03-03-2014 Aygün
Salam aleykum! Bağışlayın narahat edirem. Səbah duası hansıdır?
Cavab:

Aleykum salam. Səbah duası dedikdə səhər açıldıqda edilən zikr və duaları nəzərdə tutursunuzsa, Peyğəmbər (sallallahu aleyhi və səlləm) səhər yuxudan oyandıqda və sübh çağı sübh namazından sonra zikr və dualar edərdi. Bu zikrlərdən bəzisi bunlardır:

ardını oxu
03-03-2014
Salam aleykum! Men bunu başa dushe bilmirem. Kitabda yazir Fatime Zehranı zikr ele! Men onu nece zikr edim? Bu zikri bilmirem. Bu haqda hech bir melumatım da yoxdur. Xahish edirem ki, meni melumatlandirasınız. Narahat etdimse bagishlayin.
Cavab:

Aleykum salam. Zikr ibadətin bir növüdür, bütün ibadətlər isə Allah üçün edilir. Daha ətraflı Zikr nədir? məqaləsindən oxuyun.

ardını oxu
03-03-2014
Salam aleykum. Meselen bir insan Bakidan Genceye gedir. Yolda olarken esr namazinin vaxti chixir, ve avtobusu saxlamaga da imkan yoxdur, bu zaman namazini oturaraq qila bilermi? Allah razi olsun.
Cavab:

Aleykum salam. Daha ətraflı Minikdə olarkən fikirdən keçirərək namaz qılmaq olar? linkdən oxuyun.

ardını oxu
03-03-2014
Salam aleykum. Yuxu (Yatmaq) sheytanin ishidirmi? Allah razi olsun
Cavab:

Aleykum salam. Cavabı "Yuxu haqqında" məqaləsindən oxuyun.

ardını oxu
03-03-2014 ilkin
Salamu aleykum. Saqqal saxlamaq vacibdirmi ve bunun islamdakı hokmu nedir?
Cavab:

Aleykum salam. Cavabı buradan Şəriətə görə saqqal saxlamaq vacibdirmi? oxuyun.

ardını oxu
03-03-2014
Salam aleykum. Goze karandash chekmek olarmi?
Cavab:

Aleykum salam. Bəli, olar. Gözə sürmə çəkmək haqqında isə Gözə sürmə çəkmək nəyə görə xeyirlidir? linkindən oxuya bilərsiniz. 

ardını oxu
03-03-2014
salam aleykum kisi arvadina cinsi elaqede olmaq isteyirse ve arvad istemirse bu gunahdir? men esitmisemki eyer kisi isteyirse arvad xemir yogurursa bele xemiri qoyub erinin yanna getmelidir bu dogrudur?
ardını oxu
03-03-2014
Salam aleykum. Ehsan nədir? Və ehsan vermek olarmi? Xahiş edirəm ki, mənə bu barədə ətrafli məlumat verəsiz.
Cavab:

Aleykum salam. İslama görə ehsan kiməsə yaxşılıq etməyə deyilir. Lakin ölən şəxs üçün müəyyən günlərə və ya əlamətlərə görə xüsusi yeməklər hazırlayaraq ehsan vermək bidətdir (dinə sonradan gətirilən yenilikdir).  

ardını oxu
03-03-2014
Salam aleykum. Qulaqda birinciden elave 2-ci, 3-cü ve daha artıq deshikleri achmaq gunahdimir?
Cavab:

Aleykum salam. Bu, günah deyildir. Bu məsələdə sərbəstsiniz.

ardını oxu
03-03-2014 q
Salam aleykum. Chox üzr istəyirəm. Eşitmişəm ki həm cənabət, həm də heyz qüslu olan, chimərkən təkcə cənabət qüslu vermək kifayət edir. Və cənabət quslundan sonra dəstəmaza ehtiyac yoxdur bu düzdürmü?
Cavab:
ardını oxu
02-03-2014 Lalə
Salam aleykum. Ölmüş insan üçün adi gunlerde aglamaq gunahdir? Bele bir shey oxumusham, kim ölmüş insan üçün aglayarsa, hemin insan qebirde ezab chekir. Bu dogurdanda beledir? Xahiş edirem ki, mene etrafli izah edersiniz. Size eziyyet verirem deye bağişlayın ve haqqinizi halal edin!
Cavab:

Aleykum salam. Ölən insan üçün ağlamaq günah deyildir. Xüsusən də əgər ölən şəxs yaxın insanlardan sayılırsa, bu zaman insanın ağlaması təbiidir. Hətta Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) övladı vəfat etdikdə onun gözlərindən yaş gəldi.

ardını oxu
02-03-2014 lala
Salam. Hicabli qadinin üz qashini temizletdirmesi haram sayilirmi? Ayaqlarda ellerde biten tukleri temizlemek bes? Chox xahish cavablandirardiz. Chox Sag Olun!
Cavab:

Aleykum salam. Hicablı qadın üz tüklərini, həmçinin bədəndə olan (ayaqlarda, əllərdə və s.) tükləri götürə bilər. Qaşını götürməsi isə qadağan edilmişdir. Bu barədə Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) açıq-aydın hədis rəvayət olunmuşdur. 

ardını oxu
02-03-2014
Salam aleykum. Men iki yol arasinda qalmisham. Biri sunne biri shie. Amma bilmirem hansi doğrudur. Men ozum sunni namazini qilmaq isteyirem. Baxmayaraq ki, indi shie namazini qiliram. Amma meni valideynlerim qoymur. Bes men onlari nece razi sala bilerem?
Cavab:

Aleykum salam. Əvvəlcə özünüz namazın doğru qılınış şəklini İslamın səhih mənbələrindən ətraflı öyrənin. Muhəmməd Peyğəmbər (salləllahu aleyhi və səlləm) namazı möhürsüz, əlləri bağlı və gün ərzində 5 vaxt qılmışdır.

ardını oxu
02-03-2014
Salam aleykum. Mən sədəqə verməyi çox sevirəm. Amma gəlin gəldiyim evdə yaşli bir insan var. O, mənə imkan vermir ki, sədəqə verim? Bəzən gizli verirəm. Bu günahdırmı?
Cavab:

Aleykum salam. Sizin sədəqə verməyiniz çox gözəl bir əməldir. Sədəqə vermək insanı Uca Allaha yaxınlaşdırır. Sizin gizlin sədəqə verməyinizdə heç bir günah yoxdur. Əgər mane olurlarsa, bu zaman gizli verə bilərsiniz.

ardını oxu
02-03-2014 Anonim
Salam aleykum. Men hamileyem, amma ikinci övladim qusurlu geldiyinden chox heyacanliyam. Ona gore de uchuncu ushagi getire bilmerem. Bilmek isterdim ki, neche hefteliyene qeder ushagi gotuzdurmek olar? Bu islama gore gunah sayilirmi? Mene dediler ya 10 gun, ne qeder bu dogrudur?
Cavab:
Aleykum salam. Siz çalışın ki, bu heyəcanı özünüzdən uzaqlaşdırasınız. Həmçinin, ikinci uşağın qüsurlu dünyaya gəlməsi növbəti uşaqların da qüsurlu doğulacağı demək deyildir. Uşaqları sağlam edən Allah Təaladır. Hətta qüsurlu olsa belə sizin o uşağı dünyaya gətirməyinizdə bir xeyir vardır.
ardını oxu
02-03-2014
Salam aleykum. Yeni dogulan ushagin charpayisina "Ayetul-Kursi" yazib qoymaq olarmi? Eger qoymaq olmazsa onda ne edilmelidir? Allah razi olsun.
Cavab:

Aleykum salam. "Ayətul Kursi"-ni (əl-Bəqərə, 255) və ya hər hansı bir ayəni, duanı yazıb yeni doğulan uşağın üzərinə və ya çarpayısına qoymaq olmaz. Çünki dinimizdə bu əməlin əsası yoxdur və bu əməl "bidət" (dinə gətirilən yenilik) hesab olunur.

ardını oxu
02-03-2014
Salam Aleykum. Xahish edirem mene qusl almagin qaydalarini ve onu pozan shertleri deyesiz.
Cavab:

Aleykum salam. Cavabı buradan oxuya bilərsiniz: Qüsl necə alınır və onu pozan amillər hansılardır?

ardını oxu
02-03-2014
Salam aleykum. Dil qiyamet gunu insanin oz eleyhine shahidlik edecekmi?
Cavab:

Aleykum salam. Qiyamət günü insanın bütün bədən üzvləri, o cümlədən dili də əleyhinə şahidlik edə biləcək. Uca Allah bu barədə buyurur: "Allahın düşmənləri Cəhənnəmə toplanacaqları gün onlar (əvvəlincisindən axırıncısınadək tutulub bir yerdə) saxlanacaqlar.

ardını oxu
01-03-2014 Lamiye
Salam aleykum. Sizə sualım odur ki, nə cür musiqilərə qulaq asmaq olar? Sakit templi musiqini dinləmək və ya hansisa filmdə gedən musiqiyə qulaq asmaq olar? Xahiş edərəm ki, imkan daxilində ətraflı məlumat verəsiniz.
Cavab:

Aleykum salam. İslama görə musiqini növlərə ayırmaq məsələsi qəbul edilmir. Musiqinin hər bir növü haramdır. 

ardını oxu
01-03-2014 lalə
Salam aleykum. Deyirlər qadınlara ətir vurub çölə çıxmaq günahdır. Bəs insan yayda tərliyəndə istər istəməz pis qoxu gəlir, onda nə etsin? Bu halda ətirdən istifadə edə bilərmi və daha nə zamanlarda? Allah sizdən razı olsun! Amin!
Cavab:

Aleykum salam. Bu məsələdə tərin qarşısını almaq üçün istifadə olunan vasitələr istisnadır. 

ardını oxu
01-03-2014 Mənsə
Salam aleykum. Chox yatmaq olarmı?
Cavab:

Aleykum salam. Çox yatmaq tənbəllik gətirən bir xüsusiyyət olduğu üçün islama görə bəyənilməyən bir haldır. Rəsulullah (salləllahu aleyhi və səlləm) öz dualarında tənbəllikdən daima Uca Allaha sığınırdı. 

ardını oxu
01-03-2014
Salam aleykum. Allah elminizə və dəvətinizə bərəkət versin. Namazda Quran oxuyarkən səhv etdikdə səhv səcdəsi etməliyik? Bu zaman səhv səcdəsi salamdan əvvəl yoxsa sonra edilir?
Cavab:

Aleykum salam. Namazda əl-Fatihə surəsindən sonra oxunan surələrdə səhv etdikdə səhv səcdəsi edilmir. Çünki Fatihədən başqa oxunan Quran surələri müstəhəbdir. Səhv səcdəsi salamdan əvvəl və ya salamdan sonra edilə bilər. 

ardını oxu
01-03-2014
Salam aleykum. Gözə sürmə çəkmək nəyə görə xeyirlidir?
Cavab:

Aleykum salam. Peyğəmbərimiz Məhəmməd (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Gözünüzə ismid çəkin! Çünki o, gözə parlaqlıq verir və kirpikləri bitirir". (əl-Buxari "Tarix" əsəri, 4 /2 /412; Silsilətul-Əhadisis-Səhihə, 665).

ardını oxu
01-03-2014
Salam aleykum. Men chox qenaetchil bir insanam. Hami mene deyir ki, bu qeder de olma da! Amma men her sheye qenaeet edirem ve chox da simicem. Hech kimden hech ne almamagi ve hech kime de hech neyimi vermemeyi xoshlayiram. Bu özüümden asli olamayan bir xüsusiyyetdir.
Cavab:

Aleykum salam. Uca Allah buyurur: "Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar". (əl Furqan, 67).

ardını oxu
01-03-2014
Salam aleykum. Kiminse eshyasinda ve yaxud da vir sira ve.s sheylerde gozum qalirsa, onu isteyiremse ve o mene vermirse menimde onlarda gozum qalirsa, bu menim üçün gunah sayilir?
Cavab:

Aleykum salam. Kiminsə malında gözün qalması günaha gətirə bilər. Məsələn, insan onda olmayan bir neməti başqasında gördükdə buna görə öz taleyindən narazı qalaraq naşükürlük edə bilər. Həmçinin, bununla o, tamahkar, paxıl insana çevrilə bilər.

ardını oxu
01-03-2014
Salam aleykum. Bilmek isterdik ki, ilk defe dunyaya göz açan insan kim olub ve o ilk adam nece ve neden yaranib? Daha sonra insanlar nece choxalmağa başlayıblar? İmkandırsa, xahiş olunur ki, ətrafli yazasız.
Cavab:

Aleykum salam. İlk yaradılan insan Adəm (Ona Allahın salamı olsun) peyğəmbərdir. Aşağıdakı linkləri oxuyun:

"Cənnətdən gələn adam"

ardını oxu
01-03-2014
Salam aleykum. Pulsuz baliq yemek haramdir? Haramdirsa neye gore haram hesab edilir? Allah razi olsun.
Cavab:

Aleykum salam. Şəriətə görə yalnız suda yaşayan (quruya çıxmayan) bütün heyvanların yeyilməsi halaldır. Quran və səhih hədislərdə dəniz heyvanlarının bəzilərinin haram olması haqqında heç bir göstəriş yoxdur, yəni bütün dəniz qidaları halaldır.

ardını oxu
01-03-2014
Salam aleykum. Boyun uzanması uchun dua varmi?
Cavab:

Aleykum salam. Şəriətdə xüsusi olaraq belə bir dua növü yoxdur. Hər hansı bir diləyiniz üçün xüsusi dua formasına ehtiyac yoxdur. Uca Allaha dua edərək ehtiyac duyduğunuz şeyləri diləyə bilərsiniz.

ardını oxu
01-03-2014 Mənsə
Salam aleykum. Namaz mohur ile qilinmalidi, yoxsa mohursuz?
Cavab:

Aleykum salam. Möhür haqqında şəriətdə heç bir səhih məlumat yoxdur. Çünki Peyğəmbərimiz Məhəmməd (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) namazı möhürsüz qılmışdır. Möhürlə namaz qılmaq Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) sonra dinə gətirilən bidətdir.

ardını oxu
01-03-2014 MENSE
Assalamu aleykum. Saytiniza teze daxil olmusham ve chox beyendim. Allah Sizden Razi Olsun. Sualim beledi ki, qadin nefsini daha chox idare eliye bilir, yoxsa kishi?
Cavab:

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Nəfs sözünün bir neçə mənası vardır. Əgər fikirlərə hakim olmaq baxımından soruşursunuzsa, bu məsələdə kişilər yaradılış etibarı ilə qadınlardan daha güclü olurlar.

ardını oxu
01-03-2014
Salam aleykum. Qollarin tuklerini temizlemek gunah sayilir?
Cavab:

Aleykum salam.  İslama görə üz nayihəsindən başqa bədənin digər üzvlərində bitən tüklərin təmizlənməsi, insanın ixtiyarına buraxılan "mübah" əməllərdən sayılır. Yəni bu işdə əməl sahibinə nə bir savab, nədə bir günah yazılmır. 

 

ardını oxu
01-03-2014
Salam aleykum. Bedene shekiller chekdirib, adlar yazdirmaq gunahdirmi?
Cavab:

Aleykum salam. Bu, haramdır. Peyğəmbər (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) buyurmuşdur: “Allah, bədənə döyən və döydürən, qaş alan və aldıran, gözəllik üçün dişlərinin arasını yondurub Allahın yaratdığında dəyişiklik edən qadınlara lənət eləsin”. (Buxari).

ardını oxu
01-03-2014
Salam aleykum. Namaz qılmağa bashlayarken nece niyyet edilmelidir? Men namaza bashlayarken bele deyirem. "Niyyet etdim Allah Rizasi üçün Allah Yolunda Hansı Namazımı Qılıramsa, Onun Adını Deyirem Ve Bashlayiram Namazimi Qilamğa". Sizce men düz edirem?
Cavab:

Aleykum salam. Sulanızın cavabını daha ətraflı buradan Namaza başladıqda necə niyyət edim? oxuya bilərsiz.

ardını oxu
01-03-2014
Salam aleykum. Qiyamet gunu yer uzerinde en sherliler qalacaq. Sherli sozunun menasi nedir? Allah razi olsun.
Cavab:

Aleykum salam. Şərli sözü ən pis deməkdir. Şər sözü xeyirin əksidir. İnsanların şərliləri onların ən pis, ən günahkar, ən azğın olanlarıdır. 

ardını oxu
01-03-2014
Salam aleykum. Heyzli olduqda namaz qılmaq üçün neçə gün müddət var? Mənim xəstəliyim var və bu heyz halım uzun sürür. Ona görə də namaz qılmamışam. Ta ki təmizlənənə qədər. Buda 2 həftəyəcən çəkir.
Cavab:

Və aleykum Salam. İstihazə qanı - heyz (aybaşı) və ya nifas (doğuşdan sonra qan gəlməsi) olmayan vaxtlarda, yaxud bu hallardan dərhal sonra ifraz olunan qandır. Heyzlə haram olan əməllərin heç biri istihazə ilə haram olmur.

ardını oxu
01-03-2014 Çingiz
Salam aleykum. Men chox gunahkar bir bendeyem. Allah kechsin gunahlarimdan. 3-cü gundur ki, subh ezanina qeder, imsak, axsham ezanindan sonra da iftar achiram oruc tuturam. Düşünurem ki, bu yolla gunahlardan uzaq olaram. Bu cur oruc tutmaq barede etrafli melumat vermeyinizi xahish edirem.
Cavab:

Aleykum salam. Oruc tutmaq gözəl və bəyənilən bir əməldir. Ümumi olaraq hər bir yaxşı əməl pis əməlləri silib aparır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Günah etdikdə ardınca savab iş gör ki, onu silsin". (Tirmizi və Əhməd).

ardını oxu
27-02-2014
Salam aleykum. Sağ qolum yanıb, necə dəstəmaz almaq olar?
Cavab:

Aleykum salam. Dəstəmaz aldıqda yanan yerə su vurmağa icazə verilmirsə, həmin yeri yaş əl ilə sürtmək olar. Yox, əgər sürtmək də sağlamlığa zərərlidirsə, onda həmin yerə toxunmadan dəstəmazı sona çatdırın. Ümumiyyətlə, dəstəmaz almaq çətinlik törədirsə, təyəmmüm ala bilərsiniz.

ardını oxu
27-02-2014
Salam aleykum. Yeni doğulan qız uşağı üçün nə etmək lazımdır?
Cavab:

Aleykum salam. Yeni doğulmuş körpə üçün dua etmək yaxşıdır. Əbu Musa (radıyəllahu anhu) deyir: "Mənim oğlum olmuşdu. Onu Peyğəmbərin yanına apardım. O, uşağa İbrahim adını qoydu.

ardını oxu
27-02-2014
Salam aleykum. 1. Qiyamət günü insanlar Allahı görə biləcəklərmi? 2. İnsanların əllərinin içində (ovcunda) ərəb dilində sol əlində 81, sag əlində ise 18 yazılıb. 18+81=99. Qiyamət günü Allahın 99 adının olmasına əllər şahidlik edəcəkmi? İzaha geniş yer verseniz minnetdar olardim.
Cavab:

Aleykum salam. Bu cavabı oxuyun: Axirətdə Allahı görmək olacaqmı?

ardını oxu
27-02-2014
Salamu aleykum. Üzdəki sızanaqlar üçün dua gördüm. Rəvayətə görə bunu Məhəmməd (s.a.s) peyğəmbərimiz öz yoldaşının əlinə çıxan çibanın üstünə oxuyub. Peyğəmbərimiz həm də buyurub ki,bu duanı boş-boşuna sızanaqlı yerinizə sürtməyin. Məlhəmlə birlikdə deyin.
Cavab:

Aleykum salam. Muhəmməd peyğəmbərin belə bir dua etməsi məlum deyildir. Söylədiyiniz duanın mənası (Ey böyükləri kiçildən və kiçikləri böyüdən Allahım! Məndə olanları kiçilt).

ardını oxu
27-02-2014
Salam aleykum. Öldükdən sonra cənnətə daxil olanlar Allah Təalanı görəcəklərmi? İmkandirsa bir az təfsilatı ilə izah edərdiz.
Cavab:

Və aleykum Salam. Əvvəlcə qeyd ki, bu dünyada heç kim Uca Allahı görməyib və görməyəcək. Uca Allah buyurur: "Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı. Musa dedi: "Ey Rəbbim! Özünü mənə göstər, Sənə baxım". O dedi: "Sən məni görə bilməzsən. Lakin bu dağa bax.

ardını oxu
27-02-2014
Salam aleykum. Xalam baxicidir. Ama men baxdirmiram. Chunki gunah oldugunu bilirem. Amma bir zamanlar etmishem. Gunah oldugunu bilenden sonra tovbe etdim ki, birde bele gunah ishler gormeyecem. Amma qohumluq elaqelerine gore herden xalamgile gedib-gelirem.
Cavab:

Aleykum salam. Əgər qohumluq əlaqələrini saxlamaq üçün xalanızın evinə gedirsinizsə, sizə günah yazılmaz.

ardını oxu
27-02-2014
Salam aleykum. Peygembermiz (sallahu aleyhi ve sellem) hansi ayda doğulub? Niye ad gunu kechirmeyib ve bunu kimseyede buyurmayib? Ətrafli əlumat verseniz sevinərdim.
Cavab:

Aleykum salam. Bəzi İslam tarixçiləri Muhəmməd peyğəmbərin (salləllahu aleyhi və səlləm) miladi tarixlə 570, yaxud 571-ci ilin rabiul-əvvəl ayının 12-də, bəziləri isə rabiul-əvvəlin 17-də dünyaya göz açdığını yazırlar.

ardını oxu
26-02-2014
Salam aleykum. Fatimə və Zəhra adlarını uşaqlara qoymaq günah deyil? Ve uşaqlara hansı adları qoysaq günah sayılar?
Cavab:

Aleykum salam. Övladlara belə gözəl adlar qoymaq da heç bir problem yoxdur. Əksinə savabdır və yeni doğulan uşağa gözəl bir ad qoymaq, öncəliklə atanın sonra ananın vəzifələrindən biridir. Övlad Allah Təaladan bir hədiyyədir.

ardını oxu
26-02-2014
Salam aleykum. Mən əvvəl şiə namazı qılmışam. Sonra sünnü namazı qıldım. Lakin anam məni şiə namazını qılmağa məcbur etdi. Nənəm mənə dedi ki, Allaha and iç ki, şiə namazı qılacaqsan. Mənə dedi ki, əgər belə etməsən səni namaz qılmağa qoymayacağam. Sən vəhabisən dedi mənə.
Cavab:

Aleykum salam. Bəli, siz andınızı poza bilərsiz və yaxşı olardı ki, üç gün oruc tutasız. Uca Allah buyurur: "Allah sizi bilmədən içdiyiniz andlarınıza görə cəzalandırmaz, lakin (bilə-bilə və ya qəsdən) içdiyiniz andları (pozmağa) görə cəzalandırar.

ardını oxu
26-02-2014
Salam eleykum. Namaz qilanda eller nece dayanmalidir. Saytda yazilib ki, sinede ama chox yerde (mescidul haramda da hemcinin) gobek uzerinde gormushem. Zehmet olmasa izah ederdiniz.
Cavab:
Və aleykum Salam. Rəvayət edilir ki, İbn Məsud (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər mənim namazda sol əlimi sağ əlimin üzərinə qoyduğumu gördü və sağ əlimi sol əlimin üzərinə keçirtdi”. (ən-Nəsai, 888).
ardını oxu
26-02-2014
Salam aleykum. Ehsan duasi necə verilir?
Cavab:

Aleykum salam. Ehsan duası deyilən bir duaya rast gəlməmişik. 

ardını oxu
26-02-2014 Allahin qulu
Salam aleykum. Bilmek isteyirem ki, etir vurmaq olar? Bildiyime gore Resulullah( sallallahu aleyhi ve sellem) etir vurub.
Cavab:

Aleykum salam. Əlbəttə, ətir vurmaq olar. Peyğəmbər (salləllahu aleyhi və səlləm) ətir vurmağı sevərdi. 

ardını oxu
26-02-2014 Rəşad
Salam aleykum. Qezeblendiyimiz zaman sebirden bashqa yol varmi? Yeni chigirib bagirmaq olar?
Cavab:
ardını oxu
26-02-2014
Salam aleykum. Kitab ogurlamaq gunah sayilirmı? Deyilene göre kitab ogurlamaq gunah sayilmır. Bu duzdürmü?
Cavab:

Aleykum salam. Xeyir, bu düzgün fikir deyil. Dinimizə görə üzərində haqqın olmayan, istəlinən bir əşyanı haqq sahibindən onun icazəsi olmadan oğurlamaq günah sayılır. Oğurluq isə bütovlükdə haramdır.

ardını oxu

Pages