Aleykum salam. Şəriətə görə ovçuluq, mal-qaranı, əkini, kənd təsərrüfatını və böyük həyət sahəsi olan evi qorumaq məqsədi ilə it saxlamaq icazəlidir. Bundan digər hallarda isə islam şəriəti müsəlmanlara it saxlamağı qadağan edir.
Aleykum salam. Uca Allahın razılığını insanların razılığından üstün tutmaq, Uca Allahın qadağan etdiyi şeylərdən çəkinmək hər bir müsəlmana vacibdir. Sizi məsxərəyə qoymalarına səbr edin, Uca Allahdan onlara hidayət etməsini diləyin.
Aleykum salam.
Aleykumu-s-sələm. Əvvəla qeyd edək ki, din insanların kefinə və istəyinə görə deyil, istəklər dinə görə dəyişməlidir. Əgər biz dindən danışırıqsa, deməli Uca Allah və Rəsulunun (salləllahu aleyhi və səlləm) adından danışırıq.
Aleykum salam. Bəli bu belədir. İslamı böyüklər arasında ilk qəbul edən kişi Əbu Bəkr (Allah ondan razı olsun) olub. Bu barədə Əbu Bəkr əs-Siddiq adlı məqaləni yenidən diqqətlə oxumağınız tövsiyə olunur. Hz.
Aleykum salam. Əlbəttə, Əhli-Beytin fəziləti, onların məqamı və hörməti islam qaynaqlarında xüsusi ilə vurğulanıb və bunu heç bir müsəlman danıb inkar edə bilməz. İnşallah, bu mövzuda məqalələr silsiləsi hazırlamağı planlaşdırırıq.
Aleykumus sələm va rahmətullahi va bərakətuhu. Ümumiyyətlə bu, çox geniş və əhatəli bir mövzudur. "Fitnə" sözünün çox geniş lüğəti mənası var. Məsələn: qarmaqarışıqlıq yaratmaq, dava-dalaş salmaq, ara pozmaq, ara qarışdırmaq, adamları, camaatı və s.
Va aleykum Salam. Bəli, dəstəmaz alarkən corabların üzərinə məsh çəkmək şəriətə görə icazlədir. Bir şərtlə ki, corablar dəri görsənəcək qədr nazik olmasın. Yəni qadınların geyindiyi şəffaf.corablar kimi olmasın.
Aleykum salam. Bu məsələdə hər şeydən öncə ən əsas bu sözü deyən insanın qəsdinə baxılır. Yəni onun hansı niyyət ilə deməsindən asıldır. Hədisdə deyildiyi kimi, "bütün əməllər niyyətə görədir". Əslində qurban yalnız Uca Allaha olunmalıdır.
Aleykum salam. Yuxu haqqında məlumat əldə etmək üçün Yuxu haqqında məqaləsini oxuyun.
Aleykum salam və rahmətullahi və bərəkətuh. Yuxu haqqında geniş məlumat əldə etmək üçün Yuxu haqqında məqaləsin oxuyun. Əgər həmin yuxular qorxulu yuxulardırsa, bu, şeytanın vəsvəsəsi ola bilər.
Aleykum salam. Vitr ən az bir rükət qılınır. Belə ki, İbn Ömər (Allah onların hər ikisindən də razı olsun) Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: "Gecə namazı iki-iki qılınır.
Aleykum salam. Əksinə, azan verildiyi zaman müəzzinin (azan verənin) sözlərin təkrarlamaq böyük savabdır. Əbu Səid əl Xudri (Allah ondan arzı olsun) Peyğəmbərimizin (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) belə dediyini rəvayət edir:
Aleykum salam. Ümumiyyətlə islam alimlərinə görə vitr namazında qunut duasını oxumaq vacib deyildir. Həmçinin, vitr namazında qunut duasını daim etmək olmaz. Çünki Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) qunut duasını daim yox, bəzi vaxtlarda tutardı.
Aleykum salam. İslamda hacət namazı, istixarə namazı kimi tanınır. Bu namazı hər bir şəxs ehtiyac anında, günün istənilən vaxtında qıla bilər.
Aleykum salam. Ümumiyyətlə qohumluq əlaqələrini kəsib onlarla küsülü qalmaq barəsində Quran və Sünnədə çoxlu ayələr və hədislər gəlib. Uca Allah buyurur: "Ey insanlar!
Aleykum salam. Ölü üçün Quran oxumaq və ya ölmüş bir insan üçün ehsan vermək dində sonradan meydana gəlmiş yeniliklərdəndir. Peyğəmbərin (Allahın ona və ailəsinə salamı və salavatı olsun) zamanında belə bir şey olmamış, o, nə özü bunu etmiş nə də başqalarına bunu əmr etmişdir.
Aleykum salam. Bəli. Səfərdə və zəruri hallarda namazları birləşdirib qılmağa şəriət icazə verib.
Aleykum salam. Uca Allah bu cür çirkin şeylərə baxmağı qadağan edərək buyurur: "Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar. Bu onlar üçün daha yaxşıdır.
Aleykum salam. Uca Allah qul haqqına aid olan günahları bağışlamayacaq və qiyamət günü insanlar hesaba çəkildikləri zaman bütün haqq sahibləri, yəni, vaxti ilə haqqları pozulmuş şəxslər, borcları qaytarılmayan borc sahibləri və s.
Aleykum salam. İlk öncə bilmək lazımdır ki, islamda məcburiyyət yoxdur. Uca Allah buyurur: "Dində məcburiyyət yoxdur". (əl-Bəqərə, 256).
Aleykum salam. Cənabət qüslu digər qüslları əvəz edə bilər. Lakin nifas və heyz qüsllarında qadın mütləqdir ki, saçının hörüklərini də açıb yusun.
Aleykum salam. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qadınlara öz aralarında dəf çalaraq oxumağa və oynamağa, həmçinin qadının öz əri üçün rəqs etməsinə icazə vermişdir.
Aleykum salam. Ümumən şəriətə görə həddi-büluğa çatmış hər bir müsəlman qadın Allahın əmrinə görə hicab bağlamsı gərərkir. Amma sualınıza gəldikdə isə qadın nə qədər tez örtünsə bir o qədər yaxşıdır.
Aleykum salam. Qadın namaz qılarkən naməhəm kişilərin gözündən uzaqda dursa daha yaxşı olar. Hətta məhrəm adamların qıldığı camaat namazında belə, qadın kişidən arxada durmalıdır. Ona görə məscidlərdə qadınların namaz qılıdığı yerlə kişilərin yerini ayırırlar.
Aleykum salam. Əgər ərinin və ya məhrəminin icazəsi olarsa, yaxud evdən çölə çıxması və ya işləməsi zəruri haldırsa, bu zaman günah sayılmır.
Aleykum salam. Bütün Azərbaycan ərzasində sol çiyniniz gün çıxan tərəfə (şərqə), sağ çiyniniz isə gün batan tərəfə (qərbə) doğru durun. Bu zaman üzünüzü cənuba tutmuş olacaqsınız. Sonra azca sola dönsəniz qibləyə yönəlmiş olacaqsınız.
Aleykum salam. Dişlərin müalicə məqsədi ilə yonudurulmasında şəriətə görə heç bir qadağa yoxdur.
Aleykum salam. Ümumiyyətlə hər bir xeyir işin əvvəlində də, sonunda da peyğəmbərin etdiyinə uyğun dua etmək müstəhəb (bəyənilən) əməllərdən sayılır. O cümlədən Qurani Kərimi də oxumaq xeyir əməllərdən hesab olunur.
Aleykum salam. Ümumiyyətlə ilk öncə müsəlman olan kəs bilməlidir ki, ibadətin istənilən növü Quran və Sünnəyə qəsdli şəkildə zidd olarsa, o əməl Allah dərgahında ondan qəbul olunmaz. Nazamda həmçinin bu qəbildəndir. Səhih hədislərdə deyilir ki, əməlin qəbul olunması üçün iki vacib şərt var.
Aleykum salam. Şəriətə görə Allaha yaxınlaşdıran mənəvi ibadətlərlə, məsələn; (oruc, namaz, dəstəmaz, dua və.s buna bənzər əməllərlə) niyyət, şəirət dilində desək nəzir etmək olar. Sizin Allah qarşısında söz verdiyiniz bir aylıq nəzir orucu da bu əməllər sırasındadır.
Aleykum salam. Ümumiyyətlə qədər mövzusu islamda ən ağır ən geniş mövzulardan biridir. Siz sadəcə qəbul etməlisiniz ki, Allah Təala sizi yaradıb və o Özü belə istəyib. Amma Uca Allahdan başqa heç kim bilmir ki, sonunda bizim aqibətimiz necə olacaq.
Aleykum salam. İlk öncə onu qeyd edək ki, əgər hal-hazırda həmin insanı tanıyırsınızsa sırqasını ona geri qaytara bilərsiz. Əgər tanımırsınızsa onun adından sədəqə edə bilərsiz.
Aleykum salam. Ayaqları hər dəstəmaz vaxtı yumağa ehtiyac yoxdur. Məsh də çəkmək olar. Çünki "məsh" Allahın insanlara verdiyi bir asanlıqdır.
Aleykum salam. Şəriətə görə dırnaqları tutub yerə tökmək günah sayılmır. Bu kimi məsələlər xurafat və uğursuzluq kimi batil inanclardan meydana gəlib. İslamda isə uğursuzluq inancı yoxdur.
Və aleykum Salam. Video üçün bu səhifəyə baxın: Dəstəmaz almaq qaydası - VİDEO
Aleykum salam. İslamda falın hər bir növü küfr kimi böyük yeddi həlak edici günahlardan biri hesab olunur. Uca Allah buyurur: "Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir.
Aleykum salam. Həmin "qara daş" Kəbə bina olunan gündən sonra orada qərar tutub. Bu daşla bağlı bir çox rəvayət vardır. Deyilənə görə bu daşı Uca Allah göndərmişdir. Zəvvarlar Həcc mövsümündə bu daşı öpməyə cəhd edirlər.
Aleykum salam. Namazı Allah Rəsulunun (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) buyurduğu kimi qılmaq lazımdır.
Aleykum salam. Şəriətə görə güzgünün sınması nə yaxşı, nə də pis əlamət sayılmır. Əslində bu kimi fikirlər batil inanclardan və xurafatlardan qaynaqlanır.
Aleykum salam. Bu haqda məlumat almaq üçün saytda olan "Namaz qılan qadınlara hansı əməllər qadağandır?" sual-cavaba baxa bilərsiniz.
Aleykum salam. Xeyir bu düzgün deyil. Qurani Kərimdə və ya Peyğəmbərimizin (Ona və ailəsinə Allahın salamı olsun) sünnəsində bununla bağlı heç bir səhih hədis gəlməyib. Bu sadəcə sonradan dində uydurulmuş bir yenilikdir.
Salam aleykum. Xeyir, bu sayt "Vəhhabi" saytı deyil. Bu sayt həqiqi islamı təbliğ edən, müsəlmanların saytıdır. Allah rizası üçün düzünü dedik. Bu xüsusda Uca Allah buyurur:
Aleykum salam. Əhli Sünnə vəl Cəmaat Sünnə (Peyğəmbərin yolu) ilə gedən, onun ətrafında toplaşan, həm əqidəyə aid elmi, həm də şəriət məslələrində ondan başqasına müraciət etməyən kəslərdir.
Salam aleykum. Sol çiyniniz gün çıxan tərəfə (şərqə), sağ çiyniniz isə gün batan tərəfə (qərbə) dursanız, bu zaman üzünüz cənuba, yəni qibləyə tərəf tutmuş olacaqsınız. Beləcə siz qibləni təyin etmiş olursunuz. (Moskva şəhəri üçün)
Aleykumus-salam və rahmətullahi və bərakətuhu.
Aleykum salam. Şəhid sözü şahid deməkdir. Bəzi alimlər şəhidə belə deyilməsinin səbəbini onun Uca Allahın nemətlərinə şahid olması ilə və ya şəhadət kəlməsinə şahid olması ilə əlaqələndirirlər. Şəhid Uca Allaha iman gətirən və Uca Allahın yolunda döyüşərək öldürülən şəxsdir.
Aleykum salam. Təbii ki, Uca Allahı hər zaman zikr etmək olar və bu çox gözəl əməllərdəndir. Amma şəriətə görə namazsız təkcə bununla kifayətlənmək olmaz. Hər bir müsəlman gündə beş dəfə namaz qılmalıdır və bunu əvəz edəcək bir əməl yoxdur.
Aleykum salam. Bu sayt müsəlmanlarındır. Uca Allah buyurur: "(İnsanları) Allaha tərəf çağıran, yaxşı iş görən və: “Həqiqətən, mən müsəlmanlardanam!”– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?" (Fussilət, 33).