Va aleykum Salam. Bəli, qeyd etdiyiniz hal, aybaşının ilk mərhələsində olan əlamətlərindəndir. Ona görə belə olduqda artıq heyzdən təmizlənənə qədər qadına namaz qılıb oruc tutmaq olmaz.
Və aleykum Salam. Dinimiz günün hansısa vaxtında yatmağa qadağa qoymayıb. Yalnız Məğrib və İşa namazları arası yatmaq bəyənilmir, amma hətta bu da haram deyil.
Və aleykum Salam. Tanımadığınız adam haqqında danışığı eşitmək qeybət olmasa da, bu əməldən çəkinməyiniz daha yaxşıdır.
Və aleykum Salam.
1. Qurandan istənilən surəni və ya ayəni oxuyarkən dəstəmazlı olmaq şərt deyil. Amma dəstəmazlı olmaq daha yaxşıdır. Daha ətraflı:
Salam aleykum. Zərurət halında naməhrəmə iynə vurdurmaq olar. Daha ətraflı: Zərurət halında kişi naməhrəm qadına toxuna bilər?
Salam aleykum. Saqqız çeynəməklə bağlı heç bir qadağa yoxdur.
Və aleykum Salam. Namazın vaxtı girməmiş dəstəmaz alıb namaza hazır olmaq yaxşı haldır. Lakin, bunu bir vacib kimi qəbul etməyin. Siz namazın vaxtı girdikdən sonra da dəstəmaz ala bilərsiniz.
Və aleykum Salam. Qüsl olmadan əzbərdən Kürsü ayəsini (Ayətul-Kursi) oxumaq olar. Daha ətraflı: Quran kitabını oxuyarkən dəstəmaz almalıyıqmı?
Salam aleykum. Namazdan sonra təsbeh çəkmək yox, sağ əlin barmaqları ilə zikr etmək lazımdır. Namazdan sonra zikrlərlə bərabər İxlas, Fələq, Nəs surələrini və Bəqərə surəsinin 255-ci ayəsini oxumaq sünnədir. Daha ətraflı:
Və aleykum Salam. Müsəlmana yalnız beş vaxt namaz qılmaq vacibdir. Gecə namazını qılmayan buna görə günah qazanmasa da, çoxlu savab qazanmaq fürsətini əldən verir.
Qadın heyz halında nələri edə bilməz?
Və aleykum Salam. Bəli, saytımızın facebook və instaqram səhifələri var.
Hicab - azadlıqdır!
Sehr nədir?
Və aleykum Salam. Naməhrəm üçün Allaha dua etməyə qadağa yoxdur. Həmçinin oxuyun: Dualarım qəbul olmur, nə edim?
Və aleykum Salam. Pirlərdə Allahdan başqasına dua edildiyi, qurban kəsildiyi və s. şirk əməllər edildiyi üçün ora getmək haramdır. Pirlər müqəddəs deyil, oranın torpağında da heç bir bərəkət yoxdur. Torpağı suya qatıb içmək özünə zülm etməkdir və bədənə ziyandır.
Və aleykum Salam. "Kəbini geri oxutdurmaq" deyilən bir qayda yoxdur. Siz qarşılıqlı şəkildə razılaşaraq boşanmısınızsa, kəbin kağızının heç bir əhəmiyyəti qalmır və siz boşanmış sayılırsınız.
Duanın ədəbləri barədə ətraflı yaza bilərsinizmi?
Salam aleykum. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurmuşdur: "Mömin cənnətdə övlad istədiyi zaman hamiləlik və doğuş bir saatda baş verəcək". (İbn Məcəh, 4338).
Və aleykum Salam. Belə etmək icazəlidir. Daha ətraflı: Hamilə qalmamaq üçün qorunmaq olarmı?
Və aleykum Salam. Şəriətdə kirvə adlı qohumluq əlaqəsi yoxdur. Oğlan uşağını xitan elətdirmək (bu, el içində "sünnət olunmaq" adı ilə tanınıb, çünki mənbəsi Peyğəmbərin sünnəsidir - yoludur) üçün uşağı kiminsə qucağında tutmasına qadağa yoxdur, lakin uşağı tutan adam qohuma çevrilmir.
Salam aleykum. Quranın azərbaycan dilinə mənaca tərcüməsini oxuyan Quranı oxumuş və savab qazanmış sayılır, lakin hər hərfinə gözə 10 savaba nail olmur.
Va aleykum Salam. Müalicəvi şamlardan istifadə etmək nə qüslu, nə də dəstəmazı pozmur. Daha ətraflı:
Qüsl necə alınır və onu pozan amillər hansılardır?
Çətinliyə düşərkən edilən dua
Salam aleykum. Ramazan ayı daxil olanda xüsusi bir qüsl alınmır. Ramazan ayı sona çatanda isə bayramdan qabaq qüsl almaq bəyənilən əməllərdəndir. Bir nəfər Əlidən (Allah ondan razı olsun) qüsl almaq barədə soruşdu. Əli (Allah ondan razı olsun) dedi: "İstəyirsən hər gün qüsl et".
Və aleykum Salam. Naməhrəmlə danışmaq orucu pozmasa da günahdır. Daha ətraflı: Sevgililər bir-biriləri ilə görüşüb, əl-ələ tuta bilərlərmi?
Və aleykum Salam. Sahura (imsaka) qədər oyaq qalmaq icazəlidir. Həmçinin oxuyun: Orucu pozan amillər hansılardır?
Salam aleykum. İstimna (masturbasiya) haramdır. Oruc vaxtı istimna etdikdə isə oruc pozulur. Ona görə bu əməldən çəkinmək lazımdır. Daha ətraflı:
Masturbasiya etməyə icazə verilirmi?
Ramazan ayının orucu
Və aleykum Salam. Sağalmaz xəstəliyə görə Ramazan ayında oruc tuta bilməyən insanlar tutmadığı hər bir günün əvəzində bir nəfər kasıbı yedirtməlidir. Həyatda olan insanın əvəzinə oruc tutmaq olmaz, çünki hər kəs özü oruc tutmağa mükəlləfdir.