25-10-2016 men
Salam Aleykum men ele iwde iwleyirdm ki orda namaz qilmaqa icaze vermirler Amma men onlarin xeberi olmadan qiliram birazda sixintilarim olur orda iwi terk etmey isteyirem amma bir terefdende valdeyenlerim iwimi terk etsem onlarin uzune aq olmuw kimi oluram qalmiwam bu sixinti icinde ne meslehet goru
Cavab:

Və aleykum Salam. Uca Allah buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur.

ardını oxu
25-10-2016 Behlul
Salam Aleykum Allah sizden razi olsun ki bu sayti duzub qowmusunuz bizlerde buradan bilmediylerimizi oyrenir elmimizi artiririq Sual1 Men ramazan ayi girenden yeni bawlamiwam namaza ibadet edirem amma bezen ele vesveseler olur ki mende namazlari bowuna qiliram ozume teselli verirem ki bu weytanin ve
Cavab:

Və aleykum Salam. 

ardını oxu
25-10-2016 .
əssəlamu aleykum va rahmətullahi va bərakətuhu. Allah sizləri xeyirlə mükafatlandırsın. əmin 1.evimizlə üzbə üz şirkət var və wifi kodsuzdu. məhlədə hər kəs bundan istifadə edir. məndə istifadə eliyə bilərəm? problem olmaz in şəə Allah?
Cavab:

Və aleykum Salam və rahmətullahi və bərakətu.

ardını oxu
17-10-2016
Her kese salamlar. Meni bir sual duwundurur. Helede butlere stayiw eden xalqlar var. Bes allah niye gore butun duyaya islami qurani tanitmayib. Twk edirem
ardını oxu
17-10-2016
Salammaleykum Allah hamımıza yardımcı olsun Allah duası xeyri bərəkəti üstümüzdən əksik olmasın mənim sizə çox önəmli bir sualım var və neçə vaxt idiki bu vaxtı gözləyirdim ki sizə sual verim.Qadın heyizli ikən tövbə edə bilərmi edə bilərsə necə etməli və təmiz olduğumuz halda namazsız tövbə etmək o
Cavab:

Və aleykum Salam. Heyz halında olmaq tövbənin qəbul olmasına mane olmur. Hər bir peşmançılıq tövbədir. Tövbə namazını qılmamaq isə tövbəni batil etmir. Daha ətraflı:

ardını oxu
17-10-2016
Salam men namazi basqa cür qiliram ama siz deyirsizse peyqenberimizin súnneti bu cúr qılıbsa mende bu cúr qilaram mende eyniyle fatihe ve ixlas surelerini deyirem ama oturusda ve qalxanda ayri ayri sözler ddeyilir bilmek isteyirem qadinda bu cúr qilir yoxsa bu kisilerin namazidi yoxsa qadinda kiside
Cavab:

Və aleykum Salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) qadınlar üçün xüsusi namaz qılma qaydası göstərməmişdir, ona görə də, kişilərlə qadınlar eyni cür namaz qılır. Fərq isə qadının namaz vaxtı hicabda olmasıdır. Həmçinin, qadınların camaat namazında bəzi fərqlər var.

ardını oxu
17-10-2016 Aysun
Salam. Bir sual edecem ademle hevva dunyada ilk insan olub? Ademle hevva ilk insan olubsa, bes onlarin uwaqlari nece coxaliblar? Bu barede xayiw edirem etrafli melumat veresiz. Birde erle arvad cinsi elaqde bir birini cox uzr isteyirem agizla masaj etse gunahdirmi? Twk edirem.
ardını oxu
17-10-2016
Salam Aleykum.mescidi aksa nə deməkdir və haradır
Cavab:

Və aleykum Salam. Məscidul-Əqsa Qüds (Yerusalim) şəhərində yerləşən məsciddir.

ardını oxu
17-10-2016 NurAy
Salam sualim budur ki,menim bibim xestedir.Her yeri agriyir boyreyide.O ya namaz qilir ya qila bilmir.Hem agrilari olur,hem de su iwledende(namazada qusl,destemaz temizlik lazimdir) boyreyleri agriyir.indi ne elesin?gunah sayilirmi?
Cavab:

Və aleykum Salam. Əgər bibiniz su ilə təmizlənəndə xəstəliyi artırsa, dəstəmazı və qüslu təyəmmümlə əvəz edə bilər. Ayaqyolunda isə isti su ilə təmizlənsin. Ayaq üstə namaz qıla bilmirsə, oturaraq namaz qılsın. Daha ətraflı: 

ardını oxu
17-10-2016
Salam.sizə 2 sualım olacaq 1)mən heyiz halında olmamışam amma namaz qılıram.hicab bağlamıram.isterdim bağlayam elebir bir qüvve meni hicab bağlamağa qoymur istiyirem gözümü yumum açım görüm başımda hicab.qorxuram bağlamaqdan.ama naməhrəm baxışlardan özümü çalışıram qoruyam istemirem ki bir oğlan me
Cavab:

Və aleykum Salam.

1. Bu cavabı oxuyun: Namaz qılıram, amma hicab bağlamağa qorxuram

ardını oxu
17-10-2016 Fatime
Salam. Men Quran oxuyuram amma tecvid aglima girmir, bezen sef oxuyub duzeldirem dahada yaxwi oxumaga çaliwiran her quran oxuyanda suallar yaranir beynimde bu herfi gören sef dedim ya dogru dedim ? Deye bele halda menim quran göturmeyim dogrudurmu amma sefleri esla bilerek etmirem olanda.
Cavab:

Və aleykum Salam. Təcvidi bilmədən Quranı oxumaq olar. Əsas məsələ, hərfləri, hərəkələri düzgün tələffüz etməkdir ki, məna dəyişməsin. Şeytan bəzi şübhələrlə insanı xeyirli əməldən yayındırmaq istəyir, halbuki bilmədən edilən səhvlərə görə isə günah yazılmır.

ardını oxu
17-10-2016 Uxti
Salam aleykum va rehmatullahi va barakatuh! Peygember s.a.s.in epilepsiya xestesi oldugu ve epilepsiya xesteliyinin cinli adamlarda oldugu dogrudurmu? Bir de bilmek isteyirdim suallari cavablandiran kimdir, zehmet olmasa, adi yazardiniz. Cezekallahu xayran
Cavab:

Və aleykum Salam. Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) epilepsiya xəstəsi olması şübhəsi cəfəngiyatdan və qeyri-müsəlmanların yaydığı şübhələrdən başqa bir şey deyil.

ardını oxu
17-10-2016
Salam xahiw edirem mene meslehet verin. Men evli bir kiwile goruwurem sevirik bir-birimizi, ozum subay qizam. Ailesile bir yerde yawamir, meni tanimadan evvelde birge yawamirdilar. Gozel iki qiz ovladi var,onlarla munasibetimiz chox gozeldi. Arada deyirem bariwin ailesiz iki qiziniz var ve s.
Cavab:

Və aleykum Salam. Evli və ya subay, naməhrəm kişi ilə görüşmək böyük günahdır, bu görüşlər bəzən sonda aldadılma ilə nəticələnir və bunun ən çox acı nəticələrini qadın çəkir.

ardını oxu
17-10-2016 Ferid
Salam. Spirt qoxusu ve dadi duşmüş sudan içmek ve qüsl üçün istifade etmek olarmi? Nezere alsaq ki bundan başqa istifade üçün su yoxdur.
Cavab:

Və aleykum Salam. Suyun tərkibi dəyişdikdə, təmizləyicilik qabiliyyətini itirsə də içmək üçün yararlı ola bilər. Məsələn, sərinləşdirici içkiləri içmək olar, lakin onlarla dəstəmaz və ya qüsl almaq olmaz. Siz dediyiniz halda isə o suyu içdikdə sizə sərxoşedici təsir göstərmirsə, onu içmək olar.

ardını oxu
15-10-2016 nuranə
Salam.Burda cavablarda görmüşdüm.Bibioğlunun,əmioğlunun cad öpməsi olmaz.Bəs əminin,dayının,qardaşın necə məni öpməsi günahdır?Bəs kimlərlə əl-ələ verib görüşmək olar?Mən öz bibioğlularımı,əmioğlularımı,dayıoğlularımı,xalaoğlularımı heç doğma qardaşımdan ayırmıramda,onları da eyni dərəcədə çox istiy
Cavab:

Və aleykum Salam. Qardaş, dayı, əmi qadın üçün məhrəm sayılır və onlarla əllə görüşmək olar. Bibioğlu, əmioğlu, xalaoğlu və dayıoğlu isə naməhrəmdir, onlarla təklikdə qalmaq və ya əllə görüşmək haramdır. Onlarla məhrəmləriniz olan yerdə söhbət etmək isə qadağan deyil.

ardını oxu
14-10-2016 RH
Salam, ölü insanın ruhuna dua etmək olar ?
Cavab:

Və aleykum Salam. Ölən insanın bağışlanması, qəbr əzabından, Cəhənnəm əzabından qorunması, Cənnətə daxil olması, haqq-hesabının yüngül olması və s. üçün Allaha dua etmək olar.

ardını oxu
14-10-2016
Salam Er arvadi soymesi ve doymesi ama sebebsiz yeri cehennemdir xaiw tez cvb yazin
Cavab:

Və aleykum Salam. Qiyamət günü bütün zülmə məruz qalmış insanlar (məzlumlar) onlara zülm edənlərdən öz haqlarını alacaqlar. Zülm edənin savabı varsa, savablarından götürülərək məzluma veriləcək. Savabı qalmayıbsa, məzlumun günahlarından ona yüklənəcək və o, Cəhənnəmə atılacaq.

ardını oxu
14-10-2016 E
Salamun eleykum.menim bir sualim var. Men dille edilesi duani vereqe yazmisam orada ALLAH in adi var. İndi o vereqi yandirmaq olar?
Cavab:

Və aleykum Salam. Siz o vərəqdə yazılan duanı əzbərlədikdən sonra, o kağızın itib natəmiz yerlərə düşməməsinə görə onu yandırmalısınız.

ardını oxu
14-10-2016 aysel
dedikleriniz asburtdu namaz qil cadudan azad ol deyirsiz allaha bagli insanada cadu olunub ve onu oldurub yalandan camaati qandirmayin teselli verirsiz sadece
Cavab:

Salam aleykum. Cadu insana pislik etmək üçün bir vasitədir. Uca Allah bütün pisliklərə qarşı, həmçinin caduya qarşı da qorunma üsullarını bildirmişdir. Cadunun hər kəsə təsir etdiyini demək, qılıncı olan adamın istədiyi hər kəsi öldürə biləcəyini deməyə oxşayır.

ardını oxu
14-10-2016 Rüfət
Salam, əgər bir müsəlman münafiq, kafir və müşrik deyilsə, namaz qılmırsa və Allahın bir olduğunu qəbul edirsə, Peyğəmbərimizin (s.ə.s) onun rəsulu olduğunu qəbul edirsə, Quranı qəbul edirsə o insan da əbədi cəhənnəmdə qalacaq ?
Cavab:

Və aleykum Salam. Böyük günah sahibi olan müsəlman Cəhənnəmdə cəzasını çəkdikdən sonra Cənnətə daxil olacaq. Amma buna arxayın olaraq namazı tərk etmək kimi böyük günahlar etmək kökündən səhvdir.

ardını oxu
14-10-2016
Salam,hicaba4aydi kecmiwem,indide cixmaq isteyirem,qala bilmirem sixiliram,hec cur oyrewe bilmirem,cixmaq olarmi?
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun:  Hicabı açmaq günahdır?

ardını oxu
11-10-2016
Qadin kisiden ayrilmissa ve eri uzaq olkeye gedib hec cure kebini geri oxutma imkani yoxdursa qadin kebinden azad olmaqcun ne etmelidir?
Cavab:

Salam aleykum. Əgər qadın kişidən qarşılıqlı və hər iki tərəfin razılığı ilə ayrılıbsa, kəbin kağızının heç bir əhəmiyyəti qalmır. Həmin qadın və kişi bir-birindən ayrılmış sayılırlar. Kəbini geri oxutmaq kimi bir şey isə dində yoxdur. 

ardını oxu
10-10-2016 ALLAH QULU
Salam menim erim her gun eve gec gelirdi. zinakarliqla mesgul idi basqa qadinlarin yanina gedirdi. bizde kirada ele olurdu ki 3 gunle gelmirdi ve mene ve ailemin xeclerini odemirdi. her defe bu gecgelmelerden bezib evimize getdim.
Cavab:

Və aleykum Salam. Əgər keçmiş əriniz boşanmaya narazı olsa idi, məhkəmədə buna etiraz edərdi. Siz artıq boşanmış sayılırsınız.

ardını oxu
10-10-2016
Salam Aleykum.qəsdən və yaxud yaddan çıxaraq qılınmayan namazların qəzası qılınırmı?
Cavab:

Və aleykum Salam. Yaddan çıxaraq namaz qəzaya qalırsa, bu namazın kəffarəsi yada düşən kimi qılınmasıdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Kim namaza yatıb qalarsa və ya (namaz qılmağı) unudarsa, yadına düşən kimi qılsın!

ardını oxu
10-10-2016
Salam men bir defe cenabatli halda bilmeden namàZ qildim.qildiqdan sonra yadima duşub ki men qusul vermemisem bilmiyerekdende etsəm bunun kefaresi var birde menim namazda qezalarim coxdu bunu gecikdirmek gunahdi?əgər gunorta ve ya o biri namazlarin vahtindan qabaq qəza namazimi qila bilerem?men siey
Cavab:

Və aleykum Salam.

1. Bilməyərəkdən qüsl olmadan qılınmış namazı qüsl alandan sonra yenidən qılmaq lazımdır.

2. Bu cavabları oxuyun:

Keçmiş illərin qəza namazları qılınmalıdır?

ardını oxu
10-10-2016
Salam aleykum va rahmatullahi va barakatuh. 1. Hədis vardır ki, Quran oxuyarkən hər hərfə on savab vardır. Çətinliklə oxuduqda ikiqat. Burada oxumaq dedikdə nə nəzərdə tutuluR? Kitabdan ərəbcə oxumaq yoxsa əzbərində olan surələri oxumaq? 2. islamda göz dəymə haqqında məlumat varmı?
Cavab:

Və aleykum Salam və rahmətullahi və bərakətu.
1. Bu savab həm üzündən, həm də əzbərdən oxumağa aiddir. Lakin, üzündən oxuduqda əzbərdən deyərkən yol verilən xətalar baş vermir və ya əzbərdə etdiyiniz səhvləri düzəltmək imkanı olur.

ardını oxu
10-10-2016 Resad
Salam Aleykum necesiz sizce copcuye getmek olarmi InseAllah tez bir zamanda cavablandirarsiniz?
Cavab:
Və aleykum Salam. Əgər çöpçü boğazında nə isə qalan insanla təmas edərək, əli ilə boğazı tutaraq üfürürsə, bu xalq təbabətindəndir. Bu kimi çöpçülərin yanına getmək olar. Lakin, heç bir təmas olmadan yalnız azca üfürərək çöp çıxaran çopçülərin yanına getmək məsləhət deyil.
ardını oxu
10-10-2016 .
Salam aleykum ,men namaz qiliram,dua edirem Allaha ne qeder ki gunahlarimi bagislasin.kecmisde menim ucun cox boyuk sehvim olub.namehreme agil qosmusam mende cirkin olmusam,ama indi tovbe edirem,ve cox pesman oldugumu deyirem Allaha..meni millet icinde biyabir etmek isteyirler kecmisdeki sehvim ucun
Cavab:

Və aleykum Salam. Sizbu məsələyə hisslərlə yanaşmayın. Əgər siz səmimi qəlbdən tövbə edirsinizsə, bu günah bağışlanır. Ola bilər ki, ətrafdakı insanlar sizi sıxışdırdığına görə özününüzü belə hiss edirsiniz. Daha ətraflı:

ardını oxu
10-10-2016 muslim
Esselamu aleykum. 1.bizde hamam ve tualet ikiside bir yerdedi.ele olur ki hamama girmek mecburiyetinde qaliram.bu halda destemaz pozulurmu.eger ifrazat cixislarindan bir sey cixmasa adice tualete girib cixmaq destemazi pozurmu? 2.oruclu bir insan sacini ve ya dirnagini yeyerse orucu pozular? 3.mu
Cavab:

Və aleykum Salam.

1. Tualetə sadəcə girib çıxmaq dəstəmazı pozmur. Daha ətraflı: Dəstəmazı pozan amillər

ardını oxu
02-10-2016
Salam Subh namazini gunorta esr Namazi ile qilmaq olar onuda deyimki subhe tek durmaqdan qorxuram onuncun dura bilmirem birde duzdurki Allah uwaqlarin sesini tez ewidir xaiw edirem sualima cvb yazin onceden twt
Cavab:

Və aleykum Salam. Sübh namazını vaxtında qılmaq lazımdır. Siz qorxmayın, çünki Allaha sığınsanız, Allah sizi qoruyar. Namazın sözlərini oxuduqda artıq bu qorxu Allahın izni ilə keçib gedəcək. Gənc vaxtı ibadət etmək savabı ən çox olan əməllərdəndir.

ardını oxu
02-10-2016
Salam1.Robota dində necə baxılır.Yəni o da günahdı?2Heyvanlar namaz qılıb,oruc tuturlar?3Cinlərdə insanlar kimi namaz qılıb,oruc tutub,hicab bağlayırlar?Yəni Allahın buyurduqlarını yerinə yetirirlər?4Əsil azan necə oxunur.Buna aid video paylaşsaydız sevinərdim.5Kürəkən qayınanasına naməhrəm düşür?6Q
Cavab:

Və aleykum Salam.

ardını oxu
02-10-2016
salam. anamla sozle dalasmisam xosa gelmez sekilde sesimi qaldirmisam anama. cox pesimanam ne ede bilerem?
Cavab:

Və aleykum Salam. Ana ilə dalaşmaq və ona səsini qaldırmaq ən böyük günahlardandır, hətta haqlı olsanız da, onunla səbirli davranmaq vacibdir. Uca Allah buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur.

ardını oxu
02-10-2016
Salam. Mən ev işləri ilə əlaqədar namazı azan veriləndən xeyli sonra qılıram.Bu günahdır?
Cavab:

və aleykum salam. Zərurət olduqda vaxtı çıxana qədər namazı gecikdirə bilərsiniz. Amma namazı vaxtında qılmaq savabı ən çox olan əməllərdəndir. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) demişdir: "Əməllərin ən xeyirlisi vaxtında qılınan namazlardır".

ardını oxu
02-10-2016 TOMORROW GLAMOUR.
Bir daha Salam.digər sualım isə odur ki, kişi qısa qol köynəkdə Namaz qılan bilər? Təşəkkürlər. Allah razı olsun.
Cavab:

Salam aleykum. Bu cavabı oxuyun: Mayka ilə namaz qılmaq icazəlidirmi?

ardını oxu
02-10-2016 TOMORROW GLAMOUR.
Salam.Men ALLAHDAN bir günahım görə bağışlanmagimi istəmişəm. Amma o günahı yenidən etmişəm.sizcə ALLAH məndən küsər, və mən bilirəm ki, tövbə etsəm günahlarım bağışlanar.
Cavab:

Və aleykum Salam. Allah küsüb incimək kimi insana məxsus olan sifətlərdən ucadır, nöqsansızdır, pakdır, müqədəssdir. Amma günahlar edən insana Allah qəzəblənə bilər. Ona görə də günahı tərgitməyə çalışın.

ardını oxu
02-10-2016
namaz vaxti ne etmek olmaz
Cavab:

Salam aleykum. Bu cavabı oxuyun: Dəstəmazı və namazı batil edən hallar

ardını oxu
02-10-2016 Nur
Salam aleykum. Xahiş edirem,menim suallarımı etrflı cavablandırın. Kişi haqları haqda meqale linki verib yola vermeyin. Men ölürem artıq qezebden. Nece olur ki,qızı ezabla dünyaya getiren ana ve atanın haqqı o qız üçün barmağını da terpetmeyen kişiden böyük olur?
Cavab:

Və aleykum Salam. Əgər ananız sizin ailə işlərinizə qarışaraq fitnə yaratmırsa, ərinizin sizə ananızla danışmağa qadağa qoymasına heç bir haqqı yoxdur və buna görə günah qazanır.

ardını oxu
02-10-2016
gunah olmayan seye toba etdim indi tobami nece geri goturum
Cavab:

Salam aleykum. Günah olmayan şeyə görə edilən tövbə sayılmır. Ona görə bu məsələdə siz azadsınız və həmin günah olmayan əməli etmək icazəlidir.

ardını oxu
02-10-2016 Nala
Salamu aleykum Nece cure vitr namazi gilmag mumkundur . Yeni sunneye uygundur ? Men sizin sayitnizdan bir novun oyrenmisem elecede edirem . Amma bezi adamlar deyir bir nece novu movcuddur . Mumkunse cavabi hedislerle birlikde gonderin xahis edirem .
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun: Vitr namazı necə qılınır?

ardını oxu
02-10-2016 cobanyastigi
Aleykum salam.Allah cehenneme duwen insani sonradan cennete sala bilermi?
Cavab:

Və aleykum Salam. Müsəlmanlardan günahkar olanlar Cəhənnəmdə cəzalarını çəkdikdən sonra Cənnətə daxil olacaqlar, Buna Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) səhih hədislərindən bir çox dəlillər vardır.

ardını oxu
02-10-2016 Guler
Qaynanam her iwime qariwir.oglunu qisqanir.ama sorada deyirki men sene yacwiyam hec bir iwine qariwmiram.anamida gormek istemir.cunki o biri gelnin dediyine gore anasi bowatfirib.ele fikirlewirki menimde anam ele olar.birdeki erimide doldurur oda mene ne desemde inanmir.anasinin mene qarwi ele olmag
Cavab:
Salam aleykum. Əvvəla, ərinizin və ya qaynananızın sizin ananızla danışmanıza qadağa qoymasına heç bir haqqı yoxdur və buna görə günah qazanır.
ardını oxu
02-10-2016
Menim heyat yoldasin bir defe sehv edib indide tovbe etsede ona inana bilmirem ne edim? Gunahdirmi?
Cavab:

Salam aleykum. Ərinizin səmimi tövbə etməsini yalnız Allah bilir. Sizə düşən isə inanmaqdır, amma inana bilməməyiniz də günah deyil. Hər hansı bir şəxs yalandan və insanların gözündə düzgün olmaq üçün tövbə edərsə, özündən başqa heç kimi aldatmır.

ardını oxu
02-10-2016 sevinc
salam eleykum her vaxtiniz xeyir men namaz qilmaq isteyirem sozlerini bilirem namazin ustunde sehv desem ve estefurla desem allah meni bagisdiyar sual verirem
Cavab:

Və aleykum Salam. Siz namaza başlayın, namaza yeni başlayanın sözlərdə xəta etməsi labüddür. Vaxt keçdikcə Allahın izni ilə namazın sözləri dilinizə yatar. Hətta diliniz öyrəşənə qədər əlinizdə namazın sözləri olan kağızı tutub üzündən oxuyaraq namaz qıla bilərsiniz.

ardını oxu
02-10-2016 Fuad
Salam aleykum.Men namaz qilmaq isdeyirem amma bezi sebeblere gore qila bilmirem.Onda neynemeliyem.?
Cavab:

Və aleykum Salam. Bütün müsəlmanlar namaz qılmalıdırlar. Namaz qılmamaq yalnız dəlilərə, uşaqlara, heyz olan qadınlara və qeyri-müsəlmanlara aiddir. Muhəmməd Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) xəstə insanın necə namaz qılmasını öyrətmişdir.

ardını oxu
02-10-2016 Elçin
Salam Aleykum. 1. Allah gözəldir, gözəllikləri sevər. Bu hədis səhihdirmi? 2.Qurana zidd gələn hədisləriləri qəbul etmək olarmı ?
Cavab:

Və aleykum Salam.

ardını oxu
02-10-2016 muslim
Esselamu aleykum.qeza namazlarini gunun hansi hissesinde qilmaq olar?umumiyyetle namaz qilmaq ucun qadaga edilen zaman varmi?esr namazindan sonra basqa namaz qilmaq olar? Dini saytlar ve dini kitablar meslehet gorerdiz? Hansi heyvanlari oldurmek olar?agcaqanadi (ditdilini )oldurmeye gore gunah ya
Cavab:

və aleykum salam.

ardını oxu
02-10-2016
Salam aleykum. Bilirik ki Allah cinləri də insanlar kimi ona ibadət etmək üçün yaradıb.onlar necə namaz qılır və ya oruc tutur?
Cavab:

Və aleykum Salam. Cinlər də insanlar kimi namaz, oruc və digər ibadətlər etməkdə mükəlləfdirlər və Qiyamət günü əməlləri barədə sorğu sual olunacaqlar.

ardını oxu
02-10-2016
Salamu aleykum.«Allah dedi: “Ey İsa! Mən sənin həyatına son qoyub Özümə tərəf ucaldacağam. Səni inkar edənlərdən uzaqlaşdırıb təmizləyəcəyəm. Və sənə tabe olanları inkar edənlərin üstündə tutacağam. Sonra sizin dönüşünüz Mənə olacaq.
Cavab:
Və aleykum Salam. Qurani-kərimdə və səhih hədislərdə İsanın (Allah ondan razı olsun) öldürülmədiyini, Allahın dərgahına qaldırıldığını və Qiyamətə yaxın yenidən yer üzünə göndəriləcəyini xəbər vermişdir.
ardını oxu
25-09-2016 Fuaf
Salam əleykim.Öncəliklə təçəkkür edirəmki bundan qabaqki suallarıma cavab vermisiz çox sagolun Allah razı olsun sizdən.Deməli sizə belə bir sualım olacaq ki əgər həddi billuğa çatmayan bir insan namaz qılmagı dayandırsa onada günah yazılır və qəza yazılır.Birdə oglan usaqlarına günah 15 yasdan basla
Cavab:

Və aleykum Salam. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Üç insandan qələm qaldırılmışdır (günahları yazılmır): Dəli ağıllanana qədər, yatan (yuxuda olan) oyanana (ayılana) qədər və uşaq həddi büluğa çatana qədər". (Əbu Davud, 12/78/ №: 4380).

ardını oxu
25-09-2016
Tovbe etmekden qorxub amma gunahi yavas yavas tergidmek olar?
Cavab:

Salam aleykum. Tövbə etməkdən qorxmaq lazım deyil, çünki tövbə etdikdə günah bağışlanır.

ardını oxu

Pages