Aleykum salam. Naməhrəm məhrəm olmayan deməkdir. Məhrəm isə evlənməyə haram buyurulan insanlardır. Məhrəm olanlardan başqa hər bir kəslə ailə qurmağa icazə verilir. Daha ətfaflı: Məhrəm və naməhrəm kimlərdir?
Aleykum salam.
1) Qeyd etdiyiniz hal baş verərsə, dəstəmaz pozulmur.
2) Həmçinin, içkili halda ər öz arvadından cinsi əlaqədə olmağı tələb edərsə, onlar yaxınlıq edə bilərlər və əlaqəyə görə inşallah qadına günah yazılmaz.
Cənnətə Uca Allaha və Onun peyğəmbərlərinə iman gətirənlər daxil olacaqlar. Uca Allah buyurur: "Onlar dedilər: "Yəhudilərdən və ya xaçpərəstlərdən başqa heç kəs Cənnətə daxil olmayacaq!" Bu onların xam xəyallarıdır. De: "Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!" Xeyr!
Aleykum salam. Cavabı buradan oxuya bilərsiniz: "Bu il Ramazan ayı nə vaxt başlayacaq və qədr gecələri nə vaxta təsadüf edəcək?"
Aleykum salam. Cavabı buradan oxuyun: Can alan və sorğu-sual edən mələklər
Aleykum salam. Cavabı buradan oxuyun: "Bürclərə inanmaq günahdır?"
Va aleykumus-Sələm. Şəriətə görə ölmüş insan üçün baş daşı düzəltdirmək, şəkil qoymaq, qəbiri hasara almaq və ya tor ilə hörmək qadağandır. Sadəcə olaraq qəbrin baş tərəfinə yerdən bir az hündür səviyyədə bir şey qoyulur ki, bilinsin ki, burada qəbir var.
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu.
Aleykum salam. Sərxoş adamla danışmaqdan və mübahisə etməkdən çəkinin. Çünki altmış yaşa baxmayaraq bu vəziyyətdə olan insanın ağlı olmur. Təsadüfi deyildir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) içkini bütün pisliklərini kökü adlandırmışdır. İnşallah sizin etdiyiniz günah sayılmır.
Aleykum salam. Səhv səcdəsi namazın sonunda edilir. Səcdə edilir və üç dəfə "Subhənə Rabbiyə-l-A'lə" (Uca olan Rəbbim nə qədər müqəddəs və nöqsansızdır!) deyilir, sonra səcdədən qalxıb üç dəfə "Rabbi-ğ-firli" (Rəbbim məni bağışla!) deyilir.
Aleykum salam. Quranı və azanı avazla oxumaq düzgündür.
Salam aleykum. İslama görə sevməkdə məqsəd ailə həyatı qurmaqdır. Əgər sevdiyiniz şəxslə ailə qura biləcəksinizsə, qurun, əks halda bu işdən çəkinmək lazımdır.
Aleykum salam. Cavabı buradan oxuyun: Arzu namazı nə deməkdir?
Aleykum salam. Əgər sualda qadın nəzərdə tutulursa, öz həyat yoldaşının yanında geyinə bilər.
Aleykum salam. Sizin söylədiyiniz qəbirə ərəb dilində "ləhd" deyilir. Rəvayət edilir ki, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) qəbrini Əbu Talhə Zeyd ibn Səhl (radıyəllahu anhu) qazmış və onu camaxatanlı etmişdir. Camaxatan qədim fars sözüdür – yorğan-döşək, sandıq və s.
Aleykum salam.
1. İnsanın haqsız yerə qəlbini qırmaq günahdır. Daha ətraflı: Qəlb qırmaq günahdırmı?
2. Əgər söhbət ramazan ayının oruclarından gedirsə, bu zaman mütləq tutmaq lazımdır.
Aleykum salam. Kişilərə oxşamamaq şərti ilə qadın saçlarını kəsdirərək tel saxlaya bilər.
Aleykuma salam.
Aleykuma salam. Qeybət etmək böyük günahdır. Qeybət etmək bir insan haqqında onun xoşlamadığı sözləri qeybində danışmağa deyilir. Sözsüz ki, burada insanın xoşlamadığı pis sözlərdən gedir. Amma bir insan haqqında xoş sözlər danışmaq qeybətdən sayılmır.
Aleykum salam. İmsakdan qabaq xüsusi bir dua yoxdur.
Aleykum salam. Peyğəmbərlər bəşər övladıdırlar və hər bir bəşər övladı kimi onlar da yatmaq xüsusiyyətinə malikdirlər. Allah Təala buyurur: "(Ya Rəsulum!) De: "Mən də ancaq sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin tanrınız bir olan Allahdır.
Aleykum salam.
Aleykum salam. Daha ətraflı cavabı bu linkdən oxuyun: Yəcuc və Məcuc tayfaları
Salam aleykum. Namazı yüngül saymaq namazın əhəmiyyətini dərk etməyərək namazı dəyərsiz hesab etmək və səhlənkar yanaşmaqdır.
Aleykum salam. İslamda arzu, hacət, dilək, istək namazı, "istixarə" namazı kimi tanınır. Bu namazı hər bir şəxs ehtiyac anında qıla bilər.
Aleykum salam. Cavabı buradan oxuyun:
1) "Bu il Ramazan ayı nə vaxt başlayacaq və qədr gecələri nə vaxta təsadüf edəcək?"
Aleykum salam. Allah Təaladan bir şey diləyib istədikdə "Ey Allahım!", "Ey Rəbbim" deyə Uca Allaha üz tutub istədiyinizi Ondan diləyə bilərsiniz. Bunun üçün xüsusi bir duaya ehtiyac yoxdur. Həmçinin, namazın səcdəsində çoxlu dua edə bilərsiniz.
Aleykum salam. Bu kimi inanclar xurafat və mövhumat xarekterli batil fikirlərdir. İslam dininə görə günlərin, ayların, illərin və ya hər hansı bir əlamətin uğursuz olması anlayışı yoxdur.
Aleykum salam. Əgər dəstəmaz üçün niyyət olmayıbsa, dəstəmaz almağınız zəruridir. Əgər çimərkən, yəni qüsl edərkən dəstəmaz almağa niyyət olubsa, onda dəstəmaz almağa ehtiyac qalmır.
Aleykum salam. Yuxular üç növdür: Allah Təaladan olan sevindirici yuxu, insanın fikirlərindən meydana gələn yuxu və şeytandan olan yuxu. Uca Allahdan olan yuxu aydın, insana ruh yüksəkliyi gətirən, müjdə verən yuxudur. Bu cür yuxular gördükdə Allaha həmd etmək və ümid etmək lazımdır.
Aleykum salam. Heyz zamanı Quran kitabına əl vurmaq olmaz, amma əzbərdən və ya telefondan oxumaq, həmçinin tərcüməni oxumaq olar. Daha ətraflı:
Quran kitabını oxuyarkən dəstəmaz almalıyıqmı?
Aleykum salam. Bilmək lazımdır ki, islamda təriqət, məzhəbçilik və təfriqəçilik yoxdur. Quranda da bu barədə kifayət qədər ayələr mövcuddur.
Aleykum salam.
1) İslam dininə görə əl ilə canlı (ruhu olan) şəkili çəkmək haramdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qiyamət günü Allah dərgahında ən şiddətli əzab şəkil çəkənlərə olacaqdır". (əl-Buxari).
Aleykum salam. Qadın, qohumu olsa belə naməhrəm olanlarla öpüşüb-görüşməsi günahdır.
Aleykum salam.
1) Şəriətə görə namaz qıldıqda namazın vacib əsaslarından birini səhvən və ya unudaraq etməzsə, bu zaman ona namazın sonunda səcdə etmək lazım gəlir. Bu səcdəyə səhv səcdəsi deyilir. Səhv səcdəsi namazın qüsurlarını örtür.
Aleykum salam. Bu il Ramazan ayı inşallah İyun ayının sonunda başlayacaq. Hicri təqviminə əsasən ay 29 və ya 30 gün olduğundan Ramazan ayı göydə hilalın (yeni ayın əlamətinin) görünməsi ilə başlayır və Şəvval ayının hilalının görünməsi ilə sona yetir.
Aleykum salam. Nəzir dediyiniz zinət əşyasının əvəzində pul verə bilərsiniz və nəziri üzrlü səbəbə görə gecikdirə də bilərsiniz.
Aleykum salam. Şəriətə görə təşəhhüdü deyərkən sonuna qədər şəhadət barmağını yüngülcə tərpədin.
Aleykum salam. Halallıq ailə qurmaqdadır. Başqa halallıq axtarmayın. Sevdiyiniz şəxslə ailə qura bilərsinizsə, qurun, əks təqdirdə bu işdən çəkinin.
Və aleykum Salam. Şükür səcdəsi istənilən vaxt bir səcdə edərək səcdədə Allaha şükür, həmd-səna etməklə yerinə yetirilir.
Aleykum salam. Qohum olsa belə naməhrəmlə zərurət olmadan söhbət etməyiniz, yazışmağınız günahdır.
Aleykum salam. Ananızın çağırışına görə namazdan çıxmaq olmaz.
Aleykum salam. Uca Allah aləmlərin - yeddi qat səmanın, yerin və bunların arasında olanların Rəbbidir. Biz bilirik ki, Allahın yaratdığı gözəgörünməz məxluqlar - mələklər, cinlər vardır. Dünya alimləri başqa planetlərdə şüurlu məxluqların olmasını nə təsdiq edir, nə də inkar edirlər.
Aleykum salam. Bu şəxs haqqında heç bir məlumatımız yoxdur. Şəxslər haqqında dəqiq məlumatları İslam ensiklopediyalarından öyrənə bilərsiniz.
Aleykum salam. Heyfisilənərək ağlamaq olmaz, çünki bu, bədbinlik gətirən ağlamaqdır. Bu cür ağlamaqdan çəkinin və Allahdan valideyniniz üçün bağışlanma diləyin.
Aleykum salam. Bəzi insanlar istixarə namazının mahiyyətini anlamır və istixarəyə sanki fala baxdırmaq kimi baxırlar. İstixarə ibadət növüdür. İstixarə Allahdan xeyir diləməkdir.
Aleykum salam. Uca Allah buyurur: "Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!" (əl İsra, 32).
Aleykum salam. Təkfir etmək bir insanın kafir olduğunu sübuta yetirməkdir. Bu, İslam dövlətlərində dindən çıxanları ayırd etmək və onları mühakimə etmək üçün tətbiq edilən bir elmdir.
Aleykum salam. Uca Allah insana fikirlərində azadlıq vermişdir. İslam alimləri deyirlər ki, əgər insan mümkün olmayan günahları xəyalına gətirirsə, buna görə günah qazanmır. Məsələn, insan xəyalında bank yarmağı fikirləşir, lakin onun bunu etmək niyyəti yoxdur.
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Allah Təala buyurur: "Aləmləri xəbərdar etməsindən ötrü Öz quluna Furqanı (Quranı) nazil edən Allah necə də xeyirxahdır! (əl-Furqan, 1).