03-07-2019
Assalamun Alekum Qardashlar. Bir neçə sualim olacaq Allahin izni ilə. 1.Cümə günü məsciddə yer olmadigina görə məscidin cölûndə məscid haqqi qilmaq olar? 2.Cûmə xütbəsinə yetishməyən əlavə 2rükət namaz qilmalidir mi? 3.Mubaraha kredit növü halaldirmi?yəni borca pul götürüb hər hansi bir əshya al
Cavab:

Və aleykum Salam.

ardını oxu
03-07-2019
Kişi namazı hansı ses ile qılmalıdır Uca yoxsa asta ?
Cavab:
Salam aleykum. Səsli namazları orta səslə, səssiz namazları da dodaqlar tərpənmək şərtilə səssiz və ya özü eşidəcək dərəcədə sakit səslə qıla bilər. Həmçinin oxuyun:
ardını oxu
03-07-2019
Salam her vaxtiniz xeyir size bir sualim olacaq men aileli olub bosanmiwam bosanmagimin sebebi ise uzr iteyirem sizden yaxinliq ede bilmirdik yoldasim xeste idi (vaginizm) bir il valideynlerimizden gizletdik bunu sonra soyledik indi ise valideynlerim mene basqa yol gostermediler ya valideynlerim ya
Cavab:

Va aleykum salam. Əgər qadın xəstəlik səbəbindən kişinin haqlarını ödəməyə qadir deyilsə, bu halda kişi istəsə qadını boşaya bilər və buna görə kişi günah qazanmır. Lakin əgər qadına ərindən başqa baxan və ona qulluq edən yoxdursa, bu halda yaxşı olar ki, qadını boşamasın.

ardını oxu
03-07-2019
Salam. Men bir qadinla nisanliyam, hemen qadin 4-5 ay evli olub bosanib, kebinleri var ama pozulmayib kecmis yoldasi raziliq vermeyib ve deyibki sene zulum verib raziliq vermiyecem ki sen ezab cekesen heckimle evlenmiyesen, o sozlerden sonra onlar artiq 6 ildir ki bosaniblar.
Cavab:

Va aleykum Salam. Hər şeydən əvvəl bunu qeyd edirik ki, ailə məsələləri hər iki tərəfin (ər və arvad) iştirakı ilə canlı şəkildə dinləməklə həll olunmalıdır. Ailə məsələsi çox dəqiq və məsuliyyətli məsələdir.

ardını oxu
03-07-2019 Namazali
Salamun Eleykum seytandan nece qoruna bilerik evvelceden tesekkur eliyirem
Cavab:
Va aleykum salam. Şeytandan qorunmağın yeganə yolu Allaha sığınmaq, Allahdan yardım diləmək, ibadət etmək və Allahı çox zikr etməkdir. Uca Allah Quranda bizə bildirir ki, şeytan bizim düşmənimizdir və onu yalnız Allaha pənah aparmaqla məğlub etmək olar.
ardını oxu
03-07-2019
Namaz qilmayan insan qedr gecesinde namaz qila bilərmi?
Cavab:
Salam aleykum. Bəli, qıla bilər. Ümumiyyətlə Qədr gecəsini ibadətlə keçirmək lazımdır. Namaz isə ən əfzəl ibadətdir. Lakin, bu ibadəti yalnız müəyyən gecədə və ya müəyyən gündə deyil, ömür boyu ölənə qədər qılmaq lazımdır.
ardını oxu
03-07-2019
Salam aleykum,1.Bayram namazi kimlere vacibdir? 2.Qonsunun evin icini gudmesi ve hicabli qadini oz evinin icinde hicabsiz gormesi kime gunah sayilir?Bu halda qadin mecburduki oz evinde hicabli gezsin?
Cavab:

Birinci suala gəlincə üstün olan rəy budur ki, bayram namazı vacib deyil. Lakin Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) bu namaza xüsusi önəm verməsi bu namazın son dərəcə əhəmiyyətli olmasına dəlalət edir. 

ardını oxu
30-06-2019 Kamran
Humeze suresinin oxunuşunu yaza bilərsiz zəhmət olmasa
Cavab:
Salam aleykum. 
Huməzə surəsi
Əuzu billəhi minəş-şeytanir-racim.
Bismilləhir-rahmənir-rahim.


1. Vaylul-li kulli huməzətil-luməzəh.
2. Əlləzi cəməa mələv-və addədəh.
ardını oxu
30-06-2019
Salam mən orucam hemdə namaz qiliram amam yuxuda qördumki qutariram ama paltarima hecnə dəymeyib mu qusulumu pozurmu
Cavab:
ardını oxu
30-06-2019
Salam. 1)destemaz aldiqdan sonra el veya basqa uzvu bagiwlayin necise bulaşarsa destemaz pozularmi? 2)destemaz aldiqdan sonra makyaj edib namaz qilina bilermi?
Cavab:

Və aleykum Salam.

ardını oxu
30-06-2019
Salam menim erim ozu ozun bosaldir men ola ola oz oznu bosaldir bu islamda ne derecede duzdu ozu de namaz qilandi.
Cavab:
Və aleykum Salam. Qadının kişi üzərində olan haqlarından biri də kişinin onunla ailə həyatını yaşaması və yaxınlıq etməsidir. Bunu etməyən kişi qadının haqqına girərək qul haqqı kimi böyük günahla yüklənir.
ardını oxu
30-06-2019 İslam
Salam Aleykum, Ramazan ayı daxil olandan sonra 3-4 gün sonra oruc tutmağa qərar verdim (əvvəl qorxurdum tut bilməyəcəm deyə) təqribən 10-11dən tuturuq, 2+1 gün tutmadıq arada, 4nə qədər tutsaq təqribi 20-25 gün deyək tuturuq, tutmadığımız günlər qəzası tutulmalıdır, yaxud orucu kəsdiyimiz günlər, t
Cavab:

Aleykum salam. Tutmadığınız günlərin sayı qədər qəza orucu tutmalısız. Üstəlik Ramazan ayında üzürsüz səbəbdən orucu açdığınıza görə tövbə etməlisiz. Çünki Ramazan orucu vacibdir və üzürsüz səbəbdən orucunu açan günah qazanır. Ətraflı aşağıdakı suallara qayıdın:

ardını oxu
30-06-2019
Salam aleykum. Men bilmek isteyirem ki selfie ve ya fotoşekil çeke bileremmi. Xahiş edirəm qısa olaraq beli çekmek olar ve ya xeyr çekmek olmaz kimi qısa cavab verib başqa məqaləyə yönəltməyəsiz. İndidən çox sağolun.
Cavab:

Va aleykum salam. yalnız sənəd və s. bu kimi zəruri hallarda fotoşəkil çəkdirmək olar. Əylənmək və ya xatirə üçün fotoşəkil çəkdirmək qadağandır.

ardını oxu
30-06-2019
Salam mənim bir sualım var. Dayım mənə bir sual verdi ama mən cavab verə bilmədim siz bilərsiz inşəAllah.Dediki Quran da adəmə insan deyilsədə Həvvaya insan deyilmir nəyə görə ?həqiqətən belə bir şey varmı ?xaiş edirəm açıqlayın.çox sağolun
Cavab:

Va aleykum salam. Uca Allah Quranda Adəmi (Ona salam olsun) adı ilə zikr etmişdir. Onun zövcəsi Həvvanın isə adı Quranda zikr olunmayıb. Uca Allah Quranda bir neçə yerdə "Adəmin zövcəsi" deyərək Həvvaya işarə etmişdir.  Uca Allah buyurur: "Biz dedik: "Ey Adəm!

ardını oxu
30-06-2019 Elvin Məhəmmədov
Əssalamu aleykum.Məni iki dəfə maşın vurmuşdu.Məni maşın vuranda başım yerə dəyimşdir.indi qulağıma səs az gəlir.mən camaat namazında imamın səsini eşitmirəm.qulağıma səs az gəlir. Nə etdim.
Cavab:

Va aleykum salam. İlk öncə Allahdan sizə şəfa diləyirik. Uca Allah bu müsibəti günahlarınız üçün kəffarə etsin! Əmin!

ardını oxu
30-06-2019
Salamun eleykum bir sual verim Eger yoldasim mene heddinden artiq soyuq davranirsa ve bu davranisi meni menevi cox sarsidir men onda ne edim amma bir an olsun onunla kuslu qala ona soyuq ola bilmirem dinde bu davranis haqqinda hedis var? cox sagolun
ardını oxu
30-06-2019 Ayişə
Salam.Cox xais cavab verin.Men 11ci sinfde oxuyuram ve imtahana hazirlasdigim ucun namaz qila bilmirem Ramazan bayramina gore namaz qilmaq isteyirem buna gore xususi bir namaz var mi?
Cavab:

Va aleykum salam. Namaz elə bir ibadətdir ki, ağlı başında olan hər bir mükəlləf müsəlman bu ibadəti yerinə yetirməlidir və bu ibadətin vacibliyi onun üzərindən düşmür. Namaz qılmaq heç də insanın vaxtını almır. Ən uzun namaz dörd rəkətli namazlardır ki, bu namaz cəmi 6-7 dəqiqə çəkir.

ardını oxu
30-06-2019 M
Salam Aleykum.İstiqraz alaraq ondan pul qazanmaq halaldırmı?
Cavab:

Va aleykum Salam. İstiqrazlar almaq, həmçinin, satmaq şəriətlə qadağandır. Çünki, İstiqraz müəyyən müddətə geri ödənilmək şərtilə alınan və sahibinə nominal dəyərin müəyyən faiz nisbətində gəlir götürmək hüququ verən borc qiymətli kağızdır. Bu isə sələm sayılır.

ardını oxu
26-06-2019 Ecem
Salam Aleykum, Yoldasim anasına atasına lageyitdir meselen valideynleri birsey istese azarlayir onları uşaq kimi tersdiyir, uşaq vaxti valideynleri sevgi göstermemiş yoldaşıma varlı aile olublar ata pulunu qumarda qadınlarda məhv edib anada o qeder maraqlanmayıb,yoldasimin qelbi qiriqdi onlara qarşı
Cavab:
Və aleykum Salam. Uca Allah ailədə hər kəsin üzərinə haqq və vəzifələr qoymuşdur. Valideynin vəzifəsi övladın qeydinə qalmaq, ona gözəl tərbiyə vermək, dini öyrətmək, ehtiyaclarını ödəmək, vaxtı çatanda evləndirmək və digər şeylərdir.
ardını oxu
26-06-2019 Aysel
41 defe masallah demek dinimizde bidetdirmi? Yoxsa demek olar sunnedir?
Cavab:
Salam aleykum. Dinimizdə belə bir şey buyurulmayıb. Dindən olmayan bir əməli də din adına etmək bidətdir, böyük günahdır və bu əməl qəbul olunmaz. Daha ətraflı: Bidət nədir?
ardını oxu
26-06-2019
Salam.Niwanlim uzurli sebeblerden imkan cehetden gedib uzaqda bir mudetlik iwlemek mecburiyetnde qaldi ve mende naraziliq etmeyim duzgundu? Ve isdediklerim isdedyim anda olmadigi ucun cox nasukurluk edirem heyatimdan naraziyam beynim cox qariwiqdi zehmet deyilse komek ede bilersiz?
Cavab:
Va aleykum salam. Sualın birinci hissəsinə gəlincə, buna cavab vermək üçün məsələni təfsilatlı bilmək lazımdır. Əgər dediyiniz kimi üzürlü səbəbdən uzaq yerdə işləyirsə, o zaman səbir etməyiniz daha yaxşı olar.
ardını oxu
26-06-2019
Salam.sualima gore uzr isteyirem orucluyken qadina qehveyi leke deyse oruc tuta namaz qila Qurana toxuna bilermi.ama bu leke vidilineya kimidi.
Cavab:
Və aleykum Salam. Adət (heyz) günlərindən başqa günlərdə qadından gələn axıntılar namaz qılmağa, oruc tutmağa və Quran oxumağa maneə deyil. Yalnız adət günlərinə təsadüf edən qəhvəyi rəngli axıntı adətdən sayılır. Adət günləri bitdikdən sonra isə bu axıntılara fikir verilmir.
ardını oxu
26-06-2019 Cavid
Salam,Mən bəzi günlər qəlbdən ağlıyaraq Allaha dua edirəm 40 50 dəyqə çəkir tam qəlbnən,o gün yatıb ilahi yuxular görmək istiyirəm amma həmən gün səhərə kimi yata bilmirəm,yerimdə çabalayıram yenədə yata bilmirəm.Başqa günlərdə isə hər günki duamı edirəm və o günlərdən birində Allahın izni ilə ilahi
Cavab:

Va aleykum salam. Qəlbən dua etmək duanın qəbul olunmasına səbəb olan amillərdəın biridir. Həmçinin, Allahı yad edərkən ağlamaq da yaxşı xüsusiyyətdir.

ardını oxu
26-06-2019 Emil
SALAM bir sualim var evvelceden tewekkur edirem ... ehtiraslanib wirelenerse bu orucu batil edirmi qusulu pozurmu?
Cavab:

Va alaeykum salam. Ehtiraslanan zaman övrət yerinin nəmlənməsi orucu pozmur. Ehtiraslanan zaman övrətdən çıxan rəngsiz mayeyə "məzi" deyilir. Məzi spermadan əvvəl gəlir və az miqdarda şirəli rəngsiz mayedir.

ardını oxu
26-06-2019 Xanim
Salam.Men sehven imsak vaxti daxik olandan 2 3 deqiqe sonra su icmisem ele bilmisem hele var vaxta.orucum pozulmus sayilir bu halda???
Cavab:

Va aleykum salam. Əgər səhvən olubsa oruc sayılır. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Kim oruclu olarkən unudaraq yeyər və ya içərsə orucunu davam etdirsin. Həqiqətən Allah onu yedizdirib, içizdirmişdir". (əl-Buxari, 1923).

ardını oxu
26-06-2019
Salam aleykum anamin ogey oğlu mene mehrem sayılır??
Cavab:

Va aleykum salam. Əgər o oğlanla sizin ata-analarınız ayrı-ayrıdırlarsa, o zaman siz naməhrəm sayılırsız. Əgər ata və analarınızdan biri eyni olarsa, o zaman məhrəm sayılırsız. Həmçinin, bu sualların cavablarına qayıda bilərsiniz:

ardını oxu
25-06-2019
Salam aleykum.Yoldasimla Sonuncu defe mubahise o yere geldiki 'bosayiram' sozunu isletdi.Duzdu hem o niyyetle dememisdi hemde bu meselenin niyyetden falan asili olmadigindan melumati yox idi.Mənim isə mueyyen qeder melumatim vardi tam deqiq bilmirdim.Ele oldu ki, men sizin burda arasdirdim
Cavab:
Və aleykum Salam. Talaq (boşanma) çox ciddi məsələdir və ona məsuliyyətsiz yanaşmaq olmaz.
ardını oxu
25-06-2019
ƏsSələmu aleykum.qardaş suşi yemək halaldır?çünki içində çiy ət olur
Cavab:

Və aleykum Salam. Zərəri olmadığı təqdirdə çiy ət yemək olar. Çünki dində bunu qadağan edən bir dəlil yoxdur. Haramlığına dəlil olmadığı təqdirdə isə bir şeyi haram etmək olmaz. Lakin zərərli olub-olmamasına diqqət etmək lazımdır. Əgər orqanizmə zərərlidirsə, bu halda yemək olaz.

ardını oxu
25-06-2019
Uşaqlara günah yazılmır,bes savab yazılırmı?
Cavab:

Salam aleykum. Bəli, uşaqlara etdikləri saleh əməllərə görə savab yazılır. Bir hədisdə rəvayət edilir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) ər-Ravha adla­nan yerdə bir dəstə atlı ilə qarşılaşdı. Onlardan: "Kimsiniz?" deyə soruşduqda, onlar: "Müsəlmanıq". deyə cavab verdilər.

ardını oxu
25-06-2019 Manzura
Kimse ayaq yoluna giribse ellerini yumadan onunla gorusmusemse men qusl almaliyam?
Cavab:

Və aleykum Salam. Qeyd etdiyiniz halda nə qüslü nə də dəstəmazı vacib etmir. Daha ətraflı:

ardını oxu
25-06-2019 Allah bəndəsi
Salam,sualım budur ki,qadın qaşlarını ala və ya aldıra bilərmi? Bu əməl haramdır ? Mən çox araşdırıb axtardım amma sualıma cavab tapa bilmədim çoxu haram olduğunu və Peyğəmbərimiz (s.a.v) qaşını alan və aldıranı nələt diyib.
Cavab:

Va Aleykum salam. Bu cavabları oxuyun:




Qaş və üz tüklərini almaq günahdır?

ardını oxu
25-06-2019
salam aleykum mən bir sual vermək istəyirəm:SAVAB nədir o necə qazanılır?
Cavab:

Va aleykum salam. "Savab" sözünün ərəbcə lüğəti mənası "mükafat", "əvəz" deməkdir. Savabın əksi isə "cəza" deməkdir. Şəriətdə isə "savab" dedikdə xeyirxah əməllərə görə Uca Allahın qullarına verəcəyi mükafatdır.

ardını oxu
25-06-2019 Qenife
Salam.Men cox qenaitçilem.Yoldasimin qazancı ele de çox olmadığı üçün mümkün qədər qenaet edirem.Yəni cibine baxib herrket edirəm. Bunun ucun hec vaxt söz söhbət salmamışam.
Cavab:
Və aleykum Salam. İnsanın Allahın ona lütf etdiyi nemətləri qənaətlə işlətməsi şükür əlamətidir. Bnun əksi isə israfçılıqdır. Qənaət - bir şeyi ehtiyatla, sərfəli və səmərəli işlətmək, onu israf etməməkdir.
ardını oxu
25-06-2019 ss
salam.men vaxt tapdiqca yasin ve mucur duasini oxuyuram.ama mene deyilibki basini baglamayib oxusan dua qebul olmur.bu ne derecede duzgundu?
Cavab:

Va aleykum salam. Duanın qəbul olunması üçün başı bağlamaq şərt deyil. Uca Allah Ona dua edənin duasını qəbul edəcəyini bildirərək buyurur: "Rəbbiniz dedi: "Mənə dua edin, Mən də sizə cavab verim.

ardını oxu
25-06-2019 İlahə
Allah ərli qadının,zinasını tövbə, etsə bağışlayır? ??
Cavab:

Va aleykum salam. Etdiyi günahdan asılı olmayaraq sidq ürəklə, səmimi tövbə edəni Uca Allah bağışlayır. Uca Allah bu xüsusda buyurur: "Ey iman gətirənlər! Allaha səmimi olaraq tövbə edin.

ardını oxu
25-06-2019
Salam niyyet edib oruc tutmak ve hemin gün sefere cıxıb orucu pozaramsa qezası nedi? Seferde pozulan orucun kefaleti nedi?
Cavab:

Va aleykum salam. Şəriətə görə səfərə çıxan insan orucunu poza bilər. Əgər pozulan oruc Ramazan orucu, qəza və ya nəzir kimi vacib oruc olarsa, bu orucları başqa günlərdə qəza etmək lazımdır.

ardını oxu
25-06-2019
Qədir gecəsinin əlamətləri
Cavab:
Va aleykum salam. Qədr gecəsinin bəzi əlamətlərini Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) bizə bildirmişdir. Bu əlamətlərdən aşağıdakılardır:

ardını oxu
25-06-2019
salam aleykum ramazanda fitreni pul seklinde vermek olar birde fitreni ne vaxtacan cixarda bilerik evvelceden cox sagolun
Cavab:
Və aleykum Salam. Fitrə zəkatını pul şəklində vermək icazəli deyil.
ardını oxu
25-06-2019 Ahu
Salam menim 1ilim qaldi meketebi bitirmeyime,istediyim yere qebul olmaq istiyirem,namaz qiliram evveller cox calisirdim ama birden nedense hevesim qacdi amma hevesim qacmagina baxmiyaraq helede isteyirem universitete daxil olmaq hevesim yeniden gelmeyi ucun ne ede bilerem?deyirler 700bal yigmaq yaln
Cavab:

Aleykum salam. İnsan gərək daim ona dünya və Axirətdə faydalı olan şeylərə can atsın və bu yolda zəifləməsin. İlk növbədə bu işdə Allaha təvəkkül etməli daha sonra düzgün səbəblərdən tutmalıdır. Universitetə qəbul olmaq üçün isə düzgün səbəb yaxşı oxumaqdır.

ardını oxu
25-06-2019 Dəniz
Salam namazimi ilk vaxtlarda duzgun vaxtda qilirdim indide eledi amma yuxulu oldugum zamanlarda ozumden asili olmadigim hallarda qila bilmemisem.İndide qezalarim var amma sayini bilmirem.Men ne ede bilerem,xais eliyirem cavablayin
Cavab:

Aleykum salam. Üzürsüz yerə namazları qəza emək böyük günahdır. Üzürsüz səbəbdən və səhlənkarlıqdan buraxılan namazları qəza etmək olmur. Buna görə Allahdan bağışlanma diləmək (tövbə etmək) və nafilə namazları çoxaltmaq lazımdır.

ardını oxu
25-06-2019
Salam mən manaz qılanam ama ki bir aylığ müalicə götürmüşəm dərman atıram bu halda namaz qılmağ olar ya yox xaiş edirəm cavab verərdiz
Cavab:

Va aleykum salam. Namaz elə bir ibadətdir ki, insanın ağlı başında olduğu müddətcə namazı tərk etməməlidir. Yalnız huşsuz vəziyyətdə olan insanın üzərindən namazın vacibliyi düşür. Bu səbəbdən müalicə götürmək namazın vacibliyini düşürmür. Lakin dinimiz asanlığı əmr edir.

ardını oxu
25-06-2019 Tural Fərzəliyev
Mən Ramazanda oruc tutanda günün altında işlədim. Susladım, halsız oldum, hərəkətimi olmadı hərəkət eləməyə. Məndə məcbur oldum orucumu açdım. Onun kəffarəsi vəya qəzası nə qədərdir?
Cavab:

Salam aleykum. Oruc tutan insan ağır iş rejimi və ya digər səbəbdən dözülməz halda susayarsa və orucu açmadığı təqdirdə canına zərər toxunacağından qorxarsa, bu halda orucunu aça bilər. Bu halda o, üzürlü sayılır və buna görə ona günah yazılmır.

ardını oxu
25-06-2019 Rəşad Mahmudov
Salam Aleykum.Deyilene göre İsa Peyğember yehudi olmuşdur.Xristianlarda ona inanır.bes xristian dini nece yarandı.ümümiyyetle bir peyğemberi olubmu?
Cavab:

Və aleykum Salam. Əgər İsanın (Allaın ona salamı olsun) millətini nəzərdə tutursunuzsa, cavab olaraq deyirik ki, bəli, İsa İsrail oğullarından olmuşdur. İsrail oğulları isə sonradan yəhudilər kimi tanınırdı.

ardını oxu
04-06-2019 Daşdəmir
Əssələmu Aleykum. 03.06.2019 cu il hicri təqvimlə isə 29 Ramazan 1440. Ayın görünməsi barədə bir məlumat varmı? Əgər ay görsənərsə, bu sayta məlumat paylaşa bilərsinizmi?
Cavab:

Və aleykum Salam. Bu il (2019) ölkəmizdə Ramazan bayramı İyun ayının 5-nə təsadüf edir. Başqa ölkələrdə ayın görünməsi bayram keçirmək üçün əsas deyil, çünki ay hər ölkədə müxtəlif vaxtlarda görünə bilər. Hər kəs bayramı yaşadığı yerin əhalisi ilə birlikdə keçirməlidir.

ardını oxu
27-05-2019 Huseyn
Salam Alekum, menim altı aylığ balaca kişi balam var, Allah cemi balaları qorusun, olmuyanlarada qismet etsin in şa Allah, men oqlum çox öpürem, hetda üzü bele sepir saqkakımdan, bu neqeder düzdü?
Cavab:

Və aleykum Salam. Allah övladınızı sağlam, salehlər bəndələrdən və valideynləri, cəmiyyətimiz üçün də faydaları kəslərdən etsin! Valideynin övladlarına qarşı mərhəmətli, qayğıkeş olması, onları əzizləməsi və onlara əziyyət verməyəcək dərəcədə öpüb-qucaqlaması savab əməllərdəndir.

ardını oxu
27-05-2019 Leyla
Salam 4 aydir evimi satmaq isteyirem hec cure sata bilmirem.bunun ucun hansisa bir dua varmi
Cavab:
Və aleykum Salam. Öz sözlərinizlə ümumi şəkildə Allaha malnızın satılması üçün dua edin, çünki islamda hər hansı bir şeyin satılması üçün xüsusi bir dua yoxdur.
ardını oxu
27-05-2019 Allahin qulu
Salam menim qeribe olsada 1 sualim var qaynanam menimle yola getmir men artiq cox pis vezoyyetdeyem onun mene cadu eleyeceyinden ve yaxud elediyinden qorxuram.(yalandan her gun Allah sene şukur deyir...ama cadugar yaninada gedir falciyada gedir faiz kimi haram islerlede mesquldu ve coxda soyus soyen
Cavab:
Və aleykum Salam. Qaynana gəlinə pislik etməklə onun haqqına girir və günah qazanır. Belə olan halda qadın fitnə çıxarmadan ərinə vəziyyəti gözəl tərzdə izah edə və ərindən xahiş edə bilər ki, anasına nəsihət etsin.
ardını oxu
27-05-2019 elvin
Salam aleykum. Mən çox böyük günahllar işlətmişəm.Yalan sözlər danışmışam.Bir çox pullarımı bilmədən harama vermişəm.Mən Böyük günahlardan tövbə etsəm Allah məni bağışlayar mı?
Cavab:
Və aleykum Salam. Hər bir kəs bu dünyada ruhu bədənindən ayrılana qədər böyük və ya kiçik hər bir günahdan bağışlanma diləyərək Allaha tövbə edərsə, Allah onu bağışlayar. Uca Allah insanları günahlardan tövbə etməyə çağıraraq buyurur:
ardını oxu
27-05-2019
salam. oruclu olarkən diş fırçalamaq olar
Cavab:
Və aleykum Salam. Bu cavabları oxuyun:
ardını oxu
27-05-2019 Evez
Assalamu aleykum va rahmatullahi ve barakatuh qardash ve bacilar. Oyrenmek isteyirdim ki eger bedende tatoo , doyme varsa qildigimiz namaz aldigimiz dedtemaz batil hesab olunur?
Cavab:
Və aleykumus-Sələm və rahmətullahi və bərakətuhu. Bu cavabı oxuyun: Döymə (tatu) namazı batil edir?
ardını oxu

Pages