12-02-2014
Salam aleykum. Qadinin tesbeh chevirmeyi gunahdirmi? Bunu oyrenmek isterdim.
Cavab:

Aleykum salam. Cavabı buradan oxuyun: Namazdan sonra təsbeh çəkmək olar?

ardını oxu
12-02-2014
salam aleykum istixare namazi nece qilini? ve hansi sureleri deyim? birdeki istixare namazin gece qilib yatmaq lazimdir ? yoxsa hervaxt qilmaq olar? zehmet olmasa sualma cavab yazardizda indiden ALLAH RAZI OLSUN
Cavab:

Aleykum salam. Cavabı buradan oxuyun: İstixarə namazını qılarkən nə oxumaq lazımdır?

ardını oxu
12-02-2014
Salam aleykum. Men hardasa 7 il bundan qabag namaz qilirdim ve o erefede anam yuxuda gordu ki, Əli (aleyhis selem) oturub ve xenceri de stolun ustundedir. O elinde bir kagiz anama uzadib ki, o kagizi mene versin. Bu ne mena verirdi?
Cavab:

Aleykum salam. Yuxunun nə məna verdiyini deyə bilmərik. Yuxu haqqında bu linklərdən oxuyun:

Yuxu haqqında

Yuxuda rəhmətə getmiş insanı görmək nə mənaya gəlir?

ardını oxu
12-02-2014
Salam aleykum. Mən hal-hazırda Moskvadayam. Mən yuxumda gördüm ki, mənə deyilir ki, sənin prablemin həll olunsun deyə Isa peyğəmbərin namazını qıl. Mən bilmədiyim üçün, ancaq Isa peyğəmbərə hədiyyə namazı qıldım və hacət namazı qıldım. Bu nə demək idi?
Cavab:

Aleykum salam. Namaz yalnız Uca Allah üçün qılınır, heç bir peyğəmbər üçün namaz qılmaq olmaz. Həmçinin bütün yuxulara inanmaq da olmaz.  Bu mövzuları oxuyun:

Yuxu haqqında

ardını oxu
12-02-2014
Salam aleykum. Mənim iyul ayinda qızım dünyasını dəyişib. Səkkiz günlük idi. Mən hal hazırda istirahət etmək üçün bir az başım sakitləşsin deyə başqa ölkəyə gəlmişəm. Mən hardasa üç gün bundan öncə yuxuda gördüm ki, bur qız uşağı hardasa beş yada altı yaşında, mənə tərəf gəlir.
Cavab:

Aleykum salam. Bunu deyə bilmərik. Amma yuxuya görə məyus olmaq olmaz. Bu mövzuları oxuyun:

Yuxu haqqında

Yuxuda rəhmətə getmiş insanı görmək nə mənaya gəlir?

ardını oxu
12-02-2014
Salam aleykum.
Cavab:
Və aleykum Salam. Vicdan əzabı çəkməyin. Övladınızın ölməsi əvvəlcədən onun üçün müəyyən edilmiş qədərdir. Uca Allah buyurur: "Allahın izni olmayınca heç kəsə ölüm yoxdur. O, vaxtı müəyyən edilmiş bir yazıdır. (Ali-İmran, 145).
ardını oxu
11-02-2014 lale
Salam aleykum. bilmek isteyirem ki, mömin bir shexse bankdan pul goturmek olar ya yox? Meqsed evi temir etmekdir.
Cavab:

Aleykum salam. Xeyr, Rəsulullah (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bunu qadağan etmişdir: "Rəsulullah ribanı (faiz) yeyənə, yedirdənə (burada faiz alan və verən nəzərdə tutulur), (müqaviləni) tərtib edənə, şahidlik edənə lənət etdi və: "Onlar bərabərdirlər", – dedi.

ardını oxu
11-02-2014 murad selefi
salam internetden istifade etmek olar??cun ki peygember dovrunde olmuyub hemde peygember demiyib bele weyi
Cavab:

Aleykum salam. Əlbəttə ki, xeyirli məqsədlər üçün internetdən istifadə etmək olar. 

ardını oxu
11-02-2014
Bismillah Sözünün Mənası Nədir?
Cavab:

Salam aleykum. Bu məqaləni oxuyun: əl-Fatihə surəsinin təfsiri

ardını oxu
11-02-2014
Salam aleykum. Zina nədir və zina günahdırmı?
Cavab:

Aleykum salam. Bu cavabı oxuyun: Zinadan necə qorunmaq olar?

ardını oxu
11-02-2014 Bəhruz
Yoldaşım dunyasın dəyişib.Qəza namazların qılıram.Mənim qılmaqım icazəlidir ya-yox.Saqlıqında namaz əhli idi
Cavab:

Salam aleykum. Müsəlman ən yaxın adamları olsa belə özündən başqa kəslər üçün qəza namazlarını qılmamalıdır. Çünki Peyğəmbər (salləllahu aleyhi və səlləm) nə özü belə etmiş, nə də insanlara bunu buyurmuşdur. Bu sonradan dinə gətirilən yeniliklərdir (bidət).

ardını oxu
10-02-2014
salam. niye suallara cavab yazan ve ya meqaleleri yazanlarin adini qeyd etmirsiniz? halbuki diger saytlarda her meqaleni hazirlayanin adi qeyd olunur. nedense adinizi qeyd etmeye cekinirsiniz.niye?
Cavab:

Aleykum salam. Adlarımızı qeyd etməkdə və ya etməməkdə bir problem görmürük. Sadəcə olaraq suala cavab verən insanların bəziləri adlarının qeyd olunmasını istəmədi. Buna görə də qalan insanların adlarını qeyd etməkdən çəkindik.  

ardını oxu
10-02-2014
Salam aleykum. O biri dunyada bizleri kim sorguya chekecek? Ve qebir ezabi duzdurmu? Qiyamet olacag indi ölenler hara gedir? Ve indi ölenler qebir ezabi chekirler?
Cavab:

Aleykum salam. Qiyamət gününə qədər bütün ölən insanlar "bərzəx" adlanan qəbir aləminə gedirlər. İnsan qəbirə qoyulduqda onun yanına Nəkir və Munkir adlı iki mələk gəlir və ona "Rəbbin kimdir?", "Dinin nədir?", "Peyğəmbərin kimdir?" suallarını verir.

ardını oxu
10-02-2014
Salam aleykum. Sualim beledir. Bezen deyirler ki, cadu olunub ve bunu mundarlamaq lazlmdlr. Ozu de sidikle ve araqla, bu ne derecede inandiricidir?
Cavab:

Aleykum salam. Cadu olunduqda murdarlamaq olmaz. Cadu olunduqda insanlar cadunun açılması üçün cadugərlərə müraciət edir və cadugərlər onların murdarlanmağını tələb edirlər. Bununla onlar insana yenidən cadu edərək şeytanların onun bədəninə asanlıqla daxil olmasını istəyirlər.

ardını oxu
09-02-2014
salam dinimizde sebre inanmaq duzdu men duzdu bele seylere inanmiram amma anam cox inanir tek sebr gelen kimi deyr isderm alnmyacaq sizce bu nederecede duzdu inanmaq lazimdi ya yox
Cavab:

Aleykum salam. Bu sadəcə, xurafatdır. Daha ətraflı: Asqırmaq səbr etməli olduğumuzu bildirir?

ardını oxu
09-02-2014
Salam aleykum.Namazin sunnesi neche ruketdi?ferz namazlari neche ruketdirse sunnesi de o qederdi?mes.sham namazi 3 ruketdir,sunnesi de 3 elemi? birde sunne ferzden evvel qilinir?
Cavab:

Aleykum salam. Sualnızın cavabını buradan oxuyun: Namazın sünnətləri nə qədərdir?

ardını oxu
09-02-2014
Salam aleykum. Menim size bir sualim var. Goresen yuxulara inanmaq olarmi? Xahiş edirem bu suala tez cavab yazasiniz...
ardını oxu
09-02-2014
Salam aleykhum. Men evde tek olanda qorxuram. Amma neden heç ozumde bilmirem. Ele bil kimse meni chagirir. Men onda chox qorxuram. Xahiş edirem sualima cavab veresiz.
Cavab:

Aleykum salam. Cavabı buradan oxuyun: Qaranlıq düşən kimi qorxuram...

ardını oxu
09-02-2014
salam aleykum... onceden tewekkur edirem...sualim beledirki qadinla kiwi bir yerde namaz qila bilermi ve eger 2 nefer qilirsa bu imam namazi kimi qilinmalidirmi????
Cavab:
ardını oxu
09-02-2014
Salam aleykum.Necesiz ?''qaranliq dushen kimi qorxuram'' deyen men idim.Amma 1-2 gundur qorxum yoxdur.Baqishlayin ifademe gore,men heyz olandan qorxu hiss etmirem.Yeni,1-2 gundur.Bu sheytan emelleri ola bilermi?Namazdan meni uzaqlashdirmaq istediyine gore?
Cavab:

Aleykum salam. Ümumiyyətlə, bəzən qadınlarda heyzdən əvvəl müəyyən qorxu və ya narahatlıq hallarına rast gəlinir. Sizdə olan qorxu da bununla bağlı ola bilərdi. Doğrusunu Allah bilir. Hər bir halda vəsvəsəyə fikir verməyərək namaza və Allahı daha çox zikr etməyə davam etməliyik.

ardını oxu
09-02-2014 Ceyhun
Salam aleykum. İslamda təqlid vacibdir? Birde sunni shie qardashdirlarmi? Bes selefiler ve xevaricler kimlerdirler?
Cavab:

Aleykum salam. Təqlid haqqında buradan oxuyun: İslamda təqlid varmı?

ardını oxu
09-02-2014
Salam aleykum.Siz haradan bilirsiniz ki,Resullullah(sallallahu aleyhi ve sellem)namazi mohurle qilmiyib?ve yaxud mohurle qilib?Gormusunuz gozlerinizle?Size niye inanaq?Qurandan ayelerle delil getire bilersiz?Esas odur ki,hamimiz Allaha(subhenehu ve teale)sidq ile ibadet edek.Bezileri kimi(munafiqler
Cavab:

Aleykum salam. Rəsulullahın (Allahın Ona və ailəsinə salavatı və salamı olsun) namazı möhürsüz qılmasının dəlili odur ki, möhürlə qılmasına aid heç bir dəlil yoxdur (Qurani kərim və səhih hədislərdə). Yəni, heç kim Qurandan və səhih hədislərdən möhürə aid dəlil gətirə bilməz.

ardını oxu
09-02-2014
Salam aleykum. 1. Bankda kredit sobesinde islemek olarmi? 2. Ingilis,alman,fransiz ve s dilleri oyrenilmesine nece baxirsiniz? ALLAH razi olsun.
Cavab:

Aleykum salam. Bankda işləmək barəsində: "Rəsulullah (salləllahu aleyhi və səlləm) ribanı (faiz) yeyənə, yedirdənə, (müqaviləni) tərtib edənə, şahidlik edənə lənət etdi və: "Onlar bərabərdirlər", dedi. (Səhih Muslim).

Xarici dilləri öyrənməyə isə heç bir qadağa yoxdur.

 

ardını oxu
09-02-2014 Valentina
.Salam aleykum. Menim adim Valentinadir. Özüm muselmanam, nishanlimin da Elvindir. O da muselmandir. Bize kebin dushurmu? Bezi mollalar var, onlar deyir ki, adim xristian adi oldugu uchun bize kebin dushmur. Sizce bu düzgün fikirdirmi?
Cavab:

Aleykum salam. Şəriətimizə görə sizin bu şəkildə kəbin kəsdirmənizə heç bir maneə yoxdur. Odur ki, dini savadı olan insanlara müraciət edin.

ardını oxu
09-02-2014
Salam aleykum. Sozun duz gelmeyende kiminlese dava etmek gunahdirmi? Men chox tez esebleshenem ve sozumuz duz gelmeyende kiminlese atishiram ve neticede hemin shexsin qelbini qiran da men oluram. Amma ozumden asli deyil. İstemirem kiminse qelbine toxnum. Tez esebleshirem.
Cavab:
ardını oxu
09-02-2014
salam alekum islam rengi yasildirmi?
Cavab:

Aleykum salam. Yaşıl rəngin islam rəngi olması haqqında heç bir səhih məlumat yoxdur. İslamda rənglərə heç bir fərq qoyulmur.

ardını oxu
09-02-2014
salam aleykum men tez tez kelme sahadeti deyirem ve ixlas suresin oxuyuram ve barmaglarimla zikir edirem.ve sami ALLAHU ve bi hemdihi deyirem.bu dediklerimde hardasa sehf etmirem?
Cavab:

Aleykum salam. Siz gözəl iş görürsünüz. Müsəlmanın qalası adlı kitabçadakı kimi zikr etsəniz Peyğəmbərimizin (Allahın Ona salavatı və salamı olsun) etdiyinə daha uyğun olar.

ardını oxu
09-02-2014
Salam aleykum. Dini shekilleri ve dini mahnilari telefon ekranina ve zeng geldikde qoymaq olarmi? Gunah sayilmaz?
Cavab:

Aleykum salam. Bunlardan çəkinmək lazımdır. Rəsulullahın (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dövründə "dini mahnı" olmayıb, dini yaymaq üçün bu üsuldan istifadə edilməyib və bu kimi şeylər qadağan edilib.

ardını oxu
09-02-2014
salam aleykum qizlar sacna reng qoya bilermi? namaz qilan qizlar ? gunah sayilmaz?
Cavab:

Aleykum salam. Bəli, rəng qoymaq olar, amma qara rəngdən çəkinmək lazımdır.

ardını oxu
09-02-2014
salam aleykum zifaf namazi varmi toy gecesi qilinir? bu gunah deyil? eyer varsa ve nece qilinir? nece ruketdir?
Cavab:

Aleykum salam. Zifaf namazı toy gecəsi qılınan 2 rükətli nafilə (vacib olmayan) namazdır.

ardını oxu
09-02-2014
salam aleykum.namazda sahadet.dedikde barmagi niye qalxisirlar?
Cavab:

Və aleykum Salam. İbn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) namazın (təşəhhüdündə) oturduqda, əllərini dizləri üzərinə qoyar, sağ əlinin baş barmağından sonra gələn barmağıyla işarə edərək dua edərdi. (ət-Tirmizi, 294).
ardını oxu
09-02-2014
salam. aleykum deyirler esneyende agzin icne seytan girir ve hasqiranda cixir bu duzdurmu?
Cavab:

Və aleykum Salam. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurur: “Al­lah (Öz qulları­nın) asqırmağını sevir, əsnəməyini isə xoşlamır. (Müsəl­man kimsə) asqırıb Allaha həmd etsə, ona: “Yərhəmukəllah”– demək, bunu eşidən hər bir müsəl­mana va­cibdir.

ardını oxu
07-02-2014
As salam aleykum.Salavati bele demirlermi?-''Allahumme selli ale Muhemmedin ve ale eli Muhemmed''yoxsa belemi deyilmelidir?-''sallallahu aleyhi ve sellem''.Bes ''sallallahu aleyhi ve sellem''in menasi nedir?''Allahin Ona salami ve
Cavab:

Aleykum salam. Peyğəmbərə göndərilən salavatın bir neçə deyiliş formaları vardır: Salləllahu aleyhi və səlləm, Allahummə salli və səllim alə nəbiyyinə Muhəmməd, Allahummə salli alə Muhəmmədin və alə ali Muhəmməd və digər deyiliş şəkilləri.

ardını oxu
06-02-2014
Salam aleykum. Mən xüsusile qaranlıq düşən kimi narahat oluram. Elə bil ki, kimsə yanımdadı. Çox qorxuram. Məni kiminsə izlədiyini düşünürəm. Gün ərzində evdə tək qalanda belə oluram. Amma qaranlıq düşəndə qorxularım daha da artır. Həmçinin anam evdə olanda da. Mən özüm namaz qılanam.
Cavab:

Aleykum salam. Qeyd etdiyiniz hal sadəcə şeytan vəsvəsəsi və ya cadu nəticəsində ola bilər. Bundan qorunmaq və ondan müalicə olunmaq üçün Uca Allahın buyurduğu bütün vacib əməlləri yerinə yetirmək (fərz namazları kimi), günahları tərk etmək və onlardan tövbə etmək lazımdır.

ardını oxu
06-02-2014
Salam aleykum. Evveller men chox yaxshi insan idim. Namazim, orucum ve yaxshi emellerim var idi. Sonra namazimi dayandirdim ve get-gede gunah ishler gormeye bashladim. Evveller gunah ish gordukde hardasa vicdan ezabi chekirdim. Ama indi ele bil ki, gunah ish gormeyi lap chox xoshduyuram.
Cavab:

Aleykum salam. Hidayətə gələn əksər insanlar bu cür problemlə üzləşir. Çünki insan dinə gələndə imanı qüvvətli olur, ibadətlərini həvəslə yerinə yetirir, günahlardan asanlıqla çəkinə bilir, günah etdikdə dərhal tövbə edir. Bir müddət keçdikdən sonra dində zəifləməyə başlayır.

ardını oxu
06-02-2014 mesedixanim
Salam aleykum. Yeddi ildir ki, hicaba riayet edirem. Lakin anam menden narazidir. Mene deyir ki, haqqimi sene halal etmirem. Namaz qiliram ve oruc tuturam. Men anamin menden narazi olmağina chox narahatam. Bele halda ya anam, ya men dunyadan kochsek, men gunahkar oluram ya yox?
Cavab:

Aleykum salam. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Xaliqə (Yaradana, Allaha) asi olmaqda məxluqa itaət edilməz". (İmam Əhməd, 1095).

ardını oxu
06-02-2014
Salam aleykum. Tesbehle zikir etmek olmazmi? Men evvel tesbehle etmishem. İndi ellerimle edirem. Arada tesbehle zikir etmek olarda? Gunah sayilmaz?
Cavab:

Aleykum salam. Cavabı buradan oxuyun: Namazdan sonra təsbeh çəkmək icazəlidirmi?

ardını oxu
06-02-2014
salam aleykum evde heyvan saxlamaq duzgundurmu?
Cavab:

Aleykum salam. Cavabı buradan oxuyun: Hansı heyvanları evdə saxlamaq olar?

ardını oxu
06-02-2014
salam aleykum namazi qilib qurtarannan sora bezi dualar var onlari oxumaq ferzdirmi?
Cavab:
ardını oxu
06-02-2014
Salam aleykum. Saqqiz çeynemek gunahmi onu cheyneyib kopdurmek?
Cavab:

Aleykum salam. Bu barədə şəriətdə heş bir qadağa yoxdur. Amma yaxşı olar ki, ictimai yerlərdə ədəb qaydalarını gözləyəsiniz.

ardını oxu
06-02-2014 lale
Salam aleykum. Menim size bele bir sualim var. Men atami yeddi ildir ki, itirmishem. Hemishe yuxuma girir ve yuxuda mene deyir ki, men hele olmemishem, gizlenmishdim. Bu ne mena vere biler? Allah sizden razi olsun!
Cavab:
ardını oxu
06-02-2014 Qasımova Aygün
Salam aleykum! Bağışlayın narahat edirem. Fərz namazı hansı namazdır? Bağışlayın men bilmirem. Bildiyim namazlar bunlardır. Sübh namazı, Zöhr namazı, Əsr namazı, Şam namazı və Xiftər namazı.
Cavab:

Və aleykum Salam. Adlarını saydığınız namazlar fərz namazlarıdır. Lakin, şam və xiftən namazı fars dilində belə adlanır. Həqiqətdə, şam namazı Məğrib, xiftən namazı İşa adlanır. Vaxtları; Sübh - dan yeri söküləndən gün çıxana qədər. Zöhr - günəş zenitdə olandan sonra.

ardını oxu
06-02-2014
Salam aleykum. Ruzi duasi varmi? Deyirler Qurandan yazilma dualar var. Bu doğrudurmu? Bunlarda günahdırmı?
Cavab:

Aleykum salam. Xüsusi olaraq ruzi duası kimi tanınan bir dua mövcud deyil. Amma ümumən Qurani Kərimdə və Məhəmməd Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhih hədislərində mövcud olan duaların tərkibində, ruzi diləməklə bağlı cümlələr keçmişdir.

ardını oxu
06-02-2014
Salam aleykum. Bildiymize gore kishiler ve oglanlar cume gunu mescid de namaz qilir. Olarmi ki, qadinlar da, qizlar da qilsin tek cume gunu, yox adi gunde bele?
Cavab:

Aleykum salam. Bəli, olar. Sadəcə, qadına məscidə və ya cümə namazına getmək vacib deyil. Bu, Uca Allahın onlar üçün yaratdığı bir asanlıqdır. Hədislərdən birində Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurmuşdur: "Qadının məscidi evinin küncüdür".

ardını oxu
06-02-2014
Salam aleykum. Verdiyim suala görə çox-çox üzr istəyirəm, amma bunların cavabı da sizdə var. Ona görə sizdən öyrənmək istəyirəm. Mənim bir az özümə aid problemim var. Qızam amma bir az xəstəliyim var. Yəni cinsi tərəfdən axıntım var.
Cavab:

Aleykum salam. İnşallah, tezliklə namaza başlayın. Allah köməyiniz olsun. Sualın cavabını isə buradan oxuyun: Qızdan adi bir ləkə də gəlsə qüsl almaq lazımdırmı?

ardını oxu
06-02-2014
Salam aleykum? Qız xeylağından cinsi tərəfdən adi bir ləkə belə gəlsə qüslmu almaq gerekir?
Cavab:

Aleykum salam. Qadına qüsl etmək bu hallarda vacib olur: Qadın heyz və nifasdan qurtardıqdan sonra. Pollyusiya və cinsi əlaqədən sonra. İslam dinini qəbul etdikdə və ya (şirk və ya küfr etməklə) İslam dinindən çıxdıqdan sonra, yenidən bu dinə qayıtdıqda.

ardını oxu
06-02-2014
Salam aleykum. Zəhmət olmasa mənə cihadın nə olduğunu ətraflı izah edəsiz. İndidən Allah razı olsun.
Cavab:

Aleykum salam. Ümumiyyətlə toxunduğunuz məsələ geniş və izaha ehtiyacı olan bir mövzudur. Çünki cihad ibadətin bir növü olub, digər ibadətlər kimi onunda öz qaydaları, növləri və şərtləri vardır. Ümumən ərəb dilində "Cihad" sözü, "Cəhd" sözündən götürülmüşdür.

ardını oxu
06-02-2014
Salam alyekum. Məsciddə konfet paylamaq günahdır? Aşura günləri və ayrı vaxtlarda paylayırlar bunlar günah sayılmır? ve yaxudda nə isə niyyət edib paylamaq?
Cavab:

Aleykum salam. Məsciddə konfet paylamaqda heç bir qəbahət yoxdur. Amma yaxşı olardı ki, bu cür əməlləri etdikdə hansısa bir günü xüsusiləşdirməyəsiniz.

ardını oxu
06-02-2014
Salam aleykum. Necesiz? Namazin sünnetleri hansilardir? Son sunnetde varmi?
Cavab:

Aleykum salam. Əlhəmdulilləh, yaxşıyıq. Allah razı olsun. Sualnızın cavabını buradan Namazın sünnətləri nə qədərdir? oxuyun.

 

ardını oxu
06-02-2014 ALLAHIN QULU
Salam aleykum. On, on beş yashli ushaqlar dunyadan kochse cennete gedermi? Onlarin gunahlari silinermi?
Cavab:

Aleykum salam. Bu məsələ alimlər arasında mübahisəlıdır. Bəzi rəvayətlərə görə valideynləri müsəlman olan körpələr həddi-büluğa çatmadan öncə dünyasını dəyişərlərsə, inşallah cənnətə birbaşa sorğu-sulasız girəcəklər.

ardını oxu

Pages