Və aleykum Salam. İlk növbədə ərinizlə mübahisələrdən çəkinin, ərinizə itaəti artırın, ərin hər sözünə etiraz etməyin. Həmçinin, yoldaşınız evdə olmayanda Qurani-Kərimdən ayələri, xüsusən də Bəqərə surəsini səsləndirin. Çünki, mübahisə şeytandandır.
Və aleykum Salam. Şəriətdə oğlan uşağının sünnət olunması münasibətilə toy etmək yoxdur. Şəriətə görə oğlan uşağı anadan olduqda əqiq qurbanı kəsilir və sünnət edilir. Lakin, sünnət toyu etmək yoxdur.
Və aleykum Salam. Əgər lizinqdə ödəmə gecikəndə cərimə olaraq əlavə pul ödəməlisinizsə, bu sələm sayılır və şəriətə görə haramdır. Həmçinin, oxuyun:
Kredit götürmək hansı hallarda günah deyil?
Və aleykum Salam. Uca Allah buyurur: "Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua verirlər. Ey iman gətirənlər!
Cadudan necə qorunmaq olar?
Allahın kəlamı ilə müalicə
Sehr nədir?
Salam aleykum. Bu cavabı oxuyun: Tövbə etsəm, Allah məni bağışlayarmı?
Salam aleykum. Namazı qurtaranda salam verdikdən sonra yelin çıxması namazı batil etmir. Çünki, namazdakı salamlar namazın bitməsini bildirir.
Və aleykum Salam. Hədisdə deyilən "namazın sonunda", yəni təşəhhüddən sonra salamlardan qabaq edilən dua qəsd olunur. Lakin, namazdan sonra, yəni salamları verdikdən sonra əlləri qaldırıb dua etmək haqda Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) heç nə deməyib.
Salam aleykum. Dəstəmaz alandan sonra yemək yemək, su içmək, ümumiyyətlə dəstəmazı pozmayan hər bir şeyi etmək olar. Daha ətraflı: Dəstəmazı pozan amillər
Salam aleykum. Vacib namazları qılarkən ana, ata və ya başqa birisi çağırsa, namazdan çıxmaq və ya cavab vermək olmaz.
Neçə dəfə və hansı əl ilə salavat çəkilməlidir?
Salavat necə deyilməlidir?
Cadudan necə qorunmaq olar?
Salam aleykum. Ərin ailəyə qayıtması üçün xüsusi dua yoxdur. Siz Allahdan bağışlanma istəyin, ərinizin ailəsinə qayıtması üçün dua edin. Daha ətraflı:
Dualarım qəbul olmur, nə edim?
Salam aleykum. Bəli, subay kişinin ərindən boşanmış uşaqlı qadınla evlənməsi icazəlidir. Bu haqda heç bir qadağa yoxdur.
Və aleykum Salam. Dəstəmaz alarkən ağız yaxalanır, buruna da su çəkilir. Yuyulan əzalar isə ardıcıllıqla yuyulur. Məsələn, sağ qol 3 dəfə yuyulur, sonra sol qol 3 dəfə yuyulur. Dəstəmaz alarkən əzaları 1, 2 və ya 3 dəfə yuya bilərsiniz. Daha ətraflı:
Və aleykumus-Sələm və rahmətullahi va bərakətuhu. Sizə iş təklif edəndə namazın qılınmasına icazə verəcəkləri barədə sual verməyin, çünki namaz Uca Allahın haqqıdır. Çalışın ki, namaz qıldığınızı başqalarına hiss etdirməyəsiniz.
Nə edim ki, şeytani yuxular məndən uzaq olsun?
Pis yuxulardan necə qorunmaq olar?
Salam aleykum.
1. Şəriətdə qadınların qulaqlarını deşdirmək barəsində qadağa yoxdur.
2. Bu cavabı oxuyun: "Cashback" servisi halaldırmı?
Salam aleykum. Şərt ilə nəzir etmək düzgün deyil. Əgər qurban kəsməyinizi nəzir etmisinizsə, həmin iş alınsa qurbanı kəsməlisiniz. Kəsməməyiniz günahdır. Alınmasa kəsməli deyilsiniz.
Cahil həyat yoldaşı dini yaşamağa mane olursa, nə etmək lazımdır?
Ərim və qaynanam namaz qılmağa qoymurlar...
Uşaqlar neçə yaşdan namaz qılmalıdırlar?
Salam aleykum. Əbədi sözünün mənası - heç vaxt ölməyən, bitməyən, qurtarmayan deməkdir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: “Qiyamət günü ölüm ağlı-qaralı, buynuzlu qoç şəklində gətiriləcək. Sonra carçı: “Ey Cənnət əhli!”– deyə çağıracaq.
Və aleykum Salam. Əgər başın müəyyən yeri tökülübsə və bu hal psixoloji gərginliyə səbəb olursa, bu halda şəriətə görə saç əkdirmək qadağan deyildir. Rəvayət edilir ki, cahiliyyət dövründə bir döyüşdə burnu qopan Arfəcə adlı səhabə (Allah ondan razı olsun) gümüşdən burun düzəltdirmişdi.
Və aleykum Salam. Son durum ölüm təhlükəsi nəzərdə tutulur. Uca Allah buyurur: "O sizə ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsiləni haram etmişdir. Hər kəs harama meyl etmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olarsa, bu ona günah hesab edilməz.
Və aleykum Salam. Bu haqda bir məhdudiyyət yoxdur. Çünki, İslam qaydaları ilə olan toy çalıb-oynamaqla keçmir. Dəfndən bir müddət keçdikdən sonra evlənmək daha yaxşı olar. Çünki, valideyn itgisi ağır haldır.
Salam aleykum. İslam bayramları Ramazan və Qurban bayramlarıdır. Qeyri-İslam bayramlarını xüsusiləşdirib qəbristanlığı ziyarət etmək olmaz. Bu onlara oxşamağa gətirib çıxarır.