Aleykum salam. Namaz qılmayan Uca Allaha tövbə edirsə, tövbəsi qəbul oluna bilər. Uca Allaha tövbə edən bilir ki, günahları bağışlayan və onlara görə cəza verən yalnız Uca Allahdır.
Aleykum salam. Əgər qəsdən etməmisinizsə, bu, xətadır, yəni səhvən edilən əməldir. Bu isə günah deyildir. Həmçinin, Uca Allah hər deyilən sözü qəbul etmir, o ki qaldı səhvən deyilən sözlərə. Həmçinin, insanların dilində olan, tez-tez istifadə edilən bu cür sözlər bəd dua sayılmır.
Aleykum salam. İslam dini bütövlükdə əxlaq dinidir. İslam dininin gəlişi məhz insanları yüksək əxlaqa çatdırmaq məqsədini güdür. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Mən ən yüksək əxlaqı tamamlamaq üçün göndərildim".
Aleykum salam. Qolu açıq halda hicab geyinmək olmaz. İslamda qadın üçün örtünmə qaydası "ən-Nur" surəsində izah edilir. Həmin ayəyə əsasən üz və əllər istisna olmaqla bədənin digər hissələri tamamilə örtülməlidir.
Aleykum salam. Günahlardan tövbə etmək təqdirəlayiq əməldir. Lakin namaz qılmamaq özü bir günahdır, həm də böyük günahdır.
Aleykum salam. Qaş almağın günah olması barəsində səhih hədis vardır. Daha ətraflı bu cavabı oxuyun: Qaş və üz tüklərini almaq günahdır?
Aleykum salam. Quran ayələri arasında heç bir ziddiyyət yoxdur. Bu bütün ayələrə aiddir. Uca Allah buyurur: "Onlar Quran barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi?
Aleykum salam. Televizorda insana həm bu dünyada, həm də axirətdə fayda verəcək şeylərə baxmağa icazə verilir. Çünki televizor öz-özlüyündə halaldır. Onun halal və ya haram olması göstərilən verilişlərin halal-haram olmasından asılıdır.
Aleykumus-salam və rahmətullahi və bərakətuhu. Daha ətraflı məlumat almaq üçün Səhv səcdəsi necə yerinə yetirilir? sualının cavabını oxuyun.
Aleykum salam. Uca Allahın adı yazılanda qısa şəkildə s. t. "Subhənəhu və təala", c. c. "cəllə cələluhu" yazılır. Subhənəhu və təala sözünün mənası bütün nöqsanlardan uzaq olan Uca Allah deməkdir. Cəllə cələluhu sözünün mənası isə şanı uca olan Allah deməkdir.
Və aleykum Salam. Qüsl alıb pak olmaq Allahın əmrlərindən biridir, qüslu pozulmuş şəxs mümkün qədər tez qüsl almağa çalışmalıdır. Uca Allah buyurur: "Ey iman gətirənlər!
Salam aleykum. Sözsüz ki, günahlar insanın imanına, ibadətinə, yaxşı əməllər etməyinə öz mənfi təsirini göstərir. İslam alimləri günahların insana təsiri barəsində çox sayda kitablar yazmışlar.
Aleykum salam. Şəriətdə heyz və ya başqa səbəbə görə qüsl aldıqda paltarları dəyişmək buyurulmamışdır.
Aleykum salam. Qurani Kərimdə və Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) hədislərində olan duaları, həmçinin, müəyyən ibadət zamanı edilən duaları ərəb dilində oxumaq yaxşıdır.
Aleykum salam. İnşallah, gələcəkdə saytımızda bu mövzuya toxunacağıq.
Aleykum salam. Bu, sadəcə vəsvəsədir. Belə yuxulara əhəmiyyət vermək lazım deyil. Peyğəmbərimiz (Allahın Ona salavatı və salamı olsun) buyurmuşdur: “Yaxşı yuxu Allahdandır. Sizlərdən biriniz yaxşı yuxu görərsə, o yuxunu yalnız sevdiyi adama danışsın.
Aleykum salam. Yuxu haqqında bu linklərdən oxuyun:
Yuxu haqqında
Yuxuda rəhmətə getmiş insanı görmək nə mənaya gəlir?
Aleykum salam. Cavabı buradan oxuyun: Namazdan sonra təsbeh çəkmək olar?
Aleykum salam. Cavabı buradan oxuyun: İstixarə namazını qılarkən nə oxumaq lazımdır?
Aleykum salam. Yuxunun nə məna verdiyini deyə bilmərik. Yuxu haqqında bu linklərdən oxuyun:
Yuxu haqqında
Yuxuda rəhmətə getmiş insanı görmək nə mənaya gəlir?
Aleykum salam. Namaz yalnız Uca Allah üçün qılınır, heç bir peyğəmbər üçün namaz qılmaq olmaz. Həmçinin bütün yuxulara inanmaq da olmaz. Bu mövzuları oxuyun:
Yuxu haqqında
Aleykum salam. Bunu deyə bilmərik. Amma yuxuya görə məyus olmaq olmaz. Bu mövzuları oxuyun:
Yuxu haqqında
Yuxuda rəhmətə getmiş insanı görmək nə mənaya gəlir?
Aleykum salam. Xeyr, Rəsulullah (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bunu qadağan etmişdir: "Rəsulullah ribanı (faiz) yeyənə, yedirdənə (burada faiz alan və verən nəzərdə tutulur), (müqaviləni) tərtib edənə, şahidlik edənə lənət etdi və: "Onlar bərabərdirlər", – dedi.
Aleykum salam. Əlbəttə ki, xeyirli məqsədlər üçün internetdən istifadə etmək olar.
Salam aleykum. Bu məqaləni oxuyun: əl-Fatihə surəsinin təfsiri
Aleykum salam. Bu cavabı oxuyun: Zinadan necə qorunmaq olar?
Salam aleykum. Müsəlman ən yaxın adamları olsa belə özündən başqa kəslər üçün qəza namazlarını qılmamalıdır. Çünki Peyğəmbər (salləllahu aleyhi və səlləm) nə özü belə etmiş, nə də insanlara bunu buyurmuşdur. Bu sonradan dinə gətirilən yeniliklərdir (bidət).
Aleykum salam. Adlarımızı qeyd etməkdə və ya etməməkdə bir problem görmürük. Sadəcə olaraq suala cavab verən insanların bəziləri adlarının qeyd olunmasını istəmədi. Buna görə də qalan insanların adlarını qeyd etməkdən çəkindik.
Aleykum salam. Qiyamət gününə qədər bütün ölən insanlar "bərzəx" adlanan qəbir aləminə gedirlər. İnsan qəbirə qoyulduqda onun yanına Nəkir və Munkir adlı iki mələk gəlir və ona "Rəbbin kimdir?", "Dinin nədir?", "Peyğəmbərin kimdir?" suallarını verir.
Aleykum salam. Cadu olunduqda murdarlamaq olmaz. Cadu olunduqda insanlar cadunun açılması üçün cadugərlərə müraciət edir və cadugərlər onların murdarlanmağını tələb edirlər. Bununla onlar insana yenidən cadu edərək şeytanların onun bədəninə asanlıqla daxil olmasını istəyirlər.
Aleykum salam. Bu sadəcə, xurafatdır. Daha ətraflı: Asqırmaq səbr etməli olduğumuzu bildirir?
Aleykum salam. Sualnızın cavabını buradan oxuyun: Namazın sünnətləri nə qədərdir?
Aleykum salam. Bu cavabları oxuyun:
Yuxu haqqında
Yuxuda rəhmətə getmiş insanı görmək nə mənaya gəlir?
Aleykum salam. Cavabı buradan oxuyun: Qaranlıq düşən kimi qorxuram...
Aleykum salam. Bu cavabı oxuyun: Qadınlarla kişilər bir yerdə namaz qıla bilərlərmi?
Aleykum salam. Ümumiyyətlə, bəzən qadınlarda heyzdən əvvəl müəyyən qorxu və ya narahatlıq hallarına rast gəlinir. Sizdə olan qorxu da bununla bağlı ola bilərdi. Doğrusunu Allah bilir. Hər bir halda vəsvəsəyə fikir verməyərək namaza və Allahı daha çox zikr etməyə davam etməliyik.
Aleykum salam. Təqlid haqqında buradan oxuyun: İslamda təqlid varmı?
Aleykum salam. Rəsulullahın (Allahın Ona və ailəsinə salavatı və salamı olsun) namazı möhürsüz qılmasının dəlili odur ki, möhürlə qılmasına aid heç bir dəlil yoxdur (Qurani kərim və səhih hədislərdə). Yəni, heç kim Qurandan və səhih hədislərdən möhürə aid dəlil gətirə bilməz.
Aleykum salam. Bankda işləmək barəsində: "Rəsulullah (salləllahu aleyhi və səlləm) ribanı (faiz) yeyənə, yedirdənə, (müqaviləni) tərtib edənə, şahidlik edənə lənət etdi və: "Onlar bərabərdirlər", dedi. (Səhih Muslim).
Xarici dilləri öyrənməyə isə heç bir qadağa yoxdur.
Aleykum salam. Şəriətimizə görə sizin bu şəkildə kəbin kəsdirmənizə heç bir maneə yoxdur. Odur ki, dini savadı olan insanlara müraciət edin.
Aleykum salam. Aşağıdakı cavabları oxuyun:
Səbirli olmaq üçün nə edim?
Qəzəbləndikdə özümə necə hakim olum?
Aleykum salam. Yaşıl rəngin islam rəngi olması haqqında heç bir səhih məlumat yoxdur. İslamda rənglərə heç bir fərq qoyulmur.
Aleykum salam. Siz gözəl iş görürsünüz. Müsəlmanın qalası adlı kitabçadakı kimi zikr etsəniz Peyğəmbərimizin (Allahın Ona salavatı və salamı olsun) etdiyinə daha uyğun olar.
Aleykum salam. Bunlardan çəkinmək lazımdır. Rəsulullahın (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dövründə "dini mahnı" olmayıb, dini yaymaq üçün bu üsuldan istifadə edilməyib və bu kimi şeylər qadağan edilib.
Aleykum salam. Bəli, rəng qoymaq olar, amma qara rəngdən çəkinmək lazımdır.
Aleykum salam. Zifaf namazı toy gecəsi qılınan 2 rükətli nafilə (vacib olmayan) namazdır.
Və aleykum Salam. İbn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) namazın (təşəhhüdündə) oturduqda, əllərini dizləri üzərinə qoyar, sağ əlinin baş barmağından sonra gələn barmağıyla işarə edərək dua edərdi. (ət-Tirmizi, 294).
Və aleykum Salam. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurur: “Allah (Öz qullarının) asqırmağını sevir, əsnəməyini isə xoşlamır. (Müsəlman kimsə) asqırıb Allaha həmd etsə, ona: “Yərhəmukəllah”– demək, bunu eşidən hər bir müsəlmana vacibdir.
Aleykum salam. Peyğəmbərə göndərilən salavatın bir neçə deyiliş formaları vardır: Salləllahu aleyhi və səlləm, Allahummə salli və səllim alə nəbiyyinə Muhəmməd, Allahummə salli alə Muhəmmədin və alə ali Muhəmməd və digər deyiliş şəkilləri.