02-02-2014
Salam aleykum. Hicaba girərkən başdanayağa qaraya bürünürlər, bunlara niyə Vəhhabi deyirlər? Onlar doğrudanmı din yolu ilə gedirlər? Mənə çox maraqlıdır! Qadınlar başdan-ayağa qara geyinir, kişilərində saqqalları uzun olur. Dində saqqal uzatmaq ziddir? Yoxsa uzun olmalıdır?
Cavab:

Aleykum salam. İnsanın tutduğu yol onun geyimi və ya xarici görkəmiylə ölçülmür. Əqidə sadəcə daxildən gələn, Uca Allaha olan saf və səmimi bir inanc hissidir. Düzgün yol Allah Rəsulunun (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yoludur.

ardını oxu
01-02-2014
Salam aleykum. Mən istiyirəm islama aid bir kitab oxuyum ürək başqa yerdə çox pis sözlər deyir. Sonra özüm də pis oluram. Nəsə mənə olur bu günahdırmı?
Cavab:

Aleykum salam. Ürəyinizə gələn pis fikirlər insana doğru yola gəlməyinə hər cür maneçilik törədən şeytandan irəli gəlir.

ardını oxu
01-02-2014
Salam aleykum. Namaz qilarkən insan ürəyindən çox şey keçir arzu istək bunlar günah deyil? Ve namazda səcdəyə gedərək "subhənə rabbiyəl azim" deyəndən sonra səcdədən qalxmadan ürəyimdəki arzumu keçirdə bilərəm? Günah sayılmaz?
Cavab:

Aleykum salam. Cavabı buradan oxuyun: Namazda olarkən səcdədə dua etmək doğrudur?

ardını oxu
01-02-2014 Vüqar Fətullayev
Salam aleykum. Dinimizdə qadınların işləməsi barədə nə yazılıb.
Cavab:

Aleykum salam. Daha ətraflı "Qadının işə getmək üçün evdən çölə çıxması" linkindən oxuyun.

ardını oxu
01-02-2014 derya12
Salam aleykum. Seyyide inaniriqsa deyirler eli yunguldu. Childag zad eliyir o duzdur heee
Cavab:

Aleykum salam. Sualınızla bağlı bu cavabları oxuyun:

Seyyid anlayışı doğrudur?

Qorxan adamı çıldaq etmək olar?

ardını oxu
01-02-2014 tural
Salam aleykum. Tehrim suresi 3 sual vermisdim cavab verdiz ama bir 2-3 ayeni olar haqda nazil edibse Allah bir bala gore aye gonderib? Axi men eshitmishdim ki, peygember Aysheye deyib ki, senin atan Ebu Bekr menden sonra Hafsanin atasi da Omer ondan sonra islamin xelifesi idi.
Cavab:

Aleykum salam. ət Təhrim surəsinin 1-4 ayələri Peyğəmbərin zövcələrinin bir-birinə qısqanclıq etmələrinə görə balı bəhanə gətirmişlər.

ardını oxu
01-02-2014 sedef12
Salam aleykum. Mən gündə beş vaxt namaz qılıram. Amma qıldığım yerə möhür qoymuram. Bu gunah deyil? Yaxudda qoymaliyam?
Cavab:

Va aleykum Salam. Siz doğru edirsiz. Çünki, Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) möhürsüz namaz qılıb.

ardını oxu
01-02-2014 Abdul
Salam aleykum. Nece eleyim ki, men namaz qilim? İslama aid her sheyi oxumusham, amma namaz qila bilmirem. Qorxuram ki, evde mene deyerler ki, sen de Vehhabi olmusan!? Ve daha neler-neler!...
Cavab:

Aleykum salam. Düzdür, indi Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) namazı kimi namaz qılmaq çoxlu ittihamlara səbəb olur. Lakin, insan Uca Allah üçün ilk addımı atarsa, Uca Allah onun üçün bu şeyləri asanlaşdırar.

ardını oxu
01-02-2014 Hüseynova T
Salam aleykum. Her vaxtiniz xeyir. Sizin meslehetinize ehtiyacim var. Men valideynlerimle chetinlikle yola gedirem. Ushaqliqdan babam ve nenemin yaninda terbiye almisham. Valideynlerimle tam ferqli eqide ve dushunce sahibleriyik.
Cavab:

Aleykum salam. Sizin toxunduğunuz problem son dövrlərdə ən aktual problemlərdən sayılır. Tez-tez valideyn etinasızlığı ucbatından övladların acınacaqlı vəziyyətə məruz qalmalarını müşahidə edirik.

ardını oxu
01-02-2014 Zeyneb
Mən dinə bağlanmaq istəyirəm. Bunu men necə edim? Bir az etrafli shekilde izah etseydiniz shad olardim. Onceden teshekkur edirem.
Cavab:

Aleykum salam. Dinə bağlanmaq üçün birinci növbədə hər bir müsəlmana vacib olan zəruri bilikləri əldə etməlisiniz. İlk növbədə Qurani Kərimin ana dilimizə olan tərcüməsini oxuyun, daha sonra isə din haqqında balaca kitabçaları mütaliə etməyə səy göstərin. Uca Allah Qurani Kərimdə buyurur: 

ardını oxu
01-02-2014
Salam aleykum. Yuxuda gorduklermiz gercheke yozmaq gunahmi? Yuxuda toy ve. s sheyler gorururk bunlari yaxshiya pise yozmaq gunahmi? Eger gunah deyilse gorduklermiz neseye isharedirmi?
Cavab:

Aleykum salam. Yuxu üç növdür: Allahdan olan sevindirici yuxu, insanın fikirlərindən meydana gələn yuxu və şeytandan olan yuxu. Allahdan olan yuxu aydın, insana ruh yüksəkliyi gətirən, müjdə verən yuxudur. Bu cür yuxular gördükdə Allaha həmd etmək və ümid etmək lazımdır.

ardını oxu
01-02-2014
Salam aleykum. Sualim beledir. Eger orucluq ayinda oruc tuta bilmiremse, onu evez ede bilecek hansisa bir emel ve ya hansisa bir xeyir ishle bu gunahi yumaq olarmi?
Cavab:

Aleykum salam. Əvvəla bilmək lazımdır ki, Ramazan ayında bütün ayı oruc tutmaq islamın beş əsaslarından biri hesab olunur. Bu, ağılı başında olan və həddi-buluğa çatmış hər bir müsəlmana vacibdir. Uca Allah buyurur: "Ey iman gətirənlər!

ardını oxu
01-02-2014
Salam aleykum. Cinsi əlaqəni əks etdirən videolara və ya fotolara baxmaq gunahdirmi?
Cavab:

Aleykum salam.Bu cavabı oxuyun: Əxlaqsız fotolara və ya videolara baxmaq olar?

ardını oxu
01-02-2014
Salam aleykum. Alla nece dua edek? Ne istediymizi nece deyek? Allahim Sene yalvariram ki, bu ishimi duzeltesen demek gunah sayilmirki?
Cavab:

Aleykum salam. Hər bir ibadətin qaydaları olduğu kimi dua etməyin də şəriətə görə qaydaları vardır. İnşallah dua və onun qaydaları haqqında məqalə yazmaq niyyətindəyik. Saytdakı yeni məqalələri izləyin.

ardını oxu
01-02-2014
Salam aleykum. Aya baxib salavat chekmek dogrudurmu? Ve aya neye isharedir anlami nedir? Niye ayin gozu, burnu, agzi baxanda bilinir? Mene chox maraqlidir?
Cavab:

Aleykum salam. Peyğəmbər "hilal"-ı (təzə ayın əlamətini) gördükdə bu duanı oxumağı tövsiyə etmişdir: "Allahu əkbər, Allahummə əhilləhu aleynə bil əmni va iməni va-s-sələməti va-l-isləmi va tovfiqi limə tuhibbu rabbənə va tərda rabbunə va rabbukə-llah".

ardını oxu
01-02-2014 Tural
Salam aleykum. 1)Namazlari birleshdirib zeruret halinda qilmaq olarmi? Eger olarsa, niye vaxti girmemish sehih olsun. Namaz vaxti girməyibse, bizim birleshdirdiyimiz namaz batil olar axi... Heç zeruretde de birleshdirib qilmaq olmaz axi... Eger olarsa, beş (5) vaxt namazi eyni halda qila bilerem?
Cavab:

Aleykum salam. Namazları iki halda birləşdirmək olar. Birinci hal səfərdə olarkən, ikinci hal isə zərurət halıdır. Yəni xəstə olduqda və s. hallarda zöhrlə əsr və ya məğriblə işa namazlarını birləşdirməyə icazə verilir.

ardını oxu
31-01-2014
Salam aleykum. Burclere inanmaq onlarin dediyi kimi hereket etmek bunlar gunahdirmi? Chox sag olun ki, bele maraqli bir sayt achmisiniz. Bilmediyimiz chox sheyler var ki, sizin sayenizde oyrenirik. Allah Sizden Razi Olsun! Amin!
Cavab:

Aleykum salam. İslamda fala baxmaq və ya baxdırmaq, bürclərə iman gətirərək, onlara bağlanıb, onların verdiyi proqnoza görə hərəkət etmək Allaha küfr etməkdir. Bürclər, ulduzlar, ay, günəş və s. səma cisimləri insanların və kainatın taleyinə, qədərinin dəyişməsində heç bir rola malik deyildir.

ardını oxu
31-01-2014
Salam aleykum. Deyirler ki, dama bosh shey qoymaq duzgun deyil. Men dine yaxin olandan bele sheylerin ustune dushmurem. Ama kohne dovrün insanlarinin chox adet en-enesi hele de qalmaqdadir. Her sheye inanirlar. İndi mende bilmek isteyirem ki, bu heqiqeten gunahdirmi?
Cavab:

Aleykum salam. Şəriətə görə dama boş şey qoymaqda heç bir günah və ya bir problem yoxdur. Əslində bu cür fikirlərin özü islama görə boş şeylərdir. Ümumiyyətlə islama görə bu kimi fikirlər batil inanclardan və xurafatlardan qaynaqlanır.

ardını oxu
31-01-2014
Salam aleykum. Niyyət edib qurbanlıq kəsmək günah deyil?
Cavab:

Aleykum salam. Niyyət edərək Allah rizası üçün qurban kəsmək günah yox, əksinə savab əməllərdəndir. Sadəcə yaxşı olar ki, bu niyyət xalq arasında tanınan nəzir formasında olmasın. Şəriətdə hər hansı bir şərtin müqabilində Allah üçün bir əməl edəcəyinə nəzir demək bəyənilmir.

ardını oxu
31-01-2014
Salam aleykum. Qış girir, ilk qar yağır və dua etmək doğrudur? Günah sayılmır?
Cavab:

Aleykum salam. İslama görə qışın gəlişi və ya qarın yağması səbəbi ilə xüsusi dua forması mövcud deyil. Amma yağış yağanda Peyğəmbər (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) buyurur: Yağış yağarkən belə dua edin: "Allahummə sayyibən va nəfiən". (Allahım!

ardını oxu
31-01-2014
Salam aleykum. Ramazan ayında oruc tuta bilmirəm, yəni oruc tutanda dözə bilmirəm. Təzyiqim düshür, hətta bir dəfə özümdən getmishəm. Buna görə tuta bilmirəm orucu. Bu günah sayılırmı?
Cavab:

Aleykum salam. Xəstəlik sağaldıqda tutmadığınız günlərin sayı qədər oruc tutmaq lazımdır. Xroniki xəstəlik və ya yaşlı olmaq səbəbi ilə ümumiyyətlə oruc tuta bilmirsinizsə, onda şəriətə görə siz hər günün müqabilində bir yoxsulu yedizdirməlisiniz.

ardını oxu
31-01-2014 sedef12
Salam aleykum. Bagishlayin tekrar sorushuram istixare ne namazidir ve ne edilmelidir?
Cavab:

Aleykum salam. Bu cavabı oxuyun: İstixarə namazı necə qılınır?

ardını oxu
31-01-2014 Vidadi
Salam aleykum. Dogrudurmu ki, ay mene göz deyib, nezer deyib? Bu hallarda ovsun edib nezeri chixartmaq olarmı? Birdeki men shahidi olmusham nezer deyen adami ovsun eleyende, hemin adamin esnemeyi gelir ve gözlerinden yash axir. Hetta yaxinda eyleshen adamlarada tesirini gösterir...
Cavab:

Aleykum salam. Bəli, gözdəymə haqdır və bunun şəriətdə icazə verilmiş üsullarla müalicəsi göstərilib. Daha ətraflı bunu oxuyun: Cadudan necə qorunmaq olar? 

ardını oxu
31-01-2014 ebulbeser
Salam aleykum. Shielere gore 12 imam ne demekdir? Deqiq bilmek isteyirem.
Cavab:

Aleykum salam. İslama görə on iki imam Peyğəmbərimizin  (Allahın ona və ailəsinə salavatı və salamı olsun) nəslindən, onun ailəsindən (Əhli Beyt) olan hörmətli şəxslərdir. Lakin qeyd edək  ki, İslam dinində Peyğəmbərin Əhli beytindən olan insanları on iki imama ayırmaq doğru deyildir.

ardını oxu
31-01-2014
Salam aleykum. Bu menim size artiq ikinci sualimdir. Ancaq hele ki, ilk sualima cavab vermemisiniz. Zehmet olmasa Vehhabilik ve onun tarixi barede yazardiz. Sizce bu teriqet dinimizde bidet deyilmi? Sizin fikrinizce bunlarin esas meqsedi nedir? Evvelceden tessekkur edirem.
Cavab:

Aleykum salam. Daha ətraflı buradan oxuyun: Vəhhabi kimlərdir?

ardını oxu
31-01-2014
Salam aleykum. Pirleri ziyaret etmek günahdirmi?
Cavab:
Aleykum salam. Daha ətraflı "Pirlərə getmək günahdır?" oxuyun!
ardını oxu
31-01-2014
Salam aleykum. Orucluq ayinda 1 ay erzinde orucu tuta bilmiremse olar ki fasile-fasile tutum? Bu mene gunah sayilmaz?
Cavab:

Aleykum salam. Buraxdığınız günlərin orucunu fasilə verərək tuta bilərsiniz. 

ardını oxu
31-01-2014
Salam aleykum. Dirnaq uzatmaq gunah sayilirmi?
Cavab:

Aleykum salam. Dırnaqların uzadılmasına icazə verilmir. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) demişdir: "Beş şey fitrətdəndir: ayıb yerlərini qırxmaq, sünnət olmaq, bığları qısaltmaq, qoltuqaltı tükləri yolmaq və dırnaqları tutmaq". (əl-Buxari, 5889).

ardını oxu
31-01-2014
Salam aleykum. Yəcuc-Məcuclar haqqında etrafli izah vere bilərsiniz?
Cavab:

Aleykum salam. Səhih hədislərə görə Yəcuc və Məcuc tayfalarının zühur etməsi Qiyamətin 10 böyük əlamətlərindən biridir. Qiyamət gəlməmişdən əvvəl bəzi əlamətlər vardır ki, bu əlamətlər gəldikdən sonra Qiyamət qopur. Bu əlamətlər kiçik və böyük olmaqla iki yerə bölünür.

ardını oxu
31-01-2014
Salam. Zehmet olmasa böhtan haqqında melumat vererdiniz. Sizce birine böhtan atıldığında, adı lekelendiyinde bunun qarşısını almalı, yoxsa her şeyi Allaha tapşırmalıdır? Eger bunun qarşısını ala bilmirse ve buna gücü çatmırsa ne etmelidir?
Cavab:

Və aleykum Salam. Şühbəsiz ki, böhtan atmaq böyük günahlardan sayılır.

ardını oxu
31-01-2014 Sədəf 12
Salam aleykum. Namazın sünnətləri nə qədərdi?
Cavab:

Aleykum salam. Əgər sünnət namazlarını nəzərdə tutursunuzsa, gündəlik qılınan sünnət namazları gecə namazları, vitr namazı, beş vaxt qılınan fərz namazlarının "ratibə" adlanan sünnətləridir.

ardını oxu
30-01-2014
Salam aleykum. Qarshiliqsiz sevgide kiminse hansi birinde nefsi qalmaq duzgundurmu? Nefis choxmu pis sheydir? Nece qorunaq? Bunun bir yolu varmi?
Cavab:

Aleykum salam. Bəli, bir insanın digər bir insanda nəfsi qala bilər. Nəfs əslində islamda paxıllıq və ya gözdəymə kimi tanınır. Nəfslə bağlı Paxıllıq haqqında linkini oxuyun.

ardını oxu
30-01-2014
Salam Aleykum. İnsanin ele vaxtlari olur namaz qillmir borc namazlari qilan insanin boynunda sonra o borc namazlarin qilarken nece niyyet edilmeli?
Cavab:

Aleykum salam. Əvvala bilmək lazımdır ki, islamda borc namazı deyilən bir anlayış yoxdur. Ola bilər ki, sizin qəsd etdiyiniz qəza namazlarıdır. Niyyət adi namazlarda olduğu kimidir. Ümumiyyətlə niyyət məqsəd deməkdir. Bir əmələ niyyət etmək o əməli yerinə yetirmək məqsədi olmaq deməkdir.

ardını oxu
30-01-2014
Salam aleykum. Eger oruc tutan adamin bir neche gun qezasi qalibsa ve bunu tamamlamayibsa bu shəxs gunah qazanirmi?
Cavab:

Aleykum salam. İslam alimlərinə görə əgər bir şəxs qəza oruclarını tutmağı bacardığı halda üzrlü səbəb olmadan qəza oruclarını tutmursa, həmin şəxs günah qazanır.  

ardını oxu
30-01-2014 AYNURE
Salam Aleykum. Mən namazda sonda dua edərkən özümdən asılı deyil gözlərimi yumuram gözləri yumulu dua edirəm bu günahdırmı? öncədən minnətdaram.
Cavab:

Aleykum salam. Namaz qılarkən gözləri yumaraq dua etmək bəyənilmir.

ardını oxu
30-01-2014
Salam aleykum. Vereceyim suala gore cohx-chox uzr isteyirem. Ama bu haqda bilmek isteyiremdim. Qadınla arxadan cinsi əlaqədə olmaq günahdırmı?
Cavab:

Və aleykum Salam.

ardını oxu
30-01-2014 arifa
Salam aleykum. Əgər namazın vaxdını gecikdirmişəmsə qəzasını nə vaxt qılmaq düzgündür?
Cavab:

Aleykum salam. Yuxuya getdikdə, unutduqda və ya huşu itirdikdə (xəstəlik və ya başqa səbəbə görə) maneə aradan qalxan kimi namaz qılınmalıdır. Bilərəkdən namazı gecikdirmək, yəni namaz üçün təyin edilən müddəti keçirtmək isə günahdır. 

ardını oxu
30-01-2014
Salam aleykum. Men ishlediyime gore namaz qila bilmirem, chox yorgun oluram. Hetta namazda bir defe murgulemishdim, Allah gunahimi bagishlayacagmi?
Cavab:

Aleykum salam. Bacardığınız qədər Allahın buyurduqlarını yerinə yetirin və bilin ki, namazı çətinliklə qılanın savabı rahat bir şəkildə qılandan daha çoxdur.

ardını oxu
30-01-2014
Salam aleykum. Eger dirnagimda lak, boya olarsa, destemaz, qusul, namaz qilmaq olar, yoxsa mutleq silinmelidir?
Cavab:

Aleykum salam. Şəriətə görə dırnaqlarda lak ola-ola namaz qılmaq olar. Lakin dəstəmaz və ya qüsl aldıqda dırnaqdakı boyaları silmək lazımdır. Qüsl və ya dəstəmazdan sonra yenə lak vura bilərsiniz. 

ardını oxu
30-01-2014 Firengiz.
Salam aleykum. Men bir muddet namaz qilmisham. Amma sonradan duzgun qilmadigımi fikirleshib saxlamisham. Mene chox insan duz qilmadigimi deyir. Menim oz bildiyim kimi qilmaq gunahdirmi?
Cavab:

Aleykum salam. Əgər siz bilmədən namazı səhv qılmısınızsa, inşallah Allahın mərhəməti sayəsində namazınız qəbul olunar. Lakin namazın səhv olduğunu biləndən sonra namazı tərk etməyə lüzum yoxdur. Sadəcə namaz qılaraq tədricən buraxdığınız səhvləri düzəltməyə çalışmaq lazım idi.

ardını oxu
30-01-2014
Salam aleykum. Menim bir sevdiyim var. Amma biz bir-birimizi tanidiqda onun da ve menim de heyatimda artiq birileri var idi. Amm indi o sevgilisinden ayrilib. Sebeb ise elbette ki, menem. Ve bunun agirligini dashimaq chox chetindir.
Cavab:

Aleykum salam. Bəli, edə bilərsiz. Çünki islama görə insan sevgidə azaddır. Həmçinin, bilmək lazımdır ki, İslam halal sevgini, yəni ailə qurmaq üçün bir-birini sevməyi dəstəkləyir. Digər hallarda isə bu, günah sayılır. 

ardını oxu
30-01-2014 Günay
Salam aleykum. Şiə alimlərini təqlid etmək vacibdirmi?
Cavab:

Aleykum salam. Əvvala bilək lazımdır ki, islamda təfriqəçilk yoxdur. Uca Allah buyurur: "Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən.

ardını oxu
30-01-2014
Salam aleykum. Menim ovladim yoxdu. Bilmek isterdim ki, bunun uchun dualar varmi? Allah razi olsun.
Cavab:

Aleykum salam. Övladın olması üçün xüsusi dua forması yoxdur. Qurani Kərimdə olan dualardan istifadə edə bilərsiniz. Quranda Zəkəriyyə (Ona Allahın salamı olsun) peyğəmbərin etdiyi: "Ey Rəbbim! Məni tək (kimsəsiz, varissiz) buraxma.

ardını oxu
30-01-2014 derya5
Salam aleykum. Qizlar masturbasyon olandan sonra qusl almalidir? Yaxudda qizlar doze biler illernen?
Cavab:

Aleykum salam. Özündən asılı olmayaraq axan mayeyə görə ona heç bir günah düşmür. Lakin əgər şəhvət nəticəsində çıxarsa, ona qüsl almaq vacib olur. Daha ətraflı "Masturbasiya etməyə icazə verilir?" oxuyun.

ardını oxu
30-01-2014
Salam aleykum. Qurani Kerimi basha dushduyum dilde yeni ki, oz ana dilimde oxumaya bileremr? Yoxsa ereb dilinde oxumaq lazimdir? Evvelceden teshekkur edirem.
Cavab:

Aleykum salam. Bəli, Qurani Kərimi öz başa düşdüyünüz dildə oxuya bilərsiniz. Sadəcə yaxşı olar ki, əgər imkanınız və həvəsiniz varsa, ərəb dilində Quran oxumağı öyrənin və gün ərzində yavaş-yavaş oxumağa başlayın. Bu sizin üçün daha faydalı və savablıdır.

ardını oxu
30-01-2014
Salam aleykum. Gecə vaxtı saç kəsdirmək günah sayılır?
Cavab:

Aleykum salam. Gecə vaxtı saç kəsdirməyin günah olması barədə səhih məlumat yoxdur. 

ardını oxu
30-01-2014
Salam aleykum. Terbiyesiz video ve ya shekillere baxarken qüsl pozulurmu?
Cavab:

Aleykum salam. Əvvala, bunlara baxmaq günahdır. Daha ətraflı: Əxlaqsız fotolara və ya videolara baxmaq olar?

ardını oxu
30-01-2014
Salam aleykum. Seyyidler haqqinda melumat veresiniz. Bunlara inanmaq dogru fikirdirmi? Men seyyidem ceddim gucludu.
Cavab:

Salam aleykum. Cavabı buradan oxuyun: Seyyid anlayışı doğrudur?

ardını oxu
30-01-2014 vidadi
Salam aleykum. Nezir pul vererken bezen bashlarina pulu firladib verirler. Bu gunahdirmi? Bes neziri verende nese demek lazimdirmi?
Cavab:

Salam aleykum. Nəzir veridkə pulu başa fırlatmaq lazım deyil. Bunu edənlər düzgün etmirlər. Bunu edən elə fikirləşir ki, belə etsə O verdiyi pul ona haram olacaqdır, bu isə yalnış iddiadır və günahdır. Həmçinin, nəzir verəndə heçnə demək lazım deyil.

ardını oxu
30-01-2014 vidadi
Salam aleykum. Ekstrasenslik, yeni baxiciliq gunahdirmi? Eger Allah terefinden verilen bir vergidirse, buna nece yanashmaq olar? Xahish edirem etrafli cavablandirasiz.
Cavab:
Və aleykum Salam. Bəli, yeddi həlakedici böyük günahlardan biri də sehr, falçılıq və bu qəbildən olan əməllər sayılır. Bunun günah olmasını bizə Uca Allah Öz Kitabında xəbər vermişdir. Uca Allah buyurur: "Ey iman gətirənlər!
ardını oxu

Pages