28-01-2021 Nezrinden
Salam aleykum menim size bir sulalim var menim xalam hamiledi namaz qilir ama arada namazlarini qeza edir o gunahdirmi ama isteyerek etmir aqrilari olur ona gore
Cavab:
Aleykum salam. Namaz elə bir ibadətdir ki, onu ağlı başında olan hər bir müsəlman istənilən halda yerinə yetirməlidir. Lakin dinimiz asanlığı əmr etdiyi üçün xəstəlik və hamiləlik səbəbindən müəyyən rüxsətlər qoymuşdur. Daha ətraflı:
ardını oxu
28-01-2021
Salam. Men heftede 2 defe gece namazi qilmag isteyirem. Bir cume gecesi qiliram. Basqa hansi gun daha muqeddesdi diger gunlere nisbeten hemen gece gecenamazi qilim? Cume gecesinden basqa hansi gece gecenamazi qilsam daha uygun olar?
Cavab:
Va aleykum Salam.
ardını oxu
28-01-2021 Aişə
Salam Aleykum.Öncəliklə sizlərə təşəkkürlərimi bildirirəm.Allah sizdən razı olsun ki belə bir sayt açmısınız.Mənim belə bir sualım var.Mən namaz qılıram əlhəmdülillah.
Cavab:
Va aleykum Salam. Qeyd edək ki, hicab da namaz kimi həddi-büluğa çatan və ağlı başında olan hər bir müsəlman qadına vacibdir. İslam dininə görə həddi-büluğ insanın cinsi yetkinliyə çatdığı vaxtdır. Həmçinin oxuyun: 
ardını oxu
28-01-2021 Jalə
Salam. Səhflərim olub, məsələn bura birdə getməyəcəm, bunu birdə belə etməyəcəyəm deyib ağzımdan tövbə sözü çıxıb. Bir neçə dəfə məcbur qalıb pozmuşam, kəfarət məsələsində çox narahatam. Oruc tutmaya səhhətim əl vermir, kasıb doyurmaq və ya geydirmə məsələsi də çətindir.
Cavab:
Va aleykum Salam.
ardını oxu
28-01-2021
Salam. Mənim sualım belədir. Mən sosial şəbəkələrin birində hesab açmışdım, nəsə birşeyə əsəbləşib sildim. Birdə hesap açıb, açmayacağım barəsində tövbə edib etmədiyimi bilmirəm. Xatırlamıram, o vaxtlar dilimə yerli yersiz tövbə sözü gəlirdi.
Cavab:
Va aleykum Salam. Əvvəla bunu qeyd edək ki, tövbə yalnız günah işlərdən uzaq durmaq üçün edilir. Günah əməllərə (naməhrəmlərlə danışmaq, harama baxmaq kimi) yol vermədən sosial şəbəkələrdə hesab açmaq qadağan deyil. Odur ki bu işə tövbə düşmür. Həmçinin tövbəni pozmağa da kəffarə düşmür.
ardını oxu
19-01-2021
Salam menim bir sualım var menim qeza oruçlarım var indi hamile olduğum ucun tutamıram sozum ucunde uzur istiyirem indi men borcumu nece oduye bilerem xaiş edirem yazardız.
Cavab:
Aleykum salam. Hamiləlik səbəbindən Ramazanda oruc tuta bilməyən qadın tutmadığı günləri digər günlərdə qəza etməlidir. Daha ətraflı:
Hamilə və ya uşaq əmizdirən qadın oruc tuta bilərmi?
ardını oxu
18-01-2021
Elm mütləqdir?
Cavab:
Salam aleykum. Elm iki növdür: 1) Şəriət elmi; 2) Dünyəvi elm.
ardını oxu
18-01-2021 Allah bendesi
Salam her vaxdiniz xeyr olsun. Cox istediyim birsey haqqinda yuxu görmek isterdim. Düzdür niyyet edince bezen görürem amma bezen gorduyum yuxunu yoza bilmirem. Yuxuya inaniram. Yuxu görmeyimiz üçün ne ede bilerik? İstediyimiz ve Allah'dan isaret istediyimiz yuxunu nece göre bilerik?
Cavab:
Va aleykum Salam. Dinimizdə yuxulara çox bağlanmaq, onlara əsasən hərəkət etmək və hər yuxunu yozmağa çalışmaq buyurulmayıb. Gördüyümüz hər yuxu Allahdan olmur. Yuxular gündəlik fikirləşdiyimiz şeylərin təsirindən və ya şeytandan da ola bilər. Daha ətraflı:
ardını oxu
18-01-2021
Salam,Bagislayin narahat edirem.Men Islam dinini derinden oyrenmek isteyirem.Bunu uygun bir kitab bilirsizmi terefsiz ve duzgun izzah etsin Islam dinini.2 ci sualim odurki Qurani Kerim de sozler bir qeder sirr seklindedir,Her sozun de bir mena yatir Muqeddes kitabimizin insanlar ucun bu qeder sirrle
Cavab:
Aleykum salam.
ardını oxu
18-01-2021 Xanim
Salam.1.Eger qadin yuxuda masturbasiya elediyini gorubse ve ya cinsi elaqede oldugunu gorubse,yuxunu hiss edibse.Ama seher duranda hecbir axinti olmayib,quru olubsa,cenabet quslu lazimdi?
Cavab:
Və aleykum Salam.
1. Yuxuda cinsi əlaqədə olduğunu görən yuxudan ayıldıqdan sonra axıntı olmadığını görərsə, bu halda qüsl etmək lazım deyil, dəstəmaz alıb namazı qılmaq olar. Bu cavabları oxuyun:
ardını oxu
18-01-2021
Selam ben sizi azerbaycandan ariyorum. Ben biri ile aile kurdum. O beni atib gitdi. Soradan duydum ki moskuvada aile usagi varmis. Ama bana anne babasi geldi babamdan istediler. Ve cox guzel bir duyun yapdilar. Iki aya kalmadi gitdi bi daha gelmedi. Şu anda bir kizim var.
Cavab:
Və aleykum Salam. Ərinizin sizinlə belə davranması sözsüz ki sizə qarşı haqsızlıqdır. Uca Allahdan sizə yardım etməsini diləyirik! Ərinizin ailəsi vasitəsilə ona xəbər göndərin ki, üzərinə düşən atalıq vəzifəsini ona xatırlatsınlar. Bu cavabları da oxuyun:
ardını oxu
18-01-2021 Allah bəndəsi
Salam Aleykum.. menim sualim budur:1)Hz.Adəm gunah edib cənnətdən qovulub dunyaya getirilmisdir biz insanlar olaraq niye Hz.Adəmin cəzasin cekirik? 2)Allahim gələcəyi bilirse bes biz niye sinaga cəkir?. 3)Vahabilər haqda genis yaza bilərsiz
Cavab:
ardını oxu
17-01-2021 Haşim Sultanov
Salam aleykum. 6ildir sevdiyim ve onun ucbatindan ayrildigim bir qadina haqqimi halal etmedim. Haqqimin halal olunmamasi ona ne kimi tesir ede biler ve mene ne kimi tesir ede biler. Cox xais edirem bu sualimi cavablandirin.
Cavab:
Və aleykum Salam. Bu cavabları oxuyun:


Qul haqqı barədə
ardını oxu
17-01-2021 4.9.2019-İslamın şüarı
Salam aleyküm. 1)Qəza orucunu həftənin 1,4,5,6 günlər tutarsaq sünnət orucu sayılırmı? ümumiyyətlə sünnət orucu neçənci günlərdir? 2.Fatimeyi-Zəhra məscidi harda yerləşir? və orda imam olan Şahin və Ramil haqqında nə deyə bilərsiz?
Cavab:
Və aleykum Salam.
ardını oxu
17-01-2021 Gulya
Salam esmaul husnani riyaziyyatsiz oxusam cin seytan mene musalat olmaz.internetde ele yaziblar.Gunde 2defe 100 defe oxuyuram.
Cavab:

Və aleykum Salam. Şəriətimizdə "Əsmaul-Husna"-nı (Allahın gözəl adları) qeyd etdiyiniz kimi hesablama üsulu ilə sadalayaraq cin və şeytanların insana musallat olmasından qorunmaq üçün hər hansı bir göstəriş buyurulmayıb.

ardını oxu
07-01-2021
Qadın sacının qabaq hissəsini kəkil kimi kəsdirə bilər ( buna çolka deyilir)
Cavab:
Salam aleykum. Kişilərə oxşamamaq şərti ilə qadın saçlarını kəsdirərək tel saxlaya bilər. Həmçinin oxuyun:

Qadının saçı ən azı hara qədər olmalıdır?
ardını oxu
07-01-2021 Lale
Salam Menim atam 26.06.2020ci ilde rehmete gedib ve ayin 26si da torpaga tapsirilib.Anam 28.06.2020de rehmete gedib ve ayin 29u torpaga tapsirilib.Bilmek isteyirdim onlarin ikisinin 40ni bir gune salmaq olar???Ve hansi tarixe dusur 40lari?Nece molladan sorusmusuq here bir soz deyir.Bir de biz 4baciy
Cavab:

Va aleykum Salam.

ardını oxu
07-01-2021 Fidan
Salam Hezreti Mehemmede nece salavat göndermek lazimdi indi den teşekkürler
ardını oxu
07-01-2021 Sekine
Salam. Məndə Qurani Kərim kitabı azərbaycan dilində tərcümə olunmuş şəkildədir. Mən azərbaycan dilində Quranın 1 ci sehifəsindən son səhifəsinə qədər oxumağı istəyirəm. Bilmək istərdimki tərcümə olunmuş Quranı tam oxumaq xətim sayılırmı və bunun savabı varmıdır?
Cavab:

Va aleykum Salam. Qurani Kərimi həm ərəb dilində, həm də tərcüməsini oxumaq böyük savabdır.

ardını oxu
07-01-2021 Qul
Qoyunun ağ əti halaldırmı ?
Cavab:

Salam aleykum. Əti halal olan heyvanların qeyd etdiyiniz üzvləri də halaldır, çünki bunu qadağan edən heç bir dəlil yoxdur.

ardını oxu
07-01-2021 Sədrəddin
salam aleykum.biz denizde isleyenler namazi sefer qilmaliyiq yoxsa oldugu kimi?qeyd edim ki bezen 1 hefte deniz 1 hefte evde qaliriq bezen 15-15 bezen ise 1 ay denizde 1 ay evde
Cavab:
Və aleykum Salam. Getdiyiniz yerdə şərait olsa belə daimi qalmaq niyyəti olmadığı üçün səfər namazları qılmağınız sünnəyə daha uyğundur.
ardını oxu
07-01-2021 Leyla
Salam Aleykum.bir iş baresine qelbim rahatlığ tapmırsa.ve Allahdan bir işare yol göstermeyini isdiyerdim.bunun üçün hansı duanı.hansı zikri tövsiyye ederdiniz.teşekkürler önceden
Cavab:

Va aleykum Salam. Bu cavabları oxuyun: İstixarə namazı necə qılınır?

ardını oxu
07-01-2021
Salam.Bir sual vermek isteyirem zehmet olmazsa cavabladirardiz men sübh namazıni namazın bitmesine 5 deqiqe qalmış qıldım yeni günün çıxmağına 5 deqiq qalmışdı namazım düzgündür?
Cavab:

Va aleykum Salam. Namazın vaxtı çıxmamışdan bir dəqiqə əvvəl belə namazın bir rükətini tamamlayan, namazı vaxtında qılmış sayılır. Daha ətraflı: 

Namaz qılarkən namazın vaxtı çıxarsa, namaz batil olurmu?

ardını oxu
07-01-2021 Zaur
Salam men namaz qiliram amma hazirliq derslerine dusur namazin vaxti bu onda gunah olur.
Cavab:
ardını oxu
07-01-2021
Mən həmsə ciməndə qusul vermirem bunu günahdımı mene bununsebebini yazin
Cavab:
Salam aleykum. Əgər qüslu pozan hallardan biri baş verməyibsə, hər dəfə çiməndə qüsl almaq vacib olmur. Daha ətraflı: Qüsl necə alınır və onu pozan amillər hansılardır?
ardını oxu
07-01-2021 Esma
salam adim Esma yoldawimla savawdim ve kebinimizi cirdim , kebinimiz pozulub ya yox ?
Cavab:

Va aleykum Salam. Kəbin kağızını qadının cırması kəbinin pozulması demək deyil. Boşanma kişinin qadına onu boşamaq niyyətilə "səni boşayıram" və ya bu mənalı söz deməsilə baş verir. Daha ətraflı:

ardını oxu
07-01-2021
Əssəlamun Aleykum. Sizə bir sualım olacaqdı. Əslində namaz gündə 5 dəfə qılınmalıdı ama mən 3 dəfə qılıram. Yəni namazları birləşdirib qılıram.məsələn Şam namzını qılıram sonra 5 dəq fasilə verb Xiftə namazını qılıram. Bu düzgün sayılırmı?
Cavab:
Va aleykum Salam. Uca Allah möminlərə namazları bəlli vaxtlarda vacib buyurdmuşdur. Namazın qəbul olunmasının şərtlərindən biri də namazların vaxtında qılınmasıdır. Vaxtından əvvəl və ya vaxtı çıxdıqdan sonra qılınan namaz qəbul deyil.
ardını oxu
07-01-2021 Behriyye
Men uwag yawimda gorduyum cine benzer biweyden sonra yuxularimi qarwdriram indi 23yawim var coxwey canimdan cixmayib nece edeceymi bilmrem ne etmeliyem
Cavab:
Salam aleykum. Pis yuxulardan qorunmaq üçün yatmazdan əvvəl zikrləri etmək lazımdır. Ümumiyyətlə cin və şeytandan qorunmağın yeganə yolu Allahı çox zikr etmək və Allahdan yardım deiləməkdir. Uca Allah buyurur: "Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın.
ardını oxu
07-01-2021
Salamın əleykum. Namazı qılarkən 4 cü rüketde teşehhüdde asqırmağım geldi. Asqırdım ve namaza davam etdim. Bu namazı batil edirmi?
Cavab:

Va aleykum Salam. Asqırmaq namazı batil etmir. Həmçinin oxuyun:

Namazda bəyənilməyən əməllər hansılardır?

Dəstəmazı və namazı batil edən hallar

ardını oxu
07-01-2021 elnur
salam mən tovbə edib dəfələrlə pozmusam. və pesmanam yene tovbə etsəm ALLAH tovbəmi qəbul edərmi. yeniden tovbə edə bilərəmm. və birdə mənim 16 yaşım var mənə gunah yazılırmı.
Cavab:
Va aleykum Salam. İnsan həddi-büluğa çatdıqdan sonra artıq etdiyi günahlar ona yazılır. İslam dininə görə həddi-büluğ insanın cinsi yetkinliyə çatdığı vaxtdır. Daha ətraflı:

Yetkinlik yaşına çatmağın əlamətləri nədir?
ardını oxu
31-12-2020
salam, bildiyimə görə 31 dekabr Məhəmməd Peyğəmbərin ölüm günüdür.Bəs,həmin günü yeni il keçirtmək olar?
Cavab:

Aleykum salam. Qeyd etdiyiniz tarixin Muhəmməd peyğəmbərin (salləllahu aleyhi və səlləm) nə vəfatı, nə də doğum günü ilə heç bir əlaqəsi yoxdur. Həmin günü yeni il bayramı kimi keçirtməyə gəlincə isə dinimiz bizə qeyri müsəlmanlara oxşamağı, onların bayramlarını, adət-ənənələrini və s.

ardını oxu
25-12-2020
Salam.bir sualim var.bugunlerde insanlar 8seyi 3 seyden ustun tuturlar nedir?
Cavab:
Aleykum salam. İnsanların üstün tutduqları 8 şey və üstün tutulan 3 şey bu ayədə qeyd olunub.
ardını oxu
25-12-2020 Nurcan
Salamun aleykum. İbadətləri edərkən bəzən huşu içində edirəm,bəzəndə ibadət mi edirəm,yoxsa sadece sözgəlişimi edirəm. Qısaca huşu içində ibadət etmək üçün nə etmək lazımdır. ? nə edirəmsə edim fikrimi toplaya bilmirəm bundan necə qurtulub,huşu içində zövqlə ibadətləri edə bilərik?
Cavab:
Va aleykum Salam. "Xuşu" sözünün mənası "mütilik" deməkdir. Xuşu ilə ibadət etmək dedikdə, Uca Allahın qarşısında durduğunu hiss etmək, dünya işləri barədə düşünməmək və dediyinin mənasını anlamaq nəzərdə tutulur. Xuşu və onun əldə olunması barədə ətraflı bu cavablardan oxuyun:
ardını oxu
25-12-2020 Sevil
Salam. Yoldaşım 1ci nigahdan olan qadına mehriyyə verməyib. Belə olan halda günahdırmı? Və verməlidir ki mehriyyəni?
Cavab:
Va aleykum Salam. Mehr - nikah bağlanarkən oğlanın qıza verdiyi pul, mal və ya zinət əşyasıdır. Mehr qadının haqqıdır və boşanma olduqda mehr qadına qalır. Əgər həyat yoldaşınız keçmiş zövcəsi ilə nikah bağlayarkən mehr müəyyən olunubsa, əriniz bu mehri keçmiş yoldaşına verməlidir.
ardını oxu
25-12-2020 ......m
Salam men namaz qılmaq isdeyirem üzr isdeyirem amma mende öz başına boşalma olur qüsl almadan destemaz alaraq namaz qıla bileren?
Cavab:
Va aleykum Salam. Məni ifraz olunması ilə müşayət olunan şəhvlətlə boşalma baş verdikdə qüsl almaq vacib olur. Qüsl almadan dəstəmaz alıb namaz qılmaq olmaz.
ardını oxu
25-12-2020
Salam Aleykum. Zulhicce ayinda qeza orucu tutmaq olar? Yoxsa yalniz nafile orucu tutulmalidir?
Cavab:
Və aleykum Salam. Ramazan ayından qalan qəza oruclarını növbəti Ramazana qədər Zil-Hiccə ayı da daxil olmaqla istənilən ayda tutmaq olar.
ardını oxu
25-12-2020
Salam namaz qilan adam eline spirt vura bilermi . Elini ickinin qabina (yeni araq butulkasina) el vura bilermi ?
Cavab:
Va aleykum Salam. Spirt və spirtli içkiləri içmək haram olsa da, bu maddələr özü-özlüyündə təmiz sayılır. Ətraflı bu cavabları oxuyun:
ardını oxu
25-12-2020 Türkan
Salam, internetde bir sevdiyini sınamq meqsedile basqa bir oglan adinla ya qiz adiyla yazmaq günahmidir?
Cavab:
Va aleykum Salam. Uca Allah bir insan barədə pis zəndə olmağı qadağan edərək buyurur: "Ey iman gətirənlər! Zən­nə çox qa­pılmayın. Çünki zənn edi­lən­lərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-biri­nizin qey­bətini qırma­yın.
ardını oxu
25-12-2020 Eli
Salam men 9 ildir namaz qılıram indi ise 1emeliyyat oldum bir de medem xesdedir namazı saxlasam olarmı.?
Cavab:
Aleykum salam. Namazı xəstəlik səbəbindən saxlamaq olmaz. Əgər xəstə insan namazı ayaq üstə qıla bilmirsə, oturaraq qılır. Oturaraq qıla bilmirsə, uzanaraq qılır. Xəstəlik halında namazın qılınma qaydası barədə ətraflı oxuyun: 
ardını oxu
25-12-2020 Xanlar
Salam! Mən masturbasiyanı təxminən 1.5 həftə tərgitmişdim. Sonra yenə 1 dəfə etdim və həddindən artıq peşmanam. Həqiqətən çox peşmanam, tərləyirəm. Əsəbiləşirəm. Mən yeniyetməyəm. Artıq bundan bezmişəm. Yalvarıram ki, yardım edəsiniz.
Cavab:
Va aleykum Salam. Bu cavabları oxuyun: Masturbasiyanı necə tərgitmək olar?
ardını oxu
25-12-2020 Gunel
Salam.Men şie namazi qiliram.Destemazdan evvel ayagimi yuyuram sonra destemaz alarken mesh cekirem. Bilmek isteyirem nem ayaga mesh cekmek olar yoxsa destemaz batil sayilir?
Cavab:
Va aleykum Salam. Dəstəmazdan əvvəl ayaqları yuyub sonra dəstəmaz əsnasında məsh çəkmək düzgün deyil. Ayaqlar dəstəmaz əsnasında sonda yuyulmalıdır. Ətraflı bu cavabları oxuyun: 
ardını oxu
25-12-2020 Emil
Menim 15 yasim var.Istimna edirem .istimna haqqinda bu vaxta qeder melum olan butun zererlerini qeyd edin.Istimnani tergitsem onun psixoloji zererleri ne vaxta qeder aradan qalxar?
Cavab:
Salam aleykum. Ümumiyyətlə bilmək lazımdır ki, Uca Allah nəyi qadağan edibsə, həmin şey insana ziyandır. Nəyi əmr edibsə, onda xeyir var. Həmçinin oxuyun:
İstimnadan qurtulmaq üçün nə etmək lazımdır?
ardını oxu
25-12-2020
Salam menim sualim beledir.Cadu olunmus heyetde cadunu nece tapmaq olar?falciya getmeden
Cavab:
Va aleykum Salam. Cadudan xilas olmaq üçün cadunun yerini tapmaq vacib deyil. Həmçinin cadunu batil etmək üçün cadugərin yanına getmək olmaz. Cadunu şəriətin buyurduğu qaydada Uca Allahın Kəlamları və dualar vasitəsilə batil etmək lazımdır. Daha ətraflı: 
ardını oxu
25-12-2020 Gül
Salam. Mən heç oruc tutmamışam, xəstəliklərim var. Ac qalanda təzyiqim düşür. Mənə oruc fərzdir mi? İmsak ilə iftar arasındaki vaxtda çox uzun olduğu üçün tutmamışam heç, indi mən nə edim. Bu barədə məlumat versəniz çox yaxşı olar sağolun.
Cavab:
Va aleykum Salam. Xəstə və qoca insanlara, habelə hamilə və süd verən qadınlara oruc vacib deyil. Başqa günlərdə buraxdığı orucları qəza etməyə gücü çatan insanlar, bu orucları qəza etməlidirlər. Əks təqdirdə kəffarə verməlidirlər -- hər öz yediyinə uyğun bir kasıbı yedizdirməlidir.
ardını oxu
25-12-2020 Resad
Salam menim 21 yawim var Namaza teze bawlamiwam, evvel qilmadiglarimin qezasi vacibdirmi?
Cavab:

Va aleykum Salam. Bu cavabı oxuyun: Keçmiş illərin qəza namazları qılınmalıdır?

ardını oxu
25-12-2020
Salam men gece yatan zaman birden-bire gözlerimi açdım ve qabağımda özümü gördüm.
Cavab:
ardını oxu
25-12-2020 Nermin
Salam men subhn namazimi qilanan sora mohurumu paltarimla bir yerde qoymusam eve ve zohr namaza gedende elime aldim mohuru gordum mohur ortadan qirilib, olub bir necedefe elimden qevenin ustune dusub mohur ama onda hecne olmamisdi,qirilan gunusu seherecen qara basma olub mende gozumu acdigimda basim
Cavab:
Aleykum salaam. Əvvəla bunu qeyd edək ki, Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) namazı möhürlə qılmamışdır. Odur ki, möhürlə namaz qılmaq düzgün deyil. Ətraflı oxuyun: Namazı möhürlə qılmaq olarmı?
ardını oxu
25-12-2020 Aysel
Salam aleykum yuxuda birinin sene hicab almaq istemesi ne anlama gelir?
Cavab:

Va aleykum Salam. Hicab qadın üçün iffətdir, gözəllikdir. Hansı yuxuda Allaha itaət, onun razılığını qazandıran bir əməl görmüsünüzsə, deməli bu yuxu gözəl məna verir, ona əməl etmək lazımdır. Belə yuxular şeytandan ola bilməz, çünki şeytan insana pisliyi əmr edir. Bu cavabları oxuyun:

ardını oxu
25-12-2020
Salam menim bir yaxinim var namaz qilir yeni dindar adamdir ama bir turlu kismeti acilmir ne ede bilerik cox adam deyir cadu edibler kismetini baglayiblar cox xayiw edirem cavab yazain
Cavab:
Va aleykum Salam. Qismətin açılmaması cadu ilə əlaqəli olmaya da bilər. Hər kəsin bir qisməti var və bu qismət vaxtı gəldikdə açılacaq. Qismət Allahdandır, odur ki, Uca Allaha dua edib dünya və axirət xeyirlərini istəmək lazımdır. Bu cavabları oxuyun: 
ardını oxu
25-12-2020 ****
Sevdiyin adamla Qaçmağ olar?
Cavab:
Salam aleykum. İslamda evliliyin şəriətə uyğun sayılması üçün qızın vəlisinin (atası, qardaşı, əmisi və s.) izninin olması şərtdir. Vəlinin izni olmadan ərə gedən qızın nikahı batildir və bu zina sayılır. Daha ətraflı: 
ardını oxu

Pages