27-05-2019 Seva
Salam.Sualımı cavablandırsanız sevinerem.Men namaz qılıram.Birmüddet qılmadım.Yeniden başlamışam.İnşeAllah sonacan qılaram.Sualım odur ki,aileliyem.namazda dua edirem heyst yoldaşımçün,işlerinin yolunda getmesi,ruzisinin bol olması üçün.Ama eksine olur herşey.ve özümü günahkar hiss edirem.Düşünürem
Cavab:
Və aleykum Salam. Uca Allah öz hikməti ilə duaların qəbul olunmasını gecikdirir və ya tezləşdirir. Sizin üzərinizə düşən dualarda israrlı olmaq, ruhdan düşməməkdir. Həmçinin, duaların qəbul olunması üçün səbəblərdən istifadə edin. Dua etmək ibadətdir, hər dua etdikdə savab qazanırsınız.
ardını oxu
27-05-2019
Salam men suni namaz qilmaq isteyirem. Namazin baslangicinda euzu billahi minnes seytani racim dedikden sonra yeni niyyetden evvel amentu billehi duasi oxunurmu? Namaz qilarken namaz papagi taxmaq vacibdirmi yoxsa bunsuzda namaz qilmaq olarmi? Destemazdan sonra qurulanmaq olarmi?
Cavab:
Və aleykum Salam. Namaz Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) qıldığı kimi qılınmalıdır. Uca Allah buyurur: "(Ya Rəsulum!) De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın.
ardını oxu
27-05-2019 A.s
Ailede usaq dogular ölübse o cennete girmemisden evvel ata anasi isteyir Bes eger usaq ölenden sonra ata ana bosanirsa onda o usaqla birlikde hansi valideyni girir?
Cavab:
Salam aleykum. Körpə vəfat etdikdən sonra onun valideynləri boşansa belə, bunun axirətdəki şəfaətə bir maneəsi olmayacaq. Körpələr günahsız olduqları üçün Cənnətə sorğu-sulasız girəcəklər və Qiyamət günü hər iki valideyni üçün şəfaət edəcəklər.
ardını oxu
18-05-2019 Elşad
Salam aleykum,namaz qılmayan dünyasını dəyişən atam üçün namazdan sonra dua edərkən Allahdan onun günahlarının bağılanmasını istəmək olar? bu düzgündürmü? Xahiş edirəm ətraflı cavablandırarsınız. Təşəkkür edirəm.Allah sizdən razı olsun
Cavab:
Və aleykum Salam. Kafirlər istisna olmaqla istənilən müsəlman üçün Allahdan rəhmət, bağışlanma diləmək və həmçinin də qəbirlərini ziyarət etmək olar. Atanız da özünü müsəlman adlandırıbsa, namaz qılmadığına baxmayaraq onun üçün bağışlanma diləyə bilərsiniz. Daha ətraflı:
ardını oxu
18-05-2019 Bababcan B R
salam eleykum.xahis edrem sualma cavab yazin.men sevdiyim bir qiz ucun Allaha dua etsem yalvarsam.her namazdada edrem.Allah onu mene qovuwdurarami? o qizda meni sevr.menim duam onu mene qovuwdurarmi?
Cavab:
Və aleykum Salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Bir-birini sevən cütlük üçün evlənməkdən (nigahdan) daha münasib, üstün (bir şey) olmayıb (yoxdur)".
ardını oxu
18-05-2019 Ali
Istigfar etmek ne demekdir
Cavab:
Salam aleykum. İstiğfar - "Əstəğfirullah" (Allahdan bağışlanma diləyirəm) deyərək Uca Allahdan günahlara bağışlanma diləməkdir. Uca Allah buyurur: "Allahdan bağışlanma (istiğfar) dilə!
ardını oxu
18-05-2019 Allahindan qorxan qul
Salam men namaz qilmaq isteyirem hemde cox isteyirem ama weraitimiz yoxdu duzgun hamam yoxdu hemde aileliyem bunun ucun en azi weraitim olana qeder Dualarla kifayatlene bileremmi?
Cavab:

Və aleykum Salam. Şərait olmadıqda namazın necə qılınması, dəstəmaz əvəzinə təyəmmüm alınması və digər asanlıqları dinimiz bizə göstərib. Daha ətraflı: Şərait olmadığı üçün namaz qılmıram

ardını oxu
18-05-2019 N
Salam Aleykum,men bir movzuda cox narahatam..Men abituriyent oldugum ucun,namaz qila bilmirem hardasa..Bir ara dayandim,sonra yeniden basladim.Bezen de ele olur ki,icimden gelmir namaz qilmaq,seytana lenet olsun.Namaza baslayandada Qurani-Kerim oxuyuramki belke duzelem,duzelirem Sukurler olsun,ammak
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
18-05-2019 Teymur
Salam aleykum. Menim tanisim var evli qadindir. O basqa kisi ile yazisib ve ona sekil atib. Bu etdiyi emelden pesmandir. Bu halda o qadin ne etmelidir? Erine bu etdiyi gunahi aca bilermi? Nece bu gunahin telafi ede biler? Cox vicdan ezabi cekir..
Cavab:
Və aleykum Salam. Şübhə yoxdur ki, naməhrəmlə danışmaq, əlaqə saxlamaq günahdır və zinaya aparan bir yoldur.
ardını oxu
18-05-2019
Sala donuz piyi yemey xestely uçun hekim deybdi dermanlarla daha tesrlidi yemey olarmi? 2_3 aylığına
Cavab:

Salam aleykum. Uca Allah haram qidaları yeməi bütün hallarda haram buyurmuşdur: "Leş, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, döyülüb öldürülmüş, (hündür bir yerdən) yıxılıb gəbərmiş, buynuzlanıb öldürülmüş, yırtıcı heyvan tərəfindən parçalanıb yeyilmiş, –

ardını oxu
18-05-2019 Turan
Salam aleykum markete icki,siqaret,donuz etinnen mehsullar gelir ele yerde anbardar islmey olar?
Cavab:
Və aleykum Salam. Hər bir müsəlman haram və günah olan yerlərdən mümkün qədər uzaq olmağa çalışmalıdır.
ardını oxu
18-05-2019
As salam aleykum. 7 ay nişanlı kebinli qalmaq günah sayılır? evliliye heleki imkan yoxdu ona göre bu müddet erzinde nişanlı qalma isteyi var iki terefinde.
Cavab:

Və aleykum Salam. Müəyyən müddətdə nişanlı qalmaq günah sayılmır. Lakin kəbin olmazsa, nişanlılar bir-birlərinə naməhrəm olduqları üçün özlərini harama düşməkdən qorumalıdırlar. Habelə, evlənməyə imkan olduğu halda və digər zəruri səbəblər olmadan nişanlılıq dövrünü uzatmaq bəyənilmir.

ardını oxu
18-05-2019
Qusulsuz zikir etmek olarmi? ve meçide ziyarete qusulsuz girmeye olarmi qusulsuz edilen dua Qebul olarmi
Cavab:
Salam aleykum. Qüslsuz zikr və dua etməyə qadağa yoxdur, ancaq qüsl almadan məscidə girmək olmaz. Həmçinin oxuyun:

Qadın heyzli halda nələri edə bilməz?
ardını oxu
18-05-2019
Salam . Boynunda bir neçe qüsl olan şexs sadece 1ni niyet edib qüsl alsa diğerleri de aradan gedirmi
Cavab:
Və aleykum Salam. Həm heyz həm də cənabət qüslu almalı olan qadının yalnız heyz qüslu niyyətilə bir qüsl alması kifayətdir.
ardını oxu
18-05-2019 Mən
Salam. Bir insan öz qanını başqasına köçürə bilərmi ? İslam dini buna necə baxır ?
Cavab:

Və aleykum Salam. Ehtiyacı olan birinə qan verməyə heç bir qadağa yoxdur. Əksinə, bu, savabdır.

ardını oxu
18-05-2019
Salam Aleykum.Üzr isteyirem yoldaşım her gün 12- 1 de gelir eve. Her gün bunun üstünde davamız düşür.Dostlarıyla çayçıda olur.Deyir men beleyem. Canim çox yanır.Herden Allah In meni sevmediyinu düşünürem(bilmirem ne edim.nece edim?
Cavab:

Və aleykum Salam. Qeyd etdiyiniz məsələnin Allahın sizi sevib-sevməməsi ilə bir əlaqəsi yoxdur. Müsəlman kişi ehtiyac olmadan evə gec gəlməməlidir, çünki həyat yoldaşına və uşaqlara vaxt ayırmaq kişinin məsul olduğu ailə vəzifələrindən biridir.

ardını oxu
18-05-2019
Qusl alarken nece ve ne demek lazmdir
Cavab:

Salam aleykum. Qüsl alarkən "Bismilləh - Allahın adı ilə" sözündən başqa heç nə demək lazım deyil. Niyyətin yeri isə qəlbdir və onu dilə gətirmək bidətdir. Daha ətraflı:

Qüsl necə alınır və onu pozan amillər hansılardır?

ardını oxu
14-05-2019 Nala
Salam aleykum Esitdiyime gore eyer bir namaz gilan insan icki icerse onun gildigi namaz 40 gun gebul olaz. Bu hedis dogru ve yalan olmasi hagda mubahisemiz var. amma elimde hec bir degig melumatim yoxdur.
Cavab:
Və aleykum Salam.
1. İçki içənin qıldığı namazın 40 gün qəbul olunmaması hədisi səhihdir. Daha ətraflı: "İçki içənin 40 gün ibadəti qəbul olmaz" hədisi səhihdirmi?
ardını oxu
14-05-2019
Menim 14 yasim var ve men namaz qiliram.1) Bosaldigdan sonra qusl almayib destemaz alib namazimi qila bileremmi? 2) bulug dovrune girmeyenlere qusl almag vacibdi?
Cavab:

Salam aleykum.

ardını oxu
14-05-2019 Nuri
Salam Aleykum. Spirtle el yumaq destemazi pozurmu?
Cavab:
Və aleykum Salam. Əli spirtlə yumaq dəstəmazı batil etmir. Daha ətraflı: Dəstəmazı və namazı batil edən hallar
ardını oxu
14-05-2019 Şamil
Salam Aleykum Men xarici olkede tehsil aliram ve tehsilim 9 ay muddetinde davam edecek.Men burda olduqum muddetde namazlarimi nece qilmaliyam? Sefer namazi qilsam daha dogrudur yoxsa adi sekilde qilmaqim? Ve birdeki ders vaxtlarim uygundur adi sekilde namazlarimi qilmaqa, amma bir gun uygun gelm
Cavab:
Və aleykum Salam. Bu cavabları oxuyun:
Mən xaricdə təhsil alıram, namazımı necə qılmalıyam?
ardını oxu
14-05-2019
Əssələmu aleykum. Ramazan ayından qalan qəza orucunu pozmağın kəffarəsi nədir?
Cavab:
Va aleykum Salam. Əvvəla qeyd edək ki, heç bir zəruri və üzürlü səbəb olmadan vacib orucları qəza etmək olmaz. Həmçinin, qəza oruclarının kəffarəsi olmur. Kəffarə yalnız Ramazan ayında oruclu ikən cinsi əlaqə ilə pozulan oruclara aiddir.
ardını oxu
14-05-2019
Salam Aleykum Allaha tövbə edib dəfələrlə pozmuşam Allaha and verib pozmuşam Söz verib pozmuşam indi çox peşmanam neynəməliyəm mənə cavab verərdiz indidən çox təşəkkürlər Allah razı olsun
ardını oxu
14-05-2019 Nara
Peyğemberimiz (s) bele buyurub: «Ya Eli ! Sen, sehabelerin ve şielerin cennetde olacaqsınız; senin düşmenlerin ise, cehennem ateşindedirler».[19][20] Bu hedis sehih hedislerdendirmi? Şieler haqqında melumat axtardıqda vikipediyada bele bir hedisler gösterilir.
Cavab:
Salam aleykum. Səhih mənbələrdə və hədislər kitablarında belə bir hədis yer almayıb. Odur ki, qeyd edilən rəvayət zəifdir. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) və rəşidi xəlifələrin vaxtında bütün insanlar Peyğəmbərin yolu üzərində olmuşlar.
ardını oxu
14-05-2019
Salam. Men imtahana hazirlaşirdim ve dua eleyirdim ki cox bal yiğam. Ama balim biraz az oldu. Bilende cox agladim. Ve naşukurluk eledim. Dedim ay Allah niye bele eledin falan. Ama sonra cox peşman oldum ele demek olmaz idi gunahdi.
Cavab:
Və aleykum Salam. Bəli, Uca Allaha naşükürlük etdikdən sonra tövbə etmək vacibdir. İstədiyiniz şeyə nail ola bilmədikdə səbr edin, Allahdan daha xeyirlisini istəyin, əlinizdə olan şeylərə görə şükr edin və çalışmağa davam edin.
ardını oxu
13-05-2019 ...
Beqere suresini ilk 5 ayəsi ve əmənərrasulunun ərəb dilinde ama bizim herflerle duzgun formasini isteyirdim.ezberlemek ucun..cox xahish edirem
Cavab:
Salam aleykum. 
əl-Bəqərə surəsi
Əuzu billəhi minəş-şeytaanir-racim.

Bismilləhir-Rahmənir-Rahim.
1. Əlif, Ləəm, Miim.

2. Zəəlikə-l-kitəəbu ləə raybə fiih, hudəl-lil-muttəqiin.
ardını oxu
13-05-2019 Silməyin Allahin çarəsiz qulu
Salam sizə sual vermişdim ki uşaq vaxtı mənə əxlaqsızliq edən oğlani sevirəm həmin oğlan xəbərim olmadan elçi göndərdi mən onu sevdiyim halda ona yox dedim atam naraziydi ama məndən asiliydi həs sey onu çox sevirem oda məni sevir mənim onu sevdiyimi indi bilmir nə fayda bitdi onun ucun hər gun ağlay
Cavab:

Və aleykum Salam.

ardını oxu
13-05-2019 ?
Salam Sedeqe sözunun menasi nedi
Cavab:
Və aleykum Salam. Sədəqə - ərəb sözüdür və sidq sözündən əmələ gəlib. Doğruluq, sadiqlik, düzgünlük, dürüstlük mənalarını verir. Şəriətdəki mənası isə sadiqliyini isbat edərək Allah rizası üçün malını Allah yolunda xərcləmək, kasıblara yardım etmək və s. Daha ətraflı:
ardını oxu
13-05-2019
Salamun Aleykum oruc saat necədən necəyə qədər tutulmalıdır ?
Cavab:

Və aleykum salam. Saytımızın ana səhifəsində hər gün üçün namaz vaxtları, həmçinin sahur və iftar vaxtları göstərilir.

ardını oxu
13-05-2019 Anar
Ölən bir şəxsin qəza namazlarını kimisə pul verib qıldırmaq olar?
Cavab:
Salam aleykum. İstər pulla, istərsə də pulsuz dinimizdə vəfat edən bir şəxsin qəza namazlarını qılmaq və ya kiməsə qıldırmaq buyurulmayıb. Amma onun yerinə oruc, həcc, sədəqə vermək və digər ibadətləri etmək və ya borcunu ödəmək icazəlidir. Daha ətraflı:
ardını oxu
13-05-2019
Salam, mənə uşağlığımdan cinlər musallat olub, axır vaxtlar cinlərin qəbiləsi olan cühenna sözü ağzımdan çıxır.mən nə edə bilərəm, sağ olun
Cavab:
Və aleykum Salam. Burada yazılanları edin: Cadudan necə qorunmaq olar?
ardını oxu
13-05-2019
Salam Aleykum mən istimna ilə məşğul olurdum tövbə edirəm tövbəni pozuram nə edim
Cavab:
Və aleykum Salam. Bu cavabları oxuyun:
ardını oxu
13-05-2019 .
Salam aleykum. Bu hedis sehihdi? _Resûlullah (s.a.s.) şöyle buyurdular:_ Kıyamet gününde ölüm süslenmiş bir koç şeklinde getirilir. Cennet ile cehennem arasında bir yerde bekletilir ve “Ey Cennet ehli! Bunu tanıyor musunuz?” diye buyurulur. Cennet ehli de Evet! Bu ölümdür” derler.
Cavab:

Və aleykum Salam. Bəli, qeyd etdiyiniz hədis səhihdir. Belə ki, Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) - "Sən onları işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut!

ardını oxu
13-05-2019
Assalamu aleykum size bir sualım var.Menim yoldaşim çox yaxşi insandi 8 ildi namaz qilir 5 ildiki aileliyik 3 uşagmiz var elmi var dini cehetden o her şeyi bilir Allahin dinini son 1 ildi cumelere getmir namazini gunde bir defe evden çixanda qilir cahillerle oturub durur siqaret çekir baş halandiric
Cavab:
Və aleykum Salam. İnsanın imanı zəifləyəndə belə hallar olur. Siz yoldaşınızın islah olması üçün Allaha dua edərək dəvət etməkdə davam edin və ona günahlardan çəkinib imanını artırmasında şəriətin buyurduğu yolları göstərin. İman itaətlə artır və asiliklə azalır.
ardını oxu
13-05-2019
Beyləqanda peyğəmbər deyilən bir ziyarətgah var. Orada bir zəncir var o zəncirə yaylıq atırlar. Həmin zəncir də yaylığı silkələyir əgər yaylığ yerə düşsə arzun yerinə yetmir. Amma əgər yerə düşməsə yerinə yetir. Zəncirə yaylığ atan kimi başlayır öz özünə silkələnməyə.
Cavab:

Salam aleykum.

ardını oxu
13-05-2019
Salam Aleykum. Nəyə görə Allah "Yəhudi və xaçpərəstləri dost tutmayın!" deyir və onları kafir adlandırır? Əgər iki adam dostluq etmək istəyirsə, niyə onların müxtəlif dinlərin nümayəndəsi olması onların dostluğuna mane olsun?
Cavab:

Və aleykum Salam. Uca Allah buyurur: "Ey iman gətirənlər! Sizlərdən olmayanı özünüzə sirdaş tutmayın. Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından çıxan sözlərdən bəllidir.

ardını oxu
07-05-2019 momune
Salam erimh icki icir ickini atmasi ucun hansi dualari oxumaliyam?televizorda dini seylere baxib nese oyrenerek namaza gecikmek olarmi?Allah razi olsun
Cavab:
Və aleykum Salam. Bu cavabı oxuyun: Ərimi içki içməkdən necə çəkindirim?
ardını oxu
07-05-2019 Lale
Salam rehmete gedmiş bir insana Azerbaycan dilinde quran oxusam qebul olar?
Cavab:
Və aleykum Salam.
ardını oxu
07-05-2019
Salam Aleykum. Dəstənamaz aldıqdan sonra necə və harada pozula bilər?
Cavab:
Və aleykum Salam. Bu cavabları oxuyun:
Dəstəmazı pozan amillər
ardını oxu
07-05-2019 Ziyad
Salam hacət namazı qılmaq necə olur yaza bilərsiz? Amma aydın şəkildə məsələn. Nəs surəsini bilmirəm ona görə həmin surənidə yaza bilərsiz.Xahiş edirəm
Cavab:
Və aleykum Salam. Cavabları buradan oxyun: 
Hacət (istixarə) namazı haqqında
ardını oxu
07-05-2019 A.s
Camaat Namazi nece qilinir ve eger sonradan qatilmisansa namaza ne etmelisen?
Cavab:

Salam aleykum. Camaat namazı haqqında bu cavabları oxuyun:


Camaat namazı necə qılınır?

ardını oxu
07-05-2019 durna
Allahin salami olsun. Hedislere inanmaq ne derecede savabdir? Eger Quranda olmayan movzular hedisde varsa.
Cavab:

Və aleykum Salam. Hədislərə inanmaq Qurani Kərimə inanmaq kimi vacibdir, çünki hədislər Quranı izah edir, orada müxtəsər yazılan şeyləri açıqlayır, həmçinin orada olmayan mövzulara toxunur. Yalnız Qurana inanıb hədisləri inkar etmək dində azmağa gətirib çıxarır.

ardını oxu
06-05-2019 Nala
Allahin Salami ve bereketi her birininizin uzerine olsun! Size adini bilmediyim nafile namazi hagginda sualim var. Eshitdiyime gore seher namazindan sonra ele bir namaz var ki o namazi ardicil shekilde gilanda peygemberimiz SAVS la birlikde Hacc ziyareti etmeyi geder savabi olur.
Cavab:
Və aleykumus-Sələm və rahmətullahi və bərakətuhu. Qeyd etdiyiniz namaz sübh namazını qıldıqdan sonra həmin yerdə oturaraq günün çıxmasını gözləyib, sonra qılınan Duha namazıdır.
ardını oxu
06-05-2019 afaki
salam. qadinlarin cume namazi qilmasi vacibdir?
Cavab:

Və aleykum Salam. Cümə namazına getmək kişilərə vacib buyurulmuşdur, qadınlar isə istəsələr gedə bilərlər. Yəni, onlar üçün vacib deyil. Daha ətraflı:

Qadınlara cümə namazı vacibdirmi?

ardını oxu
06-05-2019 Usya
Salam.Mən hər dəqiqə Ayətəl-Kursu oxuyub Allaha dua edirəm hərkəsdən gizlətdiyim birşey var onu heçkim öyrənməsin deyə dua edirəm 15-20 dəqiqə ara keçir yenə başlayıram dua etməyə mənə elə gəlir ki etməsəm əyər hərkəs öyrənəcək o gizlətdiyimi nədəndibu?
Cavab:
Və aleykum Salam.
ardını oxu
06-05-2019 Nergiz
Allahin salami olsun. Men eslinde dindar xanimam. Yeqi ushaqliqdan Allahi taniyib zikr edirem. Amma din haqqinda tam emin olmadigim meseleler de var. Demek, mene elchi gelmisdi az evvel, men oglani tanimadigim ucun razi olmadim, yox dedim.
Cavab:

Və aleykum Salam. Qeyd etdiyiniz məsələ üçün xüsusi bir dua yoxdur. Uca Allaha öz sözlərinizlə əgər xeyirlidirsə, həmin adamın sizə elçi gəlməsi üçün dua edə bilərsiniz və ümumən Allahdan xeyirli həyat yoldaşı istəyə bilərsiniz.

ardını oxu
06-05-2019 Yasemen
Salavat nece getirlir bilmek isdeyirem yeni namaza baslamisam
Cavab:
Salam aleykum. Allaha dua edirik ki, namaz və digər xeyirli əməllərinizi qəbul etsin. Bu cavabları oxuyun:

Salavat necə deyilir?
ardını oxu
06-05-2019 exi
Salam.1 -Madinede Peygenber Mescidinde qabin icinde ne ise yandirirlar o da twstwleyir.deye bilersiniz o tustuleyen nedir?onu ne ucun yandirirlar?2-aĝ mermerin uzerinde teyemmum etmek olarmi?3-eger asr namazinin vaxti daxil olmusdursa ve men hele zohr namazimi qilmamisamsa ve isteyirem ki zohrle as
Cavab:
Və aleykum Salam.
ardını oxu
06-05-2019 Selin
Salam.lombarda erim bilmeden 100 manat borcum var ozum isleyirem rahatliqla verirem her ay faizini.onu odememis baglamamis qizima dediyim qurbani kese bileremi ve onun etinnen kimler yeye bilmez ve onu men haca qayaya demisem evde kessem olarmi Allah Rizasi icin hamsini etrafli cvbladirin cox sagolu
Cavab:
Və aleykum Salam.
ardını oxu
06-05-2019 Lamiye
Salam .gunah oldugunu bildiyin halda o gunahi ediremse .tovbe duasi oxuyub birde etmeyeceyime and iciremse Allah gunahimizdan kecermi?
Cavab:
Və aleykum Salam. Hər bir kəs bu dünyada ruhu bədənindən ayrılana qədər böyük və ya kiçik hər bir günahdan bağışlanma diləyərək Allaha tövbə edərsə, Allah onu bağışlayar. Tövbə etdikdən sonra günahdan və ona aparan amillərdən çəkinməyə çalışmaq lazımdır.
ardını oxu

Pages