26-01-2018
Əssələmu aleykum və rahmətuLLAHİ və bərəkətuhu. Sizə bir sualım var. Bilmək istərdim ki şiələrin düşmən kimi baxdığı Müaviyyəyə əhli sünnə tərəfindən necə baxılır:düşmən ya səhabə?
Cavab:
Və aleykumus-Sələm va rahmətullahi va bərakətuhu. Müaviyə səhabə sayılır və ona lənət oxumaq, onu söymək qul haqqına girmək günahındandır. Muaviyənin müəyyən səhvləri olsa da, bu onu İslam dinindən çıxarmır.
ardını oxu
26-01-2018
Salam size bir sualim var, menim yoldasim basqa bir xanimla danisirdi sevgi menasinda men onun telefonundaki mesajlari gordum, cox soz sohbet dusmusdu evde, nece vaxdi ele bir sey gormurem sorusanda deyirki danismiram ama artiq men inanmiram cox supelenirem, menim ondan supelenmeyim gunahdirmi?
Cavab:
Va aleykum Salam. Zəruri halları çıxmaq şərtilə kişinin naməhrəm qadınlarla danışması günahdır və zinaya aparır.
ardını oxu
26-01-2018 Rehna
Salam yoldasim mene xayenet edire 1 qadin deyil 2 deyil 3 4 ile men ozu deyir ki senin kimi qadin tapa bilmerem Ayrilmagda istemir deyir sensiz yasaya bilmerem amma men cox eziyet cekirem men yaxsida baxir sizce men ne edim ona vaxt verim duzler ya yox
Cavab:
Va aleykum Salam. Zina etmək böyük günahdır və Cəhənnəm əzabına aparır.
ardını oxu
22-01-2018 vusale
salam men dunen ziyarete getmisem yoldasimin bezi emelerine gore tovbe etmeye tovbe etdik men cixana yaxin ziyaretde qirmizi lent gordum onu moladan isdedim ve verdi getirdim eve anam dedi ziyaretden nese getirmek pis seydi indi onu bilmek isdiyiremki ziyaretden nese getirmek pis bir seydi
Cavab:
Və aleykum Salam.
ardını oxu
22-01-2018
salam.men yeni oxucunuzam cox sevindim sizin saytınız qarşıma cıxmaqına.Kişinin kinine , paxıllıqına eqosuna qadınına qarşi,hemcinin laqeydliyıne dıqqetsızliyine ne oxunmalıdı? Cox teşekkur edırem
Cavab:
Va aleykum Salam. Bunun üçün Quran və Sünnədə xüsusi bir dua yoxdur. Ancaq ailədə belə halların baş verməməsi və xoşbəxtliyin bərqərar olmasına nail olmaq üçün əvvəlcə Allahın, sonra isə bir-birinin haqlarına riayət etmək, səbrli olmaq və bir-birinə güzəştə getmək lazımdır.
ardını oxu
22-01-2018 Gulu
Namaz qilan qadin dar ve aciq saciq geye zinyet ewyalari coxluqla taxarsa qildigi namaz ve etdiyi dualar qebul olarmi
Cavab:
Salam aleykum. Duaları qəbul edən Uca Allahdır, kimin duasının qəbul olunacağını da yalnız O bilir. Amma ümumən günahların duaların qəbul olunmasına maneə olması dinimizdə bildirilmişdir. Qadının naməhrəmlərin yanında açıq-saçıq geyinməsi də böyük günahlardandır.
ardını oxu
21-01-2018
Salam Aleykum. Mənim sevdiyim bir insan var. 4 ildi sevirəm onu. Amma o bilmir. Ve meni sevdiyi yahud sevmediuinidə bilmirəm. Həqiqətən cox istəyirem, və bu şey haqda cox üzgünəm.. Hələ xalaoglumdu deyə. Gelecekde qorxuram ki başkasıyla evlənər, başkasını sevər ona dayana bilmərəki.
Cavab:
Va aleykum Salam. Əvvəlcə qeyd edək ki, evlənmək niyyəti ilə olmayan sevgi haramdır və böyük günah olan zinaya aparır. Bu sevgi həmçinin insanın qəlbini məşğul edir və ona iztirab verir.
ardını oxu
20-01-2018 Nusalov Samir
es selamu aleykum va rahmetullahi va barakatuh.Qardawlar.bir ezleyici size sual verib bilerekden veya bilmeyerekden namehrem qadina toxunduqda destemaz pozulurmu.cavab olaraq xeyr pozulmur yazmisiz.bes o qadinlar bize namehremdise nece.bezi qardawlar pozuldugu deyir.etrafli delil gosdererek yazsaz y
Cavab:

Və aleykum Salam və rahmətullahi va bərakətuhu. Hər hansı bir amilin dəstəmazı batil etdiyini iddia edən şəxs onu sübuta yetirmək üçün dəlil gətirməlidir. Qadına şəhvətlə və ya şəhvətsiz toxunmağın dəstəmazı pozmasına aid Quran və səhih hədislərdə heç bir dəlil yoxdur.

ardını oxu
19-01-2018 Konul
Salam eleykum size sualım budurki bir qiz xarice gedir ve onu o biri olkeye hicabli buraxmirlar bu qiz ne etməlidi ? onun getmesi cox vacibir meselen!
Cavab:
Və aleykum Salam. Hər hansı bir ölkəyə getmək üçün hicabı açıb səfər etmək haramdır. Daha ətraflı: 
Hicab - azadlıqdır! 
ardını oxu
19-01-2018 Famil
Esselamu aleykum. sualim beledirki, bank vasitesile alinan mawinin odemeleri vaxtinda edilmediyine gore mawin yiyesinden alinib bank terefinden real qiymetinden ucuz qiymete satilir. Bu cur mawini nagd pulla alinmasinda problem varmi?
Cavab:

Və aleykum Salam. Maşının keçmişdə haram şərtlərlə satılmasına baxmayaraq, siz hal-hazırda maşını nağd şəkildə və heç bir kredit şərtləri olmadan alırsınızsa, bu alış icazəli sayılır.

ardını oxu
13-01-2018 Aygun
Salam.Ifademe gore cox cox uzur isdeyirem sizden cinsi elaqden sonra alinan cenabet qusulunun bir savabi varmi? 2ci sualimda odurki qusul 24 saat erzinde alinmalidir ?
Cavab:
Və aleykum Salam. Dinimizdə kişinin zövcəsi ilə yaxınlıq etməsindən sonra qüsl alması vacib buyurulmuşdur. Allahın bütün vacib əmrlərini yerinə yetirməkdə savab var. Cənabət qüslunu şərait olan kimi almaq lazımdır və onu gecikdirmək qadağandır, lakin 24 saat ərzində almaq kimi bir şərt yoxdur.
ardını oxu
13-01-2018 Ruslan
Salam.Sualım oğurluq malın satılması barədədir. Kimsə oğurlayıb ucuq qiymətə mal satmasının günahı alanın boynunadır yoxsa satanın?Tutaq ki,6 manatlıq sementi oğurlayıb 4 manata satır. Belə götürsək marketdən ərzaq malları alanda satıcıdan soruşmuruq ki,firmadan nəğd pula alıb,yaxud oğurlayıb və s
Cavab:

Və aleykum Salam. Əgər malın oğurluq olduğunu bilirsinizsə, o malı almaq haramdır. Malın oğurluq olduğunu bildiyiniz halda alırsınızsa, günahı sizin də, satanın da boynuna yazılır.

ardını oxu
13-01-2018 Aişa
Salam Aleykum. niwanlimla kebin kesdirmiwik ama mehriyyeni hele vermiyib kebin kecerli sayilir?
Cavab:
Va aleykum Salam. Mehr, evlənərkən kəbinin vaciblərindən biri olub qadına verilən pul, qızıl-zinət əşyaları və s. maldır.
ardını oxu
13-01-2018
Salam nece defe teyyemum ede bilerik bir de kiwilerin qusl almaqi vacibdirmi
Cavab:
Va aleykum Salam. Həm kişiyə, həm də qadına qüsl pozulduqda yenidən qüsl almaq vacibdir. Su olmadıqda və ya xəstəlikdən qorxduqda qüsl əvəzinə təyəmmüm alınır. Həmçinin, dəstəmaz üçün də su tapılmasa təyəmmüm almaq olar.
ardını oxu
13-01-2018
Salam.Teyemmumu mohurle almaq olarmi?
Cavab:
Va aleykum Salam. Quran və Sünnəyə görə möhürlə və ya hər hansı bir yerdən gələn torpağı xüsusiləşdirərək təyəmmüm etmək buyurulmayıb. İstənilən pak torpaqla təyəmmüm etmək olar. Əgər torpaq olmasa, daşla, tozla və s. təyəmmüm almaq olar. Daha ətraflı:
ardını oxu
13-01-2018
Salam.1) Seher ve axsam zikrlerini gunun basqa saatlarinda oxumaq olarmi? 2) Balaca qiz usaqin sidiyi xalçaya dusubse onu butöv yumaq yox elave basqa usulla pak elemek olarmi
Cavab:

Va aleykum Salam.


1. Səhər və axşam zikrlərini səhər və axşam etmək lazımdır. Bu zikrlərin vaxtı səhih hədislərdə bildirilib. Ancaq vaxtı gecikdikdə istisna hal kimi günün başqa vaxtlarında da etmək olar. 

ardını oxu
13-01-2018
Salam. Yaxşıki bu sayt var. Size bir sualım var.menim 15 yasim var.1 il olduki namaz qiliram. Wukur Allaha..Ve hazirliqlara getdiyim ucun bezen catdira bilmirem.ve ilkindi namazini 5 deqiqe tez qiliram. Goresen bu gunah olar. Men nece edim goresen.
Cavab:
Va aleykum Salam. İstisna halları çıxmaq şərti ilə hər bir namazı öz vaxtında qılmaq lazımdır, çünki hətta 5 dəqiqə tez olsa belə vaxtından əvvəl qılınan namaz batildir.
ardını oxu
13-01-2018 Gunahkar Qul
as salamu aleykum va rahmatullahi va barakatuh necesiz size olan suallarimi hemiseki kimi aydinliqla cavablamaqinizi isirem ALLAH rzasi ucun 1ci men ibadet ehli idim sonra ALLAH Subhenehu teala meni imtahana cekdi ve evde problemlerim oldu ibadetden uzaq qaldim imanimin azliqi neticesinde ve men na
Cavab:
Və aleykum Salam və rahmətullahi va bərakətuhu. Dinimizdə yalnız evlənmək niyyəti ilə sevmək icazəlidir. Digər bütün hallarda bu, böyük günah olan zinaya aparır. Həmin qadında qeyd etdiyiniz kimi problemlər varsa, onu unutmaq, bu əmələ görə peşman olub tövbə etmək və namaza başlamaq lazımdır.
ardını oxu
13-01-2018
Salam. Molla bir adama isleri yaxsi getsin deye dua yazib. O dua eks tesir gostere bilermi?
Cavab:
Va aleykum Salam. Bu kimi şeylər xurafatdır. Molla yanına gedib dua yazdırmaq, Quran oxutdurmaq və digər xurafatlara uymaq İslam dini ilə heç bir əlaqəsi olmayan günah əməllərdir və dində heç bir əsası yoxdur.
ardını oxu
13-01-2018 Mila
Cadu varmi.qebirde bastirlan wekilden ziyan gele biler o insana.Biz qabaga getmirig deyiler cadu elehib.birde menim anam qaynanasi qiz doguldugina gore qizlar nenetleyib neneti nece aca bilerig
Cavab:
Va aleykum Salam. Cadu var və cadudan qorunmağın yolları da Quran və Səhih hədislərdə göstərilmişdir. Əgər cadu basdırılıbsa, imkan varsa cadunu oradan çıxarıb məhv etmək və Quran oxuyaraq yandırmaq lazımdır. Lakin, bu məsələdə cadugara, falçıya, sehrbaza müraciət etmək haramdır.
ardını oxu
13-01-2018 gunel
salam men evliyem birde qizim var amma dini nikahimiz olmayib yoldasimla yasamaq gunahdirmi ve usaq haramdirmi ?
Cavab:
Va aleykum Salam. Ümumiyyətlə kəbinin mahiyyəti valideynlərin razılığı və evlilikdə şahidlərin olmasından ibarətdir. Əgər evlilik valideynlərin halallığı və şahidlərin iştirakı ilə olubsa (məsələn, toy məclisində), bu elə bir növ kəbindir.
ardını oxu
13-01-2018
Destemaz almadan namaz qilmaq olarmi?
Cavab:
Salam aleykum. Dəstəmazsız namaz qılmaq olmaz. Uca Allah buyurur: "Ey iman gətirənlər!
ardını oxu
13-01-2018 xanım
Salam.Saytınızı çox bəyənirəm.Sualım budu ki,bir çox sayt var ki, orda maraqlı testlər var.Məsəl üçün adınızı,soyadınızı,yaşınızı yazırsız size xasiyyətiniz haqqında məlumat verir, və ya gəlinlik modellərini seçirsiz nə zaman evlənəcəyinizi deyir.və ya Rənglər seçirsiz sizin haqqınızda bəzi şeylər d
Cavab:

Və aleykum Salam. Gələcəklə bağlı olan fal haramdır. Digər xasiyyətlə bağlı informasiyalar isə nisbidir. Hər bir halda bu kimi şeylərə etimad etmək olmaz və çəkinməyiniz yaxşıdır. Həmçinin oxuyun: Fala baxmaq günahdırmı? 

ardını oxu
11-01-2018
Yoldasimdan bosanmisam kecmis yoldasim ehtiyaclarina gore gorusek mecburam deyir meni basqa yola dusmeyim
Cavab:
Salam aleykum. Boşanmadan sonra tərəflər bir-birinə naməhrəm sayılır. Naməhrəmlərin də bir-birilə görüşməsi, danışması və s. olmaz. Sizin bu əmələ görə günaha batmamanız üçün yenidən şəriətə uyğun qaydada, qadının vəlisinin icazəsi və şahidlərin iştirakı ilə nikah bağlamanız lazımdır.
ardını oxu
11-01-2018
cume gunu zohur namazindan evvel qilinan namaz haqqinda bilmek isterdim
Cavab:
Salam aleykum. Cümə günü məsciddə Zöhr namazının əvəzinə Cümə namazı qılınır. Bu namazdan qabaq isə məscidə gələn kimi iki rükət namaz qılınır. İstəyən Duha namazını da qıla bilər. Amma Cümə günü məsciddə Zöhr namazının sünnəsini qılmaq bidətdir.
ardını oxu
11-01-2018 Allah bendesi
Assalamu aleykum. size suvalim bundan ibaretdir Wukur Elhemdulilah namaza baslamisam sigaret cekirem bu verdiw canina qest kimi sayilirmi gunah ediremmi mumkunse etrafli izah ederdiz xahis edirem.onceden sagolun Allah sizden razi olsun.
Cavab:
Va aleykum Salam. Siqaret çəkmək bədənə ziyan verən hər bir şey kimi haramdır. Daha ətraflı: Siqaret çəkmək olarmı?
ardını oxu
11-01-2018
Mən Namaz qılmaq istəyirəm ama səhər tezdən dura bilmirəm namazı o birisi namaz qılanda qəza vermək olarm? Namaz vaxtlari alamağa vaxtım olmur? Cavab verində xahiş edirəm
Cavab:
Salam aleykum.
ardını oxu
11-01-2018
Salam aleykum. Ayetul Kürsini 3 ildir ki hər gün yatanda 3 dəfə oxuyub yatıram. Amma Qurana yalandan and içmişəm. əlimi Qurana basdırıblar. Pozmuşam. Sualım odur ki, Ayetul Kürsinin savabına Allah mənim günahımı bağışlayar?
Cavab:
Va aleykum Salam.

Yalandan and içmək böyük günahlardandır, böyük günaha görə əvvəlcə tövbə edib bağışlanma diləmək, sonra xeyirli əməlləri çoxaltmaq lazımdır.

Qurana yalnız Allahın kəlmələri kimi and içmək olar. Kitaba əl basaraq and içmək isə dinimizdə yoxdur.
ardını oxu
10-01-2018 C.A
Her hansi bir isteyi her namaz qildiqdan sonra ureyden dua edib Allahdan onu istesek qebul olarmi?
Cavab:
Va aleykum Salam. Haram şeyləri çıxmaq şərtilə istənilən bir neməti Allaha dua edərək istəmək olar. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qul tələsmədən, günah və qohumluq əlaqələrinin kəsilməsi üçün dua etmədikcə diləyi qəbul olunmaqda davam edər".
ardını oxu
10-01-2018
Allahin rehmeti uzerinize olsun. Salam aleykum.Aglayaraq dua etmek gunahdirmi ? Ve birde Allahdan tarixle nese istemek. Mes: Allahim bu tarixde nesib et. Mene bir isare gonder kimi dua etmk olarmi ? Elhemdullilah
Cavab:
Va aleykumus-Sələm va rahmətullahi va bərakətuhu. 
1. Ağlayaraq dua etmək qadağan deyil, əksinə, Allah üçün ağlamaq savabı çox olan əməllərdəndir. Daha ətraflı:

Dua edərkən gözlərin yaşarması barədə 
ardını oxu
10-01-2018 Jaja
Salam. Allah razi olsun cavablandirdiginiz ucun. Sualim beledir. Internetde her hansi bir musabiqede qazandigim pul ve yaxud esya haramdir yoxsa halal ?
Cavab:

Və aleykum Salam. Əgər bu müsabiqədə iştirak üçün pul xərcləmirsinizsə, belə uduşu götürmək qadağan deyil. Lakin, öz pulunuzu xərcləyərək nə isə qazanır və ya itiririnizsə, bu qumardır.

ardını oxu
10-01-2018 kemale
Salam. mən hamiləyəm. yoldasimla mübahise edende mene cox pis el qaldirir,doyur. hemise ozunu haqli gorur.bunun gunahi nedir?
Cavab:
Və aleykum Salam. Uca Allah kişilərə müraciət edərək buyurur: "...Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun". (ən-Nisa, 19).
ardını oxu
10-01-2018 Azer Ehmedoglu
Salam. Dunyasini deyisen aile uzvu ailesini ziyaret edirmi ve edirse onun ucun xow olmasi ucun ne elemek lazimdi.
Cavab:

Va aleykum Salam. Vəfat edən insan öz ailəsini ziyarət etmir, çünki o, bərzəx aləmindədir və bu dünya ilə əlaqəsi kəsilib. Uca Allah buyurur: "Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: "Ey Rəbbim! Məni geri qaytar. Bəlkə, tərk etdiyim yaxşı əməlləri indi edəm". Xeyr!

ardını oxu
10-01-2018
Salam Aleykum.Allah Teala kimlerin qelblerini mohurleyir yani nece tip insanlarin?Allah haminizdan razi olsun.
Cavab:

Va aleykum Salam. Uca Allah kafirlərin, münafiqlərin, zalımların, Allaha və Rəsuluna qarşı hədlərini aşanların və günahları həddindən artıq çox olanların qəlblərini möhürləyir.

ardını oxu
10-01-2018
Salam Aleykum.meyidi necə yuyullar qadın vəyaxud kişini.meyit yumağən xüsusi sözü və qaydası varmı?
Cavab:

Va aleykum Salam. Meyiti yuyarkən hər hansı xüsusi bir söz və ya dua yoxdur. Sadəcə "Bismilləh" demək kifayətdir. Daha ətraflı:

İslam fiqhi: Meyiti kim yumalıdır?

ardını oxu
10-01-2018 Adsiz
Salam.menim 3 sualim var.men evveller namaz qilirdim. Namaza cox isteyerk basladim 2 defe ama sonra birdn bele namaz ele bil pis birseymis kimi gelirdi mene ama niye bilmirm. Yene de namaz qilmagi cox isteyirm ama qorxurm.1den yene ele olar. Men ne edim sizce?
Cavab:
Va aleykum salam.
ardını oxu
07-01-2018
Es salamu aleykum va rahmetullahi va berekatuhu.1.Erim mene verdiyi pulu başka şirniyat sok,her şey baldızım mennen alır qardaşımın zehmetidi deyir.vermesem günah var? Baldızım erimin aldığı yiyir, mende baldızımın aldığını yiyende halallığ vermir.yisem haramdı? Allah razı olsun.
Cavab:
Və aleykum-Sələm və rahmətullahi va bərakətuhu.
ardını oxu
04-01-2018
Salam aleykum.spirtli içki satan otelde işleyirem içkiynen heç bir temas yoxdu amma satildigin bilirem.burda işlemey olar?
Cavab:
Va aleykum Salam. Hər bir müsəlman haram və günah olan yerlərdən mümkün qədər uzaq olmağa çalışmalıdır. Ancaq sizin qeyd etdiyiniz məkanda spirtli içikilərin alışına, satışına, daşınmasına və s.
ardını oxu
04-01-2018 BIR BENDE
SALAM ALEYKUM.MEN SUBH NAMAZINI GUNORTA NAMAZI ILE BIRLESDIRIB QILIRAM.SUBHE DURMAMAGIMIN SEBEBI ISE QORXUMDUR.YENI HAVA QARANLIQ OLDUGUNDAN QORXURAM.
Cavab:
Va aleykum Salam. Bilərəkdən namazları qəza etmək olmaz. Bu, böyük günahlardan sayılır. Sizin qaranlıq vaxtı qorxmanız şeytanın vəsvəsəsidir. Uca Allahı çox zikr etməyə, Quran ayələrinin səsli oxunuşuna qulaq asmağa və imanınızı artırmağa çalışın. Həmçinin oxuyun:
ardını oxu
04-01-2018
namazda hansi ezalar aciq qalsa namaz pozulur
Cavab:

Salam aleykum. Kişilərin namazlarında çiyinlər də daxil olmaqla diz qapaqlarına qədər örtülü olmaq vacibdir.

ardını oxu
04-01-2018 Aysen
salamun aleykum yaxin adama cox yaxsiliq etmisem amma o mene bohtan atib basqa yerde meni paxil adlandirib islamda bu cur insanlara hokmu nedir ?Imam Eliden hedis var size pislik edene yaxsiliq edib ona ezab verin qeti yaxsiliq ede bilmirem o sexse qelbimde bu seytanin vesvesesidir?
Cavab:
Va aleykum Salam. Sizə böhtan atmış insan haqqınıza girərək sizə zülm etmişdir. Uca Allah buyurur: "Kim xəta edər və ya günah qazanarsa, sonra da onu təqsiri olmayanın boynuna atarsa, özü üzünə böhtan atmış və açıq aydın günaha batmış olar".
ardını oxu
04-01-2018 Ruslan
Salam. Mənim 34 yaşım var. Kifayət qədər elm və savadım olduğu halda mən hara əlimi atıramsa işlərim tərs gətirir. Sanki kimsə tərəfindən lənətlənmişəm və ya kimsə mənə bəddua edib ki maliyyə durumum həmişə pis olsun. Mən necə dua edə bilərəm ki üstümdə olan bu bəd nəzər və ya nəfs götürülsün?
Cavab:
Va aleykum Salam. Hər kəsin həyatında işlərinin yaxşı və pis getdiyi vaxtlar olur. Uğursuzluğun müxtəlif səbəbləri olsa da, ümumən bu, Allahın imtahanlarıdır. Uca Allah buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq.
ardını oxu
04-01-2018
Xesteyem deye heçkes menle aile qurmur. Uzulub ağlayıram bu dine gore doğrudurmu?
Cavab:
Salam aleykum. Siz xəstəliyinizin sağalması və xeyirli bir insanla ailə qurmaq üçün Allaha dua edin və duanızın qəbul olması üçün  şəriətdə buyurulmuş vasitələrdən istifadə edin.
ardını oxu
04-01-2018 pervin
Salamu aleykum, namazdan sonra zikrleri ertelemek olarmi? Erteleyib unudarsa ne etmek lazimdir? Birde seher ve iwa namazinin sunnetini qilan adam gece vitr namazi qila bilermi? Yeni vitr namazini qilmaq ucun butun gunluk namazlarin sunneti qilinmalidir?
Cavab:
Va aleykum Salam.
1. Ümumiyyətlə fərz namazlarından sonra edilən zikrlər vacib yox, müstəhəb əməllərdəndir, ona görə də unudaraq gecikdirib zikrləri etsəniz belə günahı yoxdur. Həmçinin oxuyun:
ardını oxu
26-12-2017 V.Mamedov
Salam aleykum.Suallarimizi cavaplandirdiginiz ücün tesekkür edirem.Allah bu sayti acanlardan razi olsun(AMIN).
Cavab:
Va aleykum Salam.
1. Quran və səhih Sünnədə belə bir dua bildirilməyib və bununla bağlı gələn rəvayətlərin hamısı zəif və ya uydurmadır. Quran və Sünnədə varid olan dualar üçün aşağıdakı kitablara baxa bilərsiniz:
ardını oxu
26-12-2017
Assalamu vaaleykum sualima gore uzr isteyirem ..... Musalman bur qadin muşrik qadinlarin yaninda hicabsiz ve yari cilpaq(paltarini deyişmek ve.s) dayana bilermi yeni o cur veziyetde gorunmesi gunah sayilirmi yoxsa hem cins olduguna gore gunahi yoxdur xaiş edirem cavablandirin
Cavab:

Va aleykum Salam. Qadınlar bir-birilərinə məhrəm olduqları üçün öz aralarında hicabsız gəzə bilərlər. Aişə (Allah ondan razı olsun) deyir ki, (o hicabsız ikən) yəhudi bir qadın onun yanına gəlib dedi: "Allah sizi qəbr əzabından qorusun...!" (əl-Buxari, 1007; Muslim, 584).

ardını oxu
26-12-2017
Salam menim heyat yoldawimgil wiyyediler ama men aile qurmamiwdan sunnu namazi qilmiwam indi aile qurmuwam deye mende wie namazi qilmaliyam? Ama men oz bildiyim kimi namaz qilarken ozumu Rebbime daha yaxin hiss eliyirem mene biraz qeliz gelir namazimi bawqa cur qilmaq xahiw cavab yazardiz
Cavab:
Va aleykum Salam.
ardını oxu
26-12-2017
Zövcəsi xəstə olduğu üçün ona yaxınlıq edə bilməyən kişi zinadan yayınaraq yaxınlıq ehtiyacını necə ödəməlidir?
Cavab:
Salam aleykum. Əgər müalicəsi varsa, imkan daxilində çalışıb zövcəsini müalicə etdirməlidir. Yaxud, həmin kişinin evlənməyə imkanı varsa, şəriətə müvafiq qaydada ikinci zövcə də ala bilər.
ardını oxu
26-12-2017 Aytac
Salam axsaminiz xeyr derdimi kime deyim bilmirem tek Allah gorur bilir men son aylarda heyatimda agir tranma aldim ve get gede bu hadise mene cox pis tesir etdi heyatim xosbextlikden bedbext hadiseler baw verdi olum ve s.menim bawim pozulib herden yoldawima aglima ne geldi danisuram qacam ozumu oldu
Cavab:
Va aleykum Salam. Adətən belə hallar şeytanın vəsvəsəsi ilə bağlı olur. Şeytanı isə Allaha yaxınlaşmaqla və dua etməklə uzaqlaşdırmaq olar. İnsanın Allaha yaxınlaşması psixoloji gərginlikdən qurtulmaq üçün ən böyük səbəbdir.
ardını oxu

Pages