15-11-2017
usaga babasinin adi qoymaq ne derecede dogrudu anasi istemirse qoymaq
Cavab:
Salam aleykum. Əgər babasının adı dinə zidd, mənası pis deyilsə, onda həmin adı uşağa qoymaqda bir maneə yoxdur.
ardını oxu
15-11-2017
Olü yiyəsinə allah atanıza (ananıza), ya atanızı(ananızı) rəhmət etsin demək lazımdır???
Cavab:

Salam aleykum. Ölən hər bir müsəlman üçün "Allah rəhmət eləsin" şəklində dua etmək və övladlarına başsağlığı vermək olar. Bu, duadır və belə deməkdə heç bir qadağa yoxdur. Hətta başına müsibət gələn müsəlmana təsəlli vermək savabdır.

ardını oxu
15-11-2017 Gülnarə
Salam aleykum.Peyğəmbərimiz neçə döyüşdə iştirak edib?
Cavab:

Və aleykum Salam. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bəzi mənbələrə görə 27, bəzilərinə görə isə 29 döyüşdə iştirak edib. Bunlardan yalnız 9 - da özü şəxsən döyüşmüşdür.

ardını oxu
15-11-2017 *****
Namaz qilanda casdin meselen sozun birini sef dein Namaz pozulur?o anda ne etmelisen?
Cavab:
Salam aleykum. Namazın sözlərini bilmədən səhv demək namazı pozmur. Səhviniz namaz əsnasında yadınıza düşsə, səhv səcdəsi edin. Daha ətraflı:
ardını oxu
15-11-2017 İmran
Salamun əleykum cammat namazının niyyəti necə olur ???
Cavab:
Va aleykum Salam. Camaat namazında da niyyət, adi namazlarda olduğu kimidir. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) və səhabələri (Allah onlardan razı olsun) niyyəti dil ilə deməyiblər, niyyətin yeri qəlbdir.
ardını oxu
15-11-2017 Teymur
As salamu aleykum. Bildiyiviz kimi zohr namazi 6 ruket sunnet ve dord riket farzdan ibaretdir. Eger men mescidde zohr namazin sunnetini qiliramsa, ve imam camaatla farzini qilmaqa bawliyirsa men ne etmeliyem? Kecen defe bilmedim neyniyim ve sunnet namazi yarimciq pozub camaata birlewdim.
Cavab:

Və aleykum Salam. Siz düzgün etmisiniz. Belə ki, fərz namazı qılmaq üçün iqamə verilirsə, siz sünnəni tərk edib camaatla qılınacaq fərz namazına qoşulmalısınız.

ardını oxu
15-11-2017 agayeva
Salam men her gun zikir edirem namzda qiliram. Ayileli oldugumdan qaynana qaynata oldugundan vaxd mehdudiyyyeti var.
Cavab:
Və aleykum Salam. Namazları qəza etmək günahdır. Yalnız bəzi hallarda Zöhrlə Əsri, Məğriblə də İşanı birləşdirmək olar. Çalışın namazları vaxtında qılasınız. Zərurət halında isə birləşdirə bilərsiniz. Daha ətraflı: 
ardını oxu
15-11-2017 Elif
Salam qizima Irem adini vermek isteyirem. Ancaq arashdiriram menasini her kes bir cur aciklayir.Quranda adi kecen Irem in anlami nedir? Bu adi ovlada qoymaqda bir problem varmi?
Cavab:

Və aleykum Salam.

ardını oxu
15-11-2017 Qqq
Kalqotkanin ustunden destamaz almaq olarmi?
Cavab:
Salam aleykum. Əgər səhər ayağınızı yuyub dəstəmaz almısınızsa, gün ərzində dəstəmaz alanda ayağınızı yumaq əvəzinə ayağnızın üzərinə məsh çəkə bilərsiniz. Bir şərtlə ki, kalqotkadan ayağın dərisi görsənməsin. Həmçinin oxuyun:
ardını oxu
15-11-2017
Salam Aleykum 1.Rəhmətə gedən biri üçün namazı necə qılırlar? 2.Hər hansı bir daşın (ametist,ay daşı və s)bizə uğur gətirdiyinə inanmaq nə dərəcədə düzdür? Təşəkkürlər
Cavab:
Va aleykum Salam.
1. Bu cavabları oxuyun:
Cənazə namazı necə qılınır?
ardını oxu
15-11-2017 rövşən
selam aleykum. qebr dasinda resm olmaqi mekruhdur yoxsa caiz?
Cavab:

Va aleykum Salam. Şəkil çəkmək qadağan olduğuna görə, onu qəbir daşının üstünə də çəkmək olmaz. Həmçinin, qəbir daşı ən çoxu bir qarış hündürlüyündə olmalıdır. Daha ətraflı:

ardını oxu
15-11-2017 Aygun
Salam aleykum.Ana betninde dusen usaq axiretde valideyinlerine sefaetci olurmu?ruseyim olsa bele.
Cavab:
Va aleykum Salam. Körpə hamiləliyin dördüncü ayından sonra tələf olubsa, Allahın izni ilə həmin uşaq Qiyamət günü şəfaətçi olacaqdır. Çünki, artıq o, insan sayılır. Dörd aydan qabaq tələf olan uşağa görə valideynlər səbr etdikləri təqdirdə savab qazanırlar. Həmçinin oxuyun:
ardını oxu
15-11-2017
40 yasinda Dayim rehmete gedib.. toy elemek ucun ne qeder muddet gozlemeliyem..?
Cavab:

Salam aleykum. İslam şəriətində üç gündən artıq yas saxladıqdan sonra hər hansı bir xeyir iş üçün gözləmə müddəti göstərilməmişdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) Cəfər ibn Əbu Talibin (Allah ondan razı olsun) ailəsinə üç gün yas saxlamağa icazə verdi.

ardını oxu
15-11-2017 Anar
Salam. Namaz vaxtı çıxmamış namaza başlasaq və namaz qılarkən namazın vaxtı çıxarsa namaz batil olur? Əvvəlcədən təşəkkürlər!
Cavab:

Va aleykum Salam. Səhih hədislərə əsasən kim namazın vaxtı çıxmamış namaza başlayar və namaz əsnasında namazın vaxtı çıxarsa, onun namazı səhihdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim günəş çıxmadan öncə Sübh namazının bir rükətini qılarsa, Sübh namazına çatmışdır.

ardını oxu
15-11-2017 samirden
salam aleykum size bir sualim.var in se Allah buxaride hedis var.1237.ebu zer ra revayet eleyir ki peygeber Sallallahu aleyhi ve sellem diyib ki Ummetimnen kim.Allaha sirk qosmuyib olerse cennete daxil olar sehabe diyir zina etmiw ve ogruluq etse bele beli .bunu aciklamasi nedi inwa Allah
Cavab:
Va aleykum Salam. Əbu Zərr (Allah ondan razı olsun) demişdir: "(Bir dəfə) mən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) ya­nı­na gəldim. (Həmin vaxt) o, üstünə ağ örtük sərib yatmışdı. Ar­tıq o, oyan­mışdı.
ardını oxu
15-11-2017 Reşad
Salam , məni din barədə bir sual maraqlandırır , daha doğrusu ibadət yeri olan meçidlər haqda Sual belədir: meçidin gümbəzi nəyi bildirir yəni nəyin rəmzidir , və nəyə görə çöldən rəngi göy rəngdədir ? Yəqin xatırlayırsız ki əvvəllər bakıdakı bütün meçidlərin gümbəzləri çöldən göy rəngdə idi , s
Cavab:

Va aleykum Salam. Bu, məscid tikintisində müsəlman memarların seçimi olmuşdur. Yəqin ki, o vaxtlar bir memarlıq nümunəsi olaraq böyük binalarda sütünlardan az istifadə etmək üçün gümbəz qurmaq ən yaxşı üslub sayılırdı.

ardını oxu
15-11-2017
Salam.Qurani Kerimde "Canina qesd eden bizden deyil"ve ya bunun kimi ayeler var?
Cavab:

Va aleykum Salam. Qurani-Kərimdə sizin dediyiniz kimi olmasa da, ümumiyyətlə özünü öldürməyi qadağan edən ayə var. Uca Allah buyurur: "Ey iman gətirənlər! Qarşılıqlı razılıqla aparılan ticarət istisna olmaqla mallarınızı öz aranızda haqsız yerə yeməyin və bir-birinizi məhv etməyin.

ardını oxu
15-11-2017 Arifə
As salam aleykum ve rehmetullahi ve bereketuh. ALLAHın izni ile sizin sayenizde bilmediklerimizi burdan öyrenirik. ALLAH sizden razı olsun ve sizi xeyirle mükafatlandırsın.əmin. Sualım beledir; iki ve ya daha artıq qadın namaz qıldığı halda, bir qadın digərlərinə imamlıq ede bilermi?
Cavab:
Va aleykumus-Sələm va rahmətullahi va bərakətuhu. Qadınlar öz aralarında camaat namazı qıla bilərlər. Ancaq kişilərdən fərqli olaraq qadın imam olanda camaatla eyni cərgədə (səfdə) durmalıdır.
ardını oxu
15-11-2017 ilahə
Allahın salamı olsun sizlərə.mənim övladım ana betninde boğazına cift iki defe dolanmağına görə əmaəliyyatla doğuldu.normal doğumla onun arasında savab fərqi varmı?öncədən təşəkkürlər.
Cavab:

Salam aleykum. Təbii doğuş ana üçün daha faydalıdır, lakin zərurət olduqda qeysəriyyə əməliyyatı etməkdə də bir maneə yoxdur və belə olan halda da ana eyni savabı qazanır.

ardını oxu
15-11-2017
Salam Men bir insanla munasibetdeyem.Yaxin munasibet.ama o ailelidir Namaz qilaraq bunu ede bileremmi? Bacardigca az munasibetde olurug Namaz qilarken o boyuk gunah sayilar yoxsa qilmazken lap gunah olar ?Yoxsa ikisindede eyni
Cavab:
Va aleykum Salam. Evli insanla zina etməyin günahı daha ağırdır. Allahdan qorxub bu günahdan dərhal tövbə edin! Həmçinin oxuyun:
ardını oxu
14-11-2017 Anar
Salam. “Ləbbeyk ya Əli!”, “Ləbbeyk ya Hüseyn” “Allah, Muhəmməd ya Əli!” demək şirkə yol açır? Bu kimi şüarlar ALLAHA şərik qoşmaq deməkdir? Əvvəlcədən təşəkkürlər!
Cavab:

Və aleykum Salam. Bəli, bu sözlər şirk olan kəlmələrdir. "Ləbbeyk, ya Əli!" dedikdə, Ey Əli, hüzurunda müntəzirəm" deməkdir. Bu da, yalnız Allah Təalaya şamil olunan və həcc mərasimində deyilən sözlərdir.

ardını oxu
14-11-2017 sahibe
Salam Men mualice olmaq isdeyirem..her defem tek sebr gelir boyuklermiz bize deyib ki.tek sebr bize dusmur.qalmisam bele nece edim
Cavab:
Va aleykum Salam. Tək səbirə, cüt səbirə və ya digər bu kimi əlamətlərə inanmaq İslam dinində qadağan edilmişdir. Daha ətraflı:
Uğursuzluq barədə
ardını oxu
14-11-2017 Elgun
Es Salamu alekum 7 qedem yeritmek islamda var?
Cavab:

Va aleykum Salam. Dinimizdə belə bir ayin yoxdur. Bu kimi inanclar bidət (dində yenilik) və xurafatdır. Həmçinin oxuyun: Bidət nədir?

ardını oxu
14-11-2017
Salam sizə bir sualım var əgər mənim Qüsulum batil olibsa, qildıqim Namaz sayilmir?
Cavab:
Va aleykum Salam. Qüslsuz və dəstəmazsız namaz qılmaq olmaz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Nə dəstəmazsız (və ya qüsulsuz) namaz, nə də xəyanətlə əldə edilmiş maldan sədəqə qəbul olunar". (Muslim, 224/329). Daha ətraflı:
ardını oxu
14-11-2017 xeyal
salam bawaqa wire evezine bilmeden spirtli icgi icdiyini anlayandan sonra namaz qilmasi ucun desdemaz kifayetdir yoxsa onuncun bawqa bir qusul var?
Cavab:
Va aleykum Salam. Spirtli içki qəbul edən adam böyük və lənətə səbəb olan günah qazansa da, onun dəstəmazı və qüslu pozulmur. Daha ətraflı:
İçki içməyin günahı
ardını oxu
14-11-2017
mubahile gunu oruc tutmaq olar??
Cavab:

Salam aleykum. Mübahilə - qədim xalqlarda, xüsusilə, ərəblərdə mövcud olmuş bir lənətləşmə ayinidir. İki qarşı tərəf müzakirə vasitəsilə həqiqəti ortaya çıxara bilmirsə və tərəflərdən heç biri məğlub olmursa, o halda son variant kimi mübahiləyə əl atırlar.

ardını oxu
14-11-2017
Salam aleykum. Size bizim suallara cavab verib elm oyretdiyiniz ucun Allah razi olsun deyirem ve bu faydalı elmin ölumunuzden sonra da Sizin emel defterinizin açıq qalaraq Size savab qazandirmasini Aıəmlərin Rəbbinden arzu edirem. Sualim belədir: Usaq anadan olduqda kəsilən əqiq qurbanının ətindən
Cavab:

Va aleykum Salam. Əqiq qurbanının ətindən uşağın ailəsi də yeyə bilər. Uca Allah buyurur: "Qoy onlar öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara verdiyi heyvanları (qurban kəsərkən) Allahın adını çəksinlər.

ardını oxu
14-11-2017 Ruhi
Salam!Cox sag olun ki,bele bir sayt acmisiniz,icimden kecen butun suallarin cavablarini burda tapa bilirem. Vitir namazindaki qunut dualarini oz dilimizde oxuya bilerikmi?
Cavab:
Va aleykum Salam. Vitr namazında qunut dualarını öz dilinizdə oxuya bilərsiniz. Ancaq əzbərləyib ərəbcə oxumanız daha yaxşı olar. Həmçinin oxuyun:

Duanı hansı dildə oxumaq yaxşıdır?
ardını oxu
14-11-2017
Salam men ayleli olub ayrilmisam ama ayleli biri ilie munasibetim var ama o meni oz heyat yoldasi kimi qebul edib bunun gunahi varmi
Cavab:
Va aleykum Salam. Əgər aranızda şəri kəbin yoxdursa, bu cür münasibətlər haramdır. Həmçinin oxuyun: 
Evli kişi ikinci dəfə evlənə bilərmi?
ardını oxu
14-11-2017 Pervane
Salam. Deyirler uşaq dogulmamis geyim almaq olmaz. Bu ne derecede dogrudur. Bu xurafatdir? Dine ziddir?
Cavab:

Va aleykum Salam. Bunlar batil inanclardan irəli gəlir və bunun İslam dini ilə heç bir əlaqəsi yoxdur. Daha ətraflı: Bəd əlamətlərə inanma!

ardını oxu
14-11-2017
başqasının yerinə namaz qilmaq olar? yeni hemin adamin adina men namaz qilim ama savabi onun adina yazilsin meselen anam namaz qilmir ama onun yerine men onuncun namaz qilmaq istirem ama savabi ona yazilsin cavab verseniz cox sevinerem
Cavab:

Salam aleykum. Başqasının yerinə namaz qılmaq olmaz. Hər bir müsəlman namazı Allah qarşısında öz vəzifə borcu olaraq qılmalıdır. Hər kəsin əməli özünə aiddir. Bu xüsusda Uca Allah belə buyurur: "Heç bir günahkar başqasının günah yükünü daşımaz.

ardını oxu
14-11-2017 Mine
Salam menim oz gunahlarimnan xeberim var ama men birini coox sevirem isdemiremki onu itirim ve bunu allahdan isdiyirem men nece dua eliyimki qebul olsun allah duami qebul etsin ve oda cixib getmesin
Cavab:
Va aleykum Salam. İslamda sevgi üçün xüsusi bir dua növü mövcud deyil. Uca Allaha sizə xeyirli həyat yoldaşı nəsib etməsi üçün dua edin. Daha ətraflı: 
ardını oxu
14-11-2017
SALAM ALEYKUM ILK ÖNCƏ HAMIDAN ÜZÜR ISTEYIREM YENİYETMƏ QIZIN BOŞALMASI ZAMANI NAMAZ QILMAQ GUNAHDIRMI BU ZAMAN HANSI QUSUL ALINMALIDI
Cavab:
Va aleykum Salam. İstimna (masturbasiya) etmək haramdır. Bu əməldən sonra cənabət qüslu alıb namaz qıla bilərsiniz. Həmçinin oxuyun:
ardını oxu
14-11-2017 Peyğənbərdən
Rüqəyyə adının mənası
Cavab:

Salam aleykum. Ruqayyə Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dörd qızından birinin adıdır. Bu adın mənası  yüksələn, yüksəldilmiş və ya ruqyə (ovsun) sözünün kiçiltmə halıdır.

ardını oxu
14-11-2017
Salam aleykum va rahmətullahi va bərakətuhu.. dəstəmaz alan zaman əzaların müxtəlif sayda yuyulması icazəlidirmi..yəni ağzıma burnuma 1 dəfə su çəkim..amam üzümü 3 dəfə yuyum qollarımı 2 dəfə yuyum..belə eləmək olarmı? Yoxsa hamısı eyni sayda olmalıdır?
Cavab:
Va aleykum Salam. Dəstəmaz alanda əzaları eyni sayda yumaq şərt deyil, yəni dəstəmaz alarkən əzaları müxtəlif sayda yuya bilərsiniz. Dəstəmaz alarkən əzaları bir dəfə yumaq vacib, iki və ya üç dəfə yumaq isə sünnədir. Həmçinin oxuyun:
ardını oxu
12-11-2017
Salam menim namazlarim her zaman gecikir uc usaqim var biri korpedi catdira bilmirem bu gunahmidir?
Cavab:
Va aleykum Salam. Fərz namazını vaxtı çıxandan sonraya gecikdirmək günahdır. Fərz namazını vaxtı çıxana qədər gecikdirməyə isə üzrlü səbəbə görə icazə verilir. Daha ətraflı:
ardını oxu
12-11-2017 Iftixar
Salam aleykum ve Rahmatullahu ve Berakatuhu.Siz namaz nece qilinir vidiosunda 4 cu ruketde Allahumma inni euzubike min ezabil cehennem ve min ezabil qabr yerine min ezabil qabr sonra min ezabil cehennem yazmisiniz.Vidionun altinda sozlerde ise duzgun yazilib sef etmiremse.
Cavab:
Va aleykumus-Sələm va rahmətullahi və bərakətuhu. Qeyd etdiyiniz dua iki şəkildə gəlmişdir. Biz də bunun hər ikisini - birini namaz videosunda, digərini də alt yazıda qeyd etmişik. Bax:
Namaz qılmaq qaydası - VİDEO
ardını oxu
12-11-2017
Namaz qilarken allahim sene siqinib senden isteyirem deye dua ederken aqlamaq olarmi
Cavab:

Salam aleykum. Həm namazda olmadığınız halda, həm də namaz qılarkən səcdədə dua edərək ağlamaq olar. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dua edərkən və namaz qılarkən ağlamışdır.

ardını oxu
12-11-2017 Leyla
Salam aleykum. Mən işləyirəm və buna görə 3 vaxt namaz qılıram. Bu günahdırmı?
Cavab:

Va aleykum Salam. Uca Allah bütün müsəlmanlara gündə beş vaxtda namaz qılmağı vacib buyurmuşdur. Uca Allah buyurur: "Odur ki, siz axşama çatanda və səhərə çıxanda Allahın şərəfinə çoxlu tərif söyləyin. Göylərdə və yerdə həmd Ona məxsusdur.

ardını oxu
12-11-2017
Salam mən hamiləydim 7 ayımda həkim uşaqın qusurlu olduqunu dedi uşaq alımasa ikimizində öləcəyini dedi həkim uşaqı sunu doğuşla doğuldu sağ idi sora həkimlər öldüyünü dedi mənim gunahım varmı bunda birdə o uşaqı o dunyada görə biləcəm
Cavab:
Va aleykum Salam. Uşağın ölümündə sizin günahınız yoxdur. Bu sizdən asılı olmayan səbəbdən baş vermişdir. Ölən uşağınızı Cənnətdə görmək məsələsinə gəlincə, yetkinlik yaşına çatmayan uşaqlar günahsız olduqlarına görə Allahın rəhməti sayəsində Cənnətdə olacaqlar.
ardını oxu
11-11-2017 Nigar4
CƏHƏNNƏM NECƏ YARANIBDI?
Cavab:
Salam aleykum. Cəhənnəmin necə yaranması barəsində məlumat verilməyib. Ancaq onun vəsfləri, əhli, dərəcə, təbəqə, adları və digər xüsusiyyətləri haqda bir çox məlumatlar verilib. Daha ətraflı: Cəhənnəm haqqında
ardını oxu
11-11-2017 Huseyin
Salam şahmat daşiyla şaşki oynamaq olarmı
Cavab:

Va aleykum Salam. Şahmat daşları şəkilli olduğu üçün çəkinmək lazımdır. Ancaq ümumən isə bəzilərini çıxmaq şərtilə bu oyunları həddi aşmadan, dincəlmək məqsədilə oynamaq olar.

ardını oxu
11-11-2017 Kamran
Salam aleykum yoldasimin bacisiyla evlene bileremmi?
Cavab:

Va aleykum Salam. Bir kişinin eyni vaxtda iki bacını alması haramdır. Uca Allah buyurur: "...öz belinizdən gələn oğullarınızın arvadları (ilə evlənmək) və iki bacını birlikdə almaq haram edildi. Olub-keçənlər isə artıq keçmişdir.

ardını oxu
11-11-2017 zehra
salamun eleykum.men namaz qiliram amma ortulu deyilem bu gunahdir?namazim batil sayilir?
Cavab:

Va aleykum Salam. Hicab bağlamaq Uca Allahın qadınlara vacib buyurduğu əmrdir. Namaz qılan qadın hicab bağlamamağa görə günah qazanır, lakin namazı batil olmur. Daha ətraflı: 

Namaz qılıb hicab bağlamamaq haqqında

ardını oxu
11-11-2017
Assalami aleykum bilmek isterdim ezizi teze rehmete geden qurban kese bilermi ? Teshekur edirem.
Cavab:

Va aleykum Salam. Yaxın insanın vəfatının qurban kəsməyə heç bir zərəri yoxdur. Həmçinin oxuyun: Qurbanlıq barədə

ardını oxu
11-11-2017
salam eleykum.bir sualim var.deyirler ki qurban bayrami cuma gunune dusende qurban kesmezler.bu ne derece de dogrudur?.
Cavab:

Va aleykum Salam. Belə bir şey dinimizdə buyurulmamışdır. Qurban bayramı həftənin hansı gününə düşməsindən asılı olmayaraq imkanı olan müsəlmanın qurban kəsməsi savabı böyük olan əməllərdəndir.

ardını oxu
11-11-2017
Salam Aleykum. Nişanlımla kəbin kəsdirmişik. Mən nişanlımdan telefon vasitəsilə kəbinin 3 dəfə boşuyuram boşuyuram boşuyuram dediyim halda boşandığımı sual formasında soruşmuşam. O isə hə cavabı verir. Sualım belədirki soruşmaq niyyəti ilə yoldaşıma 3 dəfə boşayıram deyəndə kəbinimiz pozulur?
Cavab:
Va aleykum Salam. Xeyr, soruşmaq məqsədilə talaq vermək boşanmadan sayılmır. Həmçinin oxuyun:
Telefonda mesaj vasitəsilə talaq vermək olarmı?
ardını oxu
11-11-2017 Gülnar
Salam men 10 gun olar namaz qiliram qadinlarda namaz qilarken Allahu ekber deyende ellerini qulaq dibinemi getirmelidi.men gece namazida qilmaq isdeyirem onu nece etmeliyem ve sozlerini mene anlatardiz cox xahis edirem
Cavab:
Va aleykum Salam. Namazda təkbir (Allahu Əkbər) deyərək əlləri qulaq dibinə gətirmək yox, qulaq səviyyəsinə qədər qaldırmaq lazımdır.
ardını oxu
11-11-2017 Maraz XAKO
Salam aleykum. Menim gozume nese gorsenir arada. bidefe colde oturmusdum ve evin icine bxanda otaqdan quxnaya kimse kecdi evde adam var idi ama iceri otaqda idi gorduyum sey qara kolge idi ancaq sac kim bir sey gordum uzunu gormedim evdekilere deyende inanmadilar.
Cavab:

Va aleykum Salam. Bu hallar cinlərdən ola bilər. Sizə Allahı çox zikr etməyi, Quran ayələrinin səsli oxunuşuna qulaq asmağı tövsiyyə edirik. Daha ətraflı:

Uşaq vaxtından ta indiyə qədər davam edən xəstəliyim var

ardını oxu
11-11-2017 Hikmət
Namaz qilmayan sexs,pis emellerden cekinerse, ve hemise oruc tutarsa,hemin sexsi o dunyada cehennem ezabi gozleyirmi? Qeyd edim ki, hemin sexs hemise namaz qilmaga sey gostermis amma nesib olmamisdir.
Cavab:
Va aleykum Salam. Namaz qılmamaq böyük günah və insanın Cəhənnəmə düşməsinə səbəbdir. Uca Allah buyurur: "Hər bir kəs qazandığının girovuna çevrilir, sağ tərəf sahiblərindən başqa. Onlar Cənnət bağlarında bir-birlərindən soruşacaqlar – günahkarlar barəsində.
ardını oxu

Pages