19-01-2019 Kamale
Salam alekum. Biz kebin kestirmek isteyirik, şahidsiz olar ?
Cavab:
Və aleykum Salam. Kəbində qadının vəlisinin (himayədarı) və iki ədalətli şahidin olması zəruridir. Bunlar olmadan bağlanan nikah batildir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Himayədar və iki ədalətli şahid olmadan bağlanan nikah düzgün deyildir".
ardını oxu
19-01-2019
Salam. Cinsiyyet orqanindan gelen rengsiz maye alt paltarina deyerse deyismek lazimdir?
Cavab:
Və aleykum Salam. Cinsiyyət orqanından çıxan şəffaf maye məzi adlanır və o, murdar hesab olunur. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) cinsiyyət üzvünün bu mayedən yuyulub təmizlənməsini əmr etmişdir.
ardını oxu
19-01-2019 Ç
Salam.Allah sizden razi olsun.suallarim var.1.evdar qadin namazi hansi hallarda bir az gec qila biler.?vaxtindan bir az gec.birde qadin hansi hallarda namazi qildigi vaxt yarida qoya biler?2.men esitdimisem ki Allah yalniz etirde israfa icaze verir.bu ne qeder duzdu.3.namehremlerin yaninda etir vurm
Cavab:
Və aleykum Salam.
ardını oxu
19-01-2019
Salam.Gelecek heyat yoldawimin ikinci xaniminin olmasin istemirem.Bunun ucun kebnde nese demeliyem?kebini hazir formada getirib imza atacagiq sadece.Men bu sozu harda deyim Indi?
Cavab:
Və aleykum Salam. Qeyd etdiyiniz məsələ üçün xüsusi bir ifadə və yaxud kəbin kağızında müəyyən bir bənd olmur. Sadəcə nikah bağlanmadan öncə evlədiyiniz kişinin qarşısına gələcəkdə ikinci zövcə almayacağına dair şərt qoyub əhd bağlaya bilərsiniz.
ardını oxu
07-01-2019 Cabir
Salam aleykum.1)esr namazından evvel və ya sonra hansı nafilə namazın qılmaq olar ?2)qadın erine demeden mehrem biri ilə çölə çıxa bilər?yeni harasa gede bilər?
Cavab:
Və aleykum Salam.
ardını oxu
07-01-2019 Aylin Mehbalayeba 33 yaş
Salam aleykum. Ərin haqsızlıqlarına, nöqsanlarına dözən qadına mükafat varmı?
Cavab:
Və aleykum Salam. Xanıma haqsızlıq edən kişi zövcəsinin haqqına girərək günah qazanır, həm də Uca Allahın əmrinə qarşı çıxmışdır. Uca Allah buyurur: "...Onlarla xoş rəftar edin.
ardını oxu
07-01-2019 Islam Asiqi.13.12.2018
Salam aleykum. 1)Videorejissor, rejissor,kino,klip cekmek,cekilmek günahdir? 2)Siz deyirsiz ki,musiqi oxumaq,musiqi aletleri ile mesgul olmaq,mügenni olmaq,musiqiye qulaq asmaq,reqs etmek, toya getmek,günahdir?
Cavab:

Və aleykum Salam. Allahın qadağan etdiyi şeyləri (məsələn, küfr və ya Allaha şərik qoşulması, zinanın - ailədən kənar münasibətlərin təbliği, açıq-saçıqlıq, kriminal, içki, yalan, dedi-qodu və s.) çəkib göstərməyəcəyiniz təqdirdə rejissor, operator işləməkdə bir qəbahət yoxdur.

ardını oxu
07-01-2019 NGR
Duxan suresininin oxunuşunu yaza bilersiz?tercümesi yox oxunuşu
Cavab:
əd-Duxan surəsinin transkripsiyası
Əuzu billəhi minəş-şeytanir-racim
Bismilləhir-Rahmənir-Rahim

1. Ha Miim

ardını oxu
07-01-2019 sevinc
emi ogluyla evlenmek günahdır?
Cavab:
Salam aleykum. Bəli, bunun üçün heç bir qadağa yoxdur. Həmçinin oxuyun:
Kimlərin yanında hicabı açmaq olar? (Məhrəm və naməhrəm kimlərdir?)
ardını oxu
07-01-2019
salam elykum mende evvel fikirimden gic gic fikirler kecirdi.Bilmirem vesvesedi nedi deyirdiki yere tupur pillekenleri tez cixanda ugur qazanacaqsan men fikrimden atmaq isteyirem olmur indi Wukur Allahima nas felak suresini oyrendim oxuyuram yatanda.Sadece bilmek isteyirem niye bele olurdu Tewekkur
Cavab:
Və aleykum Salam. İnsanın özündən asılı olmayaraq beyninə gələn fikirlər heç biri günah sayılmır.
ardını oxu
07-01-2019 ......
salam aleykum rehmetullah eseblesdikde ve ya dava olduqda zikir sureler demey olarmi.men esidimisdimki dava olduqda sureler demek lazmdi bu duzdumu
Cavab:
Və aleykum Salam. Qəzəblənərkən səhih hədislərdə buyurulduğu kimi "əuzu billəhi minəş-şeytanir-ra­cim" deyərək lənətlənmiş şeytandan Allaha sığınmaq lazımdır. (əl-Buxari, 7/99; Muslim, 4/2015). Bundan əlavə su içmək, dəstəmaz almaq, oturmaq və s. əməllər də bildirilmişdir. Daha ətraflı:
ardını oxu
07-01-2019
Bir ana cavan yawda yoldawini itirib .ve ayle qurmayib bir oqlu var .wehvet hisslerin nece qarwilamalidir.
Cavab:

Salam aleykum. Ərini itirmiş dul qadın ona evlilik təklif edən başqa bir kişiyə ərə gedə bilər, həmçinin xoşu gələn kişiyə özü evlilik təklif edə bilər və ya ona xəbər göndərə bilər.

ardını oxu
07-01-2019 Asif
Bir sualım var Ölüm haqqında: Qəzalarda müharibələrdə ,faciəli surətdə dünyasını dəyişən günahsız məsum az yaşlı uşaqların yəni günahsız insanların və buna oxşar ölümlərin səbəbləri Dinimizdə necə izah edilir. Bu ölümlərin axirətləri və günahlarına aidiyyatı varmı varsa izahat edin zəhmət
Cavab:

Salam aleykum. Əvvəlcə unutmayaq ki, dünyasını dəyişmiş azyaşlı uşaqlar cənnətlikdir. Daha ətraflı: Ölmüş körpə üçün ağlamaq

ardını oxu
03-01-2019 A
Salam eleykum,4sualım var zəhmət olmasa cavablandırardız.1)namazda səcdədə çaşaraq rükudaki kimi sübhane rabial azim desək namaz düzgün sayılarmı? Yoxsa səhv səcdəsi etmek lazımdır?
Cavab:
ardını oxu
03-01-2019 ZEHRA
Valideynlerin ateist olduqu bir evde qalmaq olarmi? Onların defni zamani islam qaydalarina emel olunsa gunah olarmi??
Cavab:
Salam aleykum. Əgər insanın haqq yoldan azmasına rəvac verəcək bir hal və ya dini üçün digər bu kimi təhlükələr olmayacaqsa, qeyri müsəlman valideynlərlə birlikdə yaşamağa bir qadağa yoxdur.
ardını oxu
02-01-2019 Kamran
Salam aleykum necesiz?
Cavab:
Və aleykum Salam. Əlhəmdulilləh, sizi təbrik edərək Allahdan xeyirli əməllərinizi qəbul etməsini diləyirik.
ardını oxu
02-01-2019 Jaja
Salam. Men bilmek isterdim. Biri dunyasin deyisende. Molla deyirki haqqinizi halal edin. Bizde halal edirik. Ama hemin insan artiq ölub. Halal etdiyimiz ona sayilir ? Ve birdeki men valideynime haqqini halal et deyende o pis basa dusur. Deyir hele ölmemisem. Yeniki halalliq almaq cetindi mene.
Cavab:

Və aleykum Salam.

ardını oxu
28-12-2018
Essalamu aleykum hamile qadin en cox hansi zikirleri, dualari ve sureleri oxumagi yaxsi olar ?
Cavab:
Və aleykum Salam. Dinimizdə hamilə qadının oxuması üçün hər hansısa xüsusi zikrlər və dualar yoxdur. Ümumən səhih hədislərdə gələn duaları, zikrləri və Qurandan istənilən surəni oxuya bilər. Həmçinin oxuyun:
ardını oxu
28-12-2018
Salam.Bir defe deyilib heftede bir gun oruc tutacaqam ALLAH xatir. Her hefte bir gun oruc tutulur.Oruc tutmamisdan qabaq yene niyyet etmelisen? Etmelisense nece.
Cavab:

Və aleykum Salam. Bəli, hər dəfə oruc tutmamışdan əvvəl ayrıca niyyətin olması vacibdir. Niyyət isə qəlbən olmalıdır, dil ilə tələffüz etmək bidətdir (dində yeninlikdir).

ardını oxu
28-12-2018 Irade
Salam qadin namaz qilarsa kebinli olmagi vacibmidir
Cavab:
Və aleykum Salam. Namaz qılmaq ağlı başında olan və həddiü-büluğa çatan hər kəsə vacibdir, kəbinin olub-olmasının namaza təsiri yoxdur. Daha ətraflı: Namazı batil edən hallar
ardını oxu
28-12-2018 qul
salam meni birinci sinifde oxuyanda atamin emisi nevesi Usaq ola ola mene cinsi elaqe edirdi hele aglim kesmirdi Meni ele ele 19 yasima kimi ele etdi men hec kese deye bilmedim Duzdu kimlese cinsi elaqede olmuram Onla 7ci sinifden sonra cinsi elaqeye girdim O da usaq vaxtdan meni ele seye alet etd
Cavab:
Və aleykum Salam. Qeyd etdiyiniz əməl böyük günahlardandır və Lut qövmünün əməllərindədir. Lut qövmünün əməlini edən də böyük günah qazanır və Allahın lənətinə düçar olur.
ardını oxu
28-12-2018 ALLAH BENDESİ
salam.Men qaynanam haqqda danisdim birine baldizim esidib.Meni yoldasimdan ayirdi.Yoldasimda o ne dedi ele eddi.Yeni menden ayrildi.Bunun Gunahi nedir?Bu gunahdan yoldasimada pay dusurm.Oldasim meni remi bosamir amma evimede qoyçur.Men oglumla ataç gikde qaliram ve oglumu yoldasiça gosdermirem Cunk
Cavab:

Və aleykum Salam. Əgər qadının heç bir ciddi nöqsanı, qəbahəti olmadan kişi onu boşayırsa, bu, qadına qarşı zülm etmək, haqsızlıqdır. Həmçinin bir ailənin dağılmasına səbəb olmaq da qul haqqı kimi günahlardan sayılır.

ardını oxu
26-12-2018
Salam Alekum dəyərli qardashlar.Sizə bir neçə sualim olacaq.Haqqinizi halal edin. 2.Yas vermək haramdir.Rəhmətə gedənin evinə o qədər adami necə yer bə yer edəsən?3.Xəstəliyə görə halal yemekleri özünə haram etmek olar? 4.Ölkənin konstitusiya qanunlarini pozmaq gunahdi? 5.O vaxti cin ile ve ya su
Cavab:
Və aleykum Salam.
ardını oxu
20-12-2018 Əli
“İnsanların hamısı mütləq cəhənnəm odunda yanacaqmı?” Salam əleykum. Bu saytı açdığıvıza görə təşəkkür edirəm. Quranda yazır ki günahsız insan yoxdu. Əgər günahsız insan yoxdusa onda belə çıxır ki hamı mütləq cəhənnəmdə yanacaqmı?
Cavab:
Salam aleykum. Quran ayələrinə və səhih hədislərə görə kafirlər (Allahı inkar edənlər), müşriklər (Allaha şərik qoşanlar) və münafiqlərdən (özünü müsəlman kimi göstərib, əslində iman gətirməyənlər) başqa Cəhənnəmdə heç bir günahkar bəndə əbədi qalmayacaq.
ardını oxu
20-12-2018
Salam men namaz qllram tercumesi azerice olan quranl oxuyuram isletdiyim gunaha gorede Allahdan baqwlanmaqlml isdemwemyrem ve tovbe etmiwem.ikinci'yenede bezen azda olsa gunahlarlm olur Insanlar meni bawaduwmeyende sebrsizem.ama namazlmdan el cekmemwem.men cennete gire bileceyemmi?
Cavab:

Və aleykum Salam.

ardını oxu
18-12-2018 Konul
salam aleykum namazda amin sozu deyirik bunu her ruketde demek lazimdi yoxsa birinci ruketde? ve sesli deyilmelidi yoxsa sessiz? birdeki sunnet namazlarinda rukuda ve secdede başımızı qoyub cox qalib bawqa zikirlerde elemek olar?
Cavab:

Və aleykum Salam. 

Bəli, namazda hər rükətdə Fatihədən sonra "əmin" demək lazımdır. Səsli namazlarda qısa və yavaş səslə, səssiz namazlarda da səssiz şəkildə "əmin" deyilir. Daha ətraflı:

Namazda "Əmin" demək

ardını oxu
18-12-2018 Zmd
Salam aleykum.Bizi maariflendirdiyiniz üçün Allah sizden razı olsun).mənim nir neşə sualım olacaq.1 inşaAllah düzdür yoxsa inşəAllah?.2 Hicablı qadına ziyynət əşyası haramdırmı (qızıl..?).3 Bu dünyada bağışlamadıqlarımız ebedi dünyada bizi Sırat körpüsünde gözleyecekmi?
Cavab:
Və aleykum Salam.
1. Bu cavabları oxuyun:
"İn şə Allah" sözünü birlikdə yazmaq doğrudurmu?
ardını oxu
18-12-2018
Salam.Sualim ayaga meshle baglidir.Meshi topuqlara qeder cekmek lazimdir.Ama men eziyyetde,olruam.Cox diqqetliyem.Etrafdaki insanlar mesh cekir ama menim qeder fikir vermirler.topuq deyende,ayagla qici ayiran xetti anlayiram.Yeni bu xettin önemi coxdumu xetden yuxari ve ya asagi olsa problemdimi?
Cavab:

Və aleykum Salam. Dəstəmaz aldıqda ayaqları yumaq vacibdir. Uca Allah buyurur: "Ey iman gətirənlər!

ardını oxu
17-12-2018 s
Bele bir gun varki o ilde bir defe olur ve o gunu qeza namazlarivi bagislanan gundu o hansi gun olur ve hansi ayda?
Cavab:

Və aleykum Salam. Xeyr, belə bir gün yoxdur və dinimizdə də belə bir şey buyurulmayıb. Namazları vaxtında qılmaq lazımdır.

Daha ətraflı: Namaz qılmayan Cənnətə girə bilərmi? 

ardını oxu
17-12-2018 momin qadin
Es selamu aleyku ve rehmetullahi ve bereketuhu. Men valideynlerimin raziligi olmadan qosulub qacmisam 10 il bundan qabaq. toyumuz oldu amma menim terefimden hec kes toyda istirak etmedi. o vaxti bilmirirdim ki bu gunahdir. indi Allahdan bagiülanma dileyirem ve tovbe edirem.
Cavab:
Və aleykumus-Sələm və rahmətullahi və bərakətuhu. Uca Allah hər şeyi bilir. O hər bir şeyin qədərini öz dərgahındakı kitabda - "Lövhi-Məhfuz"da yazmışdır. Bununla yanaşı insana iradə və seçim azadlığı vermişdir.
ardını oxu
17-12-2018
salam sizin burda yazdığınız siğə barədə məlumatlar çox yalnışdı gözləl dimizi İslamda heç kəs öz ağlına nəzərən fətva verə bilməz o ki, qaldı Xeybər döyüşündə siğənin haram olmasına o da həmin döyüş ərəfəsində ola bilər lakin ondan sora siğənin hala olaması barədə səhin buxaridə bir çox hədislər va
Cavab:
Və aleykum Salam. Siğə müəyyən məbləğ müqabilində müvəqqəti bağlanan nigahdır. Müvəqqəti nikaha əvvəllər icazə verilsə də sonradan qadağan edilmişdir.
ardını oxu
15-12-2018 Ramin
Allahin salami olsun her kese.Saytda Qurana and icmek olar kimi sozler gordum.Sizce bu dogrudurmu? Bəs Quran-i Kerimde yazilib ki ALlahdan qeyrisine and icmeyin http://zikr.az/node/2049
Cavab:
Salam aleykum. Quran Allahın kəlamıdır, Allahın kəlamı isə yaradılmış deyildir.
ardını oxu
15-12-2018 mazlumdan
salam.Baldizim evli kisi ile danisirdi özüde evli olduqu halda.Men bunu oyrendim.Menim bildiyimi bilim mene şer aib aileçi dagidi.İndi men baldizimla qaynanama kahar duasini ede bilerdmi?Ya Günahdirmi etmiyim?
Cavab:
Və aleykum Salam. Qiyamət günü hər kəs öz əməllərinə görə cavab verəcək. Çox bəddua etmək yaxş hal olmasa da, bəzi hallarda bunun edilməsi icazəlidir, onları bağışlamaqda və ya sizə haqsızlıq etdikləri üçün onlara bəddua etməkdə ixtiyar sahibisiniz.
ardını oxu
15-12-2018
Bir insan mənim ölməyim üçün qurban deyib. Yəni deyib ki, sən ölən gün qurban kəsəcəm. O qurban qəbul olurmu. Yəni o şəxs qurban deyibsə mənə bir şey olarmı?
Cavab:
Salam aleykum. Həyat və ölüm Allahın əlindədir. Bir müsəlanın ölməsi üçün nəzir qismində qurban demək düzgün deyil və bu şəkildə qurban demək bədduanın bir formasıdır.
ardını oxu
14-12-2018 Cesarət
Salam aleykum Peyğəmbərimiz (s.a və s)özündən sonra kimin xəlifə olması barədə vəsiyyət etmişdimi?
Cavab:

Və aleykum Salam. Peyğəmbərimiz Muhəmməd (salləllahu aleyhi və səlləm) birbaşa vəsiyyət olaraq özündən sonra kiminsə xəlifə olacağı barədə bir söz deməmişdir. Lakin, peyğəmbər (salləllahu aleyhi və səlləm) bəzi əməlləri ilə özündən sonra kimin xəlifə olacağına işarə etmişdir.

ardını oxu
14-12-2018
Ata eve içkili gelerek dava salarsa söyüş söyerse oğulun ataya Allah belanı versin demesi ne derecede düzgündür
Cavab:
Salam aleykum. İçki içmək böyük günahlardandır. Ancaq heç bir halda övladın içki içən valideyninə bəddua etməsi, onunla kobud davranması doğru deyl.
ardını oxu
14-12-2018
Valideyine uzu ag olmag pis davranmag cezasi keffaresi nedir
Cavab:
Salam aleykum. Valideynləri incitmək böyük günahlardandır. Tövbə etmədikcə isə böyük günahlar Cəhənnəm əzabına səbəbdir.
ardını oxu
13-12-2018 Daşdəmir
Əssəlamu Aleykum. 11 yaşlı qardaşım zöhürdən əvvəl sünnət qılmaq niyyətiylə namaza girib və 2-ci rükətdən sonra niyyətini dəyişib zöhr namazına və 4 rükət olmaqla namazı tamamlayıb. Daha sonra isə 2 rükət sünnət qılıb. Zöhür namazını qəza etməlidir yoxsa nə etməlidir?
Cavab:
Və aleykumus-Sələm və rahmətullah və bərakətuhu. Namaz əsnasında niyyəti dəyişərək sünnədən fərzə keçmək olmaz. Kim belə edərsə, namazı batil olar və namazı yenidən qılmalıdır.
ardını oxu
13-12-2018 Azər
Salam əleykum,sizin işlərinizdə ugurlar arzulayıram,sualımı tezliklə cavsblqndirmagınızı xaiş edirəm.38 yaşım var,namaz qılmıram,insallah yaxın vaxtda başlamag arzusundayam,mən Allah haqqında bir kitab,və kəlimə oxuyanda aglamag tutur,xaiş edirəm bunun niyəbelə olmagını izah edərdiz mənə,əvvəlcədən
Cavab:
Və aleykum Salam. Biz də sizi namaza başlamanız münasibətilə təbrik edərək, Uca Allahdan xeyirli əməllərinizi qəbul etməsini, dünyada və axirətdə sizə gözəl nemətlər verməsini diləyirik.
ardını oxu
13-12-2018 Elnur
Salam.Kebin varsa ayri yasayirlarsa kebin pozula biler?Kebin varsa Kisinin icazesi olmadan xanim ikinci defe kebin kesdirib evlene bilermi?
Cavab:

Və aleykum Salam. Evli ər və arvad ayrı yaşadıqda nikah yenə də qüvvədə qalır. Kəbinin pozulması üçün kişi qadını boşamalıdır. Kişi qadını boşamamış qadın başqa kişiyə ərə gedə bilməz. Boşanmış qadın ərə getməzdən əvvəl iddə müddəti (üç dəfə heyz olmaq) gözləməlidir. Daha ətraflı:

ardını oxu
13-12-2018
Salam Allah sizdən razı olsun!salima görə üzr istəyirəm mənim 13yasim olanda bir oğlan mənə toxunurdu mən basa düşmürdüm ne edir və beləce bunu bir mudət etdi sonra başa dusdum izn vermədim bu onun başqa oğlanla pilaniymis nəysə sonra mən onlara qargis etdim soraisə o toxunan oğlani sevdim ğizli Al
Cavab:

Və aleykum Salam. Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) demişdir: "Sizə dinindən və əxlaqından razı qaldığınız birisi (elçi olaraq) gəldiyi zaman qızınızı onunla evləndirin...". (ət-Tirmizi).

ardını oxu
13-12-2018 Aaa
Salam. Eger aile arasi dava olubsa, cox ciddi bir problemler esasinda qadin kebin kaqizin cirib. Ne etmek olar bu hadisede?
Cavab:

Və aleykum Salam. Şəriətə uyğun nikah bağlandıqdan sonra boşanma baş vermədikcə kəbin kağızının itməsi, korlanması, cırılması və s. kəbini qüvvədən salmır. Həmçinin oxuyun:

ardını oxu
13-12-2018 Anonim
Assalam Akeykum qardas peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Dənizin suyu təmiz, ölüsü də halaldır".
Cavab:
Və aleykum Salam. Baxmayaraq ki, tısbağa və suiti həm suda, həm də quruda yaşayır, İslam alimlərinə görə onların ətinin yeyilməsi halaldır. Şəriətimizdə nəyin halal, nəyin haram olması barədə açıq-aydın təfsilatlı şəkildə xəbər verilib.
ardını oxu
13-12-2018
Mən namaz qılmağa başlamaq istəyirəm, lakin yanımda kimsə namaz qılanda əsəbləşirəm,quran oxunmağının səsin eşitdikdə başım ağrıyır.Bu haldan necə xilas olmaq olar?
Cavab:

Və aleykum Salam. Bu hallar şeytanın vəsvəsəsi nəticəsində olur, çünki insan xeyirli əməl etmədikdə şeytan ona bütün üsullarla mane olmağa çalışır.

ardını oxu
13-12-2018
Salam Namazda sonra 33 defe edilen zikirler vacibdirmi muyyen meqamlarda vaxt darliginda demesek namaza tesiri olarmi?
Cavab:
Və aleykum Salam.
ardını oxu
12-12-2018 ay
Saıam men namaz qılıb salam verob qurtardım sinra atam gəldi deye namazı bitirdim sehv nese etmemişem ki?
Cavab:
Və aleykum Salam. Namaz təkbir (Allahu Əkbər) deməklə başlayır, sağ və sol tərəfə salam verməklə də bitir. Salam verdikdən sonra nəyinsə baş verməsi namaza xələl gətirmir. Həmçinin, namaz qıldığınız vaxt kiminsə içəri daxil olmasının namaza təsiri yoxdur.
ardını oxu
12-12-2018 Allahin gunahkar qulu
As Salamu Aleykum Evvela onu demek isteyirem ki,Allah sizden razi olsun cox faydali bir saytiniz var. Menim bir derdim var.Men 4 ildirki haram videolara baxmaqdan eziyyet cekirem.Ne qeder tovbe etsemde qurtula bilmirem bu musibetden(uzaqbasi tovbemi 1-2 hefte tuturam,amma hemise ciddi tovbe edirem
Cavab:

Və aleykum salam. Bu cavablarda yazılanları edin:

Günahdan əl çəkə bilməyib dəfələrlə tövbəmi pozuram, nə edim?

ardını oxu
11-12-2018 ARİF
Əssələmu aleykum vərahmıtullahi və bərakətuhu. İnsanlar arasında belə bir söz var"Çörək qurandan irəli gəlib,çörək müqəddəsdir və s." Bəs dində bunun dəlili varmi?
Cavab:
Və aleykumus Sələm və rahmətullahi və bərakətuhu. Çörəyin Qurandan üstün sayılaraq müqəddəs olması fikri yanlışdır. Çünki, müqəddəslik yalnız Uca Allaha məxsusdur. Qurani-Kərimdə Uca Allahın "əl-Quddus" adı zikr edilir.
ardını oxu
11-12-2018 Bayramova Gunay
Salam aleykum.onceki yazdigim suallari cavablandirdiginiz ucun Allah razi olsun.Allah elminize bereket versin. Yaxin refiqemin anasi tezelikce dunyasini deyisib.Sualim budur ki,olmus insanin esyalarinin hamisinin yuyulmasi vacibdirmi.Ve olunun esyalari evdemi qalsa yaxsidir ya sedeqe olaraq paylanm
Cavab:
Və aleykum Salam. Ölən insanın əşyalarının yuyulması haqda dinimizdə heç nə buyurulmamışdır. Ehtiyac varsa, yuyula bilər. Həmin əşyaları evdə də saxlaya bilərsiniz, ehtiyacı olanlara da sədəqə olaraq verə bilərsiniz.
ardını oxu
11-12-2018 amira
salam aleykum, menim yoldawim 1ci yoldawinda uwagi var ve bezen aramizda soz sohbetler olur deye uwaq istemir, bunun gunahi var? menim ana olmaq haqqimi alir elebil. menim 1ci ailemdi. cox tesir edir mene. men ne edim?
Cavab:
Və aleykum salam. Ailə qurmaqda əsas məqsədlərdən biri övlad sahibi olmaqdır. Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) bizi çoxlu övlad sahibi olmağa təşviq etmişdir: "Çox sevən və çox doğan (doğmaq əzmində olan) qadınlarla evlənin.
ardını oxu

Pages