28-01-2014
Xüms nədir?
Cavab:

"Xums" sözünün lüğəti mənası "beşdə bir" deməkdir. Şəriətdə isə xums dedikdə, kafirlərlə döyüş zamanı əldə olunan qənimətlərin beşdə bir hissəsi nəzərdə tutulur. Döyüşdən sonra qənimətlər beş yerə bölünür. Onun beşdə dördü döyüşçülərə verilir.

ardını oxu
28-01-2014 sedef12
Salam aleykum. Qorxan adami qurgushunla yaxudda childag elemek gunahdir? Yoxda dogrudanda, qorxulugu goturur axi...
Cavab:

Aleykum salam. Ümumiyyətlə dinimizə görə bu kimi əməllər bəyənilmir.

ardını oxu
28-01-2014
Salam aleykum. Ushagim geceler qorxaraq durub aglayir ele bil ustune ne ise cumur. Qurana qulaq asdirdiq dediler qorxub. Dua yazilib amma o dua ustunde olanda rahat yatir dua olmayanda eyni hal yene davam edir ve chox aglayir. Mene deyilir ki, sene namaz gelir gerek namaz qilasan ushagin duzeler.
Cavab:

Va aleykum Salam. Ümumiyyətlə xatırladaq ki, adətən kiçik uşaqlar yatarkən yuxuda belə hallar ilə rastlaşırlar. Buna görə ciddi narahat olmayın. Sadəcə olaraq uşaq qorxduqda ilk növbədə görülən iş onu şəriət yolu ilə müalicə etməkdir.

ardını oxu
28-01-2014
Esselemu aleykum va rahmetullah. Menim dayim tezelikle rehmete gedib ve onun hele 40-i chixmayib ve menim xalalarim babamin qebrine geden vaxti onunda qebrini ziyaret edibler ve o gunden son dayim oglu oz atasini yuxuda gorur ki, atasi deyir ki, ustumde yuk var.
Cavab:

Aleykum salam.

ardını oxu
28-01-2014
Salam aleykum. Dindar oglanin qizla danishmasi ve yaxud gorushmesi gunahdirmi?
Cavab:

Aleykum salam. Şəriətdə qadına yalnız evlənmək məqsədilə baxıb görüşməyə icazə verilir. Muğirə ibn Şöbə (Allah ondan razı olsun) bir qadına talib olduğunda Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona belə buyurmuşdur: "Ona bax, görüş.

ardını oxu
28-01-2014 sieden
Salam aleykum. Menim sualim beledir ki, men islami toy etmek isteyirem. Amma qarshimda sedd ve manie var. Odaki valideyinlerimdi. Menim vezifem nedir? Yeni ki, men islami toy etmeliyem yoxsa valideyinimin dediyi haram toy etmeliyem?
Cavab:

Aleykum salam. Əlbəttə, valideynlərə itaət etmək şəriətlə vacib məsələlərdən biri olsada, Allaha asilikdə məxluqata tabeçilik yoxdur. Siz bacardığınız qədər valideinlərinizi başa salmağa çalışmalısınız, əgər başa düşsələr  Allaha çoxlu həmd edin.

ardını oxu
28-01-2014
Salam aleykum. At ili heqiqeten murad ilidir?
Cavab:

Və aleykum Salam. Bu haqda islamda heç bir məlumat verilmir. Ümumən islam dini bu cür xurafatların əleyhinədir. Heyvan illəri, bürclər, ulduzlar, aylar, illər, günəş, ay, ulduzlar və s. səma cisimləri insanların və kainatın taleyində, qədərinin dəyişməsində heç bir rola malik deyil.

ardını oxu
28-01-2014
Salam aleykum. Mene maraqlidir ki, cinler haqda Quran da yazilib? Yeni vardir? Zehmet olmasa bu barede etrafli melumat veresiz.
Cavab:

Aleykum salam. Bəli cinlər mövcuddur. Həm Qurani Kərimdə həm də peyğəmbərimizin səhih hədislərində bu barədə geniş məlumat verilir. Allahın yaratdığı canlı növlərindən biridir. Mələklər və insanlar kimi şüura malikdirlər.

ardını oxu
28-01-2014
Salam aleykum. Sag elinin hansi barmagiyla zikir edek? Nece edek ki, 33 defe olsun?
Cavab:

Aleykum salam. Peyğəmbərimizdən - ona və  ailəsinə Allahın salavatı və salamı olsun - rəvayət edilir ki, o, sağ elinin barmaqları ilə zikr edərdi. Lakin, bu zikrləri hansı üsulla etməsi barəsində səhih hədislərdə hər hansı bir məlumat verilməmişdir.

ardını oxu
28-01-2014
Salam aleykum. Əgər bir şexs namaz qilmirsa, oruc tutmursa onun hecce getmesi qebul olunurmu?
Cavab:

Aleykum salam.

ardını oxu
28-01-2014
Salam aleykum. Men vitr namazini üç rükət qılmışam. Mene bele başa salıblar ele de qılmışam. Yeni deyibler ki, yatsi namazından sonra üç rükət qılınır. Bu günah deyilki?
Cavab:

Aleykum salam. Sizin qıldığınız Vitr namazı səhihdir. Vitr namazı işa namazının son iki rükət sünnətindən sonra, iki rükət ayrıca və bir rükət də ayrıca, yaxud bütovlükdə üç rükət şəkilində qılınan namazdır.

ardını oxu
28-01-2014 Sebine
Salam aleykum. Menim sevgilim var idi chox sevirdik bir birimizi. Ama uch (3) il qabaq ayrildiq ve indi bashqasi ile evlidi ve ushagi da var. Kechen iller iki ilden sonra ilk defe danishdiq gorushduk.
Cavab:

Aleykum salam. Bu cavabı oxuyun: Başqasının sevgilisini sevmək günahdırmı?

ardını oxu
28-01-2014
Salam Aleykum. Men xarici olke vetendashi olan bir xanimla birlikde yashayiram. Kebini ozum kese bilerem?
Cavab:

Aleykum salam. Ümumiyyətlə istənilən müsəlman kişi, istənilən müsəlman qadınla ailə qurmaq niyyəti ilə kəbin kəsdirmək vasitəsi ilə yaşaya bilər. Həmçinin əcnəbi qadınla da şəriət bu şəkildə yaşamağa icazə verir.

ardını oxu
28-01-2014
Salam aleykum. Gundelik besh (5) vaxt ferz namazlarinin sunnnetlerini qilmamaq gunahdir?
Cavab:

Aleykum salam. Xeyir, günah deyil. Lakin bu insanın böyük savabdan geri qalması deməkdir. İmkan varsa, yaxşı olar ki, sünnə (nafilə) namazları tərk olunmasın. Çünki bir gün vaxt gələcək insanın buna ciddi ehtiyacı olacaq. Yəni axirət həyatında...

ardını oxu
28-01-2014
Salam aleykum. Atasi, anasi olmayan qizin evlerde gəlin olanda da qəlbini qirmaq cox gunahdırmı? Bilirem ki, qəlb qırmaq cox günahdır düzdür özüdə valideyni olmayan yetimin.
Cavab:

Aleykum salam. Başqalarına qarşı mülayim davranmaq, onların səhvlərini gözəl tərzdə bildirmək hər bir müsəlmana vacibdir. Uca Allah buyurur: "(Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin.

ardını oxu
27-01-2014 Səxavət
Salam aleykum. Marketde bir satici kimi ishlemek gunahdir evvelceden. Teshekkurler.
Cavab:

Aleykum salam. İslama görə işləmək, ticarət etmək və ya ruzi, qazanc əldə etmək niyyəti düzgün və Allah rizası üçün olarsa, bunun özü bir ibadətdir. Lakin haramdan qazanc əldə etmək, haram işlərə vasitə olmaq və ya haram satılan yerlərdə işləmək şəriətə görə qadağandır.

ardını oxu
27-01-2014
Salam aleykum. Qurandan sure yazib onu ustunde ve yaxin haradasa qoymaq gunahmi? Eyer gunahdirsa onu ne edim?
Cavab:

Aleykum salam. Ümumiyyətlə mötəbər İslam alimlərinin fikirlərinə görə dua, surə, ayə asılmaz və ya gəzdirilməz. Əkisnə dua edilər, ayə və ya surə isə oxunular. Dərmanı gəzdirmək xəstəyə təsir etmədiyi kimi,  duanı və ya ayəni üzərində gəzdirmək də insana təsir etmir.

ardını oxu
27-01-2014
Salam aleykum. Allaha dua edib yalvararken, "Qurban Olum" Sene ey Allahım, demek olarmı?
Cavab:

Aleykum salam. Bu şəkildə dua etməyin qadağan və ya icazəli olunması barəsində şəriətdə heç bir məlumat bildirilmir. Sadəcə sözün mənası baxımından demək icazəli deyil. Çünki islama görə "qurban" yalnız şəriətlə müəyyən olunmuş heyvanlardan Allah üçün kəsilir.

ardını oxu
27-01-2014
Salam aleykum. Xeberchilik gunahdir?
Cavab:

Aleykum salam. Hər bir müsəlman vacib buyurulan əməlləri yerinə yetirdiyi kimi pis sözlər danışmaq, söz gəzdirmək, xəbərçilik eləmək, qeybət etmək, qəlb qırmaq və.s bu kimi qadağan olunan günahlardan da çəkinməlidir.

ardını oxu
27-01-2014
Salam. Eger uzaq bir yerde seferde bashqa qadinla cinsi elaqede olmaq gunahdirmi?
Cavab:

Aleykum salam. Ümumiyyətlə nikahsız (kəbinsiz) edilən yaxınlıqlar istər dul qadınla, istər subay qadınla, istərsə də uzaq səfərdə olsun, bu cür cinsi əlaqə növlərinə icazə verilmir və sahibini həlak edən böyük günahlardandır.

ardını oxu
27-01-2014
Salam. Bashqa qadinla olmaq (onun isteyi ile dul qadinla) bu gunah sayilirmi?
Cavab:
Aleykum salam. İslama görə nikahsız (kəbinsiz) edilən yaxınlıqlar istər dul qadınla olsun, istərsə də subay qadınla, böyük günah sayılır. Kəbinin şərtləri isə qadının valideynlərinin razılığı, özünün razılığı, iki ədalətli şahid və mehrin (başlıq pulu) olmasıdır.
ardını oxu
27-01-2014
Salam. İslamda bilmeden qetl töretmek ve yaxud intiqam almaq. Yaxln birini öldürmüshlerse onun qani halal sayilirmi?
Cavab:

Aleykum salam. Bilmədən adam öldürmək haqqında Uca Allah buyurur: "Heç bir möminə başqa bir mömini öldürmək yaraşmaz. Xəta ilə (səhvən) olubsa, bu istisnadır.

ardını oxu
27-01-2014
Salam. Meni bir sual maraqlandirir. Menim telefonumda bele bir proqram var. QURAN sureleri hem yazili shekilde gorsenir, hemde sesli formada oxunur. Menim o proqramdan chox xoshum gelir. O proqramin sayesinde AYETUL KRSİNİ rahat oyrenirem.
Cavab:

Aleykum salam. Dediyiniz şəkildə namaz qılmaq, əlbəttə ki, günah sayılmaz. Əgər sizə belə rahatdırsa və siz bu şəkildə namaz qılmağa həvəslənirsinizsə, bunda şəriətlə heç bir eyb yoxdur. Əsas odur ki, kənardan gələn səs və başqa şeylər, namaz qılan şəxsin fikirini qarışdırmasın.

ardını oxu
27-01-2014 ALLAHIN QULU
Salam aleykum. Azan verilərkən salavat çəkmək olarmi?
Cavab:

Aleykum salam. Azan veilərkən salavat çəkmək barəsində şəriətdə heç bir məlumat verilməyib. Əslində bu dində olmayan (bidət) bir əməldir. Sadəcə yaxşı olar ki, azan verildiyi zaman azan verənin sözlərini təkrarlamaq və həmçinin azan qurtardıqdan sonra duanı oxumaq.

ardını oxu
27-01-2014
Salam aleykum. Dualarin arasinda evden chixarken oxunan dua, eve girirerken oxunan dua, tualete girerken oxunan dua, chixarken oxunan dua, paltar geyinerken oxunan dua, paltar chixardarken oxunan dua, ve.s. bu cür duaları oxumaq gunah deyil?
Cavab:

Aleykum salam. Əlbəttə dediyiniz bu duaları oxumaq və hətta bundan da artıqlarını oxumaq günah yox, əksinə savabdır.

ardını oxu
27-01-2014
Salam aleykum. Necesiz? Ayeltul Kusini her ishde oxumaq olarmi? Sixintida ve ya her ishlerde?
Cavab:

Aleykum salam. Əlhəmdulilləh yaxşıyıq. Allah razı olsun.

ardını oxu
26-01-2014
Salam aleykum necesiz? Hacet namazinda, yeni istixare namazinda "Ayetul Kursi"-ni oxumamaq olar? Onun yerine bashqa bir sure oxumaq olar? Ve istixarenin duası nece olur?
Cavab:

Aleykum salam. Bəli, "Ayətul Kursi"-ni oxumayıb əvəzinə başqa surəni oxumaq olar. Ümumiyyətlə fərqi yoxdur, istənilən namazda, insan Qurandan özünə rahat olan hər bir surəni oxuya bilər. Uca Allah buyurur: "Qurandan sizə müyəssər olanı oxuyun.

ardını oxu
26-01-2014
Salam aleykum. Heyz qusuluna nece niyyyet edilir? Ve neleri demek lazimdi qusulu aldiqda?
Cavab:

Aleykum salam. Heyz qüsulu adi qüsllar kimi alınır. Sadəcə heyz və nifas qüsulunda hörüklər açılıb yuyulmalıdır. O ki, qaldı niyyət məsələsinə, "niyyət" məqsəd deməkdir. Bir əmələ niyyət etmək o əməli yerinə yetirmək məqsədi olmaq deməkdir.

ardını oxu
26-01-2014
Salam aleykum. Men beş ildir sevgiliyəm. Allaha şükürlər olsun! chox sınaqlardan kechdik, amma hələ də qovuşmadıq. Cox əzablar chəkdim səbr elədim artiq dözmürəm. Allaha yalvarıraq hər zaman kömək istəyirəm, namazda qılıram. Xahiş edirəm ki, mənə yol göstərəsiniz, mən nə edim?
Cavab:

Aleykum salam. Uca Allah buyurur: "Səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin! Bu, ağır iş olsa da, (Allaha) itaət edənlər üçün ağır deyildir". (əl-Bəqərə, 45).

ardını oxu
26-01-2014
Salam aleykum. Bir yere getdiyim zaman orda namaz qila bilmirəmsə olarkı evde iki namazı birleşdirim qılım? günah sayılmaz?
Cavab:

Aleykum salam. Alimlər ittifaq etmişlər ki, üzürsüz səbəbdən namazları birləşdirmək haramdır. Namazı yalnız üzürlü səbəb olduqda birləşdirmək olar. Çünkiu namaz möminlərə yalnız müəyyən vaxtlarda vacib edilmişdir.

ardını oxu
26-01-2014 Qulizade Elnur
Salam. Evvela bu sayti yaratdiginiza gore sizlere minnetdaram. Sualim ise beledir. Gulab nedir? Dogrudanmi gulab Hz.Musanin alin teridir? Indiden minnetdaram.
Cavab:

Aleykum salam. Gülab, qızılgül yarpaqlarını distillə etməklə alınan ətirli mayedir. Qida məhsullarının hazırlanmasında (əsasən içkilərin və müxtəlif xörəklərin), toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə, isti günlərdə müxtəlif içkilərə qatılaraq susuzluğu yatırmaq üçün içilir.

ardını oxu
26-01-2014 Namiq Maştağa
Salam aleykum ve rahmetullah. Umumiyyetle her bir muselman bildiymize gore saqqal saxlamalidir. Lakin saqqal saxlamiyan muselmanin hokmu nedir? Yaxud Allah qarshisinda onun uchun sorgu-sual olunacaqmi? Xahish edirəm bu barede mene etrafli yazasiz.
Cavab:

Aleykum salam va rahmətullahi va bərakətuhu. Hər bir müsəlman Uca Allahın buyurduqlarını yerinə yetirməyə və Onun qadağan etdiyi şeyləri də tərk etməyə çalışmalıdır. Saqqal saxlamaq da bu əmrlərdən biri hesab olunur. Ona görə də saqqalı üzrlü səbəb olmadan qırxmaq günahdır.

ardını oxu
26-01-2014 Emji
Salam aleykum. Adəm və Həvvanın uşaqlarından, yəni bacı-qardaşdan yaranmışıqsa, bu günahdan yarandığımızı təlqin edir? Ya necə? Zəhmət olmasa ətraflı izah edərdiz.
Cavab:

Aleykum salam. Uca Allah buyurur: “Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun!” (ən Nisa, 1).

ardını oxu
26-01-2014
Salam. Her kese melum olan kishilerde oz-ozlerini rahatlamaqlari cenabet qusulunu pozur. Yeni "mastrubasiya", meni en chox dushunduren shey budur. Zehmet olmasa bu meseleye genish ve etrali aydinliq getire bilersiz?
Cavab:

Və aleykum Salam. Öz-özünü boşaltmaq və ya masturbasiya haramdır. Bu istər subay, istər evli, istərsə dul olsun, hamıya aiddir. Buna dəlil olaraq alimlər aşağıdakıları göstərmişlər. Uca Allah buyurur: "Möminlər, həqiqətən də, nicat tapmışlar; O kəslər ki, namazlarında mütidirlər?

ardını oxu
24-01-2014 sedef12
Salm aleykum. Qadinlar xeste olanda zikir ede bilermi yoxsa gunahdi?
Cavab:

Aleykum salam. Xeyr, bu məsələdə qadına günah yoxdur. Belə ki, mötəbər islam alimlərinin təsdiqlənmiş görüşlərinə görə heyzli qadın Allahı zikr edib, hətta Quranı əlinə almadan əzbərdən oxuya da bilər. Bu ona görədir ki, əzbər bildiklərini unutmasın.

ardını oxu
24-01-2014 sedef12
Salam aleykum. Mende axir vaxtlatda ele bil olecem kimi hisler meydana gelib. İnsan oz olumunu hiss ede bilermi? Yoxsa bu sadece bir qorxudur?
Cavab:

Aleykum salam. Cavabı bu linkdən oxuyun: Ölüm qorxusundan qurtulmaq üçün nə edim?

ardını oxu
24-01-2014
Salam aleykum. İt saxlamaq haramdır? Hansı heyvanları evdə saxlamaq olar?
Cavab:

Aleykum salam. Şəriətə görə ovçuluq, mal-qaranı, əkini, kənd təsərrüfatını və böyük həyət sahəsi olan evi qorumaq məqsədi ilə it saxlamaq icazəlidir. Bundan digər hallarda isə islam şəriəti müsəlmanlara it saxlamağı qadağan edir.

ardını oxu
24-01-2014
Evvela salam aleykum. Men iki ildir ki, namaz qiliram, ve gelinem. Amma qayinatam ve qayinanam buna qarshidilar ki, men stolda araq olanda yemeye yaxin durmuram. Qibleye kesilmish et yeyirem. Onlar ona da esebleshirler ki, sen ozunden teze moda chixardirsan.
Cavab:

Aleykum salam. Uca Allahın razılığını insanların razılığından üstün tutmaq, Uca Allahın qadağan etdiyi şeylərdən çəkinmək hər bir müsəlmana vacibdir. Sizi məsxərəyə qoymalarına səbr edin, Uca Allahdan onlara hidayət etməsini diləyin.

ardını oxu
24-01-2014
Salam aleykum. Men namazdan sonra tesbehle zikr edirdim. Sonra bunun sehv oldugunu oyrendim. Aglim qarishdi. Men nece ve ne ile zikr edim?
Cavab:

Aleykum salam.

ardını oxu
24-01-2014 Allahin en zeif ve en aciz qulu
Əssələmu aleykum. Her musiqi haram deyildir. İnsanin aglini bashindan alan, haram, fesad toredecek, meclislerde qulaq asilan mahnilar haramdir. Musiqi haram olsaydi muqeddes kitab Qurani Kerim avazla oxunmazdi. Sher ve ya nagil kimi oxunardi. Dini chetinleshdirmek lazim deyil.
Cavab:

Aleykumu-s-sələm. Əvvəla qeyd edək ki, din insanların kefinə və istəyinə görə deyil, istəklər dinə görə dəyişməlidir. Əgər biz dindən danışırıqsa, deməli Uca Allah və Rəsulunun (salləllahu aleyhi və səlləm) adından danışırıq.

ardını oxu
24-01-2014 Allahin en aciz ve en zeif qulu
Salam. Esas sehifede islami qebul edenlerden ilk kishi Ebu Bekr yazmisiniz. Ama bu bele deyil. İslami ilk qebul eden kishi Allahin hocceti, velisi Hz. Eli (aleyhisselam)-dir. Hz. Peygemberimize qarshi sui qesd hazirlanarken, onun olum yataginda yatanda Hz. Eli (aleyhisselam)-dir.
Cavab:

Aleykum salam. Bəli bu belədir. İslamı böyüklər arasında ilk qəbul edən kişi Əbu Bəkr (Allah ondan razı olsun) olub. Bu barədə Əbu Bəkr əs-Siddiq adlı məqaləni yenidən diqqətlə oxumağınız tövsiyə olunur. Hz.

ardını oxu
24-01-2014 Allahin en aciz ve en zeif qulu.
Esselamu aleykum. İmamlar haqqindaki dushuncelerinizi yazin. İslam saytinda 12 imama aid movzuya yer verilmemesi meni chox narahat etdi. Onlar bu yolda canlarindan, ovladlarindan, mallarindan her sheylerinden kechibler. Saytinizda 14 mesuma genish yer verilmesini isteyerdim.
Cavab:

Aleykum salam. Əlbəttə, Əhli-Beytin fəziləti, onların məqamı və hörməti islam qaynaqlarında xüsusi ilə vurğulanıb və bunu heç bir müsəlman danıb inkar edə bilməz. İnşallah, bu mövzuda məqalələr silsiləsi hazırlamağı planlaşdırırıq.

ardını oxu
24-01-2014 Əxi...
Əssələmu aleykum va rahmətullahu va bərakətuh. Allah Subhənəhu va Təalə elminizə bərəkət versin, saytınızı xeyrli və faydalı etsin. İnşəAllah fitnə haqqında zəhmət olmasa geniş və ətraflı məlumat verərdiz. Fitnə nədir? Fitnələr vaxtı müsəlman nə etməlidir?
Cavab:

Aleykumus sələm va rahmətullahi va bərakətuhu. Ümumiyyətlə bu, çox geniş və əhatəli bir mövzudur. "Fitnə" sözünün çox geniş lüğəti mənası var. Məsələn: qarmaqarışıqlıq yaratmaq, dava-dalaş salmaq, ara pozmaq, ara qarışdırmaq, adamları, camaatı və s.

ardını oxu
24-01-2014
Salam aleykum destamaz alanda Corabin ustunden ayaga mesh chekmek olarmi?
Cavab:

Va aleykum Salam. Bəli, dəstəmaz alarkən corabların üzərinə məsh çəkmək şəriətə görə icazlədir. Bir şərtlə ki, corablar nazik olmasın.

ardını oxu
24-01-2014
Salam aleykum. Her bir valideyin ushagina deyir, "Sene Qurban olum". Bu soz Allaha sherik qoshmaq sayilirmi ve ne derecede duzgundur?
Cavab:

Aleykum salam. Bu məsələdə hər şeydən öncə ən əsas bu sözü deyən insanın qəsdinə baxılır. Yəni onun hansı niyyət ilə deməsindən asıldır. Hədisdə deyildiyi kimi, "bütün əməllər niyyətə görədir". Əslində qurban yalnız Uca Allaha olunmalıdır.

ardını oxu
24-01-2014 Səbinə Məlikova
Assalamu aleykum. Atam rehmete getmemishden 1-2 ay qabaq yuxuma ancaq tanish qohum toylari girirdi. Duzdu men ozum yuxulara inanmasdamda, ureyim narahat idi ki, birden nese olacaq ve olduda. Atam rehmete getdi ve rehmete getmeden 1 gun once yuxuma camish girmishdi.
Cavab:

Aleykum salam. Yuxu haqqında məlumat əldə etmək üçün Yuxu haqqında məqaləsini oxuyun.

ardını oxu
24-01-2014 sebine melikova
Assalamu aleykum va rahmetullahi va beraketu. Atam 6 ay olar ki, rehmete gedib. Ancaq yuxularimdan chixmir. Etrafimdakilar deyir ki, çox fikirleshidiyin uchun tez-tez yuxuna girir. Her adna axshaminda onun adina yasin suresini oxuyuram. Gunahlarin bagishlanmasi uchun dualar edirem.
Cavab:

Aleykum salam və rahmətullahi və bərəkətuh. Yuxu haqqında geniş məlumat əldə etmək üçün Yuxu haqqında məqaləsin oxuyun. Əgər həmin yuxular qorxulu yuxulardırsa, bu, şeytanın vəsvəsəsi ola bilər.

ardını oxu
24-01-2014
Salam aleykum. Vitr namazı necə qılınır? Vitr namazında qunut tutulur?
Cavab:

Aleykum salam. Vitr ən az bir rükət qılınır. Belə ki, İbn Ömər (Allah onların hər ikisindən də razı olsun) Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: "Gecə namazı iki-iki qılınır.

ardını oxu
23-01-2014
Salam aleykum. Bildiyim qeder azan verildiyi zaman azinin sozlerini demek günahdir. Bu dogru fikirdirmi? Onceden teshekkurler.
Cavab:

Aleykum salam. Əksinə, azan verildiyi zaman müəzzinin (azan verənin) sözlərin təkrarlamaq böyük savabdır. Əbu Səid əl Xudri (Allah ondan arzı olsun) Peyğəmbərimizin (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) belə dediyini rəvayət edir:

ardını oxu
23-01-2014
Salam aleykum. Vitr namazinda qunut duasinin yerine "rabbənə ətinə fid dunyə həsənətən" duasını oxumaq olarmı? Hemchinin qunut duası vitr namazinin nechenci ruketinde oxunur?
Cavab:

Aleykum salam. Ümumiyyətlə islam alimlərinə görə vitr namazında qunut duasını oxumaq vacib deyildir. Həmçinin, vitr namazında qunut duasını daim etmək olmaz. Çünki Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) qunut duasını daim yox, bəzi vaxtlarda tutardı.

ardını oxu

Pages