22-12-2013
“Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, bilin ki, həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, qüdrətimizi sizə bəyan edək. bu fikir dogru deyil.
Cavab:

Assalamu aleykum. İslamın bütpərəstlik üzərində qurulması fikri kökündən yanlışdır, çünki islam bütlərə ibadət etməyi şiddətlə qadağan edir. Məgər ilk insanın torpaqdan yaradılması onun bədənin başdan ayağa torpaqdan ibarət olmasını bildirir?

ardını oxu
21-12-2013
Salam aleykum. Kiminse namusuna toxunmaq, onu tehqir etmeyin gunahi nece olur?
Cavab:

Va aleykum Salam.

ardını oxu
21-12-2013
Salam aleykum. İnsan bedenine cin girirmi ve bunu nece chixartmaq olar? Chox xahish edirem ki, etrafli cavab veresiz. Sag olun!..
Cavab:

Aleykum salam. Bəli, insanın bədəninə cin girə bilər. Bunun Quran və sünnədən dəlilləri aşağıdakılardır:

Uca Allah buyurur: "Sələm yeyənlər (qəbirlərindən) şeytan toxunub dəli eləmiş kimsənin qalxdığı kimi qalxarlar...".  (əl-Bəqərə, 275).

ardını oxu
21-12-2013
islam peygemberi haqqda soruwmaq isteyirem dourdam islam peygenberinin sahadeti 31 dekabira duwur hemcinin onun nevesi immam hesenin? imkan varsa
Cavab:

Xeyr. Ətraflı cavaba burada baxa bilərsiniz

ardını oxu
20-12-2013
Salam aleykum. En boyuk gunah nedir?
Cavab:

Və aleykum. Ən böyük günah Uca Allaha şərik qoşmaqdır. Allah Təalanın səni yaratmasına baxmayaraq, ibadətin hər hansı bir övündə ona başqasını - insanı, qəbiri, daşı, günəşi, ayı, sehrbazı və s. şərik qoşmaqdır.

ardını oxu
20-12-2013
salamueleykum necesiniz cox sagolun bu saiti acdiginiza gore Allah razi olsun. men seher qeza orucunu tutacam destamaz alarken ne demeliyem ve nece almaliyam?
Cavab:

Aleykum assalam. Oruc tutarkən dəstəmaz almaq vacib deyil. Dəstəmaz almağın qaydasını saytın İslam bölməsindəki Namaz məqaləsindən öyrənə bilərsiniz.

ardını oxu
20-12-2013
Salam aleykum. Bagishlayin narahat edirem. Men nishanliyam, amma hele ki, bir yerde olmuruq. Lakin görüşende herden nişanlım meni öpür. Onda biz her ikmiz de qusul almaliyiqmi?
Cavab:

Aleykum salam. Nişanlı olmaq, bu hələ nigah demək deyil. Nigahda olmayanlar naməhrəm sayılır və onların bir-birini öpməsi haramdır. Qüsula gəldikdə isə, bu zaman qüsul pozulmur.

ardını oxu
20-12-2013
Salam aleykum. Men yeni aile qurmusham. Kend sheraitinde yashadigim uchun her defe boynuma qusl gelen zaman qusl ala bilmirem. Hem havanin soyuqlugu hemde sherait olmadigi uchun teyemmum edirem. Her namaz vaxti teyemmum almaq vacibdirmi?
Cavab:

Aleykum salam. Dəstəmazı pozan amillər təyəmmümü də pozur. Bu səbəbdən, həmin amillər baş verməyibsə, hər namazda yenidən təyəmmüm almağa ehtiyac yoxdur. Lakin nəzərə alın ki, su və şərait olduqda, mütləq qüsul alınmalıdır.

ardını oxu
20-12-2013
Salam men namaz qılmaq isteyirem mene komek ede bilersiniz xahiş edirem
Cavab:

Aleykum assalam. Saytın İslam bölməsində Namaz məqaləsindən öyrənə bilərsiniz.

ardını oxu
20-12-2013
Menim 1 yaxin qohumum var. Evveller nmaz qillirdi indi ise bagirsagindan tez tez qaz cixir deye qila bilmir. Artiq cekili biridi. Deyirki secdeye gedende bagirsagindan qaz cixir ve namazi destemazi pozulur. Sonra gedib yene destemaz alir yene eyni hal olur. Bunun uchun ne meslehet bilerdiz?
Cavab:

Salam aleykum. Əgər bu hal davamlı olarsa, bu, dəstəmazı poz­mur. An­caq namazın vaxtı girdikdə dəstə­maz alır və hə­min vaxt fərz və nafilə namazlarını qılır.

ardını oxu
20-12-2013
Salam aleykum. Adi bir milchek bele oldurmek gunahdirmi?
Cavab:

Aleykum salam. Xeyr. Zərər verici heyvanları öldürməyə icazə verilir. Milçək, ağcaqanad, sıçovul, əqrəb, ilan və s. heyvanları öldürmək olar.

ardını oxu
20-12-2013
La ilahe illallah ne demekdir
Cavab:

LƏ İLƏHƏ İLLƏLLAH - “Allahdan başqa ibadətə layiq ilha (məbud) yoxdur” deməkdir. Uca Allah Qurani-kərimdə buyurur: "Bil ki, Allahdan başqa ibadətə layiq olan heç bir məbud yox­dur" (Muhəmməd, 19).

ardını oxu
20-12-2013
Assalamu aleykum. Size bir sualim var. Men Ramazan ayinda derman atdigim uchun oruc tuta bilmemishem. Bilmek isterdim ki, 30 gun oruc tutsam, gunahim bagishlanarmi? Belə etməyim dogrudurmu?
Cavab:

Aleykum salam. Oruc tuta bilməyən xəstə və səfərdə olanlar buraxdıqları orucu sonradan tutmalıdırlar. Uca Allah buyurur: "Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdır". (əl-Bəqərə, 185).

ardını oxu
20-12-2013
salam bir insanki heyvanlari doyur esasende pisiyi sonradan pesman olur allah onun gunahini bagislayar ?
Cavab:

Va aleykum Salam. Bəli, Uca Allah tövbələri qəbul edir: "Lakin hər kəs gördüyü haqsız işdən sonra tövbə edib özünü düzəltsə, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!" (əl-Maidə, 39).

ardını oxu
19-12-2013
Salam aleykum. Men namaz qilanam ve chox esebiyem. Xususende evde valideyenlerle bele oluram. Bele edende namazim sehih sayilir yoxsa yox?
Cavab:

Aleykum salam. Əsəbiləşmək namazı pozmur. Qəzəb hissi əksər hallarda şeytandan törənir. Belə olan halda dəstəmaz alıb namaz qılmaq ən gözəl əlac hesab olunur. Rəvayət edildiyinə görə Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) rahatsız olanda namaz qılmağa üz tutardı.

ardını oxu
19-12-2013
Salam aleykum. Qadin ve kishi her ikisi intim(cinsi elaqeden)sonra qusl almalidirmi,yeni bu vacibdir?bunsuz namaz qebul olunmazmi?teshekkurler..
Cavab:

Aleykum salam. Ailəli olmağın hər dəfə qüsl almaqla heç bir əlaqəsi yoxdur. Sadəcə ailəli insanlar cinsi əlaqədən sonra namaz qılmaq üçün kişi və ya qadın fərqi yoxdur, ikisi də qüsl almalıdır. Qüsl etmədən namaz qılmaq batildir. Lakin xəstəlik və soyuq hava səbəbi ilə təyəmmüm almaq olar.

ardını oxu
19-12-2013
namazi mohurne qilmaz ferzdirmi???
Cavab:

Salam aleykum. Peyğəmbər - sallallahu aleyhi və səlləm - namazı möhürlə qılmamışdır. Bu haqda səhih məlumat yoxdur.

ardını oxu
19-12-2013
Salam aleykum. Bildiyiniz kimi insanlar irqlere bolunur. En boyuk ferq deri rengleridir. Var ag derili ve qara derili insan, dinde gösterilir ki, ilk insan Adem olub. O ag, yoxsa qara derili olub? Tutaq ki, ag derili olub. Bes onda qara derililer nece yarandi? Sual: Irqler nece meydana gelib?
Cavab:

Salam aleykum. İnsanların irqlərə bölünməsi onların bir nəfərdən yaradılmasını inkar etmir. Uca Allah Qurani Kərimdə buyurur: "Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq.

ardını oxu
19-12-2013
namazi nece yasdan sonra qilmaq lazimdir bilmek isterem
Cavab:

Salam aleykum. Həddi-büluğa çatan və ağılı başında olan hər bir müsəlmana namaz qılmaq vacibdir. İslam dininə görə həddi-büluğ insanın cinsi yetkinliyə çatdığı vaxtdır. Bu, yeniyetmələrdə təqribən 13-14 yaşlarında olur.

ardını oxu
19-12-2013
Salam aleykum. Yalan danismaq caiz oldugu hallar haqda fikr bildirin?
Cavab:

Aleykum salam. Yalan danışmağın icazəli olduğu üç hal vardır. Küsülüləri barışdırmaq üçün yalan danışmaq, müharibədə düşmənə yalan danışmaq və kişinin öz xanımını tərifləyərək söylədikləri istisnadır.

ardını oxu
19-12-2013
Bu gün şeytana uydum ve Allaha xoş getmiyecek bir günah işletdim. Bunun üçün peşmanam ve tövbe etmek isteyirem ama nece edeceyimi bilmirem. Men Namaz qılmıram bes edeceyim tövbe bu sebebe göre qebul olunmazmı?
Cavab:

Salam aleykum. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Peşmançılıq tövbədir". (Hədis səhihdir). Allahdan bağışlanma diləmək, sonra isə bir daha günaha qayıtmamaq üçün cəhd göstərmək lazımdır. Tövbə sözünün mənası qayıtmaq deməkdir.

ardını oxu
19-12-2013
Salam Eleykim !!! Deyilene gore Bu il 31 Dekabr Gunu Mehemmed Peygamberin (s.e.a.s) Sehadet Gunudur Dogrudurmu???
Cavab:

Aleykum salam. Muhəmməd peyğəmbər şəhid olmamışdır və o, sağlığında heç bir kəs üçün ildönümü qeyd etməmiş və heç vaxt bunu buyurmamışdır.

ardını oxu
19-12-2013
Salam. Men isde namaz qila bilmirem. buna gorede axsam evde qezalarin qiliram bu duzgundurmu???
Cavab:

Aleykum salam. Belə etmək düzgün deyildir. İş yerində fasilə zamanı və ya icazə alıb namaz qılmaq lazımdır.

ardını oxu
19-12-2013
Salam aleykum qeybetin halali olur?
Cavab:
Və aleykum Salam. Altı hal istisna olmaqla qeybət haramdır. Bunlara daxildir:

1. Zülmə məruz qaldıqda. Zülmə uğrayan məlzlumun dövlət başçısına, qaziyə və ya zalımdan haqqını ala biləcək bir güc sahibinə müraciyət edərək: "Filankəs mənə zülm etdi" deməsi icazəlidir.
ardını oxu
19-12-2013
Hər vaxtınız xeyir əgər hər hansi bir insan saxtakarlığa yol verib ruzi qazanırsa bu haramdırmı
Cavab:

Salam aleykum. Saxtakarlıq dedikdə günah işləri nəzərdə tutursunuzsa, bu yolla ruzi qazanmaq haramdır. Çünki, ruzi halal yolla qazanılmalıdır.

ardını oxu
19-12-2013
salam aleykum teyamum nece alinir
Cavab:

Aleykum salam. Təyəmmüm almaq üçün əlləri torpağa batırıb üzə sürtmək və sol əli ilə sağ əlin üzərinə, sağ əli ilə də sol əlin üzərinə sürtmək kifayət edir.

ardını oxu
19-12-2013
salam Allah ugurlu etsin suabi sizinle olsun. Allah size komey olsun cox sag olun acdiginiza gore.
Cavab:

Aleykuməs-salam. Oruc tutmaq üçün xüsusi dua yoxdur. Namaz qılmayıb oruc tutanın duası qəbul olunur. Ona görə də Allaha dua edin ki, Allah sizi namaz qılmağa müvəffəq etsin.

ardını oxu
18-12-2013
salam tesekul eliyram bu sayta gore hamini dine cagirir . Hamile vaxti qusul vermek olar?
Cavab:

Aleykum salam. Adi vaxtlarda olduğu kimi hamilə vaxtı da qüsl almaq vacibdir.

ardını oxu
18-12-2013
18 min alem anlayisi varmı?
Cavab:

Salam aleykum. Bu cür məlumata heç yerdə rast gəlməmişik.

ardını oxu
18-12-2013
Salam aleykum. Men evli ola-ola zina edirem. Bilmek isterdim ki, men namaz qilsam batil sayilir? Namaz qila bilerem?
Cavab:

Aleykum salam. Evli ola-ola zina etmək böyük günahlardan sayılır. Namaz qılmaq isə hər bir müsəlmana fərzdir. Uca Allah Qurani Kərimdə belə buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl!

ardını oxu
18-12-2013
Salam aleykum. Men namaz qilmaq isteyirem. Sizden mene bu ishde komeklik etmenizi istesem mene yardim ede bilersinizmi? Xahish edirem ki, mene namazin tam tefsilati ile qilinma qaydalarini gonderesiniz! Chox sag olun! Sualim bu qederdir.
Cavab:

Aleykum salam. Saytın İslam menyusunda Namaz adlı məqaləni tapıb qısa şəkildə namaz qılmağın qaydasını öyrənə bilərsiniz.

ardını oxu
18-12-2013
Salam aleykum. Mene cadu olunub ve tapmişamda. Men ozumu emelden nece qoruya bilerem? Yeni necə batil eləmək olar?
Cavab:

Aleykum salam. Cadudan, şeytanın vəsvəsəsindən qorunmaq üçün Uca Allaha sığınmaq, Uca Allaha sığınmaq üçün də Ona itaəti çoxaltmaq lazımdır:

ardını oxu
18-12-2013
Salam. Ilk once sayt ucun cox tesekkurler.Allah razi olsun. Deyirler ki Muselmanlara yeni il ve s bele bayramlar (Novruz Sevgililer gunu ) kecirmek gunahdir. Ona gore ki xristian bayramidi.Bilmek isterdim bu dogrudur?
Cavab:

Aleykum salam. Bəli, bu doğrudur. Çünki, dinimiz bizə xristianlara oxşamağı, onların adət-ənənələrini mənimsəməyi qadağan edir.

ardını oxu
18-12-2013
Salam aleykum. Sizden xahiş edirem ki, sualima cavab veresiz. Men aileliyem. Mene her defe qusl almaq vacibdirmi? Hemchinin yoldashima da aiddirmi her defe qusl alib namaz qilmaq?
Cavab:

Aleykum salam. Əgər qüsl pozulubsa, qüsl almaq vacibdir. Lakin xəstəlik və soyuq hava səbəbi ilə təyəmmüm almaq olar.

ardını oxu
18-12-2013
men namaz qılmaq isdeyirem ama bunu nece edeceyimi bilmirem neyniyim men?
Cavab:

Salam aleykum. Saytın İslam menyusunda Namaz adlı məqaləni tapıb qısa şəkildə namaz qılmağın qaydasını öyrənə bilərsiniz.

ardını oxu
18-12-2013
Salam aleykum. Allah hamınızdan razı olsun. Bütün əməyi keçən qardaşlara Allah kömək olsun hər zaman. Mənə bir nəfər belə bir sual verdi amma mən cavablandıra bilmədim. Bu sualı sizinlə bölüşmək istərdim.
Cavab:

Aleykumus-salam və rahmətullah. Allah təala sizdən də razı olsun! Allah bütün insanlar üçün bu saytı faydalı etsin və hidayətə gəlmək üçün səbəb etsin. Verdiyiniz suala qısa olaraq belə cavab verə bilərəm.

ardını oxu
18-12-2013
Salam. Qorxuram ki namaza başlayaram, sonra ataram daha böyük günah edərəm
Cavab:

Aleykuməs-salam. Sözsüz ki, hər bir işin başlanğıcında insan bu cür götür-qoy edir, bu təbiidir. Lakin bilmək lazımdır Allah insana yardım edir, xüsusən də Allah üçün görülən işlərdə.

ardını oxu
18-12-2013
Salam aleykum. Xahiş edirəm islamda paxıllığın hökmü barədə məlumat verəsiz.
Cavab:

Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Zənn etməkdən çəkinin! Həqiqətən, zənn ən yalan sözdür. Bir-birinizi güdməyin, casusluq etməyin, bir-birinizə həsəd aparmayın, bir-birinizə nifrət etməyin, bir-birinizə arxa çevirməyin!

ardını oxu
18-12-2013
Salam aleykum. Tez-tez insanlar arasında belə bir ifadəyə rast gəlirik “ürəyim təmizdir, ibadət etmək nəyə lazımdır?”. Bu doğrudurmu?
Cavab:

Aleykum salam. Bunu deyən adam Uca Allaha ibadət etməkdən boyun qaçırmaq üçün belə deyir.

ardını oxu

Pages