Aleykum salam. Bunun dirilərlə və ya vaxtla heç bir əlaqəsi yoxdur.
Aleykum salam. Ümumən bu məsələ ixtilaflıdır. Əgər şokaladın tərkibindəki konyak maye halındadırsa, yeyilməsi icazəli deyil. Quru halındadırsa, bu mübahdır. Yəni məsələ istifadəçinin ixtiyarına buraxılır. İstəsə yeyər, istəməsə yeməz.
Aleykum salam. Hər birinci və dördüncü günü oruc tutmaq Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) sünnəsindəndir. Bu günlərdə Adəm övladının əməlləri Uca Allaha ərz olunar. "Hər müsəlman və hər bir mömin bu günlərdə bağışlandığı halda, sadəcə ibadətdə nakam olanlar bağışlanmaz.
Va aleykumus Sələm va rahmətullahi va bərakətuhu.
Aleykum salam. Qadınlar məscidə gələrək kişilər qıldığı kimi cümə namazı qıla bilərlər. Amma bu, onlar üçün vacib deyil.
Aleykum salam. Ümumiyyətlə Uca Allah namazı Quranda imanın və ruhun qidalanacağı mənbə, bununla bərabər insanı çirkin və günah işlərdən çəkindirib təmizləyəcək bir vasitə kimi vəsf edir.
İslamda hicab taxmaq Uca Allahın əmridir. Hər bir mömin qadına hicab geyinmək vacibdir. Heç bir zəruri səbəb olmadan hicabı tərk edən qadın günahkardır və buna görə Allah qatında cavab verəcəkdir. Uca Allah istəsə həmin şəxsi bağışlayar, istəsə də cəzalandırar.
Aleykum salam. Bu cavabı oxuyun: Yuxu haqqında
Va aleykum Salam. Qurani Kərimi oxumaq, ona qulaq asmaq və ya Qurana toxunmaq üçün dəstəmaz almağa ehtiyac yoxdur.
Aleykum salam. Ümumiyyətlə islamda "salavat" deyilən məfhum peyğəmbərlərə edilən dua və göndərilən salam deməkdir. Xüsusəndə konkret dua şəklində İbrahim peyğəmbərə, Onun ailəsinə, Məhəmməd peyğəmbərə və Onun ailəsinə edilən dua və göndərilən salamın ümumi anlayış formasıdır.
Va aleykum salam. Ümumiyyətlə yuxu Uca Allahın insanda var etdiyi qəribə və sirlə dolu olan bir haldır. Uca Rəbbimiz belə buyurur: "Allah canlarını (ruhlarını) onlar öldüyü zaman, ölməyənlərin canlarını isə yuxuda alar.
Və aleykum Salam. Əgər vəziyyət həqiqətən sualda deyilən kimidirsə, yəni ayaqlar ağrıyır və ya səhhətlə bağlı əyilib qalxmaq çətindirsə, oturaq halda namaz qılmağa icazə verilir. Rəvayət edilir ki, İmran ibn Husayn (radıyəllahu anhu) demişdir: "Mən babasil xəstəliyinə tutulmuşdum.
Va aleykumus-Sələm və rahmatullahi və bərakətuhu. Verilən sualın geniş şərhə ehtiyacı olduğu üçün qısası onu demək olar ki, onlar biri-birlərinə mehriban qardaş olub və Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) ən fəzilətli səhabələrindən sayılırlar.
Aleykum salam. Sizin qeyd etdiyiniz qorxu təbii qorxudur. Təbii qorxu zamanı ibadətlərdə yaranan qüsur və naqisliklər insanı günaha salmaz. İnsanın fitrətində təbii qorxu yerləşdirilmişdir. Ona görə də insan səhvən, unudaraq və ya bilməyərək bir günah edərsə, Allah Təala onu bağışlayar.
Aleykum salam. Qadınlar namaz üçün iqamə oxumamalıdır. Fərdi şəkildə, yaxud içlərindən birinin imamlığı ilə namaz qılması fərq etməz. Eynilə qadının azan oxuması da şəriətdə gəlməmişdir. Hədislərdə bildirildiyi kimi azan və iqamə ancaq kişilərə aiddir.
Aleykum salam. İslama görə bəxt açmaq və ya bəxt bağlamaq məfhumu cadu, sehr adlanır. Daha ətraflı: Cadudan necə qorunmaq olar?
Aleykum Salam. Üzüklərin işarə və ya baş barmağa taxılmasını qadağan edən hər hansı bir dəlil mövcud deyil. Fəqət təharətdə istifadə edildiyinə görə sol ələ taxılması bəyənilmir. Bəzi hədislərdə Peyğəmbərimizin (s.a.s) üzüyü sağ əlinə, bəzilərində isə sol əlinə taxdığı bildirilir.
Salam aleykum. Hamilə qadın namaz qılmalıdır. Ayaq üstə qıla bilmirsə, oturaq halda qıla bilər (stulda və yaxud yerdə bardaşqurma şəklində). Oturaraq namaz qıldıqda ruku edərkən az əyilmək, səcdə etdikdə isə ondan bir az çox əyilmək lazımdır. .
Aleykum salam. Ümumən kimdə bu aşağıdakı şərtlər cəm olarsa tövbə etmiş sayılır.
Aleykum salam. Yalan danışmaq böyük günahlardan hesab olunur.
Aleykum salam. Əli bağlı namaz qılmaq barədə tam olaraq açıq-aydın bir ayə gəlməmişdir.
Aleykum salam. Ümumiyyətlə Uca Allahın peyğəmbərlərinə (Allahın onlara salamı olsun) göndərdiyi kitablarda tək olan Allaha ibadət əmr edilmişdir. Onun ortağı yoxdur, yardım Ondandır, yalnız Ona güvənib və Ona dua edilər.
Salam aleykum. Bacardığınız qədər günahdan çəkinin. Uca Allah buyurur: "...Allahdan bacardığınız qədər qorxun...". (ət-Təğabun, 16).
Salam aleykum. Əbülfəz Abbas Əli (rahimahullah) nun oğludur. Tarixi rəvayətlərə görə döyüşlərdə bayraqdar olub, əhli beytdəndir, Allah onların hamısından razı olsun.
Aleykum salam. Bununla bağlı İslamda heç bir məlumat gəlməmişdir və bu kimi şeylər sonradan insanlar arasında yayılan mövhumatlardır. İslamda rəqəmləri müqəddəsləşdirmək anlayışı yoxdur.
Aleykum salam. Sevdiyin şəxsdə nəfsin qalması dedikdə sevdiyin insana qovuşmamağa görə onda göz qalması və buna görə onun həyatda xeyir tapmamasını və ya bədbəxt olmasını nəzərdə tutursunuzsa, bu, əsassızdır.
Əvvalə qeyd etmək istəyirəm ki, etdiyiniz bu əməl islamda qeyri-qanuni nikah, yəni şəriət termini ilə ifadə etsək zina hesab olunur. Qurani Kərimdə Uca Allah bu haqda belə buyurur: "Zinaya da yaxın düşməyin.
Və aleykum Salam. Bu cavabı oxuyun: Namazdan sonra təsbeh çəkmək olar?
Aleykum assalam. Cadudan qorunmağı nəzərdə tutursunuzsa, bu cavabı oxuyun: Cadudan necə qorunmaq olar?
Aleykum salam. Bəli. Bu məqaləni oxuyun: Tövbə etsəm, Allah məni bağışlayar?
Və aleykum Salam. Ayə və hədislərə görə namaz gün ərzində beş dəfə qılınmaldır.
Aleykum salam. "Tapşırmaq" dedikdə ölülər üçün Quran oxumağı nəzərdə tutursunuzsa, ümumiyyətlə ölülər üçün Quran oxumaq və ya Quran tapşırmaq olmaz. Çünki, Peyğəmbər bunu etməmiş və bu haqda ondan səhih məlumat gəlməmişdir.
Salam aleykum. Din sözü ərəb dilində əvəz, əməl, qanun kimi bir neçə mənaları vardır. İstilahi mənada isə din insanların inandıqları və tabe olduqları inanc, əqidə, ideologiyadır. İslam dininə görə üç növ din vardır:
Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) yuxunun növləri haqqında belə demişdir: "Sizdən biriniz xoşagələn bir yuxu görsə, (bilsin ki,) bu ancaq Allahdandır. Belə olduğu təqdirdə Allahı həmd-səna ilə təqdis etsin və onu istədiyi adamlara danışsın.
Aleykum salam. Paxıllığa el arasında nəfs də deyirlər. Paxıllıq etmək günahdır. Daha ətraflı: Paxıllıq haqqında
Aleykum salam. Namaz qılan dənizə girə bilər və günəş şüalarını qəbul edə bilər.
Həfsə rəvayət edir ki, müəzzin sübh namazı üçün azan verib qurtaranda artıq dan yeri söküləndə Peyğəmbər (s.a.s.) iqamədən əvvəl iki xəfif rükətli namaz qılardı (əl-Buxari, 618)
Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) cənazəni dəfn edərkən qadınların iştirak etməsini qadağan etmiş və bunun səbəbini izah edərək belə demişdir: "Geri qayıdın, siz günah qazanacaq, savab qazanacaq deyilsiniz.
Aleykum salam. Ərəb dilindən başqa dildə namaz qılmaq olmaz. Namazda zikrlər və Quran surələri oxunur, Quran isə ərəb dilində nazil olmuşdur. Başqa heç bir dildə tərcümə Allah kəlamının mənasını olduğu kimi çatdıra bilməz.
Aleykum salam. Ümumiyyətlə, kəbinin mahiyyəti valideynlərin razılığı və evlilikdə şahidlərin olmasından ibarətdir. Əgər evlilik valideynlərin halallığı və şahidlərin iştirakı ilə olubsa, indi kəbin kəsdirməsəniz də heç bir eyb etməz.
Aleykum salam. Namazı qəsdən buraxmaq və ya tərk etmək böyük günahlardandır. Uca Allah buyurur: "(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl". (əl-Әnkəbut, 45).
Aleykum salam. Müəllimlə birlikdə öyrənilən elm daha fəzilətli, bərəkətli və faydalıdır. Əgər olduğunuz yerdə müəllim olmasa, kitabla öyrənmək də eyb etməz. Uca Allah buyurur: "Əgər bilmirsinizsə, zikr (kitab) əhlindən soruşun". (əl-Ənbiyə, 7).
Aleykum salam. İnsanın evinin olmaması onun zəruri ehtiyacıdır. Zəruri ehtiyac duyulan şeyləri arzulamaq və onları əldə etməyə can atmaq nəfsi istəklərə uymaq sayılmır və buna görə mübarizə aparmağa heç bir lüzum yoxdur.