19-02-2014
Salam aleykum. Bezi yashli tebeqeden olan insanlar Hecc ziyaretgahina gedibler. Sonra ise qayidib yashadiqlari yerde pirlere gedirler. Orada gedib namaz qilirlar. Deyirler ki, pirler de muqeddes yerlerdi.
Cavab:

Aleykum salam. Həccə gedib tək Allaha ibadətin rəmzi sayılan Kəbəni təvaf etdikdən sonra gəlib pirləri ziyarət edərək onları təvaf edən insan nə qədər avam və cahildir?!

ardını oxu
18-02-2014 Vasif
Salam aleykum. Insan esnediyi zaman ne etmelidir?
Cavab:

Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Əsnəmək şeytan­dan­dır. Birinizi əsnəmək tutsa, qoy bacardığı qədər onun qarşısını alsın. Çün­ki o (əsnəyib): "Haaah" - etdikdə şeytan ona gülür".

ardını oxu
18-02-2014 anar
Salam aıeykum. Cennetde de bu dunyada oldugu kimi yataciq? Sag olun!
Cavab:

Aleykum salam. Səhih hədislərə görə cənnət əhli yatmayacaq. Cənnət əhli yorulmayacaq. Ona görə nə yatmağa, nə də dincəlməyə ehtiyacları olmayacaq. Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: "Yuxu ölümün qardaşıdır, Cənnət əhli isə ölməyəcək". 

ardını oxu
18-02-2014
Salam aleykum. Bağışlayın narahat edirəm. Mən başa düşə bilmirəm Sünnü və Şiə nə deməkdir. Tanışımızgilə getdim və namaz qıldım mən möhürlə qılırdım o yox mənə dedi sən sehv qılırsan doğrudanmı mən sehv qılıram. Amma məscidlərə gedəndə hamımız möhürsüz qılırıq. Nəyə görə?
ardını oxu
18-02-2014
Salam aleykum. Mənim bir az xəstəliyim var. 10 gündən artıg istihazə oluram. Belə olduqda namaz qilmamışam. Günah sayılar, deyə qıla bilmədim. Amma eşitmişəm ki, on gündən sonra qüsl alıb qılmaq olar, düzdürmü?
ardını oxu
18-02-2014
Salam aleykum. Bəzi insanlar heyz halında da namaz qılır. Hansı ayə ilə sübut edək ki, bu belə deyil. Bir az zəhmət olmasa ətraflı yazardız.
Cavab:
Aleykum salam. Heyz və nifas halında qadına namaz qılmaq və ya oruc tutmaq olmaz. Uca Allah buyurur: "Səndən qadınların heyzini (aybaşı halını) soruşurlar. De ki, o, bir əziyyətdir. Onları heyzli ikən rahat buraxın; təmizlənənə qədər onlara yaxınlaşmayın.
ardını oxu
18-02-2014
Salam aleykum. Sualım belədir. Oğurluğun halalı, haramı varmı? Mən oxumuşam ki, guya qoyun oğurlamaq günah sayılmır bu doğru fikirdimi? Xahiş edirəm cavablandırasız.
Cavab:

Aleykum salam. Başqasının malını oğurlamaq günahdır. İslama görə oğurluq etmək böyük günahlardan sayılır. Uca Allah buyurur: "Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq (sağ) əllərini kəsin.

ardını oxu
18-02-2014 Allahın qulu
Salam aleykum. Salam verende "selemun aleykum ve rahmetullahi ve beraketu demek olar?
Cavab:
Aleykum salam. Dinimizə görə salamlaşmanın ən üstün və dolğun forması bu şəkildə olur. "Əssələmu Aleykum Va Rahmətullahi Va Bərakətuhu". (Allahın salamı, əmin-amanlığı, sülhü, rəhməti və bərəkəti sizin üzərinizə olsun).
ardını oxu
18-02-2014 nuru
Salam aleykum bu saytda dini dersler olmur?
Cavab:

Aleykum salam. Bu sayt fəaliyyətə yeni başlamışdır, inşəallah gələcəkdə dini dərslərin keçirilməsi təşkil oluna bilər.   

ardını oxu
18-02-2014
Salam aleykum. Menim size iki sualim olacaq. 1)Qadin destmaz aldiqda bashinda mutleq ortuk olmalidir? 2)İnsanlar destemaz alarken danisha bilerlermi?
Cavab:

Aleykum salam. Qadın dəstəmaz aldıqda başını aça bilər və dəstəmaz aldıqda danışmaq olar.

ardını oxu
18-02-2014
Salam aleykum. Qurğushun tökmek gunahdirmi?
Cavab:

Aleykum salam. Sualı anlamadıq. Xahiş edirik ki, sualı daha ətraflı şəkildə yazasınız. 

ardını oxu
18-02-2014
Salam aleykum. Goz deyme varmi? Eger varsa bundan qorunmaq uchun ne etmek lazimdir?
Cavab:
Va aleykumus-Sələm. Bəli, gözdəymə həqiqətən mövcuddur. Gözdəymədən və başqa şərlərdən qorunmaq üçün hər namazdan sonra "Ayətul-Kursi" (əl-Bəqərə, 255), "əl-İxlas", "əl-Fələq" və "ən-Nəs" surələrini oxumaq lazımdır.
ardını oxu
18-02-2014
Salam aleykum. Allah sizlerden razi olsun. Men evvel baxdirmisham. Amma indi tovbe etmishem. Birde ele gunahlar ishlemeyecem ve indi sizden sorushmaq istediyim budur ki, men baxdirdim ve menim üchün ere getmeyim üçün ish gordu ve mene xurma getir dedi.
Cavab:

Aleykum salam. Daha ətraflı Cadudan necə qorunmaq olar? linkindən oxuyun.

ardını oxu
18-02-2014
Salam aleykum. Əgər şəkil çəkdirmək günahdırsa onda niyə toylara gedəndə gəlinlə bəylə şəkil çəkdiririk?
Cavab:
ardını oxu
18-02-2014
Salam aleykum. Biz babamzin sheklini divardan asmishiq ve nenem de deyir ki, ustune de uzerik qoymaq lazimdir. Buna nece baxirsiz? Zehmet olmasa mene bu barede genish melumat veresiz. Uca Allah butun cumle olenlere rehmet elesin.
Cavab:

Aleykum salam. Ümumiyyətlə islam şəriətinə görə əl ilə canlı (ruhu olan) şəkili çəkmək qadağandır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu barədə demişdir: "Qiyamət günü Uca Allahın dərgahında ən şiddətli əzab şəkil çəkənlərə olacaqdır".

ardını oxu
18-02-2014
Salam aleykum. Evimizde yoldashimin nenesi ile yashiyiriq. Qaynanamda bizimle yashayir. Amma yoldashimin nenesinin qullugunu men tuturam. Buna gore hech sag ol bele eshitrem. Bir sozle yaxshiliq bilen insan deyil. Oz gelinini de vaxti ile chox incidib. İndi de menimle de eledir.
Cavab:

Aleykum salam. Şəriətə görə ərli qadının vəzifəsi yalnız öz ərinə baxmaq, ona itaət etmək, ərinə qulluq edib xidmətində durmaqdır. Həmçinin, ananın öz övladlarına baxmasıda bura daxildir.

ardını oxu
17-02-2014
Salam aleykum. 1)Bu yaxinlarda bele bir deyim eshitmishem. Guya Cennete geden adam kimise sirat korpusunden kechire biler. Bu dogrudurmu? 2)Derslerin yaxshi olmasi uchun dua varmi? Daha dogrusu ne duasi etsem yaxshi olar? 3) Shie namazi qiliram. Quranda ise yazilib ki, beş vaxt qilmaq lazimdir.
Cavab:

Aleykum salam. 1)Sirat körpüsündən keçərkən hər kəs öz hayında olacaq və o vaxt kimsə kimsənin imdadına çata bilməyəcək. Hər kəs öz əməlinin müqabilində keçə biləcəkdir.

ardını oxu
17-02-2014 Vasif
Salam aleykum. Qiyamət gününün dəhşətini möminlər görəcəklər? Allah Təala möminlərə cəhənnəmi göstərəcəkmi? Allah razı olsun.
Cavab:

Aleykum salam. Səhih hədislərə görə qiyamətə yaxın həyatda olan möminlər qiyamətin dəhşətini görməyəcəklər. Belə ki, səhih hədisə görə Uca Allah İsanın (Allahın ona salamı olsun) vəfatından sonra və günəş qərbdən doğduqdan sonra xoş bir meh göndərəcək.

ardını oxu
17-02-2014 Allahın qulu
Salam aleykum. Necesiniz? Momin insan zennimce namaz qilan, oruc tutan, sedeqe veren ve Allah Tealanin buyurduqu butun vacib emelleri yenine yetiren, Allaha bagli olan, Onu chox zikr edendir. Bes siz nece fikirleshirsiz? Men duz fikirleshirem? Onceden teshekkurler.
Cavab:

Aleykum salam. Bəli, siz doğru söylədiniz.

ardını oxu
17-02-2014 elvin
Salam. Ayaq yolunda yuyunarken, yeni necaseti aradan apardiqdan sonra bir sheyle ozumu qurlayiram. Amma quruladiqim salfetkaya baxiram sari leke deyib ve nokte boyda bir sheyde gorurem. Mene deyin görum bu mundardi, yoxsa pakdir. Men chox su ile yuynanam.
Cavab:

Aleykum salam. Təmizlənərkən çox şübhə etmək şeytanın vəsvəsələrindən sayılır. Ona görə də vəsvəsələrə fikir verməyin və bilin ki, insana vacib olan yalnız bacardığı qədər təmizlənməkdir. Həmçinin bilin ki, dinimiz asandır. Uca Allah insana mümkün olmayan işləri buyurmamışdır.

ardını oxu
17-02-2014
Salam aleykum. Bir insanın evində sehr var, onu tapmaq üchün ekstrasensə müraciət etmək olar? O, ekstrasens deyir ki, mən heç nə etmirəm sadəcə telefondan deyirəm ki, filan yerdədi və get götür mənə gətir o cadunu sənin gözüvün qabagında açacam. Allahın ayələrini oxuya-oxuya açacam.
Cavab:

Aleykum salam. Ekstrasenslik falçılığın müasir adıdır. İslama görə cadunu tapmaq, cadudan xilas olmaq üçün falçıya müraciət etmək böyük günahdır.

ardını oxu
17-02-2014
Salam aleykum. Evde pir varsa ne etmeliyik?
Cavab:

Aleykum salam. Sualınızın cavabını daha ətraflı  "Pirlər doğrudurmu?"  linkindən oxuyun.

ardını oxu
17-02-2014
Salam aleykum. Secdede Ayetul Kursi-ni (əl Bəqərə surəsi, 255-ci ayeni) oxumaq olar ve hemchinin destemaz aldiqda da...
Cavab:

Aleykum salam. Namazda qiyam halında əl-Fatihə surəsindən sonra istənilən surəni və ya ayəni oxumaq olar. Həmçinin "Ayətul-Kursi" (əl-Bəqərə, 255) bura daxildir. Lakin səcdədə surə və ayə oxumaq olmaz.

ardını oxu
17-02-2014 Vasif
Salam aleykum. 1)Futbola baxmaq olar 2)Ve ya hemchinin futbol oynamaq olarmi? İmkandirsa bu barede izahli melumat vererdiz.
Cavab:

Aleykum salam. Futbol oynamaq halal idman oyunlarından sayılır. Əgər bu oyunu sadəcə idman və ya istirahət naminə oynayırsa, burada bir qəbahət yoxdur. Bundan əlavə burada mühüm bir məsələyə də diqqət etmək lazımdır.

ardını oxu
17-02-2014
Salam aleykum. Islamda kisinin uzune lezva vurmasi haramdirmi?
Cavab:

Aleykum salam. İslam dininə görə saqqalı qırxmaq kişilərə haram buyurulmuşdur. Peyğəmbər (s.a.s) bu haqda buyurmuşdur: "Allahım mənə saqqal saxlamağı və bığları azaltmağı əmr edib". 

ardını oxu
17-02-2014
Salam. Oz ushaqini doymek gunahdir?
Cavab:

Aleykum salam. Sualınızla bağlı Uşağı dəcəllik etdiyinə görə vurmaq günahdır? linkindən oxuyun.

ardını oxu
17-02-2014
Salam aleykum. Men namaz qilanam. Hicab bağlamamisham, amma tezlikle bağlayacayam. Menim narahatliğim anama ve neneme goredir. Onlar namaz qilmirlar, hicab da bağlamirlar. Onlarin aqibeti nece olacaq? Buna gore chox narahatam. Onlara deyirem, amma etmirler. Allah razi olsun.
Cavab:

Aleykum salam. İnsanın aqibəti Uca Allahdan başqa heç kəsə məlum deyildir. Uca Allah Qurani Kərimdə Ona iman gətirib yalnız Ona ibadət edən və yaxşı işlər görən bəndələrinin aqibətinin gözəl olacağını vəd edir.

ardını oxu
17-02-2014
Salam aleykum. Fərz namazlarının gündə 5 vaxt olduğunu bilirəm. Amma buna dair ayə ilə sübut yazsaniz çox sevinərəm. Çünki bəziləri var, onlar 3 vaxt deyirlər.
Cavab:

Aleykum salam. Cavabı burdan oxuyun: Namaz 3 dəfə qılınmalıdır, yoxsa 5 dəfə?

 

ardını oxu
17-02-2014 tural muradov
Salam aleykum. Ad günü keçirmək barəsində səhih hədis yoxdur amma keçirtmək olmaz deyilən hədisdə yoxdu elə hədis var ki ad gününü haram desin?
Cavab:

Aleykum salam. Quran və səhih hədislərdə olan dəlillər doğum gününü qeyd etmənin dində sonradan meydana gələn yeniliklərdən olduğunu və islam cəmiyyətində bunun heç bir əsası olmadığını göstərir. Şübhə yoxdur ki, doğum gününü qeyd etmək yəhudi və xristianların adət-ənənəsinə uymaq sayılır.

ardını oxu
17-02-2014 Akif
Salam aleykum. Dua və ya quran ayəsi oxuyub savabını hədiyyə etmək olar? Məsələn, duadan sonra, Allahım bu duanın savabını saleh adlı birnəfərə hədiyyə edirəm. Belə demək olar? Cavabı zəhmət olmasa bu e-mailə gönderin. [email protected]
Cavab:

Aleykum salam. Bu Peyğəmbərdən sonra dinə gətirilən bidətdir (yenilikdir). Heç bir səhih hədisdə yaxşı əməl edib savabını kiməsə hədiyyə etmək buyurulmamışdır. Qurani Kərimdə və Peyğəmbərin hədislərindən aydın olur ki, insanın etdiyi əməllərin savabı və ya günahı yalnız özünə aiddir.

ardını oxu
17-02-2014
Salam aleykum. Mən universitetdə oxuyuram, dərsim isə günorta başlayır. Buna görə də günorta, ikindi və axşam namazlarını qıla bilmirəm. Evə gəldikdən sonra qəzasını qılmaq düzgündürmü?
Cavab:

Aleykum salam. Belə etməyiniz düzgün deyildir. Dərslər arası fasilə zamanı və ya icazə alıb namazları qılmaq lazımdır.

ardını oxu
17-02-2014 Lə iləhə illəllah
Salam aleykum. Mən Bakı şəhərindən Samara şəhərinə gəlmişəm, qalacağım müddət Allahın izni ilə təxminən üç ay olacaq. Mən burada səfər qılmalıyam? Salam aleykum va rahmatullahi va bərəkətu.
Cavab:

Aleykum salam. Əgər qalacağınız müddət bəllidirsə, sizin üçün orada tam arxayınlıq və rahatlıq varsa, yaxşı olar ki, səfər yox, adi qaydada qılasınız. Lakin səfər namazı qılsanız, heç bir problem yoxdur. İslam alimləri belə deyirlər.

ardını oxu
17-02-2014 [email protected]
Salam aleykum. Mən sizin sayta birinci dəfədir ki, sual yazıram, inşəAllah cavablandırarsınız. Sualım belədir ki, mənə ismi əzəm duası lazımdır. Xahiş edirəm bilirsinizsə mənə ərəbcə oxunuşunu yazardınız. Mən ərəb hərflərini bilmirəm. Mənə ərəbcə oxunuşu lazımdır.
Cavab:

Aleykum salam. İsmul-A'zəm sözü əzəmətli ad deməkdir. Uca Allahın adları arasında ən əzəmətli adları vardır. Kim həmin adlarla Uca Allaha üz tutub dua edərsə, duası qəbul olunar.

ardını oxu
17-02-2014
Salam aleykum. Həkim və ya müəllimə zəhməti müqabilində verilən bəxşiş haramdırmı?
Cavab:

Aleykum salam. Cavabı buradan oxuyun: Həkim xəstənin verdiyi pulu götürə bilərmi?

ardını oxu
17-02-2014
Salam aleykum. Bu sual məni çox düşündürür. İnsanların cənnət və ya cəhənnəmə getməsi qiyamət günündə bilinəcək? Mənim eşitdiyimə görə qiyamət gününə kimi ölən insanlar Əraf adlanan yerdədirlər. Yalnız qiyamət günü hesabdan sonra insanların hara gedəcəyi bilinəcək?
Cavab:

Aleykum salam. İnsanların cənnətlik və ya cəhənnəmlik olması insan öldükdən sonra qəbirdə bilinir. Belə ki, əgər ölən şəxs mömindirsə, onun cənnətdəki yeri göstərilir və o, qiyamət gününün tez gəlməsini istəyir.

ardını oxu
16-02-2014
salam aleykum oruc olduqda agizdan ister istemez nese pis soz cixir ve bu halda oruc pozulur?
Cavab:

Aleykum salam. Oruc tutarkən günah sözlər danışmaq orucun savabını azaldır. Çünki günah işlər savab işlərə təsir göstərir.

ardını oxu
16-02-2014 Aygün
Salam. Eleykum ne demekdir?
Cavab:

Aleykum salam. "Aleykum" sözü ərəb dilində Sizə, sizin üzərinizə deməkdir. Məsələn, salam verdikdə biz "əs-Səlamu aleykum" deyirik. Yəni "Sizə salam olsun" və ya "Üzərinizə Allahdan salamatlıq ensin" mənalarını ifadə edir.  

ardını oxu
16-02-2014
Salam aleykum. Qəza və Qədər nə deməkdir?
Cavab:

Aleykum salam. Qəza və qədər nə deməkdir? 

ardını oxu
16-02-2014
Salam aleykum. Mən eşitmişəm ki, sağ və sol tərəfimizdə mələklər var sağ yaxşı əməllərimizi yazır sol da pis əməllərimizi bu düzdürmü?
Cavab:

Aleykum salam. Uca Allah buyurur: "Həqiqətən, sizin üstünüzdə nəzarətçilər vardır – çox möhtərəm, əməllərinizi yazanlar. Onlar sizin nə etdiklərinizi bilirlər". (əl-İnfitar, 10-12).

ardını oxu
16-02-2014
Salam aleykum. Namaz qılan qadına ətir vurmaq olarmı?
Cavab:

Aleykum salam. İstər evli, istərsə də subay qadınlara naməhrəm olmayanların yanında, həmçinin digər qadınların yanında ətir vurmaq olar. Evdən çıxarkən kişilərin yanından keçəcəksə və ya onlar olan yerə gedəcəksə, ətirlənmək olmaz. 

 

ardını oxu
16-02-2014
Salam aleykum. Mən anam və atam üçün günahlarının bağışlanmasını diləyirəmsə Allahımnan bu qəbul olunurmu? Yəni onların günahları azalırmı? Allah razı lsun sizdən.
Cavab:

Aleykum salam. Valideynlərə dua etmək, Allahdan onlara bağışlanma diləmək valideynlərin övladları üzərində olan haqlarındandır. Uca Allah Qurani Kərimdə Nuh peyğəmbərin belə dua etdiyini xəbər verir: "Ey Rəbbim!

ardını oxu
16-02-2014
Salam aleykum. Mömin qadın əmisi oğlunun yanında hicabını açsa günah olar?
Cavab:

Aleykum salam. Qadın üçün əmioğlu naməhrəm sayılır. Ona görə də qadının əmioğlunun yanında hicabsız olması günahdır.

ardını oxu
16-02-2014
Salam aleykum. Aileə qurmuş mömin kişi və qadının birlikdə namaz qılması günahdırmı? xaiş edirəm bu haqda mənə məlumat verərdiz.
Cavab:

Aleykum salam. Yaxşı olar ki, yeni evlənənlər birlikdə iki rükət namaz qılsınlar. Bu barədə iki hədis rəvayət olmuşdur. Əbu Səid demişdir: "Mən kölə idim. Evləndim.

ardını oxu
16-02-2014
Salam aleykum. Şərait yoxdur yuyunmaga qışdı. və hər şey donur. Bilmək istərdim ki, yuyunmayıb durduqda dəstəmaz alarkən insan temizlenir?
Cavab:

Aleykum salam. Dəstəmaz nəcasətdən təmizləndikdən sonra alınır. Əgər su varsa, o sudan az miqdarda istifadə edib təmizlənmək olar və ya ehtiyac duyularsa, (quru və yaş) solfetkalardan da istifadə etmək olar. 

ardını oxu
16-02-2014
Salam aleykum. Namazda azan verəndə əmirəl muminine Əliyyən Vəliyullah işlədirlər bəzi məsçidlərdə. Xahiş edirəm ki, bunun ətraflı izahını verəsiniz. Təşəkkür edirəm. Allah razı olsun.
Cavab:

Aleykum salam. Bu cavabı oxuyun: Kəlimeyi-şəhadət necə deyilməlidir?

ardını oxu
16-02-2014 Fatime
Salam aleykum. Elmdə yadplanetlilərin mövcudluğu haqqında çox məlumatlar var. Bəs Qurani Kərimdə bu haqda nə deyilir?
Cavab:

Aleykum salam. Uca Allah aləmlərin - yeddi qat səmanın, yerin və bunların arasında olanların Rəbbidir. Biz bilirik ki, Uca Allahın yaratdığı gözəgörünməz məxluqlar - mələklər, cinlər vardır. Dünya alimləri başqa planetlərdə şüurlu məxluqların olmasını nə təsdiq edir, nə də inkar edirlər.

ardını oxu
16-02-2014 Aişə
Salam aleykum. Hamilə qadın namaza dəstəmaz almağa cətinlik çəkirsə, xəstələnəcəyindən qorxursa müvəqqəti təyəmmüm ala bilərmi?
Cavab:

Aleykum salam. Bəli, insan xəstələnəcəyindən ehtiyat edib, müvəqqəti olaraq, xəstəlik təhlükəsi aradan qalxana qədər təyəmmüm ala bilər.

ardını oxu
16-02-2014 Allahin qulu
Salam aleykum. Necəsiniz? Mən universitetə hazırlaşıram. Amma namazlarımı qəzaya buraxmıram. Lakin, bəzən zöhr ilə əsri birləşdirirəm (həmişə yox) hazırlığa getdiyim üçün. O da ki, həftədə iki dəfə olur. Belə etmək olar?
Cavab:

Aleykum salam. Əlhəmdulilləh, yaxşıyıq, Allah razı olsun. Cavabı buradan oxuyun: Zərurətdə namazı birləşdirmək olarmı?

ardını oxu
16-02-2014
Salam aleykum. Necəsiniz? Donuz əti niyə haramdır? Ətraflı məlumat verərdiniz. Amma bir az tez yazın da cavabı, hər gün yoxlayıram, cavab gec gəlir.
Cavab:
Və aleykum Salam.
ardını oxu
16-02-2014
Salam aleykum. Mən çox üzr istəyirəm sübh namazında çox vaxt namaz qılan zaman istər istəməz bağırsağımda yel yaranır. Bu zaman Namazım batil olur? Allah sizə yar olsun!
Cavab:

Aleykum salam. Qarında yelin yaranması dəstəmazı pozmur, xaricə yel çıxması isə pozur. Daha ətraflı: Dəstəmazı pozan amillər

ardını oxu

Pages