Və aleykum Salam.
Salam aleykum. İstər dul, istərsə də bakirə qadın kəbin kəsdirəndə vəlisinin (ata, qardaş, əmi və s.) və iki ədalətli şahidin iştirakı vacibdir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) "vəlisiz nikah yoxdur" deyə buyurmuşdur.
Və aleykum Salam. "Bağışla" deyərək üzrxahlıq etmək icazəlidir, çünki bağışlamaq insanlara da aiddir. Hər bir insan onun haqqına girən kimsəni bağışlaya, haqqını ona halal edə bilər. Amma günahları isə yalnız Allah bağışlaya bilər.
Və aleykum Salam. Alimlər aşağıdakı ayənin ümumi mənasına görə boş evə girən insanın salam verməsinin müstəhəb (bəyənilən) əməl olduğunu demişlər - Uca Allah buyurur: "Evlərə daxil olduğunuz zaman özünüzü Allah tərəfindən mübarək və çox xoş bir salamla salamlayın.
Salam aleykum. Bu cavabı oxuyun: Oruc zamanı dərman qəbul etmək olarmı?
Və aleykum Salam. Bu cavabı oxuyun: Xəstə insan necə dəstəmaz alıb namaz qılmalıdır?
Süd verən qadın orucu qəza etməlidirmi?
Hamilə qadın oruc tuta bilərmi?
Səfər namazı necə qılınır?
Və aleykum Salam. Qadının övladına süd verməsi dəstəmazı pozmur. Həmçinin oxuyun: Dəstəmazı pozan amillər
Və aleykumus-Sələmu va rahmətullah. Bu artıq sizdə vəsvəsəyə çevrilib, vəsvəsəyə fikir verdikdə o daha da çoxalır.
Və aleykum Salam. "Hansı namazı qılırsan?" sualına "Peyğəmbərin qıldığı kimi namaz qılıram!" deyə cavab verilməlidir. Həmçinin oxuyun:
Sünni namazı, yoxsa şiə namazı dinimizə daha uyğundur?
Və aleykum Salam. Əgər boşanmış qadın başqa kişiyə ərə getmirsə, uşaq anada qalmalıdır və ananın buna daha çox haqqı vardır. Rəvayət edilir ki, bir qadın Rәsulullaha (salləllahu aleyhi vә sәllәm) müraciәt edib dedi: "Mənim uşağım var, amma atası onu mənim əlimdәn almaq istəyir".
Salam aleykum. Həddi-büluğa çatmayan uşaqlara oruc tutmaq vacib deyil. İbadətlərə həvəsləndirmək baxımından, oruc tutmaq uşağa ağır deyilsə, günün yarısına qədər və ya tam oruc tuta bilər.
Və aleykum Salam. Əlbəttə, siz ruzinizin artması, ərinizin daha çox maaş alacağı işdə işləməsi üçün dua edə bilərsiniz. Həmçinin oxuyun:
Dualarım qəbul olmur, nə edim?
1. Kredit verilən yerdə işləməkdən çəkinmək lazımdır. Allaha çoxlu dua edərək, haramlar olmayan yerdə iş axtarmağa çalşın. Daha ətraflı: Bankda işləmək olarmı?
Va aleykum Salam. İstimna (masturbasiya) etmək günahdır, amma həkimin tapşırığı ilə analiz vermək zərurət halı olduğu üçün, icazəlidir. Həmçinin oxuyun:
Masturbasiya etmək niyə günahdır?
Və aleykum Salam. Yalan danışmaq böyük günahlardan olduğu halda, yalan üçün bir günün qeyd edilməsi də batildir. Bu günü qeyri-müsəlmanlar qeyd edirlər, onlara oxşamaq isə qadağandır.
Və aleykum Salam. Kəbin kəsdirmək üçün qadağan olunmuş gün və ya ay yoxdur. Həmçinin oxuyun: Nikah bağlamağın qaydaları
Və aleykum Salam. Bu ilki fətvada Ramazan ayı 2017-ci ildə May ayının 27-sinə düşdüyü elan edilib.
Və aleykum Salam. Bu cavabı oxuyun: İslam fiqhi: VARİSLƏRƏ DÜŞƏN VƏRƏSƏ PAYI bölümü
Və aleykum Salam. Kəbin kağızını geri oxutdurmaq kimi bir şey yoxdur. Əgər siz ərinizlə hər iki tərəfin razılığı əsasında ayrılmısınızsa, artıq boşanmış sayılırsınız və kəbin kağızı öz qüvvəsini itirmiş sayılır.
1) Fatihə surəsinin adları:
Və aleykum Salam.
Salam aleykum. Heyzli qadın oruc tuta bilməz. Ramazan ayında heyzli qadın orucları qəza edir, tutmadığı günlərini heyzdən qurtarandan sonra yerinə yetirir.
Və aleykum Salam. Dəstəmaz aldıqda ayaqlar yuyulandan sonra corab geyinirsinizsə, növbəti dəfə dəstəmaz aldıqda ayağınızı yumayıb corabınıza məsh çəkə bilərsiniz.
Salam aleykum. Dərmanları oruca başlamazdan qabaq və iftardan sonra qəbul etmək imkanı varsa, belə halda oruc tutmaq olar. Əgər dərmanlar ciddi qrafiklə qəbul edilməlidirsə və qəbul edilmədikdə ağır nəticələr verəcəksə, orucu tutmayıb qəzasını sağalandan sonra tutmaq lazımdır.
Və aleykum Salam. Quran oxumaq və namaz qılmaq hər bir şəxsin yalnız özünə aid olan ibadətlərdir, onun savabını nə ölüyə, nə də diriyə bağışlamaq dinimizdə bildirilməyib. Amma ölülər üçün Allaha dua etmək, sədəqə vermək və digər xeyirli əməllər etmək icazəlidir. Daha ətraflı:
Salam aleykum. Qüsl alarkən "Bismilləh" (Allahın adı ilə) sözündən başqa heç nə demək lazım deyil. Niyyətin yeri isə qəlbdir və onu dilə gətirmək bidətdir. Daha ətraflı:
Niyyət etmək bidətdirmi?
Və aleykum Salam. Bu cavabı oxuyun: Dini kəbinimiz olmayıbsa, uşaqlarımız zinadan doğulmuş sayılırmı?
əs-Sələmu aleykum. Xurma tozunu məscidlərin yaxınlığındakı dini dükanlarda axtara bilərsiniz.
Qiyamətin kiçik əlamətləri
Və aleykum Salam. Ölən müsəlman üçün "Allah rəhmət eləsin" şəklində dua etmək olar, amma qeyri-müsəlman üçün "Allah rəhmət eləsin" demək olmaz.