08-10-2017 Lale
Salam Aleykum. Men bir dileyimle bagli coxlu dua edirem. Allahin bezi adlarini coxlu zikr edirem. ALLAHİN her bir adinin bir emele xeyri oldugunu oxumusam. Lakin teessuf ki bu mesele ile bagli istixare acdirmisam Quranla. Alinmayacagi deyilib. Yeni istixare duz olurmu?
Cavab:
Və aleykum Salam. Uca Allah buyurur: "Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin və Onun adları barəsində haqdan sapanları tərk edin.
ardını oxu
08-10-2017
Vesvese meni islerimin sayini artirir bir isim iki olir tez tez paltarimi tullayiram harasa deydi kimrse deydi deye neyneyim
Cavab:

Salam aleykum. Gözünüzlə nəcisin paltara bulaşdığını görmürsünüzsə, paltarın harasa dəyməsi onun nəcisə bulaşması demək deyil. Bu cür şübhələrə sadəcə fikir verməyin. Əks təqdirdə vəsvəsələr çoxalacaq və həyatınızı çətinləşdirəcək.

ardını oxu
08-10-2017
salam aleykum men namaz qiliram yaxinlarda evlenmiwem ama yoldawim namaz qilan deyil bunun da sebebi var mekteb oxumuyub caliwiram oyredim ama heleki alinmir, dinde buna nece baxilir? bilirem ki, din bunu haram buyurub ama bizde tam bawqqadi.
Cavab:

Və aleykum Salam. Çalışın səbrlə yoldaşınızı din haqqında maarifləndirəsiniz. Yazıb-oxuya bilmirsə, namazın sözlərinin səsli oxunuşunu tez-tez ona qulaq asdırın və özünüz də təkrar-təkrar deyin. Allahın izni ilə namazın sözləri bir müddət sonra yadınızda qalacaq.

ardını oxu
08-10-2017 Firengiz
Salam Aleykum. Menim nenem bir il olar rehmete gedib ve daha sonra xalam rehmete getdi ve biz xalanı nenemizin yanında defn etdik sualım odurki indi nenemle xalam o dünyada gorusubler? Yeni bir birinin yanında olduqlarına gore gorusubler onlar? Zehmet olmasa etrafli yaza bilərsiz.
Cavab:

Və aleykum Salam. Qəbir aləmində möminlərin ruhları görüşür, əzaba layiq olanlar isə qəbirdə əzab çəkirlər. Kimin mömin olmasını isə Allah bilir. Daha ətaflı:

Biz öldükdə qohumlarımızı görəcəyikmi?

ardını oxu
08-10-2017 Zulya
Salam aleykum. Evdə dibçək bitkisinin də canlı olduğu üçün insan üzərində haqqı varmı? O bitkiyə baxa bilmədiyim üçün atsam mənə günah yazılır?
Cavab:

Və aleykum Salam. Verdiyiniz sual imanlı olmanızdan irəli gəlsə də, belə məsələləri haqlara daxil edərək xırdaçılığa getmək düzgün deyil. Bu cür etmək günah deyil.

ardını oxu
06-10-2017 Nicat
salam bir sualim olacaq yuxuda cin veye weytandi veya bir mexluq qohum ushaq sesiyle aladib bogur meni ve hemd sureni oxumaqa qoymur onuda bildirim ki yuxuda tam olaraq hiss olunur ki olurem xaiw eyer bir melumat varsa bildirerdiz.
Cavab:
Və aleykum Salam. Bu, şeytanın yuxuda verdiyi vəsvəsələrdəndir. Səhər və axşam zikrlərin, yatağa girərkən edilən zikrləri deyin və Quranın səsli oxunuşuna qulaq asın. Daha ətraflı:
ardını oxu
06-10-2017 Cəfər
Salam, Baş və bədən yaş olsa qusul almaq olar?
Cavab:

Və aleykum Salam. Baş və bədənin yaş olması qüsl almağa maneə deyil. Həmçinin oxuyun: Qüsl necə alınır və onu pozan amillər hansılardır? 

ardını oxu
06-10-2017
salam. büt nədir?
Cavab:

Və aleykum Salam. Allahdan qeyri ibadət olunan bütün qəbirlər, ağaclar, daşlar, insanların yonub düzəltdiyi heykəllər və s. büt sayılır. Bütlərə ibadət etmək ən böyük günah olan şirkdir (Allaha şərik qoşmaqdır). Daha ətraflı: 

ardını oxu
06-10-2017 Gunay
Salam men qeza oruclarimi tutmaq isteyirem saat necede tutum necede acim ve hansi günlerde tutum? xaiw edirem sualimi cavablandirin
Cavab:

Və aleykum Salam. Qəza oruclarını istənilən gündə, ardıcıl və ya ara verərək tuta bilərsiniz. Oruc Sübh namazının girdiyi vaxtdan Məğrib namazının girdiyi vaxt arasında tutulur. Sahur və iftar vaxtlarına saytımızın ana səhifəsində də baxa bilərsiniz.

ardını oxu
06-10-2017
Salam hamiləykən 7ayında həkimlər uşaqda qusurlar olduqunu dedilər uşaq götürlməsə ikimizə öləcəkdik uşaqdı götürdülər bunun günahı varmı
Cavab:

Və aleykum Salam. Əgər ananın həyatına təhlükə varsa, uşağı götürmək günah deyil. Daha ətraflı: Həkimlər uşağın xəstə doğulacağını deyərsə, abort etdirmək olarmı? 

ardını oxu
06-10-2017
Salam Aleykum.Heyz quslu aldiqdan sonra lekeler gelir.Vacib ehtiyata gore 2ci defe qusl almaq olarmi?
Cavab:

Va aleykum Salam. Heyz kəsildikdən bir müddət sonra açıq rəngli qan gələrsə, bu heyz qanından sayılmır və ikinci dəfə qüsl almağa ehtiyac yoxdur. Daha ətraflı:

Tünd ləkələr heyz qanından sayılırmı?

ardını oxu
06-10-2017
Salam aleykum.mənim bir sualım var mən sübh namazına kimi yatmıram yata bilmirəm sübhü qılıb sonra yatıram,yəni yuxum gəlmir,gecəni oyağ qalıb sübhdən sonra yatmağım doğrudurmu?
Cavab:

Və aleykum Salam. Bu cür qılınan namaz səhihdir, amma gecəni yatmağa çalışın, çünki bu insanın yaradılışına daha uyğundur. Uca Allah buyurur: "Gecəni rahatlanmanız üçün yaradan, gündüzü də ruzi qazanmanız üçün işıqlı edən Odur.

ardını oxu
06-10-2017 M
Salam Aleykum.suda yaşayan heyvanları necə kəsib yemək olar?yəni balıqların,xərçənglərin və b. başını necə kəsmək lazımdır?öncədən təşəkkürlər
Cavab:
Və aleykum Salam. Kəsim qaydası quruda yaşayan və əti halal olan heyvanlara aiddir. Daima suda yaşayan hevyanları kəsmək üçün hər hansı bir şəri kəsim qaydası yoxdur. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurmuşdur: "Dənizin suyu təmiz, ölüsü də halaldır".
ardını oxu
06-10-2017 Pervin
Salamu aleykum..men yeni namaz qilmaga bawlamiwam bir aya yaxin olar ama namaza bawlayan gunnen bedenimde bawimda cox agrlar olmaga bawlayib..ilk gunler daha pis agrlar idi getdikce yungullewsede yenede daimi bir yorgunlug,ve agrlar var. bu neden ola biler?
Cavab:

Va aleykum Salam. Namaza yeni başladıqda şeytan müxtəlif üsullarla insanı Cənnətə aparan bu yoldan var gücü ilə çəkindirməyə çalışır. Amma Allaha təvəkkül edən insanlar üçün şeytanın tələsi zəifdir.

ardını oxu
06-10-2017 #####
Salam men ve yoldawim qaynana ve qaynatama baxdigimiz halda onlari qizlari bawdan cixararaq bize qarwi doldurur ve onlar her yerde kime geldi bize bohtan ataraq yalanlar daniwirlar biz her defesinde bunu bagiwlasaqda artiq sebrimiz qalmayib yoldawim da valideyinleri terefinden bu haqsizliga dozmesed
Cavab:
Va aleykum Salam. Əgər "ayrılmaq" dedikdə başqa evə köçməyi nəzərdə tutursunuzsa, bəli bunu edə bilərsiniz. Şəriətə görə qadının kişi üzərində olan haqlarından biri də imkan olduğu təqdirdə ayrıca evdə yaşamağı tələb edə bilməsidir. Daha ətraflı:
ardını oxu
05-10-2017 Emil
Salam alekum. Allah sizlerden razi qalsin. Sizler vasitesi ile savadlaniriq. Sualim beledi: yasadiqimiz heyet evinde yasayan heyvanlari meselen qurbaqa, ilbiz ve s. oldurmek gunah sayilirmi ?
Cavab:

Va aleykum Salam. Zərərverici bütün heyvanları və həşəratları öldürməkdə günah yoxdur. Daha ətraflı: Hansı heyvanları öldürmək olar?

ardını oxu
05-10-2017 YUSIFCAN
ALLAHIN SALAMI UZERINIZE OLSUN MENIM SUALIM IDURKI BIR INSAN MUSIQIYLE MESGUL OLURSA AMMA PIS ISE GORE YOX SIRF COREK PULU QANMAQ UCUN IFA EDIRSE BU GUNAHMIDIR. BU ISDE EZIYET CEKIRSE COREK PULU UÇUN GUNAHMIDIR.
Cavab:
ardını oxu
05-10-2017 ........
Salam, gecə klubuna getmək icazəlidir ?
Cavab:
Va aleykum Salam. Gecə klubları insanları həlakedici günah olan zinaya və digər böyük günahlara sürükləmək üçün şeytanın qurduğu tələlərdən biridir.
ardını oxu
05-10-2017
salam menim 2 il once sevgilim olub ve bizim aramizda mueyyen munasibetler olub. ondan ayrildiqdan sora 2-3 oglanlada gorusmusem/ ama duz 2 il kecib ve tovbe etmisdim. indi basqa oglanla nisanlanmisam bu gunahdirmi?
Cavab:
Və aleykum Salam. Naməhrəmlə görüşüb zina etmək həlakedici günahlardandır, bunu edib tövbə etməyənlərin qəbir həyatında və Cəhənnəmdə əzab çəkəcəkləri ilə bağlı bir çox ayə və hədislər var.
ardını oxu
05-10-2017 Anonim
Salam.Ögey ananın uşaq üzərindəki haqları nələrdir.xahis edirem cavab yazin
Cavab:

Və aleykum Salam. Ögey ananın uşaq üzərində haqları barədə şəriətdə xüsusi bir hökm yoxdur.

ardını oxu
29-09-2017 Anar
Salam Aleykum. 1) israile kocub yasamaq muselman ucun olar? 2) Ivrit dilini orgenmek olar? 3) yoldawim muselmandir ve israilde yasamaq ucun sened uzerinde yahudiliyi qebul etmek olarmi qelben deil sadece sened uzerinde.
Cavab:

Və aleykum Salam. İbrani dilini öyrənməyə qadağa yoxdur. Amma yalandan olsa belə, başqa dini qəbul etmək və bu dinin qaydalarına əməl etmək küfr sayılır.

ardını oxu
29-09-2017
salam aleykum.duzdurki meherremlik ayinda dirnaga lak cekmek,adgunu kecirtmek ve s.bunu kimi seyler olmaz?bu ay haqqinda melumat almaq isterdim.Allah razi olsun.
Cavab:

Va aleykum Salam. Digər aylarda edilməsinə icazə verilən əməlləri Məhərrəm ayında da etmək olar.

ardını oxu
29-09-2017
Salam aleykum Allah razı qalsın sizdən , Mən çox narahat am.bir neçə il əvvəl namaz da qılırdım bu zaman həyatımda çox pis bir hadisə baş verdi .esebi halda musiqi dinləyirdim həmin an musiqidə küfr söz işlədildi mənim zənnimcə mənimsə ağlımdan özümdən asılı olmayaraq olur olsun bu söz küfr keçdi .
Cavab:

Və aleykum Salam. İnsanın özündən asılı olmayaraq beyninə gələn fikirlər heç biri günah sayılmır. Bunlar hamısı şeytanın vəsvəsələrdir, fikir vermədən həyatınıza və ibadətlərinizə davam edin. Daha ətraflı:  

ardını oxu
29-09-2017 Allahin qulu
Salam Eleykum.Size quran ayesinden sual vermek iteyirem.Quranda yazilib ki Allah cinleri ve insanlari ona ibadet etmesi ucun yaratdib.Bes cin adli mehfum nedir?Weytanla cinin ferqini bilmek isterdim.Xais edirem sualimi tez cavablandirardiz.Onceden tewekkur edirem.
Cavab:

Va aleykum Salam. Bu cavabı oxuyun: Cin və şeytan nədir?

ardını oxu
29-09-2017 elnur
esSalamu Aleykum sualim beleydi: sehf secdesine gederken , secdede olanda ve secde arasi ne demek lazimdir? indiden Allah razi olsun
Cavab:
Va aleykum Salam. Səhv səcdəsi namazda müəyyən xətalara yol verdikdə namazdan sonra cüt şəkildə edilən səcdədir.
ardını oxu
29-09-2017 ......
Salan.Dəstəmaz alarkən nə qədər çslışıramsa burnuma su çəkə bilmirəm,bu dəstəmazı batilmi edir?Birdə dəstəmaz əsnasında danışmaq,nəyəsə əl vurmaq(murdar şeylərə yox)kimnənsə nəsə bir şey götürmək dəstəmazı pozur2)Namaz qılarkən beynimə başqa şeylər fırlanarsa(dünya işləri haqqında)amma namazı düzgün
Cavab:
Və aleykum Salam. 
1. Siz bacardığınız qədər burnunuza su alın, çünki dəstəmaz alanda buruna su almaq vacibdir. Daha ətraflı: Dəstəmaz alarkən buruna su almaq vacibdirmi?
ardını oxu
29-09-2017 Eltac
salam menim qulaqima tez tez ezan sesi gelir ezanin oxunmasina varken ezanin sesi gelir qulagima bunun sebebi ne ola biler?
Cavab:

Və aleykum Salam. Azan səsi gözəl bir səs olsa da, hər bir halda bunun öz-özünə baş verməsi normal bir hal deyildir. Sizə Quran surələrinin audio yazılarını dinləməyi və bu hala əhəmiyyət verməməyi məsləhət görürük.

ardını oxu
29-09-2017
Salam aleykum men tövbə etmişəm ogurladiğim paltari tövbə etdikdən sonra geyinə bilərəm?
Cavab:
Və aleykum Salam. Qəsbkar insanın, qəsb etdiyi şeydən faydalanması haramdır. Onun, qəsb etdiyini öz sahibinə qaytarması vacibdir.
ardını oxu
29-09-2017
Salam. Ilk once bu sayti yaradana ve cavablandiranlara sonsuz teshekkurumu bildirirem. Allah sizden razi olsun. Man bir nece dafa size yazmisham ve her defe komeklik etmisiniz. Manda sehr oldugundan shubhelenerdim.
Cavab:
Və aleykum Salam. Ruqyəni özünüz özünüzə edin və ya ailə üzvləriniz hər gün yarım saat bildikləri Quran ayələrini əlini başınıza və ya ağrıyan yerə qoyaraq oxusunlar. Həmçinin internetdəki ruqyə oxunuşu səs yazılarına qulaq asın.
ardını oxu
29-09-2017 Anar
Salam. Mən gələn ay hərbi xidmətə gedəcəm orada verilən toyuq ətinin halal olub olmadığını bilməsəm yeyə bilərəm yoxsa günahdır? Əvvəlcədən təşəkkürlər!
Cavab:
Va aleykum Salam. Allaha dua edirik ki, hərbi xidmətinizi sağ-salamat tamamlayıb öz evinizə qayıdasınız. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Sizə Qədr gecəsindən daha fəzilətli gecə haqqında xəbər verimmi?
ardını oxu
29-09-2017 ...
Salam. Nişanlı olduğun adamla öpüşmək qüsl gərəkdirir?
Cavab:
Və aleykum Salam. Öpmək qüslu pozmur, amma bu əməl günahdır və daha böyük günah olan zinaya aparır, çünki nişanlınız sizə hələ ki naməhrəmdir. Daha ətraflı: 
ardını oxu
29-09-2017
Salam aleykum Bir cox meselede bizi maraqlandiran suallara Cavan verdiyinize gore saqolun Allah razi olsun.Sualim beledi 1.Men 've ailem iman ehliyiy sukur ama atama anama gorede cox narahatam duzgun decent nece olmadir 2.Day in agir emeliyyat olundu 20 gun namaz qilmadi qezalarin qilmalidirmi.
Cavab:
Və aleykum Salam.
1. Bu cavabı oxuyun: İslama dəvət necə olmalıdır? 
ardını oxu
29-09-2017
Namazdan kenarda nece tovbe edilir?cox xais edirdm yazin
Cavab:

Salam aleykum. İstər namaz qılarkən, istərsə də digər vaxtlarda tövbənin şərtlərini yerinə yetirmiş insan artıq tövbə etmiş sayılır. Daha ətraflı:

Tövbə necə edilir və onun şərtləri hansılardır?

ardını oxu
29-09-2017 Damla
Salam Sualım budur ki,tez-tez kimsə,bizi sevməyən insanlardan biri bizim küçə qapımiza sidik tökürlər Bunu tökməyin səbəbi nədir?pis əməl edirlər Birdəki sualıma tez cavab verə bilərsiz? Vacibdir.
Cavab:

Və aleykum Salam.

ardını oxu
29-09-2017 Lale
Salam Aleykum Size bir sualim var Nur suresindeki 31 ayede yazilan Zinətlerini gosdermesinler ne demekdi?Burada bijuteriya ve yaz bawqa bezek ewyalarinin qadina taxilmamasini emr edilir xaiw edirem cavablandirin sualimi cox saolun
Cavab:

Və aleykum Salam. Uca Allah buyurur: "Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar.

ardını oxu
29-09-2017
Salam aleykum, elm önəmlidir yoxsa ki əməl?
Cavab:

Va aleykum Salam. Müsəlman vacib olan şeyləri öyrənmədən dinə aid bir şey söyləməməli və ya əməl etməməlidir, çünki elmsiz əməl həm onun özünə, həm də ətrafında olanlara zərər vura bilər. Həqiqətən, elmsiz əməl edən insan, zülmət qaranlıqda dolaşan bir kimsəyə bənzəyir.

ardını oxu
29-09-2017 Abuzar
Essalamu aleykum. Meni 2 il once cahil vaxti evlenmiwem. Zovcem ise namaz qilmir devet etsemde. Men ona emr ede bilerem namaz qilsin? Yoxsa oz isteyi ile olmalidir
Cavab:

Va aleykum Salam. Bu cavabı oxuyun: Həyat yoldaşımı namaz qılmağa necə dəvət edim?

ardını oxu
07-09-2017
Dinde teze aya salavat cevirmek dogrudurmu ve ya gunahdirmi
Cavab:
Salam aleykum. Bu cavabı oxuyun: 
Aya baxıb salavat çəkmək doğrudurmu?
ardını oxu
07-09-2017
Namaz qılarkən fikm yayılır bela halda namazim gabul ölümü .Bu mani çox narahat edir na maslahat gorardiz?
Cavab:

Salam aleykum. Namazın qəbul olub-olmamasını yalnız Allah bilir, amma fikrin yayınması ümumən namazın savabını azaldır. Bu cavabı oxuyun:

Namazda fikrin yayınmaması üçün nə etmək lazımdır?

ardını oxu
07-09-2017 adsiz
salam cimdikden sonra yas sacla namaz qilmaq olar
Cavab:

Və aleykum Salam. Çimdikdən sonra yaş saçla namaz qılmaq üçün bir qadağa yoxdur. Həmçinin oxuyun: Dəstəmazı və namazı batil edən hallar

ardını oxu
07-09-2017 kamile
salam.men hamileyem mene qorxu gelir hetta betnmdeki usaqdan bele qorxurdm.usaqi abort eletdrmek istirdim.yoldasm qoymadi.hal hazrda psixologa gedirem.bunun seytanin vesvsesi olduqunu bilirem.ne edim men bu qorxulardan canim qutarsn.
Cavab:
Və aleykum Salam. Bu, şeytanın vəsvəsədir, ondan qorunmaq üçün aşağıdakı cavabı oxuyun: Vəsvəsədən necə qorunmaq olar?
ardını oxu
07-09-2017 Xedice
Salam aleykum. Uşağa, Knyaz adını qoymaq olarmı?
Cavab:

Va aleykum Salam. Doğulan uşaqlara yaxşı ad qoymaq övladın valideyn üzərində olan haqqıdır.

ardını oxu
07-09-2017 Xeyal
Salam cariyelerle kifayetlenin dedikde Allah c c neyi qesd edib? Cariyeler kimlerdir?
Cavab:
ardını oxu
07-09-2017 Mesume
Salam aleykum xalamin qizi 15 yawinda kebin kesildi sozunu verdiler sora oglanin anasi qiza bawqacur reftar eledi zulm eledi. Qizin ozude aileside istemedi bu isi oglansa kebini pozmur indi 2 il kecib ustunden oglan qaytmaq istyr ama qiz deyrki uwaq olmuwam qanmamwam istemirem..
Cavab:

Və aleykum Salam. Kəbini geri oxutdurmaq adlı bir ayin yoxdur və bu mollaların qazanc əldə etməyi üçün uydurulan bir şeydir. Əriniz sizi boşayıbsa və üstündən də siz dediyiniz kimi 2 il vaxt keçibsə, boşanmış sayılırsnız və kəbin kağızı qüvvədən düşür.

ardını oxu
07-09-2017
salam aleykum.niye mescidlerde verilen azanin vaxdi ile sizin saytda yerlesdirdiyiniz vaxtlar ferqlidi?hansi vaxt duzgundu?
Cavab:

Və aleykum Salam. Azan oxunma vaxtına görə məscidlər özləri də bir-birindən fərqlənir, bir çox məscidlər isə namaz vaxtı girəndən bir müddət sonra azan verir. Saytımızda isə namazın girdiyi vaxt yazılıb.

ardını oxu
07-09-2017 tural
Essalamu ELEYKUM.sedeqe ne vaxt verilmelidr?meselen kimese ziyan deymekden Allah saxladi.ve hami gordu ki Allah saxlamasa idi her hansi xeta olacaqdi.bu vaxt sedeqe nece verilmelidir? ne qeder olmalidir? cox xahis edirem cavablandirardiniz.evvelceden tesekkurler
Cavab:
Və aleykum Salam. Uca Allah buyurur: "Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz?" (ən-Nəml, 62).
ardını oxu
07-09-2017 x malcom
Salam aleykum ateistlerin bir suali menim beynimi cox qarisdirir Allah ozunu yox ede bilermi bu suali cavablandirin
ardını oxu
07-09-2017
Salam Valideyn övladının qəlbini qırıbsa yaxud böyüklər özündən kiçikləri incidibsə üzr istəmələdirlər mi?
Cavab:

Və aleykum Salam. Valideynlərin övlardları üzərində haqları olduğu kimi, övladların da valideynlər üzərində da haqları var. Övladları əzizləmək, ehtiyaclarını ödəmək, onları tərbiyə etmək və s. bura daxildir.

ardını oxu
07-09-2017
Salam aleykum men subayam herden özüm özümü bosaldiram bilirem günahdı amma alınmır .sonra tovbe edirem .sualım beldiki subay insan üçün bu günah nece sayılır böyük yoxsa kiçik.
Cavab:

Və aleykum Salam. Uca Allah Qurani Kərimdə nicat tapmış möminlərin sifətlərini vəsf edərkən belə buyurur: "O kəslərdir ki, öz cinsi orqanlarını (həmişə) qoruyurlar, zövcələri və sahib olduqları cariyələr istisnadır. Onlar (buna görə heç) qınanmazlar.

ardını oxu

Pages