26-02-2014
Salam aleykum. Deyirler yere tufurmek olmaz bu duzdur?
Cavab:

Aleykum salam. Məscidin yerinə tüpürmək olmaz. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Məscidə tüpürmək günahdır. Kəffarəsi isə üstünü torpaqlamaqdır". (Səhih əl-Buxari və Səhih Muslim).

ardını oxu
26-02-2014
Salam aleykum. Bizim mescidin imami günahkar imamdir. Onun arxasında namaz qilmaliyiqmi? Yoxsa fitne chixartmadan bashqa imam sechek?
Cavab:

Aleykum salam. Alimlərin böyük əksəriyyətinə görə bir məsciddə namazlara daimi təyin olunmuş şəxs imamlıq edirsə, onun zahirən müsəlman olduğu müddətcə və ondan başqasının arxasında namaz qılmaq imaknı olmadıqca, həmin imamın arxasında namaz qılmaq icazəlidir.

ardını oxu
26-02-2014 ze
Salam aleykum. Hıcablı xanım nece geyınmelıdır?
Cavab:

Aleykum salam. İslamda müsəlman qadın üçün örtülmə qaydası Quranın "ən-Nur" surəsində izah edilir. Həmin ayəyə əsasən üz və əllər istisna olmaqla bədənin digər hissələri tamamilə örtülməlidir.

ardını oxu
26-02-2014 natiq
Salam aleykum. Günde neçə dəfə namaz qılmaq müsəlmanlara vacib buyurulub?
Cavab:
ardını oxu
26-02-2014
Salam aleykum. Namaz kimlere vacibdir ve insan namaz qilarken Allahin huzurunda nece olmalidir?
Cavab:

Aleykum salam. Namaz qılmaq ağılı başında olan və həddi büluğa çatan hər kəsə vacibdir. Namazda mütiliklə dayanmaq lazımdır.

ardını oxu
25-02-2014
Salam aleykum. Niye qeybet gunahdir?
Cavab:

Aleykum salam. Allahın Rəsulu (salləlahu aleyhi və səlləm) qeybəti belə izah etmişdir: "Qeybət nədir, bilirsinizmi?". Səhabələr (Allah onlardan razı olsun) cavab verdi: "Ən yaxşısını Allah və Rəsulu bilər".

ardını oxu
25-02-2014 ruqiyye
Salam aleykum. Bilmek isterdim ki, bu saytda sualları cavablandıran kimlərdir və harada təhsil alıblar? Chunki ehli sunnede o qeder mezheb var ki, uydurma hedıslere qeder deyirler. Ona gore ehtiyat ediri. Xahış edirem deyin.
Cavab:

Aleykum salam. Bu saytda sualları cavablandıran şəxslər İslam universitetlərində təhsil almış bir qrup ilahiyyatçı mütəxəssislərdir. Dini məsələlərdə ehtiyat etməyiniz təqdirəlayiq bir haldır.

ardını oxu
25-02-2014 Elşin
Salam aleykum. Men gunorta Namazini 4 ruket sunnet 4 ruket ferz ve 2 ruket sunnet qiliram. İşa namazini da eyni qayda da 4 rüket sunnet, 4 rükət ferz ve 2 rükət sunnet ve elave 1 rükət də Vitr namazını qiliram. Bu duzgundurmu? Evvelceden teşekkur edirem.
Cavab:

Aleykum salam. İşa namazından əvvəl iki rükət qılınır. Dörd rükət qılınması haqda səhih hədis gəlməmişdir. Bundan başqa etdikləriniz Peyğəmbərin sünnəsinə müvafiqdir. 

ardını oxu
25-02-2014 shamil
Salam aleykum. Men bilmek isterdim ki, dünyanin sonu nece bilinecek?
Cavab:

Aleykum salam. Dünyanın sonunun nə vaxt baş verəcəyini Allahdan başqa heç kəs bilmir. Lakin Uca Allah sonuncu Peyğəmbəri Muhəmmədə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dünyanın sonunun, yəni qiyamətin əlamətlərini bildirmişdir.

ardını oxu
25-02-2014
Salam aleykum. Men qadinam ve namaz qilmiram. Helelik tesbeh chevirirem bu qadina gunahdirmi?
Cavab:

Aleykum salam. İstər qadın, istərsə də kişi, yaxşı olar ki, sayla olan zikrləri əl barmaqlarıyla etsin. Təsbehlə zikr etmək bəyənilmir. Daha ətraflı buradan oxuyun: Namazdan sonra təsbeh çəkmək olar?

ardını oxu
25-02-2014
Salam aleykum! Bildiyimiz kimi Həvva Adəmin qabırğasından yaradılıb. Adəm və Həvvanın ovladları olandan sonra insanlar necə artdı? Bu haqda yazmagınızı xahiş edirəm! Çunki deyirlər ki, onların uşaqları bir-biri ilə evləniblər. Bu düzdümü? Əvvəlcədən təşəkkur edirem!
Cavab:
ardını oxu
25-02-2014
Salam! Kişilər niyə sünnət olunurlar?
Cavab:

Aleykum salam. Sünnət olunmaq kişinin yaradılışına yerləşdirilən fitri xüsusiyyətdir.

ardını oxu
25-02-2014
Salam Aleykum. Men bilmek isteyirem ki, deyirler gece vaxti dirnaq kesmek omru qisaldir. Bu duzdur?
Cavab:

Aleykum salam. Gecə vaxtı dırnağı tutmaq ömrü qısaltmır. Çünki ömrün dırnaq tutmaqla heç bir əlaqəsi yoxdur. İslam dininə görə hər hansı bir əməlin, rəqəmin, ayın, günlərin, əşyanın uğursuz, pis əlamət olması anlayışı yoxdur.

ardını oxu
25-02-2014
Salam aleykum. Qeza namazlari neche rüket ve ne vaxt qilinir?
Cavab:

Aleykum salam. Qəza namazları elə olduğu kimi, yəni nə şəkildə qəzaya qalmışdırsa, həmin şəkildə də qılınır. Sadəcə burada yalnız fərz qılınacaq. Sünnətlər qılınmır.

ardını oxu
25-02-2014
Salam aleykum. İçkili halda Quran olan otaga girmek olarmı? Eger sonradan bilib ki, evde Quran var. Bele halda tövbe etmek ve yaxud hansısa bir duamı oxumaq lazımdır?
Cavab:

Aleykum salam. Qurani Kərim Uca Allahın kəlamıdır. Qurani Kərimə hörmətlə yanaşmaq, Uca Allaha olan imandan irəli gəlir.

ardını oxu
25-02-2014
Salam aleykum. Allahin rehmeti ne demekdir?
Cavab:

Aleykum salam. Uca Allahın mərhəməti hər şeyi əhatə etmişdir. Bu, həm Allaha itaət edən, həm də Ona qarşı çıxan bəndələrin hamısını əhatə edən mərhəmətdir. Lakin Allahın xüsusi mərhəməti vardır ki, bu da yalnız Onun mömin qullarına aid edilir.

ardını oxu
25-02-2014
Salam aleykum. Fit calmaq olarmi?
Cavab:

Aleykum salam. Cavabı buradan Əl çalmaq olarmı? oxuyun.

ardını oxu
25-02-2014
Salam aleykum. Qurani Kerime el qoyaraq and ichmek duzgundurmu?
Cavab:

Aleykum salam. İslama görə Qurana yalnız Uca Allahın kəlamı kimi and içmək olar. Amma əl basaraq and içmək düzgün sayılmır. Çünki Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) əlini Qurani Kərimə basaraq and içməmişdir.

ardını oxu
22-02-2014 Polad
Salam aleykum. 1)Ölüler bizi eshidir? Chünki Quranda Tovbe suresinin 105-ci ayesinde Allah onların eşidib goruduyunu deyir: "De: “(Ey insanlar, ey tövbəkarlar! İstədiyinizi) edin. Allah, Onun Peyğəmbəri və möminlər əməllərinizi görəcəklər.
Cavab:

Aleykum salam.

ardını oxu
22-02-2014
Salam aleykim. Demeli sualim beledir. Elem gezdirmek nedir? Bunun dinle bagliligl varmi? Elemi adi bir adam gezdire bilermi, yoxsa gerek seyyid ve yaxud dindar adam olmalidlr? Men görmüshem ki, nezir tuturaq elem agacina nese, shal, kelagayi baglayirlar. Bu ne mena dashiyir?
Cavab:

Aleykum salam. Ələm gəzdirməyin və ya ələm düzəldib məscidlərə asmağın İslam dini ilə heç bir əlaqəsi yoxdur. Nə Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun), nə səhabələri və onlardan sonra gələnlər ələm gəzdirməyiblər.

ardını oxu
22-02-2014 Əsma
Salam aleykum. Sene qurban olaram demek olarmi? Chunkı ınsandan qurban olmaz deyırler. Sayt acib bızlerin suallarını gozel şekilde cavablandırdıgınız uchun sıze teşekkur edirik.
Cavab:

Aleykum salam. Ana dilimizdə "Sənə qurban olum!" demək "Canım sənə fəda olsun!" mənasını ifadə edir.

ardını oxu
21-02-2014 Allahın qulu
Salam aleykum. Size bir meseleni danishmaq isteyirem. Bizim mektebde menim babam yashinda, yeni 64 yashinda bir tarix muellimi var. O chox mehriban insandir. O hemishe mektebde bizi gorende gelir gorushur. Esasen de qizlarla... Chunki onun qiz nevesi yoxdur.
Cavab:

Aleykum salam. Kişinin naməhrəm qadınla görüşməsi haramdır. Bilə-bilə etdiyimiz əməllərə görə məsuliyyət daşıyırıq.    

ardını oxu
21-02-2014
Salam aleykum. Ebulfez aga kim olub?
Cavab:

Aleykum salam. Əsl adı Qəməri Bəni Haşim Əbulfəz Abbasdır (Allah ondan razı olsun). Möminlərin əmiri Əlinin (Allah ondan razı olsun) oğullarından biridir. Əhli-Beytdən hesab olunur. Əbulfəz Abbas (Allah ondan razı olsun) hicrətin 26-cı ilinin Şaban ayının 4-də dünyaya göz açmışdır.

ardını oxu
21-02-2014
Salam aleykum. Bir insan toyuq kesib ancaq " bismilleh" demeyib. Bu toyugun etini yemek haramdirmi?
Cavab:

Aleykum salam. Əgər kəsən şəxs müsəlmandırsa və unutqanlığından dolayı "bismilləh" (Allahın adı ilə) deməyibsə, onda həmin əti yeyərkən "bismilləh" (Allahın adı ilə) deyib yemək lazımdır.

ardını oxu
20-02-2014
Salam aleykum. Men tovbe namazı qilmisham. Niyyet etdim ve dedim ki, tovbe namazi qiliram. İki ruket qildim. O biri namazlarda dediyim sureleri oxudum. Sizce tovbem qebul olubmu? Duz qilmisham?
Cavab:

Va aleykum Salam. Tövbə etmək üçün namaz qılmaq vacib deyil, amma istəyən qıla bilər.

ardını oxu
20-02-2014
Salam aleykum. Islamda el chalmaga nece baxilir? Buda sheytan emelidirmi?
Cavab:

Aleykum salam. Ümumiyyətlə islam dininə görə əl çalmaq, fit çalamq və digər buna bənzər hərəkətlər cahiliyyət dövrünün əməllərindən hesab edilir. Bu barədə ən azı onu söyləmək olar ki, bu əməl bəyənilməyəndir. Bununla yanaşı bu barədə olan dəlillər bunun haram olduğuna dəlalət edir.

ardını oxu
20-02-2014 murad selefi
Salam aleykum. Sehihi Buxaide Omer deyir ki, uzursuz qilib. Sorushdum ki, niye bele etdiniz, dedi ki, ummetim uchun chetinlik olmasin. Onda Sehihi Buxarideki hedis sehvdi?
Cavab:

Salam aleykum. Sualı qısa şəkildə yazdığınız üçün tam anlaya bilmədim. Xahiş edirəm ki, sualı yenidən ətraflı və aydın şəkildə yazasınız. 

ardını oxu
20-02-2014
Salam aleykum. Qadinin qashlari chox qalindi, kishiye oxshuyur. O qashlarini kishiye benzememek meqsedi ile seliqeye sala bilermi?
Cavab:

Aleykum salam. Bəzi İslam alimlərinə görə həddindən artıq çox olduqda üz tüklərinin alınmasına icazə verilir. 

ardını oxu
20-02-2014
Əssələmu aleykum va rahmətullahi va bərakətuhu. 1)Gun erzinde bir chox tanishlarimizi goruruk. Ve onlarla salamlashiriq. Bilmek isterdim ki, qadinlarin kishilerle el ile gorushmesi haramdir? Ve ya yanaq-yanaga opushmesi...? 2)Namaz qilarken men qulagim eshidecek ucaliqda sozleri deyirem.
Cavab:

Aleykumus sələm və rahmətullahi və bərakətuhu.

1) Yad (naməhrəm) qadınlara bilə-bilə toxunmaq, onlarla əl ilə görüşmək haramdır. 

2) Namazda dodaq quruyursa, dil ilə islatmaq olar.

ardını oxu
20-02-2014
Salam aleykum. 1)Men bilmek isterdim ki, qebir üstüne gedende, qebire niye su tokurler? Su gedib qebre chatirmi? 2)Qebir üstünde ölüye dua oxumaq ve onunla danishdiqda bu gedib ölüye chatir?
Cavab:

Aleykum salam. İslam dininə görə qəbirlərin üzərində yerimək, oturmaq, onları taptalamaq, oranı toplantılar üçün yer təyin etmək, qəbiri öpmək, üzərinə gül qoymaq və ya su tökmək olmaz. Qəbir üstündə ölüyə dua etmək və bağışlanma diləmək şəriətə uyğundur.

ardını oxu
20-02-2014 Aişə
Salam aleykum. Men namaz qiliram, ama musiqiye de qulaq asiram. Nedense ondan el cheke bilmirem. Allaha dualar edirem haradasa eshiden kimi nefsimi saxlaya bilmirem. Deyirler ki, haramdi, gunahdi, qulaq asma! Amma yene de qulaq asiram. Men bununla gunah qazanib savablarimi itirirem?
Cavab:

Aleykum salam. Günah işlər insanın imanını zəiflədir, savablarını azaldır, insanı Allahdan uzaqlaşdırır və xeyirdən məhrum edir. Allaha yalvararaq çoxlu dua edin ki, bu əməldən uzaqlaşmağı sizin üçün asanlaşdırsın. Musiqiyə qulaq asmaq həvəsi gəldikdə, axirəti xatırlayın.

ardını oxu
20-02-2014 A
Salam aleykum. Öz uşağım cox dəcəl olduğundan məni cox əsəbləşdirir. Nə qədər hirsimi cilovlasamda axırı dözə bilməyib onu vurur ve ya döyürəm. Sonra cox peşman olsamda bunu yenə təkrar edirəm. Bu hal ne dərəcədə günahdir?
Cavab:

Aleykum salam. Tərbiyə məqsədi ilə üzə və ya başa vurmadan uşaqları yüngül vurmağa icazə verilir.

ardını oxu
20-02-2014 Aynur
Salam aleykum. Men namaz qilarken ozum de istmeden fikrim chox vaxt bashqa yere gedir. Ve bunun neticesinde namazda bezi sehvler buraxiram. Bu gunahdirmi? Gunahdirsa ne derecede gunahdir? Fikrimin qarishmamasi uchun ne ede bilerem?
Cavab:
ardını oxu
20-02-2014 elsad
Salam aleykum. Boks idman novune getmek istiyirem. Bu halaldi yoxsa haram? Chunki Qurani Kerimde ozunuze zulm etmeyin deyir. Oradasa baxmisham agiz da qaniya biler. Birde mohurle namaz qilmaq olar? Chunki Sehih Buxaride Peygember uzursuz namazlari birleshdirib qilib yazilib...
Cavab:

Aleykum salam. Boksda həyat üçün təhlükə, bədənə zərər, üzə vurmaq və digər şeylər olduğu üçün bu idman növü ilə məşğul olmaq qadağandır. Uca Allah buyurur: "...Öz əlinizlə özünüzü təhlükəyə atmayın, yaxşılıq edin!

ardını oxu
19-02-2014
Salam aleykum. Bir otaqda araq ichilirse ve mende o otaqda namaz qiliram, bu mene gunah sayilirmir?
Cavab:

Aleykum salam. Spirtli içkilər olan otaqdan başqa otaq yoxdursa, namaz qılmaq olar. 

ardını oxu
19-02-2014
Salam aleykum. Hecce ziyarete getdikde shekil chekdirmek olarmi? Gunah olmaz?
Cavab:

Aleykum salam. Həccə getdikdə şəkil çəkdirmək ilə adi hallarda şəkil çəkdirməyin hökmü eynidir. Daha ətraflı İnsanın şəklini çəkmək günahdır? linkindən oxuyun.

ardını oxu
19-02-2014
Salam aleykum. Allah sizden razi olsun. Amin!... Göz-nefise gore uzerlik yandirmaq olarmi? Yaxudda uzerikle, duzu bashdan aylandirmaq olar?
Cavab:

Aleykum salam. Gözdəyməyə qarşı üzərlik və ya duz yandırmaq, həmçinin, göz muncuğu, həmayıl gəzdirmək günahdır. Çünki bununla Allahdan qeyrisinə pənah aparmış və Ona şərik qoşmuş olursan.

ardını oxu
19-02-2014
Salam aleykum. Siqaret chekmek gunahdirmi?
Cavab:

Aleykum salam. Siqaret çəkmək haramdır, çünki siqaret çəkmək həm insanın dininə, onun səhhətinə, əxlaqına, ətrafında olan insanlara, ruzisinə, qüvvəsinə, bir sözlə dünya və axirətinə böyük ziyan vurur.

ardını oxu
19-02-2014
Salam aleykum. Kasib bir adama geyimlerimden vere bilerem? Amma geyinmishemse oz geyimlerimi verirem, bununla gunah etmirem?
Cavab:

Aleykum salam. Kasıba istər təzə, istərsə də geyinilmiş paltar verə bilərsiniz. Bu əməl günah yox, əksinə savabdır. Peyğəmbər (Ona Allahın salamı və salavatı olsun) demişdir: "Hər bir yaxşılıq sədəqədir".

ardını oxu
19-02-2014
Salam aleykum. İnshallah sozunun menalari nelerdi?
Cavab:

Və aleykum Salam. İn şəə Allah sözü "Əgər Allah istəsə" və ya "Allahın izni ilə" deməkdir. Bu ifadə dilimizdəki "Allah qoysa" ifadəsinə müvafiq hesab etmək olar.

ardını oxu
19-02-2014
Salam aleykum. Kimese borc verib kimdense borc almaq olarmi?
Cavab:

Aleykum salam. Sualınızın cavabını buradan Borc alıb, borc vermək günahdır? oxuyun.

ardını oxu
19-02-2014
Salam aleykum. Allah Teala sheytana deyende Ademe secde et, o secde elemedi. Ona gore Allah Teala onu oz dergahindan qovdu. Melekler insanlara secde edirmi? Yoxsa bu sehv fikirdir? Bununla bagli oz fikirlerinizi bolusherdiniz. Allah razi olsun.
Cavab:

Aleykum salam. Mələklər Uca Allahın əmrinə müvafiq yalnız Adəmə (Ona Allhın salamı olsun) səcdə ediblər. Onlara Allah tərəfindən Adəmə səcdə edin deyildikdə, onlar yubanmadan Allahın əmrini yerinə yetirdilər.

ardını oxu
19-02-2014 Lalə
Assalamu aleykum. Kendimizde bir neche nefer Kerbelaya ziyarete gedir. Hemin bankin pulunu pensiyasindan odeyir ve deyir ki, oz halal pulumla gedirem. Bele ziyaret duzgundurmu? Allah yaninda bu cur ziyaret qebuldurmu? Xahish edirem ki, bu barede mene etrafli melumat veresiz. Chox sag olun!
Cavab:

Aleykum salam. Kredit götürmək haramdır. Daha ətraflı: Kredit götürmək haqqında

ardını oxu
19-02-2014
Salam aleykum. Yeni dogulan ushaga gore namaz qilan insanin namaz qilmayan insana yemek-ichmek vermesi duzgundurmu? Ichki olmaq sherti ile...
Cavab:

Aleykum salam. Yeni doğulan uşaq üçün şəriətdə qurban kəsmək buyurulur. Bu qurbana "əqiq" deyilir. Oğlan uşağı üçün iki, qız uşağı üçün isə bir baş qoyun kəsilməlidir. Kəsilən qurbandan ziyafət vermək və namaz qılmayanları da dəvət etmək olar.

ardını oxu
19-02-2014 Vasif
Salam aleykum. Deccal harada peyda olacaq? Chunki bu gunler youtube-da Israilde bir gozlu ushagin olmasini gordum. Bu deccal ola bilermi? Allah razi olsun.
Cavab:

Aleykum salam. Məsihi Dəccal Adəm övladından olan bir kişidir. Qiyamətə yaxın vaxtda çıxacaq və insanların çoxu onun fitnəsinə uyacaqdır.

ardını oxu
19-02-2014 arifa
Salam. Namaz qilarken her bir insanda oldugu kimi mende de birden haramsa mohkem qashinir ve butun fikrim dagilir. Namaz vaxti qashinan yeri qashimag olarmi? Evvelceden oz minnetdarligimi bildirirem.
Cavab:

Aleykum salam. Namazda yüngülcə qaşınmaq olar və bu namazı batil etmir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) səcdə yerinin torpağını düzəltmək istəyənlərə demişdi ki, "əgər belə etsən, onda bir dəfə et".

ardını oxu
19-02-2014 Vasif
Salam aleykum. Hz. Mehdi kimdir? Onun ishi nedir?
Cavab:

Və aleykum Salam. Mehdi əhli beytdən olan bir kişinin ləqəbidir. Özü Həsən ibn Əli ibn Əbu Talibin nəslindəndir.

ardını oxu
19-02-2014 Vasif
Salam aleykum. Bezi insanlar deyirler ki, bir defe yashanan omurdu kef elemek lazimdir. Ancaq onlara deyende ki, insanlar qiyamet gunu dirilecek ve Allah qarshisinda cavab verecekler. Ele insanlari nece basha salmaq lazimdir?
Cavab:

Aleykum salam. Bu cavabı oxuyun: Axirətə yalan sayanları necə inandıraq?

ardını oxu
19-02-2014 Vasif
Salam aleykum. Qurani Kerimde bele bir aye varmi ki, Allah Teala bezi insanlara cehennemi gosterdikden sonra onlari cennete yerleshdirsin. Yoxsa cehennem ehli daimi olaraq cehennemde qalacaq. Allah razi olsun.
Cavab:

Aleykum salam. Bəzi insanlar böyük günahlar etdiklərinə və vacib əməlləri tərk etdiklərinə görə Cəhənnəmə girəcəklər. Bir müddət orada əzab çəkdikdən sonra Cənnətə daxil olacaqlar.

ardını oxu
19-02-2014 Vasif
Salam aleykum. Qurani-Kerim olan otaqda yatmaq olarmi?
Cavab:

Aleykum salam. Qurani Kərim olan otaqda yatmağın qadağan edilməsi barəsində heç bir səhih hədis yoxdur.  

ardını oxu

Pages