29-04-2014 Məryəm
Salam aleykum. Qiyamet gunu Peygemberimiz Muhemmed Allaha yalvaracaq insanlari Cehenneme atma bu barede yazinda. Bir de Qiyamet gunu Allah Teala yashi 18-den ashagi olan insanlari Cehenneme gonderecek? Bir de 14-15 yashimdan namaz qiliram. İndi 16 yashim var.
Cavab:

Aleykum salam. Qiyamət günü Peyğəmbər (salləllahu aleyhi və səlləm) insanlar üçün Allaha şəfaət edərək Ona yalvaracaqdır. Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: "Qiyamət günü mən Rəbbimə dayanmadan şəfaət edəcəyəm, O da şəfaətimi qəbul edəcək.

ardını oxu
29-04-2014 Məryəm
Salam aleykum. Nefis haqda niye meqale yazmirsiniz? Nefisden qorunmaq uchun dua varmi? Varsa yazinda Allah komeyiniz olsun!
Cavab:

Aleykum salam. Bəzi insanlar həsədə nəfis deyirlər.

ardını oxu
29-04-2014 Etibar Əliyev
Salam aleykum. Men butun gunahlardan uzaq olmaq uchun ne etmeliyem ve tovbe namazini neche riket qilmaliyam?
Cavab:

Aleykum salam. Bütün günahlardan uzaq olmaq üçün fərz namazları vaxtlı-vaxtında məsciddə qılmaq, Allahı çoxlu zikr etmək, əməlisaleh insanlarla oturub durmaq, faydalı elm öyrənmək və faydalı işlərlə məşğul olmaq lazımdır.

ardını oxu
29-04-2014 İsa Rüfət
Salam aleykum. Siz burda bir shexsin Deccalla sualina cavab vererken Deccalin Ademin neslinden oldugunu qeyd etmisiniz. Bununla bagli menim suallarim beledir. 1)Deccal Adem neslinden olub kimin ovladidir? 2)O indi harada meskunlashir? 3)Ne uchun o bele chirkin emel sahibidir?
Cavab:

Aleykum salam.

1) Dəccalın Adəmin hansı övladından, hansı nəslindən olması haqda məlumat yoxdur. 

2) Onun indi doğulub doğulmaması və harada məskunlaşması haqda da məlumat yoxdur. 

ardını oxu
29-04-2014 İsa Rüfət
Salam aleykum. Axir zamanin elametleri haqda geniş melumat vererdiniz ve axir zaman meneca ne demekdir?
Cavab:

Aleykum salam. Cavabı buradan oxuya bilərsiniz:

Qiyamətin kiçik əlamətləri

Qiyamətin böyük əlamətləri

 

ardını oxu
29-04-2014
Salam aleykum. Islam sozu peygember (s.a.s) gelenedek movcud olubmu? Yeni islam sozunu peygember deyib ilk defe? Dinimize islam adini vermek nezerde tuturam. Bu barede etrafli ve deqiq melumat vermeyinizi rica edirem. Allah razi olsun!
Cavab:

Aleykum salam. İslam sözü Peyğəmbərin gəlməsindən əvvəl də mövcud olmuşdur. Lakin islam sözü ilahi dinin adı kimi istifadə edilməsi Quran nazil ediləndən və Muhəmməd peyğəmbər olaraq göndəriləndən sonra baş vermişdir. Həmçinin, digər sözlər də.

ardını oxu
29-04-2014 Günel
Salam aleykum. Her gun subh namazina dura bilmirem. Bu choxmu gunahdir? Meslehetiniz nedir mene? Ne edim ki, vaxtinda qilim?
Cavab:

Aleykum salam. İndi yazın gəlişi ilə bağlı yuxu insan üçün çox şirin olmuşdur. Ona görə də sübh namazına vaxtında dura bilmək üçün axşam tez yatmağa çalışmaq, telefonda və ya saatda iki vaxtda zəng qoymaq. Çünki bir vaxtda qoyduqda əksər hallarda oyanmaq çətin olur.

ardını oxu
29-04-2014
Salam aleykum. Uşağın nəcisini təmizləmək və onu yuyundurmaq dəstəmazı pozurmu?
Cavab:

Və aleykum Salam. Şəriətə görə uşağın nəcisini təmizləmək və yumaq dəstəmazı pozmur. Nəcis dəyən hissəni və ya əlləri yumaq kifayətdir. 

ardını oxu
27-04-2014
Salam aleykum. Mahnaya qulaq asmaq gunahdirmi?
Cavab:

Aleykum salam. Bəli, mahnıya qulaq asmaq günahdır. Daha ətraflı buradan oxuyun: Musiqi xoş təsir bağışladığı halda ona qulaq asmaq niyə haramdır?

ardını oxu
27-04-2014
Salam aleykum. Bilmek isteyirem ki, qadin hamile olarsa, erinin onunla cinsi elaqede olmasi dinimize gore gunah sayilirmi? Eger gunah sayilirsa, 9 ay er zina etmemek uchun ne etmelidir?
Cavab:

Aleykum salam. Xeyr, günah sayılmır. Hamilə vaxtı cinsi əlaqədə olmaq şəriətimizdə icazəlidir, lakin yaxşı olar ki, həkimlə məsləhət edəsiniz. Ola bilsin ki, hansısa aylarda ehtiyat edilməsi daha yaxşıdır.

ardını oxu
27-04-2014
Salam aleykum. Allahi goren olubmu ve ya ne vaxtsa onu goren olacaqmi?
Cavab:

Aleykum salam. Bu cavabı oxuyun: Axirətdə Allahı görmək olacaqmı?

ardını oxu
27-04-2014
Salam aleykum. Qiyametin neche boyuk elameti var ve onlar hansilardir? Yaza bilersinizmi?
Cavab:

Aleykum salam. Cavabı buradan oxuyun: Qiyamətin böyük əlamətləri

ardını oxu
27-04-2014
Salam aleykum. Qiyamet gununde Hz. Mehdi gelecekmi? O deccalla savashacaqmi?
Cavab:

Aleykum salam. Bu məqalələri oxuyun:

Qiyamətin böyük əlamətləri

Dəccalın fitnəsi

ardını oxu
27-04-2014 Hafis.
Salam aleykum. "Allahim filan gunahi etdim gunahimi bir daha etmeyeceyime tovbe edib sene siginiram". Bu tovbenin deyiliş qaydasıdir. Bes bunun bashqa cur deyiliş qaydasini siz yaza bilersinizmi? Allah size yar olsun.
Cavab:

Aleykum salam. Tövbənin və ya bağışlanmağın ən gözəli belə deməkdir. "Allahım Sən Mənim Rəbbimsən. Səndən başqa haqq Məbud yoxdur. Məni Sən yaratdın və Mən Sənin qulunam. Gücüm çatan qədər sənə veriyim əhdə və vədə sadiqəm. etdiklərimin şərindən Sənə sığınıram.

ardını oxu
27-04-2014
Salam aleykum. Menim erim tez-tez bacisini gezmeye aparir, amma meni yox. Men deyende ki, meni de apar mene hirslenir. Bu Allah yaninda ne derecede dogrudur?
Cavab:

Aleykum salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) öz ailəsi ilə gözəl davranmış və müsəlmanlara da gözəl davranmağı buyurmuşdur. Yaxşı olar ki, sizi də aparsın. Ümumiyyətlə kişi öz qadınına ən yaxşı işləri etməlidir, onu sevindirməlidir və daim könlünü almalıdır.

ardını oxu
27-04-2014
Salam aleykum. Qardaş bir baci əhli-sunne namazi qilmaq istəyir. Amma ixlitafdadir. Mene sual verdi ki, ehli sunne namazina aid beş sebeb deyim. Duzu tam caavblandira bilmedim. Allah rizasi uchun siz caavblandirardiniz. Yeni qardaş ancag namaza aid beş sebeb isteyirdi.
Cavab:

Aleykum salam. Siz onu başa salmağa çalışın ki, hər bir müsəlman bütün ibadətləri Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) buyurduğu kimi etməlidir: "De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın.

ardını oxu
27-04-2014 İsa Rüfət
Salam aleykum. Cənabı Haqq əl Əraf suresinin 40-cı ayesinde buyurur: "Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz (əməlləri, duaları qəbul olunmaz, ruhları göyə qalxmaz) və dəvə iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər.
Cavab:


Aleykum salam. Ayəni dəqiq tərcümə etsək orada Allah Təala belə deyir: "Onlar üçün səmanın qapısı açılmayacaq" bu ayənin təfsirində bir neçə görüş vardır. Onlardan bəzilərini qeyd edirik:

ardını oxu
27-04-2014 İsa Rüfət
Salam aleykum. Men bir shie mesnebi olan biriyile dialoqda olarken mene teyyul-erz deye bir shey anlatdi ve bunun Hz Eli (r.a) bagli oldugunu soyledi. Gercekden islam elmindemi ve tarixindemi hele bir anlayish ve hadise varmi?
Cavab:

Aleykum salam. Doğrusunu Allah bilir. Bu haqda heç bir məlumatımız yoxdur.

ardını oxu
27-04-2014
Salam aleykum. Mene tovbe namazinin etrafli shekilde yazin. Yeni tovbe namazinda neler deyilir? Tovbe namazinda nece oturulur durulur ve tovbe namazi neche ruketdir? Bunlar lazimdir mene. Sualimin cavabinda link qoymuyun. Allah razi olsun.
Cavab:

Aleykum salam.

ardını oxu
27-04-2014
Salam aleykum. Ettehiyyatunu yaza bilersiz?
Cavab:

Aleykum salam. "Əttəhiyyatu" duasını buradan öyrənə bilərsiniz: "Təşəhhüd"

ardını oxu
27-04-2014 İsa Rüfət
Salam aleykum. Qurani Kerimde ilk ve son nazil olan ayeler hansilardi ve hansi surededi? Ilk nazil sure Aleq suresinin birinci ayesidirmi?
Cavab:

Aleykum salam. İlk nazil olan ayələr əl-Ələq surəsinin ilk 5 ayəsidir:

ardını oxu
27-04-2014 İsa Rüfət
Salam aleykum va rahmetullahi va bərakətuhu. Cinler insana musallat olurmu? Hele de imanli insana ve Marid adli cin movcuddurmu?
Cavab:
Aleykum salam. Bəli, musallat ola bilərlər. Daha ətraflı: İnsan bədəninə cin girirmi?
ardını oxu
27-04-2014
Salam aleykum. Qolum sındığı üçün dəstəmaz alıb səcədəyə gedə bilmirəm. Mən nə etməliyəm? Öncədən təşəkkür edirəm.
Cavab:

Aleykum salam. Bacardığınız şəkildə dəstəmaz alıb səcdə edin. Əgər ümumiyyətlə heç bacarmırsınızsa, onda təyəmmüm edin və sınmayan qolunuz üzərinə səcdə edin.

ardını oxu
27-04-2014
Salam aleykum. Men ibadet etmeye bashlayanda shiye teriqetine mensub shekilde ibadet etmeye bashlamishdim. lakin shiyelikde Quranin tercumesini oxumaga demek olar ki icaze verilmir. Yeni yalniz erebce oxumagin savabini deyirler.
Cavab:

Aleykum salam. Qurani Kərim ərəb dilində nazil olmuşdur. Ərəb dilini bilməyən və yenicə İslamı öyrənən insanlar öz ana dillərində Quranı və hədisləri oxuya bilərlər və oxumalıdırlar. Çünki hər bir insan Uca Allahın kəlamı və sonuncu ilahi Kitabı ilə tanış olmalıdır.

ardını oxu
24-04-2014
Salam aleykum. Bilmek isterdim ki, Quranda adi chekilen peygemberlerin heyati Tovratda ve İncilde varmi ve ya olubmu? Yoxsa artiq Muhemmed peygemberin (s.a.s) vaxtinda Tovrat tehrif olunmushdur? Yeni Tovratda ve ya incilde Ibrahim, Yusuf, Musa ve s.
Cavab:

Aleykum salam. Bu haqda Quranın bir çox ayələrində xəbər verilir. Allah Təala belə buyurur: "​Bir zaman Məryəm oğlu İsa demişdi: "Ey İsrail oğulları!

ardını oxu
24-04-2014
Salam aleykum. Shie namazı peygemberlerden qalIbmi? Bir de vitr namazi Ramazan ayinda qilinirmi? Texminen saat neche de? Men shieyeyem Ramazan ayinda qila bilerem vitr namazini?
Cavab:

Aleykum salam. Bütün peyğəmbərlər (Allahın onlara salamı olsun) namaz qılıb oruc tutublar.

ardını oxu
24-04-2014
Salam aleykum. Rəvayət edilir ki, bir dəfə Peyğəmbər (sallallahu aleyhi və səlləm) "Dünən cinlər­dən çox qüvvətli birisi namazımı yarımçıq kəsmək üçün yanıma gəldi. Lakin Allah mənə onu tut­mağa yardım etdi.
Cavab:

Aleykum salam. İnsanların, xüsusilə də peyğəmbərlərin cinləri görmələri mümkündür. Buna həm Quran ayələri, həm də səhih hədislər və rəvayətlər dəlalət edir. Uca Allah Quranın "ən-Nəml" surəsində Suleyman peyğəmbər haqqında danışır.

ardını oxu
24-04-2014 Məryəm
Salam aleykum. Qarıshqanı öldurmek gunahdirmi? Amma men neche defelerle qarishqa oldurmushem. Bunu etmekle gunah qazanmishammi? Umumiyyetle hansi heyvanlari oldurmek olar? Men ilanda oldurmushem.
Cavab:

Aleykum salam. Ümumiyyətlə bütün zərərverici həşarat və heyvanları öldürmək olar. İlan, əqrəb, quduz itlər, siçovul, milçək, ağcaqanad və s. kimi heyvanları öldürməkdə günah yoxdur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "(Zərərli) ilanları və köpəkləri öldürün.

ardını oxu
24-04-2014
Salam aleykum qardaş. Quranda yazilib ki, bilmirem deqiq hansi sure hansi ayedir, amma bele yazilib, "Momunler alnindaki mohur izine gore taninacaglar". Ola biler sehv yazmisham. Texmini yazdim. Yeqin bildiz ne sohbetdir. Bunu Allah rizasi uchun cavablandirardiniz.
Cavab:

Aleykum salam. Quranda belə ayə mövcud deyildir. Ümumiyyətlə, Quranda möhür haqqında heç nə yoxdur.

ardını oxu
24-04-2014
Salam aleykum. Azan chekilenden neche deqiqe sonra namaza başlamaq olar?
Cavab:

Aleykum salam. Azan çəkildikdən sonra dərhal sonra və ya 5-10 dəqiqə sonra başlamaq olar. İbn Məsud (radıyəllahu anhu) belə nəql etmişdir: "Mən Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) soruşdum ki, hansı əməllər Uca Allah daha sevimlidir?

ardını oxu
24-04-2014 Əzəmət
Salam aleykum. Qiyamet gunu cume gunu qopacaq?
Cavab:

Aleykum salam. Hədislərdə qeyd olunduğuna görə bəli, qiyamət günü cümə günü qopacaq. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) buyurmuşdur:  “Üzərinə günəş doğan ən xeyirli gün Cümə günüdür. Adəm o gün yaradılmış, o gün Cənnətə qoyulmuş və o gün də Cənnətdən çıxardılmışdır.

ardını oxu
24-04-2014 Şəfiqə
Salam aleykum. Bura istixarə namazının duasını yaza bilərmisinizmi?
Cavab:

Aleykum salam. Cavabı buradan oxuyun: "İstixarə namazının duası"

ardını oxu
24-04-2014 Rəhimə xanım
Salam aleykum. Əgər yadınızdadırsa, mən bir neçə gün bundan qabaq sizdən xahiş etmişdim ki, bura Yə Sin, ər Rahmən, əl Mulk və ən Nəbə surələrini yazasınız. Niyə yazmadınız?
Cavab:

Və aleykum Salam. Bu surələr böyük olduğundan onların azərbaycanca transkripsiyasını yazmağa çox vaxt lazımdır. Bunun əvəzində sizə ərəbcə Quran oxumağı öyrənməyi məsləhət görürük. İnternetdə bu haqda kifayət qədər videolar var (həmçinin Azərbaycan dilində).

ardını oxu
24-04-2014
Salam aleykum. Eşitdiyimə görə bəzi hədislərdə deyilir ki, kim gecə yatmazdan əvvəl əl Vaqiə surəsini oxuyarsa, Allah onu kasıbçılıqdan qoruyar. Bu dogrudurmu? Birdə zəhmət olmasa, ümumiyyətlə o surəni imkan daxilində mütləq bura zəhmət olmasa yazarsızda...
Cavab:

Aleykum salam. Xeyr, bu doğru deyildir. əl Vaqiə surəsinin fəzilətinə aid hədis zəifdir. Qurani Kərimdə 56-cı surədir, baxa bilərsiniz.

ardını oxu
24-04-2014
Salam aleykum. Nishanlandiqdan sonra kebin kesdirmek lazimdirmi? Eger nishanlanmaq ailenin raziligi ile olubsa da? Valideynlerime kebin kesdirmek istediyimizi desek sehv anlashilmaqdan qorxuruq. Xahiş edirem ki, etrafli bu haqda melumat veresiz.
Cavab:

Aleykum salam. Kəbin olsa idi, daha yaxşı olardı. Siz ananıza bu haqda deyin və inşallah ola bilsin ki, razılığa gəlsin. Siz ona izah edin ki, kəbin ona görə lazımdır ki, biz rahat görüşə bilək və s. Əgər razı olmasalar bu zaman çalışın ki, kəbin kəsilənə qədər təklikdə qalmayasınız.

 

ardını oxu
24-04-2014
Əssələmu aleykum va rahmətullahi qardaş. Qardaş vitr namazi, gece namazi, teheccud namazi, bunlari qarişdiriram. Allah rizasi uchun bunlar haqqinda etrafli yazardiniz. Ne vaxt qilinir? Neçe ruket olur? Allah razi olsun.
Cavab:

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Gecə və ya təhəccüd namazı işa namazından sübh namazına qədər qılınan namazların adıdır. Gecə namazı iki rükət-iki rükət qılınır, sonda isə tək sayda rükətli (1, 3 və s.) vitr namazı qılınır. Kim istəsə yalnız vitr namazını da qıla bilər.

ardını oxu
23-04-2014
Salam aleykum. Bir insanı donuz əti yeməkdən çəkindirmək h'min insana savab qazandırırmı?
Cavab:

Aleykum salam. Başqalarını xeyirə çağırmaq və qadağan olunan işlərdən çəkindirmək hər bir müsəlmana vacibdir və ona savab gətirir.

ardını oxu
23-04-2014
Salam aleykum. 1) Tagut ne demekdir? 2) Bir insan bankda ishleyir, ancaq faiz ishine shahidlik etmir. Bu maaş halal sayilirmi? Allah razi olsun.
Cavab:

Aleykum salam.

ardını oxu
23-04-2014 Əsma
Salam aleykum. Eger 1 gun erzinde 3 defe yoldashimla elaqede olmushamsa, her defe qüsl almaliyam, yoxsa teyemmum ede bileremmi?
Cavab:

Aleykum salam. Əgər qüsl almağa heç bir maneə və çətinlik yoxdursa, bu zaman qüsl almaq vacibdir. Təyəmmümü yalnız xəstəlik təhlükəsi, su tapmadıqda və ya buna bənzər hallarda almaq olar.

ardını oxu
23-04-2014 Məryəm
Salam aleykum. Men yuxumda Qiyamet gununu gormushem. Ozum Quran oxuduguma gore bilirem ki, Qiyametde neler olacaq. Amma menim yuxumda gorduyum Qiyamet gunu chox dehshetli idi. Goyun uzu qaranliq zulmet ile tund mavi rengde dehshetli ildrImlar chaxirdi. Dehshetli gurultular var idi.
Cavab:

Aleykum salam. Belə yuxular insana axirəti xatırlatmaq mənasında ola bilər. Ona görə də Allaha daha yaxşı ibadət etmək, yaxşı əməlləri çoxaltmaq və günahlardan çəkinmək lazımdır.

ardını oxu
23-04-2014
Salam aleykum. Goresen kimse 124000 peygemberin her birisini taniyirmi? Neye gore Qurani Kerimde tekce 25 peygemberin adi chekilib?
Cavab:

Aleykum salam. Heç kim Allahın Bizə bəyan etdiyindən artıq Peyğəmbərlərin adını bilə bilməz.

ardını oxu
23-04-2014
Salam aleykum. Seher axsham zikrlerini yazardiz. Allah razi olsun. Evvelceden teshekkurler.
Cavab:

Aleykum salam. Səhər-axşam zikrlərini buradan öyrənə bilərsiniz: Səhər və axşam zikrləri

ardını oxu
23-04-2014
Salam aleykum. Deccalla sheytanin ferqi nedir? Qiyamet gununde deccal 30 nefermi olacaq?
Cavab:

Aleykum salam. Bunlar ayrı-ayrı məxluqlardır. Şeytan cin nəslindən, Dəccal isə Adəmin nəslindəndir. Daha ətraflı məlumat üçün oxuyun:

"Dəccalın fitnəsi" 

ardını oxu
23-04-2014
Salam aleykum. Qiyamet gunun tez-tez yada salmaq, yeni her gun Qiyamet gunu barede fikirleshmek ve Qiyametden danishmaq gunahdirmi? Xahiş edirem cavab yazin.
Cavab:

Aleykum salam. Xeyir, günah deyildir. Əksinə, o günü yada salmaq, o gün haqqında danışmaq və o günə saleh əməllərlə tədarük görmək insaının imanını gücləndirib təzələməsinə səbəb olur.

ardını oxu
23-04-2014
Salam aleykum. Men shieyeyem. Yeni gunde beş defe şie namazi qiliram. Mene tovbe namazinin qilinma qaydasini yaza bilersinizmi? Hec bir gunahim yoxdur, amma Qiyamet gunu Allahin huzurunda tam gunahsiz dayanmaq isteyirem. Amma menim cemisi 15 yashim var. Herden valideynlerimin sozune baxiram.
Cavab:

Aleykum salam. Cavabı buradan oxuyun: Tövbə namazı necə qılınır?

ardını oxu
23-04-2014
Salam aleykum. Muhemmed peygember ve (sallallahu aleyhi ve sellem) ayri-ayri peygemberdiler, yoxsa (sallallahu aleyhi ve sellem) Mehemmed peygemberin adidir? Xahiş edirem ki, sualIma tez bir zamanda cavab yazasiz. Mene chox maraqlidir. Birde Ayın parchalanma shekli Qiyamete isharedirmi?
Cavab:

Aleykum salam.

ardını oxu
23-04-2014 Leyla
Salam aleykum. İnsan bedenine cin gire bilermi? Eger gire onu chixarmaq uchun hansi duani oxumaq lazimdir? Yeni adam ozu-oz bedeninden cin chixara bilermi? Cinlerin arasinda xeyirxah olani olur, yoxsa hamisi eksinedir? Bir de hansi halda insan cinleri gore biler?
Cavab:

Aleykum salam. Bəli insan bədəninə cin girə bilər. Onu çıxartmaq üçün Allahın Kəlamını, yəni Quran ayələri oxumaq lazımdır. Bəli, adam öz bədənindən cin çıxarda bilər.

ardını oxu
23-04-2014
Salam aleykum. Mənim sualım budur ki, qorxu duası vardırmı? Varsa yaza bilərsinizmi?
Cavab:

Aleykum salam. Xeyir, xüsusi olaraq qorxu duası yoxdur. Lakin müsəlman nədənsə qorxanda dərhal Uca Allahı zikr etməli və Uca Allaha sığınmalıdır. Həmçinin yaxşı olar ki, qorxduqda "Lə iləhə illəllah" (Allahdan başqa haqq ilah (mə'bud) yoxdur!) deyəsiz.

ardını oxu
22-04-2014 Mənzərə
Salam aleykum. Qardaş sizdə Müsəlmanın qalası kitabçası varmı?
Cavab:

Aleykum salam. Bəli, var: Müsəlmanın qalası (dua və zikrlər)

 

ardını oxu
22-04-2014 Aqil Məmmədzadə
Salam aleykum. Size bir sualim var idi. Ehli sünneden birinin camaat namazinda ehli shie imamin arxasinda namaz qilmasi ve ya ehli shie qardashlardan birinin ehli sünne imaminin ardinda namaz qilmasi mumkundurmu?
Cavab:

Aleykum salam. Kim dəstəmazı Uca Allahın buyurduğu şəkildə alırsa, habelə namazı Allah Rəslunun (salləllahu aleyhi və səlləm) buyurduğu şəkildə qılırsa, onun arxasında qılmaq olar. Kim bundan kənara çıxarsa, onun arxasında namaz qılmaqdan çəkinmək lazımdır.

ardını oxu

Pages