19-03-2018 babək
1)salam mənim adım babəkdir.Mən 7də oxuyuram .Günorta namazını qıla bilmirem çünki,dersde oluram olar ki men namazı ƏSR namazı ilə qılım.2)Geyirmek destamazı pozurmuu.
Cavab:

Va aleykum Salam.

ardını oxu
19-03-2018 Sanan
Salam aleykum. sualim: Fatihe suresinin 5ci ayesi ( iyyeke ne budu ) tefsiri hansi surededi?
Cavab:

Va aleykum Salam. Uca Allah buyurur: "Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik". (əl-Fatihə, 5).

ardını oxu
19-03-2018 aydin
Salam Aleykum.Men ureyimde istemeden aglima tovbe etmek gelir hetda bele gunahsiz seylerede tovbe etmekde fikirlesirem qorxuram sayilar bu tovbeler sayilir?xais edirem cavablandirin.Evvelceden tesekkurler
Cavab:
Va aleykum Salam. Günah olmayan əməllərə görə ağlınıza gələn tövbə etmək fikri şeyanın vəsvəsəsidir. Şeytandan gələn vəsvəsələrə əhəmiyyət verməyin və səbəbsiz yerə tövbə etməyi dayandırın. Həmçinin, bilmək lazımdır ki, ağıla gələn fikirlərə görə insan əməl etmədikcə, heç bir günah qazanmır.
ardını oxu
19-03-2018 Allahın bedbext qulu
Salam Aleykum Rahmatullahı Berekatuhu.Sıze bır nece suallarım olacaq.1.Haram sevgıden nece qurtulmaq olar. 2.Qadın huquqsunas ısleye bılermı.3Eger muellım elm oyredırse evezınde pul alırsa ona savab vardır yoxsa gunah. 4.Men artıq delı olmusam.Seytanın vesveselerınden qurtula bılmırem.Allaha sıgın
Cavab:
Va aleykumus-Sələm və rahmətullahi va bərakətuhu.
1. Bu cavabları oxuyun:
Haram sevgini necə unutmaq olar?
ardını oxu
18-03-2018 Abdullah
Evveller bir yerde yashayirken, yashli anani terk edib ushaqlari ve yoldashini goturub bashga yere kochmek olarmi? Yaxinliqda qardashim da yashayir. Bunun hokmu nedir?
Cavab:

Salam aleykum. Valideynə qayğı göstərmək hər bir övladın üzərinə düşən bir vəzifədir. Əgər siz ananıza qayğı göstərməyi müvəqqəti olaraq qardaşınıza həvalə edib köçürsünüzsə, bunda bir günah yoxdur. Həmçinin oxuyun:

ardını oxu
13-03-2018 Nigar
Salam,deyirsiniz ki qadin sonuncu yoldawiynan olacaq cennetde.sual vermek isteyirem ki eyer qadinin birinci yoldashi olubse ve sonra ere gedibse,sonuncu yoldashiynan cennetde olacaqsa onda o olen birinci yoldashi kimnen olacaq cennetde..yazdinizki cennetde hechkim tek olmayacag
Cavab:
Və aleykum Salam. Zövcəsi olmayan kişilər Cənnətdə əri olmayan qadınla evləndiriləcək. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Cənnətdə heç bir subay kimsə yoxdur" və ya "Cənnətdə subaylıq yoxdur". (Səhih Muslim, 4382).
ardını oxu
13-03-2018 Abdulla
Çöreyı ne üçün ters uzunu qoymaq olmaz
Cavab:
Salam aleykum. Çörək də digər nemətlər kimi Uca Allahın yaratdığı bir nemətdir. Onun bizə bəxş etdiyi hər bir nemətin qədrini bilmək vacibdir.
ardını oxu
13-03-2018 qul
Her vaxtiniz xeyir indiden size tesekkurumu bildirirem sualim budur qorxu baredee ne deye bilersiz ?
Cavab:
Salam aleykum. Qorxaqlığın növləri və ondan necə xilas olmaq haqqında bu cavabı oxuyun: Qorxunun neçə növü var?
ardını oxu
12-03-2018
Salam Aleykum. Size bir sualim olacag. Sidik alt paltara deyse qusl vacibdir yoxsa alt paltarini deyismek yeter? Vacibdirse hansi qusl?
Cavab:
Va aleykum Salam. Sidiyin paltara bulaşması qüslu pozmur. Əgər alt paltara sidik dəyərsə, paltarı təmizləmək və ya dəyişmək lazımdır, çünki bu halda namaz qılmaq olmaz. Namazın şərtlərindən biri də namaz qılacağınız paltarın murdar şeylərdən təmiz olmasıdır.
ardını oxu
12-03-2018 BENDE
TEHARET ETMEDEN NAMAZ QILMAQ GUNAHDIRMI?
Cavab:
Salam aleykum. Təharətsiz (qüslsuz və dəstəmazsız) namaz qılmaq günahdır. Namaz qılmaq üçün bədənin nəcasətdən pak olması, qüslun və dəstəmazın olması vacibdir. Bundan əlavə paltarın və namaz qılınacaq yerin də pak olması şərtdir.
ardını oxu
12-03-2018 Elvira
en-Nəsr sürəsinin oxunuşunu yaza bilərsiz Zəhmət olmasa
Cavab:
Salam aleykum.
ən-Nəsr surəsi
Əuuzu billəəhi minəş-şeytanir-racim.
Bismilləhir-Rah'mənir-Rahiim.
ardını oxu
12-03-2018 Abdullah
Hədisdə oğlan uşağının (ğulam) sidiyinə su sıçradılmalı (nədh), qız uşağının (cariyə) sidiyinin isə yuyulmalı olduğunu eşitmişik, hədis səhihdirmi? “Nədh”in mənası nədir? Onunla yumaq arasındakı fərq nədir və oğlan uşağının sidiyi ilə qız uşağının sidiyi arasında fərq qoymağın hikməti nədir?
Cavab:

Salam aleykum. "Ğuləm" yemək yeməyən südəmər oğlan uşağıdır. "Cariyə" isə südəmər qız uşağıdır. Oğlan uşağının sidiyini təmizləmək "nədh" ilə, yəni suyu sıçratmaq və tökmək ilə olur. Qız uşağının sidiyi isə yuyulmalıdır.

ardını oxu
12-03-2018 1
Salam. Bir sual vermek isterdim eger bir insan daye isteyib pul qazanir ve halalal pulunu qazanor ona bu pulu verem haramla pul qazanirsa onun gunahinin dayeye dexli yoxdu?
Cavab:

Və aleykum Salam. Dayəyə zəhmət haqqı olaraq verənin qazancı haramla qazanılsa da, dayənin öz halal işinə görə ondan aldığı əmək haqqı halal sayılır. Haramla qazanan insan özünə günah qazanır.

ardını oxu
12-03-2018 Abdurrəhim
Salam aleykum. Bir kəs xəstə olan bir kimsə ilə təması kəsə bilərmi? Ona o xəstəliyin yoluxmamasını səbəb tutaraq. Bunu etmək düzgündürmü? (Qrip və s. xəstəliklər)
Cavab:
Va aleykum Salam. Əgər xəstəlik keçicidirsə, özünü qorumaq məqsədilə xəstədən bir müddət uzaqlaşmaq olar. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Cüzam xəstəliyindən şirdən qaçdığın kimi qaç". (əl-Buxari, 5707). 
ardını oxu
12-03-2018
Salam Aleykum.Sizə suallarım olacaq Allahın izniylə.Hicablı qadın qaşını ala bilərmi.əyər kimsə birini aldadıb ondan pul alərsa bu o adamın anası belə olsa onun aldadıldığını ona bildirmək lazımdır?Mən yaxşılıq etməyi kömək etməyi çox sevirəm və edirəmdə.Amma edəndən sonra sevinirəm və fikirləşirəmk
Cavab:
Va aleykum Salam.
ardını oxu
12-03-2018 Abu Abdullah
Salam aleykum. Qurani Kərimdən necə faydalana bilərik?
Cavab:

Va aleykum Salam.

ardını oxu
11-03-2018
Salam aleykhm ..iki sevgili haqda sorucmaq isteyirem .amma evvel onu deyimki sevgili olan qadina zor tedbiq edib aliblar.aileli iki sevgili .bunlari bir burinden ayirmaq olmur ...bunu nece etmek olarki ayrilsinlar axi bu gunahdir ve burda erle arvadi.
Cavab:
Va aleykum Salam. İbn Abbas (Allah ondan razı olsun) deyir ki, bir nəfər bakirə qız Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib, atasının onu məcburi ərə verməsi haqda şikayətləndi və Peyğəmbər (salləllahu aleyhi və səlləm) qadına seçim etməyi təklif etdi.
ardını oxu
11-03-2018 xanım
Salam.Allah sizdən razı olsun.Mən evlənmək istəyirəm,lakin ailəm həmin adamla evlənməyimə razı deyil,səbəb olaraq da bunu deyirler ki,o başqa rayondan dı yeni biz onu və ailəsini tanımırıq.. Mən ailəmi necə razı salım?
Cavab:
Va aleykum Salam. Evlilikdə qızın könüllü olaraq öz seçimi və razılığı lazımdır. Burada əsas məsələ kimin haradan olması yox, dinə və əxlaqa üstünlük verilməsidir. Valideynə öz mövqeyinizi bildirməyiniz günah deyil, lakin valideynlər razı olmadığı şəxslə ailə qurmaq da icazəli deyildir.
ardını oxu
11-03-2018
Salam evli birinle kebin kesdirib evlenmek niyetile birlikde oldux görürem bizimki alınmır men kebini pozdurmak isteyirem oğlan razılık vermir neçe ede bilerem?
Cavab:

Va aleykum Salam. Səbəbsiz yerə boşanma tələb etmək böyük günahdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Hər hansı qadın, heç bir səbəb olmadan ərindən boşanma tələb edərsə, Cənnətin iyi ona haram olar".

ardını oxu
09-03-2018 RevaN
Salam. Men bilmek isteyiremki, destemaz aldigdan sonra elimiz PALTARin ustunden cinsi uzvumuze deyse (goz cinsi uzvu gormese) destemaz batip olar?
Cavab:
Va aleykum Salam. Paltarın üstündən yox, cinsiyyət üzvünə bilavasitə şəhvət hissi ilə toxunmaq dəstəmazı pozur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim cinsiyyət organına (bilavasitə) toxunarsa, dəstəmaz alana qədər namaz qılmasın".
ardını oxu
09-03-2018 Yaska
salam sualım budu ki tövbəni pozmaq namazı batil edirmi bir insan 1 ildi namaz qılır namaza başlayandan tövbəsini pozur və bunu 1 il təkrarlayır 1 ildə qıldığı namaz düzdür yoxsa batil? bunu bilmək istəyirəm
Cavab:
Va aleykum Salam. Tövbə etdikdən sonra yenidən hansısa bir günaha qayıtmaq namazı batil etmir. İnsan günahlardan daima, ölənə qədər tövbə etməyə çalışmalıdır və elə fikirləşməməlidir ki, tövbə etdisə, artıq o günahdan qurtulmuşdur.
ardını oxu
09-03-2018
Salamönceliklebele gözel melumatlara göre teşekür edirəm mənim sualım belədi :mənə caduolun 3dəfə baxıcı deyib 1dəfə özüm baxdırmşam 2dəfə bir başqasi və bəxtimin bağladıqlarını deyiblər ən əsasda işlərim yolunda getməməsi üçün ələrinən gələni edilər və sölü torpaqında basdırıblar belə belə sözdər d
Cavab:
Va aleykum Salam.
ardını oxu
09-03-2018
Salam aleykum.Marketdə spirtli içkilərə əl vurmamaq şərtilə işləmək olar mı?söhbət böyük və ayrı-ayrı şöbələri olan marketdən getmir,kiçik yəni ərzaqların yaxın məsafəli olduğu marketdən gedir.ALLAH razı olsun öncədən.Bu mövzuyla bağlı cavabınız vardı lakin o böyük mağazaların şəraitinə uyğun olduğu
Cavab:
Va aleykum Salam. Hər bir müsəlman haram və günah olan yerlərdən mümkün qədər uzaq olmağa çalışmalıdır. Əgər sizin spirtli içikilərin alışına, satışına, daşınmasına və s.
ardını oxu
09-03-2018
Namaz qilan biri elini spirte vura bilermi?
Cavab:

Salam aleykum. İslamda spirtli içkilər içmək haramdır, amma spirtə toxunmaq günah deyildir. Həmçinin oxuyun: İçki içməyin günahı

ardını oxu
07-03-2018
Salam.size 2sualim var.1.internetde biri Quranin Allahdan deyil Allahin lenetine gelmisdendi yazmisdi men bunu eseblesib yaxinima dedim ki bu ne danisiqdi danisillar onlarin dediyini tesdiqlemirdim sadece duzgun olmadigi dedim.indi men gunah islemis oldum?2.bir meqale oxudum orda mehsurumuzun falciy
Cavab:
Və aleykum Salam.
1. Siz bu yalanın və böhtanın kafirlərin sarsaqlaması olduğuna qəzəblənmisiniz və bunun yalnış olduğunu demisiniz. Ona görə bunda bir qəbahət yoxdur. Quranın Allahdan olmasını inkar etmək küfrdür. Həmçinin oxuyun:
ardını oxu
07-03-2018 Vusale
Salaminalekum.Bilmek isdeyirdim kiminse rehmete gedeni ucun Quran oxudanda oxuyan adam oxudugu quran ucun hemin wexsten pul isdeyirse hetda qiymeti bu qederdi demeyi bu neqeder dogrudu?
Cavab:
Va aleykum Salam. Ümumiyyətlə ölü üçün Quranı pulla və ya pulsuz oxumaq və oxutdurmaq həm oxuyan, həm də oxudan üçün günahdır, çünki bu bidətdir (dində yenilik).
ardını oxu
07-03-2018
Heyz ağrılı haldir biliremki heyzli halda cinsi elaqeye girmek olmaz.4cu günü qan gelmese elaqede olmaq günahdı?
Cavab:

Salam aleykum. Ümumiyyətlə heyz (aybaşı) qadınların yaxşı bildikləri bir haldır və bu məsələ adətlə ölçülür. Ona görə də əgər qadın heyzdən tam təmizlənməyibsə, yaxınlıq etmək icazəli deyil.

ardını oxu
07-03-2018 Nigar
Salam werait olmadiqda destemazi torpaqla alirlar bes temiz daw parcasiyla destemaz almaq dogrudurmu?eyer dogrudursa subh namizi ucun destemazi bu qayda ile almaq olarmi?
Cavab:
Və aleykum Salam. Əgər doğrudan da dəstəmaz almaq mümkün deyilsə, onda daş ilə təyəmmüm almaq olar. Həmçinin oxuyun:
ardını oxu
07-03-2018 Elvin
Salam boynuda cenabet quslu olan biri serait olmasa teyemum almalidi amma torpaq quru deyil yasdi o nece qusl alib namazin qila bilerki xais edirem sualimi cavablandirin
Cavab:
Va aleykum Salam. Torpağın yaş və ya quru olması şərt deyil, əsas odur ki, təmiz olsun. Təmiz torpaq deyildikdə yer üzü nəzərdə tutulur. Buna görə də insan əllərini yerə vurub orada torpağın olub-olmamasından asılı olmayaraq, təyəmmüm edə bilər. Həmçinin əgər torpaq olmasa, daşla, tozla və s.
ardını oxu
07-03-2018 zeyneb
salam. heyetimizde saygaca qosulmamiş gizli su xetti var. ondan istifade haramdirmi?? yoxsa su Allahin suyudu haram dusmur deyirler? kiçik yasli 3-4-5 yasli usaqlara Allahi tanitmaq sevdirmek ucun neden baslamaliyam?
Cavab:

Və aleykum Salam.


1. Bu sudan istifadə etmək düzgün deyil.


2. Bu cavabı oxuyun: Övladlarımızı namaza necə həvəsləndirək?

ardını oxu
07-03-2018
salam eleykum.bir sualim var. pisxoloqlara inanmaq olar? yeni pisxologiya elmi batil elimdir?
Cavab:
Va aleykum Salam. İslam dini faydalı elmlə məşğul olmağı halal görür və insanları buna təşviq edir. Psixologiya insanın daxili aləmini öyrənən faydalı elm hesab olunur. Ona görə də psixoloqlara müraciət etmək və onlara inanmaq olar. Həmçinin oxuyun:
ardını oxu
05-03-2018 Aysen
salam. men isleyirem destamazim pozulmasin deye namaz vaxtina kimi (gunorta namazinan danisiram)ozumu sixib saxlayiram gunah sayilmirki o ?
Cavab:

Va aleykum Salam. Dəstəmazı zorla saxlayıb namaz qılmaq bəyənilmir.

ardını oxu
05-03-2018 Etibar Hüseynov
Salam Aleykum. Mən bilmək istəyirəm ki,əgər fitnesslə məşğul olub bədəni formaya saldıqdan sonra yarışlarda iştirak etmək olar.Yəni öz bədənivə görə pul qazanmaq yarışlarda iştirak etmək olar.əvvəlcədən Təşəkkür Edirəm.
Cavab:

Və aleykum Salam. İslam dininə görə fitneslə məşğul olub bədəni yarışlarda nümayiş etdirmək olmaz. Ona görə ki, bu yarışlarda bədənin övrət yerləri göstərilir.

ardını oxu
05-03-2018 Umud
Salam.Men evvel namaz qilirdim.Artiq 1 aydan coxdurki namaz qilmiram.Herdefesinde deyirem qilmaga basliyacam qilacam ama alinmir bir sey cixir basim qarisir qilmiram.Ve deyirem Allahin izniyle qilacam qila bilmirem.Dusunuremki Yeqin Allahin izni yox imis namazi yeniden qilmaga.izni olsaydi qilardim.
Cavab:
Va aleykum Salam. Namaz qılmağa yenidən başlamaq üçün nəsə bir ilham, ilahi izn, yardım, xüsusi hazırlıq gözləmək lazım deyildir. Acizlik etmədən dəstəmaz alıb namaz qılın. Nəsə fikirləşib özünüzə narahatlıq gətirməyin. İnsan namaz qılmaq istədikdə, şeytan ona acizlik vəsvəsəsi verir.
ardını oxu
04-03-2018
toyda gəlinin ayağı altında qurban kəsilməsi İslam baxımından necə qiymətləndirilir?
Cavab:

Salam aleykum. Əgər qurban Allah üçün kəsilirsə, burada bir qəbahət yoxdur. Amma gəlini ucaltmaq və ya Allah üçün deyil, gəlin üçün qurban kəsilirsə, bu Allaha şərik qoşmaq sayıldığı üçün icazəli deyil, çünki Allaha şərik qoşmaq ən böyük günahdır.

ardını oxu
04-03-2018 ..
Salam. Yaxşıki varsınız sizin sayenizde çox şey öyrenirem. Ve size sualım olacaq. 1.Kimse ile küsülü qalmaq günahdırmı? 2.Sinifmizde uşaqlar pis sözler işledirler. Ve mende namaz qəlıram. Bu sözleri eşitmek istemirem .pis söz işletmek günahdırmı.?
Cavab:
Va aleykum Salam.
1. Bu cavabı oxuyun: Küsmək barəsində
ardını oxu
04-03-2018 selin
Salam.qusul alarken cenabet heyz deye ureyimzde niyyet etmeliyik yoxsa elece qusul niyyeti etmeliy?cox vaxd hamada cimdiyde yadima dusurki qusul alim qabagdan niyyet etmirem onda nece elemeiyem?sonda sozderi deyib qusul almag olarmi?eyer olarsa sozderide yazin nolar.xais eliyirem etrafli yazasiz.
Cavab:

Va aleykum Salam. Qüsl alarkən "Bismilləh" sözündən başqa heç nə demək lazım deyil. Niyyətin yeri isə qəlbdir və onu dil ilə tələffüz etmək bidət (dində yenilik) sayılır. Qəlbinizdə qüsl almaq məqsədinin olması və ya çimərkən qüsl almaq qərarına gəlməniz artıq niyyətdir. Daha ətraflı:

ardını oxu
04-03-2018 Sanan
Essalamu aleykum. oncelikle sualima gore uzr isteyirem. 1. kisinin yoldasi ile qoruyucu ile yaxinliq etmesi zinadirmi? 2. oyun kartlari ile sirf eylencesine, vaxt kecirmek ucun oynamaq ve hec bir wey qarwiliginda oynamaq haramdirmi?
Cavab:
Və aleykum Salam.
1. Kişinin öz zövcəsi ilə qoruyucu vasitədən istifadə edərək yaxınlıq etməsi zina sayılmır. Dinimiz bunu qadağan etmir. Həmçinin oxuyun:
ardını oxu
04-03-2018 ayşən
Essalamun aleykum . Mənim 16 yaşım var namazı bir müddət qımışam sadəcə bəzi səbəbə görə dayandırmışam ama yaxın müddətdə qayıdacam mənimsevgilim var namaz qılsam ona görə namazım batil olar? Bunuda deyim ki ailəmin razılığı ilədi. İndi mən nə etməliyəmki namazım batil sayılmasın.
Cavab:
Va aleykum Salam. Namazı tərk etmək böyük günahdır. Uca Allah buyurur: "Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğayy dərəsinə atılacaqlar". (Məryəm, 59). 
ardını oxu
02-03-2018
Salam. men namaza bawlamaq isteyirem. ammaki hecneyi bilmirem.mene lap bawdan komek ola bilersiniz.Aileli qadinam
Cavab:

Va aleykum Salam. Sizi təbrik edirik və Allaha dua edirik ki, dünyada və axirətdə sizə gözəl nemətlər bəxş etsin. Cavabı buradan oxuyun:

Namaz qılmaq istəyirəm, sözlərini və qaydasını yaza bilərsinizmi?

ardını oxu
02-03-2018 Pack
1.Men Birinə evinə kömək edirəm mənə köməyimə görə pul verir pulu almalıyammı? 2.Yoldan pul ve yaxud .qızıl tapsam onu sahibi tapmaq çetin olacaq kimə desem deyecək mənimdi Ne etməliyəm? 3.Bir tanış ve yaxud ,yad adam deseki buna klent tap senede pul verirem faizmi sayılır?iş tap maaşdan.sene pul
Cavab:
Salam aleykum.
1. Başqasına göstərdiyiniz köməyə görə pul alıb-almamaq sizin ixtiyarınızda olan məsələdir. Pulu götürə də bilərsiniz, imtina da edə bilərsiniz.
ardını oxu
02-03-2018
Hicablı olmuşam 9 yaşımdan dı 1 ci sinifde başı açıq idim 7 yaşımda yeni. O vaxtının şeklini namehrem göstermek olarmı?
Cavab:

Salam aleykum. Ciddi zərurət hallarını (məsələn, sənəd yoxlaması) çıxmaq şərtilə müsəlman qadının hicabsız şəklini naməhrəmlərə göstərməsi icazəli deyil.

ardını oxu
28-02-2018
Salam menim uwagim cox esebidi ve buna gore de mualice alir bir ara qicolmalar olurdu indi de mene oyrewib ve menen bawqa hec kimde qalmir ve buna gore namazlari vaxti vaxtinda qilmasam gunah sayilarmi?Birde namaz qildigim vaxtda evde pis soz daniwilir bunun gunahi mene yazilirmi?
Cavab:
Va aleykum Salam. Heç bir halda namazları qəzaya saxlamaq olmaz. Ona görə də namazları buraxmayın. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim namazlarını vaxtlı-vaxtında qılsa, Qiyamət günü bu namazlar onun üçün bir nur, bir dəlil-sübut olar, həm də ona uğur qazandırar.
ardını oxu
27-02-2018 ???????
Esselam Aleykum. 1.cin musellet olmasi baresinde oxudum.mene maraqlidir cin cixartma ne derecede dogrudur?Bir halda ki,insanin gunahlari cox olarsa ona cin musellet ola bilir.Allah uzag eylesin.Mence hemen insan tovbe edib,islamda olub ozu gunahlarini yumalidir.yoxsa cin cixardilmasi bawqa wexs ter
Cavab:
Va aleykum Salam.
ardını oxu
26-02-2018
salam aleykum.bir insan haqqinda kimese şikayet etmek qeybetdi, bes bir insandan Allah(c.c)şikayet etsek yeni ureyimizdekini ona desek bu gunah olarmi?evvelceden tesekkurumu bildirirem.
Cavab:
Va aleykum Salam. Şikayət etmək xeyri cəlb etmək və ya zərəri aradan qaldırmaq üçün edilir. Haqsızlığa məruz qaldıqda və ya haqqı bərqərar etmək məqsədilə bir insan barəsində aidiyyatı olan kimsəyə şikayət etmək günah sayılmır. Bu cür şikayətlər qeybətin icazə verilən növünə aid edilir.
ardını oxu
25-02-2018
Hayat yoldaşım 9 il diki evliyik bir başqasına uyub xirsdiyandı yoldaşım eva qalanda deyir man evda dura bilmiram onun yanına qetmak isdiyiram sxlıram deyir mana nasa olub2da evladmz var ailasini sevir amma evda dura bilmir na edim mana na mashat edirsiniz xayiş ediram
Cavab:
Salam aleykum. Yoldaşınızda olan bu hal cadunun təsirindən ola bilər. İnsanın öz ailəsinin yanında olarkən səbəbsiz yerə sıxılması, evdən getməyə can atması cadunun əlamətlərindən sayılır.
ardını oxu
24-02-2018 Hüseyn
Salamun Aleykum.Mən artıq 2 ay olar ki,Namaz qılmağa başlamışam.Bu 2 ərzində pis yuxular görüb, yuxuda 5 dəfə boşalmışam.Evli deyiləm.Bu əməlimə görə öz-özlüyümdə Allaha qarşı xəcalət çəkirəm,çox utanıram..Bunun qarşısını necə ala bilərəm? Əvvəlcədən təşəkkürlər.
Cavab:

Və aleykum Salam. Yuxuda qeyri-ixtiyari olaraq məninin ifraz olunması günah sayılmır. Bu, insan sağlamlığından irəli gələn təbii bir haldır.

Həmçinin oxuyun: Cinsi əlaqə olmadan ehtiras hissi qüslu pozurmu?

ardını oxu
24-02-2018 Giləxanım
Qəza orucu tutduğum zaman aybaşı olarsa həmi n orucun qəzası varmı?
Cavab:
Salam aleykum. Əgər Ramazan ayının qəza orucunu tutarkən heyz halı baş verərsə, oruc batil olur. Həmin qəza orucunun əvəzinə əlavə olaraq qəza orucu tutmaq lazım deyildir. Sadəcə heyzdən təmizləndikdən sonra Ramazan ayının qəza orucu yenidən tutulmalıdır.
ardını oxu
24-02-2018 Aysen
salamun aleykum onceden verdiyim suallari cavablandirdiginiza gore Allah razi olsun sizlerden sualim budurki suya ayetul kursu ve yaxud diger dualar oxuyub evi temizlemek olar? yoxsa bu esitdiyim xurafatda ? evi cin seytan emellerinden temizlemek ucun du deyiller sag olun Allah amaninda
ardını oxu
24-02-2018 Lamiyye
Salam,Son iki ildir düşündüklerim (hadisə,ehtiyac,şexs və s) qarışma çıxır.
Cavab:
Və aleykum Salam. Danışdığınız bu qeyri-adi hallar şeytanın fikirlərinizə qarışmasından meydana gələ bilər. Bəzi insanlar bu cür hallara mübtəla olduqda bunu özləri üçün xüsusi bir üstünlük, xüsusi bir qabiliyyət olduğunu düşünürlər.
ardını oxu

Pages