım deməkdir.

ardını oxu
17-07-2014 ........
Salam əleykum. sualım budur ki, arzularımın həyata keçməsi üçün bir dua varmı?Varsa xayiş edirəm yazın
Cavab:

Aleykum salam. Arzu duası deyilən xüsusi bir dua yoxdur. İstədiyiniz kimi, öz sözlərinizlə Allaha dua edə bilərsiniz. Bu məqalələri oxuyun:

ardını oxu
17-07-2014 anna
salam.ayaqda hecne olmadan yeni corabsiz namaz qilmaq olar? sohbet namaz ilan qadindan gedir. evvelceden tesekkur
Cavab:

Aleykum salam. İslama görə qadının üzü və əllərindən (biləklərə qədər) başqa bütün bədəni övrət yeri sayılır.

ardını oxu
17-07-2014
Salam.Allaha nece dua edek?Etrafli
Cavab:
Aleykum salam. Bu məqalələri oxuyun:

Dua ibadətdir
Mənə dua edin, Mən də sizə cavab verim
 
ardını oxu
17-07-2014
Qorxunu nece götürmek olar
Cavab:

Salam aleykum. Qorxunu Uca Allahı çox zikr etməklə götürmək olar. Həmçinin oxuyun:

Qorxduqda nə deyilir

Səhər və axşam zikrləri

ardını oxu
17-07-2014 Arzu
Msalam men qaafiyat adli qadindan faize pul almisam natarusnan verib faizleri wermisem indi pulun kokunu isteyir mende indi pul yoxdur meni verib mehkemiye basimi itirmisem bilmirem ne edim mene bir yol gosterin
Cavab:

Aleykum salam. Hər hansı yolla pulu tapıb qaytarın, tövbə edin və bir daha həmin əmələ qayıtmayın. Uca Allahdan kömək istəyin: Ey iman gətirənlər! Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin. Həqiqətən, Allah səbir edənlərlədir! (əl-Bəqərə, 153)

ardını oxu
17-07-2014
salam. men demek olar ki her gece yuxuda eyni insani gorurem hetta geceyari gormesem subh namazin qilib yatandan sonra gorurem yeni yatanda ancaq onu gorurem.bu ne mena verir? hemin oglan menim sevdiyim insandi oda meni sevir amma sevgili deyilik.
Cavab:

Aleykum salam. Ümumiyyətlə islama görə yuxular üç növdür: Allah Təaladan olan sevindirici yuxu, insanın fikirlərindən meydana gələn yuxu və şeytandan olan yuxu. Uca Allahdan olan yuxu aydın, insana ruh yüksəkliyi gətirən, müjdə verən yuxudur.

ardını oxu
17-07-2014 Isgender
Salamu Alekum Rehmetullah ve Berakatu. Qardash men sualim budu ki Sia qardashlarimiz deyir ki siz yeni Sunniler sevsiz. Baxin axi ehli Sunneler Muhemmed Peygember Sallalahu Alehi Wassalam in eledi yini ediler bu duzdu ki ?
Cavab:
ardını oxu
17-07-2014
Salam aleykum. Secdegah olmadan yeni namaz xalcasi olmasa namaz qilmaq olarmi. Allah razi olsun.
Cavab:

Aleykum salam. Bəli, namaz xalçası (cənamaz) olmadan namaz qılmaq düzgündür. Murdar şeylərə bulaşmamış istənilən səthin üzərində namaz qılmaq olar.

ardını oxu

Pages