14-03-2014
Salam aleykum. 1) Ruhlar insanlarin ne etdiklerini gorurlermi? 2) Gunahlar insanlara neche yashindan yazilir?
Cavab:

Aleykum salam.

1. Ruhlar insanların etdiklərini görmürlər. Çünki onlar bərzəx deyilən ruhlar aləmində yaşayırlar və bu dünya ilə əlaqələri yoxdur. 

ardını oxu
14-03-2014 Məryəm Hüseynov
Salam aleykum. Menim ayfon telfonum var. Telfonumda ise Quranın tercumesi var. Quranda neler var menimde telfonumda var. Daxil olub her gun boş vaxtlarimda oxuyuram. Quranda menim de adIm var. Meryem ne ise menim esas sualIm budur?
Cavab:

Aleykum salam. Hər ikisindən oxuya bilərsiniz. 

ardını oxu
14-03-2014 Məryəm Hüseynov
Salam aleykum. Men bu saytda yeniyem size suallar yazmisham, hele de cavablandiran yoxdu. Xahiş edirem suali ana sehifeye yazin. Ne ise sualim budur ki insanlar namaza neche yashından etibaren bashlamalıdır?
Cavab:

Aleykum salam. İnsanlar namaza həddi buluğa çatdıqdan sonra başlamalıdır. Yəni həddi buluğa çatan insana namaz qılmaq vacib olur. Daha ətarflı:

Namaz qılmaq insana neçə yaşında vacib olur?

ardını oxu
13-03-2014 Məryəm
Salamun aleykum. Men sorushmaq isteyirem shie ve sunni namazi eynidir? Namaz namazdir da, ne ferqi var ki? İstəyirsen sunni namazi qil, istiyirsen de shie namazi qil. Beyem shie namazi qilanda adam cehenneme dushur? Menim 16 yashim var. Özumde Yolchubeyli kendinde qaliram.
Cavab:
Aleykum salam. Biz müsəlmanlara Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) yoluna tabe olmaq əmr olunur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) namazı gün ərzində 5 dəfə qılmışdır.
ardını oxu
13-03-2014 Arifə
Salam aleykum. Her vaxtiniz xeyirli olsun. 1. Secde ederken alinla birge sifetin hansi hissesi yere deymelididr? 2. Gecə namazlari qilinanda bashlangicda ne deyilmelidir? 3.
Cavab:

Aleykum salam.

1. Səcdə edərkən, alınla birgə burun da yerə qoyulmalıdır. Bu barədə Peyğəmbərimizin (salləllahu aleyhi va səlləm) hədisləri vardır. Peyğəmbərimiz (salləhu aleyhi və səlləm) buyurur: "Mənə yeddi əzanın üzərinə səcdə etmək əmr olundu".

ardını oxu
13-03-2014
Salam aleykum. Men misal üçün ancaq gece namazi qilsam, cennete dushe bilerem? Size eziyyet verdiyim uchun bagishlayin.
Cavab:

Aleykum salam. Bu cür düzgün deyil, müsəlman Uca Allaha nafilə namazlarından qabaq vacib namazlarla yaxınlaşmalıdır. Vacib namazları qılmayıb, təkcə müstəhəb olan namazları qılmaq düzgün deyildir. Həmçinin bu cavabları da oxuyun:

ardını oxu
13-03-2014 Lalə
Salam aleykum. Yoldashimin ad-familyasi rusdu. Amma shehadet verib ki, muselmanam, muselmanchiligi qebul edib. Bizim kebinimiz halal sayilir?
Cavab:

Aleykum salam. Bəli, halal sayılır. Çünki milliyyətinin və ya ad-soyadın hansısa millətə mənsub olması, insanın İslamiyyətinə heç bir təsiri yoxdur. Allah yanında ən xeyirli bəndə Ondan ən çox qorxandır. Allah Təala belə buyurur: "Ey insanlar!

ardını oxu
13-03-2014 Məryəm
Əssalamu aleykum. Quranda yazilib "Qiyamet" gunu Guneshle Ay qovushacagı zaman... Bu yeni Qiyamet gunu Ayla Guneş bir-birine chirpilmasindan xeber verir? Zehmete olmasa cavab yazın
Cavab:

Aleykum salam. Xeyir, bir-birinə çırpılmasından xəbər vermir. Təfsir alimləri deyiblər ki, yəni onların nuru (yəni, işığı) olmayacaqdır.

ardını oxu
13-03-2014
Salam aleykum. 1) Cehennemde kishilere agir ceza olacaq yoxsa qadinlara? 2) Bir insan Kelmeyi-Shehadeti demirse, onu kafir adlandirmaq olar? 3) Bele bir hedis varmi ki, qadinlarin hicabi atmasi qiyametin elametidir? Allah razi olsun.
Cavab:

Aleykum salam.

1) Cəhənnəmdə əzabın dərəcəsi, insanın kişi və ya qadın olmasına görə verilmir. Əzabın şiddəti və ya dərəcəsi, insanın etdiyi günahlarının miqdarında olacaqdır.

ardını oxu
13-03-2014 Taceddin
Assalamu aleykum. Vehhabiler duzgun yoldadirlar?
Cavab:

Aleykum salam. Vəhhabi dedikdə kimləri nəzərdə tutursunuz? Daha ətraflı: Vəhhabi kimlərdir?​

 

ardını oxu
13-03-2014 Məryəm
Salam aleykum. Men 14 yashimdan namaz qiliram ve sizden xahiş edirem ki, əslinde insanlarin neçe yashından beri namaz qilmaları vacib olması haqda mene yazasız. Hal-hazirda menim 16 yashım var.
Cavab:

Aleykum salam. İnsana namaz həddi-buluğa çatandan sonra vacib olur. Daha ətraflı buradan oxuyun:

"Namaz qılmaq insana neçə yaşında vacib olur?"


 

ardını oxu
13-03-2014
Salam aleykum. Men namaz qiliram, erim ise ichki ichendir. Her gün yox, amma ichende herden ichir. Men ne desemde sozumu agzimda qoyur deyir, menim ishime qarishma. Men ne edim ki, o ichkili olanda yaxin durmayim heç ona? Mene haram yazilir?
Cavab:

Aleykum salam. Əriniz içki içdiyi üçün sizə günah yazılmır. Siz sadəcə o içkili olanda onunla çox ünsiyyət qurmayın. Adi vaxtlarda isə çalışın ki, ona nəsihət edəsiniz ki, bunu Uca Allah haram edib.

ardını oxu
13-03-2014
Salam aleykum. Namazin vaxtini qachirtdiqda qezaya geden namazin qezasi qadinlarda nece olmalidir?
Cavab:
Aleykum salam. Əgər namazı bilə-bilə yəni öz ixtiyarınız ilə buraxmısınızsa, bu zaman tövbə etməlisiniz və namazı qılmırsınız.
ardını oxu
13-03-2014
Salam aleykum. Bilirem ki, valideynlere qarshi chixmaq gunahir. Amma menim anam ve atam men korpe iken ayriliblar. Yeni men anamla yashayiram. Bes bu halda atama qarshi kobudluq etsem, bu gunah sayilar? Axi onun menim uzerimde hech bir haqqi yoxdur. Hech sevmirem onu.
Cavab:

Aleykum salam. Hər bir halda o sizin atanızdır. Sizin üzərinizdə atalıq haqları qalmışdır. Çalışın siz atanıza qarşı kobudluq etməyəsiniz. Uca Allah buyurur ki: "Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyyə etdik".

ardını oxu
13-03-2014 Sadiq
Salam aleykum. 1) Qəbiristanlıqda Quran və ya Quran surələri oxumaq olarmı? 2) Ölünü 2 dəfə chimizdirmək nə dərəcədə düzgündür? Məsələn; Bakida ölüb chimizdiriblər, sonra kəndə gətirib yenə chimizdirirlər...
Cavab:

Aleykum salam. 1) Əgər ölüyə oxunan Quranı və ya surələri nəzərdə tutursunuzsa, xeyir olmaz. Daha ətraflı buradan da oxuya bilərsiniz; "Ölü üçün Qurandan istənilən surəni və ya xüsusəndə Yasin surəsini oxutmaq olarmı?"

ardını oxu
13-03-2014 Mətin Əliyev
Salam aleykum. islam tarixinde Hezreti Əli aleyhis səlamin Hezreti Peygember Salavatullahdan sonraki xelife olmasini tesdiq eden Qedr Xum sehrasi hadisesi sunni ve shie terefin her iksin de qebul olnur? Bes tarix elmi ne deyir buna? Olubsa eyer neden Hezreti Əli xelife olmayib?
Cavab:

Və aleykum Salam.. Bəli, bu hadisə baş verib və bu həm sünni kitablarında həmdə şiə kitablarında mövcuddur. Həmçinin tarix kitablarında da tapmaq mümkündür. Demək istədiyimiz budur ki, bu hədisi heç kim inkar etmir.

ardını oxu
13-03-2014
Salam aleykum. Hicabli qadin enli shalvar geyinirse (bedenin chixintilarini baglamag shertile), ayaqqabi geyinilen yerden ayagin ustu gorukur. Bu haramdir? Haramdisa, ne geyinmek? Corab?
Cavab:

Aleykum salam. Bəli, corab geyinmək lazımdır ki, ayağın üstü görsənməsin.

ardını oxu
13-03-2014 Məryəm
Salam aleykum. Sham namazı nece qilinir? Ama shielerin sham namazı haaa...
Cavab:

Aleykum salam. Əvvala onu deyək ki, namazın şiəsi-sünnüsü və s. olmur. Namaz yalnız Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) qıldığı və səhabələrinə (Allah onlardan razı olsun) də həmin qıldığını öyrətdiyidir. Şam, yəni Məğrib namazı, 3 rükətdən ibarət fərz namazıdır.

ardını oxu
13-03-2014 Muhərram
Salam aleykum. Men size bir sual verim. Siz yamisiz ki, valdeyinlerin gozun yashli qoyub cihada getmek olmaz. Bes onda bezi yerlerdeki muselman baci-qardashlarimizin gozu yashlidir axi... Onda onlara nece komek etmeliyik?
Cavab:

Aleykum salam. Siz çalışın, dini məsələləri öz nəfsinizə görə deyil, şəriət çərçivəsində həll edəsiniz. Əks halda bütün məsələləri qarışdıra bilərsiniz.

ardını oxu
13-03-2014 Abdullah
Salam aleykum. Allahin rehmeti haminizin uzerine olsun. Men bir çox hedislerde cihad haqda rast gelmishem ve bu haqda cavab axtariram. Allahu Təala buyurur ki; "Onlar Allah yolunda oldurerler ve oldurulerler". Bunun onunla (yeni cihadla) elaqesi varmi? Zehmet olmasa cavab yazin.
Cavab:

Aleykum salam. Bu döyüş zamanı olan cihada aiddir. Allah Təala buyurur: "Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. Çünki onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər.

ardını oxu
12-03-2014
Salam aleykum. Eyibi örtmək tam mənada nə deməkdir? Məsələn birinin eybini örtmək üçün yalan deməliyik? Filankəs deyir ki, o bu işi etdi. Biz de eybini örtmək üçün yox deyirik, düzgündürmü bu?
Cavab:

ardını oxu
12-03-2014
Salam aleykum. 1) Muvatta nedir? 2) İslam dininde bele bir shey varmi, dovr necedirse, sende ele olmalisan? Allah razi olsun.
Cavab:

Aleykum salam. "əl Muvatta" - İmam Malik (Allah ona rəhmət eləsin) adında məşhur bir İslam aliminin hədis toplusu kitabının adıdır. 

ardını oxu
12-03-2014
Salam aleykum. Bu günlerde qelbimde özümün de istemediyim bir qeribe hiss var. Namaz qılmaq üreyimden gelmir, amma isteyirem durum namaz qilim, ne ise olur, qila bilmirem. Lakin evveller bele deyildi. Bile-bile ki, günah edirem, namaz qilmiram. Birden oturub fikirleshende ise üreyim sıxılır.
Cavab:

Və aleykum Salam. İnsanın imanı zəifləyəndə belə hallar olur. Unutmayın ki, iman itaətlə artır, asiliklərlə də azalır. Siz çalışın ki, asilikləri azaldıb, itaəti artırasınız və Allahı hər şeydən uca və üstün tutasınız.

ardını oxu
12-03-2014 Aleta
Salam aleykum. Mugenni olmaq gunahdirmi? Ve yaxud da ozun uchun evde mahni oxumaq olar?
Cavab:

Aleykum salam. Əgər sizin gözəl səsiniz varsa, bu zaman siz bu səsinizi Quran oxumağa istifadə etsəniz, bu sizin üçün daha yaxşı, savablı və faydalı olardı. Amma mahnı oxumaq isə şəriətimizə görə günahdır.

ardını oxu
12-03-2014
Salam aleykum. Men evvel shie namazini qildim, sonra da sünnü. Sunnenin doğru yol olduğunu zenn edirem,lakin o vaxtdan qorxularim artdi. Qaranliqdan ve teklikden qorxdum. Eqideni deyishmek gunahdir? Deyirem belke bu hal mende eqidemi deyishdiyim üçün baş verir...
Cavab:

Aleykum salam. Səhv olan bir əqidəni dəyişib, düzgün əqidəyə gəlmək günah yox, savabdır. Düzgün əqidədən səhv əqidəyə keçmək isə günahdır. Hər bir müsəlman əməllərinin qəbul olunması üçün şirkdən (Allaha şərik qoşmaqdan) və bidətdən (dinə sonradan salınmış yeniliklər) çəkinməlidir.

ardını oxu
12-03-2014 Gülnar
Salam aleykum. Bele bir sual vermek isteyirem, autopsiya, (yeni meyidin yarilmasi) islamda gunahdir?
Cavab:

Aleykum salam. Bəli, günahdır. Bunu etməyə şəriətldə icazə verilməyib. Daha ətraflı: Öləndən sonra orqan bağışlamaq olarmı?

ardını oxu
12-03-2014
Salam aleykum. Insana gunahlar neche yashindan yazilir? Allah razi olsun.
Cavab:

Aleykum salam. Cavabı buradan oxuyun: Namaz qılmaq insana neçə yaşında vacib olur?

ardını oxu
12-03-2014
Salam aleykum. İsteyirem ki, kimse seni tehqir edirse, onda o zaman ne etmek lazimdir? O aci sozler qarshisinda ne demek gerekdir? Tehqir eden insan gunah edirmi, tehqir ederken?
Cavab:

Aleykum salam. Bəli, təhqir edən insan, əgər haqsız yerə təhqir edirsə, bu zaman günah qazanır. Lakin qarşılığı səbr və gözəl əxlaqla qarşılanarsa, onda bu daha yaxşısıdır. Əgər bir insan haqsız yerə təhqir olunursa və o səbr edirsə, bu onun üçün daha xeyirlidir.

ardını oxu
12-03-2014 esma
Salam aleykum. Qardashim, bilmek isteyirem ki, novruzda bishirilen shirniyyatlari novruzdan sonra yemek olar ya yox? Baxmayaraq ki, novruza gore bishirilib. Salam aleykum. Allah Razı Olsun!
Cavab:

Aleykum salam. Bəli, inşallah yemək olar.

ardını oxu
12-03-2014 Anonim
Salam aleykum. 1. Namazda ruku ve secde zamani hara baxmaq lazimdir? 2. Destemazda basha nece ve neçe elle mehs çekirler? 3. Tekbir getirdikde eller harada dayanmalidir? 4. Son ruketde "ət Təhiyyətu" duasi oxuyan zaman sol ayaq, sag ayagin altinda olmalidir?
Cavab:

Aleykum salam.

1. Rüku vaxtı və həmçinin qiyam vaxtı, gözlər səcdə edilən yerə baxılmalıdır. Səcdə vaxtı ətrafa baxıb göz gəzdirmək düzgün deyil.

ardını oxu
12-03-2014
Salam aleykum. Heyzin normal olmasi uchun dua varmi? Bunun uchun ne duasi edek?
Cavab:

Aleykum salam. Heyzə aid məsələlər üçün şəriətimizdə xüsusi dua forması yoxdur. Sadəcə ümümi şəkildə Allah Təalaya dua edərək, istənilən probleminizin həllini Ondan diləyə bilərsiniz.

ardını oxu
12-03-2014
Salam aleykum. Menim 16 yashim var. Lakin şirden qorxuram. Şir şekli gorende ister-istemez vahimeye duşurem. Duşunurem ki, bu cindir. Çunki sizin bir yazinizda oxumuşdum ki, cin ilan ve diger heyvan şeklinde insana gorunur. Bu fobiama gore choxlu namazdan sonra choxlu dualar edirem.
Cavab:

Aleyakum salam. Siz təbii olan qorxunu başqa şeylərlə əlaqələndirirsiniz. Bu düzgün deyil. İnsanın şirdən qorxması normaldır, xüsusən də 16 yaşında. Bu hal sizdə inşallah böyüdükcə keçəcəkdir. Vahiməyə düşmək lazım deyil.

ardını oxu
12-03-2014
Salam aleykum. Heyz vaxtinda namaz, oruc, Quran oxumaq, dini kagizlara el vurmaq haramdir. Bes qadinlar heyz olduqlari vaxt ne etsinler? Dua oxumaqdan bashqa ne etmek olar? Birde bir sualda verim, heyz olan zaman internetde dini saytlara girdikdede bu bize haramdir?
Cavab:

Aleykum salam. Bəli, düz deyirsiniz. Heyz (aybaşı) vaxtında namaz, qılmaq, oruc tutmaq, Quran oxumaq olmaz. Amma dini kağızlara əl vurmaq olar. Dini kitablar və internetden faydalı məlumatlar oxumaq, zikrlər və dua edə bilər və s.

ardını oxu
10-03-2014
Salam aleykum. Sizce dine qarshi indi chox hormet varmi? Size gore indiki zamanenelerin insanlari dine qarshi yaxshidir yoxsa eskilerin? Amma mene ele gelir ki, din sohbetdi. İndi boyuyur evveller chox bele sheyleri bilmezdik.
Cavab:

Aleykum salam. Sovet hakimiyyəti dövründə Azərbaycanda dini öyrənməyə imkan verilmirdi, ateizm təbliğ olunurdu və məscidlər bağlı idi. Bu səbəbdən də insanların din haqqında məlumatı çox az idi. Müstəqillik qazandıqdan sonra məscidlər açıldı, hər kəsə dini öyrənmək şəraiti yaradıldı.

ardını oxu
10-03-2014
Salam aleykum. Dirnaq uzatmaq gunahdirmi?
Cavab:

Aleykum salam. İslama görə müsəlman dırnaqlarını 40-gündən artıq saxlamamalıdır.

ardını oxu
10-03-2014 [email protected]
Salam aleykum. Azerbaycanda en duzgun mezheb hansidir? Men bilmirem hansi yoldan gedim. Sunni, shie, nurchu yoxsa selefi ve. s.
Cavab:

Aleykum salam. Tək azərbaycanda deyil, bütün dünyada ən düzgün yol, Peyğəmbərimiz Muhəmmədin (salləllahu aleyhi və səlləm) yoludur.

ardını oxu
10-03-2014
Salam aleykum. 1) Eger insani mashin vurubsa, o vaxtda olum meleyi gelib insanin canini alir? 2)Ruhlar olurlermi? Allah razi olsun.
Cavab:

Aleykum salam. Bəli, o anda ölüm mələyi gəlib insanın canını alır. Lakin ruhlar ölmür.

ardını oxu
10-03-2014
Salam aleykum. Namazda Ayetul Kursi oxunurmu? Eger oxunursa, hansi duadan sonra oxumaq lazimdir? Ve namazda ancaq vitir namazinda qizlar qunut tuturda ele? Yoxsa o biri ferz namazlarda da qunut tutmaq lazimdir? Xahiş edirem mene bu haqda melumat veresiz. Çox sag olun. Allah Sizden Razı Olsun!
Cavab:

Aleykum salam. Namazın sözlərində "Ayətul Kursi - (əl-Bəqərə, 255)" yoxdur, sadəcə olaraq namazda Fatihə surəsini oxuduqdan sonra digər surələr kimi "Ayətul Kursi"-ni (əl-Bəqərə, 255) də oxuya bilərsiniz. Amma bunu oxumasanız da namazınız düzgün sayılır. Qunut isə vitr namazında tutulur.

ardını oxu
10-03-2014
Salam aleykum. Niye ishigi yandirarken o adama hemishe ishiqliqda deyirik?
Cavab:

Aleykum salam. Bu sadəcə insanların dilində gəzən bir sözdür. Bunun dinlə heç bir əlaqəsi yoxdur.

ardını oxu
10-03-2014 Leyla
Salam aleykum. Her bir kitabda muxtelif cur destamaz alma qaydalari var, amma eslide nece alinir?
Cavab:

Və aleykum Salam. Dəstəmaz almaq qaydasına buradan baxa bilərsiniz:

Namaz qılmaq və dəstəmaz almaq qaydası - VİDEO

ardını oxu
10-03-2014 Cəlal
Men tövbə etməkin Allah tərəfindən insana xeyir oldugunu bilrem. Lakin, bunun necə ediləcəyini bilmirem.
Cavab:

Və aleykum Salam. Tövbə etmək -- günahlardan Allaha qayıtmaq deməkdir. Tövbənin şərtləri bunlardır:

1. Allaha səmimi qəlbdən tövbə edib, Ondan bağışlanma diləmək - yəni, bu etdiyiniz tövbə yalnız Allah üçün edilməlidir, başqa məqsəd olmamalıdır.

ardını oxu
10-03-2014
Salam aleykum. Qiz sidikli durubda quru eskine silirse ve sora destemaz alirsa, onda temizlenirik? Destemazli oluruq?
Cavab:

Aleykum salam. Əski ilə silib dəstəmaz almaq olar. Lakin yaxşı olar ki, sildikdən sonra su ilə yuyulsun. Xüsusən də əgər nəcis yayılıbsa (yəni çox olubsa), bu zaman yumaq daha yaxşıdır.

ardını oxu
10-03-2014
Salam aleykum. Oxumusham ki, gece namazi mustehebdir ve chox boyuk savabi var. Gunde 3 defe subh, zohr, esr namazi qilinan halda olarmi gece namazini istediyimiz vaxt qilaq? Yoxsa o da her gun vaxti-vaxtinda qilinmalidir?
Cavab:

Aleykum salam. Əvvəlcə qeyd edək ki, namaz 3 dəfə yox, 5 dəfə qılınmalıdır. Daha ətraflı: Namaz gündə üç dəfə, yoxsa beş dəfə qılınmalıdır?

ardını oxu
10-03-2014
Salam aleykum. Teshehude edilen zikirler hansilardir?
Cavab:

Aleykuma salam. Təşəhüddə edilən zikrlər belədir. "ət Təhiyyətu lilləhi, vas-saləvatu, vat-tayyibətu, əs Sələmu aleykə əyyuhən-nəbiyyu va rahmətullahi va bərakətuhu, əs Səlamu aleynə və alə ibədilləhis-salihin.

ardını oxu
10-03-2014
Salam aleykum. Ovsun etdirmek ne demekdir? Allah razi olsun.
Cavab:

Aleykum salam. Ovsun etdirmək, yəni falçının yanına gedib kiməsə düyün bağlatdırmaq deməkdir. Qeyd edək ki, bu əməl böyük günahdır. Müsəlman belə çirkin əməldən uzaq dayanmalıdır. Bu haqda Uca Allah buyurur: "Ey iman gətirənlər!

ardını oxu
10-03-2014
Salam aleylkum. Menim sevdiyim oglanin anasi bizi heç cure qebul etmir. Sebeb ozu istediyi bir qiza istiyir. Bizim ise chox saf ve ciddi niyyetimiz var. Biz valideynimize qarshi chixa bilerikmi? Yeni bununla Allahin qezebine sebeb olariqmi?
Cavab:
Aleykum salam. Bəli, bununla günah qazana bilərsiniz. Siz çalışın ki, valideyinlərinizi razı salasınız, əks halda bu cür etmək düzgün deyil. Siz çoxlu dua edin ki, valideyinləriniz başa düşsün. Ümid edirik ki, Uca Allaha səmimi dua etsəniz, inşallah işiniz tezliklə düzələr.
ardını oxu
10-03-2014 Mirağa
Salam aleykum. Zəhmət olmasa mənə ətraflı şəkildə Peyğəmbərimizin (s.a.s) Əhli Beytinin tərifi və fəziləti kimlərin Əhli Beytdən olması haqqında geniş məlumat verəsiniz.
Cavab:

Aleykum salam. Bu məqaləni oxuyun: Əhli Beyt kimlərdir?

ardını oxu
10-03-2014 lale
Salam aleykum. Qadin namaz qilanda azan vere bilermi? Yeni yaninda mescid olmadigi uchun namaz qilanda azan vere bilermi?
Cavab:

Aleykum salam. Qadın özü və yaxud bir dəstə qadın üçün iqamə verə bilər. Kişi və qadınlardan ibarət bir dəstə üçün isə, azan və iqaməni kişi verməlidir. Həmçinin qadın səsini yalnız yoldaşlarının eşidəcəyi qədər qaldırmalıdır. 

ardını oxu
10-03-2014
Salam aleykum. Chimdikden sonra destemaz alinmalidirmi?
Cavab:

Aleykum salam. Əgər niyyət olmayıbsa, bəli, almaq lazımdır. Əgər çimərkən dəstəmaz almağa niyyət olubsa, onda bu zaman dəstəmaz almağa ehtiyac qalmır.

ardını oxu
08-03-2014
Salam aleykum. İnsan bir işi mecbur ederken bilir ki, bu etdiyi emel günahdi. Amma işi mecburen etmelidir. Bu halda ona gunah yazilir?
Cavab:

Və aleykum Salam. Bu baxır, edilən işin ciddiliyinə və ya məcbur qaldığı işə. Misal versəniz, daha yaxşı olardı, çünki hallar müxtəlif ola bilər. Ümumən insan məcburiyyət qarşısında etdiyi əmələ görə günah qazanmır.

ardını oxu

Pages