15-04-2017 ...
Salam aleykum.Bilmək istərdim ki,başqa planetlərdə həyatın mövcudlugu,yad planetlilər haqqında fikirlərə dinimizin münasibəti necədir?Həmçinin də kainatın yaranması haqqındakı faktlar barəsində??
Cavab:
Va aleykum Salam. Bu cavabları oxuyun:
Yadplanetlilər varmı?
ardını oxu
15-04-2017 sahil
salam.namz zamani ve ya namazdan sonra destemazin pozulduqu yadina duserse qilinan namza bati olurmu?
Cavab:

Və aleykum Salam. Dəstəmazın pozulduğu namaz zamanı və ya namazdan sonra yadınıza düşərsə, yenidən dəstəmaz alıb namaz qılmalısınız. Daha ətraflı:

Dəstəmazı və namazı batil edən hallar

ardını oxu
15-04-2017 Ayka
men qusul alanda suyu bawima tutub 1 defe heyz qusulu aliram vaciben qurbeten ilallah deyirem ve bu sozu 1defe sag 1defede sol ciynimden su tokende deyirem. sag ciynime sag elimle sol ciynime sol elimle su tokurem.bu cur qusul almaq olar yeniki duzgundur qusul sayilir bu?
Cavab:
Salam aleykum. Niyyəti dil ilə demək düz deyil. Daha ətraflı: Niyyət etmək bidətdirmi? 
ardını oxu
15-04-2017 Ayka
Salam.Qurani Kerim kitabini azerbaycan dilinde oxumaq olar? Mendeki Qurani Kerim Kitabi Azerbaycan dilindedi.erebce oxuya bilmirem. ve Qurani Kerim Kitabini destemaz alib bawimi baglayib oxumaliyam?
Cavab:
Və aleykum Salam. Bəli, Qurani-Kərimin azərbaycan dilinə mənaca tərcüməsini oxumaq olar və bu, xeyirli əməllərdəndir. Bunun üçün dəstəmaz almaq və ya hicab geyinmək lazım deyil. Qadın hətta ərəb dilində olan Qurani-Kərimi hicabsız oxuya bilər.
ardını oxu
15-04-2017 Ayka
Salam.Qurani Kerim kitabini oxuyandan sora dua etmek lazimdi ya duani edib sora Qurani oxumaq?
Cavab:

Və aleykum Salam. Quran oxumağa başladıqda "əuzu billəhi minəş-şeytanir-racim" deyilir. Uca Allah buyurur: "Quran oxuduqda qovulmuş şeytandan Allaha sığın!" (ən-Nəhl, 98).

ardını oxu
15-04-2017
Salam aleykum..Camaat namazi ile adi namazin niyyeti eynidir? Allah razi olsun.
Cavab:
Və aleykum Salam. Niyyəti dillə demək düzgün deyil. Qəlbinizdə hansı namazı tək və ya camaatla qılmağı bilməniz artıq niyyətdir. Daha ətraflı: Niyyət etmək bidətdirmi? 
ardını oxu
15-04-2017 Elçin
Salam.Zina etmiş adam tövbə etməmiş rəhmətə gedibsə onun cəzasının yüngülləşməsi üçün nə etmək olar ? öncədən təşəkkürlər
Cavab:

Və aleykum Salam. Zina edənin cəzasının yüngülləşməsi və o insanın bağışlanması üçün Allaha dua etmək lazımdır. Allah istəsə həmin şəxsə yüngüllük bəxş edəcək. Daha ətraflı: Övlad vəfat etmiş valideyninə nə yaxşılıq edə bilər?

ardını oxu
15-04-2017 guler
salam.size sualim odurki meyit qüsülu deyilen bir sey varmi?onu nece alirlar.qaynanam qolumda kecinib.hami dedi qüsl al ve onun yatdigi yorgan doşeyide qülülla.bu nece olur?duzgundurmu?
Cavab:
Və aleykum Salam. Ölən adama toxunduqda qüsl almaq vacib deyil, amma bəyənilən haldır. Bu da adi qüsl kimidir. Yorğan-döşəyi qüsl etmək anlayışı yoxdur, istəsəniz onları yuya bilərsiniz. Daha ətraflı: 
ardını oxu
15-04-2017
Əs Salamu Aleykum ! məsəlçün oğlum ikinci dəfə evlənib və evlənəcəyi qizinda oğlu var 10 yaşinda mən həmən nəvəmin yaninda hicabi aça bilərəm ?
Cavab:

Va aleykum Salam. Həmin oğlan uşağı həddi-büluğa çatdıqdan sonra sizin onun yanında hicabsız gəzməniz şəriətlə icazəli deyil, çünki o, naməhrəmdir. İslam dininə görə həddi-büluğ insanın cinsi yetkinliyə çatdığı vaxtdır.

ardını oxu
15-04-2017 Ləman
Salam Aleykum.mən azan duasında Allahummə rabbə həzihid.də vatid təmmə vəssalətil qaimə əti muhammədənil vəsilətə vəl fədilətə vəddaracətəl rafia.vəb ashu məqaməl məhmudənilləzi və attəh.innəkələ tuxliful miad deyib Savalat gətirirəm.kursda belə öyrədiblər bizə.saytda isə vəddaracətəl rafia sözü yox
Cavab:
Və aleykum Salam. Səhih hədislərdə siz dediyiniz əlavə yoxdur. Səhih hədislərdə aşağıdakı kimidir:  
"Allahummə Rabbə həzihi-d-də'vati-t-təmməti va-s-saləti-l qaiməti əti Muhəmmədəni-l-vasilətə va-l-fadılətə, vəb'ashu məqa­mən məhmudəni-l-ləzi va'adtəhu".
ardını oxu
15-04-2017 ...
Salam aleykum.Deyirlər ki,qaşıq-bıcaq düşəndə,sagsagan caqqıldayanda qonagın gəlməsi,əlin ici qaşınanda pul gəlməyi,yasın adınasıynan üç günlüyü eyni günə düşəndə dalınca ölünün getməsi kimi şeylər xurafatdı.Ama mən dəfələrlə bunu sınayıram hər dəfə düz cıxır.Məncə təsadüf 1-2 dəfə olar bu qədər təs
Cavab:
Və aleykum Salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Bir şeyin uğursuz olmasına inanmaq Allaha şərik qoşmaqdır". (Əhməd 1/389). Bir dəfə Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) yanında uğursuzluqdan söz açıldı.
ardını oxu
15-04-2017 Əftən
Salam basqasinin profil seklini icazesiz goturmek nece adlanir xahis komek ederdiz
Cavab:

Və aleykum Salam. Ümumiyyətlə, insanın öz şəklini və ya digər canlıların şəklini profilə qoyması düzgün deyil.

ardını oxu
15-04-2017 Abdul Cəlil
Assalamu aleykum.Mən özüm Namaz qılanam Alhamdulillah...sasəcə arvadım qılmır...onu necə məcbur eləmək olar Namaz qılmaq üçün xajş edirəm mənə bir məsləhət verəsiz
Cavab:
Və aleykum Salam. Uca Allah buyurur: "Ailənə namaz qılmağı əmr et, özün də onu səbirlə yerinə yetir. Biz səndən ruzi istəmirik, əksinə sənə ruzi verən Bizik. Gözəl aqibət təqvaya bağlıdır". (Ta Hə, 132); "Ey iman gətirənlər!
ardını oxu
14-04-2017 ilqar
Salam aleykum!Dəstamazda ayaqları yuyarkən sag ayaq sag əl ilə sol ayaq sol əl ilə yuyulmalıdır?Yoxsa hər iki ayaq sag əl ilə yuyulmalıdır?Xahiş edirəm bunu mənə başa salın.Cünkü mən qabaqlar şiə namazi qılırdım.Onda sag əllə sag ayaqa sol əllə sol ayaga məst edirdim.Cox sag olun.
Cavab:

Və aleykum Salam. Dəstəmaz alanda ayaqları hansı əllə yumağın fərqi yoxdur. Daha ətraflı:

Dəstəmaz alarkən əzaları neçə dəfə yumaq lazımdır? Düzgün dəstəmaz necə alınır? 

ardını oxu
12-04-2017 əli
qəbir daşına 1 şəkil vurulmasi sadə tanınmaq məqsədi uçun olarmı?
Cavab:

Salam aleykum. Şəkil çəkmək qadağan olduğuna görə, onu qəbir daşının üstünə də çəkmək olmaz. Tanınmaq üçün isə ad yazılsa kifayətdir. Daha ətraflı:

Ölüyə baş daşı qoymaq və qəbrinin ətrafına tor çəkmək düzgündürmü?

ardını oxu
12-04-2017 Abdullah
Salam aleykum. Allah haqqi deye and vermek dogrudurmu? Yeni Allahin Allahin haqqina and ichmek olarmi?
Cavab:

Va aleykum Salam. Xeyr, bu şəkildə and içmək düzgün deyil. And içdikdə "Allaha and olsun" və ya "Vallahi, Billəhi, Təllahi" kimi ifadələrlə and içmək olar, çünki Uca Allahın haqqı Ona ibadət etməkdir. Allaha olan ibadətə də and içilməz.

ardını oxu
12-04-2017
Aybawi olan zaman halva calmaq olarmi
Cavab:

Salam aleykum. Heyz halında olmaq hər hansı bir yeməyi bişirməyə, məişət işləri ilə məşğul olmağa maneə deyil. Daha ətraflı: Qadın heyz halında nələri edə bilməz?

ardını oxu
12-04-2017 ?????
Salamun aleykum namaz qilinan usaqin burnun silende don mundarlanmir ?
Cavab:

Və aleykum Salam. Burunun suyu murdar sayılmır. Daha ətraflı: Dəstəmazı və namazı batil edən hallar

ardını oxu
12-04-2017 #MuhəmmədƏşrəfOğlu
Es Selamın Aleykum Ve Rahmetullahi Ve Beraketuhi Qardaşım Menim Size Sualım Çox Uşaqları Olan İnsanlar Öldüyü Zaman 40 Ne Cür Hesablanır Meselen 55?
Cavab:

Va aleykumus-Sələm va rahmətullahi və bərakətuhu. İslama görə vəfat etmiş insan üçün "adna", "adna axşamı", "cümə", "üç", "yeddi", "qırx", "əlli iki", "Quran tapşırmaq", "qəbrin üstünə gül qoymaq", "şam yandırmaq" və s.

ardını oxu
12-04-2017
Əssələmu Əleykum. Men namaz qiliram Əlhəmdülillah. Namaz qilmayan əmiQizim var. Ona təvsiye edirem, öyredirem, deyirem sure öyren sen de qıl. Deyir şeraətimiz yoxdur. Qüsül alammıram falan, ba saıammıram onu ki FƏRZDİR. Nece edim?- ona nece davranım?- mene özümden asılı olmuyaraq əsəb gelir.
Cavab:
Və aleykum Salam. Şərait olmadıqda namazın necə qılınması, dəstəmaz əvəzinə təyəmmüm alınması və digər asanlıqları dinimiz bizə göstərib. Daha ətraflı:  
ardını oxu
12-04-2017 men
A.S.:Kecid dovrunde oldugum ucun pis videolara maragim var onu nece azaldim Imam ve nefsimi nece qoruyuym?
ardını oxu
12-04-2017 vusale
salam . baqwlayn yenede bu suali yazram . namazn birinci ve ikinci ruketnde fatihe ve ixlas . deyilir.. bes ucuncu ve dorduncu ruketinde ne deyilir?? olardada fatihe ve ixlas??????
Cavab:
Və aleykum Salam. Namazın üçüncü və dördüncü rükətlərində yalnız Fatihə surəsi deyilir. Namazda üz deyil, sinə qiblədən çevrildikdə namaz batil olur.
ardını oxu
12-04-2017 Sabina
Qab sinmagin elameti nedir?
Cavab:
Salam aleykum. Qab sınması heç nəyə işarə deyil, belə şeylərə inanmaq böyük günahdır. Daha ətraflı:​​​​​​​ Bəd əlamətlərə inanma! 
ardını oxu
12-04-2017
Salam.deyirsiz ki qadin bu dunyada hansi kusi ile kebinlidise o dunyadada hemin kisinin xanimi olacaq.bes eger qadin hemin kebinli kisi ile mecbur evlenibse onu hec sevmeyibse.sadece ailesine namusuna gore o kisi ile omur surubse onda yene hemin kisi ile olacaq.sans verilmeyecekmiki qadin oz ureyind
Cavab:

Və aleykum Salam. Hər bir halda Cənnətdə heç bir kədər, narahatçılıq, sevgisiz həyat olmayacaq. Əsas Cənnətə düşməkdir, bunun üçün də bu dünyada Allahın razılığını qazanmaq lazımdır.

ardını oxu
12-04-2017
Salam.kecen il ve bu il Ramazan ayinin qeza oruclarini tutmamsham.tutanda ne niyet eleyib tutmaliyam???zehmet olmasa cavablandirin.birde gunahlarin bagshlanmasycin hansi oruc tutmag olar?bu haqdada melumat verin hais eleyirem.
Cavab:
Və aleykum Salam.

1. Niyyəti dil ilə deməyə ehtiyac yoxdur. Niyyətin yeri qəlbdir. Sadəcə bilməyiniz ki, "sabah Ramazan orucunun qəzasını tutacam"- artıq bu niyyətdir.
ardını oxu
12-04-2017 Suleyman
Salam bagislayin bir qadinin valideyni bilmeden kebin kesmek olarmi ye I o qadin bir defe evlenib ve bosanib ikinci defe evleneceyi sexse kebin kesdiyi zaman valideynin icazesi olmalidir yene?birdeki sahidler nece olamlidir?yeni her iki terefden mutleq sahid olmalidir?
Cavab:
Və aleykum Salam.
ardını oxu
12-04-2017 Arzu
Salam Aleykum Axşamınız xeyir olsun.1ci sualım:Mən bir neçə gündür ki namaza başlamışam lakin hələ tam dəqiqliklə bilmədiyim üçün bəzi qayda-qanunları,qarşıma kitab qoyaraq qılıram. Bu şəkildə qıldığım namaz qəbul olur mu?
Cavab:
Və aleykum Salam.
1. Namaz qılmağı tam öyrənənə qədər kitab və ya kağızdan namazın hərəkətlərinə baxmaqda və sözləri üzündən oxuyaraq deməkdə heç bir günah yoxdur.
ardını oxu
12-04-2017
Salam. Men 5-6 il bundan önce bir yuxu görmüşem ama o yuxu helede ağlımdadı ve helede menasını bilmirem. Yuxuda pire getdiyimi görürem. Pirde bir otaq kimi yerdi orda bir ölü var sehv etmiremse pir kimin adınadısa odu. Ancaq ölü basdırılmayıb.
Cavab:
Və aleykum Salam. Pirə gedib Allahdan başqasına yalvarmaq şirkdir, bu günaha tövbə etməyənlər əbədi olaraq Cəhənnəm əzabına düçar ola bilərlər. Şeytan insanı müxtəlif üsullarla Allaha şərik qoşmağa təhrik edir, bunlardan biri də yuxuda verilən vəsvəsədir.
ardını oxu
12-04-2017 Ferid
Salam aleykum eyer sie ehli bele deyek men bir kamandir esgere fereqet kamandasi verir azad kamandasi verende eller yanda olur eyer eller bagli olsaydi qiyam halinda olardi qiyam hali eli aciq olmalidir.
Cavab:

Və aleykum Salam. Uca Allah Qurani Kərimdə bizə ibadətləri Peyğəmbər (salləllahu aleyhi və səlləm) kimi icra etməyi əmr edib, əsgərlər kimi yox.

ardını oxu
12-04-2017
Salam aleykum. Yaşa dolduqca qırışlar yaranır məndə..əvvəl yox..ama indi qırışlar məni narahat edir. Bu qırışları botoks vasitəsilə aradan götürmək icazəlidi..yoxsa haram sayılır?
Cavab:

Və aleykum Salam. Yaşlandıqca insanın üzündə qırışların əmələ gəlməsi təbii haldır. Müsəlman bunu düzgün qarşılamalıdır və qırışlardan yaxa qurtarmaq üçün icazə verilməyən yollara əl atmamalıdır.

ardını oxu
12-04-2017
Cume azsami yeni 4 gunaxsami hansi musteheb emelleri etmek olar?
Cavab:
Salam aleykum. Cümə axşamının axşamı üçün yalnız Cümə ilə əlaqəsi olan qüsl almaq və Kəhf surəsini oxumaq kimi sünnələr mövcuddur, lakin bunları da Cümə günü etmək daha yaxşıdır.
ardını oxu
10-04-2017 Abdullah
Salam aleykum. Zina nəticəsində doğulan uşaq Uca Allaha itaət edərsə cənnətə daxil olacaqmı? Yoxsa valideynlərinin günahına görə o cəhənnəm oduna məhkum olacaqmı? Həmçinin zinadan doğulan uşağın nə kimi haqqları var?
Cavab:

Va aleykum Salam. Zinadan doğulan uşaq nə ittiham olunur, nə də anasının və anası ilə bu haram əməli edən kişinin günahına görə Uca Allahın bu ayələrinə əsasən məsuliyyət daşımır. Uca Allah buyurur: "Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər.

ardını oxu
10-04-2017 men
salam men dindar insanam ve menim uwaqim olmur sonsuzam yad bir kiwinin spermasi ile men yoldawima suni mayalanma eliye bilerem bu gunahdi??
Cavab:

Və aleykum Salam. Başqa kişinin sperması vasitəsilə süni mayalanmaq olmaz, çünki bu zina sayılır. Həmçinin oxuyun: Süni mayalanma etmək olarmı?  

ardını oxu
10-04-2017 .....
Cinsi elaqede olub qusul almadan destamaz alib namaz qilmaq olar?
Cavab:
Salam aleykum. Qüsl almadan dəstəmaz alıb namaz qılmaq olmaz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: "Nə dəstəmazsız (və ya qüsulsuz) namaz, nə də xəyanətlə əldə edilmiş maldan sədəqə qəbul olunar".
ardını oxu
10-04-2017
salam... men zina etmek istemirem. etmemiwemde cox wukur.ama mastrubasya ederek orqazm oluram. oxudugum cox weylerde bunun gunah oldugunu gorurem. amma bundan ayrila bilmirem. bu dogurdan gunahdirmi? ve yaxud bundan nece cekine bilerem? sanki menden asili deyil vaxti geldise olmalidi.
Cavab:
Və aleykum Salam. Bu cavabı oxuyun:​​​​​​​ İstimnadan qurtulmaq üçün nə etmək lazımdır?
ardını oxu
10-04-2017 Mense
Allahin Salami olsun Her bir kese Muselman Baci Qardawlarimiza.Size bir sual vermek isteyirem eve qonaq geldikde ve ya her hansi bir yerde Hicabli xanimlar kiwilerle el vererek salam almasi gunahdirmi? Salami ala bilermi? Xahiw edirem cvblayin. Allah rasi olsun sizden coxh sag olun..
Cavab:
Və aleykum Salam. Naməhrəmlərlə əl ilə görüşmək olmaz, lakin tanıdığınız adamı və ya qonağı sözlə salamlamaq olar. Daha ətraflı:

Naməhrəm qohumlarla əl və üz ilə görüşməyi necə tərgidək?
ardını oxu
10-04-2017 nuray
uzanib dua oxumaq gunahdirmi?
Cavab:

Salam aleykum. İstənilən halda dua edə bilərsiniz. Uca Allah buyurur: "Namazı bitirdikdən sonra ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edin...".

ardını oxu
10-04-2017 Mehinmila
Allahin salami olsun her kese.size bir sual vermek isteyirem.subay qadin evli kiwi ile danwmasi gunahdirmi?bu gunahdan nece cekine biler?
Cavab:
Salam aleykum. İstər evli, istərsə də subay olsun, heç bir üzürlü səbəb olmadan naməhrəmlərlə danışmaq günahdır. Daha ətraflı:
ardını oxu
10-04-2017 elsevâr
Cöl ğöyârcini ovlamaq olarmı?
Cavab:

Salam aleykum. Bəli, çöl göyərçinini ovlamaq olar və şəriətimizdə bu barədə bir qadağa bildirilməyib. Həmçinin oxuyun: İslam fiqhi: QİDALAR bölümü

ardını oxu
10-04-2017 jaja
Salam. Men bilmek isteyiremki hansisa hedisde mal satmaq barede melumat varmi ? Daha dogrusu bilmek isteyiremki, tutaqki, men bir sey satiram. Satdigim maldan ne qeder elave pul mene qalmalidi ? Bunu nece mueyyen edeceyim barede dinde bir melumat varmi ? Cox sagolun evvelceden.
Cavab:
Və aleykum Salam. Bu barədə şəriətdə heç bir hədd qoyulmamışdır. Satacağınız malı istədiyiniz qiymətə sata bilərsiniz. Həmçinin oxuyun:
ardını oxu
10-04-2017 Hesim
Salam valideyinin raziligi olmadan namaz qilmaq olarmi?
Cavab:
Və aleykum Salam. Namaz Allahın haqqıdır, ona görə beş vaxtda olan vacib namazları qılmaq üçün valideynlərdən icazə almağa ehtiyac yoxdur. Amma hər bir halda onlarla əxlaqla davranaq bu məsələləri izah etmək lazımdır. Sünnə namazlarında isə məsələ fərqlənir.
ardını oxu
10-04-2017 Suleyman
Salam bagislayin narahat etdim..bir qadin evlenib bosanib ve ikinci defe kebin kesmek ucun valideyn icazesi olmalidir?ama atasi yoxdu..anasidi elede istiqanli deyil qizina qarsi..yeni o qederde onem vermir..birdeki sahidlerin olmasi mutleqdir?
Cavab:
Və aleykum Salam. Qadın boşandıqdan sonra ikinci dəfə ərə gedəndə də vəli və şahidlərin olması mütləqdir. Daha ətraflı: 
İslama görə ərə gedən qızın vəlisi kimlər ola bilər? 
ardını oxu
10-04-2017 muraf
MEN 16 YASMDA AGIRLIGINI BILMEDEN TOVBE DEDIM QELYANA.AMMA SIQARET CEKDIM...SONRA BU GUN DOZMEYB QELYAN CEKDIM...NE EDIM?
Cavab:
Salam aleykum. Siz yenə də tövbə etməlsiniz. Yenidən tövbə etməyin zərəri yoxdur. Daha ətraflı: 
Günahı necə tərgitmək olar?
ardını oxu
10-04-2017 Tunay
salam aleykum.mən 11 yaşımdan Namaz qilmağa başladım 1,2 il kimi ara vermeden Namaz qildim amma sonradan ara verdim icimden Namaz qilmaq gelmirdi yeni özümü yorulmuş kimi hiss edirdim 14 yaşimda yene başladim amma mənim Namaz qilmağim qeyri mumkun idi cun ki Namaz qilanda ağlima qorxulu şeyler gelir
Cavab:
Və aleykum Salam. Namaz hər bir müsəlmana vacibdir və onu qılmayan böyük günah qazanır. Siz bu vəsvəsələrdən Allaha sığınaraq Ona təvəkkül edin və namaza başlayın. Bununla yanaşı Quran surələrinin səsli oxunuşunu dinləməyə başlayın. Daha ətraflı:
ardını oxu
10-04-2017 SmartRame
ALLAHın Salamı olsun sizə. Çox xahiş edirəm Kəhf Surəsinin ərəbcədən latınca (transkripsiyasını) oxunuşunu yaza bilərsinizmi? 110 ayənin hamısını çox xahiş edirəm. Cənab ALLAH elminizə qüvvət versin!
Cavab:
Və aleykum Salam. Təəssüf ki, biz bunu edə bilməyəcəyik, çünki ayələrin transkripsiyası həqiqi ayənin səslənməsinə uyğun gəlmir. Ərəb hərflərinin bir çoxunun azərbaycanca qarşılığı yoxdur. Düzgün tələffüz olunmayanda isə, hətta məna dəyişə bilər.
ardını oxu
10-04-2017
Salam aleykum!Necəsiz?Allah sizdən razı olsun;Sizin bu saytı cox bəyənirəm və hər gün izləyirəm"Sual:Yeni dogulan oglan uşagına görə əqiq qurbanını baba,nənə,əmi,dayı kəsə bilərmı?Əgər kəsə bilərsə,qurban kəsən adam öz yaşadıgı yerdə qurban kəssə, uşaq isə başqa yerdə yaşasa necə?Yaxud oglan u
Cavab:

Və aleykum Salam. Əqiq qurbanında əsas məqsəd yeni doğulan uşaq üçün qurbanın kəsilməsidir. Ona görə də əqiq qurbanını qeyd etdiyiniz şəxslərin şəriətimizin izn verdiyi istənilən yerdə kəsməsi icazəlidir.

ardını oxu
10-04-2017
Cume namazina hazirliqla bagli anam qoymur.lakin getmek imkanim var anam ise deyirki vaxtin gedir namaza getdiyine derslerini ele.men ise namazdan sonrada derslerimi elemeye vaxtim.olur .... Mene yol.gostere bilersiz.........
Cavab:
Salam aleykum. Cümə namazına getmək hər bir müsəlman kişiyə fərzdir. Valideynlərinizə gözəl əxlaq və hikmətlə bunu başa salmağa çalışın. Bununla yanaşı Allahdan kömək istəyin. Daha ətraflı:
ardını oxu
09-04-2017
Salam aleykum. Receb ayinin bawqa aylardan ferqi, ve ya ustunluyu varmi? Bu aya ozel hansisa ayinler varmi, yeni birinci gununde oruc tutmaq ve s. varmi? Bildiyime gore ramazanin her gunu, wevallda 6 gun ve meherremin 9-10,ve ya 10-11ci gunlerinde oruc tutmaq feziletlidir.
Cavab:
Və aleykum Salam. Rəcəb ayı digər aylardan üstün olması haqda səhih bir məlumat yoxdur. Daha ətraflı:
Rəcəb və Şaban aylarında nə etmək və Ramazana necə hazırlaşmaq lazımdır?
ardını oxu
09-04-2017 vusal
salam menim bacim var onun erinede ozunede cadu yedizdiriler ozude oglanin bacsi o nagayrmag olr onu n cadusu silinsin ozude bacimin 2 usqai olub dediyine gore gueki bacimin matkasinda kicilik var nagaryrmag olar ona bidene zehmet oolmasa bi care deyin ozude matkasinda problem yoxdu ama diyirki gue
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun: Cadudan necə qorunmaq olar? 

ardını oxu
09-04-2017
Salam mene ele gelirki cox yere baxiram orda ele gouremki o naxisdar yzilar erebce ALLAH yazisina oxsayir cox seyde oz ozumde onu defelerle baxib yoxlayiramki dogurdan mene ele gelirki yazilib bu mene cox cetindi hecne ala geyine bilmjrem.butun paltarlarimi yandirmisam bilsem heqiq yazir cetim gel
Cavab:

Və aleykum salam. Bu vəsvəsədir, sizə gələn fikirlərə, paltarların üzərindəki naxışlara önəm verməyərək geyinin. Burada yazılanları edin: Cadudan necə qorunmaq olar? 

ardını oxu

Pages