Aleykum salam. Müsəlman qadının sırf qara rəngdə paltar geyinməsi vacib deyildir. Əsas şərt odur ki, geyindiyi libas dar, şəffaf, cəlbedici olmasın.
Aleykum salam. İslam şəriətinə görə evlənmək məqsədi ilə qadının məhrəminin iştirakı olmadan onunla görüşmək qadağandır.
Aleykuma salam. Yeməyin dadına baxmaq orucu pozmur dedikdə, yəni, yemək bişirən insanın yeməyin dadına baxıb ağzında olanları qaytarmaq şərti ilə batil etməməsi nəzərdə tutulur. Yoxsa, hər bir kəsin yeməyin dadına baxması nəzərdə tutulmur.
Aleykum salam. Məsciddə yas mərasimləri vermək olmaz. Çünki məscidlər Allaha ibadət etmək üçün inşa edilir. Şəriətimizə görə heyzli (aybaşı olan) qadına məscidə getmək olmaz.
Aleykum salam. Çoxlu dualar etmək lazımdır ki, Allah Təala bizi Ramazan ayına çatdırsın. Bundan əlavə həftənin 1-ci və 4-cü günləri oruc tutmaq və gecə namazlarına qalxmaq yaxşıdır.
Aleykum salam. Duanın qəbul olma vaxtı və yeri haqqında bunları qeyd edə bilərik:
Aleykum salam. Azan verildiyi zaman hər hansı bir təbiət hadisəsinin baş verməsi haqda heç bir səhih məlumat yoxdur. Bilmək lazımdır ki, təbiət hadisələrini insanın həyatı və ya dini məsələlərlə əlaqələndirmək olmaz. Bu insanın azmasınna gətirib çıxara bilər.
Aleykum salam. Siz səbir edin, çünki siz doğru yoldasınız. Siz Uca Allahın buyurduğunu yerinə yetirmək - həm hicab bağlamaq, həm də təhsil almaq istəyirsiniz. Bu ikisi də çox savab əməllərdir. Siz təşvişə düşməyin və narahat olmayın.
Aleykum salam. Cinlərin mövcud olması həqiqətdir. Cinlərin mömini də olur, kafiri də. Şeytan insanları doğru yoldan azdırana deyilir. Şeytan insanlardan da olur, cinlərdən də. Sizin gördüyünüz məxluq çox güman ki, cindir.
Aleykum salam.
1) Bəli, həmin paltarlarınızı geyinə bilərsiniz.
2) Hər bir fərz namazı üçün azan verməyiniz yaxşıdır. Azan yalnız fərz namazları üçün verilir. Gecə namazı və digər sünnət namazları üçün nə azan, nə də iqamə verilməz.
Aleykum salam. Haram məclislərə getmək və orada oynamaq günahdır. Nikah və müsəlman toyu haqda məlumat almaq üçün bunları oxuyun:
Nikah bağlamağın qaydaları
Aleykum salam. İnsanlarla münasibətdə xoşagəlməz hallar çox olur. Buna baxmayaraq hər bir insan, xüsusilə də müsəlman insanlarla münasibətlərini həmişə qaydaya salmağa çalışmalıdır. Bu o demək deyildir ki, insan daima haqsızlığa səbir etməli və pis münasibətə göz yummalıdır.
Aleykum salam. Bəzi insanlar niyyəti nəzir deməklə qarışdırırlar. Bir işə niyyət etmək onu etmək qərarına gəlmək deməkdir. Nəzir demək isə vəd verməkdir. Siz axşamdan oruc tutmağa niyyət edib səhəri oruc tuta bilmədikdə buna görə sizə günah yazılmır.
Aleykum salam. Sizin qeyd etdiyiniz şəkildə qıldığınız namaz camaat namazından hesab olunur. Camaat namazı haqqında bu linkləri də oxuya bilərsiniz:
Camaat namazı necə qılınır?
Aleykum salam. Salavat sözünün mənası xüsusi rəhmətdir. Salavat yalnız və yalnız Peyğəmbərə göndərilir.
Aleykum salam. Bunun çarəsi evlənməkdir. Əgər evlənmək imkanı yoxdursa, əlacı oruc tutmaqdır. İbn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə demişdir: "Ey cavanlar, kim evlənə bilirsə, evlənsin.
Aleykum salam. Allahın dostları möminlər, Onun düşmənləri isə kafirlərdir. Uca Allah buyurur: "Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır (şeytanlar), onları nurdan zülmətə salarlar.
Aleykum salam. Əgər namazın sözləri yadınızda qalmırsa, onu bir kağıza çap edib bir müddət, öyrənənə qədər üzündən oxuyaraq namaz qıla bilərsiniz.
Aleykum salam. Cavabı buradan oxuyun: Cənnət və Cəhənnəm həqiqətən varmı?
Aleykum salam. Söyüş söymək, dava-dalaş salmaq günahdır. Bunun axırı həm bu dünyada, həm də axirətdə pis nəticələnə bilər. Bunların hamısı şeytan əməlindəndir. Görürsən ki, söyüş söyməyə görə insanlar bir-birilərini öldürür.
Aleykum salam. Təmiz olan hər bir yerdə namaz qılıb Allaha səcdə edə bilərsiniz. İstər evdə, həyətdə, istərsə də digər yerlərdə. Yetər ki, səcdə edəcəyiniz yer şəriətin murdar hesab etdiyi şeylərdən pak olsun.
Aleykum salam. Ən düzgün tərcümə budur: "İnsan elə düşünür ki, Biz onun sümüklərini yığa bilməyəcəyik. Mütləq yığacağıq! Biz onun barmaq uclarını bərpa etməyə qadirik". (əl Qiyəmə, 3-4).
Aleykum salam. İman itaətlə artır və asiliklə azalır. Yəni yaxşı əməllər imanın artmasına səbəbdir. Günahlar isə imanın azalmasına səbəb olur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Paltar köhnəldiyi kimi, iman da köhnələr.
Aleykum salam. Sualda dəqiq nəyi nəzərdə tutmağınız aydın deyildir. Ona görə də xahiş olunur ki, yenidən tam, dədiq və izahlı şəkildə yazasınız.
Aleykum salam. Bizə məlumdur ki, bütün peyğəmbərlər (Allahın onlara salamı olsun) namaz qılıb oruc tutublar. Lakin Muhəmməd peyğəmbərdən (sallallahu aleyhi və səlləm) əvvəlki peyğəmbərlərin (Allahın onlara salamı olsun) dəqiq necə namaz qılmaları barədə məlumat yoxdur.
Aleykum salam. Oruc tutmağın qaydalarını bilmək üçün bu məqaləni oxuyun:
"Ramazan orucu"
Aleykum salam. Oxşar xətlər tam başqa, amma xaçın özü tam başqa şeydir. Əgər dəqiq bilsəniz ki, o şəkil xaç şəklidir, onu geyinməyin. Yox, əgər sadəcə xətlər xaça oxşayırsa, geyinə bilərisniz.
Aleykum salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Camaatla qılınan namaz tək qılınan namazdan iyirmi yeddi dərəcə daha fəzilətlidir". (Muslim, 1509).
Və aleykum Salam. Xalqımız tale, qismət deyərkən Allahın qədərini nəzərdə tutur. Qədərə iman imanın altı əsasından biri hesab olunur.
Aleykum salam. Namazda imam dayanmaq, yəni namaza rəhbərlik etmək üçün əvvəla kimin daha çox Qurandan surə əzbər bildiyinə baxmaq lazımdır. İçərinizdən kim daha çox surə bilirsə, onun dayanması daha yaxşıdır. Niyyəti dillə demək lazım deyildir.
Aleykum salam. Əgər başqa imam tapmasanız, bu zaman dayana bilərsiniz.
Aleykum salam. Namazları qəzaya saxlamağa gərək yoxdur. Bacardığınız şəkildə namazlarınızı qılmağa davam edin. Allah Təala buyurur: "...Allahdan bacardığınız qədər qorxun...". (ət Təğabun, 16).
Allah köməyiniz olsun!
Aleykum salam. Daha yaxşıdır ki, ayaqlar bir-birinə dəysin.
Və aleykum Salam. Dinimizə görə ittiham edən tərəf sübut gətirməli, ittiham olunan tərəf isə (yəni, siz) and içməlidir. İslama görə Allahdan başqasına and içmək qadağandır, Qurana isə yalnız Uca Allahın kəlamı kimi and içmək olar. Amma əl basaraq and içmək düzgün sayılmır.
Aleykum salam. Daha yaxşı olar ki, belə dua edəsiniz "Allahım, əgər bu mənim üçün xeyirdirsə, bunu mənə nəsib et!"
Aleykum salam. Uşağı salmaq günahdır. Əgər hamiləlik qadının sağlamlığına zərər verərsə, yalnız bu zaman salmağa icazə verilir. Digər heç bir halda buna icazə yoxdur.
Aleykum salam. Əgər buna zərurət yaranarsa, kişi həkim qadını müayinə edə bilər. Etibarlı, təcrübəli qadın həkim olduğu halda kişi həkimin yanına getmək olmaz.
Aleykum salam. Söylədiyiniz ayənin daha dəqiq tərcüməsi belədir: "Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək libas və bəzək-düzək nazil etdik. Təqva libası isə daha xeyirlidir. Bu, Allahın dəlillərindəndir.
Aleykum salam. Namaz qılan və digər yaxşı əməllər edən həm mömin, həm də müsəlman sayılır.
Aleykum salam. Cümə günü çox mübarək bir gündür. Allah Elçisi (salləllahu aleyhi və səlləm demişdir: "Allah dərgahında ən fəzilətli gün Cümə günüdür". (Hədis səhihdir).
Aleykum salam. Əgər əlləriniz quruyarsa, yenidən isladıb məsh çəkə bilərsiniz.
Aleykum salam. Söylədiyiniz ayə əl-Fəth surəsində keçir. Uca Allah buyurur: "Muhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən.
Aleykum salam. Namazda əl-Fatihə surəsindən sonra əzbər bildiyiniz istənilən surəni oxuya bilərsiniz. Şəriətə görə namazda əl-Fatihədən sonra konkret hansısa surə təyin olunmamışdır. Əgər yalnız bir surə bilirsinizsə, bu surəni daim oxuya bilərsiniz.
Aleykum salam. Sırf cümə günü oruc tutmaq olmaz. Lakin cümə günündən qabaq tutmağa başlamısınızsa, onda cümə gününü də oruc tuta bilərsiniz. Bu nafilə oruclara aiddir. Ramazan orucunda isə cümə günləri də tutulur.
Aleykum salam. Topaz və ya hər hansı bir lotoreya növü qumardan sayılır. İslama görə isə qumar oynamaq böyük günahdır. Həyat yoldaşınızın bu haram oyun vasitəsilə qazanc əldə etməsinə görə inşallah siz heç bir günah qazanmırsınız.
Aleykum salam. Əgər qadın uşağı dünyaya gətirə bilməzsə və onun sağlamlığı üçün təhlükə yaranarsa, abort etməyə icazə verilir. Digər hallarda isə abort etmək günahdır.
Aleykum salam. Sualınızla bağlı daha ətraflı cavabı buradan oxuyun: Yuxuda rəhmətə getmiş insanı görmək nə mənaya gəlir?