Aleykum salam. Belə bir dua növü yoxdur. Lakin siz öz sözlərinizlə bu mənada dua edə bilərsiniz: "Ey Allahım! Mənə həm bu dünyada həm də axirətdə xeyirli olan bir insan nəsib et".
Aleykum salam. Uca Allah buyurur: "Sən hənif (tək Allaha ibadət edən) olaraq üzünü dinə tərəf çevir! Allahın insanları yaratdığı fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir". (ər-Rum, 30).
Aleykum salam. Sualınız nədən ibarət olduğunu yazmadınız.
Aleykum salam. Qüslsuz Quran oxumaq olmaz.
Aleykum salam. BİU-nə qəbul olmaq haqda məlumat almaq üçün TQDK-nə müraciət edin.
Aleykum salam. Sualınızın cavabını buradan oxuyun: Dinimizə görə qadını döymək günahdırmı?
Aleykum salam. Bunun üçün xüsusi bir dua yoxdur.
Aleykum salam. Əlhəmdulilləh yaxşıyıq. Allah razı olsun. Maykada və ya hər hansı bir geyimdə dəstəmaz almaq olar. Təhəccüd namazı, yəni gecə namazı işa namazından sonra sübh namazının vaxtına qədər qılmaq olar. Lakin onun ən fəzilətli vaxtı gecənin son üçdə birində qılmaqdır.
Aleykum salam. Fələk - göy, asiman, dövr edən orbit mənalarını ifadə edir. Allah Təala Ya sin surəsində səma cisimlərindən danışarkən belə buyurur:
Aleykum salam. Yaxşı insan olmaq Uca Allahın buyurduqlarını yerinə yetirmək və qadağan etdiyi şeylərdən çəkinmək lazımdır. Bunun üçün Allahdan doğru yola yönəlmək, yaxşı işlər görmək, faydalı elm öyrənmək diləyin. Allah Təala bizə öz kitabında yaxşı insanların xüsusiyyətlərini bildirmişdir.
Aleykum salam. Pis yuxular görməmək üçün yatarkən Uca Allahı zikr etmək lazımdır. Əgər yatan zaman Uca Allahı zikr etsəniz, bu hal inşallah sizdə baş verməyəcəkdir.
Aleykum salam.
Aleykum salam. Xeyr, bunda heç bir qəbahət yoxdur. Bu tam normal bir haldır.
Aleykum salam. Əgər onun haqqını verə bilsəniz, əlbəttə saxlamaq olar. Yəni ona yemək vermək və əziyyət verməmək şərti ilə saxlamaq olar. Muhəmməd peyğəmbər (salləllahu aleyhi və səlləm) bu haqda belə demişdir: "O (pişik), murdar deyil.
Aleykum salam. Allahdan bir şey istədikdə "Allahım!", "Ey Rəbbim" deyə Allaha üz tutub istədiyinizi diləyə bilərsiniz. Bunun üçün xüsusi bir duaya ehtiyac yoxdur. Həmçinin, namazın səcdəsində çoxlu dua edə bilərsiniz.
Aleykum salam. Hal-hazırda namazın təlimi ilə bağlı videonun hazırlıq işləri gedir. İnşallah hazır olan kimi onu sayta yerləşdirəcəyik.
Aleykum aleykum. Hər bir müsəlman bacardığı qədər günahlardan uzaq durmağa çalışmalıdır, xüsusilə də dini elmləri öyrənən və başqalarına öyrədən insanlar. Lakin bilmək lazımdır ki, istər alim, istərsə də adi müsəlman olsun heç bir qul xətasız olmaz.
Aleykum salam. Namazı və başqa ibadətləri öyrətməyin çox böyük savabı vardır. Savabın nə qədər olmasına gəlincə, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) bu haqda buyurmuşdur: "Xeyirin yolunu göstərən ona əməl edən şəxs kimi savab qazanır". (Muslim, 1893).
Və aleykum Salam. Bu cavabları oxuyun:
Axirətə iman gətirməyənləri necə inandıra bilərsiniz?
Cənnət və Cəhənnəm həqiqətən varmı?
Aleykum salam. Bir il öncə etdiyiniz günahlara görə iki rükət namaz qılıb səcdədə Allahdan bağışlanma diləyə bilərsiniz. Həmçinin bu linkləri oxuya bilərsiniz:
Tövbə namazı necə qılınır?
Aleykum salam. Qiyamətin kiçik və ya böyük əlamətləri arasında ayın qan rənginə boyanacağı ilə bağlı heç bir məlumat verilmir. Daha ətraflı bu cavabı oxuyun:"Havanın pisləşməsi Qiyamətin gəlməsindən xəbər verə bilərmi?"
Aleykum salam. Dəccal ilə bağlı bu məqalələri oxuya bilərsiniz:
"Dəccalın fitnəsi"
"Dəccaldan qorunmağın yolları"
Aleykum salam. Hər iki əlin barmaqları ilə zikr etmək olar. Sübh namazınn vaxtı cədvəldə göstərildiyi vaxtda bitir. Havanın işıqlanması hələ günəşin doğması demək deyildir. Günəş üfüqdən çıxmağa yaxınlaşdıqda hava işıqlanmağa başlayır.
Aleykum salam. Quran ayələrinin dəqiq sayı ilə bağlı qiraət və təfsir alimləri arasında fərqli fikirlər vardır.
Aleykum salam. əl-İxlas surəsi:
Bismilləəhi-r-rah'məənir-rahiim.
Aleykum salam. Yaxşı olar ki, qadına namazı qadın öyrətsin. Qadının naməhrəmlə birlikdə namaz qılması düzgün deyildir.
Aleykum salam. Alalh Təala buyurur: "Rəbbiniz dedi: "Mənə dua edin, Mən də sizə cavab verim". (Ğafir, 60).
Aleykuma salam. Sübh namazı iki rükət sünnət və iki rükət fərz qılınır.
Aleykum salam. Bu saytda sualları cavablandıran şəxslər ilahiyyat elmləri üzrə bir qrup mütəxəssislərdir. Fikrimizcə, onların bir-bir adlarını qeyd etməyə heç bir lüzum yoxdur.
Aleykum salam. Hər namazdan sonra zikr etməyiniz yaxşıdır, amma təsbeh çəkməyə ehtiyac yoxdur. Çünki Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) zikrləri təsbehlə deyil, barmaqları ilə sayardı.
Və aleykum Salam. Bunun sizə heç bir günahı yoxdur. Çünki bu bilərəkdən baş verməmişdir. Uca Allah buyurur: "Səhvən (bilmədən, qəsdisiz) etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var).
Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) sayla olan zikrləri yüzdən artıq zikr etməmişdir. Səhih hədislərə əsasən yüzdən artıq sayda zikrlər mövcüd deyildir.
Aleykum salam. İnsanın Axirəti xatırlaması və əməllərinə nəzarət etməsi yaxşı bir haldır. Lakin bu insan üçün sarsıntı, təlaş, həyəcan gətirməməlidir. Qaranlıq düşəndə isə qorxu, həyəcan keçirmək şeytandan və şeytanın insana təsir etməsindən irəli gəlir.
Aleykum salam. Pirləri ziyarət edib Allahla yanaşı başqalarına yalvararaq yardım diləmək, pirə nəzir deyib vermək, pirin başına dolanmaq, pənah aparmaq, pirə qurban kəsmək ibadətdə Allaha şərik qoşmaq sayılır.
Aleykum salam. Bilmək lazımdır ki, riyakarlıq hiss yox, əməldir. Allah Təala Öz mübarək kitabında riyakarlıq edənlər haqda belə demişdir: "Ey iman gətirənlər!
Aleykum salam. Pis yuxu şeytandandır. Şeytan sizi namazdan yayındırır, sonra sizə yuxuda murdar şeylər göstərir və bunu namazla əlaqələndirmək istəyir ki, sizdə dinə qarşı və özünüzə qarşı pis zənn yaratsın. Çalışın ki, namazı buraxmayasınız.
Aleykum salam. Əgər hər hansı bir iş üçün çalışırıq və o iş alınmırsa, bilmək lazımdır ki, bu, Allahın bizə təqdir etdiyi qədərdir və bunda bizim üçün xeyir vardır. Ona görə də Uca Allahdan xeyirli ailə, övlad, mal-dövlət istəmək lazımdır.
Aleykum salam.
Aleykum salam. Səfər saat və ya məsafə ilə ölçülmür. Camaat arasında səfər kimi qəbul olunan məsafə getdikdə, səfərə getmiş sayılırsınız. Məsələn, Bakıdan Sumqayıta getdikdə, səfərdə olduğumuzu demirik. Amma Bakıdan Qubaya gedəndə, camaat bunu səfər hesab edir.
Aleykum salam. İnşallah buna görə sizə heç bir günah yazılmaz. Çünki bu qəsdən edilməmişdir. Allah Təala buyurur: "...Səhvən etdiyiniz əməllərə görə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir".
Aleykum salam. Soyuqdəymə qorxusu ilə qüsldan və qüsla görə də cinsi əlaqədən çəkinmək lazım deyildir. Əgər qüsl almaq yoldaşınızın sağlamlığına zərər verirsə, təyəmmüm ala bilər. Xəstəliyin təhlükəsi sovuşduqda isə yenə qüsl ala bilər.
Aleykum salam. Ən düzgün namazı Qurana və Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) səhih hədislərinə əsaslanan əqidə sahibləri qılır.
Aleykum salam. Qeybətə qulaq asmaq günahdır. Qeybət olunan yeri tərk etməlisiniz və ya qeybətin qarşısını almalısınız. Əks halda o günahdan sizə də pay düşər.
Aleykum salam. Bəli, hicab bağlamalıdır. Qadın istər həccə getsin, istərsə də getməsin, hicab bağlamalıdır.
Aleykum salam. Əlbəttə, namaz düzgündür. Bu məsələnin kirayə və ya daimi öz evinizin olmasına heç bir aidiyyatı yoxdur.
Aleykum salam. İnsan doğulanda onun fitrəti (təbiəti, yaradılışı) islam dini üzərində olur. Sonradan valideyinləri onu ya xristian, yəhudi, ya da atəşpərəst edirlər.
Aleykum salam. Əvvəlcə qeyd edək ki, aşağıdakı səbəblərə görə cahil toyuna getmək qadağandır: