Və aleykum Salam. Namaz qılmamaq və ya qılıb sonra tərk etmək həlakedici günahlardandır. Həmçinin heç bir üzürlü səbəb olmadan namazları qəzaya saxlamaq da böyük günahlardandır.
Və aleykum Salam.
Salam aleykum. Əgər əziyyət vermədən haqqını verirsinizsə, evdə dovşan saxlamaqda bir qadağa yoxdur. Əgər heyvan insanın səhlənkarlıq səbəbilə ona baxmamasından, ac-susuz saxlamasından, heyvana verdiyi əzab-əziyyət səbəbilə ölərsə, bu, günahdır.
Və aleykum Salam. Namaza başlamaq üçün qəlbdə sevgi yaranmasını gözləmək lazım deyil, çünki iman həmişə sabit olmur, artıb-azalır. Siz gecikmədən namaza başlayın və imanınızı artırın, imanınız artdıqca xeyirli əməllərə sevginiz də Allahın izni ilə artacaq. Daha ətraflı:
Və aleykum Salam. Qurana and içmək üçün qüsl almağa və ya hansısa xüsusi bir paltarı geyinməyə ehtiyac yoxdur. Həmçinin, onu da qeyd edək ki, İslama görə Qurana yalnız Uca Allahın kəlamı kimi and içmək olar. Amma əl basaraq and içmək düzgün sayılmır.
Salam aleykum. Kim bir insana bilərəkdən Allah deyərək onun Rəbb, İlah olduğunu düşünər və iddia edərsə, bununla böyük küfr etmiş və dindən çıxmış olar. Çünki Allahdan başqa haqq məbud, ilah yoxdur.
Və aleykum Salam. Qurani kərim və səhih hədislərə əsasən namaz gündə 5 vaxtda qılınmalıdır. Daha ətraflı:
Namaz gündə üç dəfə, yoxsa beş dəfə qılınmalıdır?
Və aleykum Salam. Qeyd etdiyiniz şey üçün narahat olmayın, çünki nəcisin düşdüyü yeri axar su ilə yumaq şərt deyil. Belə ki, nəm əski və ya digər yuyucu, təmizləyici vasitələr ilə də silib təmizlədikdən sonra həmin yer pak olur. Həmçinin oxuyun:
Və aleykumus-Sələm və rahmətullah. İstər təklikdə, istərsə də camaat arasında olarkən etdiyiniz xeyir əməli ixlasla - yalnız Allah rizası üçün edirsinizsə, "bunu görənlər barəmdə nə zənn edər" düşüncəsi ilə onu heç bir halda tərk etməyin və ya qısaltmayın.
Və aleykum Salam. Namazları tərk etməməyə çalışın. Daha ətraflı:
Məktəbdə və hazırlıqda olduğum üçün namazları vaxtında qıla bilmirəm, nə edim?
Və aleykumus-Sələm və rahmətullahi və bərakətuhu. Bu, şeytanın sizi qorxutması üçün etdiyi vəsvəsələridir. Siz bu hallardan qorxmayın, çünki bunun sizə heç bir zərəri yoxdur. Allaha təvəkkül edin və dua edin ki, şeytanı sizdən uzaqlaşdırsın.
Və aleykum Salam. Qeyd etdiyiniz hala görə həmin müddət ərzində namazların qəzasını qılmağa ehtiyac yoxdur, çünki bu, dəstəmaz üçün maneə sayılmır. Əsas odur ki, dəstəmaz əzalarında qalan lak, boya və ya dəstəmaz üçün olan hər hansı bir maneə gözə çarpacaq qədər böyük olmasın.
Və aleykum Salam. Spirtli dezodorant və ya ətir vurmağın dəstəmaza və ya namaza ziyanı yoxdur, əksinə, namazdan əvvəl ətirlənmək namazın ədəblərindəndir.
Və aleykum Salam.
Və aleykum Salam.
Və aleykum Salam. Qeyd etdiyiniz şeylərə baxmaq günahdır və zina kimi daha böyük olan günahlara qapı açır. Tövbə edilməyi təqdirdə də belə günahların cəzası Cəhənnəm atəşidir.
Salam aleykum. Uca Allah spritli içkiləri içməyi haram etmişdir: "Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici (içki) də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız.
Və aleykum Salam. Bu cavabları oxuyun:
Namazda fikrin yayınmaması üçün nə etmək lazımdır?
Xuşu nədir və necə əldə edilir?
Və aleykum Salam. Gələcəyi bilmək qeyb elmidir və yalnız Allaha aiddir. Allaha dua və ibadət edərək, sizə xeyirli, xoşunuza gələn həyat yoldaşı yetirməsini istəyə bilərsiniz. Həmçinin oxuyun:
Yuxu haqqında
Dində çox dərinə getmədən orta yol tutmaq olarmı?
Dində həddinizi aşmaqdan çəkinin!
Və aleykum Salam. Namaz qılmaq üçün başqasından otağı tərk etməyi xahiş etdikdə günah qazanmırsınız və namazınız da batil olmur. Ancaq bir dəfə xahiş etdikdən sonra gördünüz ki, həmin adam otağı tərk etmir, onda məcbur etməyin və mübahisəyə də yol verməyin. Namazı onun yanında qıla bilərsiniz.
Salam aleykum. Namazı bitirdikdən sonra salavat yox səhih hədislərdə buyurulan zikrləri etmək lazımdır. Salavat da kimlərəsə yox, yalnız peyğəmbərə göndərilir. Daha ətraflı:
Salam aleykum. Dünyada elə bir insan yoxdur ki, sınağa çəkilməsin. Ailəsi yaxşı olanlar da kasıblıq, xəstəlik, sıxıntı və digər şeylərlə imtahan olunurlar. Uca Allah buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq.
Salam aleykum. Uca Allah insanların nə üçün müxtəlif millətlərə ayrılması haqqında buyurur: "Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq.
Və aleykum Salam. Dünyanın müxtəlif yerlərində millətlər namazı müəyyən qədər fərqli qılırlar, amma nümunə götürülməli olan namaz Allah Rəsulunun (Allahın Ona salavatı və salamı olsun) qıldığı namazdır.
Və aleykum Salam. Gün ərzində bir neçə saat Qurani Kərim oxunmasına qulaq asmaq və oxumaq (həm ərəbcə, həm də azərbaycanca mənaca tərcüməni) qəlbi rahatlaşdıran səbəblərdəndir. Ümumən qəlbin sıxılması imanın azalması ilə bağlıdır, ona görə imanı artırmağa çalımaq lazımdır.
Və aleykum Salam. Bəli, başqasını incidərək qəlbinə toxunmaq, başqalarının yanında onu pərt etmək günahdır. Daha ətraflı: Qəlb qırmaq günahdırmı?