06-02-2014
salam aleykum evde heyvan saxlamaq duzgundurmu?
Cavab:

Aleykum salam. Cavabı buradan oxuyun: Hansı heyvanları evdə saxlamaq olar?

ardını oxu
06-02-2014
salam aleykum namazi qilib qurtarannan sora bezi dualar var onlari oxumaq ferzdirmi?
Cavab:
ardını oxu
06-02-2014
Salam aleykum. Saqqiz çeynemek gunahmi onu cheyneyib kopdurmek?
Cavab:

Aleykum salam. Bu barədə şəriətdə heş bir qadağa yoxdur. Amma yaxşı olar ki, ictimai yerlərdə ədəb qaydalarını gözləyəsiniz.

ardını oxu
06-02-2014 lale
Salam aleykum. Menim size bele bir sualim var. Men atami yeddi ildir ki, itirmishem. Hemishe yuxuma girir ve yuxuda mene deyir ki, men hele olmemishem, gizlenmishdim. Bu ne mena vere biler? Allah sizden razi olsun!
Cavab:
ardını oxu
06-02-2014 Qasımova Aygün
Salam aleykum! Bağışlayın narahat edirem. Fərz namazı hansı namazdır? Bağışlayın men bilmirem. Bildiyim namazlar bunlardır. Sübh namazı, Zöhr namazı, Əsr namazı, Şam namazı və Xiftər namazı.
Cavab:

Və aleykum Salam. Adlarını saydığınız namazlar fərz namazlarıdır. Lakin, şam və xiftən namazı fars dilində belə adlanır. Həqiqətdə, şam namazı Məğrib, xiftən namazı İşa adlanır. Vaxtları; Sübh - dan yeri söküləndən gün çıxana qədər. Zöhr - günəş zenitdə olandan sonra.

ardını oxu
06-02-2014
Salam aleykum. Ruzi duasi varmi? Deyirler Qurandan yazilma dualar var. Bu doğrudurmu? Bunlarda günahdırmı?
Cavab:

Aleykum salam. Xüsusi olaraq ruzi duası kimi tanınan bir dua mövcud deyil. Amma ümumən Qurani Kərimdə və Məhəmməd Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhih hədislərində mövcud olan duaların tərkibində, ruzi diləməklə bağlı cümlələr keçmişdir.

ardını oxu
06-02-2014
Salam aleykum. Bildiymize gore kishiler ve oglanlar cume gunu mescid de namaz qilir. Olarmi ki, qadinlar da, qizlar da qilsin tek cume gunu, yox adi gunde bele?
Cavab:

Aleykum salam. Bəli, olar. Sadəcə, qadına məscidə və ya cümə namazına getmək vacib deyil. Bu, Uca Allahın onlar üçün yaratdığı bir asanlıqdır. Hədislərdən birində Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurmuşdur: "Qadının məscidi evinin küncüdür".

ardını oxu
06-02-2014
Salam aleykum. Verdiyim suala görə çox-çox üzr istəyirəm, amma bunların cavabı da sizdə var. Ona görə sizdən öyrənmək istəyirəm. Mənim bir az özümə aid problemim var. Qızam amma bir az xəstəliyim var. Yəni cinsi tərəfdən axıntım var.
Cavab:

Aleykum salam. İnşallah, tezliklə namaza başlayın. Allah köməyiniz olsun. Sualın cavabını isə buradan oxuyun: Qızdan adi bir ləkə də gəlsə qüsl almaq lazımdırmı?

ardını oxu
06-02-2014
Salam aleykum? Qız xeylağından cinsi tərəfdən adi bir ləkə belə gəlsə qüslmu almaq gerekir?
Cavab:

Aleykum salam. Qadına qüsl etmək bu hallarda vacib olur: Qadın heyz və nifasdan qurtardıqdan sonra. Pollyusiya və cinsi əlaqədən sonra. İslam dinini qəbul etdikdə və ya (şirk və ya küfr etməklə) İslam dinindən çıxdıqdan sonra, yenidən bu dinə qayıtdıqda.

ardını oxu
06-02-2014
Salam aleykum. Zəhmət olmasa mənə cihadın nə olduğunu ətraflı izah edəsiz. İndidən Allah razı olsun.
Cavab:

Aleykum salam. Ümumiyyətlə toxunduğunuz məsələ geniş və izaha ehtiyacı olan bir mövzudur. Çünki cihad ibadətin bir növü olub, digər ibadətlər kimi onunda öz qaydaları, növləri və şərtləri vardır. Ümumən ərəb dilində "Cihad" sözü, "Cəhd" sözündən götürülmüşdür.

ardını oxu
06-02-2014
Salam alyekum. Məsciddə konfet paylamaq günahdır? Aşura günləri və ayrı vaxtlarda paylayırlar bunlar günah sayılmır? ve yaxudda nə isə niyyət edib paylamaq?
Cavab:

Aleykum salam. Məsciddə konfet paylamaqda heç bir qəbahət yoxdur. Amma yaxşı olardı ki, bu cür əməlləri etdikdə hansısa bir günü xüsusiləşdirməyəsiniz.

ardını oxu
06-02-2014
Salam aleykum. Necesiz? Namazin sünnetleri hansilardir? Son sunnetde varmi?
Cavab:

Aleykum salam. Əlhəmdulilləh, yaxşıyıq. Allah razı olsun. Sualnızın cavabını buradan Namazın sünnətləri nə qədərdir? oxuyun.

 

ardını oxu
06-02-2014 ALLAHIN QULU
Salam aleykum. On, on beş yashli ushaqlar dunyadan kochse cennete gedermi? Onlarin gunahlari silinermi?
Cavab:

Aleykum salam. Bu məsələ alimlər arasında mübahisəlıdır. Bəzi rəvayətlərə görə valideynləri müsəlman olan körpələr həddi-büluğa çatmadan öncə dünyasını dəyişərlərsə, inşallah cənnətə birbaşa sorğu-sulasız girəcəklər.

ardını oxu
06-02-2014
Salam aleykum. Namaza bashlayarken niyyet etdiyimiz zaman, niyyet etdim Allah rizasi uchun Allah yolunda hansı namazı qılıramsa onun adini bashlayiram. Duzgun niyyət edirem?
Cavab:

Aleykum salam. Ümumiyyətlə niyyət etmək, daxilən bir şeyə qəti qərar vermək, bir işi nə üçün gördüyünü qətiyyətlə bilmək deməkdir. Dini baxımdan isə niyyət etmək, bir işi Uca Allahın əmrinə tabe olmaq və ona yaxınlıq qazanmaq üçün yerinə yetirmək qərarından ibarətdir.

ardını oxu
06-02-2014
Salam aleykum. Üzr istəyirəm. Sizə şəxsi bur sual vermək istəyirəm. Əlbətdə bu saytda zəhməti olanlar var, chox təşəkkür edirəm bunun üchün. Sualım budur ki, siz hansı əqidəyə inanırsız və hansı əqidənin alimlərinə üstünlük verirsiz?
Cavab:

Va aleykum alam. Biz Uca Allahın göndərdiyi kitaba inanır, onun elçisi Muhammədin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yolu ilə getməyə çalışır və sonradan dində çıxmış  yeniliklərdən uzaq durmağa çalışırıq.

ardını oxu
05-02-2014
Salam aleykum. Qurani öpmək olarmi?
Cavab:

Aleykum salam. Şəriətimizdə Qurani Kərimi öpmək buyurulmamış və bu əməlin dində heç bir əsası yoxdur. Çünki, nə Peyğəmbər (salləllahu aleyhi və səlləm) nə də onun əshabələri (Allah onlardan razı olsun) Quranı öpməmişlər və nədəki belə bir şeyi buyurmamışlar.

ardını oxu
05-02-2014
Salam aleykum. İki elle ve ya opusherek gorushmek olarmi?
Cavab:

Aleykum salam. İki əllə görüşmək səhih hədislərə görə bəyənilmir. Həmçinin, tez-tez öpüşərək görüşmək də yaxşı hal deyil. 

ardını oxu
05-02-2014
Salam aleykum. Hicaba girərkən hansı reng de istesen geyinmek olur?
Cavab:

Aleykum salam. Hicabı istənilən rəngdə geyinmək olar. Sadəcə olaraq yaxşı olar ki, dar, şəffaf, cazibədar, düm ağ, qırmızı, sarı, zərli, bərli-bəzəkli rənglər kimi cəlb edici və ya diqqət çəkəcək görkəmdə olmasın. Bu fikir, mötəbər islam alimlərinin görüşüdür.

ardını oxu
05-02-2014 lale
Salam aleykum. Men bir sheye tovbe etmishem ve yeniden o ishe qayitmaq isteyirem. Men nece edim ki, tovbem pozulmasin. Allah sizden razi olsun. Amin!
Cavab:

Aleykum salam. Əgər o iş günahdırsa, qayıtmaq olmaz. Əks halda, nəyisə özünüzə qadağan etmisinizsə, bu halda müəyyən şərtlər daxilində olar (o işin nə olduğundan asılı olaraq)

ardını oxu
05-02-2014
Salam aleykum. Qadinlara, qizlara cume namazi qilmaq olarmi? Ve nece qilinir?
Cavab:

Aleykum salam. Qadına məscidə və ya cümə namazına getmək vacib deyil. Hədislərdən birində Peyğəmbər (s.a.s) belə buyurur: "Qadının məscidi evinin küncüdür".

ardını oxu
05-02-2014
Salam aleykum. Nişanda, toyda, xınada konfet verirlər qızlara. Onları başımızın altına qoyuruq ki, kimisə görsək yuxuda ona qismət oluruq. Bunları etmək günahdırmı? Xahish edirem mene etrafli melumat veresiz.
Cavab:

Aleykum salam. Toyda, xınada, nişanda konfet götürüb başın altına qoyaraq yuxuda görülən adama qismət olacağına inanmaq günahdır. Çünki, bu əməl fala baxmağın bir növüdür. Fala baxmaq və fala baxdırmaq böyük günahlardan hesab olunur. 

ardını oxu
05-02-2014
Salam aleykum. Biz sizə nə ücün inanmaliyiq? Bu sualı mən nəyə görə verdim? Onun üchün bu sual mənə maraqlıdır ki, bu gün Islam dini bir nechə firqələrə bölünüb. Bu firqələrdən ən chox yayılan şiə və əhli sünnədir. Hansı ki, ölkəmizdə də məhz bu iki firqə choxluq təşkil edir.
Cavab:

Aleykum salam. Bu cavabı oxuyun: Hansı məzhəbə inanaq?

ardını oxu
05-02-2014 sedef12
Salam aleykum. Niye gore zikr etdikde 33 defe Subhənallah, 33 defe Əlhəmdullah ve 33 defe de Allahu Əkbər deyirler? Bu reqemlerin menasi və ya hikməti nedir?
Cavab:

Aleykum salam. Dində elə məsələlər vardır ki, onların mənası və hikməti haqqında xəbər verilib. Lakin elə məsələlər də vardır ki, onların mənası və hikməti haqqında heç bir xəbər verilməyib. Sizin sualınız da bu məsələyə aiddir.

ardını oxu
05-02-2014
Salam aleykum. Sizə sualım budur ki, bu sualları cavablandıranlar ilahiyyat tələbələridir yoxsa müəllimləridir? Çünki bir kitab oxuyanda onun ilk olaraq kim yazdığına baxılır axı. Düzdürmü?
Cavab:

Aleykum salam. Bu saytdakı sualları cavablandıran şəxslər, ilahiyyat elmləri üzrə İslam Universitetlərində təhsil almış bir qrup ali təhsilli mütəxəssislərdir. Fikrimizcə, onların bir-bir adlarını qeyd etməyə heç bir lüzum yoxdur. 

ardını oxu
05-02-2014 Günaydan
Salam aleykum. Mən 4-5 aydır ki, namaza başlamışam. İşlədiyim üçün şam namazına kimi zöhrlə, əsr namazımı qılıram,10-15 deqiqə sonra azan oxunur, bu düzgün sayılırmı? çünki mənim başqa cür imkanım olmur.
Cavab:

Aleykum salam. Zərurət halında, zöhr və əsr yaxud məğrib və işa namazlarını birləşdirib qılmağın heç bir eybi yoxdur. Çalışın adət halına salmayasız. Bu xüsusda Uca Allah buyurur: "Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər". (əl-Bəqərə, 286).

ardını oxu
05-02-2014
Salam aleykum. Men sizin bu saytınızda chox yerde rast gelmishem ki, salavat deyerken siz bele yazirsiz: (Peyğəmbər, Sallallahu Aleyhi Va Səlləm). Bes salavat chevirdikde Peygembere ve ali Peygembere demedikde, Peygemberimizin xoshuna getmir!!! Bele yazilmali deyilmi?
Cavab:
Aleykum salam. Hədislərdə salavatın müxtəlif deyiliş formaları bizə gəlib çatmışdır. Bunların ən qısa və ən çox işlənən "Salləllahu aleyhi va səlləm"  formasıdır.
ardını oxu
05-02-2014 Gülsüm.
Salam aleykum. Mənim qızım anadan oldu və səkkiz gündən sonra həkiminin səhvi ucbatından dünyasını dəyişdi. Mənim qızıma ağlamağım, ona günahdırmı? Deyirlər ki, körpə üçün ağlayan anaya görə uşağın qəbri su ile dolur və körpə üşüyür. Mən buna inanmıram.
Cavab:

Aleykum salam. Allahdan sizə səbir diləyir və dua edirik, sizi qızınızla Cənnətdə görüşdürsün. Qızınız üçün həddi aşmadan, səssizcə ağlamaq və ya kədərlənmək günah sayılmaz.

ardını oxu
04-02-2014
Salam aleykum. Bir insani geri qaytarmaq üçün dua varmi? Bilirem bir tek Allah var ve Ona yalvararaq isteyirik. Amma bilmek isteyirdim ki, bunun üçün ayrıca dua varmı?
Cavab:

Aleykum salam. Bunun üçün ayrıca dua növü mövcud deyil. İstədiyiniz kimi edə bilərsiniz. Həmçinin həmin insanın qayıtmasının sizə xeyirli olub-olmamasını bilmirsiniz. Bu halda Uca Allahdan yardım diləyərək istixarə namazı da qılmaq yaxşıdır.

ardını oxu
04-02-2014 Muhammed
Salam aleykum. Yəcuc və Məcuc tayfalarının dəqiq cıxacağı yer haqqında nə deyə bilərsiniz?
Cavab:

Aleykum salam.  Yəcuc və Məcuc tayfalarının çıxacağı yer tarixçilər arasında mübahisəli məsələ olaraq qalır və bu barədə dəqiq bir məlumat yoxdur. Məlumat üçün deyək ki, Yəcuc və Məcuc Adəm övladlarından olan və hal-hazırda mövcud olan iki tayfadır.

ardını oxu
04-02-2014
Salam aleykum. İşin düzəlməsi üçün, niyyət edib oruc tutmaq olarmı?
Cavab:

Aleykum salam. Şəriətə görə Allaha yaxınlaşdıran mənəvi ibadətlərlə, məsələn; (oruc, namaz, həcc, ümrə və.s buna bənzər əməllərlə) niyyət; şəirət dilində desək nəzir etmək olar. Sizin Allah qarşısında söz verdiyiniz nəzir orucu da bu əməllər sırasındadır.

ardını oxu
04-02-2014 lale
Salam aleykum. Allaha ibadət edəndə saçı açıq olarmı? Allah sizi cənnətlə mükafatlandırsın.
Cavab:

Aleykum salam. İbadət dedikdə namazı nəzərdə tutursunuzsa, olmaz. Namaz vaxtı qadının bütün örtünməli olan əzaları bağlı olmalıdır. Ümumiyyətlə qadın nəyin ki, təkcə ibadət zamanı, qadın naməhrəmlər yanında da daim örtükdə olmalıdır. Bu şəriətimizin tələbidir.

ardını oxu
04-02-2014 Lalə
Salam aleykum. Mən namaz qılmaq istəyirəm amma içimdə biraz narahçılıq var. Məmim ağlıma belə fikirlər gəlir, namazı haçansa ata bilərəm, bundan qorxuduğum üçün namaz qıla bilmirəm. Bu Şeytan əməli ola bilərmi?
Cavab:

Aleykum salam. Bəli, belə fikirlər şeytanın vəsvəsələrindən sayılır. Ona görə də vəsvəsələrə fikir verməyərək tezliklə namaza başlayın.

ardını oxu
04-02-2014 Günay
Salam aleykum. Sizə sualım belədir mən həftənin cümə günü evdə özümü narahat hiss edirdim və elə bil yanımda kimsə var idi və mən Allaha yalvardım ki, məni qoru ya Rəbbim və ixlas surəsini oxudum.
Cavab:

Aleykum salam.

ardını oxu
04-02-2014
Salam aleykum. Deyirlər ki, əl dırnaqlarına lak qoymaq dəstəmazı pozur, bəs ayaq dırnaqlarına necə?
Cavab:

Aleykum salam. Əvvala bilmək lazımdır ki, dırnaqlara lak vurmaq dəstmazı pozmur. Amma nəzərə almaq lazımdır ki, lak dırnaqların üzərində müəyyən bir təbəqə yaradan və suyun dırnaqlara keçməsinin qarşısını alan bir maddə olduğu üçün hər dəstəmaz və ya qüsl vaxtı onu təmizləmək lazım gələcək.

ardını oxu
04-02-2014
Salam aleykum. İki bacının bir ildə kəbin kəsməyi düzgündürmü? bunun düşər düşməzi varmı?
Cavab:

Aleykum salam. Bəli, düzgündür. İki və ya daha artıq sayda bacılar olsun, şəritə görə fərq etməz, hamısının bir ildə kəbinləri kəsilə bilər. Bu barədə şəriətdə heç bir qadağa yoxdur.

ardını oxu
04-02-2014
Salam aleykum. Mən bir il dörd aydır ki, atamı itirmişəm, səbəbi bəlli olmayan xəstəlikdən. Onun ölümü ilə barışa bilmirəm. Düzdür həmişə Allaha şükr edirəm. Xeyir də şər də ondandir. Amma yenə də ürəyim yanır. Heç kəs məni başa düşmür. Hamı danlayır. Mən nə edim?
Cavab:

Aleykum salam. Hər bir müsəlman bilməlidir ki, ölüm son deyil, Uca Allah ölmüş insanları qiyamət günü yenidən dirildəcək. Rəbbimiz buyurur: "Sizi (Adəmi) də ondan (torpaqdan) yaratdıq.

ardını oxu
02-02-2014
Salam aleykum. Xahiş edirəm zəhmət olmasa cavab verəsiz. Qüsl alarkən, destəmaz alarkən, təyəmmüm alarkən salavat deyilməlidir? Deyilməlidirsə qaydası necədir?
Cavab:

Aleykum salam. Dəstəmaz, təyəmmüm və qüsl alarkən səhih hədislərə əsasən salavat yox, "Bismilləh - Allahın adı ilə!" deyilir. Salavat isə Peyğəmbərin (salləllahu aleyhi va səlləm) adı çəkilən zaman ona aid edilən duanın bir növüdür.

ardını oxu
02-02-2014 Aytən
Salam aleykum. Mən bütün sualları və sizin verdiyiniz cavabları diqqətlə oxudum. Bir shey mene qaranliq qaldi. Men ozumde din baresinde oxuyub melumatlaniram. Amma bildiyime gore Peygemberimiz namazi mohurle qilib ve yaxud sehabeler yola chixdiqda bir ovuc torpaq gotururlermiş namaz qilmaq uchun.
Cavab:

Aleykum salam. Xahiş edirik, dini səhih mənbələrdən öyrənin (Qurani Kərim və səhih hədislər). Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dövründə məzhəblər olmayıb, həmçinin şiə məzhəbi. Ümumiyyətlə firqələrə bölünmək qadağandır.

ardını oxu
02-02-2014
Salam aleykum. Evdə və ya başqa bir yerdə dini yazılı şəkillər, Allah sözünü asımaq olarmı?
Cavab:

Aleykum salam. Dini yazı dedikdə Quran surələrini və ya duaları nəzərdə tutursunuzsa, onları tez-tez oxumaq və mümkün qədər əzbərləmək daha faydalıdır. Onları divardan asmaqla xeyir-bərəkət gəldiyini düşünmək isə səhvdir.

ardını oxu
02-02-2014
Salam aleykum. Hansi bayramlarda namaz var qilmaq uchun? Ve nece niyyet edilmelir?
Cavab:

Aleykum salam. İslamda Ramazan və Qurban bayramlarında camaat şəkilində bayram namazı qılınır. Niyyət isə adi namazlar üçün olduğu kimidir. Ümumiyyətlə niyyət məqsəd deməkdir. Bir əmələ niyyət etmək o əməli yerinə yetirmək məqsədi olmaq deməkdir.

ardını oxu
02-02-2014 ALLAHIN QULU
Salam aleykum. Mən sizə sual deyil istək verəcəm. Xahiş edirəm mənə məhəbbət duası verə bilərsinizmi?
Cavab:

Aleykum salam. "Məhəbbət" üçün xüsusi bir dua forması yoxdur.

ardını oxu
02-02-2014 A
Salam aleykum. Ushaq ikən yəni 12 yaşimda Allaha bir söz vermishtim. Hər gecə yatmazdan əvvəl Allaha dua etməmiş yatmayacağam deye, onsuzda bütün günü ürəyim Allahla olsada bunu 8 ildir ki, əməl edirəm.
Cavab:

Aleykum salam. Sözsüz ki, Uca Allah insana qarşı çox mərhəmətlidir. Allaha söz vermiş olsanız belə O sizdən yalnız bacardığınız qədər ona ibadət etməyi buyurur. Quranda Uca Allah belə demişdir: "Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər mükəlləf edər.

ardını oxu
02-02-2014
Salam aleykum. Dua ederken "İlahi Amin" deyirler? Yoxsa tek amin?
Cavab:

Aleykum salam. Hər ikisini də demək olar. Bu, duanın formasından asılıdır. 

ardını oxu
02-02-2014
Salam aleykum. Üzərinde yazılı ve ya heyvan şəkilləri olan köynək geyinmək günah deyil?
Cavab:

Aleykum salam. İlk öncə xatırladaq ki, bəzən paltarlarda əcnəbi dildə olan yazılarda hansısa batil bir dinin təbliğatı ilə bağlı cümlələr yazılır. Bu cür yazılar yazılan paltarları geyinmək olmaz.

ardını oxu
02-02-2014
Salam aleykum. Balaca körpələrə gözmuncuğu taxırlar bu düzgündürmü? Həqiqətənmi gözmuncuğu deyilən bir şey varmı? Göz dəyirmi kimdənsə kiməsə?
Cavab:
Və aleykum Salam. İnsanı Uca Allah qoruyur. Gözmuncuğu bir şüşə parçasıdır. İnsanı, evi, hardan asılırsa oranı heç bir zərərdən qorumağa qadir deyil. Təsəvvür edin, gözmuncuğunu yerə atıb tapdalasan və sındırsan, özünü qoruya biləcəkmi!? Sözsüz ki, yox.
ardını oxu
02-02-2014
Salam aleykum. Hicaba girərkən başdanayağa qaraya bürünürlər, bunlara niyə Vəhhabi deyirlər? Onlar doğrudanmı din yolu ilə gedirlər? Mənə çox maraqlıdır! Qadınlar başdan-ayağa qara geyinir, kişilərində saqqalları uzun olur. Dində saqqal uzatmaq ziddir? Yoxsa uzun olmalıdır?
Cavab:

Aleykum salam. İnsanın tutduğu yol onun geyimi və ya xarici görkəmiylə ölçülmür. Əqidə sadəcə daxildən gələn, Uca Allaha olan saf və səmimi bir inanc hissidir. Düzgün yol Allah Rəsulunun (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yoludur.

ardını oxu
01-02-2014
Salam aleykum. Mən istiyirəm islama aid bir kitab oxuyum ürək başqa yerdə çox pis sözlər deyir. Sonra özüm də pis oluram. Nəsə mənə olur bu günahdırmı?
Cavab:

Aleykum salam. Ürəyinizə gələn pis fikirlər insana doğru yola gəlməyinə hər cür maneçilik törədən şeytandan irəli gəlir.

ardını oxu
01-02-2014
Salam aleykum. Namaz qilarkən insan ürəyindən çox şey keçir arzu istək bunlar günah deyil? Ve namazda səcdəyə gedərək "subhənə rabbiyəl azim" deyəndən sonra səcdədən qalxmadan ürəyimdəki arzumu keçirdə bilərəm? Günah sayılmaz?
Cavab:

Aleykum salam. Cavabı buradan oxuyun: Namazda olarkən səcdədə dua etmək doğrudur?

ardını oxu
01-02-2014 Vüqar Fətullayev
Salam aleykum. Dinimizdə qadınların işləməsi barədə nə yazılıb.
Cavab:

Aleykum salam. Daha ətraflı "Qadının işə getmək üçün evdən çölə çıxması" linkindən oxuyun.

ardını oxu
01-02-2014 derya12
Salam aleykum. Seyyide inaniriqsa deyirler eli yunguldu. Childag zad eliyir o duzdur heee
Cavab:

Aleykum salam. Sualınızla bağlı bu cavabları oxuyun:

Seyyid anlayışı doğrudur?

Qorxan adamı çıldaq etmək olar?

ardını oxu

Pages