Aleykum salam. Hər bir halda o sizin atanızdır. Sizin üzərinizdə atalıq haqları qalmışdır. Çalışın siz atanıza qarşı kobudluq etməyəsiniz. Uca Allah buyurur ki: "Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyyə etdik".
Aleykum salam. 1) Əgər ölüyə oxunan Quranı və ya surələri nəzərdə tutursunuzsa, xeyir olmaz. Daha ətraflı buradan da oxuya bilərsiniz; "Ölü üçün Qurandan istənilən surəni və ya xüsusəndə Yasin surəsini oxutmaq olarmı?"
Və aleykum Salam.. Bəli, bu hadisə baş verib və bu həm sünni kitablarında həmdə şiə kitablarında mövcuddur. Həmçinin tarix kitablarında da tapmaq mümkündür. Demək istədiyimiz budur ki, bu hədisi heç kim inkar etmir.
Aleykum salam. Bəli, corab geyinmək lazımdır ki, ayağın üstü görsənməsin.
Aleykum salam. Əvvala onu deyək ki, namazın şiəsi-sünnüsü və s. olmur. Namaz yalnız Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) qıldığı və səhabələrinə (Allah onlardan razı olsun) də həmin qıldığını öyrətdiyidir. Şam, yəni Məğrib namazı, 3 rükətdən ibarət fərz namazıdır.
Aleykum salam. Siz çalışın, dini məsələləri öz nəfsinizə görə deyil, şəriət çərçivəsində həll edəsiniz. Əks halda bütün məsələləri qarışdıra bilərsiniz.
Aleykum salam. Bu döyüş zamanı olan cihada aiddir. Allah Təala buyurur: "Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. Çünki onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər.
Aleykum salam. "əl Muvatta" - İmam Malik (Allah ona rəhmət eləsin) adında məşhur bir İslam aliminin hədis toplusu kitabının adıdır.
Və aleykum Salam. İnsanın imanı zəifləyəndə belə hallar olur. Unutmayın ki, iman itaətlə artır, asiliklərlə də azalır. Siz çalışın ki, asilikləri azaldıb, itaəti artırasınız və Allahı hər şeydən uca və üstün tutasınız.
Aleykum salam. Əgər sizin gözəl səsiniz varsa, bu zaman siz bu səsinizi Quran oxumağa istifadə etsəniz, bu sizin üçün daha yaxşı, savablı və faydalı olardı. Amma mahnı oxumaq isə şəriətimizə görə günahdır.
Aleykum salam. Səhv olan bir əqidəni dəyişib, düzgün əqidəyə gəlmək günah yox, savabdır. Düzgün əqidədən səhv əqidəyə keçmək isə günahdır. Hər bir müsəlman əməllərinin qəbul olunması üçün şirkdən (Allaha şərik qoşmaqdan) və bidətdən (dinə sonradan salınmış yeniliklər) çəkinməlidir.
Aleykum salam. Bəli, günahdır. Bunu etməyə şəriətldə icazə verilməyib. Daha ətraflı: Öləndən sonra orqan bağışlamaq olarmı?
Aleykum salam. Cavabı buradan oxuyun: Namaz qılmaq insana neçə yaşında vacib olur?
Aleykum salam. Bəli, təhqir edən insan, əgər haqsız yerə təhqir edirsə, bu zaman günah qazanır. Lakin qarşılığı səbr və gözəl əxlaqla qarşılanarsa, onda bu daha yaxşısıdır. Əgər bir insan haqsız yerə təhqir olunursa və o səbr edirsə, bu onun üçün daha xeyirlidir.
Aleykum salam. Bəli, inşallah yemək olar.
Aleykum salam.
1. Rüku vaxtı və həmçinin qiyam vaxtı, gözlər səcdə edilən yerə baxılmalıdır. Səcdə vaxtı ətrafa baxıb göz gəzdirmək düzgün deyil.
Aleykum salam. Heyzə aid məsələlər üçün şəriətimizdə xüsusi dua forması yoxdur. Sadəcə ümümi şəkildə Allah Təalaya dua edərək, istənilən probleminizin həllini Ondan diləyə bilərsiniz.
Aleyakum salam. Siz təbii olan qorxunu başqa şeylərlə əlaqələndirirsiniz. Bu düzgün deyil. İnsanın şirdən qorxması normaldır, xüsusən də 16 yaşında. Bu hal sizdə inşallah böyüdükcə keçəcəkdir. Vahiməyə düşmək lazım deyil.
Aleykum salam. Bəli, düz deyirsiniz. Heyz (aybaşı) vaxtında namaz, qılmaq, oruc tutmaq, Quran oxumaq olmaz. Amma dini kağızlara əl vurmaq olar. Dini kitablar və internetden faydalı məlumatlar oxumaq, zikrlər və dua edə bilər və s.
Aleykum salam. Sovet hakimiyyəti dövründə Azərbaycanda dini öyrənməyə imkan verilmirdi, ateizm təbliğ olunurdu və məscidlər bağlı idi. Bu səbəbdən də insanların din haqqında məlumatı çox az idi. Müstəqillik qazandıqdan sonra məscidlər açıldı, hər kəsə dini öyrənmək şəraiti yaradıldı.
Aleykum salam. İslama görə müsəlman dırnaqlarını 40-gündən artıq saxlamamalıdır.
Aleykum salam. Tək azərbaycanda deyil, bütün dünyada ən düzgün yol, Peyğəmbərimiz Muhəmmədin (salləllahu aleyhi və səlləm) yoludur.
Aleykum salam. Bəli, o anda ölüm mələyi gəlib insanın canını alır. Lakin ruhlar ölmür.
Aleykum salam. Namazın sözlərində "Ayətul Kursi - (əl-Bəqərə, 255)" yoxdur, sadəcə olaraq namazda Fatihə surəsini oxuduqdan sonra digər surələr kimi "Ayətul Kursi"-ni (əl-Bəqərə, 255) də oxuya bilərsiniz. Amma bunu oxumasanız da namazınız düzgün sayılır. Qunut isə vitr namazında tutulur.
Aleykum salam. Bu sadəcə insanların dilində gəzən bir sözdür. Bunun dinlə heç bir əlaqəsi yoxdur.
Və aleykum Salam. Dəstəmaz almaq qaydasına buradan baxa bilərsiniz:
Namaz qılmaq və dəstəmaz almaq qaydası - VİDEO
Və aleykum Salam. Tövbə etmək -- günahlardan Allaha qayıtmaq deməkdir. Tövbənin şərtləri bunlardır:
1. Allaha səmimi qəlbdən tövbə edib, Ondan bağışlanma diləmək - yəni, bu etdiyiniz tövbə yalnız Allah üçün edilməlidir, başqa məqsəd olmamalıdır.
Aleykum salam. Əski ilə silib dəstəmaz almaq olar. Lakin yaxşı olar ki, sildikdən sonra su ilə yuyulsun. Xüsusən də əgər nəcis yayılıbsa (yəni çox olubsa), bu zaman yumaq daha yaxşıdır.
Aleykum salam. Əvvəlcə qeyd edək ki, namaz 3 dəfə yox, 5 dəfə qılınmalıdır. Daha ətraflı: Namaz gündə üç dəfə, yoxsa beş dəfə qılınmalıdır?
Aleykuma salam. Təşəhüddə edilən zikrlər belədir. "ət Təhiyyətu lilləhi, vas-saləvatu, vat-tayyibətu, əs Sələmu aleykə əyyuhən-nəbiyyu va rahmətullahi va bərakətuhu, əs Səlamu aleynə və alə ibədilləhis-salihin.
Aleykum salam. Ovsun etdirmək, yəni falçının yanına gedib kiməsə düyün bağlatdırmaq deməkdir. Qeyd edək ki, bu əməl böyük günahdır. Müsəlman belə çirkin əməldən uzaq dayanmalıdır. Bu haqda Uca Allah buyurur: "Ey iman gətirənlər!
Aleykum salam. Bu məqaləni oxuyun: Əhli Beyt kimlərdir?
Aleykum salam. Qadın özü və yaxud bir dəstə qadın üçün iqamə verə bilər. Kişi və qadınlardan ibarət bir dəstə üçün isə, azan və iqaməni kişi verməlidir. Həmçinin qadın səsini yalnız yoldaşlarının eşidəcəyi qədər qaldırmalıdır.
Aleykum salam. Əgər niyyət olmayıbsa, bəli, almaq lazımdır. Əgər çimərkən dəstəmaz almağa niyyət olubsa, onda bu zaman dəstəmaz almağa ehtiyac qalmır.
Və aleykum Salam. Bu baxır, edilən işin ciddiliyinə və ya məcbur qaldığı işə. Misal versəniz, daha yaxşı olardı, çünki hallar müxtəlif ola bilər. Ümumən insan məcburiyyət qarşısında etdiyi əmələ görə günah qazanmır.
Aleykum salam. Bu cavabı oxuyun: İntihar haqqında
Aleykum salam. İnsanı şeytana aldanmağa heç kəs məcbur etmir, insan öz ixtiyarı ilə şeytana aldanır. Allah Təala bütün insanlara ixtiyar verib və insanlar yaxşı və pis əməlləri öz ixtiyarı ilə seçir.
Aleykum salam. Şəhadət kəlməsinə "Əşhədu Ənnə Əmirəl M'umininə Aliyyən Valiyullah" sözlərini əlavə etmək olmaz. Çünki, bu ifadə şəhadət kəlməsinə sonradan əlavə olunmuşdur.
Aleykum salam. Bu tam olaraq belə deyildir. Bəzi qadınlar təklikdə qalmaqdan qorxurlar. Bunun dinlə heç bir əlaqəsi yoxdur. Bu, qadının təbiətindən asılıdır. Ümumiyyətlə həm kişinin, həm də qadının insanlardan uzaq duraraq çox vaxt təkliyə çəkilməsi yaxşı hal deyildir.
Aleykum salam. Əgər tapılan pul böyük məbləğdə olarsa, elan edərək onun sahibini bir il müddətində axtarmaq lazımdır. Əgər az miqdarda puldursa, o halda pulu tapan adam onu özünə götürə və ya itirən insanın əvəzinə sədəqə verə bilər.
Aleykum salam.
1- Xeyir, olmaz. Səfərdə yalnız sübh namazının iki rükət sünnəti və vitr namazı qılınır. Digər sünnətləri qılmaq olmaz.
2- Bəli, səfərdə təhəccüd namazlarını qılmaq olar, bu, yaxşı bir əməldir.
Aleykuma salam. Qadın yad kişilərin yanında oynamamalıdır, bu, düzgün deyildir. Qadın yalnız öz ərinin yanında onun üçün oynaya bilər.
Aleykum salam. Uca Allah özünü bizlərə Peyğəmbərlər (Allahın onlara salamı olsun) və göndərdiyi kitablar vasitəsi ilə tanıtmışdır. İstər alim, istərsə adi bir insan olsun, heç bir kəs oxuyub-öyrənmədən kamil şəkildə Allah Təalanın ad və sifətlərini tanıya bilməz.
Aleykum salam. "Milləti İbrahim" (İbrahimin milləti) sözünün mənası İbrahim peyğəmbərin hənifilik (tək Allaha ibadət, tövhid) dini və bu dinə tabe olan müsəlmanlar deməkdir.
Aleykuma salam. Qadın yalnız ərinin yanında qısa geyinə bilər, başqalarının yanında isə üz və əlləri (biləklərə qədər) istisna olmaqla bütün bədəni örtülməlidir.
Aleykum salam. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) və rəşidi xəlifələrin vaxtında bütün insanlar Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yolu üzərində olmuşlar. Sünnə adət-ənənə, şiə isə firqə, tərəfdar deməkdir. Sünnə dedikdə Peyğəmbərin (Allahın ona və ailə
Salam aleykum. Tövbə etmək istəyirsinizsə, ürəkli olun və bu məqaləni oxuyun: Tövbə etsəm, Allah məni bağışlayarmı?
Aleykum salam. Şəriətə görə vitr namazı tәkidlә әmr olunmuş sünnәtlәrdәndir vә Peyğәmbәrimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) vitr namazını hәmişә qılmağa davam edәrdi.