Və aleykum Salam. Siz başqasının yerinə Quran oxusanız da bunun ona heç bir aidiyyatı yoxdur, çünki, hər kəsin etdiyi əməl yalnız onun özünə aiddir. Uca Allah buyurur: "...Hər kəs qazandığının girovudur". (ət-Tur, 21).
Salam aleykum. Əgər valideynlər tərəfdən halallıq, nişan, toy olubsa, bu zina sayılmır və yenidən kəbin kəsdirmək lazım deyildir. Şəriətə görə nikahın şərtləri qadının vəlisinin razılığı, şahidlərin iştirakı və qadına mehr verilməsidir.
Sevib, sevilmək barədə
İstərdim yoldaşım məni çox sevsin, bunun üçün bir dua varmı?
Salam aleykum. İlan balığı ilana oxşasa da balıq sayılır və daima suda yaşayır. Daima suda yaşayan heyvanlar isə yeyilmək üçün halaldır.
Və aleykum Salam. Belə hal olduqda, həmin adama başa salmaq lazımdır ki, nəyə görə baxır. Bəlkə kiməsə oxşadıb. Ona görə yaxın qadını bayıra çıxanda müşayiət etmək lazımdır ki, başqaları onun yanında kişinin olmasını görsünlər.
Şiə və sünni nədir və bunların hansı düzgündür?
Salam aleykum. Bunu dəqiq bilmək mümkün olmasa da, 2016-cı il 7 iyunda təqvimə görə Ramazan ayı başlayır. Bir gün fərqliliyi də ola bilər.
Masturbasiya etməyə icazə verilir?
Tövbə etsəm, Allah məni bağışlayarmı?
1. Bu cavabları oxuyun:
Hansı hallarda təyəmmüm etmək olar və onu pozan şərtlər hansılardır?
Və aleykum Salam. Müsəlman qadının əlləri və üzü istisna olmaqla hər yeri örtülməlidir. Bu hicab adlanır. Hicab vacibdir. Üz də örtülərsə, niqab adlanır. Niqab isə sünnədir.
Hansı hallarda təyəmmüm etmək olar və onu pozan şərtlər hansılardır?
Və aleykum Salam. Bu cavabı oxuyun: Namazı öz dilimizdə qılmaq olarmı?
Salam aleykum. Bu cavabları oxuyun:
Dinimizdə namazı tərk etmək necə qarşılanır?
Namaz qılıb sonra tərk etdiyim üçün cəzalandırıla bilərəmmi?
Və aleykum Salam. Bütün namaz təqvimlərində Sübh namazının vaxtının çıxması günəşin görünməsi ilə eyni vaxta düşür. Ona görə də namazın çıxdığı vaxta qədər qılınana namaz düzgün hesab olunur. Havanın işıqlı olması hələ namaz vaxtının bitməsi deyil.
Və aleykum Salam. Körpənin başına ülgücün dəyməsi mütləq deyildir. Uşağın başını bacardığınız kimi qırxa bilərsiniz.
Salam aleykum. Bizə iradınızı bildirdiyiniz üçün sizə təşəkkür edirik. Saytda sualların göndərilməsi tamamilə anonim olduğu üçün, sualı kimin göndərdiyini bilmirik. Bu səbəbdən siz dediyiniz şey mümkün deyil.
Qoşulub qaçmaq barədə
Valideynlərin icazəsi olmadan ailə qurmaq olarmı?
Və aleykum Salam. Buna bir qadağa yoxdur.
Salam aleykum. Bu cavabı oxuyun: Estetik cərrahiyyə əməliyyatı hansı hallarda icazəlidir?
Və aleykum Salam. 2016 - cı il üçün: Ramazan - İyun, Zil-Qədə - Avqust, Zil-Hicə - Sentyabr, Məhərrəm - Oktyabr. Bu cavabı oxuyun: "Haram aylarda özünüzə zülm etməyin" ayəsi və Cahilləri islama dəvət etmək barədə
Daha ətraflı: Qüsl necə alınır və onu pozan amillər hansılardır?
Masonlar kimlərdir?
Masonların, satanistlərin və yəhudilərin Dəccalla nə əlaqəsi var?
Caduda istifadə olunmuş əşyaların tapılması vacibdirmi?
Cadudan necə qorunmaq olar?
İçki içməyin günahı
Və aleykum Salam. Bu cavabları oxuyun:
1. Namazda əlləri necə tutmaq lazımdır?
2. Ömər ibn Xəttab
Və aleykum Salam. Günah gizlində və ya aşkarda olsa da günah sayılır. Bunun üçün sadəcə tövbə edilir. Hansısa duanı etmək və ya "tövbə yalnız namazdan sonra edilməlidir" kimi bir şərt yoxdur. Günahdan peşman olmaq və Allahdan bağışlanma diləmək tövbədir.
Və aleykum Salam. Bu cavabları oxuyun:
Niyyət etmək bidətdirmi?
Keçmiş illərin qəza namazları və "vacibən qürbətən illəllah" haqda...
Cadudan necə qorunmaq olar?
Və aleykum Salam. Siz yenə də ruhdan düşməyin və atanızın kefi yaxşı olduğu vaxtlarda onu hikmətlə dəvət etməyə davam edin. İçki içməyin böyük günah olması və onun Cəhənnəmdəki cəzası barədə ayə və hədisləri ona xatırladın. Həmçinin, atanız evdə olarkən Quranı azərbaycan dilində ona dinlədin.